Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Dalğa», sayfa 4

Yazı tipi:

VIII

Harada olsa, gəlməlidir. Şənbə-bazarı necə keçirdi-yimi heç özüm də bilmirəm. Deyəsən, səbrimi basmaq üçün ancaq yatdım. Heç düz-əməlli yemək yediyim də yadıma gəlmir.

Təki İmranla qarşılaşmayım. Burada nə üçün da-yandığımı bilsə, başlayacaq elə hamının yanında mənə söz atmağa. Nə çox adam var. Yaxşı ki, əksəriyyəti oğ-lanlardır, qızlar azdır. Deməli, onu görmək elə də çətin olmayacaq.

– Salam, necəsən?

– Salam. Çox sağ ol. Bəs sən?

– Yaxşıyam. Neynirsən burada?

– Mən? İmranı gözləyirəm, onunla işim var.

– İmran saat 10-dan tez gəlməz. Gəl keçək içəri.

– Yox. Çox sağ ol. Başqa bir işim də var.

– Necə istəyirsən. Sağlıqla qal.

– Sağ ol.

Buna bax da. Yalan danışmalı oldum. İmranın dostlarını görəcəyimi heç nəzərə almamışdım. İndi də İmranı görən kimi mənim onu gözlədiyimi deyəcək. Deyəsən, İmrana bu gün hər şeyi danışmalı olacağam. Ona yalan danışmaq mümkün deyil. Müstəntiq kimi ortanı qatacaq bir-birinə, nəhayət, nəyin nə olduğunu araşdırıb tapacaq. Yaxşısı budur, elə bu başdan özüm hər şeyi deyim.

Gəlir! Bu gün çox gözəldir. Yaxşı ki, indiki qızların xoşladığı anlaşılmaz dəblə geyinmir. Çox sadə, eyni za-manda, özünə çox yaraşan tərzdə geyinir. Amma uzaqdan baxanda yenə də mənə elə gəlir ki, burnu yoxdur. Yaxınlaşdıqca, təbii ki, bunun belə olmadığı görünür. Elə bilirsən ki, burnunun üzərini buludlar alıb, ona diqqətlə baxmaq istəyəni görəndə yavaş-ya-vaş çəkilir, sonra yenə də öz yerini tutacaq.

Yox oldu. Qapılar onu uddu.

Onu heç doyunca görmədim.

Gedim. Yoxsa bir də görəcəyəm ki, İmran durub qarşımda. Gərək ona bu gün zəng edim, təfsilatı ilə ol-masa da, məsələnin əsas yerini danışım.

Amma bu, axşamın məsələsidir. Nə deyəcəyimi sonra düşünərəm. İndi daha vacib işim var.

Yəni dəniz…

Bu gün xoşbəxtəm. Onu tapmışam. Məsələ məhz o qızı tapmağımda deyil. Birinci növbədə, mənim üçün qiymətli olan, sevə bildiyim bir insan tapmışam. Dal-ğalar… Sizi çağırıram. Məni dinləyin. Həmişə mən sizi dinləyirdim. Bu gün siz məni dinləməlisiniz. Çünki ürəyim doludur. Mən sevirəm! Bunu burada, bu boş sahildə qışqıraraq bəyan etməkdən zövq alıram. İnsan-lar məni eşitmirlər, məni anlamırlar, amma siz hər za-man dinləməyə hazırsınız. Sizi dinləyə bilənlər az olur, siz isə hamını yorulmadan dinləyirsiniz.

Onu tapdım. Qəribədir. Çox axtarmalı olmadım. Bəzi insanların tapılmasına illər, hətta bütöv bir ömür lazım olur. Mənsə… bunu çox tez bacardım. Bəlkə də, belə demək düzgün deyil. Deyilənə görə, alın yazısı in-sanların həyatında böyük rol oynayır. Kim bilir, bəlkə, bu inanmadığım bir şey, əslində, mövcuddur və bu də-fə də mənə kömək etmək istəyir?

Ürəyimdə çox sevinirəm. Lap çox. Lakin hislərimi büruzə vermək mənə çətindir. Amma bilirəm, siz dal-ğalar mənim əhvalımı anlayırsınız. Mən gələndə sakit idiniz, ancaq indi sanki oynamaq istəyirsiniz. Çox sağ olun. Sağ olun ki, sevincimi sizinlə paylaşmağa icazə verirsiniz. Artıq getmək vaxtıdır. İmranla danışmalı-yam. Gərək ona nə deyəcəyimi düşünüm.

İmranın zarafatlarına tuş gəlmək istəmirəmsə, nə deyəcəyimi indidən dəqiq qərarlaşdırmalıyam.

Bura baxın, bəlkə, siz də mənə gülürsünüz? Hələ-lik, dəniz.

Artıq üç saatdır ki, düşünürəm, amma mən hələ də İmrana məsələni necə deyəcəyimi bilmirəm. Bəlkə, heç nə deməyim? İmran, onsuz da, xasiyyətimə bələd-dir. Deyərəm ki, keçən gün danışmaq istəyirdim, bu gün fikrimdən daşındım. Düzdür, o özünü hiyləgər aparacaq, çalışacaq ki, məndən söz alsın, amma mən… Ah! Məni İmranın iş yoldaşı görüb axı. İmrana univer-sitetin qarşısında nəyə görə olduğumu izah etməli ola-cağam. Üstəlik, bundan sonra, ola bilsin, onun özü ilə də orada qarşılaşım. İşə düşdük də. Gərək qız mütləq Neft Akademiyasında oxuyaydı, elə bil, mənim bəx-timdəndir. Bu dünyada təkcə dənizə getdiyimi heç kəs bilmir. Qalan gizlətmək istədiyim şeylərin üstü daim açılıb. Neyləmək olar? İmrana baş verənləri danışmaq-dan başqa çarəm yoxdur.

İşdən artıq gəlmiş olar.

– Alo? İmran, salam. Yaxşıyam. Sən? Hə, gəlmiş-dim. Yox səni görməyə gəlməmişdim. Başqa bir məsə-lə var. Yox, yox. İşə düzəlmək üçün yox. Sən bir az hövsələ et. Yoxsa, dəstəyi yerə atacağam, bilirsən ki, məni tələsdirəndə özümü itirirəm. Hə, qulaq as, am-ma gülmə. Əgər gülsən, hətta açıq-açıq yox, ürəyində belə gülsən, dostluğumuz elə indi bitəcək. Eşidirsən, İmran? Bir həftə bundan qabaq sənin dediyin ətriyyat dükanına getmişdim. Hə, aldım. Nə fərqi var? Mən sənə ətir barədə yox, daha vacib bir şeydən danışmaq istəyirəm. Sözümü kəsmə. Həmin gün orada bir qız gördüm, bir neçə gün sonra öyrəndim ki, Neft Akade-miyasında oxuyur. Ona görə də, bu gün orada idim. Niyə heç nə demirsən? Bunda təəccüblü nə var ki? Elə həmişə sən qızlara vurulacaqsan? Qızı təsvir edim? Nə bilim, yaxşısı budur, bir dəfə sənə göstərərəm. Yox, yaxınlaşmamışam. Hələ çox tezdir. Bura bax, İmran, artıq vaxtım yoxdur, sonra danışarıq. Yox, heç nə giz-lətmirəm, səndən heç nə vaxtsa bir şey gizlətmişəm? Gec deməyimin səbəbi odur ki, hələ özüm üçün də ay-dın olmayan şeylər vardı, indi ona olan münasibətimə əminəm, ona görə də, sənə indi deməyi lazım bildim. Yaxşı, İmran. Sağ ol.

Uff. Axır ki, canımı ondan qurtardım. Yaxşı ki, gülmədi. O qədər təəccüblənmişdi ki, gülmək heç ağ-lına da gəlmədi. Nə yaxşı ki, İmranın işi hər gün saat 10-dan tez başlamır. Beləliklə, ona rast gəlmədən hər gün akademiyaya rahat-rahat gedə bilərəm.

IX

Bircə bu çatmırdı. İndi də açar tapılmayacaq ki, qa-pını bağlayıb gedim. Haradadır axı? Kitabların yanın-da yoxdur. Kompüterin də. Dünən geyindiyim şalvarı hara qoymuşam? Hə, budur. Tapıldı. Axır ki!

Təki vaxtında çatım. Bircə bu əskik idi. Tahir yenə səhər tezdən kəsdirib blokun qarşısını.

– Sabahınız xeyir.

– Sabahın xeyir, cavan oğlan.

Tahirə nə olub? Niyə qaçıb getdi? Neçə vaxtdır, başım özümə qarışıb, ağlıma da gəlmirdi ki, Tahirlə bu günlərdə heç rastlaşmamışam. Yəqin, Sevil xalanın sözlərindən sonra camaat arasına çıxmağa ehtiyat edir. Yəni, doğrudan da, onun, əslində, kim olduğunu heç kəsin bilmədiyini düşünürmüş? Belədirsə, onda ağılsız adamdır.

Axır ki, gəldim. Deyəsən, gecikməmişəm. Tahiri gördüm, Sevil xala yadıma düşdü. İnciyib, yəqin, ona görə də gəlmir. Ev-eşik də ki, əldən gedir. Heç nəyi tapa bilmirəm. Gərək bu gün onlara gedib onunla söhbət edim. Görək nə alınır.

Tələbələrin sayı getdikcə azalır, bəs o niyə gəlmir? Bəlkə, gecikmişəm? Artıq gəlib də, içəri də keçib, am-ma mən gecikmişəm? Yox, axırıncı tələbə içəri keçənə kimi gözləyəcəyəm, bəlkə, gəldi.

Xeyri yoxdur! Gecikmişəm. Artıq doqquza on də-qiqə qalır. Gedim.

Sevil xala bu vaxt evdə olur, görəsən?

– Kimdir?

– Mənəm, Sevil xala.

Sevil xalagilə artıq ikinci dəfədir ki, gəlirəm. Birinci dəfə iki il bundan qabaq gəlmişdim. Qapı elə ondakı kimi cırıldayır.

– Xoş gəlmisən, ay oğul. Necəsən?

– Sağ olun. Yaxşıyam. Sizinlə danışmaq üçün gəl-mişəm.

– Bir dayan. Əvvəl içəri keç, bir stəkan çayımı iç, sonra danışarsan. Hara tələsirik ki?

– Yaxşı, olsun.

Sevil xalanın üç oğlu var. Amma heç biri onunla ya-şamır. Analarına heç nə ilə kömək etmirlər. Əlli altı yaşında qadının ev-ev gəzib xadiməlik etməsi onların qeyrətinə toxunmur. Buraya gələndə imkansızlığın nə olduğunu yaxşı başa düşmək olar. Sevil xala isə təmiz-kar olduğu qədər də əliaçıqdır. Özü kasıbdır, amma yetim-yesirə bacardığı qədər əl tutur.

– Bu da çay. Elə sən gəlməmişdən qabaq dəmlə-mişdim. Buyur!

– Sağ olun, əziyyət verdim sizə. Gərək, narahat ol-mayaydınız.

– Nə danışırsan, neylədim ki?!

Çoxdandır ki, heç kəsdən üzr istəmirəm. Sevil xala-ya səsimi ucaltdığım üçün necə üzr istəyəcəyimi heç bilmirəm.

– Çayı həmişəki kimi, çox yaxşı dəmləmisiniz.

– Nuş olsun.

– Sevil xala…

– Bəli?

– Bilirsiniz, heç bilmirəm, necə izah edim, keçən gün bir az özümdən çıxdım. Xətrinizə dəydim. Əslin-də, istəyərəkdən olmadı. Sadəcə, bəzi şeylərə kimsə to-xunanda… Nə isə, gərək məni bağışlayasınız, istəmə-dən xətrinizə dəydim.

– Mən də günahsız deyiləm, ay oğul. Nə olar, indi ki bunun üçün gəlmisən, əhsən sənə! Elə bilirdim, heç vaxt üzr istəməzsən. Soyuqqanlı insanlar həmişə özlə-rini düzgün sayırlar. Sənə olan hörmətim daha da art-dı. Günahından keçirəm. Səni çox istəyirəm də, bilir-sən. İndi de görüm, evin nə haldadır? Olmaya, aləm bir-birinə dəyəndə yada düşmüşəm?

– Yox, nə danışırsınız?! Sadəcə…

– Yaxşı, yaxşı. Sabah gələrəm.

Sevil xala ilə dil tapmaq asandır. Lakin ona görə yox ki, mən belə bacarıqlıyam. Əksinə, mən heç vaxt in-sanlara Sevil xala qədər asan yovuşa bilməmişəm. Bu cəhətinə görə ona heyranam. Ona nəyə görə ehtiyac duyduğumu da yaxşı bilir, buna görə də qətiyyən inci-mir. Sevil xalaya desəm, başa düşməz, amma işinin əsl peşəkarıdır, ancaq əsl peşəkarlar onlara birinci növbə-də bacardıqları işə görə qiymət verildiyini çox gözəl anlayırlar. Sevil xala adi xadimədir, amma işində peşə-kar olduğu qədər də düzgün, nəcib insandır. Bizim zə-manəmizdə insanlarda əxlaqi keyfiyyətlər çox nadir hallarda bir-birini bu cür tamamlayır. Sevil xalada və onun kimi insanlarda bircə problem var: bu da dünya-görüşü. Dünyagörüşü, demək olar ki, sıfırdır. Xarici ölkələr bir tərəfə, heç öz Azərbaycanımızdan xəbəri yoxdur. Nə ədiblərimizi tanıyırlar, nə musiqimizi, nə də tariximizi bilirlər. Ona görə də savadsızların sayı gündən-günə artır. İnsanlar elə hesab edirlər ki, əsl şərq mentalitetinin varlığı və pul qazanmaq üçün fəra-sətin olması hər şeyə bəsdir. Ona görə də beş-altı ədi-bin çalışıb-vuruşub üzə çıxartdığı işin də heç bir məna-sı olmur. Onsuz da, savadı aşıb-daşan kiçik bir kütlə-dən başqa, heç kəs müasir mədəniyyətlə maraqlanmır. Bu da kütləvi mədəniyyətsizliyə gətirib çıxarır.

Buna bir bax! Tahir gözə dəymir. İlanın quyruğunu tapdalayıblar. Əminəm ki, bir plan cızır.

Ev yenə mənə dar gəlir. Səbəbini bilirəm, amma neyləyim, günahkar özüməm. Bundan sonra səhər ge-cikməmək üçün axşamdan hazırlıq görəcəyəm. Onu hər gün görməliyəm, artıq buna böyük ehtiyacım var.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺57,10
₺87,85
−35%
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
27 eylül 2022
Hacim:
120 s. 1 illüstrasyon
ISBN:
978-9952-8360-2-8
Telif hakkı:
Kohlan Publishing House
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 4,8 на основе 9 оценок
Metin
Средний рейтинг 5 на основе 5 оценок
Metin
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 5 на основе 1 оценок
Ses
Средний рейтинг 4,2 на основе 5 оценок
Ses
Средний рейтинг 5 на основе 3 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 4,4 на основе 14 оценок
Metin
Средний рейтинг 5 на основе 5 оценок