Kitabı oku: «Seksuallığın Psixologiyası»

Yazı tipi:

ÖN SÖZ

Freydin hazırki “Seksuallığın psixologiyası” kitabında bir sıra əsərlərini birləşdirmişik. “Drei Abhandlungen zur Sexualtheorie”-nın məşhur, kifayət qədər əlavələr olunmuş sonuncu nəşrindən tərcümə işin əsasını təşkil edir. Freyd durmadan işləyərək, öz nəzəriyyəsinin əsas müddəalarını genişləndirsə də, hazır, bitkin nəzəriyyə ilə çıxış etmənin bütün mümkünsüzlüyünü, ola bilsin, hər kəsdən daha artıq görürdü. Bununla belə, psixoanalizin bu çox vacib və az işlənmiş məsələsində gələcək nəzəriyyə üçün sonradan özül kimi xidmət edə biləcək xeyli, olduqca qiymətli şeylər tapılacağı şübhəsizdir.

Bizim psixoanalizə olan münasibətlərimiz necə olursa-olsun, onun bu və ya digər nailiyyətləri bizə nə qədər güclü toxunsa belə, Freydin nəzəriyyəsinin bu istiqamətdə edilmiş bütün cəhdlərdən ən bütövü, ardıcıl və əsaslı qurulmuş olduğunu, xüsusən də maraq doğuran biliklər verdiyini, indiyədək malik olmadığımız tədqiqatlara və insanı dərk etmək imkanına əsaslandığını yadımızda möhkəm saxlamalıyıq.

Bir sıra tədqiqatlarda qəbul olunduğu kimi, Freydin kitabı heç də sevgi psixologiyası üzrə, yazılmayıb; o, öz yığcamlığı, ifadə olunmanın ciddiliyi, formullaşdırmanın mümkün dəqiqliyi və misallara fövqəladə xəsisliyi ilə heyrətləndirir. Hər yerdə ağlın dərin izi görünür. Buna görə də psixoanalizə elmi şirnikmə kimi baxaraq, bu kitabda yüngül mütaliə axtaran oxucu dərindən səhv edir: onu oxumaq çətindir, onu öyrənmək, fəsil ardınca fəsli, paraqraf dalınca paraqrafı düşünərək, öyrənmək lazımdır. Cinsi həyat kimi böyük məsələyə, layiq olduğu bütün ciddiliyi və təmkinliliyi ilə münasibət göstərmək lazımdır. Kitabdan təxəyyülə təsir edən cəlbedici nümunələrin təsvirini deyil, cinsi meylin və cinsi məhəbbət adlanan nəsnənin inkişaf və taleyinin ardıcıl və sistemli ifadəsini müəyyən şəkildə əldə etmək istəyənlər Freydin əsərlərini öyrənərək, gerçəkliyin qarşımıza qoyduğu bir çox suallara cavab tapacaqlar.

Yetkin insanın seksuallığı heç də gözəl bir gündə, qəribə və ağlasığmaz şəkildə yaranmır və aşkara çıxmır, yox, o tədricən hazırlanır, formalaşaraq və differensasiya edərək əvvəlcədən ən sıx tellərlə bağlandığı bir sıra proseslərdən ayrılaraq öz inkişafında olduqca mürəkkəb yol keçir. Yetkin insanın seksuallığının inkişaf yolunu həm uşağın və onun təzahürlərinin bilavasitə öyrənilməsi ilə, həm də inkişafındakı bu və ya digər ləngimələr nəticəsində prosesin dayandığı, yaxud əlverişsiz şərait üzündən məlum yaşda artıq keçilməli mərhələyə qayıtdığı böyüklərdə izləmək mümkündür. Freyd tərəfindən aşkara çıxarılmış bu mürəkkəb inkişaf yoluna aydınlıq gətirilməsi, insanın seksual həyatının digər yanaşmalarda degenerativ hallar kimi şərh olunduğu təzahürləri tamamilə başqa cür anlamağa və qiymətləndirməyə imkan yaradır.

Seksuallığın normal inkişafından sapmalarda bu və ya digər təzahürün degenerativliyinə belə yanaşma bu sapıntıların mürəkkəb mənzərəsindən baş açmağa indiyədək az kömək edirdi. Bizə seksuallığın inkişafının təkamül mənzərəsi çatışmırdı, Freydin irəli sürdüyü psixoseksual adlandırdığı haqda bilgimiz yox idi.

Seksuallığın hansı mənbələrdən inkişaf etdiyini, cinsi instinktin hansı özəlliklərə malik olduğunu, erogen zonalar adlanan şeyin bu və ya digər mənbələrdən yardım alaraq, hansı mürəkkəb yollardan keçdiyini düşünərkən, yalnız onda, görməkdə bizə mane olan xurafatı kənara ataraq, seksuallığın ilkin təzahürlərinin həm yolları, həm də talelərindən, heç olmasa, bir qədər baş çıxarmağa başlayırıq.

Avtoerotizm və obyektə məhəbbət cinsi inkişafın müxtəlif mərhələləri, onun fərqli ifadələridir; uşaqlıqda cinsi meyl dağınıqdır, konsentrasiya olunmayıb, bu prosesin baş vermədiyi, bitmədiyi şəxslərdə də, cinsi meylin inkişafının avtoerotik mərhələsində olanlarda da o eynilə bu cür dağınıqdır. İnkişafın əvvəlində seksual meyllərin komponentləri təşəkkül tapır, əvvəlcə birinci plana oral erotika (kannibal fazası) çıxır, sonrakı pregenital təşkilatlanmada sadizm və anal erotika üstünlük təşkil edir və yalnız inkişafın zirvəsində iş genital zonanın primatına gedib çatır.

Freydin bu cildə salınmış sonrakı işləri onun kitabın birinci hissəsində toxunduğu bəzi məsələlərlə yaxından tanış olmağa kömək edir. Bu, narsizm haqqındakı məqalədir, iki sonrakı iş – kişilərdə “obyekt seçiminin xüsusi tipi haqqında” və “eşq həyatının aşağılanması barədə” də eynilə “bakirəlik tabusu” kimi, yalnız nevrotiklərdə deyil, sağlam adlanan əhalidə də sevgi həyatında müşahidə etmək mümkün olan təzahürlərə xeyli qiymətli açıqlamalar verir.

MÜƏLLİFİN 3-CÜ NƏŞRƏ ÖN SÖZÜ

Bu kitabın onilliklərin axarında necə qarşılandığını və hansı təəssürat doğurduğunu müşahidə edərək, mən üçüncü nəşrin əvvəlinə kitabın yanlış anlaşılmasına və ona qarşı irəli sürülən, həyata keçməsi mümkünsüz iddialara istiqamətlənmiş bir neçə qeyd etmək istərdim. Hər şeydən əvvəl, bu kitabda ifadə edilənlərin hamısının elmi şəkildə əsaslandırılaraq psixoanalitik tədqiqatların nəticələri ilə dərinləşdirilmiş gündəlik təbib təcrübəsinə əsaslandığını qeyd etmək zəruridir. “Seksuallıq nəzəriyyəsi üzrə üç məqalə” zərurətlə psixoanalizdən çıxan və onun təsdiq etdiyi müddəalardan başqa heç nədən ibarət ola bilməz. Buna görə də, onları nə vaxtsa bütöv “seksual nəzəriyyə”yə qədər genişləndirmək tamamilə istisnadır; onların seksual həyatın bəzi vacib problemlərinə ümumiyyətlə toxunmadığı tamamilə anlaşılandır. Buna görə də böyük mövzunun bu buraxılmış fəsillərinin müəllifə naməlum qaldığını, yaxud onlara ikinci dərəcəli əhəmiyyət verdiyini fikirləşmək lazım deyil.

Təsiri altında yazıldığı psixoanalitik təcrübədən bu əsərin asılılığı yalnız materialın seçimində deyil, həm də yerləşmə qaydasında da öz sözünü deyir. Təsadüfdən asılı məqamlara birinci dərəcəli əhəmiyyət verilir, meylliliyi nəzərə çarpdıranlar arxa plana itələnir və ontogenetik inkişaf filogenetikdən əvvəl diqqətə alınır. Analizdə əsas rolu təsadüfi yaşantılar oynayır, bu təhlil onlara, demək olar axıra qədər qalib gəlir; meyllilik isə yaşantı sayəsində oyanmış, amma əhəmiyyəti psixoanalitik iş ərazisinin hüdudlarını xeyli aşan bir şey kimi, onun arxasından aşkara çıxır.

Onto və filogenezislər arasındakı münasibətlərdə də elə bu cür asılılıq hakimdir. Filogenezis təzə yaşantı sayəsində dəyişmədiyindən, ontogenezisi filogenezisin təkrarı kimi nəzərdən keçirmək olar. Filogenetik meyllilik ontogenetik prosesin arxasından aşkara çıxır. Amma meyllilik mahiyyətcə nəslin əvvəlki yaşantısının, – ayrıca fərdin təsadüfi anların cəmi şəklindəki daha gec yaşantısının qoşulduğu, – qalığından ibarətdir.

İşimin xarakterik cizgisinin psixoanalitik tədqiqatdan tam asılılığı ilə yanaşı bioloji tədqiqatdan məqsədli şəkildə asılı olmamasını da qeyd etməliyəm. Mən texniki psixoanalizin köməyilə insanın seksual funksiyasını öyrənmək imkanı vermiş tədqiqata ümumi seksual biologiyadan, yaxud ayrıca heyvan növlərinin seksual biologiyasından elmi fikirləri daxil etməkdən ciddiyyətlə qaçmışam. Mənə psixoloji tədqiqat vasitələri ilə insanın seksual həyatının biologiyası sahəsində nəyi üzə çıxarmağın mümkün olduğunu öyrənmək məqsədi rəhbərlik edib; bu tədqiqatda aşkara çıxan əlaqə və üst-üstə düşmələri göstərmək mənə nəsib olub, amma psixoanalitik tədqiqatın bəzi vacib bəndlərində tədqiqatın yalnız bioloji göstəricilərə əsaslanan nəticə və baxışlardan əhəmiyyətli dərəcədə uzaqlaşanlara gətirdiyi halı da özümdən gizlətməməliyəm.

Bu üçüncü nəşrdə çoxlu əlavələr etmişəm, ancaq onları əvvəlki nəşrlərdəki kimi xüsusi işarələrlə qeyd eləməmişəm. Hal-hazırda, bizim sahədəki elmi iş daha asta addımlarla irəliləyir; bununla belə bu əsərin bəzi əlavələri onun ən yeni psixoanalitik ədəbiyyatdan geri qalmamasından ötrü zəruri olmuşdur.

Bonn, oktyabr 1914

MÜƏLLİFİN 4-CÜ NƏŞRƏ ÖN SÖZÜ

Hərb dövrünün gurultulu dalğaları sakitləşdikdən sonra bütün dünyada psixoanalitik tədqiqata marağın sönmədiyini görmək məni sevindirir. Lakin bu təlimin heç də bütün sahələri eyni taleyi yaşamamışdır. Psixoanalizin şüursuz olan barədə, xəstəliyə aparan konflikt haqqında, sıxışdırılma barədə, xəstəlikdən fayda haqqında, simptom yaranmasının mexanizmi barədə və b. sırf psixoloji müddəaları və kəşfləri getdikcə artan nüfuza malikdir və hətta prinsipial əleyhdarlar tərəfindən diqqətə alınır. Əsasları bu kiçik işdə ifadə olunmuş təlimin biologiya ilə sərhədlənən hissəsi hələ də eləcə etirazlar doğurur və hətta vaxtilə psixoanalizlə intensiv məşğul olmuş bəzilərini ondan uzaqlaşmağa və sayələrində normal və xəstə həyatda seksual anın rolunun yenidən məhdudlaşdığı yeni baxışlar işləyib hazırlamağa sövq etmişdir.

Amma, hər halda, psixoanalitik təlimin bu hissəsinin digər hissəyə nisbətən kəşf edilməli olan gerçəklikdən daha artıq dərəcədə fərqləndiyini güman etməyə qərar verə bilmirəm. Xatirələr və təkrar tədqiqatlar mənə bu hissənin də eləcə ciddiyyətli və qərəzliliyə yad müşahidələrlə diqtə olunduğunu deyir və göstərilən dissosiasiyanın ictimai etirafda izahı çətinlik törətmir. Birincisi, insanın seksual həyatının burada təsvir olunan əsaslarını yalnız analizi pasientin ilk uşaqlıq illərinə qədər çatdırmaqdan ötrü qədərincə səbri və texniki cəldliyi olan tədqiqatçılar təsdiq edə bilər. Təbiblik fəaliyyəti müalicənin daha tez bitməsini tələb etdiyindən, çox vaxt bunu etməyə imkan yoxdur, psixoanalizi tətbiq edən qeyri-təbiblərin isə bu sahəyə girişi ümumiyyətlə bağlıdır, onların öz antipatiya və meyllilikdən azad müstəqil mühakimə təşkil etmə imkanı yoxdur. Əgər adamlar bilavasitə uşaqları müşahidədən nəyisə öyrənməyi bacarsaydılar, bu üç məqalə ümumiyyətlə yazılmamış qala bilərdi.

Lakin daha sonra xatırlatmaq zəruridir ki, bu kitabın məzmununu təşkil edənlərin çoxu seksual həyatın insan fəaliyyətinin bütün təzahürlərindəki əhəmiyyətinin qeyd edilməsi və burada seksuallıq anlayışının genişləndirilməsinə edilmiş cəhd həmişə psixoanaliz əleyhinə müqavimətin ən qüdrətli motivləri olmuşdur. Səs-küylü şüarlar səsləndirmək ehtiyaclarını ödəmək xatirinə, psixoanalizin “panseksualizm”indən danışmağa və onun “hər şeyi” seksuallıqla izah etdiyi haqda mənasız qınağa qədər gedib çıxdılar. Əgər biz hələ özümüz dolaşdırıcı və hər şeyi unutmağa məcbur edən affektiv anları yaddan çıxarmaq halında olsaydıq, təəccüblənmək olardı. Axı filosof Artur Şopenhauer adamlara onların hərəkət və fikirlərinin sözün ən adi mənasında seksual meyllərlə nə dərəcədə əvvəlcədən müəyyən olunduğunu artıq çoxdan göstərib və bütün oxucular dünyası belə qəribə göstərişi başından çıxarıb atmağa qadir olmamalı idi! Uşaq və perverziyalı adlananların analizi sayəsində zəruri olmuş seksuallıq barədə anlayışın “genişlənməsinə” gəlincə, öz nöqteyi-nəzərindən psixoanalizə nifrətlə baxanların hamısına psixoanalizin genişləndirilmiş seksuallığının “ilahı” Platonun Erosu ilə necə yaxın olduğunu xatırlatmağa icazə versinlər (S.Naxmanson, “Freydin libido nəzəriyyəsi Platonun Eros barədəki təlimi ilə müqayisədə” “İnternet Zeitschrift für arztliche Psychoanalyse”, III, 1915).

Vyana, may 1920-ci il

CİNSİ MEYL NƏZƏRİYYƏSİNƏ DAİR

I
SEKSUAL SAPINTILAR

İnsan və heyvanda cinsi tələbat faktı biologiya elmində onlarda “cinsi meyl” güman edilməklə ifadə olunur. Bu hal qida qəbul etməyə, aclığa bənzədilir. Xalq dilində “aclıq” sözündən daha uyğun ifadə yoxdur, elm isə “libido” sözündən istifadə edir.

Ümumi qəbul olunmuş baxış bu cinsi meylin təbiəti və özəllikləri barədə tamamilə müəyyən təsəvvürə malikdir. O, uşaqlıqda, elə bil, yoxdur, təqribən yetişmə prosesləri zamanı, ərgənləşmə mərhələsində və bununla əlaqədar olaraq meydana çıxır, bir cinsin digərinə göstərdiyi qarşısıalınmaz cazibə meylləri ilə ifadə olunur və onun məqsədi cinsi qovuşmadan, ya da, ən azı, ona doğru yolda olan tendensiyalardan ibarətdir.

Amma bizdə bu göstəricilərdə gerçəkliyin olduqca düzgün olmayan əksolunmasını görməyə əsas var: əgər onlara yaxından diqqətlə baxılarsa, onlar səhv, qeyri-dəqiqlik və səthiliklərlə doludur.

Burada iki termin daxil edək: cinsi istək təlqin edən şəxsi seksual obyekt, istəyin meydana gətirdiyi hərəkəti isə seksual məqsəd adlandıraq; bu halda dəqiq elmi təcrübə hər ikisinə həm seksual obyektə, həm də seksual məqsədə münasibətdə çoxsaylı sapıntılar olduğunu göstərir və onların seksual normaya münasibəti detallı tədqiqat tələb edir.

Seksual obyektə münasibətdə haşiyə

Ümumi qəbul olunmuş cinsi istək nəzəriyyəsi insanın iki hissəyə – yenidən sevgidə birləşməyə can atan kişi və qadına bölünməsi barədəki poetik nağıla daha çox uyğun gəlir, buna görə də seksual obyekti qadın deyil, kişi olan kişilər, belə obyektləri kişi deyil, qadın olan qadınlar rast gəldiyini eşitmək tamamilə gözlənilməzdir. Belə adamları pozğun-seksual, ya da daha yaxşısı, inverziyaya uğramış, faktın özünü isə inverziya adlandırırlar. Belə şəxslərin sayı, dəqiq müəyyən etmək çətin olsa da, olduqca böyükdür.

A. İnverziya İnverziyaya uğrayanların davranışı

Bu şəxslər müxtəlif istiqamətlərdə özlərini fərqli şəkildə aparırlar.

a) Onlar mütləq dərəcədə inverziyaya uğramışlar, yəni əks cins heç vaxt cinsi istək predmeti ola bilmədiyi, onları soyuq saxladığı, ya da hətta onlarda cinsi ikrah doğurduğu halda, seksual obyekt yalnız onlarla eyni cinsdən ola bilər. Belə kişilər ikrah səbəbilə normal cinsi aktı həyata keçirməyə qabil olmurlar, yaxud onu yerinə yetirərkən heç bir ehtiras hiss etmirlər.

b) Onlar amfigen olaraq inverziyaya məruz qalmışlar (psixoseksual hermafroditlər), yəni, onların seksual obyekti onunla həm eyni, həm də digər cinsə aid ola bilər; beləliklə, inverziya istisna xarakterindən məhrumdur.

c) Onlar təsadüfən inverziyaya məruz qalmışlar, yəni, birinci yerdə normal cinsi obyektin əlçatmaz olduğu və təqlidin dayandığı məlum xarici şəraitdə onlar seksual obyekt olaraq eyni cinsdən olan şəxsi seçə bilər və belə seksual aktda məmnunluq əldə edə bilərlər.

İnverziyaya uğrayanlar, sonradan öz cinsi meyllərinin özəllikləri barədəki mühakimələrində müxtəlif münasibət aşkara çıxarırlar. Onlardan bəziləri inverziyaya normal şəxsin öz libidosunun aşkara çıxmasına münasibət göstərdiyi kimi, çox təbii hal kimi yanaşır və onun normal şəxslə yanaşı eynihüquqluluğunu qızğın şəkildə müdafiə edir. Bəziləri isə özlərinin inverziyalı olmasından hiddətlənir və buna əsəbiliklə reaksiya göstərirlər. (İnverziyaya qarşı belə əsəbi münasibət təlqin və ya psixoanalizin tətbiqi üçün əlverişli şərait hesab oluna bilər.)

Digər variasiyalar müvəqqəti münasibətlərə aiddir. Fərddə inverziyanın xüsusiliyi çoxdan, onun xatirələrinin yetdiyi qədər mövcuddur, ya da cinsi yetişməyə qədər, yaxud da sonra, yalnız müəyyən anda aşkara çıxmışdır. (Müxtəlif müəlliflər tərəfindən tamamilə düzgün göstərilib ki, inverziyaya uğrayanların inverziyaya meylliliyinin başlanması vaxtı barədəki avtobioqrafik göstəriciləri heteroseksual hisslərinin sübutunu yaddaşlarından sıxışdıra biləcəklərinə görə, etibarlı deyil; psixoanaliz uşaq amneziyasının aradan qaldırılması ilə onların anamnezini dəyişərək, inverziya hallarını müşahidə edə bildiyi dərəcədə bu şübhəni təsdiq etdi). Bu xarakter bütün həyat boyu saxlanılır, ya da müvəqqəti yox olur, yaxud normal inkişaf yolunda ayrıca epizod təşkil edir. O, normal cinsi fəaliyyətin uzunmüddətli mərhələsinin bitməsilə gec yaşda da aşkara çıxa bilər. Normal və inverziyaya düçar olmuş seksual obyektlər arasında mərhələli tərəddüd də müşahidə olunmuşdur. Normal seksual obyektlə əzablı təcrübə əldə etdikdən sonra libidonun inverziya mənasında dəyişdiyi hallar xüsusən maraqlıdır.

Variasiyaların bu cür çeşidli sıraları ümumiyyətlə bir-birindən asılı olmayaraq var olur. Kənar formaya münasibətdə inverziyanın olduqca erkən yaşdan mövcud olduğunu və bu şəxsin həmin özəlliklə həmişə tamamilə barışdığını təsdiq etmək olar.

Bir çox müəlliflər burada sadalanmış halları bir qrupda birləşdirməkdən imtina edərdilər və bu qrup hüdud-larındakı fərqləri qeyd etməyi bütün qruplara xas ümumidən üstün tutardılar; bu onların üstünlük verdikləri inverziyaya baxışdan asılıdır. Amma belə ayırmalar nə qədər doğru olsa da, hər halda, xeyli keçid dərəcələrinin olduğunu etiraf etmək zəruridir, buna görə də öz-özlüyündə sıraya düzülmək tələb olunur.

İnverziyaya baxış

İnverziyanın ilk qiymətləndirilməsi onun sinir degenerasiyasının anadangəlmə əlaməti olduğu baxışında ifadə olunmuşdur; bu, müşahidəçi-təbiblərin onunla ilk dəfə əsəb xəstələrində, ya da xəstə təəssüratı doğuran şəxslərdə rastlaşdıqları faktına tamamilə uyğun gəlirdi. Bu xarakteristika bir-birindən asılı olmayaraq nəzərdən keçirilməsi zəruri olan iki göstərişdən ibarətdir: anadangəlməlik və degenerasiya.

Degenerasiya

Degenerasiyaya münasibətdə bu sözün ümumiyyətlə yersiz tətbiqinə aid olan etiraz meydana çıxır. Bilavasitə travmatik, ya da infeksion mənşəli olmayan hər cür xəstə təzahürləri degenerasiyaya aid etmək adət şəklini alıb. Degeneratların Maqnan tərəfindən edilmiş bölgüsü sinir fəaliyyətinin ən mükəmməl təzahürlərində degenerasiya anlayışının tətbiqini istisna etməməyə imkan verdi. Belə şəraitdə “degenerasiya” sözünün qiymətləndirilməsində ümumiyyətlə hansı məna və yeni məzmunun olduğunu soruşmaq mümkündür:

1) Normadan bir neçə ağır sapıntı olmadığı hallarda;

2) İş və həyat qabiliyyətləri ümumiyyətlə ağır ziyan çəkmədikləri halda degenerasiya barədə danışmamaq daha məqsədəuyğun görünür.

Degenerasiya diaqnozunu hansı ehtiyatlılıqla qoymağın zəruri olduğu və onun hansı praktiki az əhəmiyyətli olduğunu Moebiusun mühakimələrindən görmək olar (“Über Entartunq Grenzfraqen des Nerv und Seelenleb”, 1900, 3”): Əgər burada üzərinə bir qədər işıq salınmış nəsli pozulmanın geniş sahəsi nəzərdən keçirilsə, degenerasiya diaqnozunun ümumiyyətlə az əhəmiyyətli olduğu görünür”.

Bir çox faktlar inverziyaya uğrayanların həqiqi mənada degenerat olmadığını göstərir:

1. İnverziya normadan heç bir digər ciddi sapıntısı olmayan şəxslərdə rast gəlir.

2. Eyni zamanda iş qabiliyyəti pozulmamış, hətta xüsusi yüksək intellektual inkişaf və etik mədəniyyətlə seçilən şəxslərdə rast gəlir.

Bizə məlum ən məşhur adamlardan bəzilərinin inverziyalı, ola bilsin, hətta mütləq inverziyaya uğramış olmasında “uranizm”in müdafiəçilərinə haqq qazandırmaq olar.

3. Əgər təbib təcrübəsindən uzaqlaşıb, əhatəli baxılarsa, iki istiqamətdə inverziyaya degenerasiyanın əlaməti kimi baxışı istisna edən faktlarla rastlaşırsan:

a) Qədim xalqlarda onların mədəniyyətinin yüksək pilləsində inverziyanın tez-tez baş verən hadisə demək olar, vacib funksiyalarla əlaqəli institut olduğunu diqqətə almaq lazımdır; b) “degenerasiya” anlayışı adətən yüksək sivilizasiyaya tətbiq olunduğu halda, o bir çox vəhşi və primitiv xalqlarda fövqəladə dərəcədə yayılmışdır (J.Bloch). Hətta Avropanın mədəni xalqları arasında iqlim və irq inverziyanın yayılmasına və ona münasibətə ən böyük təsir göstərir.

Anadangəlməlik

Tamamilə aydındır ki, inverziyalıların öz həyatlarının heç bir mərhələsində cinsi meylin heç bir başqa istiqamətinin aşkara çıxmadığına inandırması əsasında, anadangəlməliyi onların yalnız birinci, ən kənar sinfinə aid edirlər. Artıq iki başqa sinfin mövcudluğu faktını inverziyanın anadangəlmə xarakteri barədəki baxışla birləşdirmək çətindir. Buna görə də, bu baxışın müdafiəçiləri mütləq inverziyaya uğrayanlar qrupunu bütün digərlərindən ayırmağa meyllidirlər, bu da inverziyaya ümumiləşdirici baxışdan imtina nəticəsinə malikdir. Bu baxışa görə inverziya bir sıra hallarda anadangəlmə xarakteri daşıyır; digər hallarda isə o, başqa üsulla inkişaf edə bilərdi.

Bu baxışın əksinə olaraq, inverziyanın cinsi meylin qazanılmış xarakterini təşkil etdiyi baxışı mövcuddur. Bu baxış aşağıdakılara əsaslanır: 1)bir çox (eləcə də mütləq) inverziyalılarda həyatlarının ilkin mərhələsində təsir etmiş və uzunmüddətli nəticəsi homoseksual meyl olan seksual təəssürat aşkar etmək mümkündür; 2)bir çox başqalarında tez ya gec inverziyanın qeydə alınmasına gətirən xarici əlverişli və əks təsirli həyat təsirlərini göstərmək olar (müstəsna olaraq eynicins mühitindəki münasibət, birgə hərbi yürüş, cinsi zəiflik); 3)inverziya – bu onun anadangəlmə xarakteri halında təəccüblü olardı – hipnotik təlqinin köməyilə bitirilə bilər.

Bu baxış nöqteyi-nəzərindən ümumiyyətlə anadangəlmə inverziyanın mümkünlüyünün şübhəsizliyinin mübahisəsini etmək olar. Anadangəlmə inverziyaya aid olan hallarda daha ətraflı sorğu-sualın, ehtimal, erkən uşaqlıqda libidonun istiqamətini öncədən təyin etmiş yaşantını üzə çıxara biləcəyinə etiraz etmək olar; bu yaşantı şəxsin yalnız şüurlu yaddaşında saxlanmayıb, lakin uyğun təsir nəticəsində onun barəsindəki xatirəni canlandırmaq olar. Bu müəlliflərin fikrincə, inverziyanı cinsi meylin, həyatın bəzi xarici şəraitinin əvvəlcədən müəyyən etdiyi tez-tez baş verən variantı saymaq lazımdır.

Görünür, həmin möhkəmlənmiş inam bir çox adamların bunun nəticəsində inverziyaya uğramayaraq, elə bu cür seksual təsir (eləcə də erkən gənclikdə: yoldançıxarmalar, qarşılıqlı onanizm) hiss etdikləri etirazı səbəbindən öz zəminini itirir. Beləliklə, anadangəlmə və qazanılmış alternativinin ya yarımçıq olması, ya da inverziyada olan vəziyyətə elə də uyğun gəlməməsi ehtimalı yaranır.

İnverziyanın izahı

Nə inverziyanın anadangəlmə, nə də ona əks olan qazanılma olması müddəaları inverziyanın mahiyyətini izah etmir. Birinci halda insanda artıq doğuşdan cinsi meylin bir müəyyən seksual obyektlə əlaqəsi olduğu kimi ən kobud izah qəbul edilərsə, onda məhz nəyin anadangəlmə olduğunu aydınlaşdırmaq lazımdır. Əks halda, fərdin özündə nəyinsə təsirlərə qarşı getmədiyi hal olmadan inverziyanın meydana gəlməsini izah etməkdən ötrü müxtəlif təsadüfi təsirlərin kifayət edib-etmədiyi soruşulur. Sonuncunun inkarı, əvvəlki göstərişlərimizə uyğun olaraq yolverilməzdir.

Biseksuallıq anlayışının daxil edilməsi

Frank Lydstone, Kiernan u Chevalier zamanından etibarən seksual inverziya mümkünlüyünün izahı üçün ümumi qəbul olunmuş fikrə əks olan yeni fikir gedişatından istifadə edirlər. Bu fikrə görə, insan ya kişi, ya da qadın ola bilər. Amma elmə cinsi əlamətlərin pozuq göründüyü və bu səbəbdən əvvəlcə anatomiya sahəsində cinsin təyin olunmasının çətinləşdiyi hallar məlumdur. Bu şəxslərin genitaliyaları kişi və qadın əlamətlərini özündə birləşdirir (hermafroditizm). Nadir hallarda hər iki cinsi aparat bir-biri ilə yanaşı inkişaf etmişdir (həqiqi hermafroditizm); daha çox ikili eybəcərlik tapılır.

Bu qeyri-normallıqlarda onların normal olmayan yaranmanı anlamanı gözlənilməz şəkildə yüngülləşdirməsi diqqətəlayiqdir. Anatomik hermafroditizmin məlum dərəcəsi normaya aiddir; hər bir normal qurulmuş kişi, yaxud qadın fərdi funksiyasız rudimentar orqan kimi saxlanmış, yaxud şəklini dəyişmiş və üzərinə başqa funksiyalar götürmüş digər cins aparatının rüşeyminə malikdir.

Bu, çoxdan məlum anatomik faktlardan çıxan baxış inkişaf axınında digər cinsin əhəmiyyətsiz qalıqları ilə monoseksuallığa keçən ilkin biseksuallığa meylliyi qəbul etməkdən ibarətdir.

Bu baxışı psixi sahəyə köçürmək və inverziyanı onun müxtəlif növlərində psixi hermafroditizmin ifadəsi kimi başa düşmək tamamilə təbii idi. Məsələni həll etməkdən ötrü yalnız inverziyanın hermafroditizmin ruhi və somatik əlamətlərilə üst-üstə düşməsi çatışmırdı.

Lakin bu gözlənti özünü doğrultmadı. Ehtimal olunan psixi və asan sübut olunan anatomik hermafroditizmlər arasındakı asılılığı belə sıx təsəvvür etmək olmaz. İnverziyalılarda ümumiyyətlə cinsi meylin tez-tez aşağı düşməsi və orqanların əhəmiyyətsiz dərəcədə anatomik eybəcərliyi müşahidə olunur. Bu heç bir halda həmişə və əksər hallarda deyil, sadəcə tez-tez rast gəlir. Beləliklə, inverziya və somatik hermafroditizmin ümumiyyətlə bir-birindən asılı olmadığını etiraf etmək lazım gəlir.

Sonra, adlandırıldığı kimi, ikinci və üçüncü əlamətlərə böyük əhəmiyyət verilirdi və onların tez-tez inverziyalılarda rast gəldiyi qeyd olunurdu (H.Ellis). Bunda böyük həqiqət payı var, ancaq ikinci və üçüncü cinsi əlamətlərin ümumiyyətlə kifayət qədər tez-tez digər cinsdə rast gəldiyini və beləliklə, cinsi obyekt bu zaman inverziya mənasında dəyişmə aşkara çıxarmasa da, ikicinsliliyə işarə yaratdıqlarını unutmaq olmaz.

Cinsi obyektin inverziyasına paralel olaraq, ən azından, digər ruhi özəllik, meyl və digər cins üçün tipik xarakter cizgilərinin dəyişməsi getsəydi, psixi hermafroditizm daha çox bədən formalarına keçə bilərdi. Lakin belə xarakter inverziyasına müəyyən müntəzəmliklə yalnız inverziyalı qadınlarda rast gəlmək olar. Kişilərdə tam ruhi kişilik inverziya ilə birləşir. Əgər ruhi hermafroditizmin mövcudluğunda israr edilərsə, onun təzahürlərində müxtəlif sahələrdə yalnız əhəmiyyətsiz dərəcədə əks şərtiliyin qeydə alındığını əlavə etmək zəruridir.

Bu, somatik ikicinsliliyə də aiddir: Halbany-yə görə orqanların tək-tük eybəcərliyi və ikinci cinsi əlamətlər bir-birindən kifayət qədər azad rast gəlir.

Biseksuallıq barədəki təlim özünün ən kobud formasında inverziyalı kişilərin müdafiəçilərindən biri tərəfindən belə tərif edilib: kişi bədənində qadın beyni. Amma “qadın beyni”nin əlamətləri bizə məlum deyil. Psixoloji problemin anatomik problemlə əvəz edilməsi eyni dərəcədə qüvvəsizdir və özünü doğrultmur.

V.Krafft-Ebinq biseksual meylliliyin fərdi həm kişi və qadın beyin mərkəzləri, həm də somatik cinsi orqanlarla mükafatlandırdığını hesab edir. Bu mərkəzlər daha çox quruluşuna görə onlardan asılı olmayan cinsi vəzilərin təsiri altında, yalnız cinsi yetişmənin başlanma mərhələsində inkişaf edir. Amma kişi və qadın beyninə tətbiq olunanlar kişi və qadın “mərkəz”inə də aiddir və bundan əlavə, beynin(“mərkəzlər”), məsələn, nitq üçün olduğu kimi, cinsi funksiyalar üçün də məhdud hissələrinin mövcudluğunu ehtimal etməyin gərək olub-olmadığı belə bizə məlum deyil.

Bütün bu mühakimələrdən sonra iki fikir, hər halda, öz qüvvəsini saxlayır: inverziyanın izahı üçün biseksual meylliliyi diqqətə almaq zəruridir, ancaq bu meylliliyin anatomik formasından başqa nədən ibarət olduğu bizə aydın deyil və burada söhbət cinsi meylin inkişafına aid pozuntulardan gedir.

İnverziyanın izahı üçün biseksuallığı nişan verən birinci şəxs (”Yahrbuch für sexuelte Zvischenstufen”in 6-cı cildindəki ədəbiyyat hesabatına əsasən) artıq 1884-cü ilin yanvarında “Revue philosophique”də “Lesaberrations de İnstinkt Sexuel” məqaləsini dərc etdirmiş E.Gley olmuşdur. İnverziyanı biseksuallıqla izah edən müəlliflərdən çoxu bu ana yalnız inverziyalılara deyil, bütün normallara münasibətdə əhəmiyyət verirlər və deməli, inverziyanı pozulmuş inkişafın nəticəsi kimi başa düşürlər. Ən azından, ikinci mərkəzin (inkişaf etməmiş cinsin) mümkün mövcudluğu məlum olan çoxsaylı müşahidələr var.

Hər bir insanda kişi və qadın elementlərinin olduğu barədə fikir bildirilir, yalnız məsələ heteroseksual şəxslərə aid olduğundan, bu və ya digər cinsə məxsusluğa uyğun olaraq, biri digərindən ölçüyəgəlməz dərəcədə daha inkişaf etmişdir.

İnverziyaya uğrayanların cinsi obyekti

Psixi hermafroditizm nəzəriyyəsi inverziyalıların cinsi obyektinin normalların obyektinə əks olduğunu nəzərdə tutur. İnverziyaya uğramış kişi bədən və ruhun kişi özəlliklərindən gələn cazibə qarşısında dura bilmir, o özünü qadın hiss edir və kişi axtarır.

Ancaq bu, inverziyalıların bütöv sırasına münasibətdə doğru olsa da, heç də inverziyanın ümumi əlamətini təşkil etmir. İnverziyalı kişilərin böyük hissəsinin kişiliyin psixi xarakterini qoruduğu heç bir şübhə doğurmur, o, digər cinsin müqayisə ilə az sayda ikinci əlamətlərinə malikdir və öz cinsi obyektində mahiyyətcə qadın psixi cizgiləri axtarır. Əgər başqa cür olsaydı, özünü inverziyalılara təklif edən kişi fahişəliyinin indi də, qədimdə olduğu kimi paltar və maneranın bütün xarici formalarında qadının surətini çıxarması tamamilə anlaşılmaz qalardı;

axı belə təqlid inverziyalıların idealını təhqir etməli idi. İnverziyaya uğrayanların sırasında ən mərd kişilər rast gələn yunanlarda, təbii, oğlanın mərdanə xarakteri deyil, bədəninin qadın tipinə yaxınlığı, eləcə də ruhi qadın özəllikləri, cəsarətsizliyi, təmkinliliyi, kənar kömək və nəsihət tələbatı kişidə məhəbbəti alovlandırırdı. Oğlan böyüyən kimi artıq kişi üçün cinsi obyekt deyildi və özü oğlan həvəskarına çevrilirdi. Bir çox digər hallarda olduğu kimi, bu halda da seksual obyekt həmin cins deyil, hər iki cinsin əlamətlərinin birləşməsidir, kişini istəyən və qadını istəyən ruhi hərəkətlərin arasında bədənin kişiliyi şəraitinin (genitaliyaların) saxlanması, necə deyərlər, öz biseksual təbiətinin əksolunması ilə kompromisdir.

Psixoanaliz indiyə qədər inverziyanın mənşəyinə izahat verməsə də, hər halda, onun mənşəyinin psixi mexanizmini açmış və nəzərə almaq lazım gələn məsələləri əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Biz bütün tədqiq olunmuş hallarda daha gec yaşda inverziyaya uğrayanların uşaqlıqda qadına (daha çox anaya) intensiv, lakin qısamüddətli fiksasiya fazasını keçdiklərini aşkar etmişik, onu aşdıqdan sonra özlərini ana ilə eyniləşdirirlər və özlərini seksual obyekt seçirlər; yəni narsizmdən çıxış edərək, özlərinə oxşar gənc yaşlı kişilər axtarırlar, onları analarının sevdiyi kimi sevmək istəyirlər. İnverziyalı kimi görünənlərin qadın gözəlliklərinə heç də hissiyyatsız olmadıqlarını, kişi obyektlərinə daim qadınların doğurduğu ehtirası daşıdıqlarını tez-tez aşkara çıxarırdıq. Beləliklə, onlar inverziyalarını doğuran mexanizmi həyatları boyu təkrar istehsal edirlər. Onların beynindən çıxmayan kişiyə meyllənmə qadından uzaqlaşmaları ilə əlaqəlidir.

Psixoanalitik tədqiqat homoseksualları digər adamlardan xüsusi növ qrup kimi ayırmaq cəhdlərinə qəti şəkildə müqavimət göstərir. Yalnız açıq təzahür edənləri deyil, digər seksual oyanmaları da öyrənərək, bütün adamların özü ilə eyni cinsdən olan obyekt seçməyə qadir olduğunu və bu seçimi öz şüursuz halında etdiyini öyrənir. Öz cinsindən olan şəxslərə libidinoz hisslərin bağlılığı normal ruhi həyat faktoru kimi, xəstəlik mühərrikləritək, əks cinsə aid olduğundan daha böyük rol oynayırlar. Obyekt seçiminin cinsdən azadlığı, uşaq yaşlarında, primitiv durumlarda qədim tarix dövründə də müşahidə olunduğu kimi, həm kişi, həm də qadın obyektlərindən istifadə imkanlarında eyni dərəcədə azadlıq psixoanalizə, əksinə olaraq, ilkin kimi görünür; bu ilkin vəziyyətdən bu və ya digər tərəfə məhdudlaşma yolu ilə normal, ya da inverziyalı tip inkişaf edir. Kişinin qadına müstəsna seksual marağı psixoanalizə görə izaha ehtiyacı olan problemdir. O, öz özlüyündə anlaşıqlı deyil və əsasında kimyəvi cazibə yoxdur. Yekun cinsi seçimə münasibətdə həlledici an yalnız cinsi yetişmə başlandıqdan sonra olur və bir sıra, hesaba gəlməyən qismən konstitusional, qismən də öz təbiətinə görə təsadüfi faktorların nəticəsidir. Şübhəsiz, bu faktorlardan bəziləri bu nəticələrə uyğun həlledici təsirə malik olacaq qədər güclü ola bilər. Amma, ümumiyyətlə, öncədən müəyyən olunan anların çoxluğu insanların seksual davranışının mənzərələrinin müxtəlifliyində öz əksini tapır. İnverziyaya uğramış adamlarda, ümumiyyətlə, arxaik konstitusiyaların və primitiv psixi mexanizmlərin üstünlük təşkil etdiyi təsdiq olunur. Onların ən əhəmiyyətli əlamətlərinin obyektin narsistik seçiminin təsiri və anal zonanın erotik əhəmiyyətinin saxlanması olduğu kimi görünür. Lakin belə konstitusional özəlliklər əsasında inverziyaya uğrayanların kənar tiplərini digərlərindən ayırmada heç bir xeyri yoxdur. Belə kənar tiplərdə olanları, görünür, onlardakı qeyri-normallığın tamamilə kifayət edən əsaslandırılması olaraq, keçid tiplərində və aşkar normalların konstitusiyasında da, yalnız daha az ifadə olunaraq, tapmaq olar. Nəticələrdəki fərq öz təbiəti etibarilə keyfiyyət xarakterli ola bilər: analiz şəraitdəki fərqin yalnız kəmiyyətcə olduğunu göstərir. Obyekt seçməyə təsadüfi təsir göstərən faktorlar arasında qadağanı (uşaqlıqda seksual qorxutma) tapdığımızı qeyd edək və hər iki valideynin olmasının böyük rol oynadığına diqqət verək. Uşaqlıqda güclü atanın olmaması tez-tez inverziyanı əlverişli edir. Nəhayət, seksual obyektin inverziyası ilə subyektdə cinsi əlamətlərin qarışması arasında ciddi fərqləndirilmə aparılması üçün tələbdə təkid etmək zəruridir. Bu münasibətlə də müstəqilliyin məlum payı tamamilə aşkardır.

İnverziya barədəki məsələ üzrə Ferenczi-nin “Kişi homoseksuallığının nozologiyasına dair” məqaləsində (“İntern. Zeitschrift für arztliche Psychoanalyse”, II, 1914.) bir sıra əhəmiyyətli baxışlara işarə edilmişdir. Ferenczi tamamilə ədalətli olaraq, daha müvəffəqiyyətli “homoerotika” sözü ilə əvəz etmək istədiyi “homoseksuallıq” adı altında üzvi və psixi münasibətdən müxtəlif bərabərdəyərli olmayan durumların, hamısında ümumi inverziya simptomu olduğu əsasında, qarışdırıldığı faktını pisləyir. O, ən azı iki tipə münasibətdə ciddi fərq tələb edir: özünü qadın kimi hiss edən və aparan subyekthomoerotik və qadın obyektini özü ilə eyni cinsdən olan obyektlə əvəzləmiş və mütləq kişiyana obyekthomoerotik tiplər. O, birincini Magnus Hirschfeld-in mənasında həqiqi “aralıq seksual” tip sayır, ikincini daha müvəffəqiyyətsiz olaraq, qarayaxalıqdan əziyyət çəkən nevrotik adlandırır. İnverziyaya meylliliklə mübarizə eynilə psixi təsir imkanı kimi yalnız obyekthomoerotikdə olur. Bu iki tipi etiraf etməklə bir çox şəxslərdə subyekthomoerotikanın məlum payının obyekthomoerotikanın müəyyən hissəsi ilə qarışdığını əlavə etmək zəruridir.

Aktiv inverziyalı qadının münasibətləri daha müəyyən olur, xüsusən onların bir hissəsi kişinin somatik və ruhi əlamətlərinə malikdir və burada da daha yaxın tanışlıqda münasibətlərin böyük əlvanlığı ola bilsə də, öz cinsi obyektlərindən qadınlıq tələb edirlər.

İnverziyalıların seksual məqsədi

İnverziyalılarda seksual məqsədi heç bir halda bircinsli adlandırmağın mümkün olmaması kimi vacib faktı unutmaq olmaz. Kişilərdə cinsi ünsiyyət çox vaxt inverziya ilə üst-üstə düşmür; masturbasiya da tez-tez müstəsna məqsəd təşkil edir və burada seksual məqsədin məhdudlaşdırılması – ta hisslərin izhar edilməsinə qədər – hətta heteroseksual məhəbbətdən daha tez-tez rast gəlir. Qadın inverziyalılarda da seksual məqsədlər müxtəlif cinslidir; ağızın selikli qişasının toxunması, görünür, xüsusi üstünlüyə malikdir.

Nəticələr

İndiyə qədərki material əsasında özümüzü inverziyanın yaranmasına qaneedici izah vermək gücündə hiss etməsək də, bu tədqiqatda yuxarıda qoyulmuş vəzifənin həllindən bizim üçün daha böyük əhəmiyyət əldə edə bilən fikrə gəlmişik. Biz diqqəti seksual meyllə seksual obyektin əlaqəsini hədsiz sıx təsəvvür etdiyimizə yönəldirik. Qeyri-normal sayılan hallarla bağlı təcrübə bizə göstərir ki, seksual meyl və seksual obyekt arasında, bizi meylin sanki doğuşdan özü ilə obyekt də gətirdiyi normal formaları yeknəsəklikləri səbəbindən qeydə ala bilməmək təhlükəsilə hədələyən qaynaq var. Cinsi meyl, ehtimal, əvvəlcə obyektdən asılı olmur və meydana çıxması ilə onun gözəlliklərinə borclu deyil.

Son illərdə bioloqların, birinci növbədə Eugen Steinach-ın əsərləri homoerotikanın, ümumiyyətlə, cinsi əlamətlərin üzvi şərtlərinə parlaq işıq saldı.

Axtalamanın eksperimental təcrübəsi vasitəsilə, sonradan digər cinsin rüşeym vəzilərinin köçürülməsi ilə müxtəlif məməlilərdə erkəkləri dişilərə və əksinə çevirmək mümkün olmuşdur. Çevrilmə çox və ya az dərəcədə tam şəkildə somatik cinsi əlamətlərə və psixoseksual davranışa (yəni erotikanın subyekt və obyektinə) toxunmuşdur. Cinsi qabaqcadan təyin edən bu qüvvənin daşıyıcısı rüşeym vəzilərinin cinsi hüceyrələri təşkil edən hissəsi deyil, bu orqanın interstisial adlandırılan toxuması (“yetkinləşmə vəzisi”) sayılır.

Bir halda vərəm xəstəliyi nəticəsində yumurtalıqdan məhrum olmuş kişidə cinsi dəyişiklik mümkün olmuşdur. Cinsi həyatda o özünü passiv homoseksual qadın kimi aparmışdır və onda olduqca aydın ifadə olunmuş ikinci xarakterli qadın cinsi əlamətləri (baş və sifətdə tüklər, döş və ombalarda yağın toplanması) müşahidə olunmuşdur. Kriptorxik insan yumurtacığının köçürülməsindən sonra bu kişi özünü kişi kimi aparmış və libidosunu normal şəkildə qadına istiqamətləndirməyə başlamışdır. Eyni zamanda somatik qadın əlamətləri itmişdir (A.Lipchutz “Die Pubertatsdriise und ihre Virkung” Bern, 1919).

Həmin əla təcrübələr sayəsində inverziya barədə təlimin yeni əsas əldə etməsini iddia etmək əsaslı olmazdı və homoseksuallığın ümumi “müalicəsinə” yeni yol gözləmək tezdir. V.Fliess bu eksperimental təcrübələrin ali heyvanların ümumi biseksual anadangəlmə meylliliyi barədəki təlimi təmin etmədiyini tamamilə haqlı olaraq qeyd etmişdir. Bu cür sonrakı tədqiqatın güman olunan biseksuallığın birbaşa təsdiqini verəcəyi mənə daha çox ehtimal kimi gəlir.

B. Heyvanlar və cinsi cəhətdən yetişməmiş şəxslər seksual obyektlər kimi

Seksual obyektləri normal uyğun cinsə aid olmayan şəxslər, yəni inverziyaya uğrayanlar müşahidəçiyə digər münasibətlərlə, ola bilsin, natamam fərdlər qrupu kimi görünərkən, seksual obyekt kimi cinsi cəhətdən yetişməmiş şəxslərin (uşaqların) seçildiyi hallar tək-tək sapmalar kimi görünür. Yalnız müstəsna hallarda uşaqlar seksual obyektlərdir; çox hallarda, tənbəl və impotent olmuş fərd, ya da impulsiv (təxirəsalınmaz) meyl verilən anda uyğun obyekti əldə edə bilməyəndə onlar bu rolu alırlar. Hər halda cinsi meylin bu qədər variasiyaya və öz obyektini endirməyə yol verdiyi faktı onun təbiətinə işıq salır; öz obyektinə daha möhkəm bağlanmış aclıq buna yalnız son həddə yol verərdi. Bu qeyd kənd əhalisi arasında tez-tez rast gələn heyvanlarla cinsi ünsiyyətə də aiddir, həm də cinsi cazibə növün sərhədlərini keçir.

Bunu digər ağır cinsi meyl sapması halları kimi, estetik nöqteyi-nəzərdən ruhi xəstələrə bağlamaq istəyi var, amma bu, düzgün deyil. Təcrübə sonuncularda sağlam adamlarla müqayisədə hansısa xüsusi cinsi meyl pozuntusunun müşahidə olunmadığını göstərir. Beləcə, müəllim və dayələrdə uşaqlardan seksual sui-istifadə bunun üçün onlara ən əlverişli imkan yaradıldığı üçün, müdhiş tezliklə rast gəlir. Ruhi xəstələrdə uyğun sapmalar yalnız güclü formada rast gəlir, yaxud, bunun xüsusı əhəmiyyəti var, bu sapma müstəsnaya çevrilmiş və normal seksual məmnunluğun yerini tutmuşdur.

Seksual variasiyaların bu sağlamlıqdan ruhi xəstəliyə qədərki şkala üzrə münasibəti düşünməyə vadar edir. Mənə belə gəlir, cinsi həyatın ruhi hərəkətinin norma hüdudunda ruhi fəaliyyətin ali növlərinə ən pis tabe olanlara aid olmasına göstəriş kimi izaha ehtiyacı olan fakt xidmət edir. Kim hansı münasibətdə olur-olsun, sosial, etik mənada ruhən qeyri-normaldırsa, mənim təcrübəmə əsasən özünün seksual həyatında da həmişə belədir. Amma seksual həyatda xeyli qeyri-normal və qalan bütün bəndlərdə orta insana müvafiq, zəif bəndi seksuallıq olan, insani mədəni inkişafdan geri qalmış adamlar var. Mühakimələrin ən ümumi nəticəsi kimi, çoxsaylı şərtlərin təsiri altında heyrətli dərəcədə çox fərddə seksual obyektin növ və dəyərinin arxa plana çəkildiyi baxışında dayanaq. Cinsi meyldə əhəmiyyətli və daimi olan nə isə başqa şey var.

Qədim dünyanın və bizim eşq həyatlarımız arasında ən dərin fərq antik dünyanın vurğunu meyl üzərinə qoymasından, bizim isə meyl obyektinə keçirməyimizdən ibarətdir. Qədimdəkilər meylə hörmət edirdilər və onunla azdəyərli obyekti də nəcibləşdirməyə hazır idilər, biz isə meylin aşkara çıxmasını aşağılayırıq və ona obyektin məziyyətləri ilə bəraət qazandırırıq.

2. Seksual məqsədə münasibətdə geriləmə

Genitaliyaların seksual gərginliyin həllinə və seksual meylin (aclıq halında doymaya analoji olan məmnunluq) müvəqqəti söndürülməsinə aparan və cütləşmə ad-landırılan aktda birləşməsi normal seksual məqsəd hesab olunur. Ancaq, hər halda, artıq normal seksual prosesdə inkişafı inverziya kimi təsvir olunmuş sapmalara aparan rüşeymləri qeydə almaq mümkündür. Seksual obyektə əllənmə və gözdən keçirilmə kimi münasibət cütləşmə yolundakı aralıq proses olaraq ilkin seksual məqsəd hesab olunur. Bir tərəfdən bu hərəkətlərin özü həzz verir, o biri tərəfdən onlar son seksual məqsədə çatana qədər davam etməli olan ehtirası yüksəldir. Onlar sırasından biri, dodaqların selikli qişalarının qarşılıqlı toxunması sonradan öpüş kimi bir çox xalqlarda (o cümlədən yüksək mədəniyyətli xalqlarda da) seksual dəyər qazandı, baxmayaraq bu halda nəzərdə tutulan bədən hissəsi cinsi aparata aid deyil, qida həzmi kanalına girişi təşkil edir. Bununla perverziya və normal seksual həyat arasındakı əlaqəni müəyyən etməyə imkan yaradan və perverziyanın təsnifatı üçün istifadə etmək mümkün olan anlar verilir. Perverziyalar ya a)cinsi birləşmə üçün nəzərdə tutulmuş bədən hissələrinin anatomik sərhədləri arxasına keçid, yaxud, b)son seksual məqsədə doğru yolda seksual obyektə normal tez keçən aralıq münasibətlərdə dayanmadan ibarətdir.

a) Anatomik sərhədlər arxasına keçid
Seksual obyektin şişirdilməsi

Seksual obyektin əldə etdiyi psixi qiymət seksual meylin arzulanan məqsədi kimi ən nadir hallarda onun genitaliyaları ilə kifayətlənir, çox vaxt isə bütün bədəninə yayılır və seksual obyektdən çıxan bütün duyğuları əhatə etmək tendensiyasına malikdir. Həmin qiymətartırma psixi sahəyə də şüalanır və seksual obyektin ruhi təzahürlərinə və mükəmməlliklərinə münasibətdə məntiqi korlaşma (mühakimənin zəifliyi), eləcə də onun bütün mühakimələrinə tabe olmaq və inanmaq kimi aşkara çıxır. Beləliklə, məhəbbətin sadəlövhlüyü nüfuzun, əgər ən birinci deyilsə, vacib mənbəyi olur.

Məhz bu seksual qiymətləndirmə yalnız genitaliyaların birləşməsi nəticəsində seksual məqsədin məhdudiyyətləri ilə bu cür pis harmoniya təşkil edir və bədənin digər hissələrinin seksual məqsəd seçilməsinə şərait yaradır.

Seksual şişirdilmənin obyekt seçiminin heç də bütün mexanizmlərində inkişaf etmədiyini qeyd etmək zəruridir və aşağıda başqa bədən hissələrinin seksual rolunun digər, daha artıq dərəcədə birbaşa izahı ilə tanış olacağıq. Seksual marağın genitaliyalardan bədənin başqa hissələrinə keçməsini izah etməkdən ötrü Hoche və J. B.Lochun nümunə gətirdikləri “aclıq” anı, mənə belə gəlir, bu mənadan məhrumdur. Libidonun lap başlangıcdan getdiyi müxtəlif yollar bir-birinə qovuşan qablar münasibətindədirlər və kollaterial axınlar fenomeni ilə hesablaşmaq zəruridir.

Qadının sevgi həyatı qismən mədəniyyət təhrifi, qismən də qadının konvensional qapalılığı və qeyri-səmimiliyi nəticəsində hələ nüfuzedilməz zülmətə qərq olduğuna görə, seksual şişirdilmə anın əhəmiyyətini, tədqiqatın əli çatdığı üçün kişinin sevgi həyatında öyrənmək daha yaxşıdır.

Bir qayda olaraq, qadınlarda kişilərin seksual şişirdilməsi qeydə alınmır, amma o, qadının doğduğu körpəyə münasibətində, demək olar, həmişə mövcuddur.

Ağızın selikli qişasının və dodaqların seksual tətbiqi

Bir şəxsin dodaqları (dili) digərinin genitaliyaları ilə təmasa girirsə, amma bu hər iki şəxsin selikli qişası bir-birinə toxunan hal deyilsə, ağızın seksual orqan kimi tətbiqi perverziya sayılır. Sonuncu istisnada normala yaxınlaşma var. Perverziyanın, ehtimal, bəşəriyyətin tarixəqədərki ən qədim zamanlarından tətbiq olunan digər üsulları kimə ikrahlıdırsa, o, bu halda belə seksual məqsəd qəbul etməyə yol verməyən aşkar iyrənmə hissinə tutulur. Lakin bu ikrahın sərhədi çox vaxt tam şərtidir; gözəl qızın dodaqlarını ehtirasla öpən şəxs, ola bilsin, onun diş fırçasından yalnız ikrahla istifadə edə bilər, hərçənd onun iyrənmədiyi öz ağız boşluğunun qızın ağzından daha təmiz olduğunu güman etməyə heç bir əsas yoxdur. Burda diqqət seksual obyektin qiymətləndirilməsinin libidinoz şişirdilməsinə mane olan ikrah anına cəlb olunur, amma öz növbəsində libidonun üzərindən keçilir. İkrahda seksual məqsədin məhdudlaşdırılmasına gətirən qüvvələrdən birini görmək istəyirlər. Belə məhdudlaşdırıcı qüvvələrin təsiri adətən genitaliyalara qədər gedib çatmır. Digər cinsin genitaliyalarının özlüyündə ikrah predmeti ola bilməsi şübhə doğurmur və belə davranış bütün isterik xəstələrin (xüsusən qadınların) xarakterik cizgisini təşkil edir. Seksual meylin qüvvəsi bu ikrahın aradan qaldırılmasında həvəslə aşkara çıxır.

Arxa keçidin seksual tətbiqi

Anal keçiddən istifadədə məhz ikrahın bu seksual məqsədə perverziya möhürü vurması əvvəlki haldan daha aydın şəkildə olur. Amma qoy mənim tərəfimdən edilmiş məlum qeydi şərh etməsinlər: bu ikraha bədənin bu hissəsinin ifrazata xidmət etdiyi və ən iyrənc olanla – nəcislə təmasda olduğu ilə haqq qazandırmaq isterik qızların kişi genitaliyalarına ikrahın izahı üçün istifadə etdikləri bəraətdən – onlar sidik ifrazına xidmət edir – daha inandırıcı deyil.

Hipnozun mahiyyətini libidonu hipnozçunun şəxsinə şüursuz fiksasiyada görürəm və hipnoz edilənlərin hipnozçuya tabe olmaq və inanmağa hazırlığını (seksual meylin mazoxist komponenti vasitəsilə) xatırlatmaya bilmirəm. J. Ferenczi bu əlaməti “atalıq” kompleksinin pozulması ilə əlaqələndirirdi (“Yahrbuch für psyxoanalitische und psychopatoloqhishe Forschunqen”).

Arxa keçidin selikli qişasının seksual rolu mütləq şəkildə kişilər arasındakı ünsiyyətlə məhdudlaşmır, ona verilən üstünlük inverziyalı hissiyyat üçün nə iləsə xarakterik deyil. İnverziyalıların ünsiyyətində seksual məqsəd daha çox qarşılıqlı masturbasiya olduğu halda, əksinə, görünür, kişilərdəki pederastiya öz əhəmiyyətinə görə qadınla aktın analogiyasına borcludur.

Bədənin başqa hissələrinin əhəmiyyəti

Seksual məqsədin bədənin başqa hissələrinə yayılması, bunda yalnız seksual obyekti bütün istiqamətlərdə əldə etmək istəyini aşkara çıxararaq, özünün bütün variasiyalarında nə isə prinsipial yeni şey deyil, cinsi meyl barədəki bilgimizə heç nə əlavə etmir. Ancaq seksual şişirdilmə ilə yanaşı cinsi üzvlər sərhəddinin anatomik aşılmasında ümumi qəbul olunmuş nöqteyi-nəzərdən qəribə görünən ikinci bir an da aşkara çıxır. Ağızın və anal keçidin selikli qişası kimi, bu üsullarda həmişə rast gələn bəzi bədən üzvləri, elə bil, onlara genitaliyalar kimi baxılmasını və onlara uyğun davranılmasına iddialıdırlar. Seksual meylin inkişafı ilə bu iddianın özünü doğrultduğunu və bəzi xəstə vəziyyətlərin simptomatologiyasında onun həyata keçdiyini biz hələ eşidəcəyik.

Seksual obyektin uyğun olmayan əvəzlənməsi – fetişizm

Normal seksual obyektin digər, ona aidiyyəti olan, lakin normal seksual məqsədə xidmət etməkdən ötrü bütünlüklə yararsız obyektlə əvəzləndiyi hallar tamamilə xüsusi təəssürat doğurur. Cinsi sapmaların təsnifat prinsiplərinə uyğun olaraq, seksual obyektə münasibətdə artıq normadan kənara çıxmada cinsi meyl sapmalarının bu ən maraqlı qrupu barədə xatırlatma daha yaxşı olardı, amma biz bunu seksual məqsəddən imtina ilə əlaqədar olan həmin hadisələrin asılı olduğu seksual şişirdilmə ilə tanışlıq anına qədər təxirə saldıq.

Seksual obyektin əvəzi ümumiyyətlə seksual məqsəd üçün olduqca az yararlı bədən üzvü (ayaq, saçlar) olur, yaxud seksual şəxsə, daha çox onun seksuallığına tamamilə müəyyən münasibəti olan cansız obyekt (paltarın hissəsi, alt paltarı) olur. Bu əvəzləmə tamamilə düzgün olaraq, vəhşinin öz tanrısını təcəssüm etdirdiyi fetişə bərabər tutulur.

Normal, yaxud eybəcər seksual məqsəddən imtina ilə fetişizm hallarına keçid seksual məqsədə (saçların müəyyən rəngi, paltar, hətta bədən çatışmazlıqları) çatmaqdan ötrü seksual obyektdə fetiş şərtlərinin olmasını tələb edən halları təşkil edir. Patoloji ilə sərhədlənən heç bir seksual meyl variasiyası doğurduğu halların qəribəliyinə görə marağımız üçün belə hüquqa malik deyil. Normal seksual məqsədə canatmanın məlum enişi, görünür, bütün hallar üçün zəruri zəmindir (seksual aparatın ekzekutor zəifliyi). Bu zəiflik konstitutsion şərtlərdən asılıdır. Psixoanaliz erkən uşaqlıqda seksual qorxutmanın təsirini normal seksual məqsədi onu əvəzləməyə sövq etməklə kölgələyən təsadüfi şərt kimi sübut etmişdir.

Normalla əlaqə seksual obyektin onunla assosiativ əlaqəli hər şeyə qaçılmaz olaraq daşınan psixi zəruri şişirdilməsi vasitəsilə həyata keçirilir. Buna görə də, belə fetişizmin məlum dərəcəsi, xüsusən sevgililiyin normal seksual məqsədin çatılmaz kimi göründüyü mərhələlərində, həmişə normal məhəbbətə xasdır.

 
Onun sinəsindəki şərfi mənə çatdır,
Məhəbbətimin sarığını mənə ver. (“Faust”)
 

Yalnız fetişə canatma adi şəraitdə olduğundan güclü şəkildə qeydə alındıqda və normal məqsədin yerini tutduqda, daha sonra, fetiş müəyyən şəxslə əlaqəni itirib, yeganə seksual obyekt olduqda bu hal patoloji olur. Cinsi meyl variasiyasının patoloji sapmaya keçidinin şərtləri ümumiyyətlə belədir.

İlk dəfə Binetin göstərdiyi, sonradan çoxsaylı faktlarla təsdiq olunduğu kimi, daha çox erkən uşaqlıqda qavranılan seksual təəssüratların bitməyən təsiri fetişin seçimində özünü göstərir, bunu normal insan məhəbbətinin məlum daimiliyilə müqayisə etmək olar. (“On revient ioujoursases premiers amours”). Seksual obyekt seçimi yalnız fetişlə şərtləndiyi hallarda belə mənşə xüsusən aydındır. Erkən uşaqlıqda seksual təəssüratların əhəmiyyəti ilə hələ başqa yerdə də qarşılaşacağıq.

Digər hallarda çox vaxt verilmiş şəxsin dərk etmədiyi fikirlərin simvolik gedişi obyektin fetişlə əvəzlənmə-sinə gətirmişdir. Fikirlərin bu sırasının yollarını heç də həmişə inamla sübut etmək mümkün deyil (ayaq hətta əsatirlərdə qədim seksual simvoldur), “xəz” özünün fetiş rolu ilə mons Veneris-in saçları ilə assosiasiyaya borcludur; amma bu simvolika, görünür, heç də həmişə uşaqlığın seksual yaşantılarından asılı deyil.

“Metoanaliz” fetiş seçimi zamanı iybilmədən ləzzətin əhəmiyyətini göstərərək (Riecfilust) fetişizmin başa düşülməsində hələ qalan boşluğu doldurdu. Ayaq və saçlar xoşagəlməz olmuş iybilmə duyğularından imtinadan sonra fetişə çevrilmiş güclü iy verən obyektlərdir. Ayağın perverziyasından ibarət perverziyada seksual obyekt həmişə çirkli, pis iylənən ayaqdır. Ayağa fetiş olaraq verilən üstünlüyün digər izahı infantil seksual nəzəriyyələrdən gəlir (aşağıya bax). Ayaq qadında çatışmayan penisi əvəz edir.

b) İlkin seksual məqsədlərin fiksasiyası
Yeni məqsədlərin meydana çıxması

Normal seksual məqsədin nailiyyətini çətinləşdirən, yaxud uzaqlaşdıran bütün xarici və daxili şərtlər (impotensiya, seksual obyektin bahalığı, seksual obyektin təhlükəliliyi) hazırlıq aktlarında ləngimə və normal seksual məqsədlərin yerini tuta bilən yenilərini yaratma üçün meylliliyə kömək edir.Yaxından nəzərdən keçirmə zamanı bu yeni məqsədlərdən ən qəribələrinin, hər halda artıq normal prosesdə nəzərdə tutulduğu məlum olur.

Əlləmə və nəzərdən keçirmə

İnsan üçün, ən azından, normal seksual məqsədə çatmaq üçün əlləmənin məlum payı zəruridir. Seksual obyektin toxunuşu hissiyyatı sayəsində dərinin bir tərəfdən həzz o biri tərəfdən yeni enerji mənbəyi olması da hamıya məlumdur. Buna görə də əgər cinsi akt hələ inkişaf edirsə, əlləmədə ləngimənin perverziyaya aid edilməsi çətindir.

Son hesabda əlləməyə aparan nəzərdən keçirmə də belədir. Optik təəssürat çox vaxt libidinoz ehtirasın ayılması yolu ilə gerçəkləşdirilir və seksual obyektin inkişafını gözəllik tərəfə istiqamətləndirərək, ehtirasın aşılmasına təbii seçim nəzərdə tutur. Mədəniyyətlə birlikdə tərəqqi edən bədəni örtmə qadağan olunmuş hissələrin çılpaqlaşdırılması ilə özü üçün seksual obyekti tamamlamağa can atan seksual marağı oyadır, əgər onun marağını genitaliyalardan yayındırıb bütün bədənə istiqamətləndirmək mümkün olursa, bu maraq bədii məqsədə ayrıla bilər (sublimasiya). Bu, xüsusi nəzərdən keçirməli aralıq seksual məqsəddə ləngimə məlum dərəcədə normal adamların əksəriyyətinə xasdır, o öz libidosunun məlum hissəsini yüksək bədii məqsədlərə istiqamətləndirməyə imkan verir. Gözaltı baxmaq ehtirası, əksinə: a) əgər müstəsna olaraq genitaliyalarla məhdudlaşırsa, b) ikrah hissinin aradan qaldırılması ilə əlaqəlidirsə (voyeurs: ifrazat funksiyası halında xəlvəti baxma), c) normal seksual məqsədin hazırlanması əvəzinə onu sıxışdırırsa, o, perverziyaya çevrilir. Sonuncu hal, əgər mənə bir hal əsasında mühakimə yürütmək icazə verilərsə, başqalarının genitaliyalarını görmək imkanı əldə etməyin mükafatı olaraq öz genitaliyalarını göstərən eksgibisionistlərdə parlaq şəkildə ifadə olunub.

Daha dərin psixoanalitik tədqiqat Binetin fikrinin düzgün tənqidinə gətirib çıxardı. Əhatə edən şəraitdə fetişin bu marağı necə əldə etdiyini başa düşmək mümkün olmadığı halda, bura aid olan bütün müşahidələr fetişlə birinci toqquşma məzmununa malikdir, bu halda həmin fetiş artıq cəlbedici seksual marağa çevrilir. Bundan əlavə, “erkən uşaqlığın” bütün bu seksual təəssüratları 5-6 yaşdan sonraya düşür, halbuki psixoanaliz belə gec yaşda yenidən patoloji fiksasiya yaratmadan şübhələnməyə məcbur edir. Həqiqi vəziyyət fetişin meydana çıxması barədə ilk xatirənin arxasında seksual inkişafın ölmüş və unudulmuş fazasının yatmasından ibarətdir; bu fazanın qalıq və çöküntüsü fetişdir, “örtən xatirə” kimi fetişlə əvəz olunmuşdur. İlk uşaqlıq illəri ilə üst-üstə düşən fazanın inkişafının fetişizm tərəfə dönüşü fetişin seçilməsi kimi konstitusiya ilə determinasiya olunub.

Ayaq fetişizminin bəzi hallarında, əvvəlcə genitaliyalara istiqamətlənmiş, öz obyektinə aşağıdan yaxınlaşmağa can atan gözaltı baxmaq meyli qadağa və sıxışdırma sayəsində ləngimiş və buna görə ayaq, yaxud başmağı fetiş kimi saxlamışdır. Qadın genitaliyaları, uşaq təsəvvürlərinə uyğun olaraq, təxəyyüldə kişininki kimi rəsm edilmişdir.

Buna uyğun olaraq, botin, yaxud çəkmə qadın genitaliyasının simvoludur.

Mənə belə gəlir, “gözəl” anlayışının kökünün seksual oyanmada olduğu və ilkin olaraq seksual oyatmanı bildirdiyi heç bir şübhə doğurmur. Görünüşü ən güclü seksual ehtiras doğuran genitaliyaları heç vaxt “gözəl” kimi görməməyimiz faktı bununla əlaqədardır.

Nəzərdən keçirmək və özünü göstərməkdən ibarət cəhdi olan perverziyada sonrakı meyllənmədə bizi daha çox məşğul edən olduqca əhəmiyyətli cizgi aşkara çıxır. Bu halda seksual məqsəd ikili: aktiv və passiv formada ifadə olunmuş kimi aşkara çıxır.

Gözaltı baxmaq ehtirasına qarşı duran və bəzən hətta ona qalib gələn qüvvə utanmadır (əvvəl ikrah olduğu kimi).

Sadizm və mazoxizm

Seksual obyektə ağrı vermək və ona əks meyllər, bu ən tez-tez rast gələn və əhəmiyyətli perverziyalar V.Krafft-Ebinq tərəfindən hər iki, aktiv və passiv formalarda sadizm və mazoxizm (passiv forma) adlandırılmışdır. V.Krafft-Ebinq tərəfindən seçilmiş adda birinci plana hər cür aşağılama və mütilik çıxarıldığı halda, digər müəlliflər ağrı, qəddarlıqdan həzzi nəzərə çarpdıran alqolaqniyanın daha dar işarələnməsinə üstünlük verirlər.

Aktiv alqolaqniyanın sadizmin köklərini normal hədlərdə sübut etmək asandır. Kişilərin əksəriyyətinin seksuallığı bioloji mənası, yəqin, seksual obyektin müqavimətini yalnız qulluq göstərmə aktlarının vasitəsilə deyil, başqa cür də aradan qaldırmaq zərurətindən ibarət olan zorla dəf etməyə meylliliyin qarışığından ibarətdir. Bu halda sadizm seksual meylin müstəqil, əsas yerə çəkilmə sayəsində şişirdilmiş, irəli çıxmış aqressiv komponentinə uyğun olardı.

Sadizm anlayışı, bu sözün adi tətbiqində yalnız aktiv, sonra seksual obyektə zorla konstelyasiya və tabelik, iztirabla həzzin müstəsna qırılmazlığı arasında tərəddüd edir. Ciddi deyilərsə, yalnız sonuncu kənar hal perverziya adlanmaq hüququna malikdir.

Eyni dərəcədə “mazoxizm” termini də kənar ifadələri seksual obyekt tərəfindən fiziki və ruhi ağrı duymaqla həzzin qırılmazlığı olan seksual həyata və seksual obyektə bütün passiv konstelyasiyaları ağuşuna alır. Mazoxizm perverziya kimi, görünür, ona əks olan sadizmə nisbətən normal seksual məqsəddən daha uzaq getmişdir. Onun nə vaxtsa ilkin olaraq meydana çıxıb-çıxmamasına, yaxud həmişə dəyişmə sayəsində sadizmdən inkişaf edib-etməməsinə şübhə etmək mümkündür. Mazoxizmin yalnız öz şəxsiyyətinə yönəlmiş və bu halda seksual obyektin yerini müvəqqəti dəyişmiş sadizmin davamı olduğunu tez-tez görmək mümkündür. Mazoxistik perverziyaların kənar hallarının kliniki analizi böyük sayda anların (kastrasion kompleks, günahın dərki) cəm təsirinə gətirir.

Bu halda aradan qaldırılan ağrı libidoya müqavimət göstərən ikrah və utanca bənzədilir.

Sadizm və mazoxizm, onların əsasında yerləşən aktiv və passivliyin əksliyi seksual həyatın ən ümumi xarakterik cizgilərinə aid olduğundan, perverziyalar arasında xüsusi yer tuturlar.

Bəşəriyyətin mədəniyyət tarixi, hər cür şübhədən kənar olaraq, amansızlıq və cinsi meylin ən sıx şəkildə bağlandığını sübut edir, amma bu əlaqənin izahı üçün libidonun aqressiv anından qeyd edilməsindən o yana gedilməmişdir. Bəzi müəlliflərin fikrincə, seksual meylə qarışmış bu aqressivlik kannibal şəhvətinin qalığıdır, yəni onda başqa, ontogenik olaraq, daha köhnə böyük ehtiyacın ödənməsinə xidmət edən mənimsəmə aparatı iştirak edir. Bu münasibətlə seksual inkişafın pregenital fazası barədə aşağıda olan və bu baxışın təsdiq olunduğu məlumatı müqayisə et. Hər cür ağrının özlüyündə həzz alma imkanına malik olduğu fikri də bildirilmişdir. Bu perverziyanın izahının heç bir halda məqbul sayıla bilməyəcəyi və bu halda bir neçə ruhi cəhdin bir effekt üçün birləşməsinin mümkünlüyü təəssüratı ilə kifayətlənək.

Analiz bu perverziyada, bir çox başqalarında olduğu kimi motiv və mənaların gözlənilməz müxtəlifliyini açır. Məsələn, eksgibisionizmin suvaşqanlığı hələ kastrasion kompleksdən də asılıdır; onun sayəsində eksgibisionizmdə öz (kişi) genitaliyalarının bütövlüyü daim qeyd edilir və belə orqanın qadın genitaliyalarında olmaması səbəbilə uşaq həzzi təkrar edilir.

Bu perverziyanın ən fərqli özəlliyi onun passiv və aktiv formalarının həmişə birlikdə eyni şəxsdə qarşılaşmasındadır. Kim cinsi münasibətdə başqalarına ağrı verərək həzz duyursa, o, cinsi münasibətlərdən aldığı ağrıdan ləzzət duymağa da qadirdir. Sadist, perverziyanın aktiv, yaxud passiv hissəsi onda daha güclü ifadə oluna bilsə də və üstün seksual təzahür olsa da, həmişə eyni zamanda mazoxistdir.

Beləliklə, perverziyalardan bəzilərinin həmişə əks cütlər kimi rast gəldiyini görürük, aşağıda veriləcək materialı diqqətə almaqla, buna böyük nəzəri əhəmiyyət vermək zəruridir. Aşağıda xatırlanan “ambivalentliyi” müqayisə et. Əks cütlərin, sadizm-mazoxizmin mövcudluğunu bilavasitə və yalnız aqressivliyin qarışığı ilə izah etməyin mümkün olmadığı tamamilə aydındır. Bunun əvəzinə isə, əhəmiyyəti psixoanalizdə aktiv və passiv arasındakı əksliyə gətirilən və eyni zamanda mövcud olan bu əksikləri biseksuallıqdan ibarət olan kişi və qadın əksikləri ilə əlaqəyə gətirmək istəyi meydana çıxır.

3. Perverziyalar barədə ümumi olanlar
Variasiyalar və xəstəlik

Perverziyaları kəskin ifadə olunmuş hallarda və xüsusi şəraitdə ilk dəfə öyrənmiş təbiblər, təbii, onlara xəstəlik xarakteri, ya da inverziyalara oxşar degenerasiyalar istinad etməyə meylli olmuşlar. Lakin verilən halda belə baxışın səhv olduğunu müəyyən etmək o biri haldakından daha asandır. Gündəlik təcrübə bu pozuntuların əksəriyyətinin, hər halda, onların ən ağırlarının, onlara digər intimlər kimi baxan sağlamın seksual həyatının çatışmayan tərkib hissəsini təşkil etdiyini göstərir. Şəraitin bunun üçün əlverişli olduğu yerdə normal şəxs müəyyən müddət normal seksual məqsədi belə perverziya ilə əvəz edə, ya da birinci ilə yanaşı ona yer verə bilər. Hər bir sağlam insanda normal seksual məqsədə münasibətdə perverziya adlandırmaq mümkün olan hansısa hal mövcuddur və perverziya adının qınaq keyfiyyətində istifadəsinin məqsədəuyğun olmadığını sübut etməkdən ötrü artıq belə ümumi yayılma kifayətdir. Məhz seksual həyat sahəsində yalnız fiziologiya sahəsi hüdudlarında variasiya və ağrılı simptomlar arasında kəskin sərhəd çəkmək istəyirsənsə, xüsusi, hazırda, həqiqət deyilərsə, həllolunmaz çətinliklərlə qarşılaşırsan.

Bu perverziyaların bəzilərində yeni seksual məqsədin keyfiyyəti, hər halda, xüsusi qiymət tələb edir. Perverziyalardan bəziləri, xüsusən seksual meylin müqavimətin dəf edilməsi mənasında heyranedici hərəkətlər aşkara çıxardığı hallarda (utanc, ikrah, vahimə, ağrı; nəcisin yalanması, meyidlərin zorlanması) öz məzmununa görə onları “ağrılı” elan edə bilməyəcəyimiz qədər normaldan uzaqlaşırlar. Amma bu hallarda da cinayətkarların həmişə digər çətin, qeyri-normal şəxslər, yaxud ruhi xəstələr olduğunu tam əminliklə düşünmək olmaz. Burada da, adətən, özlərini normal kimi aparan şəxslərin yalnız seksual həyat sahəsində bütün, ən qarşısıalınmaz meyllərin hakimiyyətində özlərini xəstə kimi aşkara çıxarması faktından qaça bilməzsən. Hərçənd, digər həyatı münasibətlərdə qeyri-normallıq arxasında, adətən, həmişə arxa planda qeyri-normal seksual davranış üzə çıxır.

Əksər hallarda perverziyanın xəstə xarakterini seksual məqsədin yeni məzmununda deyil, normala münasibətdə aça bilərik: əgər perverziya, əlverişli şərait normala imkan yaradanda normalla (seksual məqsəd və obyektlə) yanaşı aşkara çıxmırsa, əlverişsiz isə ona maneə olanda, hər cür şəraitdə normalı sıxışdıranda və əvəz edəndə, uyğun olaraq, perverziyanın müstəsnalığı və fiksasiyasında ona xəstə simptom kimi baxmaq üçün daha çox əsas olduğunu görürük.

Psixikanın perverziyalardakı iştirakı

Ola bilsin, seksual meylin dəyişməsində psixikanın ən böyük iştirakını məhz ən iyrənc perverziyalarda etiraf etmək lazımdır. Burada iyrənc təzahürünə baxmayaraq, meylin ideallaşdırılması mənasında qiymətləndirmədən imtinanın mümkün olmadığı ruhi iş görülüb. Məhəbbətin hər şeyə qadirliyi, ola bilsin, onun bu azmalarındakı qədər heç yerdə aşkara çıxmır. Seksuallıqda ən yüksək və ən alçaq olanlar hər yerdə sıx şəkildə əlaqəlidirlər. (“… dünyadan keçməklə, səmadan cəhənnəmə”)

İki nəticə

Perverziyanı öyrənərkən biz seksual meylin müqavimət olaraq, aralarında utanc və ikrah hər şeydən daha aydın seçilən ruhi qüvvələrlə mübarizə aparmalı olduğu baxışına gəlib çatdıq. Bu qüvvələrin meyli normal sayılan hədlərdə saxlamaq işində iştirak etdiyini ehtimal etmək yolveriləndir; əgər onlar fərddə seksual meylin tam gücünə çatmasından əvvəl inkişaf etmişsə, ehtimal ki, onun inkişafına da elə onlar müəyyən istiqamət vermişlər.

Tədqiq olunmuş perverziyalardan bəzilərinin yalnız bəzi motivlərin üst-üstə düşməsi halında aydın olduqlarını qeyd edək. Əgər onlar analizə-dağılmaya yol verirlərsə, öz təbiətlərinə görə mürəkkəb olmalıdırlar. Bu, seksual meylin özünün, ola bilsin, nə isə sadə bir şey deyil, ondan yenidən perverziyalar şəklində ayrılan komponentlərdən ibarət olduğuna işarə ola bilər. Beləliklə, klinika diqqətimizi normal davranış bircinsliliyin-də öz ifadəsindən məhrum olmuş qaynaqlara (Verschmelzunqen) yönəltdi.

İrəliyə qaçaraq, perverziyaların inkişafına münasibətdə onların fiksasiyasına qədər, fetişizmdəki kimi, normal seksual inkişafın rüşeymlərinin olduğunu güman etməyə əsas olduğunu qeyd edirəm. Analitik təhlilin ayrı-ayrı hallarında perverziyanın da inkişafın, Edipəqədərki kompleksin qalığı olduğunu göstərmək olar; həmin qalığın sıxışdırılmasından sonra seksual meylin ən güclü anadangəlmə komponentləri yenidən üzə çıxır.

4. Nevrotiklərdə seksual meyl
Psixoanaliz

Normala olduqca yaxın şəxslərdə seksual meylin bilgisinə vacibli əlavəni yalnız bir müəyyən yolu açıq olan mənbədən əldə etmək olar. Əgər onlar 1893-cü ildə J.Brener və mənim tərəfimdən kəşf olunmuş və o vaxt “katartik” adlandırılmış müalicə metodundan istifadə etməklə psixoanalitik tədqiqata cəlb olunarlarsa, yalnız bu vasitə psixonevrotik (isteriyalar, düzgün olmayaraq nevrasteniya adlandırılan qarayaxalıq nevrozu, dementia praecox, paranoia) adlananların cinsi həyatı barədə əsaslı və düzgün məlumatlar almağa imkan verər.

Xəbərdar etməli, yaxud, artıq əvvəl başqa yerdə dərc olunanı təkrar etməliyəm: bu psixonevrozlar, təcrübəmin göstərdiyi dərəcədə, seksual meyl qüvvələrinin fəaliyyətinin nəticəsidir. Mən bunu seksual meyl enerjisinin xəstə halları (simptomları) qidalandıran qüvvələri tamamladığı kimi başa düşmürəm, bu meyllərin nevrozun yeganə, daimi və ən vacib mənbəyi olduğunu müəyyənliyi ilə təsdiq edirəm, beləliklə, qeyd olunan şəxslərin seksual həyatı yalnız bu simptomlarda müstəsna olaraq, yaxud, əsasən, ya da qismən aşkara çıxır. Başqa yerdə ifadə etdiyim kimi, simptomlar xəstələrin seksual məhvidir. Nəticələri barədə başqa yerdə ayrıca ətraflı hesabat verdiyim və gələcəkdə də yenə verəcəyim isterik və digər nevroz psixoanalizlərinin iyirmi beş il ərzində artan miqdarı mənə bu hökmün sübutu kimi xidmət edir.

Bu hadisənin aşağıdakı kimi dəyişdirilməsi onun məhdudlaşdırılması deyil, yalnız tamamlanması kimi xidmət edə bilər: sinir simptomları bir tərəfdən libidinoz meyllərin tələblərinə, digər tərəfdən “mən”in onlara qarşı tələblərinə əsaslanır.

Psixoanaliz isterikalıların simptomlarını, bu simptomların bir sıra ruhi affektiv proseslərin, istəklərin, canatmaların transkripsiyası olması gümanından çıxış edərək, aradan qaldırır. Əvəzlənmə, xüsusi psixi proses (sıxışdırılma) nəticəsində bu səylərin şüurlu psixi fəaliyyət yolu ilə məhv edilməsi imkanının qarşısı kəsilmişdir. Elə bu, şüursuz vəziyyətdə saxlanmış fikirlər onların affektiv qüvvəsinə uyğun ifadə, çıxış (Abfuhr) tapmağa çalışır və isteriyada onu konverziya prosesindəki somatik fenomenlərdə, yəni isterik simptomlarda tapırlar. Şüurluya çevrilmiş affektiv təsəvvürlər simptomların düzgün, xüsusi texnikanın köməyilə aparılmış əks çevrilməsində əvvəl şüursuz olmuş həmin psixi törəmələrin təbiəti və mənşəyi barədə ən dəqiq məlumatlar əldə etmək imkanı verir.

Seksual inkişafı ləngidən bu qüvvələri – ikrah, utanc, əxlaqı, digər tərəfdən, bəşəriyyətin psixogenezisində seksual meylin yaşadığı xarici ləngimələrin tarixi qalığı kimi də nəzərdən keçirmək zəruridir. Onların öz vaxtında tərbiyə və kənar təsirə işarəyə əməl edərək, ayrıca insanın inkişafında öz-özünə aşkara çıxdığını müşahidə etmək olar.

Psixoanalizin nəticələri

Beləliklə, simptomların öz qüvvəsini seksual meyl mənbələrindən götürən cəhdlərin əvəzlənməsindən ibarət olduğu kəşf edildi. Burada nümunə kimi götürülmüş bütün psixonevrotik və isteriklərin xarakteri, onların xəstəliyi və bu xəstəliyə səbəblər barədə bizə məlum olanlar bununla tam razılıqdadır. İsterik xarakterdə normal hüdudlarından kənara çıxan seksual sıxışdırılmanın, bizə utanc, ikrah, əxlaq kimi tanış olan seksual meyllərə qarşı müqavimətlərin yüksəlməsinin müəyyən payı və parlaq ifadə olunmuş hallarda ta cinsi yetişməyə çatana qədər seksualın tam naməlumluğu səbəbli seksual problemlə intellektual məşğuliyyətdən instiktiv qaçış müşahidə olunur.

Bu, əhəmiyyətli isteriya üçün xarakterik cizgi isteriyanın hədsiz güclü inkişaf etmiş seksual meylin digər konstitusional faktorunun mövcudluğu sayəsində kobud müşahidə üçün əlçatmazdır; amma psixoloji analiz əks cütün: hədsiz güclü seksual tələbatın və seksualın hədsiz uzaq getmiş inkarının konstatasiyası ilə hər dəfə onu açmağı və isteriyanın ziddiyyətli sirliliyini həll etməyi bacarır.

Real seksual tələb öz artan yetişməsinin, ya da xarici həyat şəraitinin nəticəsində öz hüquqlarını onlara ciddi şəkildə təqdim edərkən isterikaya meylli şəxs üçün xəstələnməyə səbəb başlanır. Seksuallığın meyl tələbi və seksuallığın inkarının əks təsiri arasındakı konfliktdən, konflikti həll etməyən, libidinoz cəhdin simptoma çevrilməsi yolu ilə onun həllindən yayınmağa çalışan xəstəliyə çıxış var. Əgər isterik insan, hansısa kişi hansısa bayağı ruhi hərəkətdən, mərkəzində seksual maraq olmayan konfliktdən xəstələnirsə, belə istisna yalnız görüntüdür. Psixoanaliz belə hallarda məhz konfliktin seksual komponentinin ruhi prosesləri normal məhvolma imkanından məhrum edərək, xəstəlik imkanı yaratdığını həmişə sübut edə bilər.

Nevroz və perverziya

Bu müddəama qarşı etirazların əhəmiyyətli hissəsi psixonevrotik simptomlar çıxardığım seksuallığı normal seksual meyllə qarışdırmalarla izah olunur. Ancaq psixoanaliz daha çox şey öyrədir. O, simptomların heç bir halda (hər halda, müstəsna və əksəriyyətlə olmamaqla) normal seksual meyl adlananın hesabına yaranmadığını, meyllərin konvertasiya olunmuş ifadəsi olduğunu göstərir; bu, meyllərin, bilavasitə xəyal olunan məqsəd və hərəkətlərdə şüurdan yayındırmadan aşkara çıxarmaq mümkün olsaydı, pervertasiya olunmuş (geniş mənada) adlandıra biləcəyini göstərir. Beləliklə, simptomlar qismən qeyri-normal seksuallıq hesabına yaranır: nevroz, necə deyərlər, perverziyanın neqatividir.

Pervertasiyaya uğrayanların əlverişli şəraitdə həyata keçən və düşməncəsinə başqalarına proyeksiya olunmuş, aydın dərk etdiyi fantaziyalar: psixoanalizin üzə çıxardığı paranoiklərin sərsəm qorxuları və isterikalıların şüursuz fantaziyaları məzmunca simptomlarının əsası kimi xırda detallara qədər üst-üstə düşür.

Öyrəndiyimiz bütün sapmaları normal seksual həyatın variasiyaları və xəstə seksual həyatın ifadəsı kimi psixonevrotiklərin seksual meylində tapmaq olar.

–Bütün nevrotiklərdə (istisnasız olaraq) şüursuz ruhi həyatda inverziya coşquları öz cinsindən olan şəxslərdə libidonun fiksasiyası olur. Ətraflı izahata dalmadan bu anın xəstəlik mənzərəsinin əmələ gəlməsinə təsirini tamamən aydınlaşdırmaq mümkünsüzdür; inverziyaya şüursuz meylin olduğunu, xüsusən, bu meylin kişi isteriyasının izahına böyük xidmət göstərdiyini həmişə iddia edə bilmərəm.

Psixonevroz tez-tez aşkar inverziya ilə birləşir, həm də heteroseksual axın tam yatırılmanın qurbanına çevrilir. İstiqamətləndirildiyim fikrə ədalətlilik göstərərək, ayrı-ayrı hallarda mən üzə çıxardıqdan sonra V.Fliessin Berlindəki qeydinin diqqətimi bütün psixonevrotiklərdə inverziyaya zəruri meylliliyə yönəltdiyini bildirirəm. Bu, kifayət qədər qiymətləndirilməmiş fakt homoseksuallığın bütün nəzəriyyələrinə böyük təsir göstərməli idi.

b) Şüursuz olanda anatomik sərhədləri keçməyə müxtəlif meylləri və onlar arasında tez-tez və intensiv olaraq genitaliya rolunu ağzın selikli qişasına və anal keçidə verənləri psixonevrotiklərdə simptomlar yaradan faktorlar keyfiyyətində sübut etmək olar.

c) Psixonevrozlarda simptomlar yaradan faktorlar arasında müstəsna rolu çox vaxt əks cütlər şəklində aşkara çıxan meyllər (Partialtriebe) oynayır; onlarda yeni seksual məqsədlərin daşıyıcılarını, gözaltı baxmağa və eksgibisionizmə meyli, amansızlığa aktiv və passiv ifadə olunmuş meyli öyrəndik. Sonuncunun iştirakı simptomun doğurduğu iztirabın başa düşülməsi üçün zəruridir və, demək olar, həmişə xəstələrin sosial davranışına həlledici təsir göstərir. Amansızlığın libido ilə bu əlaqəsi vasitəsilə nevrotik halların böyük hissəsinin və, deyəsən, bütün paranoya üçün xarakterik olan məhəbbətin nifrətə, zərif ruhi hərəkətlərin düşməncəsinə hərəkətlərə çevrilməsi baş verir.

Bu nəticələrin marağı faktiki vəziyyətin bəzi özəllikləri ilə daha da artır.

a) Şüursuz olanda əks cüt təşkil etməyə qadir olan belə meylin olduğu yerdə bu əks olanın fəaliyyətini sübut etmək həmişə alınır. Hər bir “aktiv” perverziya beləcə onun “passiv” cütü ilə müşayiət olunur; kim qeyri-şüurlu halda eksgibionistdirsə, o eyni zamanda gözaltı baxmağı (voyeur) sevir, kim sadistik ruhi hərəkətlərin sıxışdırmasının nəticələrindən əziyyət çəkirsə, onda mazoxistik meylliliyin mənbəyindəki simptomlara başqa axın da var. “Müsbət” perverziyaların aşkara çıxması ilə tam oxşarlıq, şübhəsiz, böyük diqqətə layiqdir, ancaq xəstəliyin mənzərəsində əks meyllərdən bu və ya digəri üstün rol oynayır.

b) Nevrozun kəskin ifadə olunmuş halında bu perverziya meyllərindən yalnız birini inkişaf etmiş tapmaq çətindir, ayrı-ayrı meyllər intensivlikdə digərlərinin inkişafından asılı deyil. Bu münasibətlə müsbət perverziyaların öyrənilməsi bizə onların dəqiq əksliyini açıb göstərir.

Qismən meyllər və erogen zonalar

Müsbət və mənfi perverziyaların tədqiqinin bizə ver-diklərinin hamısını xülasə edərək, tamamilə təbii olaraq, onların izahına ilkin olmayan və daha da parçalana bilən “qismən meyllər”lə yanaşı gəlib çatırıq. “Meyl” anlayışı altında xaricdən qəbul edilən ayrı-ayrı oyanmaların doğurduğu “qıcıqlanma”dan fərqli olaraq, fasiləsiz olanın somatik qıcıqlanma mənbəyinin daxilindəki psixi nümayəndəliyini başa düşürük. Beləliklə, meyl ruhi olanın cismi olandan sərhədlənməsi üçün anlayışlardan biridir. Meyllərin təbiəti barədə ən sadə və təbii güman onların özlüyündə heç bir keyfiyyətə malik olmamasıdır, onlar yalnız ruhi həyata təqdim olunan işin meyarı kimi diqqətə alına bilərlər. Yalnız meyllərin öz somatik mənbələrinə və məqsədlərinə münasibəti onların bir-birindən fərqini təşkil edir və onlara özünəməxsus özəlliklər verir. Meylin mənbəyi hansısa orqandakı oyandırıcı prosesdir və meylin yaxın məqsədi bu orqanın qıcıqlanmasının bitməsidir.

Meyllər haqqındakı təlimdə bizim üçün qaçılmaz olan sonrakı ilkin güman bədənin orqanlarının kimyəvi təbiətlərinin fərqi ilə şərtlənmiş ikili tərzli oyanma verdiyini təsdiq edir. Bu oyanmanın bir növünü spesifik seksual və uyğun orqanı onda meydana gəlmiş qismən seksual meylin “erogen zona”sı adlandırırıq.

Burada nevrotik xəstəliklərin müəyyən sinfinin öyrənilməsindən götürülmüş bu gümanın düzgünlüyünü sübut etmək asan deyil. Lakin o biri tərəfdən, bu gümanı göstərməkdən imtina edərək, meyl barədə diqqətəlayiq nə isə demək də mümkünsüzdür.

Ağız boşluğuna və anal dəliyə seksual əhəmiyyət verilən perverziyalarda erogen zonanın rolu tamamilə aşkardır. O, bütün münasibətlərdə cinsi aparatın hissəsi kimi aşkara çıxır. İsteriya halında bədənin bu hissələri və onlardan çıxan selikli qişa traktları həqiqi genitaliyaların normal cinsi münasibətlərdə oyanmanın təsiri altında olduğu şəkildə yeni hissiyyatın əmələ gəlmə və inervasiya dəyişmələrinin, hətta ereksiya ilə müqayisə etmək mümkün olan proseslərin yeri olurlar. Genitaliyaların əlavə aparat və surroqatları kimi, erogen zonaların əhəmiyyəti bütün psixozlar içində ən parlaq şəkildə isteriyada aşkara çıxır; amma bununla xəstəliyin digər formalarına az əhəmiyyət verməyin mümkün olduğu deyilmir, onlarda (qarayaxalıq nevrozunda, paranoyada) simptomların yaranması bədən hərəkətləri mərkəzlərindən bir qədər uzaqda yerləşən ruhi aparat nahiyələrində baş verdiyinə görə, onlar burada yalnız az nəzərə çarpırlar. Qarayaxalıq nevrozunda ən diqqətəlayiq olanı yeni seksual məqsədlər yaradan və, deyəsən, erogen zonalardan asılı olmayan impulsların əhəmiyyətidir. Hər halda, gözaltı baxmaqdan və eksgibionizmdən həzz halında göz erogen zonaya müvafiqdir; seksual meylin ağrı və amansızlıq komponentlərində həmin rolu bədənin ayrı-ayrı yerlərində hissiyat orqanlarına differensasiya edən və erogen zona kimi selikli qişaya modifikasiya edən dəri öz üzərinə götürür.

Psixonevrozlarda perverziyalı seksuallığın görüntülü üstünlüyünün izahı

Yuxarıda ifadə olunan mühakimələr, ola bilsin, psixonevrotiklərin seksuallığına yanlış işıq salmışdır. Psixonevrotiklərin anadangəlmə özəlliklərinə görə öz seksual davranışlarında perverziyalılara olduqca yaxınlaşdıqları və eyni dərəcədə normallardan uzaqlaşdıqları kimi görünə bilər. Amma tamamilə mümkündür ki, bu xəstələrin konstitusional meylliliyi seksual sıxışdırılmanın hədsiz böyük ölçülərindən və seksual meylin fövqəladə gücündən əlavə, bu sözün ən geniş mənasında perverziyalara inanılmaz meyllilik daşıyır; ancaq yüngül halların tədqiqi axırıncı gümanın vacib olmadığını, yaxud, ən azından, xəstə effektlərin qiymətləndirilməsində bir faktorun təsirini saymamağın zəruri olduğunu göstərir. Psixonevrotiklərin əksəriyyətində xəstəlik yalnız cinsi yetişmənin başlanmasından sonra sıxışdırılmanın, hər şeydən əvvəl, əleyhinə istiqamətləndiyi normal cinsi həyatın tələbi altında aşkara çıxır. Ya da libido normal yolla həzzdən imtina edərkən daha gec xəstəliklər başlanır. Hər iki halda libido özünü əsas yatağı dolmuş axın kimi aparır; o, buna qədər boş qalmış kollaterial yolları doldurur. Beləliklə, psixonevrotiklərin perverziyaya belə böyük görünən meyli, ola bilsin, kollaterial axınla şərtlənib, ya da, hər halda, bu kollaterial axın güclənir. Amma bu şübhəsiz faktdır ki, seksual sıxışdırılma daxili an kimi, azadlıqdan məhrum edilmiş normal seksual obyektin əlçatmazlığı, normal seksual aktın təhlükəsi kimi, əks halda normal qalacaq fərdlərdə perverziyalar doğuran digər xarici anlarla bir sıraya qoyulmalıdır.

Bu münasibətlə nevrozların ayrı-ayrı hallarında vəziyyət fərqli ola bilər: bir dəfə perverziyaya meylliliyin anadangəlmə yüksəkliyi, başqa vaxt libidonun normal seksual məqsəddən və seksual obyektdən kənara sıxışdırılması sayəsində bu meylin kollaterial güclənməsi həlledici olur. Kooperasiya olan yerdə ziddiyyət yaratmaq səhv olardı. Nevroz ən çox konstitusiya və yaşantının birlikdə fəaliyyət göstərdiyi hallarda aşkara çıxır. Aşkar ifadə olunmuş konstitusiya həyat təəssüratları sarıdan yardımsız keçinə bilər, güclü həyat sarsıntıları orta konstitusiya halında da nevroza gətirir. Bu baxış nöqtələri öz qüvvəsini digər sahələrdə də, həm anadangəlmənin etioloji əhəmiyyəti, həm də təsadüfən yaşananlar üçün eyni dərəcədə saxlayır.

Perverziyalara xüsusi ifadə olunmuş meylliliyin, hər halda, psixonevrotik konstitusiyanın özəlliklərinə aid olduğu ehtimalına üstünlük verilirsə, onda bu və ya digər erogen zonanın anadangəlmə üstünlüyündən, bu və ya digər qismən meyldən asılı olaraq, belə konstitusiyaların böyük müxtəlifliyini fərqləndirmək ümidi yaranır. Xəstəliyin müəyyən formasının seçiminə xüsusi münasibət anadangəlmə perverziyalı meylliliyə müvafiqdirmi, bu, həmin sahədəki bir çox başqaları kimi, hələ tədqiq olunmayıb.

Seksuallığın infantilizminə istinad

Perverziyalı ruhi hərəkətlərin psixonevrozlarda simptomlar yaratdığını sübut edərək, biz perverziyalılara aid etmək mümkün olan adamların sayını ağlagəlməz şəkildə artırdıq. Məsələ yalnız nevrotiklərdən, adamların olduqca çoxsaylı siniflərindən ibarət deyil, nevrozların özlərinin bütün formalarında tədricən, fasiləsiz sıra ilə sağlamlığa keçmələrini diqqətə almaq zəruridir; axı Moebiusc tam əsasla deyə bilmişdi: “Biz hamımız bir qədər isterikik”. Beləliklə, perverziyaların inanılmaz dərəcədə yayılması sayəsində biz perverziyalara meylin nadir özəllik deyil, normal konstitusiya sayılanın hissəsi olduğunu hesab etməyə məcburuq.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺56,36
₺112,72
−50%
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
27 ekim 2022
Hacim:
210 s. 1 illüstrasyon
Telif hakkı:
Alatoran yayınları
İndirme biçimi:

Benzer kitaplar