Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Solovkidə gördüklərim», sayfa 2

Yazı tipi:

Latın əlifbasıyla, A-2 formatda çıxan qəzetin baş məqaləsində deyilir: “Bu gündən etibarən hər həftə müntəzəm intişar10 edəcək olan “Bildiriş” qəzetəsi yakın, uzak və orta Şərqdə, bilhassa11 Türk dünyasında cəriyan edən siyasi, milli harsi12 və ictimai hərəkətlər haqqında mövsuk13 məlumat verməklə türk əfkari ümumiyyəsini14 tənvirə15 çalışacaqdır.

Türk dünyasının yeganə müstəqil dövləti və Şərqin yeganə cümhuriyyəti olan Türkiyədəki aləmşumul16 islahat hərəkətini tərviçlə17 “Bildiriş” bu xüsusda və Türkiyənin aləlumum18 iktisadi harsı, ədəbi və ictimai yenilikləri haqqında oxucularına məlumat verəcəkdir.

“Bildiriş” Azərbaycan, Türküstan, Edil19-Ural, Şimali Kafkasya, Krım, Gürcüstan və Ukraynada cərəyan edən hadisələri bildirməklə bərabər Sovet Rusiyasına aid siyasi, iqtisadi, ictimai hayat safhalarını gösteren vakalar20 haqqında dahi karilərini21 tənvir edəcəkdir.

“Bildiriş” İran, Afqan, Hint gibi şark məmləkətləri haqqında məlumat verəcəyi gibi, Misir, Suriyə, Filistin, Hicaz gibi ərəb dünyasındakı vekayia ait dahi kendi sütunlarında yer verəcək və Avrupada ceryan edən mühüm havadisi kaydetməyə çalışacaqdır”22.

Qəzet elə ilk sayından verdiyi vədə sadiq qalır. Birinci səhifəsində “Sovyet Rusiyasında”, “Amerikada QPU23” “Kafkasyada siyasi vəziyyət”, “Son xəbərlər”, “Yeni Rus-Çin ihtilafımı?”, “İki ayda 18000 mevkuf”24 yazıları və bir elan verilmişdir. Elanda yazılıb: “Solovkidə gördüklərim… Solovki mənfasında25 bulunmuş Azərbaycan istiqlalçılarından bir gencin maraqlı xatirələrini gələcək nüsxəmizdə okuyunuz!”

Qəzetin verdiyi elanlar da maraqlıdır. İlk sayından sonadək axırıncı səhifəsində “Odlu yurt” jurnalı üçün abunə kam-paniyası aparılıb. Lakin “Azərbaycan, Gürcüstan, Şimali Kaf-kasya, Türküstan və Ukrayına istiqlalçıları tərəfindən ayda bir dəfə fransızca nəşr edilən “Prometey”, “Ayaz İshaki bəyin baş mühərrirliyi ilə çıxan, Edil-Ural və Krımın istiqlalına yardım edən “ Milli yol” və “Krım türklügü istiqlal fikrini tervic edən “Emel” məcmuəsinə ilk saydan başlayan abunə kampaniyası 1930-cu il Eylülün 18-dək davam etmişdir.

Qəzetin redaksiyası İstanbuldakı “Panqaltı şafak sokağı, No 60”da yerləşir və Orhaniyyə mətbəəsində cap olunurmuş. İlk sayından “imtiyaz sahibi: A.Kazımzadə, məsul müdiri:Kamal” olduğu göstərilir. 1931-ci ilin Haziranın26 11-dən həmin ilin Avqustosun 13-dək məsul müdür B. Süleyman, sonrakı saylarda isə “umumu nəşriyyat və yazı işləri müdiri: Mirzə Bala” olduğu yazılır.

“Mirzə Bala”, “M.B.” və b. imzalar M.B.Məmmədzadənin olduğu araşdırıcılara yaxşı məlumdur. “Bildiriş”də də əsas imzalar “M.B.Məmmədzadə”, “Mirzə Bala”, “M.B.”dır. Bu onu göstərir ki, qəzetin əsas ağırlıq yükünü o daşımışdır. Hətta qəzet “məsul müdüri: B.Süleyman” yazanda belə baş məqalələrin altındakı imza “M.B” olmuş və M.B.Məmmədzadə imzasıyla silsilə məqalələr çap edilmişdir. O, qəzet nəşrə başlayandan fəal əməkdaşlıq etsə də, bir ara müvəqqəti “məsul müdir: B.Süleyman” olmuşdur.

Qəzetin əsas rubrikaları bunlardır: “Azərbaycanda”, “Sov-yet Rusiyasında”, “Türkiyə daxilində”, “Kırımda”, “Şimali Kafkasyada”, “Edil-Ural elində”, “Kazak-Kırğız elində”, “Tür-küstanda”, “İranda”, “Ukraynada”, “Rusiyada”, “Sovyet-lərdə”, “Son xəbərlər”, “Müxtəlif xəbərlər”, “Beynəlmiləl həyat”.

M.B.Məmmədzadə “Bildiriş” qəzetini M.Ə.Rəsulzadə nəşr etdirdiyini yazır. Lakin qəzetdə M.Ə.Rəsulzadənin imzasına rast gəlinmir. Bir neçə silsilə yazını çıxmaqla məqalələrin əksəriyyəti imzasızdır. “Beynəlmiləl həyat”(1930, 7 Ağustos, sayı 1), “İran parlamentosu”(1930, 18 Eylul, sayı 7), “Afqa-nıstanda”(1930, 25 Eylul, sayı 8), “Sovyetlər və Avropa arasında hərb olacaqmı? (Sovyet dövləti bu xususda nələr düşünür və nasıl hazırlaşır?)” (1931,12 Mart, sayı 32), “Qızıl Ordunun bugünkü vəziyyəti”(1931, 19 Mart, sayı 34), “Rusiyanın ixracatı və Türkiyə”(1931, 2 Nisan, sayı 35), “Azərbaycanda və Gürcüstanda milliyət mücadiləsi”(1931, 14 Mayıs, sayı 41 ) və başqa məqalələrin həcmi böyük olsa da sonunda imza qoyulmayıb.

Qəzetdə ən çox imzası görünən müəllif M.B.Məmmədzadədir. Hər nömrədəki baş məqalədən başqa “Ədəbiyyat cəbhəsində”( 1930, 14 Ağustos, sayı 2), “Ərzaq nədən verilmiyor?”(1930, 28 Ağustos, sayı 4), “Ukrayna və istiqlal mücadiləsi” (1930, 25 Birinci Kanun27, sayı 21), “Sağ, sol, orta” (1931, 8 İkinci Kanun, sayı 23), “Kalanizator” (1931, 15 İkinci Kanun, №24), “Pantürkizmi təhlükəlidirmi?” (1931, 21 Mayıs, sayı 42), “Azərbaycan kommunist firqəsində (yeni milliyətçilik)” (1931, 2 Temmuz, sayı 48) və b. böyük həcmli məqalələri ilə yanaşı “Azərbaycanda köylü hərəkatı” və “ Lenin milli siyasəti. Azərbaycana nə nəticələr verdi?” kimi irihəcmli əsərlərini də burada çar etdirmişdir. Yaxın keçmişimizi öyrənmək baxımından bu gün də aktuallığını itirməyən “Azərbaycanda köylü hərəkatı” əsəri qəzetin 1931-ci il İkinci Kanun 15-dəki 24-cü sayından başlayaraq ara vermədən, 1931-ci il Nisanın28 9-dakı 36-cı sayınadək davam etmişdir.

Qəzetdə Kırım haqqında yazılar yalnız sayca çoxluğuna görə deyil, mövzu aktuallığı və faktların zənginliyi ilə diqqəti çəkir. Onlardan “Kırımın qara günü”(1930, 27 İkinci Teşrin29, sayı 17 və 1930, Birinci Kanun, sayı 18), “Sovyet Rusiyasının son vəziyyəti və bolşeviklər nədən hərbə gediyorlar?” (1931, 26 Şubat30, sayı 30 və 1931, 5 Mart, sayı 31), “Kırım istiklal davasının səbəbləri və əsasları” (1931, 9 Nisan, №36 və 1931, 16 Nisan, sayı 37) məqalələri Kırımlı Cafer Seyit Ahmet, “Kırımda vəziyyət” (1931, 19 Şubat, sayı 29) məqaləsi isə H.Avcı köylü imzasıyla çap olunmuşdur.

“Çin şark şimendiferləri31 məsələsi”(1930, 11 Eylul, sayı 6), “Rus-Yapon itilafının32 hedefi”(1930, 2 Teşrini evvel, sayı 9) məqalələrinin altından H. D. və 1931-ci il 4 Haziranındakı 44-cü sayından başlayıb 1931-ci il 25 Hazirinındakı 47-ci sayında bitən “Başkurtıstan məsələsi və başkurt hərəkatı (Şamson Tipeyefin əsəri münasibətiylə)” məqaləsindəki “Yazan: Başkurtıstanlı Abdülkadir” imzalarının olması onu göstərir ki, qəzetin çapında maddi sıxıntıları olmasına baxmayaraq redaksiyanın yüksək səviyyəli müəllifləri varmış.

“Bildiriş”in 10-cu sayından (1930, 9 Teşrini əvvəl) baş-layaraq 28-ci sayınadək (1931, 12 Şubat) ikinci və üçüncü səhifələrin padvalını əhatə edən “ Çekist Ağabekofun ifşaatı” məqaləsi çap olunub. Bu əslində həmin il xaricdə ingilis, fransız və alman dillərində çap olunmuş bir kitabın tərcü-məsindən parçalardır. Kitabın müəllifi Ağabekof 1918-ci ildə kommunist partıyasına daxil olub, “1920-dən 1930-un Hazira-nına kadar Moskvada QPU-nun xarici şöbəsinin Şərq qismi rəisligində bulunmuş və ahirən Türkiyə, Yunanıstan, Suriyə, Filistin və Mısırdakı QPU işlərini yoklamak və idarə etmək için sureti mahsusda33 xaricə göndərilmişdir. Bir müddət Tür-kiyədə qaldıqdan sonra Sovyetlərə qəti münasibətini alenen34 bildirmək və Besedovski gibi siyasi “avdet etmeyen”lərlə təşriki35 məsai36 edərək Stalin rejimi ilə mücadilə etmək məq-sədilə Haziranın 26-da İstanbuldan Parisə hərəkət edən Ağa-bekof, kendi xatiratını, on senəlik QPU-dakı fəaliyyətini və əcnəbi məmləkətlərdəki QPU-nun metod və sistemini” faktların dililə ifşa etmişdir.

Redaksiya kitabı tərcimə edərək qəzet səhifələrində hissə-hissə verməsinin səbəbəni belə izah edir: “Sovyetlərin gərək daxili və gərək xarici siyasətlərini, bilxassa Şərq məmləkətlərindəki fəaliyyətlərinin iç yüzünü göstərməsi etibirilə şayan dikkat37 olan bu əsərdən istifadə etməyə başlarkən şunu da qeyd etməliyiz ki, əsli erməni olan və Şərq lisanlarını, o cümlədən, mükəmməl Türkcə bilən Ağabekof Pa-risə gitmədən səkkiz ay İstanbulda ticarət odası azası38 sıfa-tıyla çalışmış, buradan Türkiyə, Surya, Mısır və s. Yakın Şərq məmləkətləri işlərini idarə etmişdir.

QPU haqqında Ağabekof tərəfindən verilən məlumatda Rusiyada yaşayan türklərə, Kafkasyaya, Türkiyəyə, İrana, ərəb məmləkətlərinə ait çox enteresan məlumat görüləcəkdir. Bu məlumat içərisində Ənvər Paşa ilə Leninin gizli planı, Türküstan üsyanı və Ənvər Paşanın şəhadəti daha vardır”

Ənvər Paşanın “Leninlə gizli planı” və ölümü ilə bağlı məsələlər oxucularımız üçün maraq doğuracağını düşündüyümüzdən bü məsələyə daha çox diqqət yetirəcəyik. “Ural çeka-sından 1921 senesinde Moskovaya gələrək Əfqan və İran səfirlərinin,….Türkiyə səfarətinin əvraqlarını39 tədqiqə məmur edildiyindən, bu səfarətlərə aid fəaliyyətləri qeyri-kafi gördüyü üçün QPU-ya bir proje tatbiqi üçün xariciyyə komissarlığının Yaxıın və Orta Şərq şöbəsinə təyin edildiyindən, fəqət orada QPU-nun əmrinə itaət etməyincə Türküstanda olan əqrabası nəzdinə getmək fikrinə düşdüyündən” söz açan Ağabekof 1922-ci ildən Daşkənd çekasında fəaliyyətə başlayır. Türküs-tanda Cahangir ləqəbilə tanınan Kurşirmatdan, Fuzail Mak-sumdan və Lokayların hökümdarı İbrahim bəyin fəaliyyə-tindən söz açdıqdan sonra Ağabekof Ənvər Paşa haqqında yazır: “Ənvər Paşa Bakıda vukubulan Birinci Şərq Millətləri Konfransından40 sonra Türküstana gedərək basmaçıları təşkil edəcək, onları bir qüvvət halında birləşdirdikdən sonra Əfqanıstan tarikiylə və Şərk millətlərinin xilası şüarı altında Hindistan üzərinə sövq edəcəkdir.

Ənvər Şərq millətləri arasında olan nüfuzuna istinadən Lenindən rica etmişdi ki, Türklərlə həmirq olan Türküstan xalqını təşkil edərək Hindistan üzərinə sevketməsinə müsa-adə41 eyləsin. Lenin razı olmuşdu. Fəqət Lenin və Ənvər başqa-başqa qayələr təqib ediyorlardı. Ənvər təşkil edəcəyi hərəkətlə müttəfiqləri qorxutmaq və Türkiyənin təqsiminə42 mane olmak istəmişdi. Lenin bu hərəkətdən bolşevikliyin genişlənməsini və İngiltərə iqtidarının kırılmasını ümid etməkdə idi. Bu surətlə hərakat Avropanın nəzər diqqətini cəlb edərək Sovyet hökümətinə cahan ihtilalına girişmək imkanı verəcəkdir.

10.yayılma, yayılacaq, çap ediləcək
11.xüsusən
12.mədəniyyət
13.inanılan, mötəbər
14.içtimaiyyətin fikri
15.aydınlışdırma, işıqlandırma
16.dünya üçün əhəmiyyətli
17.işə salma, keçirmə
18.umumiyyətlə
19.Edil və ya İdil-Volqa sayının adları
20.hadisələr
21.oxucuların
22.“Bildiriş” 1930, 7 Ağustos, sayı 1,s.1
23.QPU- qısaldılmış şəklidir. Bütövlükdə Obyediniyonnoye Qosudarstvenneye Politiçeskoye Upravleniyedir.Baş Dövlət Siyasi İdarə deməkdir.Sonralar KQB kimi tanınan və məşhurlaşan təşkilat dəfələrlə adını dəyişmişdir.1930-cu illərdə bu təşkilət qısaca olaraq QPU kimi deyilir və yazılırdı
24.tutuklk, məhbus
25.sürgün yeri, həbisxana
26.iyun
27.yanvar
28.aprel
29.noyabr
30.fevral
31.dəmir yolu
32.anlaşma
33.хцсуси олараг
34.ачыг шякилдя
35.ortaq etmə
36.çalışma
37.diqqəti çəkən
38.nümayəndə, üzv
39.yazılı kağızlar, sənədlər
40.Bakıda 1920-ci ilin sentyabrında keçirilən Şərq Xalqlarının Birinci Qurultayı nəzərdə tutulur
41.komək
42.bölünmə, hissələrə ayrılma
₺53,50
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
26 ekim 2022
Hacim:
80 s. 1 illüstrasyon
Telif hakkı:
Автор
Metin
Ortalama puan 5, 2 oylamaya göre