Kitabı oku: «Odərlər», sayfa 3
Ərəb dili Tanrının dili ola bilməz, oğul, heç vaxt ola bilməz. Heç indi də deyil. Sadəcə kütlə bunu belə qəbul edir. O, məkansız, zamansız, rəngsiz, cinssiz, dilsizdir. O, bütün dilləri bilir. Onun üçün bütün dillər eyni cür anlaşı-lır. Axı bütün dillər bir dildən – OdƏr dilindən yaranıb. Sənin niyyətin pak olduğu təqdirdə, ona necə müraciət et-sən, olar. Bax görürsənmi, nəyin davası gedir? Dilin. De-məli, dil yaradılışın genetik daşıyıcısıdır. Hər şey dildə yaşayır. Bütün kodlar, sirlər hamısı dildə yaşayır. Əgər kimsə dilini unudursa, deməli, təfəkkürü manqurtlaşır. Manqurtu yadına sal. Əli vardı, ayağı vardı, hətta danışa da bilirdi. Amma danışdığının heç bir mənası yox idi. Çünki yaddaşı dilinə xidmət etmirdi. Yaddaş dil ilə təza-hür edilir. Bu siyasəti yürüdənlərin məqsədi odur ki, sən dilini unudasan, özünü unudasan. Amma bu dil süni dil deyil, Yaradanın bizə bəxş etdiyi ulu dildir. 200000 ildən çoxdur ki, sənin dilinə qarşı mübarizə aparırlar. Yerə ilk enən Qrek tayfaları səni gördükdə və anlamadıqda, onun kimi danışmadığın üçün sənə bar-bar dedi, yəni kəkələ-yənlər. Çox mübarizə apardılar ki, onların şər niyyətlərini məhv etmək üçün göndərilən Tanrının qılıncı olan türklə-ri məhv etsinlər. Fiziki gücləri çatmadıqda dilinin məhvi üçün çalışdılar. Onlar istəyirlər ki, sən öz doğma dilini unudasan, amma bacarmırlar. Kodlardan ibarət olan dilin əlindən alınanda, sən də itib-batacaqsan. Fikir ver, bu ərəb dili dinin köməyi ilə sənin dilinə nə qədər hücum et-sə də, sən indi də atalarının dediyi kimi “Yer haqqı”, “Göy haqqı”, “İşıq haqqı”, “Tanrı haqqı”, – deyə and içir-sən. Bilirsən, bu niyə belədir? Bilməlisən, oğul, bil ki, sə-nin dilini qoruyanlar və yaşadanlar var. Uzun illərdir mü-barizə aparırlar ki, qədimlərdən də qədim olan ana dilin itib-batmasın. Sən gətirəcəyin kitablar o dildə yazılıb. Qə-dim OdƏr dilində. Bilgə Kağanın, Atillanın, Oğuz xanın dilində yazılıb. Biz və bizdən öncəkilər sənin kimilərə bunları yorulmadan, usanmadan danışmışıq. Danışmışıq ki, yaşasın, sən də danışmalısan, amma seçilmişlərə. Sis-tem elə qurulub ki, 1000 illərin tarxini sinəsində gəzdirən insanların arasına heç vaxt xəyanətkar girə bilməz. Bunun əsas səbəbi qan təmizliyidir. Seçilənlərin birinci şərti qan qarışığının olmamasıdır. Ən vacib məsələdir bu. Əgər bir şey kirləndisə, onu təmizləmək çox çətin olur. Nə qədər təmizlənsə də, əvvəlki saflığını qaytara bilmir. Bu mövzu-ya sonra yenə qayıdacağam. Bu qan məsələsini sonra da-ha geniş danışacağam sənə. Görürsən, hardan başlayıb, hara gedirəm?
5
Arslanı düşüncələrdən ayıran kapitanın “uşaqlar, de-yəsən, yaxınlaşırıq, bundan sonra diqqətli olmalıyıq. Ar-tıq hava da işıqlanır. Sığınacağa təxminən 5 km qalır”, – deyə asta səslə pıçıldaması oldu.
Artıq meşə seyrəkləşirdi. Bundan sonra, sadəcə, sü-rünmək lazım idi. Arxalarında təqribən 20-30 kq ağırlığın-da çanta daşıyan bu əsgərlər kapitanın əmri ilə yerə uzan-dılar. Erməni postlarını keçsələr də, postdan bura yaxşı görünürdü. Kapitanın hələ ilk dəfə yaralanması 1992-ci il-də Kəlbəcərdə olmuşdu. Azərbaycan ordusunun N saylı milli taborunun ilk əsgərlərindən olan kapitan bu ərazilə-ri əlinin içi kimi tanıyırdı. Demək olar ki, hər daşına, qa-yasına, hər cığırına, izinə bələd idi. Hansı təhlükənin han-sı istiqamətdən gələcəyini bilirdi. Buna baxmayaraq, ciz-gilərində təbiətlə uzlaşan xoş bir təbəssüm var idi. Yayın ortası olsa da, bu dağların sərin mehi məsum bir gözəlin sevgisi kimi onu oxşayırdı.
Süründükcə 2012-ci ildə Tərtərdəki son əməliyyatı yadına salan Elçin elə bil morfi vurmuş adam kimi, heç nəyi hiss etmirdi. Bir neçə kilometr məsafəni sürünərək təmas xəttində yaralı vəziyyətdə olan dostlarını qurtar-maq üçün Elçin iki gün geriyə qayıda bilməmişdi. Sıyrıq-sıyrıq olmuş dirsəklərindən qan süzülən Elçin verilən tap-şırığı yerinə yetirməmiş gəlmədi. Zabitlərin sağ olduğunu müəyyənləşdirib koordinatları verəndən sonra şəhrəsi1 çıxmış qollarını əvəzləyərək hər dəfə bir dirsəyi üstə geri-yə qayıda bilmişdi. O iki gündə leysana düşmək, heç bir ərzağı olmadan qalmaq, hətta tapdığı qurbağanı belə çiy-çiy yemək bir tərəfə, hər an ermənilərin əlinə düşmək qor-xusu və həyəcanı tamam başqa bir vahimə və dəhşət do-ğuran hiss idi. Cəmi otuz yaşı olan Elçinin saçları o iki gündə ağappaq olmuşdu. Uşaqların sağ olduğunu eşidən-də əslən Lənkəranlı olan hərbi hissə komandiri o ki var ağlamışdı. Hətta o boyda kişi başını Elçinin çiyninə də qoymuş, uşaq kimi ondan təsəlli almaq istəmişdi. Sonra da onun alnından öpmək istəyəndə Elçinin papağı başın-dan düşmüşdü. Hərbi hissə komandiri Kamandar Heydə-rov dəhşətə gələrək geri sıçramışdı.
– Ay bala, bu nədir, sənin saçların niyə belə ağdır?
Elçin bunu eşidən kimi tez komandirin otağında qa-pının yanındakı güzgüyə baxmışdı. O, bir neçə ay həmin əzablı günləri unuda bilməmişdi. İndi bütün o dəhşətli yaşantılar təkrar yada düşdükcə, sanki başının üstündən keçən güllələrin vıyıltısını təzədən eşidirdi.
Bir kilometrdən də çox bir ərazini sürünərək keçən OdƏrlər artıq rahat yürüyə bilmə əmri aldılar.
Qarşıya qoyulan əməliyyat planının birinci mərhələ-si, demək olar ki, bitmişdi. Bundan sonra Şuşaya çatmaq üçün onları daha çətin sınaqlar gözləyirdi. Qorxunun nə olduğunu bilməyən bu igidlər düşmənin içinə girdikcə güclənəcək, gücləndikcə daha da ruhlanacaqlar.
* * *
Ərtoğrul özünü saxlaya bilmir, xəzinədara olan mü-nasibəti başa düşmürdü. Arslanın buna verəcəyi izahı eşitmək üçün fürsət gözləyirdi. Amma Arslan heç nə de-mirdi. Ərtoğrul bu anda əməliyyatı belə unudub, sadəcə, Arslanın hərəkətini götür-qoy edirdi. Oğurladıqları pulun nəyə lazım olacağını bilmirdi. Və günahsız bir insana edi-lən hərəkəti özünə sığışdırmırdı. Axı bunu Allah da gö-türməzdi. Fürsət düşən kimi özünü saxlaya bilmədi, sü-rətlə addımlayan Arslana dedi:
– Sən xəzinədarı niyə öldürdün?
– Belə lazım idi, – deyə Arslan ona baxmadan cavab verdi.
– Necə yəni belə lazım idi? Axı biz millət üçün bir yola çıxmışıq, amma sən millətin günahsız oğullarından birini öldürürsən.
– Başqa çarəmiz yox idi.
– Onu da növbətçi əsgər kimi yuxuya verə bilərdik.
“O, gözlənilməz anda ortaya çıxdı”, – deyən Arslan çox sakitcə, soyuqqanlı şəkildə cavab verdi, amma Ərtoğ-rulun narahatçılığını da başa düşür, hətta özü də daxilən əzab çəkirdi. Ərtoğrul isə hər cavabdan sonra daha da çıl-ğınlaşır, qaneedici cavab ala bilmədiyi üçün qırmızı gör-müş buğa kimi, enli burunlarından od püskürürdü.
– Bəs onda bu pulları niyə götürdük? Sənin məqsə-din nədir? Yoxsa başqa planın var?
– Əlbəttə, bu, bir plandır, bilərəkdən götürdüm.
– Necə yəni “bilərəkdən”? Səncə, buna görə bizim haqqımızda ölkədə nə danışarlar?
– Onsuz da bizim haqqımızda xoş danışmayacaqlar, əksinə “vətən xaini” deyə damğalayacaqlar. Pulları götür-səydik də, götürməsəydik də.
– Bundan sonra əllərində fakt olacaq, amma pullara görə heç olmasa konkret bir nəticəyə gələ bilməz, bizdən sonra bəziləri bizi vətən xaini adlandırmağa cürət etməz-di.
Xarabalıq içində qalmış kəndlərin kimsəsiz təbiəti gü-nəşin gəlişini paklığı ilə qarşılayırdı. Addımlar isə get-ge-də daha ehtiyatlı atılmalıydı. Komandirin həmişəki kimi sayıqlığı hamını arxayınlaşdırırdı. Onlar qarşılarına çıxa-caq heç bir təhlükədən qorxmurdular: nə ermənidən, nə basdırılmış minalardan, nə də vəhşi heyvanlardan.
İnstitutda oxuduğu müddətdə hər gün səhər idmanı-na həvəslə oyanan Ayxan qara gözlərini kəşfiyyatçı mə-harəti ilə ətrafa gəzdirərək heç nəyi diqqətdən qaçırmaq istəmirdi. Gözlərlə ürək arasında əlaqə qırılarsa, bu, riya-karlıq əlamətidir. Lakin bu an Ayxanın gözləri ilə ürəyi arasındakı əlaqə soyuqqanlıqdan qırılmışdı, riyakarlıqdan yox. Amma ağıl gözlərə sahib çıxaraq, sanki ona nəzarət edirdi. Ürəklə göz arasındakı əlaqənin qırılması könül sultanından ayrı düşmək idi. Ayağını qoyduğu bu tor-paqlardan ilk dəfə keçərkən qundaqda olmuş, bəlkə də, hansısa bir mələfəyə bürünüb dünyadan bixəbərcəsinə keçmişdi. Hətta yəqin o zaman bu təlatümdən birboğaza ağlamışdı da. Amma o zaman ana sevgisindən bir müd-dət ayrıldığı üçün ağlamışdı. İndi isə anasından daha çox, sevgilisindən ayrı düşdüyü üçün kövrəlmişdi. Ona görə ki, son məktubu yaza bilməmiş, yenicə çəkib tamamladığı rəsmi sevgilisinə göndərə bilməmişdi.
Ara-sıra rəssamlıqla məşğul olan Ayxan xəyallarında canlandıraraq çəkdiyi rəsmi sevgilisinə göndərə bilmədiyi üçün indi bir az toxtaqlıq tapmışdı. Çünki onu yanında hiss edirdi. Amma atılan hər addım onu bir sevgilisinə yaxınlaşdırsa da, o biri sevgilisindən uzaqlaşdırırdı. Qəl-binin dərinliyində şuşalı qız Turanəni düşünən bu Qara-bağ əri hərdən digər sevgilisinə xəyanət etmiş olduğunu ağlından keçirərək bu fikirləri özündən uzaqlaşdırmağa çalışırdı, amma mümkün deyildi, çünki ürəyin ağlı olmur axı heç vaxt. Bu qədər həssas düşüncələr onu məşğul etsə də, peşəkarlıq öz işini görürdü. Qarşıdakı yaşıl xətti anın-da kapitana xəbər vermişdi. Düşmənin minalanmış ərazi-sini əlinin içi kimi əzbər bilən Ayxan xüsusi istedada ma-likdi. O, eyni anda düşünə, danışa, ətrafı da diqqətdə sax-laya bilirdi. Minadan yayınan kimi özündən asılı olmaya-raq, əlini yan cibinə salaraq rəsmin orda olub-olmadığını bir daha yoxladı. Sanki ürəyini çıxardıb cibinə qoymuşdu. Və bu hərəkətini o anda sevgilisinin görüb onu necə sev-diyini anlamasını elə istəmişdi. Düşüncələr Ayxana mətin addımlamağa kömək edirdi, iki sevgini bir qəlbdə daşı-maqdan usanmayan bu oğul sanki bu sevgilərdən mənəvi güc alırdı.
Nəyisə itirəcəyindən qorxan adamlar kimi əlini mas-xalatın üstündən cibinə bir də sürtdü və bir anlıq durux-du. Ona elə gəldi ki, cibindəki yoxdur. Tələsik üst-başını, ciblərini yoxladı və üzündə bir sevinc yarandı. Ona yara-şıq verən almacıqları bir anda alışıb-yanmağa başladı, sanki kimdənsə utandı. Amma ətrafında dağ kimi dur-muş ərlərdən basqa kimsə, bir də avqustun isti günləri ol-masına baxmayaraq, Kəlbəcərin sərin səhər təbiətindən başqa heç nə yox idi. Sevgilisinin rəsmini cibində köksün-də daşıdığı ürək kimi qoruyan Ayxanın yadına bir anda beşinci sinifdə oxuyarkən sinif yoldaşı Günayın hərəkət-ləri düşdü. Belə ki, bir dəfə sinifdəki eşq macəralarında məsul şəxs sayılan Aygünün “kim kimi sevir” adlı siyahı-sı valideynlərdən birinin əlinə düşmüşdü və götürüb gəl-mişdi sinfə. Bu siyahıdan xəbərdar olan sinif rəhbəri də başlamışdı siyahını oxuyub uşaqları utandırmağa:
– Aysel, səni gör neçə nəfər sevir? Ramil, sən neçə nə-fəri sevirsən? Vay, vay!…Siyahıda növbə Ayxanın idi. Mü-əllim oxuduqca gülüşən, bir-birinə baxıb qımışan uşaq-lardan fərqli olaraq, Ayxan sanki dünyadan xəbərsiz idi. Birdən müəllim üzünü Ayxana tutub:“Sən də sevirsən?” – dedi. Ayxan cinayəti boynundan atmaq istəyən adamlar kimi and içməyə başladı. Müəllim uşağın bu saf hərəkəti-nə gülümsünərək söhbəti dəyişdi. Ayxan belə Ayxan idi. İndi isə sevginin nə olduğunu – onu yaşamağı da, yaşat-mağı da çox yaxşı bilirdi.
Hətta bir dəfə altıncı sinifdə oxuyanda Ayxanın sinif yoldaşlarından Elşən və Tuncayın ona bir sualı olmuşdu. Hər iki uşaq öz sevdikləri qızın adını deyəndən sonra: “Ayxan, sən kimi sevirsən?”sualına cavab tapa bilməyən uşaq: “heç kimi” – demişdi. Həmin gün dostları ondan incimişdilər ki, biz sənə ürəyimizi açırıq, sənsə bizdən gizlədirsən. Belə dostluq olmaz. O zaman Ayxan çox mə-yus olmuşdu. Dostlarının yanında xar olduğunu düşünə-rək, hətta bir nəfəri sevməyə qərar da vermişdi. Amma onun sevgi anlayışı o vaxt tamam başqa idi. Çox fikirləş-mişdi ki, görəsən, o, kimi sevsin? Axı yaxşı oxuyan qə-şəng qızları artıq dostları sevirdi. Ayxana görə onun sev-mək istədiyi qız hökmən yaxşı oxuyan olmalı idi. Çox dü-şündükdən sonra yadına Leyla düşmüşdü. Axı Leyla həm əlaçı, həm ağıllı, həm də gözəl qız idi. Qəti qərar verib dostlarına səhər kimi sevdiyini deyəcəyini düşünərək yat-mışdı. Amma səhəri gün dostları ona həmin sualı vermə-mişdilər. Beləcə, Ayxanın sevgisi də pünhan qalmışdı.
Ayxan səssizilikdən istifadə edib uşaqlığını yadına sadıqca, çöhrəsində təbəssüm yaranırdı. Gözünün qaba-ğından keçən xoş xatirələr ona bu çətin yolu elə asanlaşdı-rırdı ki, ölümə gülümsəyərək addımlayır, sevərək gedir-di. Amma o, ölümə yox, mərdlik salnaməsi yazmağa get-diyini düşünürdü.
* * *
Arslan isə Ərtoğrulu intizarda saxlamaqdan, onu da-ha da qəzəbləndirməkdən, sanki, həzz alırdı. Hətta bu söhbətin birinci dayanacağa qədər uzanması ona daha da maraqlı gəlirdi. Çünki istər-istəməz, hələ də onlardan sonra olacaqları düşünməkdən vaz keçə bilmirdi. Düz-dür, hisslərini çoxdan dəfn etmiş Arslan üçün hislərə qa-pılmaq yad idi, amma yenə də qəlbinin dərinliklərində anasını düşünməyə bilmir, getdiyi bu yolun sonunu dü-şünməkdən azad ola bilmirdi. Ərtoğrulla söhbəti isə onu bu düşüncələrdən uzaqlaşdırdı.
Ərtoğrulun gərginləşdiyini görən Arslan dedi:
– Qardaş, mənim, də sənin kimi bu hərəkətimizdən xoşum gəlmədi, amma bu bir şans idi ki, biz fikirləri ya-yındıraq. Əgər pulları götürməyib, xəzinədarı yuxuya versəydik, ayılan kimi hamımızdan danışacaq və beləlik-lə, hara getdiyimiz haqqında ilkin də olsa, bir fikir forma-laşacaqdı. Amma indi bütün Azərbaycan elə biləcək ki, bu hərəkəti pul üçün etmişik və gizlincə başqa yerə qaçmışıq. Beləcə, Ermənistan tərəfə xəbər verməyəcəklər də. Dövlət də bundan narahat olduğu üçün bu məlumatı mətbuatda yay-mayacaq, bizi isə başqa yerdə axtaracaqlar. Düzdür, ailələri-miz, bəlkə də, xeyli əziyyət çəkəcək, missiyamız bitənə qə-dər hörmətsizliyə məruz qalacaq, alçaldılacaq da, amma niy-yətimiz ali olduğu üçün bizi bu yoldan döndərmək və bu əməliyyatı dayandırmaq mümkün olmayacaq. Pulları da yolda ocaq-zad qalayanda kağız kimi istifadə edərik.
Ərtoğrul eşitdiyi söhbətdən bir az rahatlanmış, Arslanın izahını az da olsa, qəbul etmişdi. Sərt xasiyyətə malik oldu-ğu üçün Arslanın düzgün etdiyini birbaşa etiraf edə bilmir-di.
Birdən komandir asta səslə əmr verdi:
–Uşaqlar, bu təpəni sürünə-sürünə keçməliyik, ehtiyatlı olun! Ermənilərin axırınxı postlarından görünə bilərik. Düz-dür bu saatda yuxulu olmalıdır, amma yenə də diqqətli ol-malıyıq. Mən sizi snayperlə müşayiət edəcəyəm, siz bir-bir aşmalısınız bu təpəni. Əgər nəsə şübhəli tərpəniş görsəm, postdakı əsgəri götürəcəyəm. O Bu zamana qədər siz təpəni aşaraq, aşağıdakı qayanın dibində sığınacağa yığışarsınız. Bir az cəld olun!
6
“Z” planı
Artıq Heyvalı kəndinə yaxınlaşmışdılar. Dağın yama-cı ilə üzüyuxarı qalxaraq Heyvalının cənubundakı meşə ilə örtülmüş yüksəkliyə çıxacaqdılar.
“Z” əməliyyatının təqribən mərkəzində idilər. Əmə-liyyata adı Arslan vermişdi. Yola çıxmamışdan bir gün əvvəl komandir Arslanı evlərinə dəvət edərək, xəritə üzə-rində gizlincə işləmişdilər.
– Arslan, mən düşünürəm ki, biz bu xəritə ilə hərəkət etməliyik. Təpəkənddən üzüaşağı düşərək Tərtərçayı ke-çib, Sərsəngin qabağından – Uluqarabəyin altından birba-şa Heyvalıya çıxaq.
Kəşfiyyatçılara məxsus 50 minlik miqyaslı topoqrafik xəritəyə baxan Arslan bir an duruxdu. Çünki həmişə söh-bət etdikləri mövzu olsaydı da, heç vaxt xəritə üzərində bu cür ciddi işləməmişdilər. Əslində, yolun Heyvalıya qədər olan hissəsi onlara aydın idi. Çünki bura dəfələrlə gəlib, stansiyanın vəziyyəti ilə bağlı materiallar toplamış-dılar. Demək olar ki, onların kəşfiyyatçı cığırları hazır idi. Nə minaaxtarana, nə də ciddi bir nəzarətə ehtiyac vardı. Arslanın da cibində xəritə vardı. Ona elə gəlirdi ki, özü-nün xəritəsi ondan mükəmməl olar. Amma komandirin yanındakı topoqrafik xəritənin tam hazır olduğunu, hətta hansı gün harda duracaqları yerin işarələnməsi Arslanı düşündürsə də, bu haqda heç nə soruşmadı. Heç öz xəri-təsini də cibindən çıxarmadı. Amma bəzi məqamlarla ra-zılaşmadı:
– Niyə Sərsəngin şimalı ilə getmirik? Axı, oraları da-ha yaxşı tanıyırıq. Həm də burdan getdiyimiz zaman yolu çox uzatmış oluruq.
– Arslan, öncə mən də sənin kimi düşünmüşdüm. Bax bu xəritəyə, görürsən, əvvəlcə sən dediyin kimi gəl-mişdim. Hətta yadımdadır ki, bizim bir əməliyyatımızda bu məsələdən danışarkən bu yolu unutmamağımız barə-də dəfələrlə söhbət etmişdik. Amma mən çox düşün-düm… Həsənrizdəki erməni batalyonu bizə əngəl ola bi-lər. O ərazi daha təhlükəlidir. İkinci bir tərəfdən, Həsən-rizdə az da olsa, erməni yaşayır. Amma Mehmana ilə Heyvalının arasındakı sıx meşələr bizə yardımçı olar. Bir də ki, qardaş, Murovun ətəklərindəki hündürlüklər bizi çox yorar. Axı biz on günə yaxın yol gedəcəyik. Arslanın fikrə daldığını görən komandir davam etdi: – Sonra da Yayıcının cənub hissəsi ilə birbaş Vəngliyə çıxarıq. Bir Heyvalıda, bir də Vənglidə istirahət edərik. Xocayurdun ətəkləri dincəlmək üçün ən münasib yerdir. Orada daha çox istirahət edə bilərik.
Arslan xəritədəki qırmızı xəttin sonuna fikir verdikcə gözünün qabağına Xocayurdun, Giləz dağın, Dəli dağın keçilməz aşırımları, qayalıqları, sıx meşələri gəlirdi. Ko-mandirdən fərqli olaraq o, yaşayış yerlərinə yaxın ərazi-lərdən keçməyə üstünlük verirdi. Ona görə də komandirə Meşəlinin şərqindən birbaşa Cəmilliyə çıxmağı məsləhət gördü. Bu dəfə bunu deyərkən əmin idi ki, komandir bə-yənəcək. Amma onunla mübahisəyə ona görə girmirdi ki, komandir buraları addım-addım gəzmişdi.
Komandir yenə məğrur bir görkəm aldı. Bığaltı Ars-lanın üzünə gülümsünərək karandaşı qulağının dibindən çıxardı: – Səninlə razı, amma nəzərə al ki, biz ora döyüş-məyə yox, kəşfiyyata gedirik. Əgər rəhmətlik Mübariz ki-mi edəcəyiksə, gəl birbaşa Həsənrizdəki batalyona girək, qırdığımızı qıraq, qalanını da əsir götürək. Axı bizim məqsəd Şuşaya qədər səssiz-səmirsiz getməkdir. Onun üçün də mümkün qədər qan tökmədən, iz buraxmadan irəliləməliyik. Ən son ana qədər atəş açılmamalıdır. Axı buradan qayıtmaq da var. Komandir bunu dedikdə sanki özü də inanmadı. Bir anlıq Arslanla göz-gözə gəldilər. Gözlərdə yanında nidası olan bir sual görünürdü. Məhz nidaya görə heç biri cavab vermək istəmədi. Bir müddət hər ikisi də susdu. Geriyə dönüb-dönməyəcəkləri ilə bağlı fikrindən daha çox, onları ora sağ gedib çıxmaq düşün-dürürdü. Onun üçün də yaxşısı sonu düşünməmək idi. Elə buna görə də kəşfiyyatın ən önəmli işi olan qayıtma planını işləməmişdi.
– Cənab komandir, bəs o yüksəkliklərdə həm aşırım-ları aşmaq, həm də ərzaq məsələsi bizə çox əziyyət olma-yacaq? – deyə Arslan komandirlə razılaşmaq üçün sanki bu sualı verdi.
– Əşşi, ova nə gəlib? Kəlbəcər dağları bizi ac qoy-maz. O dağlar mərd və səxavətlidir. Bu dəqiqə dağkeçiləri qayadan-qayaya, yarğandan-yarğana tullanaraq dağda-daşda gəzirlər. Hələ ayıfındığını, moruğu, çiyələyi demi-rəm. Əsl yeməli vaxtlarıdır indi. Biz əgər bu plan üzrə getsək, Qaragovdan Yiyəli dağını keçib Kosalarda kəndə yaxınlaşarıq. Əgər məcburiyyət qarşısında yolu dəyişməli olmasaq, Başkənd, Mıxtökən dağı, Mirzəli, Xəlfəli kəndlə-rini keçəndən sonra həbsxana tərəfdən, Əjdaha bulağının yanından Şuşaya giririk. Hətəmxan dağından ətrafı yaxşı-ca müşahidə etmək olar. Olsa-olsa bir az Şuşada problem-lərimiz ola bilər. Allahın köməyi ilə bu da həll olar. Prob-lem yaranarsa, ikimiz gedərik, uşaqlar şəhərə girməzlər. Bircə ora girib üçrəngli, ay ulduzlu bayrağı o yeni təmir etdikləri alban kilsəsinin kəlləsinə sancsaydım, dərdim ol-mazdı, Arslan. Bunu dedikcə gözləri yaşaran kapitan san-ki bayrağı sancıb onun dalğalanmasına tamaşa edirdi.
Arslan daha soyuqqanlı davrandı. O, müharibə gör-müş komandirinə çox inanırdı. Bir də, Arslanın ondan da-ha soyuqqanlı olması özünü büruzə verirdi. Hər ikisi yax-şı bilirdi ki, çıxdıqları bu yol xəritədə göründüyü kimi asan deyil. Amma inamları olduğu üçün şübhə etmədən, yazdıqlarını pozmadan, yeni xətlər cızmaq arzusu ilə yola çıxırdılar.
Arslan komandirin qələmini Şuşanın üzərinə qoy-maqla “Z” əməliyyatı başa çatdı,” – dedi.
– Niyə “Z?”
– Axı bunu sən özün hazırlamısan?
Söhbətin nədən getdiyini anlamayan komandir: – Bəs adını kim qoyub? – dedi.
Arslan gülümsünüb komandirin cızdığı xəttin üstün-dən qələmlə gedərək, “Bu da sənə “Z“ əməliyyatı”, – de-di.
– Hə, belə de… Doğrudan ha, maraqlı alınıb. Z…Əlifbanın sonuncu hərfi… Sonluq… bitib tükənmə… Z… Bu hərfin səslənməsində o qədər kədər, o qədər dərin məna var idi ki, adam onun çəkdiyi aha dərindən bir ah çəkməyə bilmirdi. Onu anlamamaq mümkün deyildi.
– Yaxşı da, komandir, niyə belə könülsüz danışırsan? Əslində, bitmə nöqtəsi yoxdur. Sadəcə, başlanğıc var, am-ma başqa formada. Nəsə bitirsə, hökmən ordan yeni nəsə başlayır. Gəl, biz buna inanaq! Axı biz HƏQİQƏT İŞİQ-LARIYIQ! İşığın başlanğıcı nə qədər nazik və zəif olarsa, başlanğıcdan uzaqlaşdıqca məsafəsi bir o qədər böyük olur. Günəş də bəzən batıb, sonra yenidən çıxır, amma qa-ra buludların arxasından çıxdığı zaman göz qamaşdırır və daha parlaq görünür.
Komandir hiss edirdi ki, Arslan bu mücərrəd fikirlər-lə bir növ özünə də təsəlli verirdi, çünki o, danışdıqca səsi gizlincə titrəyirdi. Hətta gözləri də mənasını dəyişmişdi.
Gözlər toqquşdu… Bir anlıq soyuq baxışlarla bir-biri-lərini seyr etdilər. Gözlənilmədən bu iki cüssəli, cəsur ər qolboyun oldular. Bir-birilərini elə sıxdılar ki, elə bil neçə illərdir görüşməyib, ayrı düşmüş qardaş həsrəti ilə qovru-lurdular.
Arslan digər məsələləri də müəyyənləşdirib ayrılmaq istəyəndə komandirə İPadu yox etməyi unutmamağı xa-tırlatdı. Komandir də öz növbəsində “baş üstə, cənab ko-mandir!” – deyərək zarafat etdi. Komandirin bir dəfə əs-gərin “baş üstə” deməsinə “Bu boyda oğlansan, baş üstə niyə? Ayaqlara nə olub ki?” cavabı uşaqların heç vaxt ya-dından çıxmazdı, elə buna görə də komandirə heç vaxt “baş usta” deməzdilər…
Dədə Əfəndinin ikinci söhbəti
Hə, oğul, onu deyirdim axı, qədim türklər həqiqəti dərk edən, düzgünlüyə qiymət verən xalqdır. Bizim ma-yamız belə yoğrulub. Türklər görəndə ki, bunların yaşam tərzi ilə Məhəmmədin təklif etdiyi yaşam tərzi eynidir, Dədəmizin məsləhəti ilə bu dini – İslamı tanıdılar. Yenə deyirəm, tanıdılar ha, qəbul etmədilər. Ondan bəhrələn-məyə başladılar. Çünki onların sahib olduqları dinin tö-küntüləri idi bu. Digər dinlərdən fərqli olaraq, Tanrının insanı yerə endirdiyi zaman onun üçün təqdim etdiyi qaydalar, yaşam tərzi məhz sonuncu kitabda qismən də olsa, digərlərindən dolğun verilmişdi. Amma yenə tam deyil. Digər dinlər, sadəcə, Tanrının ilk dediklərini uc-dan-qulaqdan eşidib nəsə uydurmuş və din adı altında yayılmağa çalışılmışdı. Dünyanın insanlarını qul kimi idarə etmək arzusunda olanlar, elə buna görə də zaman-zaman peyğəmbərlər yaradıb, Tanrının elçisi kimi təqdim etmiş, insanlara əmr etməyin yollarını araşdırmışdılar. Amma əsil kitab heç zaman tam olaraq onların əlinə keç-mədi. Sadəcə, onun bəzi qalıqlarından yararlandılar və türkün yaşadığı ərazilərdə o kitabları axtardılar. Sonda isə vərəsənin nümayəndəsi olan Məhəmmədin kitab haq-qındakı biliklərindən istifadə edərək, onu öz tərəflərinə çəkdilər. Çünki Məhəmməd də türk əsilli idi. Ona da bu kitab haqqında danışılmışdı. Və beləcə sonuncu, mükəm-məl adlandırdıqları din yarandı. Amma o kitabda İnsan və Tanrı haqqında dolğun bilgi verə bilmədilər, çünki heç nə bilmirdilər, bilməycəklər də. Nəsimi az qalmışdı ki, qaydaları pozub vərəsənin ən gizlin silahını dünyaya bə-yan etsin. O, deyirdi ki, sonuncu kitabda bir neçə cüz giz-lədilib. Amma ona da məlum deyildi ki, onu axtaranlar kimlərdir, gizlədənlər kimlər. O sirləri almaq üçün soydu-lar o bədbəxti. Yaxşı ki atalarımız hələ də onu insanlıq ta-rixində gizlin saxlaya biliblər. Təəssüflər olsun ki, həmin kitablar bizim əlimizdə deyil.
Amma türk qövmü də uzun müddət aralı düşdü öz tarixindən. Yunanların, çinlilərin əli ilə param-parça oldu. Ənənələrindən yayındılar. Sonra da türklərin sahib ol-duqları bilgini ələ keçirən qüvvələr beşguşəli ulduzu öz-lərinə rəmzi atribut seçdilər. Tanrının mukafatlandırdığı bir millət kimi özlərini təqdim etdilər. Bunlar olmasaydı, bəlkə də, bu baş verənlər o qədər faciəyə çevrilməzdi. Bu bilgiləri bizdən oğurlayanların da əlindən oğurlayanlar oldu. Bu oğrular isə beş güşəli yaradılış simvolunu tərsinə çevirərək özlərinin atributu etdilər. Beləliklə Tanrının qoyduğu bütün qaydaları pozdular. Halbuki, beşguşəli ulduz yaradılışı əks etdirən simvoldur. İnsanın yaşadığı Olamın simvoludur, yəni var oluşun göstəricisi. Bu gün pentoqram kimi tanınan simvol dünyanın yaranmasını özündə daşıyır. Əslində, bu beşguşəli ulduz insana oxşa-yır. Axı Yaradan insanı yaradılışın əşrəfi sayır. Beşguşəli ulduzun aşağıdakı iki ayağı su və torpağı, insan qolu kimi yanlara açılan iki guşə od və havanı, baş isə Yaradanı özündə gizlədir. Bu beşlik tamdır. Fikir verirsən, Tanrı başdır, birincidir, təkdir, idarə edəndir. Bütün əzalara siq-nallar başdan, beyindən gəlmirmi? Elə buna görə Nəsimi deyirdi də, “haqq mənəm”, Tanrının adı insanın sifətində yazılıb. Çünki Tanrının dərki insan beynindən keçir. Orda hər şey kodlaşdırılıb və gizlədilmişdir. İnsan o kodları aç-malı, həqiqət mərhələsinə çataraq Tanrısına qovuşmalı-dır.
Beş rəqəmi Tanrının insan vasitəsilə özünü maddədə təzahür etdirməsi mənasına da gəlir. Ən qısa tərifi ilə mü-qəddəs evliliyə işarədir. Bu xüsusi və əhəmiyyətli rəqəm Tanrıya birlikdəlik və inteqrasiya arzusunu ifadə etdiyi kimi, adama aid bəzi təməl məlumatları da ifadə etməsi baxımından da xeyli əhəmiyyətlidir.
Diqqət etsən, görərsən ki, bugünkü yarımçıq dinlərin hamısında beşguşəli ulduz, beş rəqəmi simvol kimi istifa-də edilir. “Quran”da yazılıb ki, Tanrı bu dünyanı 6 günə yaratdı. O nə deməkdi, niyə altı günə? Bunlar da dediyi-miz bu beş rəqəmi ilə bağlı idi. Bəs niyə həftənin beşinci günü müqəddəs gün hesab edilir? Bunları düşündünmü heç? Bu, Tanrı başda olmaqla torpaq, od, su, havadan iba-rət olan dünyanın yaradılışıdır. Bütün bunların vəhdəti hazır olandan sonra kainat yaradılmışdı. Beş günə bitirilib və altıncı gün bu vəhdətin fəaliyyəti başlamışdır.
Ağacların çiçək tacı, meyvəsinin daxili quruluşu, barmaq-larımızın sayı və dünyanın 5 günlük olması deyimi. Bu kimi həqiqətlər və deyimlər xalqın mifoloji anlayışıyla bağlıdır. Türk dövlətlərindən birinin paytaxtının adı Beşbalıqdı, Bişkek sözü də bununla bağlıdır. Türk dünyasında Beşalma adında bir çox yer adı vardır. Koroğlu da deyir:
Göydən uçan beş durnalar
Bizim ellər yerindəmi?
Bir birindən xoş durnalar
Bizim ellər yerindəmi,
Çənlibellər yerindəmi?
Niyə üç, dörd, on yox, “beş” durnalar sözü işlədilib? Bu sualın cavabı mifin özündədir. Bu xalqın müqəddəs inamlarıy-la bağlı olduğunu göstərir. Bunların hamısı əsərlərə edilən dü-zəlişlərdən sonra ortada qalan sözlərdir. Bu beş rəqəminin altın-da çox sirlər gizlənir.
Ücretsiz ön izlemeyi tamamladınız.