Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Maqnit insanlar.», sayfa 2

Yazı tipi:

Maqnit insanlar, üstünlüklərini durmadan nəzərdən keçirir və inkişaf etdirmək üçün çalışırlar. Təbiətşünas, eyni zamanda lider bir alim, müəllim, ”Sosiobiologiya” (“Sociobiology”) və “İnsan təbiəti haqqında” (“On Human Nature”) kitablarının müəllifi Edvard O. Vilson öz güclü və zəif yönlərini insafsızca dəyərləndirmişdir: “Araşdırmanı çoxyönlü apar ki, istedadlarından hansının fövqəltəbii, hansının kasad və ya hansının zəif olduğunu öyrənəsən” tövsiyəsini edir. “Sonra isə mümkün olan ən yaxşı nəticələri əldə etmək üçün planlar hazırla. Heç vaxt ümidini itirmə”. Uilson, inanılmaz karyerası boyunca bir-birini tamamlayan istedadlara sahib iş yoldaşlarıyla ittifaq quraraq zəif tərəflərini neytrallaşdırmağa çalışmışdır.

Bunu siz də edə bilərsiniz. Spiker Denis Ueytli, insanların zəif və güclü tərəflərini dəyərləndirmələrinə yardımçı olmaq üçün bəsit bir üsuldan istifadə edir. İki sütundan ibarət siyahı hazırlayın. Sütunların başlıqlarından birinə “güclü olduğum sahələr”, digər tərəfinə isə “zəif olduğum sahələr” yazın. Sonra ən güclü on xüsusiyyətinizi və zəif on xüsusiyyətinizi yazın. Bir dəqiqəlik fikrinizi toplayaraq özünüzdə heç xoşunuza gəlməyən üç xüsusiyyətinizi dəqiqləşdirin və bunları necə dəyişə biləcəyinizin planını hazırlayın. Digər bir üsul isə – Edvard O. Vilson kimi, güclü yönləriylə sizin zəif yönlərinizi neytrallaşdıra biləcək insanları tapıb ətrafınıza toplamaqdır.

Özünü inkişaf etdirməyə çalışmaq qədər, özünü olduğu kimi qəbul etmək də vacibdir. Özünüzü olduğunuz kimi qəbul etdikdə, kim olduğunuzu, nəyə inandığınızı, güclü və zəif yönlərinizi olduğu kimi qəbul edərsiniz. Öz potensialınızı bilsəniz, bu potensialı istifadə etmək üçün daha doğru planlar hazırlayıb, hədəflər qoya bilərsiniz. Üstünlükləriniz və əksiklərinizə qarşı dürüstlüyünüz, başqalarına qarşıda dürüst olmağınıza kömək edəcəkdir. Bu mənada, özünü olduğu kimi qəbul etmək sizin üçün ən kritik andır. Mark Tvenin də dediyi kimi: ”İnsan özünün razılığı olmadan rahat ola bilməz”. Özünüzü olduğunuz kimi qəbul edin, sonra isə sərhədlərinizi genişləndirməyə çalışın.

Həyatın yaşamağa dəyər olduğuna inanın ki, bu inancınız sayəsində həqiqətə çatasınız.

– Uilyam Ceyms, psixoloq və filosof -

Özünə İnamlı Ol

Özünə inam – şəxsi və professional – bütün münasibətləri və anlaşmaları bir-biri ilə əlaqələndirən yapışqan rolunu oynayır. Özünə inam etibarı cəlb edir. Maqnit insanların özünə olan inamı, bunu haqq edən insanlara da etibar etməyini asanlaşdırır. Özlərini çox yaxşı tanımaları özünə inamı da gətirməkdədir ki, bu da gerçək liderliyin təməl daşıdır. Təbiətləri və ən dərin dəyərlərini ifadə edəcək şəkildə davranma bacarıqları, təqlidçilərini narahat edərək hiylələrdən sovuşmasına kömək edir. Özlərini və üstünlüklərini ölçmək üçün standartlarını yaradırlar.

Fikirlərini inamla bildirib sonuna qədər arxasında dururlar.

Birinci liqa və ikisi ikinci liqada oynayan üç beysbol komandasının sahibi olan Bill Viikə görə, öz xəyallarına və istedadına olan inam, qarşısındakına inama dönüşür. Öz xəyallarına inamı tam olan bir insan, istər onun evinə gəlsinlər, istərsə beysbol oyunu zamanı stadionda görsünlər, komandasının azarkeşlərinin tənqid və fikirlərinə qulaq asacaq qədər özünə inanan biridir. Gördüyü işin doğruluğuna inanaraq, sonralar ikinci məşqçi vəzifəsinə qədər yüksələcək birinci liqin ikinci qaradərili oyunçusunu transfer edərək, beysbolun bir dam altında toplanmasına yardımçı olmuşdur.

Özünə inamı inkişaf etdirmək üçün:

1. Tayı-bərabərinizin olmadığını düşünün. Başqa insanlara oxşamağa çalışmayın.

2. Nəyin doğru olduğunu söyləyən içinizdən gələn səsə qulaq asın.

3. Üstünüzə məsuliyyət götürün və bundan həzz alın. Bu sizin böyümə hormonunuzdur.

4. Kiminsə sizi kəşf etməsini gözləməyin.

Özünə inam sizə rəqiblər üzərində çoxlu üstünlüklər verəcəkdir. İstedadlarınızı aydınlaşdıraraq onlara güvənməyinizi asanlaşdıracaqdır. Əvvəllər qarşılaşdığınız çətinliklərdən də ağır çətinliklə qarşılaşma cəsarəti verəcəkdir sizə. Bundan əlavə köməyinizin olmadığı vəziyyətlərdə belə sizi sonuna qədər getmə gücüylə təmin edəcəkdir.

Ətrafınızda çoxlu ikibaşlı oyun oynanmaqdadır.

Özünə inamı iki cür hiylə sarsıda bilər. Başqalarını aldatmaq və özünüzü aldatmaq.

Sarsılan inamın təmiri heç də asan deyildir. Verilən sözləri tutmamaq, yalan danışmaq, başqalarını təhlükəyə atmaq və aldatmaq insanların bir-birinə olan bağlılığını qoparır. “Üzr istəyirəm” sözü inamın yenidən bərpası üçün yetərli deyildir.

Özümüzü aldatdığımızda isə çox vaxt bunun heç fərqində olmuruq. Ancaq aşağıda göstərilən vəziyyətlərə düşdüyümüz zaman özümüzü aldatmış sayılırıq.

● Edə biləcəyimizdən daha azıyla kifayətlənmək.

● Çətin bir vəzifədən boyun qaçırmaq.

● Bir cinayətə göz yummaq və ya bunu xəbər verməmək.

● Siyasətçilərin gələcəyimizi şəkilləndirməsinə səssiz qalmaq.

● Bəzən prinsiplərdən imtina etmək.

Əvvəl özünüzə qarşı dürüst olun, ondan sonra başqalarına həqiqəti söyləyin. Çünki özünə inam və dürüstlük vacibdir. Dürüstlük sadəcə qırılmaz, un kimi ovular. İnsanlar onlara ədalətli davranan və dürüst hərəkət edənlərə sadiqdirlər.

Hər kəs Mahatma Qandinin hekayəsini bilir: inanılmaz şəxsi dürüstlüyü, ölkəsini Böyük Britaniyanın əsarətindən xilas etməyə kömək etmişdir. Amma daha az tanınmış bəzi insanlar da yol göstərmə və sədaqət duyğusunu oyandırma məsələsində düzgünlüyə güvənir.

Düzgünlük, “Saturn” müdiri Sintiya Trudelli, böyük bir Amerikan avtomobil şirkətini idarə edən ilk qadın olaraq avtomobil sektorunda ön plana çıxarmaqdadır. Verdiyi sözün üstündə durmağa hazır olması işçi və idarəçi arasındakı münasibətləri tənzimləmiş, təşəbbüsün mükafatlandırıldığı və işçilərə söz haqqının tanındığı yeni bir işçi-idarəçi ortaqlığını təşviq etmişdir.

Ortada düzgünlük yoxdursa, yerində sadəcə kölgəsi qalar. “Hudson İnstitute” və “Walker Information” tərəfindən 2300 nəfər arasında aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, işçilərin yarısından çoxu şirkət liderlərinin düzgün insan olmadıqlarını düşünməkdədirlər. Sadəcə 42%-i çalışdıqları təşkilatın onlara layiq olduğunu söyləmiş, ancaq hər dörd nəfərdən biri özünü işlədiyi təşkilata tamamilə sadiq adlandırmışdır. Araşdırmada iştirak edənlərə görə, düzgünlük, şirkətdə qalmaq və ya getmək məsələsində vacib bir ünsürdür. Düzgünlük əskikliyi, əxlaqi dəyərləri təhlükəyə atmağa başlamışsa, əksər hallarda işçilər çalışdıqları şirkəti tərk edərlər. İşçilər gedərsə, müştərilər də gedər. Orta çaplı bir Amerikan şirkəti hər dörd ilin sonunda işçilərinin yarısını və hər beş ilin sonunda isə müştərilərinin yarısını itirməkdədir.

Düzgünlüyün – və ya tam əks vəziyyətin – bir təşkilatda ən yuxarıdan ən aşağıya qədər hər şeyə təsiri olduğunu isbatlamaq üçün başqa dəlilə ehtiyac varmı?

Xarakter sizin kim olduğunuzu, şöhrət isə başqalarının sizin haqqınızda nə düşündüyünü göstərər.

Amma mənfi şöhrətə sahibsinizsə, mənfi bir xarakterə də sahib ola bilərsiniz.

– Pit Rozell -

Karyera mübarizəsində qalib gəlmək

Düzgün insanlar xarakter sahibidir. Daxili intizam, mərhəmət və cəsarətləriylə tanınırlar. Xarakterlərini gündəlik uğur və uğursuzluqlarının fonunda şəkilləndirirlər.

Hərəkətlərinin alışqanlıq halına gələcəyini və bu alışqanlıqlarında zamanla xarakterlərini formalaşdıracağını bilirlər. Yalan söyləmək alışqanlığı qısa bir zaman içində xarakteri zədələr. Hiylə, kiçik yalanlar, layiq olduğunuzdan daha çox şöhrət qazanmaq və ya həqiqəti sapdırmaq kimi alışqanlıqlar o insanı etibarsız biri edər.

Sübutunu hər gün qəzet başlıqlarında görə bilərsiniz. İllinoysda qəzetlər, keçmiş bir dövlət məmurunun, sürücülük vəsiqələrinin verilməsinə səlahiyyətli bir idarədə yol verdiyi rüşvət hadisəsini ortaya çıxardı. İmtahan heyəti, 20 dollar kimi kiçik bir məbləğ qarşılığında, motoru işə sala bilməyənlərə, hətta həyatı boyu heç sükan arxasında oturmayanlara belə ağır tonnajlı maşınları idarə etmək üçün vəsiqə verməyə hazır idi. Sükan arxasında oturmağa hazır olmayan bu sürücülərin və ləyaqətini bir neçə dollara satışa çıxaran məmurun vəzifəsindən sui-istifadə etməsi bir çox beyinlərdə, bütün dövlət məmurlarının ləyaqəti və düzgünlüyünə şübhə yaratmışdır. Yüksək mövqelərə sahib bir çox siyasətçi kiçik hadisələrlə başlayan saxta karyeraya malikdir.

Xarakteriniz sizin başınıza gələnlərə görə deyil, tam tərsinə, onların qarşısında göstərdiyiniz mətanət sayəsində formalaşır. Sonra isə, sükunətdən çox, təcrübə, yanılma və çətinliklərin öhdəsindən gələ bilmə gücü ilə inkişaf edər. Əzimlilik mövzusuna aid olan İkinci bölüm, gerçək maneələri aşmış və həyatlarına təhlükə yaradan çətinlikləri dəf etmiş insanların hekayələri ilə doludur. Bu hekayələrə yer ayrılmağının səbəbi, xarakterlərini çətinliklərdən qaçaraq deyil, bu təcrübədən yararlanaraq formalaşdımış olmalarıdır.

Xaraktersizliyinizin qarşılığını, etibar edilmədiyiniz bir dünyada yaşayaraq ödəyərsiniz.

Sədaqət, etibar qarşılığı qazanılan bir ərmağandır. Sədaqət, qazandığınız etibarla bərabər gəlir.

Etibar qazanmaqda müvəffəqiyyətli maqnit insanlar, sözlərdən çox yaşadıqlarıyla öyrədirlər. Nümunələrlə idarə edərlər. İnsanların, səngərdə olmağın necə bir duyğu olduğunu bilən liderlərə hörmət etdiklərinin fərqindədirlər. Olduqları təşkilatlarda inam və etibar yaradacaq davranışlarıyla qarşılıqlı inama əsaslanan münasibətlərin qurulmasına çalışarlar. Sözlərinin üstündə durarlar, həqiqəti söyləyərlər və şəxsi mənfəətlərini güdməyi rədd edərlər.

“McKinsey&Company” adlı konsultasiya firmasının qurucusu Marvin Bouer, sözlərində daima qorxusuz və səmimi idi. Bir dəfəsində, bir şirkət müdirinə onun öz şirkətinin başına bəla olduğunu söyləmişdi. İşçilərinə ancaq lazım olduğunu düşündükləri və “McKinsey”inin öhdəsindən yaxşı gələ biləcəyinə inandıqları işləri qəbul etmələrini tapşırarkən, Hovard Hyuzdan gələn bir müqavilədən və “American Motors”u xilas etmək üçün hökumət planını hazırlamaq müqaviləsindən necə imtina etdiklərini misal olaraq göstərmək olar. Əgər müştəri üçün doğru olanı etsək, daha çox gəlir əldə edərik, deyir Bouer.

İstedad – heyranlıq;

Sərvət – paxıllıq;

Güc – qorxu;

Xarakter isə inam və etibar oyandırır.

Sadə ol

Bu ifadəni izah etməyin bir neçə yolu var.

İlk olaraq, sadə olun mənası həqiqəti dəyişmə mənasına gəlir.

Ən yaxşı liderlər hər şeyi sadələşdirənlərdir. General Kolin Pouelin şirkətlərə söylədiyi kimi, uğurlu liderlərin baxış bucağı “sadə və aydındır, dağınıq və anlaşılmaz ifadələrlə doldurulmamışdır”. Qərarları doğru və açıqdır, ehtimallara əsaslanan, mücərrəd deyildir. Pouelə görə, sadəlik hədəfdə, liderlik və düzgünlükdə şəffaflıq yaradır.

Həyat təcrübəsi, hətta mütəxəssislərdən də şübhələnməyə əsas vermişdir. “Mütəxəssislərin sizi aldatmasına imkan verməyin”, – deyir. Təxəyyül məhsulu olan siyasət, həyatın reallığı içində mübarizə aparan və gəlir əldə edən insanların fəaliyyətinə mənfi təsir göstərər. Mən də bu fikirlə tamamilə razıyam. Mücərrəd həll yollarıyla başqalarında təəssürat yaratmaq istəyən insanlar əslində onların uğursuzluğunu istəyərlər.

“McKinsey” şirkətindən Marvin Bouer, qarışıq bir məsələni əməliyyat masasına necə yatıraraq problemin kökünə necə enəcəyini çox yaxşı bilir. Güclü bir təşkilatın, güclü bir bünövrə üzərində qurulduğu həqiqətindən hərəkət edərək, problem nə qədər dağıdıcı və qarışıq olursa olsun, məsləhətçilərin problemin kökünə diqqət yönəltmələrində israr etmişdir. Bütün diqqəti həllə yönəltmək yerinə, onun şirkəti problemə diaqnoz qoymağa çalışır. Bir müştəriyə ehtimallarla yanaşmaq yerinə, onun məsləhətçiləri, ən üst müdirlərdən tutmuş xadiməyə qədər hamıyla danışaraq problemin kökünə çatmaq üzərində işləyir.

“Green Bay Peckers”, “St. Louis Rams” və “Seattle Seahawks” komandalarının məşqçisi Frits Şurmur da problemin kökünü diqqətdə saxlamaqdadır. Bir məşqçinin hər oyun texnikasını mərhələlərə və etaplara ayırması lazımdır. Əvvəl texnikanın ilk etaplarını öyrənməli, sonra isə, çətinlik dərəcəsinə görə mərhələlərlə davam etməlidir. Futbol oyununu bəsit mərhələlərə ayıraraq, çoxlu sayda müdafiə oyunçusuna öz metodlarını öyrədərək “Green Bay” komandasını “Super Bowl” çempionatında qalib etmişdir.

Maqnit insanlar mübahisə və şübhəyə yer verməyəcək bir şəkildə, sadə bir dillə, hamının anlayacağı çıxış yollarını təqdim etməyi çox yaxşı bilir. Sadə dil, Mahatma Qandi uğurunun əsl səbəbidir. Yoxsullara və təhsilsiz insanlara sadə bir dil və hinduizmin simvollarını istifadə etməklə düşüncələrini çatdırmağı bacarmışdır. Eyni zamanda pozitiv bir dil istifadə etmişdir. İngilisləri tənqid etmək yerinə azadlıq mübarizəsinin böyüklüyünü başa salmışdır.

Sadəliyin digər bir mənası da vacib olana fokuslanmaqdır. Kraliça I Yelizaveta bunun yaxşı örnəyidir. Ən yaxşı kraliça olmağa and içmiş biri olaraq tacqoyma mərasimində İngiltərəyə evli olduğunu elan etmişdir. Gözünü hər zaman ən böyük hədəflərə çevirmiş və ölkəsinin xeyri üçün sadə, inadçı, hədəfə yönəlmiş mübarizə ruhu sayəsində, İngiltərənin bu gününün təməllərini atmışdır.

Səyyah Roald Amundsen də buna bənzər bir durum yaşamışdır. “Mənim karyeram, 15 yaşımdan bəri eyni hədəfə yönəlmiş artan xətlə yüksəlmişdir” deyə yazır. Səyyah olmaq üçün göstərdiyi inadkarlıq özünü fiziki formada saxlamağa, həm kapitan, həm də səyyah kimi uzun səyahətlərə dözə bilmək üçün dənizçilik bacarıqlarını inkişaf etdirməyə diqqət göstərmiş və təcrübələrindən faydalanmaq üçün çoxlu sayda səyahətçi ilə söhbət etmişdir. Atlantik və Sakit okeanların arasındakı Şimal-qərb boğazından keçərək daha sonra Cənub qütbünə çatmağı planladığı səyahətini həyata keçirmək üçün düşərgə qurmağı, buz qırmağı və it kirşələrini idarə etməyi öyrənmişdir. Nəticədə, zəhmətinin bəhrəsini alaraq hədəfinə çatmışdır.

₺53,73
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9954-0101-0-5
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 4,3, 4 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 4 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 2 oylamaya göre
Metin PDF
Ortalama puan 4,9, 7 oylamaya göre
Metin
Ortalama puan 4,5, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 3 oylamaya göre
Metin
Ortalama puan 5, 3 oylamaya göre