Cilt 180 sayfalar
Edama məhkumun son günü
Kitap hakkında
"Bir gün dostu ilə Paris küçələrində gəzişərkən meydana toplaşmış böyük bir izdiham Viktor Hüqonun diqqətini çəkir. Yaxınlaşdıqda bir müttəhimin edam olunduğunu görən yazıçı bu hadisədən çox təsirlənir və dərhal oradan uzaqlaşır. Məhz gördüyü bu sarsıdıcı mənzərə nəticəsində “Edama məhkumun son günü” əsərini qələmə alır.
İyirmi yeddi yaşında yazdığı bu romanda Hüqo adsız qəhrəmanın dilindən edam hökmünün bir insana necə təsir etdiyini olduqca mükəmməl bir dillə təsvir edir. Öləcəyini bilən bir insan hansı hissləri keçirə bilər? Bu çətin sualın altından, yəqin ki, ancaq Hüqo kimi dahi yazıçı çıxa bilərdi.
“Edama məhkumun son günü” romanını “Səfillər” kimi nəhəng bir əsərin uvertürası da hesab etmək olar. Əsərin mühüm özəlliklərindən biri də dünya ədəbiyyatında təhkiyəsi birinci şəxs əvəzliyində olan, daxili monoloq şəklində yazılan ilk roman olmasıdır."