Kitabı oku: «Vanina Vanini»

Yazı tipi:

“Qarasaçlı, odbaxışlı” romalı aristokrat xanım Vanina Vanini ətrafındakı cəsarətsiz və aciz ömür sürən gənclərə nifrət bəsləsə də gənc bir karbonariyə – Pyetroya (karbonari – XIX əsrdə İtaliyada yadellilərin zülmünə qarşı və İtaliyanı birləşdirmək uğrunda mübarizə aparan gizli inqilabi cəmiyyətin üzvü) fədakarcasına aşiq olur.

Lakin seçim qarşısında qaldıqda Vətənə sədaqət borcunu sevgisinə qurban verir. Vanina və Pyetro vətən və sevgi arasında seçim etməyə məcbur olan tipik klassik personajlardır və bu taleyin seçimidir. Sevgisini qorumaq, Pyetronu itirməmək üçün Vanina təşkilatın digər üzvlərini polisə satır.

Sevgi naminə edilən cinayətə isə bəraət yoxdur. Hətta titanik səylər qarşısında belə günahı yumaq mümkün deyil. Vanina sevgilisini həbsxanaya düşməkdən qorumaq istərkən, satqınlığın şübhələrini öz üzərindən atmaq üçün Pyetro könüllü şəkildə təslim olur.

Belə olduqda Vanina taleyi ilə bağlı seçim etməlidir: bir tərəfdə edama məhkum edilən Pyetronun nifrəti, digər tərəfdə isə yüksək cəmiyyətdən olan birisi ilə sevgisiz nikah.

Vicdanının səsini boğaraq satqınlıq etmiş Vaninanın daxilindəki çaxnaşma onu reallıqla üz-üzə qoyur və o, öz seçiminə qarşı intiqam hissi ilə yaşayır. Zəiflik dəlicəsinə cəsarətə çevrilir, sevgi heç bir maneə qarşısında dayanmamağa, onun həyatını qurtarmaq üçün bütün səylərini toparlamağa təhrik edir. Bununla belə Vaninanın həyatı faciə ilə bitir. Çünki, yazıçının qənaətinə görə qəhrəmanlıq ilk növbədə ictimai borc deməkdir…

182…-ci ilin bahar axşamlarından biri idi. Romada böyük canlanma vardı məşhur bankir hersoq de B… Venetsiya meydanında tikdirdiyi sarayda bal təşkil etmişdi. Bər-bəzəyində italyan incəsənətinin əzəməti ilə London və Paris ehtişamının vəhdəti düyülan ardı-arası kəsilmədən qonaqlar axışıb gəlirdi. Nəcabətli ingilis xanımları belə, bankirin dəvətindən məmnun görünürdülər; sarışın təkəbbürlü gözəllər şən bir dəstə ilə təşrif buyurmuşdular. Romanın seçmə gözəlləri cazibədarlıqda onlardan heç də geri qalmırdı.

Salonun qapısı ağzında atasının qoluna girmiş gənc bir qız göründü. Alışıb-yanan şəvə kimi qara saçlarından romalı olduğu açıq-aydın bilinirdi. Qızın hər bir hərəkətində qeyri-adi qürur nəzərə çarpırdı. Bütün baxışlar ona zillənmişdi.

Əcnəbi qonaqlar baldakı dəbdəbəyə heyran qalmışdılar. Onların dediyinə görə Avropa monarxlarının heç birinin şənlik məclisi bu təmtəraqla müqayisə oluna bilməzdi.

Doğurdan da, Avropa hökmdarlarının italyan memarlığı üslubunda tikdirdikləri sarayları nə gəzir. Bir də ki, onlar hər bir məclisə saray xanımlarını çağırmağa məcburdular. Halbuki hersoq de B… yalnız gözəl xanımlara dəvətnamə göndəriridi. Bu axşamkı dəvətlərin uğurlu olduğu göz qabağında idi. Kişilərin gözü qamaşırdı. Füsünkar qız-gəlin o qədər çoxdu ki, bu bəhsə-bəhsdə kimin üstün olduğunu demək çətin məsələ idi. Lakin, çox da uzun çəkməyən götür-qoydan sonra Vanina Vanini – alışıb yanan gözlü qara saçlı knyajna yekdiliklə balın şahzadəsi elan olundu. Dərhal bütün otaqlar boşaldı Xarici qonaqlar və Roma cavanları rəqs salonuna axışdılar.

Knyaz Azdrubala Vanini qızının bu vaxtacan iki-üç alman əyanı ilə rəqs etdiyinə yaman heyfislənirdi. Bundan sonra Vanini bir neçə yaraşıqlı və adlı-sanlı ingilisin də dəvətini rədd eləmədi. Ancaq onların quruluğu qızı çox tez bezikdirdi. Dəlicəsinə vurulduğunu gizlədə bilməyən Livno Savelliyə əzab vermək onu deyəsən hər şeydən çox əyləndirirdi. Livno gəncdi, yüksək cəmiyyətdə sayılıb seçilən cavanlardandı həm də knyaz balası idi. Ancaq ona oxumaq üçün hansısa roman versəydilər iyirminci səhifədə kitabı kənara atıb baş ağrısından şikayətlənərdi. Vanina bunu çox ciddi qüsur sayırdı.

Gecə yarıya yaxın bir şayiyə hamı üçün söz-söhbət mövzusu oldu. Həmin axşam Müqəddəs Məlakə qalasından gənc bir karbonari1 paltarını dəyişib qaçmışdı. Deyilənə görə o həbsxananın axırıncı qapısında romatik qızğınlığını boğa bilmədiyindən xəncərlə keşikçilərin üstünə atılmış ancaq özü də yaralanmışdı Sbirlər2 onu qan izi ilə təqib edirlər çox güman ki qaçqın ələ keçəcək.

Bu hadisə barədə söhbətlərin qızğın vaxtında don Livio Savelli Vanina ilə son rəqsi başa vurdu. Qızın gözəlliyindən və axşamkı uğurundan başı dumanllaşmış gənc knyaz axırki dilə gəldi:

– Allah xatirinə deyin görüm kim sizin xoşunuza gələ bilərdi?

– Bu gün qaladan qaçan cavan karbonari Hər halda o özünə zəhmət verib dünyaya gəlməkdən başqa da bir iş görüb.3

Knyaz Azdrubalo qızına yaxınlaşdı. Bir varlı əsilzadə iyirmi il olardı ki təssərüffatını idarə eləyən adamdan haqq-hesab istəmirdi. O da tənbəllik eləmir knyazın öz pullarını çox yüksək sələmlə özünə borc verirdi. Azdrubaloya çöldə-bayırda rast gəlsəniz knyazdan daha çox qoca aktyora oxşadarsınız; hətta barmaqlarını bəzəyən iri brilyant üzüklərdə nəzərinizi cəlb etməzdi. Vaxtıilə knyazın oğulları yezuitlər ordeninə4 yazılmış sonralar hər ikisi ağır ruhi xəstəlikdən ölmüşdü.

Knyaz onları unutsa da, qayğıdan azad deyildi. Gözünün ağı qarası Vanina artıq on doqquz yaşında idi, ancaq ən yaxşı təkliflərə məhəl qoymur deyəsən heç ərə getmək barədə fikirləşmirdi də. Görəsən niyə? Nə səbəbə?

Bu səbəb vaxtıilə Sullanı hakimiyyətdən əl çəkməyə təhrik edən səbəb eyni idi: romalılara nifrət.5

Balın səhəri gün Vanina atasını dördüncü mərtəbəyə qalxan ensiz pilləkənin böyük cidd-cəhdlə qıfılayyan görəndə məətəl qald.ı Knyaz dedikcə səhlənkar bir adamdı və ömründə açar-qıfıla əl vurmazdı. Dördüncü mərtəbədəki otaqdakı pəncələrin dibçəkdə əkilən portağal ağacları düzülmüş aynabəndə açılırdı.

Vanina şəhərə yollandı. Dəvət olunduğu bir-iki yerə dəyməli idi. Qayıdanbaş alaqapının qarşısının rəngsazların taxta-tuxtası ilə kəsildiyinə görə kareta dal həyətdən keçməli oldu. Vanina başını qaldıranda üst mərtəbədəki otaqlardan birinin pəncərəsinin birini açıq görüb təccübləndi. Axı knyaz həmin mərtəbənin qapısını öz əli ilə qıfıllamışdı. O rəfiqəsini başından tez eləyib sarayın damına qalxdı portağal ağacları bəzəyən aynabəndlə üzbəüz barmaqlı nəfəsliyi çətinliklə də olsa tapdı. Qızı bu qədər maraqlandıran açıq pəncərə iki addımlıqda idi. Otaqda kim isə vardı. Buna söz ola bilməzdi Bəs o kim idi?

Vanina həmin aynabəndə açılan kiçik qapının açarını ertəsi gün ələ keçə bildi. O səssizcə pəncərəyə yaxınlaşdı. Pəncərə hələ açıq idi.

Şəbəkənin arxasından gizlincə içəri baxmaq olardı. Otağın yuxarı başında çarpayıda kim isə uzanmışdı. Qız əvvəlcə utandı, dönüb qaçmaq istədi ancaq birdən stulun üstünə atılmış qadın paltarı gözünə sataşdı. Bir az fəhmlə baxandan sonra sarışın saçları və balıncdan güclə seçilən zərif çöhrəni ayırd eləyə bildi. Vanina onun gənc bir qız olduğuna daha şübhə eləmirdi. Stuldan sallanan don qana bulanmışdı. Mizin üstündəki qadın çəkmələrində qan ləkələri vardı. Sarışın qız azacıq qımıldanan kimi knyajna onun yaralı olduğunu başa düşdü. Sinəsini örtən kətan sarğıda da qırmızı ləkələr gözə dəyirdi. Səliqəsiz şəridlərdən hiss olunurdu ki naşı əllə bağlanıb.

Vanina göz qoyub gördü ki, atası hər gün saat dördə yaxın öz otaqlarına çəkilir sonra sarışın qızın yanına qalxır və orada çox ləngimir. Knyaz yaralıya baş çəkib qayıdandan sonra dərhal karetaya əyləşir və qrafiniya Vitteleskagilə yollanırdı. Atası gedən kimi Vanina aynabəndə qalxıb pəncərədən içəri tamaşa edirdi. Bu gənc və bədbəxt qadının taleyini düşündükcə knyajnanın ona daha çox yazığı gəlirdi. Kim onu bu kökə salıb? Axı nəyə görə? Paltarındakı qanlı şırımlar yəqin kixəncər zərbələrinin yeri idi. Vanina onları saya bilmirdi.

Bir dəfə knyajna onun üzünü əməlli-başlı gördü Arxası üstündə hərəkətsiz uzanmışdı baxışları səmaya zillənmişdi elə bil dua eləyirdi Birdən qəşən mavi gözləri doldu Bu anda Vanina ona təskinlik verməkdən güclə saxladı.

Həmin günün səhərisi o atasının gəlişindən qabaq aynabənddə gizlənməyi qərara aldı. Don Azdurbalo yaralının yatağına yaxınlaşdı. Əlində ayın-oyunladolu zənbil vardı Knyaz həyəcanlı idi: alçaqdan kəsik-kəsik danışırdı. Vanina bütün bunları görürdü ancaq otağın şüşəli qapısı açıq olsa da, heç nə eşidə bilmirdi. Knyaz həmişəki kimi yenə də içəridə çox qalxmadı. O gedəndən sonra Vaninanı fikir götürdü.

«Qəribədir indiyədək heç kimə heç nəyə məhəl qoymayan atam kimsəyə ürək qızdıra bilmir, yüz iyirmi pilləni hər gün özü qalxır… Belə çıxır ki bu yazığın düşmənləri çox güclüdür.»

Bir dəfə axşam knyajna ehmalca pəncərəyə yaxınlaşıb içəri boylananda baxışları onun baxışları ilə qarşılaşdı. Daha dayanmaq olmazdı Vanina yerindəcə diz çöküb:

– Mən sizi sevirəm – dedi-Mən sizin dostunuzam.

O işarə ilə Vaninanı yanına yanına çağırdı Knyajna susmaq bilmirdi:

– Bağışlayın məni, bağışlayın siz allah. Yəqin mənim bu axmaq maraqcılığım təhqiramiz görünür. And içirəm ki sirriniz açılmayacaq. İstəsəniz bir də heç vaxt bura ayaq basmaram.

Sarışın qız:

– Sizi hər görəndə kim özünü xöşbəxt hesab etməz? – dedi – Siz burda bu saraydamı yaşayırsız.

– Əlbəttə! Yəqin ki, tanımırsız məni Mən Vaninayam knyaz Azdurbalonun qızı.

O heyrətlə knyajnanın üzünə baxdı,sifəti allandı:

– İzin verin hər gün məni yoluxmağa gələcəyinizə ümid eləyim. Ancaq istəməzdim ki knyaz bundan xəbər tutsun.

Vaninanın ürəyi həyəcanla çırpınırdı. O adını bilmədiyi bu qızın bu hərəkətində hər sözündə nəzakət və ləyaqət duyurdu. Bu bədbəxt yəqin ki, qüdrətli nüfuzlu şəxslərdən birini təhqir eləyib ya da qısqanclıqdan sevgilisini öldürüb. Knyajna onun bədbəxtliyinin başqa adi səbəbi barədə heç düşünmək belə istəmirdi. Qız deyəndə ki çiynindən və sinəsindən yaralanıb ağrılar ona aman vermir tez-tez qan qusur Vanina heyrətlə səsləndi:

– Hələ də həkim çağırmayıblar?

– Siz ki bilirsiniz....Romadakı bütün cərrahlar müalicə elədikləri yaralılar barədə dərhal polisə məlumar verməlidirlər. Lütfkar knyaz yaralarımı özü açıb bağlayır. Bax bu kətanla.

O ağayana bir təmkinlə danışır, taleyindən gileylənməkdən özünü saxlayırdı. Qız Vaninanın yaman xoşuna gəlmişdi. Knyajnanı təkcə bir şey təəccübləndirirdi. Ciddi söhbət elədikləri bir yerdə birdən yaralının dodağı qaçır gülmək istəyir ancaq özünü ələ alırdı.

Vanina soruşdu:

– Sizin adınız nədir?

– …Adım Klementinadır.

– Yaxşı əziz Klementina mən gedim. Sabah saat beşdə sizə baş çəkəcəyəm.

Vanina ertəsi gün təzə rəfiqəsinin vəziyyətini pisləşmiş görüb əl-ayağa düşdü. Knyajna onu öpə-öpə:

– Mən sizin üçün cərrah çağıracağam – dedi

– Yox yox Mən buna razılıq verə bilmərəm. Qanadı altına sığındığım adamları bəlaya salım. Ölüm bundan yaxşıdır.

Vanina onu dilə tutmağa başladı:

– Dayan görüm Roma qubernatoru monsinyor Savelli Katantsaranın həkim xidmətçilərimizdən birinin oğludur. O bizim ailəyə yaxın adamdır həm də hörmətinə nüfuzuna görə heç kimdən heç kəsdən çəkinmir. Atam nahaq yerə inanmır ona. Mən bu saat adam göndərərəm…

– Lazım deyil istəmirəm – Qız Vaninanı heyrətə salan bir həyəcanla səsini ucaltdı – Ayağınızı burdan kəsməyin işdi əgər allah məni yanına çağırsa sizin qucağınızda xoşbəxt öləsiyəm.

Bir gün də keçdi. Yaralının halı bir az da xarablaşmışdı. Vanina onunla xudahifzləşib getmək istəyəndə dedi:

– Əgər doğurdan da məni sevirsinizsə həkim çağırmağa razılıq verin.

– Onun gəlişi mənim səadətimin sonu olardı.

Vanina inadından əl çəkmirdi.

– Mən mütləq cərrah çağırmalıyam.

O cavab vermədi. Knyajnanın əlini ovcuna alıb öpüşlərə qərq etdi. Aralığa uzun sükut çökdü Yaralının gözləri yaşarmışdı. Nəhayət Vaninanın əlini buraxıb elə bir görkəm aldı ki deyərdin ölümə gedir. Ağır-ağır sözə başladı:

– Etiraf etməliyəm ki mən sizi aldatmışam Sırağagün mən Klementina deyəndə Mən bədbəxt bir karbonariyəm

Vaninanın gözləri açıla qaldı. Stulu geri çəkdi və ayağa qalxdı.

– Ürəyimə damıb ki məni həyata bağlayan yeganə sevincdən də özümü məhrum elədim. – deyə karbonari sözünə davam etdi – Ancaq sizi aldatmağı özümə layiq bilmirəm. Mənim adım Pyetro Missirillidir.On doqquz yaşım var. Atam kasıb bir cərrahdır. Sent-Ancello-İn-Vadoda yaşayır. Özüm karbonariyəm. Bizim ventanı6 qəflətən yaxaladılar. Məni qandallayıb Romanyedən Romaya gətirdilər gecə də gündüz də balaca bir çıraqla işıqlandırılan zirzəmiyə atdılar. On üç ay gün üzü görmədim. Xeyirxah bir qadın xilaskarım oldu. Mənə qadın paltarı geyindirdilər. Həbsxanadan çıxıb axırıncı qapıya çatmışdım ki, keşikçilərdən biri karbonarilərin ünvanına iyrənc bir söyüş söydü və cavabı sillə oldu. İnadırıram sizi bunu mənasız qoçaqlıq xatirinə eləmədim, sadəcə olaraq özümü unutmuşdum. Bu ehtiyatsızlıq ucundan süngü yarası aldım. Keşikçi əsgərlər dalımca düşdülər. Qaranlıq küçələrdə qaçırdım, çoxlu qan itirmişdim. Evlərdən birinin qapısını açıq görüb içəri cumdum. Pilləkənlərdə əsgərlərin addım səslərini eşidəndə pəncərədən aşağı bağa tullandım. Yıxıldım. Xiyabanda gəzişən bir qadının iki-üç addımlığında.

– Qrafiniya Vitteleskanın atamın dostunun eləmi ?

– Necə o hər bir şeyi sizə danışıb? – Missirilinin həyəcandan səsi titrəyirdi. – Həmin qadın kim olursa-olsun gərək adı çəkilməsin. O mənim həyatımı xilas edib. Hə, mənim evimi təqib edən əsgərlər onun evinə soxulanda, artıq atanızın karetasında təhlükədən uzaqda idim…İndi halım pisdir, çox pisdir çiynimdəki süngü yarasının ağrısından neçə gündür nəfəsimi çəkə bilmirəm. Əcəl yaxınlaşıb. Bilirəm ki, öləcəyəm əzab-əziyyətlə öləcəyəm bir də sizi görə bilməyəcəm…

1.Karbonari-İtaliyadan on doqquzuncu əvvələrində meydana gəlmiş gizli inqilabi cəmiyyətin üzvü. Karbonarilər ölkəni fransız və Avstriya işğalından azad etmək üçün mübarizə aparırdılar.
2.Sbir-keşikçi polis.
3.«Özünə zəhmət verib dünyaya gəlmək» On səkkizinci əsr fransız yazıçısıBomarşenin ,,Fiqaronun toyu,, komediyasının qəhrəmanı şən hazırcavab Fiqaronun atmacalarından biridir.
4.Yezuitlər ordeni–Orta əsrlərdə yaradılmış bu mühafizəkar ruhani təşkilatı papa hakimiyyətinin möhkəmləndirilməsi uğrunda mübarizə aparırdı.
5.Sualla-Romada amansız diktatura yaratmış konsul. Şöhrətinin ən yüksək zirvəsində hakimiyyətdən əl çəkmişdir. Kütlələrə nifrət və həqarətlə baxan Sulla deyirdi ki, qara camaat nəinki idarə etməyə heç idarə olunmağa da layiq deyil.
6.Venta-karbonarilərin gizli təşkilatı.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺32,72
₺65,43
−50%
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
36 s. 2 illüstrasyon
ISBN:
978-9952-8450-2-1
Telif hakkı:
JekaPrint
İndirme biçimi:

Benzer kitaplar