Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Основной контент книги İSTİNTAQ SİRRİ
Metin

Sayfa sayısı 210 sayfa

16+

İSTİNTAQ SİRRİ

Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

₺187,20
%10 indirim al
Bu kitabı önerin ve arkadaşınız kitabı satın aldığında ₺18,73 kazanın.

Kitap hakkında

Vəsait Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası zəminində hazırlan­mışdır. Vəsaitdə cinayət mühakimə icraatında konfiden­siallığın (dövlət sirrinin, şəxsi, ailə, mənzil və yazışma, eləcə də kommersiya, peşə və istintaq sirrinin) mühafizəsi ilə əlaqədar Azərbaycan Respub­likasının qanunvericiliyi və istintaq təcrübəsinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun müddəalarına uyğunluğu məsələləri araşdırılmış, müqayisəli təhlillər aparılmış, konkret normaların tətbiqi ilə əlaqədar müvafiq şərhlər, təkliflər və izahlar verilmişdir. Ölkəmizdə formalaşmaqda olan informasiya cəmiyyətində inform­asiya və biliklər ən mühüm resursdur. Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və tex­nolo­giyalarının rolunun art­ması informasiya təhlükəsizliyi məsələ­lərini ön plana çıxarır. Müasir cəmiyyət tədricən öz informasiya infrastrukturunun təhlükəsizlik səviyyə­sindən asılı olur. Bu nəşr cinayət mühakimə icraatında informasiya təhlükəsizliyi və konfi­densiallığın hüquqi tənzimlənməsi – milli qanunvericilik və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun tətbi­qinə dair metodik vəsait kimi həmin sahədə işlənib hazırlanmış ilk tədqiqat əsəridir. Çox ehtimal ki, bu vəsait qeyd edilən istiqamətdə hüquq-mühafizə orqanları əməkdaş­larının, o cümlədən bu orqanların kadr korpusunda xüsusi çəkisi ilə fərqlənən gənclərin hüquqi biliklə­rinin və peşə qabiliyyətinin artırılmasında müəyyən rol oynayacaq, bu sahədə yüksək keyfiyyət göstəricilərinə malik yeni hüquq ədəbiyyatı nümunələri hazırlanması işini stimullaşdıracaqdır. Doğma Azərbaycanımızın cənnət guşələrindən biri, ata yurdum Cəlilabad rayonu Əliqasımlı kəndinin yetirmələri – Azərbaycan Respublikasının Milli Qəhrəmanı Arif Qubadovun, ümumilikdə 15 il keçmiş SSRİ Ali Sovetinin deputatı olmuş Sosialist Əməyi Qəhrəmanı Ağayar Aslanovun və Uruşan Xübaliyevin (onların seçki dairəsi Cəlilabad, Biləsuvar, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarını əhatə edirdi), Sosialist Əməyi Qəhrəmanları Alış Kərimovun, Mərcan Mənsurovanın, Fəti Mirzəyevin və Qüdrət Hacıyevin xatirəsinə ithaf edirəm.

Giriş yapın, kitabı değerlendirmek ve yorum yapmak için
Kitab «İSTİNTAQ SİRRİ» — saytda onlayn oxuyun. Şərh və rəylərinizi qeyd edin, sevimlilərinizi seçin.
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
15 nisan 2023
Hacim:
210 s.
ISBN:
9789952269833
Telif hakkı:
Qanun