Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Filin seyrə çıxması», sayfa 3

Yazı tipi:

Heyvanların həyatı ilə yaxşı tanış olmaq üçün yazıçı Qatçinada toyuq, qaz, ördək və donuz saxlardı. Burada onun on yeddi iti, bir neçə pişiyi, Marya İvanovna adlandırdığı meymunu və bir buzovu vardı.

Mətbəxdə tarakan olurdu. Kuprin onlara nəzər yetirər, onların həyat tərzini, vərdiş və xüsusiyyətlərini öyrənməyə çalışardı. Bunun üçün tarakanların belində tabaşirlə müəyyən işarələr qoyardı.

Bir dəfə mətbəxə həşərat qırmağa gəlmişdilər. Yazıçının qızı Kisa (onun əsl adı Ksenya idi) dəhşətli bir səslə qışqıraraq otağa qaçıb:

– Atacan, sənin kamsarakanlarını4 qırmağa gəliblər, – deyə atasına xəbər vermişdi.

Peterburq jurnalistlərindən biri Kuprinin evini belə təsvir etmişdir:

«Evdə balaca, bolonka5 kimi ağ, buynuzları yenicə çıxmağa başlamış şıltaq bir oğlaq, üç ev dovşanı və bir oynaq küçük var. Küçük oğlağın qabaq ayaqlarını dişləməyə çalışır. Oğlağa ağzına əmzik keçirilmiş butulkadan süd içirdirlər. Küçük isə oğlağın dodaqlarına bulaşmış südü yalayır. Kuprinin balaca qızı həm küçüyü, həm oğlağı sevir. Oğlaq sıçrayıb qızın çarpayısının üstünə çıxır, təmiz, ağ başını yastığın üstünə qoyur və özünü çox rahat hiss edir».

Sonralar həmin oğlaq Kuprinin «Keçi həyatı» adlı hekayəsində əsas personaj oldu.

Hətta «Filin seyrə çıxması» hekayəsində təsvir olunan hadisələr həyatdan götürülmüşdür. Kuprin hələ balaca ikən, Moskva heyvanat bağında daş divara zəncirlə bəndlənmiş böyük bir hind fili açılıb şəhərin küçələrində gəzirmiş. Bu barədə bütün moskvalılar danışırdı, bu haqda, qəzetlər məlumat çap etmişdilər. Saşa Kuprin həmin filin gəzintisi haqda bütün söhbətləri eşitmiş, bir çox illər keçəndən sonra onu təsvir etmişdi.

Kuprinin təsvir etdiyi Ağ pudel6, Barbos, Julka, Zavirayka və bir dəstə kənd iti – Çubarik, Sultan, Kadoşka, Barboska, Patraşka həqiqətən olmuş itlərdir… Kuprinin, həmçinin, Piratka adlı ağıllı bir iti, medelyan-doq7 cinsli Sapsan adlı qəşəng başqa bir iti də var idi. Kuprin Sapsanı çox sevərdi. Bu kitabda həmin it haqqında hekayə verilib, onu oxuya bilərsiniz.

Barri adlı it böyük qəhrəmanlıqlar göstərmişdir. Ona hətta Parisdə heyvanlar qəbiristanında heykəl qoymuşlar. Həmin heykəli Aleksandr İvanoviç çox gözəl təsvir etmişdir: «Böyük bir qayanın fonunda iri, qüvvətli bir köpək dayanmışdır… Onun alnında şaquli, dərin bir qırış vardı. Köpəyin gözləri iti, ciddidir. Balaca bir qız uşağı ona sıxılıb, boynunu qucaqlamışdır. Qızın üzündə sevinc təbəssümü vardı, heykəlin postamentində bu sözlər yazılmışdır: «Barri, senbernar8. Qırx adamın həyatını xilas etmişdir…»

Bu, insanın dostu üçün qoyulan vahid heykəl deyildir. Alyaskada Nom şəhərində Balt adlı bir itə də heykəl qoyulmuşdur. Balt dəhşətli qarlı-boranlı bir gündə uşaqları ölümlə təhdid edən qorxunc difteriya xəstəliyindən xilas etmək üçün öz belində şəhərə qiymətli dərman çatdırmışdır.

Bu itin qəhrəmanlığından Kuprin «Balt» hekayəsində bəhs edir.

Sankt Peterburqda böyük alim İ. P. Pavlovun adını daşıyan fiziologiya institutunda elmin inkişafına öz həyatı ilə misilsiz xidmət göstərən itə də heykəl qoyulmuşdur.

Heyvanları Kuprin kimi sevmək böyük xoşbəxtlikdir.

B. Kiselyov

Yu-Yu

Nika, indi ki dinləmək istəyirsən, diqqətlə qulaq as. Əziz qızım, süfrəyə dəymə, onun saçaqlarını hörmə…

Onun adı Yu-yu idi. Bu adı ona elə-belə vermişdilər. Çin Mandarini9 Yu-yunun şərəfinə və ya Yu-yu papirosu adı ilə heç bir əlaqəsi yox idi. Üçyaşlı bir oğlan balaca pişiyi görüb, təəccübündən gözlərini bərəldərək, dodaqlarını irəli uzadıb «Yu-yu» deyərək elə bil fit çalmışdı. Elə o zamandan da pişiyin adı Yu-yu qalmışdı.

Əvvəllər o, ancaq tüklü yumağa bənzəyirdi. Oynaq gözləri, ağ-çəhrayı burnu var idi. Bu yumaq pəncərənin qabağına özünü günə verib mürgülər, xoruldaya-xoruldaya gözlərini qıyaraq nəlbəkidən süd içər, pəncəsilə pəncərədən milçək tutar, kağız parçası, sap yumağı və öz quyruğu ilə oynayaraq döşəmənin üstündə diyirlənərdi… Heç bizim özümüzün də yadımızda deyil bu qara, kürən, ağ tüklü yumağın əvəzində birdən böyük, boylu-buxunlu, məğrur, gözəl pişik saxlayanların qibtə etdikləri pişik nə vaxt meydana çıxdı.

Bir sözlə, böyüyüb pişiklər pişiyi oldu. Onun tünd-şabalıdı qırmızı xalları, döşündə tüklü önlüyü, arşının10 dörddə biri uzunluğunda bığı, uzun və par-par parıldayan tükü var idi. Dal ayaqlarına elə bil gen şalvar geymişdi, quyruğu lampa şüşəsi təmizləyən şotkanı xatırladırdı…

– Nika, Bobiki qucağından düşür. Küçüyün qulağını şarmanka11 dəstəyi hesab edirsən? Biri sənin qulağını bu cür bursa necə olar? Küçüyü yerə qoy, yoxsa danışmaram…

Bax belə. Pişiyin ən gözəl cəhətlərindən biri onun xasiyyəti idi. Bir fikir ver, əziz Nikam, biz bir çox heyvanlarla böyür-böyürə yaşayırıq, lakin onların haqqında heç nə bilmirik. Bir sözlə, onların həyatı ilə maraqlanmırıq. Məsələn, ikimizin də tanıdığımız bütün itləri götürək. Onlardan hər birinin öz adəti, öz xasiyyəti var. Pişiklər də belədir. Atlar da, quşlar da belədir.

– Yaxşı, Nika, de görüm, sən heç özün kimi dəcəl, nadinc bir qız görübsənmi? Çeçələ barmağınla göz qapağını niyə sıxırsan? Lampa gözünə ikimi görünür? Onlar gah birləşir, gah ayrılır, eləmi?.. Əllərini heç vaxt gözünə vurma…

Heyvanların pisliyinə danışılan sözlərə heç vaxt inanma. Sənə deyərlər eşşək axmaqdır. Hər hansı bir adama onun o qədər də ağıllı olmadığını, tərs və tənbəl olduğunu xatırlatmaq istəyəndə onu nəzakətlə eşşək adlandırırlar. Amma yadında saxla ki, eşşək nəinki ağıllı heyvandır, həm də sözəbaxan, mehriban və işcildir. Lakin onun belinə gücü çatmayan bir yük yığanda və ya at əvəzinə minib cıdıra çıxmaq istəyəndə yerindəcə dayanıb deyir: «Bunu mən bacarmaram. Nə istəyirsən elə». Onu nə qədər döyürsən döy, yerindən tərpənməz.

Atın xasiyyəti tamam başqadır. O, hövsələsiz, əsəbi və küsəyəndir. Hətta gücü çatmayan işi də görür və bəzən həddindən artıq səy göstərdiyindən yıxılıb ölür…

Bir də deyirlər: qaz kimi axmaqdır… Amma dünyada ondan ağıllı quş yoxdur. Qaz öz sahibini ayaq səsindən tanıyır. Məsələn, gecənin yarısı evə qayıdırsan. Küçə ilə gəlirsən, həyət qapısını açırsan, həyətdən keçirsən. Qazlar susurlar, elə bil heç yoxdur. Amma başqası həyətə girəndə elə o saat qazların çaxnaşması başlayır: «Qa-qa-qa! Qa-qa-qa! Başqalarının həyətlərində veyllənən kimdir?»

Hələ onlar… Nika, kağızı çeynəmə, ağzından at… Hələ bilsən onlar nə qədər gözəl ata-anadırlar! Cücə çıxartmaq vaxtı ata və ana qazlar yumurta üstündə növbə ilə otururlar. Hətta ata qaz ana qazdan da vicdanlıdır. Ana qaz özünün boş saatlarında su tabağının yanında qonşu ana qazlarla həddindən artıq söhbət edərsə (arvadların adətincə) cənab ata qaz çıxıb dimdiyilə onun boynundan yapışar, nəzakətlə çəkib yuvaya gətirər, analıq borcunu ona xatırladardı. Bax belə.

Qaz ailəsinin seyrə çıxması daha gülməlidir. Qabaqda ata qaz gedir. O həm ailənin başçısı, həm də müdafiəçisidir. O, təkəbbür və lovğalıqdan dimdiyini göyə qaldırır, hindəkilərə yuxarıdan baxır. Təcrübəsiz it və ya sənin kimi yelbeyin qız, Nika, ona rast gələndə yoldan çıxmasa vay halına; elə o saat boğazını ilan kimi irəli uzadır, sodalı su doldurulmuş butulka kimi fısıldayır, dəhşətli dimdiyini açır, o biri gün Nikanın sol qıçı dizdən aşağı qapqara qaralır, it isə dişlənmiş qulağının ağrısından hələ də atılıb-düşür.

4.Qız yəqin ki, «tarakan» demək istəmişdir (tərcüməçi).
5.Bolonka – balaca, ağ, yumşaq tüklü ev itidir.
6.Pudel – qıvrım tüklü it cinsidir.
7.Medelyan-doq – iri it cinsidir.
8.Senbernar – uzuntüklü iri it cinsidir.
9.Keçmişdə Çində yüksək rütbəli məmur.
10.0.71 metrə bərabər uzunluq ölçüsü.
11.Musiqi aləti.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺33,55
Yaş sınırı:
6+
Litres'teki yayın tarihi:
27 ekim 2022
Hacim:
68 s. 15 illüstrasyon
ISBN:
978-9952-8245-5-1
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 3, 3 oylamaya göre