Kitabı oku: «Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər»
ŞƏMİL SADİQ
Ədəbiyyatla
bütövləşmiş
şəxsiyyətlər
1
I FƏSİL
Şəxsiyyətlə bütövləşmiş yaradıcılıq 2
Hüseyn Cavid – 132
Cavidi tanıya bilmək üçün sadəcə əbədi adın köl-gəsində kölgələndik… Elə tanıtmaq üçün də bu kölgə-nin böyüklüyündən danışdıq. Amma sadəcə özümü-zə… Heç yovşan ətirli əngin çöllərə Cavid deyə hayqı-ra bilmədik.
Bu böyük kölgəni yaradan isə Cavid dühası idi.
Həmin düha bir günəş idi ki, Cavid adının üstünə işıq saçaraq bu kölgəni yaratdı.
İnsandan danışdı, insandan yazdı… İnsan yetişdir-di… İnsan yetişdirmək üçün ideyalar aləmi yaratdı…
İnsanı dərk etdi… İnsandan bəhrələndi… İnsan xis-lətini gördü, onu anladı…
İnsanın uydurduğu həqiqətlər sistemindən şübhə-ləndi… Həqiqətin kağızlarda, əşyalarda yox, düşüncələrdə olduğuna inandı…
İnsanın özü yaradıb əsirinə çevrildiyi İblisin kim olduğunun tərifini verdi… “İblis” əsəri ilə insanlara insanı tanıması üçün güzgü verdi.
İnsanı sevdi, insan oldu… Amma insanın qara niyyətlərinin qurbanına çevrildi…
Elə bir ana obrazı yaratdı ki, xeyir aynası, insanlıq aynası, mərhəmət dünyası…
Şeyx Sənan haqqı arayıb bulmuş, həqiqətin sadəcə
sevgidə olduğuna inanmış, inandığını yaşamış, yaşa-dıqca haqqa doğru gedən yolda göylərlə vəhdətdə olmuşdur. Bütün dinlər onun ideyalarından qat-qat aşağıda qaldı.
3
Məktəbli bir qız yaratmaqla sadəliyi, gözəlliyi, insanları sevdiyini ən pak bir varlığın dili ilə səsləndir-di.
Öksüz Ənvər Azərbaycan pedaqogikasına böyük töhfə verdi, müəllimliyin nə olduğunu anlatdı.
Maral mollaların əsrlərlə qurduğu sindromu sın-dırdı, Qadına-Ürəyə azadlıq istədi. Amma Cəlilin, Sabirin, Cəfərin qadın azadlığından fərqli, romantik üsyan yaratmaqla… Amma bu azadlığa dəvət edənlərin zatı qırıq olması azadlığın məzar olması deməkdir de-di…
Ərəb İbn Yəmini yaratdı… Şərin özünü…
Türk Elxanı yaratdı – Tanrının ədalət yaradan qılıncını…
Afəti yaratdı… Anjeli yaratdı… Südabəni yaratdı…
“Hep qadın cürmi-ehtirasatı!” – dedi və gözəlliklə
şeytanın vəhdəti…
Göyərçin yaratdı paklıq və saflıq rəmzi… Xumar yaratdı, dinlərin daşıya bilməyəcəyi eşq yaşatdı ruhunda… İsmət yaratdı namusu ilahi kimi toxunul-maz… Sevda yaratdı, sevgisi hökmdarlara diz çökdü-rən. Sürüklənən bəşəriyyətin qadınla yüksələcəyinə
inandı.
Səyavuş yaratdı, İranla Turanın ayrılmaz, danılmaz həqiqəti, odla günahların yuyulmasını göstərdi.
Çin sərhəddinə qədər türk ellərinin yaşadığını və
hökmünü bağırdı, bu hökmün və Tanrı qılıncının bir qadın gücü ilə necə yox olmasını hayqırdı.
Turan ellərinin ərlik rəmzi olan Teymuru yaratdı, təkəbbürün və nəfsin qardaşa necə zərbə vurduğunu göstərdi… Bu dünyanın zərrə qədər dəyəri olmadığını 4
dedi, amma “Cahan bir nazənin dilbər” də söylədi.
Bu nazənin dilbərin isə bir igidə layiq olduğuna inandı da…
Ana yaratdı… Aşiq yaratdı… Məşuq yaratdı… Xə-yanətkar ər yaratdı… Qatil yaratdı… İnqilabçı yaratdı… İnqilabın əzdiklərini yaratdı… Ər-Ərən yaratdı…
Hökmdar yaratdı… Mələk yaratdı… İblis yaratdı…
Peyğəmbər yaratdı – Bəşər yaratdı, Bəşəriyyət yaratdı…
5
Həyat və yaradıcılığın bütövləşməsi
Təkcə dövrünün yox, məhəlləsinin yox, regionu-nun yox, bəşəriyyətin şair və ya yazıçısı meyarı ilə
araşdırsaq, Azərbaycan ədəbiyyatında yetərincə bu cür şəxsiyyətlər görə bilərik. Bu meyara cavab verən ədiblərimizdən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, İsa Muğanna və s. kimi şair və yazıçılarımızı misal çəkə bilərik.
Hər bir xalqın ədəbiyyatı digər xalqlar üçün o zaman maraqlı və cəzbedici olur ki, həmin ədəbiyyat öz orijinallığı ilə təqdim edilsin. Dəblə yazılan bədii əsərlər sadəcə dövrü üçün populyar olar, qısa vaxtda par-lar və sönərlər. Lakin milli düşüncənin alt qatındakı ideya ustalıqla və səmimiyyətlə qələmə alınarsa və
ümumilikdə bəşəriyyətə xidmət edərsə, o zaman bütün maneələri asanlıqla dəf edər və zirvədə görünər.
Buna Mopassan, Viktor Hüqo, Çingiz Aytmatov, Tol-stoy, Nəsimi, Hüseyn Cavid, İsa Hüseynov kimi dahilərin yaradıcılığını misal çəkmək olar.
Hüseyn Cavid (1882-1941) XX əsrin əvvəllərindəki Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarından biridir. Yaradıcılığında poeziya və dramaturgiyadan istifadə edən sənətkar Azərbaycan romantizminin ba-nilərindəndir. Onun “İblis”, “Şeyx Sənan”, “Peyğəmbər”, “Topal Teymur”, “Xəyyam”, “Səyavuş” kimi pyesləri dünya ədəbiyyatının incilərindəndir.
6
Bütün yaradıcılığı boyu xeyirlə şərin mübarizəsini təsvir edən H.Cavidin əsas qayəsi, ideyası humanizm, insanpərvərlik mövqeyindən çıxış edərək, müxtəlif mövzularda məhəbbət və fəlsəfi məzmunlu əsərlər yaradaraq sənət, fikir və amalını geniş oxucu kütlələ-rinə sevdirməyi bacarmaqdır.
***
Hüseyn Cavid dühası elə bir işıq idi ki, onun sə-madan yerə enişi və batışı olmadı. O, sönməz bir fikir işığı kimi parladı, parlayır və parlayacaqdır. Dərin fəlsəfi fikirləri və bəşəriliyi ilə Nizami Gəncəvidən sonra Türk, o cümlədən Azərbaycan ədəbiyyatında parlayan böyük ideya sahibi oldu. Yaradıcılığı ilə min illər insanlığın qəlbində, düşüncəsində, yaşayışında daşlaşmış ehkamları, bəzən incə, bəzən isə sərt şəkildə qaşıdı, dağıtdı.
Cavidin yaradıcılığı romantik ideyalar üstündə
qurulub. Bütün tədqiqatçılar da bu fikrin təbliğçisi və
tədqiqatçısı olmuşdur. Lakin diqqət edildikdə görərik ki, Cavid yaradıcılığında reallıq romantik şəkildə elə
düzgün, elə səlis təqdim edilmişdir ki, Cəlilin sərt realizm silləsi kimi sifətimizə dəymir. İstər məişət qay-ğılarından bəhs edən “Ana”, “Uçurum”, istər yerlə
göyün vəhdətini ifadə edən “Şeyx Sənan”, istər insan, mələk, Tanrı kimi fəlsəfi məsələlərini özündə əks etdirən “İblis”, “Peyğəmbər”, “İblisin intiqamı”, istərsə
də tarixi keçmişi qızıl ədalət tabağında bizə sunduğu
“Topal Teymur”, “Xəyyam”, “Səyavuş” kimi əsərlərində oxuduğumuz və rastlaşdığımız həqiqətlərdən 7
utanmır, əksinə, dərs alır və bəzən də qürurlanırıq.
Bu, Cavid həqiqətidir, bu, Cavid fəlsəfəsidir, bu, Cavid mənəviyyatıdır. Həqiqətin, gerçəkliyin sevgi və
qürurla qucaqlaşmış, bütövləşmiş halı…
Cavid yaradıcılığı və şəxsiyyəti ilə bir bütöv, bir tamdır. Onun yaradıcılığının qayəsinin ana xəttini təşkil edən insanlıq, mərdlik, alilik, bəşərilik, huma-nistlik, dəyişməz əqidə, möhkəm xarakter eynilə şəxsiyyətində də özünü göstərir. Yazdıqları ilə yaşam tərzi bu qədər üst-üstə düşən sənətkar çox azdır. Cavid məhz bu cür bütöv şəxsiyyətə malik sənətkarlar-dandır.
Cavid Birinci Dünya Müharibəsini, Oktyabr inqilabını, Demokratik Cümhuriyyətin qurulmasını, yıxıl-masını, Sovet hökumətinin qurulmasını, 1930-cu illər repressiyalarını görüb yaşayan şəxsiyyətlərdəndir. Bu cür qarışıq və xaotik ictimai şəraitlərin şahidi olub, yaşayıb, amma bu hadisələrdən 100 ilə yaxın bir zaman keçməsinə baxmayaraq, tarixin verdiyi obyektiv və şərəfli qiymət almaq yalnız dahilərə məxsusdur.
Çünki Cavid tarixə birmənalı şəxsiyyət kimi düşdü.
Cavid nə yaradıcılığında, nə şəxsiyyətində, nə də ailəsində heç bir ləkəyə bulaşmamış, nə kiçik qığılcımla-ra, nə də böyük partlayışlara gözü qamaşmamış, özünün müəyyənləşdirdiyi gerçəkliyi uzaqgörənliklə yaşayan bir dühadır.
Cavid şəxsiyyətinin yaşam tərzini obrazları ilə
müqayisə etsək, Şeyx Sənan kimi daima haqqa doğru gedən, inandığı və bulduğu həqiqətdən bir anda olsun yayınmayan, Arif kimi İblislə, şərlə mübarizəyə
qalxan, “Peyğəmbər” kimi tökülən qanların qarşısını 8
almaq istəyən, Elxan kimi ədalət məhkəməsi qurub dünyanı ədalətsizlikdən xilas etmək arzusunda olan, Səyavuş və Azər kimi odla suyun qovuşduğu torpaq-dan doğulub odla saflaşan, Xəyyam kimi şərlənməsi-nə, ləkələnməsinə baxmayaraq öz paklığı və idrakı ilə
mübarizə aparan olduğunu görmüş olarıq. Cavid, sanki, yaradıcılığında da öz taleyini yazmışdır.
Bu qədər böyük bir şəxsiyyətin nə qədər sadə və
səmimi olduğunu öyrənmək üçün həyat yoldaşı Müşkinaz xanım və qızı Turan xanımın xatirələrinə göz gəzdirmək lazımdır. Dünyaya xoşbəxtlik arzu edən və cəmiyyətin firavan həyat tərzi sürməsini arzulayan şairin faciəli və qürurverici bir həyat tərzini, Cavidin yanında olanların bir gündən sonra yoxa çıxmasını, ailəsinin şanlı, şöhrətli tituldan vətən xaini damğasına qədər əzablı bir yol keçməsini, Cavidli və Cavidsiz günlərini yaşayan Cavidlər ailəsinin keşməkeşli həyat tərzini oxuculara bir daha çatdırmaq üçün Müşkinaz xanımın 1973-cü ildə qələmə aldığı “Cavid haqqında xatirimdə qalanlar” və Cavid sevdalı, Turan aşiqi Azər Turanın böyük Hüseyn Cavidin qızı Turan xanımla 9 yаnvаr 2004-cü ildə etdiyi xatirə söhbətini yenidən nəşr etdirməyi düşündük.
Cavid haqqında xatirələr, nəinki gəncliyimiz, hər kəs üçün daima sanballı, gərəkli bir konsepsiyadır. İstər Müşkinaz xanımın, istərsə də, Turan xanımın xatirələrini oxuduqda bu ailənin böyüklüyünü bir daha görmüş oluruq. Çünki nə qədər ikiüzlü insanlar gör-mələrinə baxmayaraq, Cavid soyunun nümayəndələri heç bir ad çəkmir, konkret olaraq kimlərisə günahlan-dırmırlar.
9
Hədəf Nəşrlərinin “Xatirə ədəbiyyatı” silsiləsinin VIII kitabı olaraq çap ediləcək bu xatirələrin kitabse-vərlərin, cavidsevərlərin ürəyincə olacağına da əmi-nik.
10
Filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün Müdafiə Şurasındakı çıxış
25 may 2007-ci il
Hörmətli sədr! Hörmətli müdafiə şurasının üzvlə-ri! Hörmətli xanımlar və cənablar, əvvəla, sizin hamı-nızı salamlayıram.
Bizim milli şüurumuza özümüzü dərk etmək baxımından təsir edəcək fikirlərin yönləndirilməsinin, bu mövqedən yazılan əsərlərin gizlədilməsinin, tarixlərin təhrif edilməsinin zamanı keçmişdir. Bu gün faktlara obyektiv yanaşma, ideoloji yönləndirməni üs-tələməkdədir. Məhz belə bir şəraitdə Cavid kimi sənətkarların yaradıcılığının tədqiqi bir daha aktuallaş-maqdadır.
Müasir ədəbiyyatşünaslığımızın bir çox problem-lərinin həlli baxımından Cavid yaradıcılığına müxtəlif istiqamətlərdən müraciət etmək olar ki, bunların biri də Cavidin qəhrəman konsepsiyasıdır.
Şairin romantik qəhrəmanları bəşəriyyətin əbədi problemlərinə dövrün problemləri işığında cavab axtarır. Elə buna görə də Cavidin qəhrəmanları sahib olduqları xarakterik keyfiyyətlərə görə Sovet ədəbiyyat-şünaslığında çox vaxt mübahisə mənbəyinə çevrilmiş
və ədib bir çox qəhrəmanlarına (Afət, Elxan, Topal Teymur, Peyğəmbər və s.) görə nüfuzlu ədəbiyyatşünaslar tərəfindən belə, yanlış mövqedən təhlil olunaraq qınağa məruz qalmışdır.
11
Qəhrəman konsepsiyasını araşdırdığımız H.Cavidin yaradıcılığında türkçülüyə böyük bir konsepsiya kimi baxılmışdır. Təsadüfi deyil ki, ideoloji ateizmin təsirində olan bir çox tənqidçilər və ədəbiyyatşünaslar Cavidi ateist adlandırsalar da, digər bir qisim tənqidçilər və ədəbiyyatşünaslar birmənalı olaraq Cavidi panislamizmdə, pantürkistlikdə günahlandırmışlar.
Qətiyyətlə deyə bilərik ki, qəhrəman konsepsiyasının əsasında ittihadçılıq, tərəqqi, bəşəri problemlər daya-nan şair daima şovinist ideyalardan uzaq, sadəcə mil-lətinə böyük sevgi bəsləyən, güclü milli duyğulara sahib olan bir şəxs idi.
Göstərdiyimiz cəhətlər və müəllifin ideya-sənətkarlıq xüsusiyyətlərinin üzə çıxarılmasında qəhrəmanın müstəsna rolu mövzumuzun müasir ədəbi-nəzəri fikir üçün nə qədər aktual olduğunu göstərir.
“Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası” mövzusunda müzakirənizə təqdim olunan dissertasiya giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahı-sından ibarətdir. Onu da nəzərinizə çatdırıram ki, bu iş Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində yerinə yetirilmişdir.
Dissertasiya işinin girişində mövzunun elmi aktu-allığından, məqsəd və vəzifələrindən, elmi yeniliyin-dən, təhlil metodlarından və s. bəhs edilmişdir.
İşin “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında romantizm cərəyanı və romantik qəhrəman”
adlanan birinci fəslində Azərbaycan romantizminin inkişaf tarixindən, problemlərindən, özünəməxsusluqlarından, həmin dövrün ictimai-siyasi şəraitindən, romantiklərin yaratdığı bədii qəhrəman tiplərindən 12
və onlarda ifadə olunan ideallarından, ideyalarından söz açılaraq qəhrəmanların təsnifatı prinsipləri müəy-yənləşdirilmişdir. Bunun davamı olaraq növbəti ya-rımbaşlıqda Cavid qəhrəmanlarının təsnifatı verilmişdir.
XX əsr Azərbaycan romantizminin qəhrəman tiplərini müxtəlif cür təsnif etmək olar: müxtəlif millət-ləri, təbəqələri, zamanları və məkanları təmsil edən, mücərrədliyi, mövhumiliyi və gerçəkliyi ilə fərqlənən qəhrəmanlar. Lakin biz dissertasiyamızda XX əsr Azərbaycan romantizminin banilərindən olan H.Cavidin romantik qəhrəman tiplərini aşağıdakı kimi təsnif etməyi qərara aldıq: romantik qəhrəman ailə-məişət kontekstində (Səlma, Afət, Cəlal, Maral); romantik qəhrəman inqilab və müharibə kontekstində; (Knyaz, Azər, Topal Teymur, Şeyda, Arif, İblis, Səyavuş); romantik qəhrəman dini-fəlsəfi kontekstdə (Şeyx Sənan, Peyğəmbər, Xəyyam). Dissertasiyanın növbəti fəsilləri bu təsnifat əsasında müəyyənləşdirilir.
Dissertasiya işinin ikinci fəsli “H.Cavidin romantik qəhrəmanı ailə-məişət kontekstində” adlanır.
“Şərq müdrikliyi və ana” adlanan birinci bölmədə
Anaya dərin ehtiram və məhəbbətlə yanaşan H.Cavid dramaturgiyasının ilk romantik qəhrəmanı, “Ana”
pyesindəki Səlma anadan və “Qadın”, “Öksüz Ənvər”, “İlk bahar”, “Qız məktəbində”, “Çiçək sevgisi”,
“Şərq qadını” kimi şeirlərində, “Azər” dastanındakı
“Azad əsirlər”, “Vəhşi qadın”, “Səlmanın səsi” kimi parçalarda anaya olan dərin hörmətdən söhbət açıl-mışdır.
13
Cavid “Ana” pyesində ananı Şərq müdrikliyinin təmsilçisi kimi göstərməklə, Şərq, eyni zamanda türk mentalitetində qadının tutduğu uca yeri göstərir.
Şərq müdrikliyinin əsasında Tanrı sifətlərini mə-nimsəyərək kamilləşmək, ilahi iradəyə uyğunlaşmaq başlıca yer tutduğu kimi, ananın da xarakter və dav-ranışında bu cəhət əsasdır. O, çox çətin bir məqamla –
oğlunun qatilini bağışlamaq və ona sığınacaq ver-məklə sınağa çəkilsə də, ilahi iradədən uzaq düşmür.
İkinci fəslin ikinci bölməsi “Qadın azadlığı problemi və qadın qəhrəmanlar” adlanır. Bu bölmədə H.Cavidin ailə-məişət mövzusunda yaratdığı “Maral”,
“Uçurum” və “Afət” əsərləri tədqiqata cəlb edilmişdir.
Şairin ailə və məişət mövzusunda yazılan “Maral”, “Uçurum” və “Afət” faciələri öz məzmunları və
daşıdıqları ideya yükü ilə bir-biriləri ilə üzvi surətdə
bağlı olan bir silsilə təsiri bağışlayır, elə buna görə də
bu əsərlər ardıcıl tədqiqata cəlb edilmiş, hər bir obraza diqqət yetirilmişdir. Bədii qəhrəman ənənəsində
onlardan başlanan yeniliklər və
Qadın! Ey sevgili, şəfqətli mələk!
Bu qədər səbrü-təhəmmül nə demək?
O lətafət, o nəcabətlə sana
Bu əsarət, bu həqarət nə rəva!?
Sən nəsin?.. Kəndini bil, zəfi bıraq!
Həp nəsibinmi sənin sillə-dayaq?!
14
– deyən Cavid romantizmində qadın azadlığı prob-leminin necə böyük önəm daşıdığı müəyyənləşdiril-mişdir.
Elmi işimin üçüncü fəsli “H.Cavidin romantik qəhrəmanları inqilab və müharibə kontekstində” adlanır. “İnqilabın qəhrəmanların taleyi ilə açılan fəlsəfi mahiyyəti” adlı birinci bölmədə H.Cavidin inqilaba münasibəti araşdırılmışdır.
Sovet dövründə H.Cavid yaradıcılığına, xüsusilə
də inqilabi mövzuda yazdığı əsərlərinə obyektiv ger-çəklikdən kənar münasibət bəslənilmişdir. Bu qəbildən olan tənqidçiləri iki qrupa bölmək olar; birincisi, vəzifə hərisləri, “ölüm qədər zəhərli” həyatda yaşamağı üstün tutanlar, Cavidi proletar inqilabının mahiyyətini anlamamaqda günahlandıranlar, ikincisi isə
H.Cavidi sevənlər, qorumaq üçün, yaşatmaq üçün sü-ni şəkildə Cavid yaradıcılığında Sovet ideologiyasını təbliğ edən, onu alqışlayan ünsürlər taparaq Cavidin də bu dövrün adamı olduğunu demək istəyənlər. Bu fəsildə Cavidin inqilab və müharibə kontekstində təqdim etdiyi qəhrəmanlar ədəbiyyatşünaslıqda rastlaşdığımız yanlış təhlillərlə polemikada tədqiq olunur.
XX əsrin əvvəllərindəki istər dünyadakı, istər Ru-siyadakı, istərsə də Azərbaycandakı inqilabi proseslə-ri diqqətlə izləyən Cavid inqilab mövzusuna da biganə qalmamış, dahiyanə fikirlərini “Şeyda”, “Knyaz”
pyesləri və “Azər” poeması ilə ortalığa qoymuşdur.
Yüksək siyasi təfəkkürə malik Cavid yaratdığı heç bir əsərdə tələskənliyə yol verməmiş, xeyli düşünüb-da-şındıqdan sonra ortalığa çıxarmışdır. Apardığımız tədqiqat göstərir ki, sovet tənqidçilərinin söylədikləri 15
“Cavid proletar inqilabının mahiyyətini anlamır” ki-mi fikirlər kökündən yanlışdır. Bu öz əksini istər xalqın zəhmətkeş təbəqəsinin ağır güzəranını, acınacaqlı vəziyyətini görərək müasir və aktual mövzuda qələmə aldığı “Şeyda” faciəsində, istərsə də proletar inqilabının qələbəsi nəticəsində bir sinif kimi əzilən, məhv olan “knyazlar” dünyasının faciəli həyatını əks etdirən “Knyaz” faciəsində daha qabarıq şəkildə gös-tərmişdir.
H.Cavidin romantikasının özünəməxsusluqlarından biri də onun bir mövzuya müxtəlif prizmalardan baxmasıdır. Ümumilikdə, inqilabi şair olmayan Cavid inqilabın təntənəsini alqışlasa da, məğlub olan sinfin də bəlalarını, problemlərini göstərməyi özünə borc bi-lərək “Knyaz” faciəsini yaratmışdır.
Üçüncü fəslin ikinci bölməsi “Müharibə; ideologiya və tarixi şəxsiyyət” adlanır. Bu bölmədə bəşəriyyətin ən böyük faciəsi olan müharibəyə Cavidin münasibəti, ideoloji görüşləri təhlil edilmişdir.
Dramaturq müharibə problemini, əsasən, “İblis”,
“Topal Teymur”, “Səyavuş”, “İblisin intiqamı” dram və faciələrində qaldırmaqla yanaşı, “Xəyyam”, “Peyğəmbər” dramları, “Azər” poeması və digər irili-xırdalı əsərlərində də bu mövzuya toxunmuşdur. Dövr, tarix baxımından bu mövzu Cavidin əsərlərində uzun bir müddəti əhatə edir. Dahi sənətkar bu mövzuya daxil etdiyi bütün əsərlərində müharibələri bəşəriyyətin fəlakətləri kimi qiymətləndirmiş, ona şər qüvvələrin törətdiyi bir faciə kimi baxmışdır. Bəşəriyyəti heçliyə sürükləyən bu problemi aradan götürmək üçün bütün insanların və böyük tarixi şəxsiyyətlərin şərdən 16
uzaqlaşıb, xeyir ətrafında, sülhsevər insanların humanizm cəbhəsində birləşməsini vacib bilmişdir.
Dünyanın həmişə ikilikdən – xeyirlə şərin mübari-zəsindən ziyan gördüyünü anlayan şairin düşüncələri bu gün siyasətdə “ikili standart” deyilən bir terminlə
ifadə olunur. Cavidşünas Əjdər İsmayılovun təbirincə
desək, necə ki, planetimizdə hərb allahları, həyata və
insan səadətinə zəhər qatan ölüm mələkləri yaşayır, Cavidin demonik poeziyası öz estetik təsirində qalır, ideya kəsərliliyi ilə hər zaman mübarizənin ön cəbhəsində dayanmış olur. Elə buna görə də adı çəkilən əsərlərdə Cavidin qəhrəman konsepsiyasını XX əsrin qlobal hadisələri işığında tədqiq etməyə çalışmışıq.
Dissertasiyanın dördüncü fəsli “H.Cavidin dini-fəlsəfi baxışları və romantik qəhrəmanı” adlanır. Bu fəsildə “Şeyx Sənan”, “Peyğəmbər” və “Xəyyam”
pyesləri tədqiqata cəlb edilmişdir. Adı çəkilən əsərlərdə dramaturqun qarşıya qoyduğu məqsəd haqqa-həqiqətə qovuşmaq yollarını arayıb axtarmaq və bunun geniş həcmdə bədii həllini vermək olmuşdur. Şeyx Sənan da, Peyğəmbər də, Xəyyam da – hər üçü haqq-həqiqət yolunda müxtəlif təsəvvürləri olduğu kimi, ona qovuşmaq yolları da müxtəlifdir.
Ömürboyu həqiqət axtarışında olan dahi şair Cavid tiranı göydə yox, yerdə axtarıb. Lakin şairin yaradıcılığını tədqiq edən bəzi alimlər nədənsə Cavidi Allahsız, ateist bir insan kimi qələmə verməyə çalışıb və
onun ideyalarından çıxış edərək yerdəki bəlaların sə-bəbkarının göylərdə olduğunu sübut etməyə çalışırdı-lar, lakin Cavid yaradıcılığını tədqiq edəndən sonra 17
görürük ki, Cavid heç vaxt Allahsız, dinsiz olmayıb, sadəcə olaraq o,
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli-hikmətin babası
– deyərək haqqa gedən yolun şübhədən keçdiyinə
inanan bir insan idi. Bəzən bu fəlakətlərdən, dəhşət-lərdən, vəhşətlərdən usanıb yaradana da qarşı üsyan-çı bir mövqedə dururdu. Bizim fikrimizcə, bu da müdrikliyə doğru gedən yolun başlanğıcında hər bir bəşər övladının keçirə biləcəyi psixoloji haldır.
H.Cavid özü müdrikləşdikcə, inkişaf etdikcə, həqiqətə yaxınlaşdıqca onun yaratdığı qəhrəman tipləri də dəyişir, sanki haqqa doğru gedən pillələri bir-bir keçir. Daima bəşəri və əbədi ideyaları diqqət mərkə-zində saxlayan filosof-şairin bütün yaradıcılığı böyük bir fəlsəfi konsepsiya təşkil edir, desək, yanılmarıq.
Fəlsəfi ideyalarını, əsasən, “Şeyx Sənan”, “İblis”,
“Peyğəmbər” və “Xəyyam” kimi əsərlərində təqdim edən şair bütün yaradıcılığı boyu bir hədəfə vuraraq bəşər övladını bir Allaha, vahid dinə qulluq etməyə, şərin yaranmasına və böyüməsinə xidmət edən nəfsi boğaraq kamilləşməyə çağırır. H.Cavid bu idealına həmişə sadiq qalmış Peyğəmbərin dili ilə bir cür Bən məhəbbət əsiriyim.. hər an,
Hər zaman özlərim bir öylə cihan
Ki, bütün kainatı eşq olsun.
Könül uçduqca etila bulsun.
Qandan əsla görülməsin də əsər,
18
Saçsın al qönçələr şəfəqli səhər.
Şeyx Sənanın dili ilə isə
Həqiqət istərəm, yalnız həqiqət,
Yetər artıq şəriət, ya təriqət.
– deyə bir başqa cür ifadə etmişdir.
Dahi mütəfəkkirin yuxarıda adı çəkilən əsərlərini davam etdirdiyi ənənələr və müasirlik mövqeyindən təhlil etmiş, qəhrəman konsepsiyasındakı başlıca prinsipləri müəyyənləşdirərək sistemləşdirməyə çalışmışıq.
H.Cavid yaradıcılığını mümkün qədər obyektiv şəkildə araşdırdıqdan sonra deyə bilərik ki, ideya, mövzu və sənətkarlıq keyfiyyətləri baxımından Azərbaycan və eləcə də dünya ədəbiyyatının zənginləşmə-sində mühüm rol oynayan romantizmin böyük ustadı Cavidin yaradıcılığı fikir, ideya, məzmun, vəzn, fəlsəfə, söz, qəlb və ən əsası romantizm araşdırıcıları üçün daima cəzbedici tədqiqat obyekti olaraq qalacaqdır.
19
Xəyyamın Cavid fəlsəfi fikrindəki təzahürü Cavid haqqa-həqiqətə qovuşmağın yollarını “Şeyx Sənan” və “Peyğəmbər” əsərlərində ərsəyə gətirmiş-sə, “Xəyyam” dramında müdrik bir şair-filosofun obrazını yaratmaqla ilahi eşqə sahib olan şairin dünya haqda fəlsəfi düşüncələrinə də geniş yer vermişdir.
Zənnimizcə, “Xəyyam” dramı din əleyhinə yazılmış
ateist ruhlu bir əsər deyil. Çünki Xəyyamın yaşadığı dövrdə ateizm mövqeyində durub, Allahsızlığı təbliğ
edən ideyalar, fikirlər yaymaq, demək olar ki, qeyri-mümkün idi. Cəhalət, xurafat və mövhumatı isə bütün əsrlərdə, hətta islam dini yarananda da tənqid etmişlər. Odur ki, Xəyyam bütün açıqfikirli insanlar ki-mi, cəhalətə qarşı çıxış edə bilərdi. Sovet tənqidində
Xəyyamı ateist kimi göstərmək cəhdləri, zənnimizcə, özünü doğrultmur. Əsəri təhlil edərkən bu problemə
təkrar qayıdıb fikrimizi sübut etməyə çalışacağıq.
1. Cavid bütün əsərlərinin elə ekspozisiya, bədii müqəddimə hissəsindən oxucu və tamaşaçını gərgin vəziyyətdə saxlamağı bacaran sənətkardır. “Xəyyam”da da birinci pərdə bədii müqəddimə rolunu oynayır. Biz burada gələcəkdə bütün əsər boyu hadisələrə müdaxilə edəcək Xacə Nizam və Sabbah obrazları, həyatdan tez gedib, lakin tez-tez də Xəyyam tərəfindən yad ediləcək Sevda, Rəmzi və Xərabati surətlə-ri ilə rastlaşır və onların daxili aləmi ilə tanış oluruq.
Birinci pərdədə hələ ki, Xəyyamın ateistliyinə aid bir dəlil-sübut tapa bilmirik. Əksinə, Cavid Xəyyamın ömrünün bu gənc çağlarında hərdən məscidə gedib, imama qulaq asdığını qeyd etməyi vacib bilmişdir.
20
“Xəyyam” sırf həyati-fəlsəfi dramdır“. …Fəlsəfi səpki Cavid yaradıcılığının, Cavid istedadının öz təbiətin-dədir. Onun bütün əsərləri şeir və dramları həyatın fəlsəfəsi ilə aşılanmış, sənətin fəlsəfəsinə çevrilmişdir.
Lakin əvvəlki dramlarda fəlsəfi səpki həyatın özünün təsvirində, hadisələrin bilavasitə göstərilməsində və
ona yazıçı münasibətində ifadə olunurdu. “Xəyyam”
əsərində isə, bütün bunlarla yanaşı, konfliktin mahiyyəti, qəhrəmanın xarakteri, adamların qarşılıqlı əlaqəsi, hadisələrin inkişafı, əsas obrazın düşüncə və qənaətləri, dili və üslubu fəlsəfi səciyyə daşıyır.”1
İkinci pərdə ekspozisiyanın bitməsi və zavyazka-nın hadisələrin tanıdığımız obrazlar ətrafında daha da gərginləşməsi ilə müşayiət olunsa da, əsərin dra-matik cəhətdən ən sakit hissələrindən ola bilər. Bu pərdəni Cavid öz fəlsəfi fikir və düşüncələrini demək üçün yaratmışdır desək, yanılmarıq. Birinci pərdədəki hadisələrdən illər ötüb keçmiş, artıq hər tanıdığımız personaj öz mövqeyini müəyyən etmişdir. Rəmzi və Xərabati əvvəlki adət, vərdiş və düşüncə tərzlərin-də qalmış, Xacə Nizam yüksələrək Alp Arslanın baş
vəziri olmuş, Sabbah uzun və uzaq səfərdən məram və istəyinə uyğun qərarla geri dönmüşdür. Xəyyam və Sevdanın talelərində isə əvvəlki narahatlıq, həyatda öz yerini tapa bilməyən insanların qayğı və gərginliyi hiss olunmaqdadır. Xəyyam da, Sevda da – bu iki gözəllik, şeir-sənət və həyat aşiqi bir-birinə yetişərək küllə qovuşmaq arzusunda olan cüzlərə bənzəyir.
1Əkbərov Z.H.Cavidin «Şeyx Sənan» faciəsi. Bakı, Elm 1977. s.196
21
Onları qovuşdurmaq isə, Cavid kimi bir dahinin ecazkar qələmindən asılı idi.
Dövrünün insanları tərəfindən qəbul edilib, başa düşülməyən Xəyyam çox çətin həyati problemlər, maddi üzüntülərlə rastlaşır. Tələbələri “yolundan azmış” – deyərək onu tərk etmiş, zəmanəsini qabaqla-mış bu şəxsi camaat anlamadığından işsiz və ruzusuz qalmasına səbəb olmuşdur. Belə bir hala, vəziyyətə
XIX əsrin böyük Azərbaycan şairi M.Ş.Vazeh də düçar olmuşdur. M.Ş.Vazehi yenidən hörmət və nüfuz sahibi edən M.F.Axundov idi. Xəyyamı da kimsə qiy-mətləndirməli, layiq olduğu məqama ucaltmalı idi.
“Əsrinin öksüzüdür dahilər” – deyən Rəmzi Xəyyamın mövqeyini bizə daha dəqiq anladır. Peyğəmbərlərin çoxu yurdlarını tərk etdikləri kimi, dahilərin də
çoxunu öz zəmanəsi anlamamış, onlar yaşadıqları dövrün “öksüzü”, yetimi olmuşlar. Onun bazardakı vəziyyəti, ələ salınıb təhqir olunması Peyğəmbərin eyni məqamdakı halı ilə böyük oxşarlıq təşkil edir.
Onun təbabət, nücum və digər elmlərdə olan biliyinə
inanmayan kütləyə Xəyyamın kəskin cavabı belə olur: Ülkər ismi ilə deyir, göydə yaşarmış bir öküz Bu bir əfsanə, yer altında da varmış bir öküz.
Arif olsaq, bu öküzlər arasında bişək Görünür bir yığın ipsiz və yonulmaz eşşək.
Zəmanəsinin bu cahil insanlarından narazı olan Xəyyamın hislərini Cavid də eynilə keçirmiş, ruhunu didən etiraz nidalarını böyük sələfinin dili ilə söyləmişdir. Zəmanəsinin dahisini adi çörəyə möhtac qo-22
yan cəmiyyəti nə adlandırmaq olardı? O cəmiyyəti bu vəziyyətə salan nə din, nə də Tanrı idi. Onu bu hala gətirən “vicdan dəllalları”, xurafat və cəhaləti yaya-raq öz “maddi ehtiyaclarını” təmin edən şəxslər idi.
Onlar o vaxt da, bu zəmanədə də bəşəriyyəti irəli get-məyə qoymayan, daim tənəzzülə aparan, ağızlarında
“millət, Allah”, ürəklərində “mən-mən” deyən qüv-vələrdir.
Bəşəriyyət o vaxt səadət və xoşbəxtlik məqamına yetişə bilər ki, sələflərinin halal əməllərinin davamçısı olaraq onları öz xələflərinə ötürə bilsin. Əks təqdirdə
Cəmşidin camı peymanəyə, qədim kaşanələr viranəyə
çevriləcəkdir. Cəmiyyət günah sahibi olarsa, cənnəti nə bu, nə də o dünyada görəcəkdir. Saray qızlarının gəlişini xəbər verən qulamlar bazar əhlini üzü divara tərəf durmağa məcbur edirlər. Buna təəccüb və etiraz edən, “göz neçindir?” – deyən Xəyyam qırmancla vu-rularaq yenə təhqirə məruz qalır. Gələnlərin içində
Sevda da vardır. Cavid onları yenidən görüşdürür.
Sevdanın Xəyyama müraciət edərək: “Hankı sənətə
maraq etdin sən?” sualına şair – filosof aşağıdakı dərin və düşündürücü cavabı verir:
İzlərəm göydəki yıldızları mən,
Lakin onlar çox uzaqdan daha şən,
Daha dilbər və gözəldir, biləsən,
Bizə yaxınlaşdımı, bəs-bəlli, yaxar,
O alov səndəki gözlərdə də var.
Əvvəllər elm, bilgi və həqiqət aşiqi olan Xəyyam, indi yeni hiss və duyğuların burulğanına – gözlərdən 23
ürəklərə süzülən odlu-atəşli eşqin tilsiminə düşür.
Qızların təhriki ilə çıxıb gedən Sevdanın ardınca baxaraq:
Nədir, bilməm, günahım, məst ikən gözlər vüsa-lından
Bənim məhrum olan, ey nazlı afət, gül camalın-dan.
Artıq Xəyyam məcnunanə hallar keçirir və bu yerdə Cavidin yaratdığı Şeyx Sənanı xatırladır. Bütün ət-rafdakılar real düşüncə sahibləri olduqları halda, Xəyyam və Sevda əsl aşiqlər kimi romantik xəyallar və hislər içində yaşayırlar.
Cavid Xəyyamı bizə öz adət və vərdişlərindən dönməyən vətənpərvər bir adam kimi təqdim edir.
Bir yığın tül və ipəklərə bürünmüş Rum rəqqasələri-nin rəqsi məclisə xüsusi təravət gətirir. Valehedici gözəllik və səsə malik olan Sevda səhnəyə gələrək xaqa-nın arzusu ilə məhəbbət, saflıq və azadəlikdən bəhs edən nəğmələrindən birini oxuyur.
Belə gözəl şərqidən riqqətə və həyəcana gələn Alp Arslan yerindən qalxaraq Sevdadan nə arzuladığını və nə istərsə, yerinə yetirəcəyini söyləyir. Xaqanın tə-kidli tələblərindən sonra Sevda məclisdə olan Sabbahı nəzərdə tutaraq:
Xəyyamı edin əmrimə tabi,
Zəncirlədiniz, iştə bu, kafi.
24
– deyir. Xaqan və bütün məclisdəkilər heyrət, Sabbah isə qorxu və təlaş içərisində qalır. Xəyyam: Xəyyamə nə lazımdı ki, zəncir,
Onsuz da köləndir, bu nə təhqir?
– deyə soruşanda Sevda Sabbahı göstərərək, bu şairin məhv olmasını tələb edir. Xaqan buna razı olmayanda Sevda: “Şən könlünü şair mənə versin”, deyir. Artıq o səhvini anlamış, əsl Xəyyamın kim olduğunu bilmişdir. Sevda mədrəsə odasında, bazarda onu öz vurğun baxışları və şeirləri ilə məftun edən şairi ürəkdən sev-mişdir. O, məhəbbətini açıq-aşkar xaqana bildirib arzusunda təkid edir.
Xəyyam:
(Laubali və coşqun yerindən qalxar)
“Mən ömrümü sərməst olaraq şən dilərəm, şən.
Bir dindəyəm azadə bütün küfr ilə dindən (Sevdanı süzər)
Sorduqda ki mehrin nə? – Gülüb dəhrin ərusu, Mehrim, dedi, şən könlünü yalnız mənə versən”.
Cavid Xəyyamdan həzəc bəhrində tərcümə etdiyi bu rübaidə “küfr ilə din” deyərkən dinin əleyhinə olduğunu yox, xurafat və cəhalətin törətdiyi qayda və
adətlərin ziddinə olduğunu söyləyir. Tanrı və İslama qarşı Xəyyamın münasibəti isə başqa olmuşdur.
Onun Həcc ziyarətinə getməyi buna əyani sübutdur.
Xəyyama əks olan Naiblə müəllimini müdafiə
edən Saib arasında nə qədər fərq vardır. Halbuki, hər 25
ikisi eyni müəllimdən dərs almışlar. Deməli, cəhalət insanın öz xislətindədir. Səhnənin ən maraqlı yerləri Naibin nə cəbr, həndəsə, nə nücum, nə də Xəyyamın təqdir etdiyi digər elmlərdən xoşu gəlməməsi, elə ancaq onda nəsə bir ləkə tapıb şərləmək istəyidir. Burada da iki qüvvə üz-üzə durur: Xəyyamı hər cəhətdən ucaldan, müdafiə edən Saib və Müftinin göstərişi ilə
onu şərləyib gözdən salmaq istəyən Naib… Xəyyamı isə düşündürən bu dünyanı necə dərk eləmək məsə-ləsidir. Çünki ondan əvvəl gələn dahilər nə qədər ça-lışsalar da, bu müəmmanı həll edə bilməmişlər: Fəzli, ürfanı tanınmış necə dahi başlar, Ürəfa bəzminə famus olaraq parladılar.
Birər əfsanə deyib getdilər, əfsus, əfsus, Bu qaranlıq gecədən çıxmağa yol bulmadılar.
Dünyanın sirləri nə qədər çox açılırsa, bir o qədər müəmmalı görünür. Dünyaya gələn hər dahi ariflər məclisində yanan çırağa bənzəyir. Lakin onların saç-dığı işıq zülməti dağıdıb sabahı açmağa kifayət etmir: Kiminin fikrinə hakim görünür məzhəbüdin, Kiminin saplanaraq qaldığı həp şəkkü-yəqin, Ansızın bir də baxırsan ki, çıxır bir nadin Bağırır: Hey, nə odur yol, nə bu, qafili miskin.
Bu rübai məna tutumuna görə indiyə qədər söylə-nənlərin hamısından dərindir və bəşəriyyətin Tanrı barədə düşüncələrini əks etdirir. Bir qismi məzhəbə, dinə qapılaraq haqq-həqiqət yolunu ancaq burada arayır. İkinci qisim “Şeyx Sənan”dakı Dərviş kimi 26
məzhəbə də, dinə də şübhə ilə yanaşır və onların in-karına qədər gedib çıxa bilir. Üçüncü qisim isə nə
mövcud cəhalət və xurafat yayan məzhəb və dini, nə
də ona qarşı olan şübhəni qəbul edir. O, Tanrıya yetişmək üçün yeni bir yol arayır.
Dostlarının qəbrini ziyarətə gələn yarımsərxoş Xərabat müridləri ilə gələn Müftiyə fikir verməyib ovcu-nu şərabla doldurub göyə səpərək acı qəhqəhə ilə: Bu da göylərdə gülən sultanın.
Sən də iç, bəlkə açılsın qanadın…
Sərxoş ol, bunca ağır faciələr
Səni ürkütməsin əsla!.. Desələr
Çökdü evlər, qırılıb ailələr,
Sən haman zövqünə bax, etmə kədər.
– deyir. O sözü, o hərəkəti ki, ancaq yaxın adamların yanında edə bilərsən, onu cəmiyyət içində etmək həmişə məqbul deyil. Keçirdiyi dərddən, içdiyi şərab-dan ağlını itirmiş Xərabatinin məzarda uyuyan dostlarına göstərdiyi son nəvaziş qeyri-ölülərə göstərilmə-məli idi. Xüsusən, onun Tanrıya qarşı söylədiyi sözlər və etdiyi hərəkət küfr sayılmamalıdır və bunun məntiqi ona gətirib çıxardır ki, Xərabati Müfti və onu əhatə edənlər tərəfindən daş-qalaq edilərək öldürülür.
Artıq Xəyyamın həmsüfrələrindən heç kim qalmamış-dır. Xəyyamın qəbiristana gələrək dostlarını və Sevdanı anıb söylədiyi sözlər faciənin ən kədərli və ya-nıqlı yeridir. Beşinci pərdənin birinci səhnəsi Məlikşa-hın dəvətilə Xəyyamın Bağdada səfər etməsi ilə bitir.
Müfti və naiblərlə daima pəncələşən Xəyyam cəhalət 27
və xurafatın ən böyük nümayəndələri ilə də üzləşməli imiş. Ən yaxın həmsüfrələrini Nişapurda itirən Xəyyam son dayaq və arxası olan Məlikşahla Xacə Nizamı da Bağdadda itirəsi olur. Onun Xəlifə sarayında gördükləri hər insanı; istər mömin, istər dinsiz, istər müsəlman, istərsə də kafiri dəhşətə gətirər. Hamı üçün əmirəlmöminin din rəhbəri şəxsiyyətsiz, bir qadın düşkünü, əqidəsiz bir yalançı imiş…
Balıq başdan iylənər. İslamı nüfuzdan salan, bütün Şərqi ətalət və geriliyə sürükləyən bu din rəhbər-ləri olmamışlarmı? Bunları görən Xəyyamın, onlara qarşı laqeyd və ya üsyankar mövqe tutmasını dinsiz-lik adlandırmaq olarmı?
Hamıya o dünyada vəd etdiyi cənnəti özü üçün bu dünyada yaradıb kiçik yaşlı “huri”lərlə eyş-işrətə
dalan xəlifə Müqtədi Billahı və onun simasında İslamı hörmət və nüfuzdan salan bütün böyük din xadimlə-rini Cavid Xəyyamın acı gülüşü və kəskin sözləri ilə
damğalayır.
Birinci pərdənin bitməyi ilə süjetdə olan düyünün açılması razvyazkada tamamlanmış olur. Altıncı pərdə “Xəyyam”dramının finalıdır. Əsərin əvvəlində
gördüklərimizdən Xəyyam və Saqi, düşmən cəbhə-dən isə qocalıb əldən düşmüş Müfti və onu müşayiət edən Naib qalmışdır. Nə dünyanı lərzəyə gətirən Alp Arslan və Məlikşah, nə bütün Şərqi siyasəti ilə idarə
edən Xacə Nizam, nə də terroru ilə hamını qorxu içərisində saxlayan Sabbah vardır. Qalan haqqı-həqiqəti bu dünyada arayıb tapan Xəyyam və həmin haqqı-həqiqəti arayaraq cəhalət və xurafat toxumu yayan Müf-tidir. Mübarizə yenə davam edir. Lakin Xəyyam hə-28
yatının son anlarını onu sevən, əzizləyən gənc nəslin içərisində keçirirsə, Müfti təklənmişdir. Düzdür, Müfti kimilər hələ yaşayacaq, indinin özündə də, gələcəkdə də mövcud olacaqlar. Lakin onların sözü, məhəbbəti el içində yaşamayacaqdır. Harda cəhalət və
xurafat bataqlığı olsa, orada Müfti kimilər üfunət ya-ya biləcəklər.
Xəyyam son monoloqunda Saibi görüb adət-ənə-nəni nişan verərək ondan tez ayrılmaq istəyən qızlara müraciətlə:
Uydunuz bunca xurafata yetər!
Bu həy iştə ölümdən də betər.
Əl verir paslı, sönük adətlər!
Şən təbiət sizi azadə dilər.
…
Bir nəfəsdir bu sürəksizcə həyat
Bir nəfəs!… getdimi? Gəlməz…
(əlini ürəyinin üstünə qoyub titrək səslə) Heyhat!..
– deyir. Dramın bu yeri “Azər” dastanının sonu ilə
ideya cəhətdən oxşarlıq təşkil edir. Cavid “Azər” dastanında da buna bənzər fikirlər işlətmişdir. Eyni dövrün məhsulu olan həm “Xəyyam”, həm də “Azər”
dastanının son hissələri Cavidin bir növ əbədiyyət nəğməsi idi.
“Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında”.
(Hüseyn Cavid – 130) Beynəlxalq elmi konfransın
materialları. Bakı, 2012. 22-24 oktyabr.
29
Hüseyn Cavid Allah haqqında əsər yazacaqdı…
Romantik faciənin əsas nümayəndəsi olan H.Cavid yaradıcılığının romantik qəhrəman tiplərinə diqqət yetirsək, yaradılışın yaradana doğru inadla ad-dımlamasını görərik.
Filosof-şair H.Cavidin dram əsərlərində ilk romantik qəhrəmanı ailə-məişət mövzusunda olan
“Ana” faciəsindəki ana obrazı idi. Bu əsərdə, sanki, Cavid bütün humanist, insanlığa xidmət edən fikirlərini ortaya qoymaq istəmişdir. Düzdür, ananın faciəsi içərisində onun etdikləri çox qeyri-adidir, lakin Cavid əmin idi ki, ana kimi obrazlar bəşəriyyəti sürüklənən bəlalardan qurtara bilər.
Romantik qəhrəman axtarışında olan H.Cavid yaradıcılığına “Maral”la davam edərək yenə ailə-məişət mövzusuna toxunur. Böyük problemlərin həllini cəmiyyətin ən kiçik qurumu olan ailədə axtarır. “Ana”-
ya nisbətən “Maral”da romantizm zəifdir. Lakin onun ailə-məişət mövzusunda yazdığı “Maral”, “Afət”
pyesləri dramaturgiyamızda qadın hüquqsuzluğuna toxunulan ilk əsərlər idi. Ümumiyyətlə, H.Cavid romantizminin özünəməxsusluqlarından danışarkən onu da deməliyik ki, Cavid romantik qəhrəman tip-lərinin heç birini; nə müsbət, nə də mənfi obrazlarını ideal şəkildə nə mənfiləşdirmiş, nə də müsbətləş-dirmişdir. Hər hansı bir obrazına diqqətlə baxsaq, görərik ki, romantik qəhrəmanın daxili aləmində ikilik var, bir tərəddüd var, yaxşılıqla pislik bir-birinə üstün gələ bilmir. Bu da onu deməyə əsas verir ki, Cavid nə
30
qədər romantik olsa da, yaratdığı insan obrazı sada-ladığımız keyfiyyətlərinə görə bizlərdən elə də fərq-lənmir. Şərq fəlsəfəsindəki dualizmin təsiri Cavid yaradıcılığında aydın görünməkdədir. Bu, yəni ikilik bəşər övladının xislətidir.
Biz Cavidin yaradıcılığına ümumilikdə diqqət yetirsək, görərik ki, onun yaradıcılığında bir süjet xətti, bir kompozisiya var. Kiçik hadisələrə, məhəlli problemlərə, məişət problemlərinə toxuna-toxuna Cavid yaradıcılığı yüksələn xətt üzrə inkişaf edir. Əsərlərinin ardıcıllığına fikir versək, görərik ki, o, Səlma ana, Maral kimi obrazlardan sonra kamil insan (“Şeyx Sənan”), İblis (“İblis”), Allahın yerdəki elçisi Peyğəmbər (“Peyğəmbər”) mövzularına ardıcıllıqla müraciət etmiş, hətta bəzi mənbələrdə deyilir ki, Cavid son vaxtlar Allah haqqında da əsər yazmağı fikirləşirmiş.
H.Cavid özü müdrikləşdikcə, inkişaf etdikcə, həqiqətə yaxınlaşdıqca onun yaratdığı qəhrəman tipləri də dəyişir, sanki haqqa doğru gedən pillələri bir-bir keçir. Misal üçün, hamımızın görə biləcəyi kiçik bir hadisəni drama çevirən Cavid Ana-Səlma (“Ana”) obrazını, aktual mövzuda olan “Uçurum” və “Şeyda”
pyeslərindəki Cəlal və Şeyda obrazını yaradır. Bunlar Cavidin dramaturgiyasının ilk qələm təcrübələri idi.
Bu qəhrəman tipləri nə qədər romantik olsalar da, or-ta səviyyəli oxucunun, tamaşaçının anlaya biləcəyi, başa düşə biləcəyi səviyyədədir. Lakin biz Cavidin Şeyx Sənan (“Şeyx Sənan”), Arif (“İblis”) obrazlarına diqqət yetirsək görərik ki, onlar haqqa, həqiqətə qo-vuşmağa daha yaxındırlar, necə ki Şeyx Sənan qovu-şur. Arif isə çılğın bir gəncə oxşayır, hər şeydə günahı 31
göylərdə axtarır, gücündən böyük işlərə girişir. Bu, onun dünyanı dərk etmək yolundakı çabalarıdır. Lakin Arif haqqı tapmaq, ona yaxın olmaq istərkən şərə
mübtəla olur. Bu, hər bir gəncin özünüdərki zamanı düşə biləcəyi bəlalardır. “İblis”i yazarkən Cavidin 35
yaşı olduğu fikrimizin anlaşılmasına kömək edən amillərdəndir. Düşünmək olar ki, axı Cavid “Şeyx Sənan”ı yazarkən daha cavan idi. Bəli. Amma onu da nəzərə almaq lazımdır ki, insanlar fərqli olduğu kimi, dahi şairin yaratdığı obrazlar da daxili keyfiyyətlərinə
görə bir-birilərindən fərqlənirlər. Şeyx Sənanın Arif-dən üstün cəhəti o idi ki, o özünüdərk mərhələsini keçmişdir. O, Füzulinin Məcnunundan dərs almışdır.
Cismin bir heç, ruhun isə əbədi olduğunu dərk etmiş, ilahiyə doğru üz tutmuşdur. Onun da eşqi ilahi eşq idi. Filosof-şairin yaratdığı üçüncü qəhrəman tipləri sırasına Peyğəmbəri (“Peyğəmbər”), Xəyyam (“Xəyyam”) obrazlarını daxil edə bilərik. Bu obrazlar dinin dediyi mərhələləri – şəriəti, təriqəti, mərifəti keçmiş, həqiqət mərhələsindədirlər. Onlar özünüdərkin ən yüksək pilləsindədirlər. Xəyyam nə Arif kimi çılğın, üsyankar, şübhəçi, nə də Sənan kimi sevgisi uğrunda gözlənilməz addım ataraq əqidəsindən dönən bir obrazdır. Onun dini-fəlsəfi fikri, təfəkkürü formalaşa-raq, dünyaya daha obyektiv baxma imkanı vermişdir.
Öz dostlarını, sevgilisini, həmfikirlərini itirən, dinin başında duranların əxlaqsızlığını görən Xəyyamda fikir dəyişikliyi görmürük. Çünki o artıq filosofdur, kamil insandır, öz yaşam tərzini, qarşısına çıxacaq problemləri əvvəlcədən bilirdi. Bəli, Xəyyam bu bəşəriyyəti artıq tanıyırdı. Türkiyəli təsəvvüf alimi A.Yükse-32
lin məqalələrinin birində fars şairi Ömər Xəyyamın yaradıcılığını təhlil edərkən qərara gəldiyi bir çox məqamlar fikirlərimizin əsassız olmadığını təsdiqləyən elmi sübutdur: “Din yolunu bilməyin şəriət, o yola əməl etmənin təriqət, Allah razılığını əldə etmək üçün birləşdirmənin həqiqət olduğunu söylər. Həvəsə uy-maya şəriət deyilməyəcəyini, şəriətsiz təriqətin mümkün olmayacağını, riyaziyyatdan isə yalnız xəyal do-ğacağını dilə gətirir. Bütün sufilər kimi o da insana böyük bir önəm verir: ulduzlar belə insana verilmiş
yem dənələridir. Dünyanı göstərən qədəhin qoyuldu-ğu sandıq qəlbdədir.
Mənəviyyat yolçuluğunda riyaziyyatı yox, eşqi se-çir. Xəyyama görə, “Müfti ilə şəhər vaizinin məhkə-məsində dilləri tutur, dövlət quşudur eşq… Ancaq eşq bülbül kimi ağlayıb sızlamaq deyil, səsi belə çıx-madan ölmək, yox olmaqdır…
Sevgililər iki başlı, tək bədənli pərgar kimidir, am-ma, əlbəttə, bir yerdə birləşəcəkdirlər. Sən və mən pərdənin arxasındayıq; o pərdə qalxdığında nə sən, nə də mən qalacağıq. Məscidi, mədrəsəni, kilsə və
monastırları dolduranlar cəhənnəmdən qorxan, cənnəti umanlardır. Allah sıralarından xəbərdar olanlar isə bu növ toxumu könüllərə əkməzlər”1.
Bəli, Cavidin də Xəyyamı həqiqət pilləsinə çatmış, kamilləşmiş, dünyanı dərk etmiş bir obrazdır. Sevgilisi Sevdanın ölümü zamanı söylədiyi fikirlər Xəyyamın iç dünyasını daha yaxşı açır.
1http://sufizmveinsan.com/tasavvuf.html. Ahmet F.Yüksel. İstanbul 33
Söylə kimdən diləyim mən imdad?
Həp təbiət, bəşəriyyət cəllad.
Yuxarıdakı fikirlərimizi əsas tutaraq “Cavid Allah haqqında da əsər yaratmağı fikirləşirdi” fikrinə inana bilərik. Çünki buna Cavidin həm gücü, həm də haqqı çatırdı. Çünki o, Şərqin mövhumat içində qıvrıldığı bir vaxtda Peyğəmbər haqqında əsər yazdı və xalq tərəfindən sevildi. İndiyə qədər hər yazıçının cürət edə
bilmədiyini Cavid 100 il bundan öncə etmiş, belə bir mübahisəli mövzuda səhnə əsəri yazmışdır. Özü ka-milləşdikcə, haqqa yaxınlaşdıqca obrazları da həmin yolu keçən Cavid Tanrı haqqında əsər yazmağa haqqı çatan dahilərdən idi.
Bəlkə də, Cavid ömrünün ahıl çağlarında o cür möhtəşəm bir əsəri bizlərə bağışlayacaqdı… Bəlkə də, Cavid o əsərin eskizini hazırlamışdı, bəlkə də yarada-cağı Allah obrazının monoloqlarını yazmışdı… Heç nə
bilmirik.
Çox maraqlıdır ki, Cavid həbs ediləndən sonra əlimizdə olan bir-iki məktubundan başqa heç nə yoxdur. Bəşəriyyətin taleyini düşünən filosof, ola bilməz ki, məşəqqətləri görə-görə heç nə yazmasın, qeydlər aparmasın.
Bəlkə də, həmin adı çəkilən ən ali obraz yaradılmış və bəlkə, tariximizin də gizlədildiyi bizə məlum olmayan arxivlərdə gizlədilir.
34
Hüseyn Cavid yaradıcılığında demonizm
“Demonizm”– “demon” anlayışını ilk dəfə Sokrat dilinə gətirmiş, haqsızlıq, ədalətsizlik əleyhinə içəri-sindən üsyan edən səsləri eşidərək onları “demon” –
“Allahın səsi” adlandırmışdır. Bu baxımdan demonizm bəşər tarixində zülmə, ədalətsizliyə qarşı bir mübarizə vasitəsi kimi müsbət hadisədir.
Demonizm tiraniyanı ədalətsizlik, zülm, haqsızlıq üzərində qurulan səltənəti daim inkar edir. Əslində
onun üsyanı göylər səltənətinə qarşı yox, yerdəki cahil, mövhum, əzazil tirana və onun cəmiyyətinə qarşıdır.
Platon Allahı “formalar forması”, yəni dünyada hər bir şeyə forma verib onu qoruyub saxlamaq və ya dəyişmək hüququna malik olan bir qüvvə adlandırmışdır.
Bəşər düşüncəsi ta qədimdən xeyirlə şərin mübarizəsini qəbul etmiş, bu mübarizədə xeyirin əvvəl-axır şərə qalib gələcəyinə, işıqlı, ölümsüz, səfalətsiz, ehti-yacsız bir səltənət qurulacağına inanmışdır. Bunun timsalını ən qədim və ən böyük dualist din olan Zər-düştilikdə görürük. Həm zərdüştilik dövründə, həm ondan əvvəl, həm sonra mövcud olan politeist dinlərdə də xeyir və şər qüvvələr daim mübarizədədir. Bu dinlərdə də xeyrin qələbəsi labüd göstərilir.
Tarixin sonrakı dövrlərində yaranan İudaizm, Xristianlıq, İslam dinləri monoteist mövqedə dursalar da, onlarda da xeyirlə şərin mübarizəsi ön plana çəki-35
lir. Şər qüvvələr olan Satana, İblis Allaha – yaradıcı qüvvəyə qarşı çevrilir.
Monoteist dinlər dövründə demonizm, bir çox hallarda əvvəlki müsbət funksiyasını itirərək şərə xidmət edən bir vasitəyə çevrilir. Bu Allahın iradəsiylə-dirmi, ya onun iradəsindən kənardır? Tanrının iradəsindən kənar heç nə mövcud deyil – nə zaman, nə
məkan, nə məzmun, nə də forma.
“İnkarı inkar” qanununa əsaslanaraq, Allah özünü bir dəfə inkar edib dünyanı yaratmış və həmin o dünyada özünə bənzər varlıq olan, bütün yaradılmışların əşrəfi insanı yaratmışdır. İnsan ona qoyulan qa-dağanı pozmuş və Allah özünü bir daha inkar edərək onu əbədiyyətdən, səadətdən, firavan yaşayışdan məhrum edib cənnətdən qovmuş, əzab-əziyyətə məhkum etmişdir.
Bütün bunlar öz əksini dünyanın romantik ədəbiyyatında Dante, Şiller, Şekspir, Höte, Bayron, Puş-kin, Lermontov və s. bizim ədəbiyyatımızda isə, əsasən, Hüseyn Cavid yaradıcılığında tapmışdır.
Hüseyn Cavid bir çox faciə və dramlarında demonik ruhlu insanların taleyini Zərdüştilik dövründən tutmuş İslamiyyətin qələbəsi, Böyük Cahan çarpışma-ları və ateizm dövrünə qədər izləmişdir. Onun “Səyavuş”, “Peyğəmbər”, “Xəyyam”, “Topal Teymur”,
“Şeyx Sənan”, “İblis”, “Azər” əsərləri bu qəbildəndir.
Cavidin inkar etdiyi, lənətlədiyi tiran şər qüvvələrə uyaraq, başına şər qüvvələri toplayaraq ucsuz-bucaqsız məmləkətlərə, milyon-milyon insanlara qaranlıq, zülmət, əsarət və ehtiyac gətirən yer tiranlarına qarşıdır.
36
İlk baxışdan inkaredici mövqedə durub Allahı “tiran” adlandıran, ona qarşı mübarizəyə səsləyən qüvvələr insanda təəccüb doğurur. Axı “formalar forması” olan Allah, istəsə insanın məzmununa da sahib dura bilər, lakin o ən ali olduğu qədər də demokratik bir varlıqdır. O, bizə ən gözəl forma və ən ali şüuru vermiş, xeyirlə şəri ayırıb-seçməyi isə öz öhdəmizə
buraxmışdır.
Bu baxımdan xeyrə xidmət edən adam demokratik ruha malik olsa, əməlləri bəşəriyyətə səadət, şərə
xidmət edən adam isə şər qüvvələrin tövsiyələrinə
əməl etsə, bütün kainata, insaniyyətə fəlakət gətirə-cək.
H.Cavidin tarixin ən qədim dövrlərindən bəhs edən əsəri “Səyavuş”dur. Xeyrə xidmət edən Səyavuş, şərin köləsi olan Kərşivaz və Südabə əsərin kon-fliktini təşkil edirlər. Səyavuş qurmaq, yaratmaq, bir-birinə düşmən olan iki böyük xalqı, iki məmləkəti sül-hə, qardaşlığa birliyə gətirmək əzmi ilə çarpışır. Ona qarşı mübarizə aparan Südabə və Kərşivaz isə öz şəxsi mənafe, murdar istəkləri ilə xeyrin qarşısına sədd çəkir. Keykavus, Əfrasiyab kimi şərə xidmət edən mənfur insanların əllərində oyuncağa çevrilirlər və
qədim tarixin ən qədim faciələrindən biri – Səyavu-şun öldürülməsi, şər demonunun xeyir demonuna qələbəsi, artıq yetişməkdə olan İran-Turan birliyinin pozulması, bu xalqların sonralar hələ uzun müddət bir-birinə qanlı, amansız düşmən olması faciəsi baş verir.
Şər xeyrə qalib gəlir…
Dramaturqun İslamın ilk təşəkkülü, inkişafı, qələbəsi və peyğəmbərin şəxsiyyətindən bəhs edən, ən 37
maraqlı, düşündürücü dramlarından biri “Peyğəmbər” əsəridir. Peyğəmbər yerə-göyə sığmayan, ancaq göydəki ali qüvvənin hökmünü, istəyini yolundan azmış, çoxallahlığa inanan, həqiqətdən uzaq düşmüş insanlara çatdırmaq istəyən, bu yolda heç nədən qorxub-çəkinməyən, yalnız xeyrə xidmət edən demonik bir obrazdır. Özündən əvvəl gələn İsa Peyğəmbərdən fərqli olaraq, o, təkcə kitabı yox, qılıncı da qələbə çal-maq üçün intixab etməli olur. Bu fikrə onu yönəldən Allahın özüdür. İlahi tərəfindən göndərilən mələk-lərdən biri ona kitab, digəri isə qılınc təqdim edir.
Hicrətdən sonrakı mübarizəsində həm kitab, həm də
qılınca dayaqlanaraq nüsrət sahibi olur.
Sufizm dövründə arif insan, həqiqətə varıb xidmət edən şəxsiyyət haqqında çox düzgün bir fikir söylənilmişdir. “Mənəm Allah” demək hüququna malik olan hər hansı bir şəxs ariflik zirvəsinə qalxmalıdır…
Və o, bu zaman dörd pillədən keçməlidir: şəriət, təriqət, mərifət, həqiqət.
Şəriət dövründə mövcud olan qanunları öyrənib ona riayət etməli, təriqət dövründə özünə mürşid se-çərək ilahi və elmi axtarışlarda olmalı, mərifət dövründə özü mürşid olaraq bildiklərini başqalarına öy-rədib yol göstərməli, həqiqət dövründə göstərdiyi yolun, çatdığı elmi-fəlsəfi nəticənin yayıldığını, qalib gəldiyini görməlidir. Əgər görərsə, demək o, həqdir, arifdir. Mənsur Həllac da, Nəsimi də bu yolla getmiş, onların “Mənəm Allah” deməyi, həqiqətə varmaları-na, küllə qovuşmalarına səbəb olmuşdur.
H.Cavid yaradıcılığında bu cür obrazlara rast gəl-mirik. Onun “Xəyyam” və “Topal Teymur” əsərlərin-38
də həqiqətin axtarışı, dünyanın dünəni, bu günü və
sabahını düşünən qüdrətli demonik obrazlar yaradılmışdır. Bu baxımdan “Xəyyam” pyesi diqqəti daha çox cəlb edir. Əsərdə üç dost təsvir olunur: Xəyyam, Xacə Nizam, İbn Səbbah. Xəyyam, ancaq xeyrə xidmət edən, şəri özündən qovan böyük filosof, alim, şa-ir-Sokrat xislətli bir şəxsdir. İbn Səbbah şərin carçısı, gələcəkdə baş verəcək bir çox fəlakətlərin səbəbkarı və icraçısıdır. Xacə Nizam xeyirlə şər arasında taraz-lıq yaratmaq istəyən, bütün dövləti ədalətlə, nizamla idarə etmək istəyən obrazdır.
Allahın özü kimi tənhalığı, öz xeyirxah demonunun pıçıltılarına qulaq asaraq yaratmaq, qurmaq əzmi ilə yaşayan Xəyyam şərə düşüb bir çox çətinliklərlə
rastlaşsa da, uzun, mənalı bir ömür sürür, qocalığın-da hamı ona məhəbbət, hörmət və ehtiramla yanaşır.
Şər ona yaxın gələ bilmir, çünki ruhu şərdən uzaq idi.
Ancaq hər gün, hər saat şər işlərlə qarşılaşan Alp Arslan, Məlik şah, Xacə Nizam kimi dünyaya sahiblik edən qüdrətli şəxsiyyətlər şərin əli ilə nizam, qayda-qanun yaradırlar. İbn Səbbah kimi şərə xidmət edənin ən böyük arzusu və istəyi isə elə həmin qayda-qanun və nizamı dağıtmaqdır – İblisin arzusu kainatın niza-mını pozmaqdır. Pozulmuş insan, pozulmuş cahan asanlıqla onun hökmü altına keçə bilər. Burada biz gələcəkdə “İsmailiyyə” terrorçu təriqətinin, təşkilatı-nın, dövlətinin, birliyinin yaradıcılarından biri olan Həsən ibn Səbbahı, əsərdə isə İblisin adı çəkilməsə də, ona xidmət edən demonik bir obrazı görür, tanıyır və
əməllərinə nifrət edirik.
39
H.Cavidin “Topal Teymur” əsəri qəhrəmanlıq dramıdır. Xeyirlə şərin mübarizəsi, Cavidin digər əsərlərində olduğu kimi, burada çox da qabarıq nəzərə çarpmır.
Əsərdə təsvir olunduğu kimi, iki cahangir üz-üzə
gəlmişdir. Bunlardan biri Yıldırım Bəyazid, digəri Əmir Teymur idi. Yıldırım Bəyazid serb qızı olan Me-liçanın, sərxoşluqdan ayrılmayan vəzirinin, ədalətsiz divan adamlarının dediyi ilə oturub-duran, öz sarayında xain, mənfur niyyətli adamlara yer verib ehtiram göstərən iradəsiz, lakin inad bir şəxsiyyətdir. Şər və çirkabla əhatə olunan bir hökmdar heç vaxt ədalət, nizam, qayda və qanun yaradıcısı ola bilməz.
Əmir Teymur isə ayıq, hər şeydən şübhələnən, hətta ən yaxın adamlarına da bir işi etibar edəndə onu dəfələrlə yoxlatdıran, ən xırda intizam, qayda-qanun pozğunçuluqlarına qarşı amansız olan, lakin ədaləti heç vaxt əldən verməyən, dostlarına sonsuz məhəbbət, düşmənlərinə nəhayətsiz kin və qəzəb bəsləyən bir şəxsiyyətdir. Onun demonik ruhu hərblə yoğru-lub. Bununla belə, Əmir Teymur şeirə, sənətə, gözəlli-yə qarşı laqeyd deyildir. Onu apardığı mübarizədə
heç nə – nəinki tək-tək, hətta yığın-yığın insanlar, ucsuz-bucaqsız məmləkətlər, bəşərin başına gətirilən faciələr çəkindirə bilmir. Qarşıya qoyduğu məqsədə, fikir və əməlinin qələbəsinə o hər şeyi qurban verməyə
qadirdir. Yıldırım Bəyazidə söylədiyi sözlər dediklərimizə sübutdur: “Heç maraq etmə, xaqanım!.. Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə… sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı”.
40
Bir nəticə hasil olur, onların hər ikisi icraçıdır. Biri durğunluq, şər mühitə xidmət edir, digəri isə dağıdıcı da olsa, qurub-birləşdirməyə, qayda-qanuna riayət edən bir cəmiyyət yaratmağa cəhd göstərir. Əmir Teymur özünü yol azmışlara qarşı mübarizə aparan bir “Allah bəlası” adlandırırdı.
H.Cavid “Şeyx Sənan” əsərini dini ayrıseçkilik əleyhinə yazmış, hələ dinlərin indiki formada mövcud olmadığı, ən ilkin dövrdə ilahiyə və yaxın bildiyi adamlara məhəbbət şəklində olduğu bir zamanla indiki təzadlı dövrü qarşılaşdırmışdır. Allah bizi xristian və ya müsəlman yaratmayıb. Bizi yaradarkən “yaxın və əziz bildiklərini sev”– deyib. Bu sevginin ən yüksək forması eşqdir. Sənanın Xumara olan məhəbbəti Məcnunun Leyliyə olan məhəbbətinə bənzəsə də, daha əzablı, daha keşməkeşlidir.
Yuxuda buta alan, sevginin dalınca Tiflisə gələn, daim şübhələr içində yaşasa da, pak eşqinə, məhəbbətinə şəkk gətirməyən Sənan demonik bir obrazdır. O
həm İslamın, həm də Xristianlığın mövhumat və cə-halətinə üsyan edən, “Allah birdir, din də bir olmalıdır və bu dinin əsası eşqdir”, – deyən bir şəxsiyyətdir.
Öz mürşidlərinin əhatəsindən uzaqlaşıb Xumarın ata-sının və onun ətrafındakı xristian cahillərinin tələblə-rini yerinə yetirərək istəyinə yenə də çata bilmədiyini anlayan Sənan Xumarın dəvəti və təhriki ilə sevgilisi ilə birlikdə uçuruma atılır. Onlar səadəti bu dünyada yox, özlərini inkar edərək o dünyada arayır və tapır-lar.
Cavidin I Dünya Müharibəsi əleyhinə yazılmış
“İblis” faciəsi ictimai məzmun və dərin fəlsəfi mənası-41
Ücretsiz ön izlemeyi tamamladınız.