Adsız itin qayıdışı
Kitap hakkında
"Kitabda irili-xırdalı 26 hekayə var, onların 20-i təzədir, heç yerdə çap olunmayıb. Hekayələr müxtəlif mövzulardadı, uşaqların başa düşəcəyi dillə yazmağa çalışmışam. Kitabda hekayələr sadədən mürəkkəbə doğru yerləşdirilib."
"Adsız itin qayıdışı" nın əsas ideyası Sovet vaxtı ilə Sovetdən sonrakı dövrü birləşdirməkdən ibarətdir. Ona görə də hekayələrdə Sovet dövrü haqqında xatirələr yer alır: «O dövrün hadisələrinə öz münasibətimi bildirmişəm, təcrübəmdən çıxış etməyə çalışmışam. Çünki böyük bir imperiyanın çöküşünü görmək hər adam qismət olmur. Bir yazı adamı üçün bu bitməz-tükənməz mövzu xəzinəsidir. Mən bu hekayələrdə özümün daha çox hansı dövrə aid olduğumu müəyyənləşdirməyə cəhd etdim. Əlbəttə nəyi necə xatırlamaq bu gün tutduğum mövqedən, hansı peşənin sahibi olmağımdan çox asılıdır. Bu hekayələrdəki hadisələri bu günə söykənərək deyil, o vaxt necə olmuşamsa, necə düşünmüşəmsə eləcə də xatırlamışam.»
Kitaba daxil olan hekayələr redaktə olunmayıb. Müəllif bunu qəsdən etdiyini bildirib: «Səhvlərimlə, nöqsanlarımla necə var elə görünmək istədim. Bütün səhvlər mənə məxsusdur.»