Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Orion-51», sayfa 3

Yazı tipi:

“Şəhərli Sizif” adlı filmində, Lefterisə də kiçik bir rol vermişdi.

Lefteris düşünürdü ki, Andreas ona həm maddi dəstək ola, həm də

onu evində qonaq edə bilər. Bundan başqa, o, ümid edirdi ki, Andreasın psixiatr tanışı da ola bilər.

Lorensə çatmağı ilə küçədə gördüyü ilk adamdan, rejissor Andreas Papadakisin harada yaşadığını soruşdu. Xoşbəxtlikdən qarşılaşdığı adam, film snobu çıxdı və onun yaşadığı yeri, küçəbəküçə tərif etdi. Bu təriflərdə

adı keçən ünvanlardan keçib, nəhayət, gəlib Andreasın yaşadığı küçəyə

çatdı.

Lefteris islanmış vəziyyətdə dostunun evinin qarşısında dayanıb, qapını döyəcləyəndə, ürəyindən həssas ümidlərlə arzulayırdı ki, qapı tezliklə açılsın. Lakin tezliklə olmasa da, təqribən üç dəqiqədən sonra qapı açıldı. Andreas onu böyük sevinclə qarşılayıb, içəri dəvət etdi. Onun yaşadığı evdə Fransız dəbini o dəqiqə hiss etmək olurdu. O, anası məşhur fransız aktrisalarından olan Juliette Rouxun qızı, Belda Rouxla evlənmişdi.

Belda özü də aktrisa idi.

– Doğrudan da, çox dəyişilmisən. – Andreas dostunu başdan-ayağa süzüb səsləndi.

Lefteris paltosunu çıxarıb, asılqandan asdı və Andreasın müşayiəti ilə

qonaq otağına keçdi.

– Amma birinci adamsan ki, görən kimi tanıyırsan. Sən hələ Demitrinin üzünü görərdin, ilahi!

– Amma saqqalına bir az əl gəzdirməlisən, dostum. – deyib, bir az gözlədikdən sonra davam etdi:

– Bilirsənmi, artıq on iki filmim var. Uşaqkən yadındadır da, nə

oyunlardan çıxırdıq. Şampan içdiyimiz günü xatırlayırsan, Sesasda? Mən xatırladıqca, hələ də, indiki kimi gülürəm.

– Həmin günü heç xatırlatma, bütün şalvarım islanmışdı. Özü də, qız-ların yanında. – deyib, gülümsəmə ilə qarşılıq verdi.

– Andreas, bilirsən, əslində dəyişən tək mən, yaxud da sən deyilsən.

Hər şey dəyişilib. Zaman da, məkan da, insanlar da.

– Nədir yoxsa, Kovagnosda ağlın başına gəlib? Bilmirdin ki, oralarda İraklion uzosu, İraklion qızları yoxdur? Can, qardaş.

– Əlbəttə, bilirdim. Sadəcə, bütün bunlar hamısı boş şeylərdir. Əsas olan yaşamaqdır.

Vaxtın varsa, səninlə bir neçə şey haqqında danışmaq istəyirəm.

Andreas dostunun bu sözlərinə təəccüblə gülümsəyib, ondan danışmağa davam etməyini istədi.

– Andreas, əvvəla onu deyim ki, sənə xəbərdarlıq etmək gərəyi duymuram, danışacaqlarım barəsində ki, sonda mənə gülüb, yaxud da məni axmaq adlandırmayacaqsan. Gördüyün kimi normal insanlar kimi danvra-nıram və yəqin ki, bu barədə hansısa şübhəyə səbəb deyiləm. Andreas, Kovagnosda mən çox şey öyrəndim, düzdür, amma bax bunu elə indicə hiss etdim ki, mən nələrsə öyrənmişəm. Məni çox yaxşı tanıyırsan sən və bilirsən ki, həyatımı təbii və özümə qarşı səmimi yaşayıram. Xülasə, mə-nim orada keçirdiyim son bir ayda başıma olduqca qəribə və mistik şeylər gəldi.

Bilmirəm, mistik ifadəsi buna nə qədər uyğundur, lakin mən gecələr səmada yaşlı bir kişi ilə söhbət edirdim. Bu kişi, yeni öyrəndiyim məlumata görə Orion adlı bürcün üzərində peyda olur və mənimlə elə şeylər haqda danışır ki, mən ömrümdə o şeylər barəsində kimdənsə nəsə eşitməmişəm.

İndi mən nə etməliyəm? Bimirəm, inan ki. Məni ordudan elə buna görə

qovublar. Guya ki, dəli imişəm.

– Dostum, amma gəl razılaşaq ki, onlar haqlıdırlar… Yox, elə baxma, demək istədiyim odur ki, axı bu normal deyil! Yəni onların bunu normal qarşılamağını necə gözləyə bilərsən? Qaldı qovulmaq məsələsinə, mən düşündüm ki, sən məzuniyyətə gəlmisən.

– Andreas, səkkiz ilimdə bircə dəfə də olsun, məzuniyyətə çıxmamışam. Daha doğrusu çıxıb, heç İrakliona gəlməmişəm, eləcə ya Kovagnosun həndəvərində, ya da Misiksosun otellərində günümü keçirmişəm. Bilirsən, buna səbəb olan şey, bəlkə də, sənə cəfəng görünə bilər, amma yola çıx-maqdan zəhləm getdiyinə görə, sadəcə, bu səbəbdən Musiksosdan heç vaxt qırağa çıxmamışam.

– Maraqlıdır, amma bəlkə də, elə bu cür yaşayış sənin əsəblərini po-zub, dostum. Axrıncı dəfə nə vaxt qadınla vaxt keçirmisən?

Bu yerdə Lefteris susub, dodağını büzdü.

– Zarafat edirsən? Göydə gördüyün kişi məsələsində yox, amma bu şeyə görə icazə ver sənə dəli deyim. Səkkiz ildə heç bircə dəfə də?!

– Andreas, bunun nə əlaqəsi var ki, əsəblərin pozulması ilə?

– Çox əlaqəsi var, müəllim. Hər nə isə, de görüm, o söhbətlər nədən ibarət idi?

– Bax elə bu səbəbdən məni dəli adlandırıblar. Dostum, onları xatırlamıram. Hətta bunun üçün səsyazma qurğusunu da yoxladım, amma bir şey çıxmadı bundan da.

Andreas qəh-qəhə ilə gülüb, əlini bir neçə dəfə dizinə vurdu.

– Lənət şeytana, onun səsini yazmağa cəhd eləmisən? Axı uşaq vaxtı sən dərrakəli idin, indi nə olub axı sənə? Görürsən, səbəb dediyim şeydir.

Tək o olmasa da, səbəblərdən biri olduğu mütləqdir.

– Mən də indi səni seksoloq kimi tanıyıram, maymağ.

– Yaxşı, daha incimə, mətləbə keç. Danış görək, Orion nə deyirdi sənə?

– Orion? Mən onu 51 çağırırdım.

– 51 niyə? Yaxşı olsun, 51.

– Onu 51 rəqəminə bənzətdiyim üçün, 51 deyə çağırırdım elə və o da buna etiraz etmirdi. Xülasə, onun danışdığı heç bir şeyi xatırlamıram.

– Başa düşdüm. Gəl səni bir psixoloq tanışıma yönləndirim, hələlik onunla söhbət elə. Sonra isə psixatra müraciət edərik.

– Mənə inanırsan, əsas?

– Lefretis, sən olsan inanardın?

– Yəqin ki, yox.

Andreas ayağa qalxıb, mətbəxə getdi. Tezliklə əlindəki stəkanlara gəlib, bayaqkı yerində oturdu.

Gətirdiyi içki viski idi. Andreas dostuna gülümsəyib, mənalı-mənalı dedi:

– Həyatın elə bir yerində dayanmısan ki, hər an məhv ola bilərsən.

Məhv olmaq bilirsən nədir? Düşünmək qabiliyyətini itirmək.

– Lakin bu gün, düşündüyünü iddia edən, lakin düşünməyən insanlara nə deyilməlidir? Onu da nəzərinə çatdırım ki, Üçüncü Dünya müharibəsi, elə düşünən insanlar üzündən baş verdi.

– Razıyam, haradasa. Düşünməyin fəsadları da olur, yəni. Yəqin ki, bu müharibə çox düşünən beyinlərin nəticəsi idi.

– Orası şəksiz elədir.

– Bəs xilası nədə görürsən, Lefteris? Səncə nə olmasa, yaxud da nə olsa bəşəriyyət xilas ola bilər?

– Bu cür qəliz suallara heç vaxt cavab axtarmamışam, dostum, amma yenə də subyektiv düşüncəmi deyim. Məncə insanın xilası düşünməmək-dədir.

– Bu həddindən artıq anarxist düşüncə deyil? İnsan düşünməsə, mahiyyətcə onun bioloji aləmdəki digər canlılardan fərqi olmaz axı.

– Bəlkə, bizə də elə bu lazımdır?

– Düşünmək bizə əxlaq üçün, söz uydurmaq üçün, bir heyvanı təbii yaşayışından qoparıb, onu qəfəslərə salmaq üçün lazımdır? Kosmosa ilk çıxanlar, insanlar, həmin o düşünən insanlar yox, itlər və meymunlar olub, dostum.

– Axı balanslaşdırmaq lazımdır, hər şeyi. Məsələn, insan düşünməsə o təbiətdə adi heyvanlar kimi ya ov olacaq, ya da ovçu. Ya bir-birini yeyəcək, ya da o qədər çox sayda doğulacaqlar ki, bütün dünya yamyamlardan ibarət olacaq. Belə şeylər də var, Lefteris.

– Bir də bu cür düşün ki, əslində, elə o cür olmağı yaxşı olar. Lakin onunla da razılaşmıram ki, insan düşünməsə insan sayı çoxalar. Çoxalma instikti də şüurla əlaqəli bir şeydir. Demoqrafiq böhranlar və partlayışlar, dövlətlər üçün şüurlu seçimin nəticəsidir. Lakin təsəvvür edəndə ki, bir zebranın beyni kimi beyinə sahib olan insan, yalnız müəyyən dövrlərdən bir cinsi təlabat hissi duyacaq, o zaman bu, daha təbii çoxalma növü olmaz? İnsan təbiətdə şüurlu təkamül keçməsəydi, bu onun məhvi olmayacaqdı. Bu gün nə üçün heyvanlar “nəsli tükənməkdə olan” deyə, bir qrupa ayrılır? Ona görə yox ki, o insanlar tərəfindən ovlanır və s. Səbəb budur ki, o bioloji baxımdan öz təkamülünü tamamlayır və yox olur. Səncə, bəs, insan düşünmək anlayışını da, məhz yox olmaq qorxusundan üzə çıxar-mayıb? Mən modern insanı xəstə insan adlandırıram. Onun sağlam vaxtı, primatlar çağında qalıb.

– Xəbərin var ki, qeyri-adi şeylər danışırsan? Bu orduda xidmət edən bir kapitan üçün uyğun olmayan düşüncə şəklidir. Ciddi sözümdür. –

deyə, Andreas maraqla dedi.

Lefteris, sanki nə baş verdiyini anlamırmış kimi, qəribə baxışlarla Anreasa baxdı.

– Amma dostum, düşünmək əxlaq üçün, söz uydurmaq və heyvanları qəfəsə salmaq kimi şeylər demək olsa da, bu bizi irəli aparıb, nəinki geri.

Primatlar dövründəki insan olsaydın, bu gün Hubble teleskopunu fəzaya buraxa bilərdin?

– Nəinki, Hubble teleskopunu fəzaya buraxmaq, bəlkə də, teleskop-suz-filansız elə özüm fəzada süzmək şansı əldə edərdim.

– Yox, artıq burada tamam mövzudan sapdın, bu yerdə qətiyyən razılaşa bilmərəm səninlə.

– Axı mən demədim ki, bunu insanın özü edəcəkdi. Diqqətlə qulaq assaydın, şans sözü işlətmişdim.

– Yadplanetlilər gəlib, aparacaqdı?

– Bəli. Onlar indiki, ağıllı adamlardan qorxurlar deyə, buralara yaxın durmurlar.

– Bu da növbəti səfsətədir. Sən onların ağıllığını irəli sürür, insanı ağıla layiq bilmirsən? Bir də ki, onların nəyinə lazım olardı ki, dediyin insan tipini fəzaya qaldırmaq?

– Bəlkə, labarotorya siçanı kimi faydamız olardı, nəbilim. İlk sualına qalanda, onsuz da elə deyilmi? Hər nə qədər də ağıllı olsaq da, hələ də

özümüzdən ağıllı olanların şübhəsində deyilikmi? Hər şeyi bilən Tanrılara gərək duymuruqmu?

– Amma inancsız insanlar da var, bunu da nəzərə al və bu insanlar rasional əsaslarla öz ağıllarına istinad edərək, daim kəşflər edirlər.

– Həmin kəşflərin də məqsədi, həmin ağılı həll etmək, yaxud da tap-maqdır. Gəl bunu etiraf edək. Misal çəkdiyin, Hubble orada nə üçün dayanıb?

Çənəsi əlinə söykənmiş vəziyyətdə, digər əlində içkisini qurtumlayan Andreas təəccübünü gizlədə bilmirdi. Yeni şeylər eşitmişdi, uzun illərdir görmədiyi dostundan.

– Bəs Tanrı ağıllı yox, tam əksi, ağılsızdırsa? – deyə, maraqla soruşdu.

Lefteris, çaşqın nəzərlərlə dostunun üzünə baxır, onun nə haqda danışdığını anlaya bilmirdi.

– Başa düşmədim, nə deyirsən? Nə haqda danışırsan? Sən yaxşısan?

Qoy bir içək, sonra sərxoş ol da. İçməmiş artıq başlamısan qəribə-qəribə

danışmağa.

– Lefteris, artıq dördüncü stəkanını içirsən.

– Zarafatların da, mənasızdır üstəlik.

Andreas məsələnin nə yerdə olduğunu başa düşüb, ağrılı-ağrılı dostuna baxdı.

Bu söhbətdən üç gün keçsə də, Andreas, heç cür Lefterisi həmin gün-dəki söhbət kimi bir söhbətə gətirə bilmirdi. Evin bir otağını hələlik Lefterisə vermişdi və son üç gündə nadir hallarda onu evdə görürdü. Bura 40

gəlişinin sabahı bir-iki saatlıq gəzintidən başqa birlikdə vaxt keçirməmiş-dilər.

Axşamüstü, Lorens səması buludlu idi. Şəhərin memarlıq üslubu insanı valeh edirdi. Lefteris kiçik bir gölün kənarında dayanıb, batmaqda olan günəşi seyr edirdi. Bu axşam, o, bütün var-qüvvəsi ilə çalışacaqdı ki, 51-lə

yenidən görüşsün. Onunla söhbət edib, bir çox şeyə izah vermək ehtiyacı duyurdu. Evə qayıdanda saat səkkizi göstərirdi. Qonaq otağından keçib, otağına getdiyi vaxt, birdən Andreasın səsi onu saxladı.

– Əcəb uzaqlaşmısan ha. Nə məsələdir, dostum? Bundan sonra gəlib, onun qarşısında, kresloda oturdu.

– Düşünürəm ki, bir iş tapmalıyam burada. Şəhər çox xoşuma gəlib.

Ən vacibi adam sayı azdır. İraklionda isə belə bir üstünlük yoxdur. – deyə, gülümsədi.

– Maraqlıdır. – dedi, Andreas.

– Veronikanın saçları adlı uzo içmisən heç? – birdən soruşdu.

– İlk dəfədir eşidirəm.

Lefteris İrakliondakı həmin hadisəni dostuna nəql etdikdə, Andreas yenidən təəccübləndi.

– Dostum, sən əməlli-başlı maraqlı adam imişsən. Xoşbəxt adamam ki, sənin dostunam.

Qəribə sükutla dayanıb, bir xeyli vaxt üzünü Andreasın üzündən çəkmədi.

Bu vaxt Belda gəlib, digər kresloda əyləşdi. Andreas göz vurub, başını yellədi.

– Lefteris, səncə insan öldükdən sonra başına nə iş gəlir?

Andreas və arvadı Belda əvvəlcədən öz aralarında danışmışdılar ki, Lefterisi yaxalayacaqları ilk andaca bu tip sualllar verməklə ondan təzə

şeylər öyrənəcəklər.

Lakin verilən suala cavab gecikirdi.

– Başına heç nə gəlmir, çünki o ölmür..

– Necə yəni, ölmür Lefteris? Bəs nə olur?

– Özünü başqa zamanda tapır və başqa zamandakı ölüm də onun növbəti zamandakı özünü tapmağına səbəb olur.

– Zamanda səfərləri nəzərdə tutursan?

– Sovet Rusiyasında, 1927-ci ildə, bir qadın ərinin ölümündən sonra, özünə söz verir ki, başqa kişiylə evlənməyəcək. Lakin bir müddətdən sonra 41

görür ki, 2019-cu ildə başqa biri ilə evlidir. Bundan sarsılır və özünü on ikinci mərtəbədən tullayır. Bir də ayılır görür ki, Avstriya-Macarıstan im-periyasında, Vyana şəhərində bir dərzi sexində çalışır.

– Yəni?… Buradan nə nəticə çıxarmaq lazımdır? – deyə, Belda ehtiyyatla soruşdu.

– İnsanın ölümsüzlüyünü. Tək insanın yox, bütün materiyanın ölümsüzlüyünü. İnsan şüuru sadəcə olaraq, yanılmaq üçündür.

– Bəs Tanrı varmı Lefteris?

– Tanrı yoxdur.

– Bəs hər şeyin varlığına səbəb nədir?

– Səbəbsizliyin səbəbinin səbəbsizliyi.

– Anlamırıq, Lefteris, daha anlaqlı şəkildə izah edə bilərsən? –

Anlamaq iqtidarında deyilsiniz. Bunun üçün özünüzdən çıxmalısı-nız, ya da özünüzü təslim etməlisiniz.

– Nəyə təslim?

– Özünüz olmamağa.

– Bizimlə danışan kimdir, Lefteris?

– Adsız olandır, Belda.

Bunu dedikdən dərhal sonra yerindən sıçrayan Lefteris, yan otağa gedib, qapını bağladı.

Hələ də təşviş içində bir-birinə baxan ər-arvad, heç nə demək qabiliyyətində deyildilər. Bir müddət də bu cür səssiz qaldıqdan sonra, nəhayət, Belda dilləndi:

– Onu bu evdən göndərmək lazımdır. Mən ondan qorxuram artıq.

– Sonuncu dəfə Banella inqilabında bu cür təəccübləndiyimi xatırlayıram. Onu bu cür tanımaq, bəlkə də istəməzdim, amma. – Andreas qayğılı-qayğılı dedi.

O gecə Lefterisin Andreasgilin evindəki son gecəsi idi. Həmin gecə

otaqdan inanılmaz ağlayış səsləri, yumruq zərbələrinin səsi eşidilirdi. “Bütün divarlar yıxılmaq üçündür, biz özümüzü çoxdan divarlar arasına salmışıq.” – deyə, bir cümləni isə Andreas həmişəlik ağlında saxlayacaqdı.

Erkən saatda divanda gecələyən ər-arvadı Lefteris oyatmışdı. Paltosu əynində və əlində də həminki çamadanı, onların başının üstünü kəsdirib, gülərüzlə – “Oyanın, ayılar.”– deyirdi.

– Mən gedirəm, durun sağollaşaq. – dayanmadan təkrar edirdi.

Onlar ikisi də durub, yuxulu nəzərlərlə bu adamın nə dediyini anlamağa çalışırdılar. Onlara elə gəlirdi ki, Lefteris yenə nəsə sirli sözlər deyir.

Özlərinə gələndə isə yenidən şübhəli-şübhəli bir-birilərinə baxdılar ki, o, bəlkə, dünən onun evdən göndərilməyi haqqındakı söhbətlərini haradansa eşidib.

– Bilirsiniz, burada yeni iş tapmışam. Məni evlə də təmin edəcəklər.

Qonaqpərvərliyiniz üçün minnətdaram, sizlərə. Salamat qalın.

Lefteris əslində, yalan demişdi. Nə iş tapmışdı, nə də ki, qalmağa evi vardı. O, elə bu gün Lorensi tərk etməyi qərara almışdı. Buna səbəb isə bu idi ki, o, doğrudan da, Andreasgilin söhbətindən xəbərdar idi.

İrakliona qayıdıb, dostu leytnant Nikolaydasa məktub yazacaqdı və

bu məktubda dostundan xeyli böyük məbləğdə pul istəyəcəkdi. Lakin Lorensi tərk etmək üçün yollandığı dəmiryolu stansiyasında, yenidən Veronika ilə qarşılaşmışdı.

Veronika bu dəfə, xidmətçi deyil, dəmiryolu bələdçisi kimi qarşısına çıxmışdı. İlk gördüyü vaxtda, hirsdən boğulan Lefteris, get-getə sakitləşib, peronun kənarında dayanan bu qadına yaxınlaşdı.

– Sizin kimliyiniz artıq mənə məlumdur. – dedi, Lefteris.

Veronika soyuqdan titrəyə-titrəyə, ancaq başını yellədib, güldü.

– İnsan kimi davranmaq çətin olmalıdır sizə.

– İnsan olursansa, soyuğa da dözmək lazımdır. – deyə, Veronika gülüşünü təzələdi.

– İnsan olmaq, təkcə soyuğa dözməklə yox, cəhənnəm istisinə dözməklə tamamlanır.

– Sizi inancsız adam kimi tanıyıram.

– İnancsızam, bəli. Nəzərdə tutduğum cəhənnəm, insan olmağa məhkum olmaq cəhənnəmidir.

– Məhz elə bu səbəbə görə qadın olmaq, daha maraqlıdır, nəinki kişi. –

Veronika dodaqaltı dedi.

– Qadınlar kişilər qədər sorğulayan varlıqlar deyil, demək istəyirsiniz?

– Xeyr, əzizim. Demək istədiyim budur ki, qadın olmaq cəhənnəm kimi doğulmaqdır elə.

Onlar perondan kənarlaşıb, vağzalın içərisinə keçdilər. Bayaqki dioloq vağzalın içərisindəki kafedə davam edirdi. Lefteris İrakliondakı hadisəni və orada yazılan “Bellatriksdə görüşərik.” Yazısına eyham vuraraq, dedi:

– Məni orada nə gözləyir?

– Sizimi? Əbədi məmnunluq.

– Sadəcə bumu?

– Savaşınız bu yolda deyil?

– Elədir.

– Dünyanı dəyişdirmək ərəfəsində idik. Bu dəfə Orionun oxu işə

düşəcəkdi. Kommunistlər, kapitalistlər, sağlar, sollar, hamısı bir axara tabe olacaqdı. Afrika aclıq qitəsi yox, Bilderberq toplantılarının keçirildiyi qitə

olacaqdı. İrqlər, dinlərarası savaşlar son tapacaqdı. İqtisadi inteqrasiya-larda üçüncü dünya dövlətləri də aktiv iştirak sərgiləyəcəkdi. Lakin bütün bunlar üçün, bir növ dünyanı dağıtmaq lazımdır. Bircə toxunuşla sıra ilə

düzülmüş domino fiqurlarını dağıtmaq qədər asan başa gələcək bu bizə.

– Hellenas da, dağılacaq?

– Niyə də yox, məgər Hellenas ayrı planetdədir?

– O zaman fəlakətlər hələ yeni-yeni başlayır ki!

– Fəlakətlərin sonu yoxdur. Varlıq öz varlığını fəlakətlərə borcludur.

Ən adi nəfəs almaq, nəfəs vermək belə fəlakətdir. Quşların uçmağı, ağacların çiçək açmağı, bir leopardın bir antilop arxasıyca qaçmağı belə. Musiqi də məsələn, həmçinin bütün sənət əsərləri. Şeirlər, rəsmlər, heykəllər də.

– Bəs nə üçün yalnız indi? Niyə birinci və ikinci dünya müharibəsində

deyil, yalnız indi?

– Verdiyin sual, lap, anarxist tələbələrin verdiyi suallara oxşadı.

– Axı bir açıqlama olmalıdır. – deyə, narazı şəkildə dedi, Lefteris.

– Hər şey bu mərhələyə gəlməli idi ki, biz də gələk.

– Hegel də yəqin sizlərdən olub onda. Həm də dilinin qəlizliyindən şikayət edilir. Bu da yəqin bizim dili sonradan mənimsədiyinə görədir.

– Almanlar həmişə qəliz danışıb. – deyə, Veronika bu dəfə də gülümsəyərək cavab verdi.

Lefteris, bu vaxt başqa xəyallara dalmışdı. Veronika ayağa qalxıb, ona tualetə gedəcəyini deyəndə, Lefterisi gülmək tutdu.

– İnsan olmağın bu hissəsi də var idi, axı hə! – deyə, istehza ilə dedi.

– Bunu heyvanlar da edir, əzizim. – deyə, qarşılıq verən Veronika masadan qalxdı.

Lefteris onun arxasınca baxıb, düşünürdü ki, görən onunla sevişmək də olarmı?

Bədənində qəribə ehtiras hissi duyurdu. Çox nadir vaxtlar bu qədər vəcdə gəldiyi olurdu. Ayağa qalxdı və tualetə tərəf yollandı. Təzəcə tuale-44

tin qapısını açırdı ki, Veronika ilə üz-üzə qaldı. Nə deyəcəyini bilmədi və

udqundu. Bu vaxt fərqinə vardı ki, təmizlikçi qadın dayanıb onlara baxır.

Veronika onun məyusluğunu əvvəlcədən başa düşmüşdü. Onun qoluna girib, “gəl gedək, bu sonranın işidir.” – dəyərək, onu yenidən masaya apardı.

– Lorensdə heçmi qadın tanışın yoxdur? – Veronika soruşdu. Lefteris inkarlıq əlaməti olaraq başını yellətdi.

– Sonuncu dəfə Andrea adında bir qızı sevmisən və ondan başqa da həyatında heç kim olmayıb.

Bu yerdə Lefteris kürəyində soyuq tər hiss etdi. Nə deyəcəyini bilmirdi.

– Mən hər şeyi bilirəm, yaddan çıxarma ki, mən insan deyiləm. – deyə, Veronika nəvazişlə dedi.

– Bu haqda danışmaq istəmirəm.

– Bu sənə lazımdırsa, edə bilərik.

– Nədən danışırsan?

– Sevişməkdən! – Veronika gülümsədi.

– Doğrudan? – Lefteris heyrətlə soruşdu və gizlədə bilmədiyi sevin-cinə görə sonda utandı.

– Niyə də olmasın? Axı deyirəm, mən insan deyiləm.

– Həqiqi görünüşün necədir? Çox maraqlıdır mənə.

– İnandırım, heç məmnun olmarsan.

– Siz də qadın və kişi olaraq bölünürsünüz? Daha doğrusu erkək və

dişi..

– Xeyr, əzizim. Biz sizin kimi bədənlərə sahib deyilik. – deyə, Veronika astadan dedi.

Lefteris artıq bayaqkı ehtiras hissindən məhrum olunmuşdu.

– Bəs nədən ibarətsiniz?!

– Rəngli nreamlardan.

Elə də böyük olmayan otaqda, hər tərəf dağınıq idi. Otaqda bir divan, iki kreslo və bir çarpayı vardı. Jalüzün mavi tonu insana ruhən rahatlıq bəxş edirdi. İçəri günəş işığı düşmürdü. Bura Veronikanın evi idi. Hərçənd, nəzərə alsaq ki, Veronika insan deyil və onun evinin olmağı absurddur, onda bu yeri, bəlkə də, Veronikanın Lefterisin beynində quraşdırdığı bir yer kimi də başa düşmək olardı. Lefteris divanda oturub, Veronikaya ba-45

xırdı. Veronika üzü Lefterisə əks şəkildə, paltarlarını soyunurdu. Bu vaxt Lefteris diqqətlə ona baxır və nəbzi sürətlə vururdu. Veronika geriyə dönüb, Lefterisə baxdı və ona yaxınlaşıb, dizində oturdu. Veronikanın bədəni onu valeh etmişdi. Bu bədən, daim xəyallarında canlandırdığı həmin məchul qadının bədəni idi. Lefteris özünə nəzarəti çoxdan itirmişdi. Onun döş-lərini, boynunu, çiyinlərini, belini öpməyə başladı. Veronika bənövşəyi rəngli alt paltarını çıxardı və onu qucağına alıb, yatağa uzatdı. Bu yerdə

xeyli öpüşdükdən sonra nəhayət, sonsuz ehtirasla sevişməyə başladılar.

Lefteris penisini Veronikanın içərisinə salanda, onun bakirə olduğunu anladı. Təəccüblə onun gözlərinə baxıb, bunun barəsində ona sual vermək istədisə də, sonradan bundan yayındı. Qəfil yatağın üzərinə gözü sataşdı və dəhşətdən yerindən sıçradı. Yatağın üzəri, yaşıl rəngli maye ilə boyanmışdı. Veronika üzrxahlıq edərək, ondan gözünü yummağını istədi. O, gözlərini yenidən açanda, rəngin qırmızıya boyandığını gördü. Lakin bu amil, onu daha da məyus etmişdi. Çünki yataq bütünlüklə qırmızı rəngə

boyanmışdı və orada tək-tük bəyaz rəng gözə dəyirdi. Veronika bu dəfə də

səhvə yol verdiyini başa düşüb, ondan yenidən gözünü yummağını istədi.

Növbəti dəfə gözlərini açanda, qırmızı rəng balaca bir hissəni əhatə edirdi.

Bundan sonra isə Lefteris onun insan olmadığını xatırlayıb, məyus olmaq əvəzinə, daha çox sevişmək haqqında düşünməyə başladı. Bir neçə dəqiqədən sonra kresloda oturan Lefteris, dizi üstündə oturan Veronikanın çılpaq bədənini sığallayırdı.

– Bu inqilabdır, bilirsən də? – deyə, sualedici nəzərlərlə Veronikaya baxdı.

– Təbii ki, inqilabdır. – deyə, Veronika zavallı Lefterisin sözünə

qüvvət verdi.

– Bu günə qədər, heç hansısa yadplanetli, bir insanla cinsi əlaqədə

olub? – deyə, Lefteris soruşdu.

Veronika gülməkdən uğunub, güclə özünü sakitləşdirdi və dedi:

– Nə cəsarətlə mənə yadplanetli deyirsən?! Əzizim, mən yadplanetli deyiləm!

– Nəticədə, yenə də elə ya belə, mən deyəndir. İlk dəfədir ki, bir insan dünyadan xaric bir varlıqla bu cür bir əlaqədə olur.

– Bunun haqqında dəqiq nəsə bilmirəm, Oriondan soruşarıq. – deyə, Veronika qarşılıq verdi.

Veronika ayağa qalxıb, mətbəxə, qəhvə hazırlamağa getdi. Bu əsnada Lefteris hələ də, bəyaz örtüklü yatağa baxmaqda idi. İndi Orionu düşünürdü. Orionun dünyası sirlərlə dolu idi.

– Bəs məni nə vaxt özünlə aparacaqsan? – deyə, Lefteris otaqdan Veronikanı səslədi.

– Nə vaxt ki, yatacaqsan, yuxuda olacaqsan, bax onda! – Veronika mətbəxdən səsləndi.

– Yuxu? Mən hər gün yuxuda oluram axı!

– Demək, hələlik tövsiyyə olunan deyil ki, aparmırıq. – deyib, əlində

iki fincanla otağa daxil olan Veronika, keçib Lefterisin yanındakı kresloda oturdu.

– Bəs nə zaman, aparacaqsınız?

– Bilmirəm, əzizim, yuxu taledir.

– Yuxu taledir? – deyə, Lefteris təəccüblə soruşdu.

– Bəli, taledir.

Lefteris yenidən fikrə daldı. Çünki Andreanın sevdiyi musiqinin adı idi bu.

Veronika qırmızı saçlarını daramağa başlamışdı.

– Yuxu taledirsə, arzusunda olduğumuz həqiqi dünya da mövcud deyil.

– Elədir ki, var! – Veronika saçlarını yuxarıdan yığıb, Lefterisə gülümsədi.

– Kainat yuxularımızın evidir?

– Evdən də daha artıqdır. – Veronika nəvazişlə göz vurdu.

– Necə ki?

– Kainat özü yuxulardan ibarətdir, hər yuxu bir taledir. Bir zaman kəsiyinə aiddir. Sonsuz sayda olan zaman kəsiklərinə. – dedi, Veronika və

ayağa qalxıb, onu alnından öpdü.

Doğrudan, o niyə gəlmişdi? Niyə onun yanında idi? Lefteris bu sualları yalnız indi sorğulayırdı. Bəlkə, o da yuxu idi, elə özünün dediyi kimi?!

Lefteris qeyri-adi, bəlkə də, özünü bəxtəvər bir adam kimi hiss edirdi, ta ki, Veronika onunla yuxular barəsində bu cür danışmağa başlamışdı. Demək, həqiqi inqilab da əslində, mövcud deyildi. Orion sadəcə, onun beyni ilə

oyun oynayırdı. Veronika həqiqi deyildi…

– Sən aşiq olmaq hissi də nədir bilmirsən, yəqin. – Lefteris laqeyd şəkildə dedi, bütün dalğın düşüncələrindən yayındıqdan sonra.

– Bunu bilmək yox, bunun rolunu apara bilərəm və inan mənə, indi, hətta səni bundan xəbərdar etmiş olsam da elə davrana bilərəm ki, sənə

aşiq olduğumu düşünə bilərsən.

– Demək istəyirsən ki, aşiq olmaq asan başa gələn bir işdir? – Lefteris ağır-ağır soruşdu.

– Bunun üçün aşiq olmaq lazım deyil axı. Doğrusu, həqiqətdə aşiq olmaq deyə bir anlayış yoxdur. Aşiq kimi davranmaq var ki, insanlar da buna eşq deyirlər.

– Eşq ən azından müəyyən bir vaxtdan sonra hörmətə çevrilir.

– Bu da mən dediyimə sübutdur. Həqiqətdə var olan şey, öz halında qalmalıdır, heç nəyə çevrilmədən. İnsanlar bir-birilərinə hörmət, qayğı ehtiyacı duyur deyə, instiktiv olaraq bunu eşq adlandırırlar. Əslində isə bu ac qayğı və hörmət hissinin bərpası üçün lazımlı olan uydurma ehtiyac növüdür.

– Bəs sizin dünyanızdakı varlıqlar nəyin sayəsində varlıqlarını davam etdirirlər?

Veronika paltarlarını səliqə ilə dəstələyib, kənara qoydu. Divanın üstünə atılıb qalmış siqaret qutusundan siqaret çıxarıb, damağına qoydu.

– Bu mövzuda danışmaq üçün hələ tezdir. Bizim hələ çox uzun bir vaxtımız var.

– Dünyanın isə yoxdur.

– Dünya təhlükəsiz əllərdədir, əmin ol.

– Hellenas təhlükəsiz əllərdədir, dünya yox. – deyə, Lefteris narahat şəkildə dilləndi.

– Hələlik bu cürdür, hə, amma çox az qalıb dəyişikliyə!

Veronika dünyanın gələcəyi haqqında çox şey bilsə də bu şeylər sərhədli idi. Bir çox halda, ona ünvanlanan suallara, “Orion, bilir.” – deməyindən bu qənaətə gəlmək olardı. Lefteris əvvəllər şübhə etdiyi şeylərə

artıq möhkəm inanclarla inanırdı. Onun üçün gələcək anlayışı böyük məna kəsb edirdi.

İllər öncə haqqında danışılan, kitablar yazılan, fərziyyələr irəli sürülən süni intellekt dünyanı dəyişə bilməmişdi. Nə robotlardan ordular qurulmuşdu, nə uçan maşınlar var idi, nə də bəşər övladı Marsdan başqa hansısa planetin səthinə enə bilmişdi. Dünya böyük iqtisadi böhranla üz-üzə

idi. Zamanında iqtisadi müstəmləkəçilik siyasəti yürüdən kapitalist, hege-mon dövlətlərin bir qismi artıq Yer üzündə yox idi. Hellenasın “küskün 48

filosofları” zəfər əldə etmişdilər, lakin yeni bir iqtisadi sistem layihəsi haqqında hələlik heç bir dövlətdən rəsmi təklif irəli sürülmürdü. BMT binasına atılan, ruslara məxsus nüvə başlıqlı bombalar, iqtisadi sistemin də anarxi-yaya məhkum edilməyi demək idi. Artıq böyük büdcələrə sahib şirkətlər, tanınmış

brend markalar, sənaye müsəssisələri, beynəlxalq iqtisadi münasi-bətlər, azad iqitisadi zonalar mövcud deyildilər. Turizm iqtisadiyyatı da, məlum müharibədən sonra çökmüşdü. Avropa inikivizasiya dövründəki Avropaya, Amerika isə avropalıların ayağı dəymədiyi Amerikaya, Çin Lao Tzinin anti-oteritar Çininə, Rusiya, Kiev-Moskva həndəvərində dirçəlmə-yə çalışan knyazlıq dövründəki Rusiyaya çevrilmişdi.

Kapitalist ideyalarda pul əsas faktor idi. Bu ideyalar humanizm dəyərləri, sosial və hüquqi normaları, iqtisadi balanslaşdırma prinsiplərini gözləmədən bütün dünyanı öz əsirinə çevirmişdi. Kapitalizm faşizm və liberalizm arasında bir fərq görmədən, hansının otoritar olmağından asılı olaraq, istənilən sistemə asanlıqla uyğunlaşır və öz varlığını davam etdirirdi. Neft və Turizm iqtisadiyyatı onun ən böyük silahlarından idi. Zamanla iqtisadi partlayışın və dünyaya dominantlıq məsuliyyətinin icrasına güc tapmayan böyük kapitalist ölkəsi olan Amerika Birləşmiş Ştatları, özünün qazdığı quyuya düşmüşdü. Öz kapitalist dəyərlərinin altında gizlənən demokratiya ideyası çılğın mərhələsinə çatanda, ABŞ ordularını hərəkətə keçirməyə başlamışdı. Beləliklə, bir zamanlar hərbi əməkdaşlıq, təhlükəsizlik adı ilə öz hərbi bazalarını Avropanın əksər hissəsində inşa et-dirən ABŞ, bu hərbi bazalarla da ölkələrdə inqilab yaradacaq, Üçüncü Dün-ya Müharibəsinin başlanmağına səbəb olacaqdı. Hellenas Avropanın tək ümid yeri idi.

Veronika ilə son görüşdən iki gün keçirdi. Lefteris bu iki gün ərzində, gününü parklarda keçirmişdi. Veronikanın evində qalmaq, onun üçün təh-lükləli ola bilərdi deyə, o, özünə ayrı bir yer tapmaq məcburiyyətində idi.

Veronika səbəb kimi bildirmişdi ki, onun işləri var və o burada olmadığı müddətdə, Lefterisin bu evdə qalmağı, “zaman toqquşmaları” səbəbindən mümkünsüzdür. Daha ətraflı izah edəndə demişdi ki, əgər Lefteris bu xəyali evdə o burada olmadan qalsa, səhər oyananda başının üstünü kəsdi-rən, evin başqa zamandakı həqiqi sahibləri ilə qarşılaşa bilər.

Lorensdə vağzala yaxın bir parkda gecələyən Lefteris, gündüzlər iş

tapmaq ümidi ilə şəhəri veyil-veyil gəzirdi. Dünənki gecə, hava buludlu olduğundan, 51-lə görüşə bilməmişdi. Lakin bu gün hava elə də buludlu 49

deyildi və demək, axşama görüş baş tuta bilərdi. Lorensin dar küçələri ilə

addımladığı vaxt, birdən haradansa hıçqırıq səsləri eşitdi. Başını qaldırıb iki mərtəbəli binanya göz gəzdirəndə, damın yuxarısında, təxminən on yaşlarında, sarışın, əynində bəyaz libas olan bir qız gördü. Lefteris ona baxsa da, qız onu görmürdü. Soyuqqanlılığını itirməyən, Lefteris dedi:

– Siz nə üçün orada dayanmısınız?

Qız bu suala qarşılıq verməyib, eləcə qollarını qarşısına salıb, hıçqıra-hıçqıra ağlayırdı.

Lefteris istədi ki, binaya daxil olub, dama çıxsın, lakin bu vaxt qarşısını qapıçı kəsib, onu dayandırdı.

– Yuxulara müdaxilə etmək olmaz.

Lefteris təəccüblə bu adama baxıb, özündən asılı olmadan qışqırdı:

– Qız özünü damdan atacaq, nə çərənləyirsən?!

– Sizə dedim ki, yuxulara müdaxilə etmək olmaz! O, indi yuxudadır.

Lefteris qapıçının yanından aralanıb, yenidən damın üzərinə baxdı. Qız həminki yerində, həminki ahənglə ağlayırdı.

– İkinci mərtəbədən yıxılsa ölən deyil. Bundan da, başa düşmürsünüz situasiyanın paradoksallığını? – deyə, qapıçı dilləndi.

– Axı o, uşaqdır, bəlkə də, öləcəyini düşünür. O, aşağı öz uşaq gözləri ilə baxır, balaca gözləri ilə, niyə başa düşmürsünüz?!

Bu vaxt, damın üzərindən qəribə səs gəldi və Lefteris macal tapıb başını o istiqamətə döndərəndə, uşaq yerə dəyib, görünməz oldu.

– Yuxulara müdaxilə etmək olmaz, cənab. Yuxu taledir. Yolunuza davam edin. – deyə, qapıçı müdrikanə intonasiya ilə son sözlərini deyib, binanın içərisinə daxil oldu.

Lefteris çaşqın nəzərlərlə qızın düşdüyü yerdən keçib, oradan uzaqlaşdı. O, bu cümləni Veronikadan da eşitmişdi. Xülasə, axşam Orionla söhbət üçün mövzu var idi. Yuxu, nə üçün tale idi?

Lorensin zəif işıq saçan lampaları, yalnız əsas yolları işıqlandırırdı.

Parklar qaranlıqda qalmalı idi. Lefteris düşünürdü ki, burada bircə nəfər belə

olsun, tapılmaz ki, işığa qənaət etməsin. Müharibə xalqlara ifrat qə-naətçilik də

bəxş etmişdi. O, parkın bir hissəsində, küləyin daha az vur-duğu yerində

oturub, ayağını ayağının üstünə aşırdı. Bu yer həm də, elə bir yer idi ki, buradan səmanı aydınca görmək olurdu. Lakin Orionun gəlib, orta qübbədə

dayanmağı üçün bir neçə saat gözləməli idi. Bu vaxt ərzində, o bir neçə dəfə

mürgüləmişdi. Sonra ya haradansa gözünə düşən maşın 50

farasının işığı, ya da güclü külək vıyıltısı onu yuxudan diksindirmişdi. Bir vaxt ayıldı ki, nəhəg Orion başının üzərində, görünmək üçün sayrışır.

₺108,69

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
382 s. 4 illüstrasyon
Telif hakkı:
Автор