Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Olan işdi», sayfa 2

Yazı tipi:

– Yatmaq nədi? İnəyin ikisi yetirib, bu gün sabahlıqdır. Nyuşka da dünəndən ordadı. Bəs siz necəsiniz?

8

– Yaxşıyıq!

– Yaxşı olun. Arvadın necə, hələ doğmuyub ki?

– Lap az qalıb.

– Mən elə sobanın üstünə çıxıb yerimə uzanmışdım ki, qapı döyüldü. Dedim, yəqin Nyuşkadı. Biz qapını təkəm hallarda bağlıyırıq axı.

Samovar qaynadı. Qarı şkafdan şərab şüşəsi çıxardı, piroq gətirdi. İvan Afrikanoviç məmnunluğunu gizlətmək üçün bir ağız öskürdü, əllərini şalvarına sürtdü.

– Mixaylo, sən hələ də, subay gəzirsən? Evlənsəydin, az da içərdin, – Stepanovna dedi.

– Düz söhbətdi, – Mixaylo gülümsədi və əlini onun çiyninə vurdu. – İçkini, Stepanovna, çox içirəm.

Bu gün də dümçəmişəm, mitilim çıxana qədər!

Mişka acı təbəssümlə başını buladı.

– Bəlkə mənı kürəkənliyə götürəsən....

İvan Afrikanovuç ayağı ilə onun dizinə vurdu, amma Mişka dil boğaza qoymadı:

– Qızını mənə verərsən?

– Qurbandı, – deyə qarı gülümsədi, – razıdısa, elə indi apar.

İvan Afrikanoviçin söhbətə qarişmaqdan savayı əlacı qalmadı. Onun səsi aləmi başına götürdü:

– Mən də elə bunu deyirəm da! Bu qızın, Nyuşkanın barmaqları… Yalnız tərifnamədir… Ey Miş?

Bunu mən sənə dəqiq deyirəm! Stepanovna? Məni tanıyırsan da! İvan Afrikanoviçin kimə pisliyi dəyib? Hə? Ciddi deyirəm! Mən ona deyirəm ki, indi bu saat Sosnovkaya gedəciyik. Elə belə də

deyirəm. O isə mənə deyir… Nyuşka! Tez ol bura gəl, Nyuşka! Bax elə indicə fermaya gedib Nyuşkanı gətirəcəm. Stepanovna? SSS!

Amma İvan Afrikanoviçin fermaya getməsinə lüzum qalmadı. Qapılar açıldı və Nyuşka özü içəri girdi.

– Annuşka! – İvan Afrikanoviç əlində dopdolu qədəh onun pişvazına qalxdı. – Anyutka!

Xalanəvəsi! Biz səni… biz… səni… Sənin kimi qız bütün mahalda yoxdu! Doğrudan da, yoxdu! Başdan–

ayağa tərifnamə! SSS. Miş! Hamıya süz. Mən deyirəm ki, yoxdu! Bəs Mişka! Məyər Mişka pis oğlandı?

Deməli, biz səni, Anyuta… sənin dalınca gəlmişik… elçiliyə…

– Nə dedin!? – Nyuşka peyinli çəkmədə və silos iyi verən pambıqlıda, daxmanın ortasında dayandı, gözlərini qıyaraq elçilərə baxdı, sonra arakəsmənin arxasına cumdu və əlində tutqac, güllə

kimi çıxdı:

– Rədd olun! Elə gedin ki, iziniz-tozunuz da burda qalmasın. Qulyabani sizi hardan gətiribsə, orada aparsın. Cəhənnəm olun! Nə qədər ki, gözlərinizi tökməmişəm. Sərxoş köpəyuşaqları!

İvan Afrikanoviç key-key dala çəkildi, papağını və əlcəyini də götürməyi yaddan çıxarmadı, yazıq qarı isə qızını saxlamağa çalışdı:

– Anna, başına at təpib!?

Nyuşka İvan Afrikanoviçin boyunluğundan tutub qışqırırdı:

– Rədd ol, simasız! Hardan gəlmisən, orada get, iblis! Elçi tapılıb! Mən səni!..

İvan Afrikanoviç özünə gəlməmiş Nyuşka onu elə itələdi ki, qapının o tərəfinə uçdu, üzü üstə yerə

dəydi, eyni aqibəti Mişka da yaşadı.

Sonra Nyuşka dəhlizə çıxdı, heç bir ədəb-ərkan gözləmədən elçiləri küçəyə tulladı və qapını çırpdı.

Nyuşka bağırırdı, əlinə keçəni döşəməyə çırpırdı, ağlaya-ağlaya bütün dünyanı söyürdü…

– Buna bax e! – Mişka dirsəyini ovxalaya-ovxalaya dedi.

İvan Afrikanoviç isə çaşqın halda mızıldanırdı. O, zorla ayağa qalxdı, əvvəlcə əllərini yerə dirədi, dizlərini qaldırdı, zorla özünü düzəltdi.

– Hm! Buna bax da! Qız deyil e, şeytandı. Gicbəsər… Parmen? Bu Parmen harda qaldı e?

Parmen dayandığı yerdə yox idi. İvan Afrikanoviç atı bağlamağı unutmuşdu və o, çoxdandı ki, evə

tərəf gedirdi: bəyaz aprel Ayının altında, kimsəsiz yolla. Yalnız tənha kirşənin xışıltısı eşidilirdi.

9

Torpaqla suyun birliyi

Səhərə yaxın havanın üzü döndü, qar yağdı, külək qalxdı. Bütün mahal Mişka Petrovun elçiliyi barədə xırdalıqlarına qədər xəbər tutmuşdu: Belə tufanda şayiələr də başı açıq gəzirdi.

Mağaza saat doqquzda açıldı, arvadlar çörəyin bişməsini gözləyir və cidd-cəhdlə yeniliyi müzakirə

edirdilər:

– Deyirlər ki, əvvəlcə yabaya cumub, sonra stoldan bıçağı götürüb, düşüb kişilərin üstünə!

– Aman, aman! Bəs qarı neyniyib?

– Əşi, nə qarı-marı. Deyirlər ki, qarını səhərdən axşama kimi buduyur.

– Bəsdidə, sən allah. Boş danışmayın. Nyuşka anasına barmağını da vurmaz. Çox mehribandılar.

Görün e, Nyuşka barədə nələr uydururlar.

– Düz sözdü. Ondan başıaşağısı yoxdu.

– At da tək-tənha gəlib axı?

– Hə. Təkcənə. Nə kişilər var, nə də faktura.

– Deyirlər ki, hamamda yatıblar.

– O qədər içiblər ki!

– Dayanmaq bilmirlər ki…

– Mal yerindədi, deyirlər?

– Prennikləri gətiriblər, amma samovarlardan ikisinin lüləkləri qırılıb, at özü tövləyə girib, kirşə də

aşıb.

– Oy, qızlar! İvan Afrikanoviç bu işin altından nə cür çıxacaq?

– Hamısının günahı içkidədi, hələ özündən deyən heç kim ona üstün gəlmiyib!

– Kim bilmir ki, əlbəttə günah ondadı!

– Bu “alagözlərdən” nə desən gözləmək olar!

Alıcılar tez-tez girib çıxırdılar. Briqadir də yolunu oradan saldı, heç nə almadı, bir az gap eləyib getdi. Traktorçular siqaret dalınca gəldilər. Söhbətin əsas mövzusu İvan Afrikanoviçlə Mişkaydı.

İvan Afrikanoviçi səhər tezdən harasa qaçan görmüşdülər. Sonra o evə giribmiş, ora-bura vurnuxubmuş. Deməynən, dünən arvadı Katerinanı xəstəxanaya aparıblar: hələ o selpoda olarkən və

guya o, qaynanası Yevstolyaya deyib ki, o, yəni İvan Afrikanoviç Yekaterinasız yetim kimi bir şeydir.

Qaynanası Yevstolya isə əvəzində bildirib ki, zülüm çəkdiyi bəsdi, Severodvinskə, oğlu Mitkanın yanına gedəcək. “Mən gecələr sizinçün beşik yırğalıyım, sizsə Katerina ilə kef edəsiniz. Elə şey yoxdu.

Bir gün də burda qalmaram, gedəcəm Mitkanın yanına.

Arvadların ağzını yığmaq olar?.. Satıcı akt yazmaq üçün ambara getdi, arvadlara da tapşırdı ki, gözləri piştaxtada olsun. Mağazada isə ağız deyəni qulaq eşitmirdi, arvadlar hamısı birdən danışır, İvan Afrikanoviçə yazıqları gəlir və Mişkanı söyürdülər. Elə bu zaman Mişka hardansa peyda oldu: dünənin sərxoşluğu başından getməmiş, başı açıq, özü də mahnı oxuyur:.

Kiminsə sevgilsi var

Mənim də ki, Mişkam.

Heç vaxt lampa gətirməz

Çoxdu deyər, slişkam3.

– Zənən əhlinə salamlar!

– Salam, salam, Mişka.

– Kefin yuxarıdı?

3 Slişkam – həddən artıq

10

– Eləəə…

– Gəlini gətirə bilmədin?

– Gətirə bilmədim, alınmadı…

– Başın ki, ağrıyır?

– Elə ağrıyır, – deyə Mişka etiraf elədi və pilləkəndə oturdu. – Araq öldürmək, sənət deyil. Sənət deyil…

– Dostunu neylədin, elçini?

– Eh, heç demə! Elçi, nə elçi… – Mişka ürəyi gedənə qədər güldü, sonra boğula– boğula öskürdü. –

Eh, arvadlar, bir görəydiniz, bizi… nədir o… diversantlar kimi…

– Yaxına qoymadı?

– Qovdu! Tutqacnan… İndi də dirsəyim ağrıyır. Necə itələdisə, biz raket kimi uçduq… pilləkəndən.

Elə bil bizi külək üfürdü. Danışmasam yaxşıdır…

Mişka yenə də oskürəkdən boğula-boğula qəhqəhə çəkdi, amma arvadlar əl çəkmədilər.

– Bəs ikinci dəfə cəhd eləmədiniz?

– Nə danışırsan? Bir dəfə də bəsdi. Ayılandan sonra fikirləşdik ki, görən, nə edək? At evə əkilib, bizsə şaxtada dayanmışıq. Mən dedim: “Gəl, İvan Afrikanoviç, hamama gedək, səhərə kimi başımızı qatarıq”… Fikirləşirdim ki, Nyuşkayla pərqu yorğan-döşəkdə gecələyəcəm, amma hər şey tərsinə

oldu”. Getdik, hamamı tapdıq…

– Kimin hamamıydı? Onların?

– Elədir! Hələ soyumamışdı, bir-iki vedrə də su vardı. Deyirəm ki, İvan Afrikanoviç, elçilikdən bir şey çıxmadı, heç olmasa qaynanamın hamamında çimək.

– Lap şeytandı e! Buna bax, sən allah! – Arvadlar gülə-gülə əl çaldılar.

– “…Köynəyini soyun, – deyirəm, – İvan Afrikanoviç, – günahımızı yuyacağıq”. O isə fors edir, dirəşir: bel sürtən yoxdu, bəsməkan yoxdu. “Məni, – deyir, – Moskvada üç evdə tanıyırlar. Mən, –

deyir, – çayı heç vaxt qəndsiz içməmişəm, ona görə də fərarir kimi özgə hamamda çimməyəcəm. Həm də soyuqdur deyir”. Mənsə, əzizlərim, qulpu götürdüm, suyu əmdərdim daşın üstünə. Düzdü, daşdan bir hay çıxmadı, amma öz-özümə deyirəm ki, mən mən olmaram, əgər qaynanamın hamamında çimməsəm! İvan Afrikanoviçin də əlacı yoxdu, baxıram ki, o da soyunur.

– Çimdiniz?

– Bəs nə! Düzdü, sabun olmadı, amma yaxşıydı. Əynimizi geyindik və yuxarı qata çıxıb baş-ayaq uzandıq. Elə olurdu ki, “Kolxozçular Evi”ndə gecəliyirdim, taxtabitilər qanımı sümürürdü, burda isə

pulsuz-parasız çarpayı. Amma görürəm ki, İvan Afrikanoviç yatmır. “Nə olub? – deyə xəbər alıram.

“Sən, – deyir, – gölün o tərəfindəki Verkanı tanıyırsan? Heyf, yaxşı qızdır”. Mən deyirəm: “Get tullan e, İvan Afrikanoviç! Mən sənə nəyəm, əlillər evi? Əvvəlcə bir gözdən əlili tapdın, indi də axsağı?” O isə

mənə deyir: “Nə olsun ki? Axsaqdır axsaqdır da! Amma təsərrüfatı və şəhərlərin hamısında qardaşları var”. Mən də deyirəm: “Elə qardaşlardan mənə lazım deyil…”

– Düzdü, Mişa, Verkadan da sənə arvad olmaz.

– Mən də İvan Afrikanoviçə onu deyirdim də…

Elə bu zaman mağazaya mal dolu qutuları gətirdilər, yanlarında da əzilmiş iki samovar. Arvadlar mala cumdular, Mişa da tək qaldığını görüb susdu.

– Prennik satasdan?

– Bircə dəfə də olsun bulka gətirəydilər, heç olmasa, bircə dəfə…

Satıcı fakturasız alver eləməkdən qəti imtina elədi. Şahidlər əzilmiş samovarlar və qutularla bağlı akt imzaladılar, Mişka isə söhbətini davam etdirdi:

– “Sən bu gün yatacaqsan, ya yox?” – deyə soruşuram. Bir də görürəm ki, xorulduyur. Səhər tezdən dururam və görürəm ki, İvan Afrikanovuç yoxdu. Təkcənə taxtda uzanmışam. Görünür, məni oyatmaq istiyib, amma mən oyanmamışam, o da soyuq olduğuna görə qaçıb. Mən də ki içəndə

yatmağın ölüsüyəm. Durub oturdum, papiros çəkmək istədim. Əlimi cibimə saldım, baxıram ki, şalvar mənim deyil. Görünür, geyinəndə şalvarları səhv salmışıq. “Eybi yox, – deyirəm, – buna da şükür”.

11

Hamamdan çıxdım. O tərəf, bu tərəfə baxdım, bir kimsə yoxuydu. Fikirləşdim ki, kənddən salamat çıxsam da qənimətdi.

– Bir bax gör, bəlkə faktura Afrikanoviçin şalvarının cibindədi.

Mişka ciblərini axtarmağa başladı.

– İşə düşmüşük də… Bu qəzet, bu tütün kisəsi, bu kibrit. Bay, bu da sənəd. Düpbədüz. Fakturadır.

Mişka fakturanı oxumağa, satıcı isə malı yoxlamağa başladı.

– Nanəli prennik, kilosu bir rubl qırx qəpik, Tula samovarları, bəyaz rəngli, biri otuz üç rubl səksən qəpik, “Otello” şkoladı. Var?

– Var, var!

– “Göl qazı, tülkü…” Dayan görüm, bu nə tülküdür belə? Oyuncaqlar… Reproduksiya “Torpaqla suyun vəhdəti”, var?

– Burdadı, burdadı.

– Bir baxaq görək bu nə ittifaqdı belə. – Mişka dedi, rəsmin üzərindəki kağızı araladı və ləzzətlə

dodağını yaladı. – Ay aman! Siz bir buna baxın. Görün nə gətirmişik, özü də iki rubl əlli qəpiyə!

Arvadlar rəsmə baxan kimi elə qırıldaşdılar, elə söydülər ki. Çılpaq qadın rəsmiydi.

– Görüm, onları qulyabanı aparsın, nələr çəkmirlər ki. İndi də çılpaq qadınları gətirməyə

başlıyıblar. Bunun axırı nə olacaq?

– Mixaylo, bir suyumu Nyuşkaya oxşuyur ha!

– Doğrudan e!

– Apar çarpayının başından as, evlənmək də lazım deyil.

– Mən otuz qəpik də əlavə eliyərəm, nəinki…

– Məmələrinə bir bax!

– Hələ uşaq şəkilləri də var.

– Bu kimdi belə, buynuzu başına çəkib?

– Dümçüyür e!

– Çərçivəyə heyfim gəlir. Divardan asardım.

– Allah haqqı, çərçivəyə görə alardım.

Rəsmi portret asmaq üçün aldılar. Rəsmi alan arvadın xahişinə görə, Mişka Rubensin əsərini çərçivədən çıxardı və bürmələdi.

İvan Afrikanoviç isə görünmədi.

Sexdən təzə çörək gətirdilər. Nanəli prennik də dağıdıldı. Arvadlar torbalarını bağladılar, sancaqlarını taxdılar.

İvan Afrikanoviçin dalınca göndərilən uşaq xəbər gətirdi ki, İvan Afrikanoviç evdə yoxdu, hara getdiyini də heç kim bilmir, Yevstolya nənə isə beşiyi yırğalıyır, Qrişkanın şalvarını tikir və İvan Afrikanoviçi fərsizliyinə görə söyür. Qrişka isə şalvarını gözləyə– gözləyə sobanın böyründə dayanıb ağlayır.

Odlu məhəbbət

Kənddən o tərəfdə heç nə görünmürdü, göyə sovrulan qardan başqa.

Qar burumları xoruz kimi bir-birilərilə döyüşür, bir-birinə qarışır, onların ardınca yeni qar burumları yaranır, öz həndəvərində burulur, yerlə göyü qarışıq salırdılar. Görünür, qış son dəfə

qəzəblənirdi. Külək nə vıyıldayır, nə də ulayırdı, yalnızca sonsuzluğa qədər sakit– sakit uğuldayırdı…

İvan Afrikanoviç elə də isti geyinməmişdi və öz-özünə deyirdi: “Sən bədbəxtliyə bir bax, bədbəxtliyə!” O özü də bilmirdi ki, bunu hündürdən deyir, yoxsa ürəyində fikirləşir, hündürdən desəydi də, heç kim eşitməyəcəkdi. Əlindəki qızılağacla yolu tapa-tapa, küləkdən qoruna-qoruna güc-bəla meşəyə sarı gedirdi. Hərdən külək nəfəsini kəsirdi. Onda İvan Afrikanoviç, suda boğulan adamlar 12

kimi, başını elə səmtə döndərirdi ki, hava uda bilsin, çünki nəfəsini saxlayanda dizlərinin taqətdən düşdüyünü hiss edirdi. Bilirdi ki, meşəyə aparan ən sakit və küləksiz yol buradır. O, çox asta və

gözünü yumub gedirdi. Əlindəki ağac dərinə düşəndə iki addım sola gedirdi, solda yol qurtaranda dörd addım sağa burulurdu.

Buz kimi külək onun dünənki paxmelini tamam yox eləmişdi. “Eh, Katerina, Katerina… – İvan Afrikanoviç ürəyində deyinirdi. – Bu nə olan işdi… Özün getmisən, yoxsa aparıblar? Mənsiz neyliyərsən?..”

O, doğrudan da, xiffət eləyirdi. Sosnovkadakı hamamdan evə gəlib arvadını görməyəndə, qaynanasına da qulaq asmayıb Katerinanın dalınca cummuşdu. “At da cəhənnəm olsun, mallar da, özləri ayırd edərlər! Sən necə də mənasız adamsan, İvan Afrikanoviç! Dünən xirtdəyə kim içib hamamda yatmısan. Həmin vaxt Katerinanı doğmağa aparıblar, özü də yad adamlar, sən ağılsızsa, hamamda yatmısan. Səni döyən, qamçılayan lazımdı”. İvan Afrikanoviç belə düşünə-düşünə, az da olsa, sakitləşirdi. Qəlbindəki təlaş və mənasız dəlilik Katerinaya qarşı narahatlıq və mərhəmətlə əvəz olunurdu. O, Sosnovkanın içindən qaçıb getdi, dünən gecəki hadisəni xatırlamadı da. Tələsmək lazımdır, tələsmək. “Ah Katerina! Onu doğmağa apardılar, doqquzuncu dəfə… Yazıq arvad altı ildir ki, fermada canın qoyur, demək olar ki, bütöv bir ordunu yedizdirib-içizdirir. Hər ay 40-50 manat qazanır.

Bəs İvan Afrikanoviç neynir? Heç nə! Qazandığı qəpik-quruşdu, on-on beş manat ola, ya olmuya.

Düzdü, balıq tutur, hərdən xəzdən-zaddan da satır, amma bunların hamısı etibarsız şeylərdi…”

İvan Afrikanoviç subay vaxtı, gəzintidən sonra Katerinanı evə necə ötürdüyünü xatırlayır.

Müharibədən qayıdıb, sağ yeri yoxdu, ayağı da axsayır, elə axsaq ayaqla da rəqs edir. Rəqs eləməyi öyrəndi. Yəqin elə ona görə də ayağı sağalmağa başladı… Katerina kök və yumşaq idi. Elə indi də pis deyil, geyindirib-kecindirsən, dolu qədəhi də içər. Amma onun vaxtı hardadı? Səkkiz uşaq, bu da doqquzuncu… Onları böyüdənə qədər nələrdən keçməlisən. Qaynanam, doğrudu, kömək eliyir, beşiyi yırğalıyır, sobanın böyründə əlləşir, qaynanasız vəziyyət lap pis olardı. Düzdü, hər gün Severodvinskə, Mitkanın yanına getməyə hazırlaşır, Beşinci ildir ki, deyir Mitkanın yanına gedəcəm, ancaq hələ

burdadı…

İvan Afrikanoviç ona yalnız bir şeyi bağışlaya bilmirdi. Nəinki bağışlaya bilmirdi, barmağındakı mozol kimi ondan əl çəkmirdi də, xüsusən də bərk vuranda. Düzü, qaynanası da günahkar deyildi, rəhmətlik anası daha çox günahkarıydı… Nə deyəsən, hər ikisi mehribanıydı…

Hadisə pivə bayramı zamanı baş verdi. İvan Afrikanoviç, o zamanlar üçün Vanka Drınov, Nyuşkanın anasıgilə qonaq getmişdi. Hər necə olmasa da, Stepanovna atasının xalası qızıydı. Nyuşka Katerinanın ən yaxın rəfiqəsiydi. Bir yerdə oynuyur, bir yerdə gəzir, bir yerdə meşə gilası dərirdilər.

Bax, indi Katerinanın səkkiz uşağı var, doqquzuncunu da doğacaq, amma Nyuşkanın qırx yaşı olsa da, hələ qızdır. “Xalanəvəsi qarıyıb, görünür qisməti beləymiş, heç zaman ərə getmiyəcək, – İvan Afrikanoviç düşünürdü. Hamısı da ona görə ki, gözünün biri şikəstdir, müharibə vaxtı çovdar döyəndə

gözünə saman çöpü batıb”.

Həmin bayram İvan Afrikanoviç qəti qərarla Sosnovkaya gəldi ki, Katerinanı özünə arvad edəcək.

Nyuşka bu işdə ona bacardığı qədər kömək edirdi. Katerina onun vasitəsilə nişanlısına çatdırdı ki, istənilən gecə qaçmağa hazırdır, anasının sözüylə oturub durmayacaq, dedi-qodulardan da qorxmayacaq. Yevstolyanın evi Nyuşkagillə üzbəüzüydü. İndi Sosonovka böyüyüb, o ev daha yoxdur, halbuki bir zamanlar nəyə desən dəyərdi. İvan Afrikanoviç Nyuşkagildə oturub turşməzə içir və

Yevstolyagilin evinə baxırdı, qəlbi cavan və həyacanlıydı. Cavanlıq qızıl üzük kimi dığırlanıb getdi.

Bütün bunlar hara yox oldu? Bir zamanlar qrmonlar çalınardı, şən qızlar qaranlıqda nəğmə

oxuyardılar. Oğlanlar dava salardılar, qızlar və arvadlar onları aralayardılar, oğlanlarsa qadınların əlindən dartınıb çıxmaq istəyərdilər, amma o vaxta qədər ki, gerçəkdən də qadınlar onları buraxardılar.

O zaman İvan Afrikanoviç Nyuşkayla küçəyə çıxdı. Təzə xrom çəkmələr, serjant qalifesi əyninə kip oturmuşdu, kitelnin yaxasındakı ordenlər cingildəyirdi. Nyuşka xalanəvəsinin qoluna girib qürurla yeriyirdi. Avqustun qaranlığında və şən qarmaqarışıqda onlar Katerinanı xeyli axtardılar, heç tapmayacaqdılar da, əgər Katerina rəqs etməyə getməsəydi və oxumasaydı. Həmin səs indi də İvan 13

Afrikanoviçin qulaqlarında cingildəyir. İvan Afrikanoviç iki dəfə rəqs edəndən sonra qızlarla kəndi seyrə çıxdı və səhərə yaxın Katerinanı Sosnovkadan apardı. Nyuşka da onlarla getdi. Yaxşı yadındadır ki, Nyuşka, sanki zarafatyana çastuşka oxudu: qaranlıqdaca, çovdar və toz-torpaq iyi verən çöllükdə: Ərə getmə rəfiqəm

Mən ki, bir qarabəxtəm.

Bir baldızın yerinə

Dördcə qayın istərəm.

İvan Afrikanoviçin bacı-qardaşı olmadığına görə, Katerinanın baldız, ya da qayından qorxusu yoxuydu. Amma gör nə oldu: Rəhmətlik anası İvan Afrikanoviçə başqa qızı gözaltı eləmişdi. Katerina onun xoşuna gəlmirdi. Kəndə səhərə yaxın çatdılar, anası acıqlı halda qapını açdı. Daxmada qızlar taxtda oturdular, İvan Afrikanoviç isə çəkmələrini soyundu, köhnə cəbhəçi kimi hər şey ona aydınıydı.

Anası gah qab-qacağı dınqıldadır, gah dəhlizə qaçıb ah-uf eləyirdi. Sonra talvara çıxıb Sosnovkaya tərəf baxdı, geri qayıdıb əl-qolunu ölçə-ölçə belə dedi: “Oy, qızlar, Sosnovka yanır!” Nyuşkayla Katerina dərhal özlərini çölə atdılar, qapı özü onların arxasınca bağlandı. İvan Afrikanoviç çəkmələrini geyənə qədər anası qapının rəzəsini keçirdi. “Yalan deyirdim, Vanka, heç yerə qaçıb eləmə, allaha şükür ki getdilər”, – anası sakit halda dedi.

İvan Afrikanoviç qapının rəzəsini çətin açdığına görə, az qaldı ki, qapını yerindən çıxarsın. Çölə

cumdu. Avqust gecəsinə qaranlıq hakim idi, Sosnovka yanıb eləmirdi, qızlar isə yoxa çıxmışdılar…

Bu hadisədən sonra İvan Afrikanoviç iki il evlənə bilmədi, üçüncüdə baş tutdu: gölün o tərəflərindən olan sakit bir qızla evləndi. Gəlin İvan Afrikanoviçin qucağında dərhal yatırdı: qalanmamış soba kimi soyuq və qəlbsiziydi… Onların arasında soyuq məhəbbət hökm sürürdü, uşaqları isə olmurdu. Anası deyirdi ki, cadu ediblər, hələ bir ələ də salırlar. Bir ildən sonra arvadı qayıdıb öz yerlərinə getdi, başqası ilə ailə qurdu və İvan Afrikanoviçin eşitdiyinə görə, həmin adamdan dörd uşağı da olub.

Elədi, onların aralarındakı sevgi soyuq idi, burası dəqiqdir. Katerinayla isə məhəbbət odluydu…

İvan Afrikanoviç ona ikinci dəfə elçi düşdü. Burada isə indiki qaynanası Yevstolya ayağını dirədi və qızına qadağa qoydu: getməyəcəksən, vəssalam, biz onlardan əskik deyilik, bizim nəsildə hamının işi var. İş uzandı. Toyda qaynanası nə yedi, nə içdi, eləcə taxtda oturdu, sanki oxlov udmuşdu. İvan Afrikanoviç həmin məsələni hələ də unutmayıb. Nə incimək, o qədər vaxt keçib… Katerina ilə onun məhəbbəti odlu– alovludur: çöl işinə gedəndə də, fermaya baş çəkəndə də, elə bil onun ürəyini çıxardırlar.

“Eh, katerina, Katerina!..” – İvan Afrikanoviç, sanki qaçırdı, həyəcan, hardasa onun içinə qədər işləyirdi, ürəyinin lap yanında… “– Can– ciyərimi evə aparacam, öz qucağımda. Özünü yormaq nəyə

lazım? Evdə də doğa bilər… Fermaya samanı özüm daşıyacam… Dilimə bir qram da vurmuyacam, təki hər şey yaxşı olsun…”

Çovğun təzədən çöllükdə vıyıldamağa başladı, qar İvan Afrikanoviçin yanaqlarını döyəclədi. O, qaçıb təpəyə çıxdı. Xəstəxanaya və selpoya əl uzatsan çatardı.

Xəstəxananın eyvanına necə qaçıb çıxmasından İvan Afrikanoviçin xəbəri olmadı…

* * *

– İvan Afrikanoviç? Ay İvan Afrikanoviç? – feldşer bacısı qapını araladı, dəhlizə, sonra isə sobanın o biri tərəfinə baxdı. İvan Afrikanoviç heç yerdə yoxuydu. – Yoldaş Drınov!

“O, hara yox olub? – deyə qadın fikirləşdi. – İki gündü ki, kandarda vurnuxurdu, evə də qova bilmirdik. İndi iyi-tozu da yoxdu”.

14

Feldşer fikirləşdi ki, Drınov arvadının doğmağını gözləmədən çıxıb gedib. O, xala xətrin qalmasın, ambarı açdı və gülməyə başladı. İvan Afrikanoviç odunların üstündə yatmış, başının altına köhnə

xəsətəxana kürkünü qoymağa belə utanmışdı. O, iki gecəydi ki, yatmırdı, demək olar ki, heç nə

yeməmişdi, üçüncü gün isə yuxu ona üstün gəlmişdi.

– Yoldaş Drınov, – deyə feldşer onu tərpətdi, bu gecə oğlunuz olub, durun.

İvan Afrikanoviç dik atıldı. O, anbarda icazəsiz yatdığı üçün utanmağa da macal tapmadı. Feldşer başının üstündə dayanıb onu qınayırdı:

– Heç olmasa, kürkü altınıza salaydınız!

– Mən sənə, əzizim… mən sənə balıq tutacam… Hər şey yaxşıdımı heç olmasa?

– Yaxşıdı, yaxşıdı.

– Sənə balıq tutacam.

– Hm…

– Bəlkə onları evə buraxasan?

– Olmaz. Hələ bir-iki gün də yatmalıdılar. – Feldşer dedi və xalatı ona uzatdı. – Oğlunuza nə ad qoyacaqsınız, bəs?

– Nə olsa! Burax onları. Nə desən, onu da qoyarıq. Sən gəl, onları burax! Mən onları kirşədə

apararam… nədi onda… Yavaş– yavaş gedərik.

Katerina palatadan çıxdı, gözünün ucuyla İvan Afrikanoviçə baxdı və o da xahiş elədi ki, evə

buraxsınlar.

– Burda qalıb neyniyəcəm? Sənsə dinməzcə otur! – deyə o ərinə tərəf döndü. Hələ gəldiyi bəs deyil.

Evi də, qarını da uşaqlarla təkbaşına buraxmısan.

– Katerina, sən özün… özün necəsən?

Katerina onun sualına cavab vermədi və soruşdu:

– Nə vaxt gəlmisən, bu gün?

– Hə, bu gün. – Afrikanoviç dedi feldşer xanıma göz vurdu ki, onu satmasın.

– Nahaq gəlmisən.

– Bilirsən, nədi o… Bəs gədə hanı? Yəqin bu da sizinkilərə oxşuyub.

Katerina üzündəki təbəssümdən utana-utana:

– Hə, bu da.

Feldşer xanım bir müddət onlara baxdı, sonra getdi. İvan Afrikanoviç və arvadı onun dalına düşdülər və dilə tutmağa başladılar ki, evə buraxsın. Feldşer əvvəl-əvvəl onlara qulaq asmaq istəmədi, sonra əlini yelləyib:

– Getmək istəyirsiniz, gedin, – dedi, – amma bir həftə, həftə yarım işə çıxmaq yoxdu. Nəbadə…

İvan Afrikanoviç arvadı və uşağı ilə birlikdə küçəyə çıxdı. Odeyala və köhnə xəstəxana kürkünə

bürüdükləri körpəni balaca kirşəyə qoydular. Son çovğundan sonra yolu açmışdılar. Hava isinmiş, külək kəsmişdi.

– Gədənin adını nə qoyacağıq? – Kənd sovetliyinə çatanda İvan Afrikanoviç soruşdu. Bəlkə İvan qoyaq? Düzdü, biz tərəfə oxşamayıb, amma məndən osa İvan qoyardıq.

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
190 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu