Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Azadlıqdakı ruhum», sayfa 2

Yazı tipi:

Şeirlər

***

İşıq olub gözlərində gəzim mən,

Mənsiz qalıb kor olmaqdan qorxasan.

Ağıl olub əməlində gəzim mən,

Mənsiz qalıb xar olmaqdan qorxasan.

Günəş olub torpağında gəzim mən

Başqasına yar olmaqdan qorxasan.

Sizin bağda bağban olub gəzim mən,

Başqa bağda bar olmaqdan qorxasan.

Səsin olum göylərində gəzim mən,

Mənsiz qalıb kar olmaqdan qorxasan.

Xəzəl olub payızında gəzim mən,

Səhrada bahar olmaqdan qorxasan.

İnanc olub əqidəndə gəzim mən,

Yad dinə dindar olmaqdan qorxasan.

Varlığında  varlıq olub gəzim mən,

Yoxluğumda var olmaqdan qorxasan.

***

Sənsizliyin həsrətini çəkmək üçün darıxdım,

Demişdim ayrılanda…

Təsəllimi qucaqlayıb getmişdim,

Səni sənsiz sevəndə anladım ki,

Sənsizlik sən olmamaq deyilmiş.

Sənsizlik sənə yuyulmaqmış,

Sənə boğulmaqmış,

Sənə tutulmaqmış sən demə… Bilirsənmi, sevgilim, sənsizliyin həsrəti

Səni mənə necə anladır?!

Gözlərimi yumuram

Qapağının altında…

Danışmıram, dinmirəm,

dodağımın altında,

Düşüncəmin qapağı yox

Bağlayıb heç düşünməyim…

Ruhumun da açarı yox

Bağlayım ki sənə uçmasın…

Sənsizlik – səni məndə yaşadan,

Sənsizlik – səni məndə ucaldan,

Sənlilikdən daha çox sən deməkdi.

Çünki sən olanda biz varıq,

Amma sənsizlikdə

Sən də varsan,

Mən də varam,

Parça-parça bizik biz.

Xəyal da var, arzu da…

Düşüncəmə sarılıb öpür məni,

Parçalayıb,  didir məni,

sənsizlik.

Öpücük-öpücük yeyir məni,

Ölmürəm ki, ölmürəm…

***

Sən olanda biz oluruq biz,

Sən də, mən də üç hərf…

Bir hərfi fərqlidir…

Biz də üç hərf…

Amma sən və məni ifadə edən üç hərf..

Sadəcə üç … b, i, z…

Sən şeir istədin,

Dedim,sən elə özün şeirsən,

Tanrı yazıb mənimçün…

inanmadın.

Buyur, sənsizlik şeir yazdırdı…

Çünki şeir də sənsizdir, mən də…

Hər kəsin bir şeiri var…

Tanrının da, mənim də…

Mənim şeirim vardı,

bu da olsun səninki…

Məndən şeir istəmən,

Səni məndə almaqdır.

Şeir həsrətdən doğar, əzizim,

Bir də məndən şeir istəmə,

Şair rəssam deyil, görüb yazsın,

Şair gərək ölüb-ölüb dirilib yazsın,

Ya öldür sənsizlikdə,

Ya da yaşat sənlilikdə…

***

Çölümdən içimə daş atım gərək,

Şeytanın başına düşməsi üçün Səhrada şeytana daş atan insan,

Bircə kərə də at içinə o daşdan…

Bu daş o daş kimi bahalı deyil,

Bu daş o daş kimi özgənin deyil İçindən çölünə daş atmaq eşqin

Çölündən içinə dəyişsən əgər

İçinin çölündə azad olarsan… Boylan öz içinə tanrına bir bax,

Orda – burda axtarma tanrının evin.

***

Gözlərim qaralır, əllərim əsir… Arıtlayıb boğazımı,

Siqaramın dumanı sənnn- oxumaq istəyirəm…

Nə siqaret var, nə də dumanı… İkiniz də birgə getdiniz həyatımdan Birinizi mən yola saldım,

Biriniz də birinizə qoşulub getdiniz… Düşünmüşdüm ki, sən təsəlli olarsan siqaretsizliyə…

Amma sən acı tüstünü belə əvəz etmədin.

Mənə yox, siqaretimə vəfasız oldun. Birgə gəldiyiniz o yollara vəfasız oldun, Sənsizlikdə ciyərlərimi saran tüstüyə də,

Barmaqlarıma hopan qoxuya da vəfasız oldun…

Həm də sənsizlikdə dodaqlarımı darıxmağa qoymayan zərifliyə vəfasız oldun.

Bir qullablıq tüstü qədər olmadın…

Artıq ikiniz də qalmısız dünənlərimdə… Çağırsam həmən gələr o can yanğısı… Çağırmıram, çünki təsəlli istəmirəm. Sən özün gəl, desəm..

Təsəlli et desəm, barmaqlarımda sarı gəlin ol…

Dodaqlarımı susdur, Ciyərlərimə yayıl desəm.. Qoy gözlərim qaralsın, Əllərim əssin yenə sevgi nikatinindən…

Gəlmə…

Çünki siqaret tüstüsündən təmizlənmiş nəfəs borumda,

Sən gəzən yollar tıxanıb…

Siqaretin dadın unutduğum kimi

Səni də unuduram yudum-yudum… Mən səni ciyərlərimə çəkmək istədikcə,

Sən səmada uçan tüstü kimi

Yox olmağa həvəsli oldun.. Bəlkə də, kiminsə siqaretinə dumansan indi…

Qullab-qullab içinə çəkir…

Başı gicəllənir, əlləri əsir… Bəlkə də çəkilməmiş siqarettək qutularda qalmısan…

Bilmirəm ki, bilmədim ki… Amma onu bildim ki, siqareti unutmaq

Səni unutmaqdan daha çətinmiş… Çünki siqareti bir də çəksəm, başım gicəllənər, əllərim əsər…

Lakin sən…

Bir də başımı gicəlləndirə bilərsənmi görəsən…

***

Bəzən təsəlli olmur,

Təsəlli olmur heçnə…

Nə dostların içki məclisi, nə də yalnızlıq…

Nə körpə qığıltısı, nə də dünya neməti. Nə sevgilinin sənsiz həsrəti,

Nə də ruhunu oxşayan saf məhəbbəti… Təsəlli olmur heç nə…

Nə gecələr yatmağa qoymaz arzular, Nə də başından tökülən bitməz ruzular. Nə günlərlə gülüşünə möhtac olduğun bir gözəlin gülüşü…

Nə də dərdindən öldüyün bir gözəlin öpüşü…

Heç nə təsəlli olmur…

Çünki bir boşluq gəzir Boşluğumda bayquş kimi…

Çünki boşluğumun boşluğuna da inam qalmayıb....

Sən bilmədin sevgi nədir…

Oxuduğun kitablarla xəyal qurdun. Sən bilmədin sevgi nədir…

₺42,25
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
15 aralık 2022
Hacim:
37 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 4,2, 6 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 3, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre