Kitabı oku: «Azərbaycan türklərinin ədəbiyyatı tarixi», sayfa 3
“…Böylə degəc qız Beyrəki aşiqiəmişdi aydır: – Əgər səni həsardən aşağa yorğanlə salındırcaq olursəm babanə, ananə vercəq olursəm bəni bunda gəlüb həlallığə alurmisən, didi. Beyrək and içdi: qılıncımə toğranayın, oxumə sancılayın, yer kibi kərtiləyin, topraq kibi savrulayın, sağlığə varcəq olursəm oğuzə gəlüb səni halallığə almazsım, – didi” (səhifə 53).
“Beyrək aydır: gördüm ki, qızlar bu qaftanlə məni tanıdılər, qalın Oğuz bəgləri dəxi tanırlar didi. Görəyim Oğuzda mənim dostum, düşmənim kimdir, didi” (səhifə 59).
“Bir gün olə düşəm öləm, sən qaləsən, yay çəkmədin, ox atmədın, baş kəsmədin, qan dökmədin, qanlu Oğuz içində çöldi əlimdən yarınki gün zaman dönüb, bən ölüp sən qalıncaq tacım təxtim sana vermiyələr sonı aldım ənəmlədim oğıl, – didi” (səhifə 69).
“Şahbaz ayğırını çəkdirdi bütün bindi. Xəsmini, qovmini ayırdi evini qurdı, Oğuzdan köç eylədi Bərdəyə, Gəncəyə varub vətən tutdı. Toquz tümən Gürcistan ağzına varub qondı, qaravulluq eylədi, yad kafər gəlsə başın Oğuza ərməğan göndərdi (səh.132).
Qan Turalı ayıdar: yığılsun Oğuz illəri, mana yarar, qız bulmadım (səhifə 96).
Anlaşılır ki, çox əvvəllər babalarımızın yaşadıqları topraqlarda öz saf tələqqiləri hakim olduğu zamanlar məmləkətlərinə böylə Oğuz adı vermişlərdir. Fəqət sonralar zaman keçdikcə ərəb dinindən bir çox ünsürlər alaraq daha qüvvətli bir surətdə inkişaf edən – Avropa türkoloqlarının təbiri mocibincə “müsəlman İranlılıq yavaş-yavaş bunların üzərinə təsir yapmağa başladı; bu təsiri o biri tərəfdən ərəb də qüvvətləndirdi. Qövm, qəbilə adı ortadan qalxdı. Hər kəs özünə yalnız müsəlman dedi. O qadar ki, “Dədə Qorqud” kitabında adamların, qəhrəmanların adları Buğac, Salur Qazan, Yügrük, Domrul, Beyrək, Qarçar kibi türkcə ikən, sonralar babalarımız müruri-zamanla Həsən, Hüseyn, Əli, Vəli oldu. İştə bu qüvvətin təsirləri altındadır ki, əski iranlılıq yenə xortladı: köhnə “Azərbaycan” adı Cənubi oğuzların məmləkətinə təkrar yapışdırıldı. Halbuki, Dədə Qorqud əsərində Gəncə, Bərdə, Dərbənd kibi şəhərlərimizdən bəziləri açıqdan-açığa təşriq edildigi halda “Azərbaycan və “Atəşkədə”lərdən qətiyyən bəhs edilməz.
Əlimizdə bulunan ədəbiyyatımızın əsrdidə vəsiqələri də dil və ləhcə təkamülü nəticəsində olaraq az-çox fərqlər göstərməklə bərabər əsrlərcə əvvəl danışılan dilin bizim bu gün danışdığımız dilin eyni olduğunu göstəriyor: bu dil də oğuz türkcəsidir.
Füzuliyə öz şairimiz diyoruz: halbuki o heç bir zaman “Azərbaycan” degilən torpaqda yaşamamışdır. Məlum olduğu vəchlə Füzuli İraqda yetişmiş bir simadır. Böylə olduğu yerdə ona öz şairimiz deməməmiz lazım gəlir; lakin bu hərəkət doğru olamaz, o bizim şairimizdir. Çünki dili, ləhcəsi, bütün səciyyəsi (xarakteri) ilə bərabər bizimki kibidir. Yəni o da bizim kibi oğuzdur.
Bürhan-əd-dini ədəbiyyatımızın böylə şəxsiyyətlərindən ədd ediyoruz. Halbuki bu da “Azərbaycan” deyilən yerdən degil, Anadolunun Sivas vilayətində doğub böyümüşdür. Bunu da qəbul etməməmiz icab edər, fəqət Bürhanəddinə öz şairimiz diyoruz, çünki ana dili oğuz dilidir və o da oğuzdur23.
Yuqarıdan bəri yapdığımız təhlillərin də göstərdigi vəchlə bizim topraqlarımızda yaşayan türklər hal-hazırda Xorasanda, Təbriz civarında, İçəri İranda, İraqda, Kürdüstanda və bütün Qafqasda yaşayan türklər kibi oğuz camiəsinə mənsubdur. Bu camiənin müxtəlif qismlərinin ayrı-ayrı adları olan türklərdən yaşamaları, onların dil və ədəbiyyatlarının bir-birinə yabançı olduğunu icab etdirməz. Nasıl ki, İraq, İran və Qafqasdakı türklərin bu vaxta qədər yaratdıqları ədəbiyyata tamamilə yekparə bir çöhrə ərz etmişdir.
Bu əsaslara və bugünkü vəziyyətə görə Dərbənddən Bağdada, Xorasandan Qara dənizə qədər yayılan geniş topraqlar üzərində yaşayıb da eyni dil və ləhcə ilə danışan türklərin yaratdığı ədəbiyyat bizim ədəbiyyatımız deməkdir. Kitabımızın proqramı içinə aldığı ədəbi sərhədlər yuxarıda adları yad edilən yerlərə dayanan xətlərdir.
Yer adlarına gəlincə əsərimizdən yalnız bugünkü coğrafi təbirləri qollanacağız. Avropa müstəşriqləri kibi rus mötəbərlərindən V.V.Bartold və Türkiyə alimlərindən Köprülüzadə Məhəmməd Fuad qarışıqlığa meydan verməmək üçün son yazılarında Şimal-Qərbi İranı – “Azərbaycan”, bizim indiki cümhuriyyətimizin tutduğu yerləri “Arran” təbiri ilə göstəriyorlar. Biz isə “Azərbaycan” kəlməsi ilə Şimal-Qərbi İranı qəsb etməklə bərabər hökumətimizin hakim olduğu topraqları əhalimizcə daha müstəməl olan Qafqas təbiri ilə yad edəcəgiz.
ƏDƏBİYYATIMIZA AİD YAPILAN TƏDQİQLƏR HAQQINDA
TƏHLİLİ BİBLİOQRAFİK MƏLUMAT
Ədəbi dövrlərin tədqiq və təhlilinə başlamadan əvvəl üsula riayət edərək biblioqrafiya məlumatı vermək məcburiyyətindəyiz. Bunun üçün bu vaxta qədər Avropa, Türkiyə, Rusiya və Qafqasda ədəbiyyatımız haqqında yapılan nəşriyyatı gözdən keçirəcəgiz. Bu xüsusdakı təhlillərimiz qısa olmaqla bərabər ümumidir; Azəri tədqiqinin müxtəlif dövr və şəxsiyyətləri üçün iləri sürdüyü iddia və nəzəriyyələr isə öz bəhslərində vəsiqələr ilə qarşılaşdırılacaqdır.
I. Avropada yapılan tədqiqlər:
§1.Ədəbiyyatımızın ilk dövrlərinə aid mühüm bir vəsiqə olan və dünyada yalnız bir nüsxəsi bulunan “Kitabi-Dədəm Qorqud əla-lisan taifey-i oğuzan”24 haqqında alman alimlərindən Fleyşerin Drezden kitabxanası yazmaları üçün tərtib etdiyi kataloqda ibtidai məlumatı vardır.
§2. Yenə alman türkoloqlarından Dits tərəfindən Drezdendəki Qorqud kitabı ayrıca kopiya edilmişdir. Bu nüsxə Berlin Kral kitabxanasında pe-ça kataloqunda 203 numeredədir. Dits, eyni zamanda Qorqud kitabından “Basatın Təpəgözü öldürməsi” əfsanəsini almancaya tərcümə edərək mətn – teksti ilə bərabər 1815-ci ildə nəşr etdigi şərqiyyat materiallarına aid “Den Kwurdigeiten non Azien” adlı əsərində basdırmışdır.
§3. Hiyoldeke – Hijoldege adında bir alman aliminin 1859-cu ildə “Qorqudun yazma nüsxəsini kopiyə etdigini və mühüm qismlərini almancaya tərcümə eylədigini, fəqət bir çox yerlərini oxuyamadığı üçün təb” etdirməkdən vaz keçdigini akademik V.V.Bartold söyliyor.
§4. Münixen darülfünununda rus və ingilis dil və ədəbiyyatları professoru olmuş və 1833-1835-ci il tarixlərində Qafqasda yaşamış olan Fredrix –fon-Bodenştedt Freidrich Fon Bodenstedt-in alman dilində nəşr eylədigi iki mənzum əsəri var:
I – “Mirzə Şəfinin təranələri” – Die Lieder des Mirza Schaffi”-dir (ilk dəfə olaraq Berlində 1851-ci il tarixində təb olunmuşdur)
II – “Mirzə Şəfinin miraslarından” – “Aus dem ach lafte des Mirza Saffi” adlı kitabıdır (ilk təbi 1891-ci il Berlin)
Hər iki əsərin daşıdığı ad, ilk baxışda onların dərəbəglik dövrü şairlərimizdən məğzub Mirzə Şəfi əsərlərindən tərcümə olunduğu zəhabini veriyor; hətta ilk əsər Almaniyada nəşr edildigi zaman bir çox mənbə tərəfindən böylə tələqqi olunmuşdur. Bunun üçün Bodenştedt ikinci kitabının sonuna əlavə etdigi uzun izahat ilə şaye olan bu fikri rədd və cərh eyləmək məcburiyyətində qalmışdır.
Bodenştedt kitablarındakı bütün şeirlərin özünə aid olduğunu açıq bir dil ilə qeyd ediyor. İki əsərinin mündəricatı içində yalnız bir qitənin Mirzə Şəfidən tərcümə eylədigini qəti surətdə söyləyor25 də qitənin əslini də nəşr ediyor.
Bu fikri sonralar Brokhauzun nəşriyyatından olan almanca ensklopediya da təyid ediyor26.
A.Krımski də əsərlərində bu xüsusa yaxlaşırkən tərəddüd göstərməklə bərabər, Bodenştedtin Mirzə Şəfidən tərcümə etmədigini də əlavə ediyor27.
Göz önündə bu tədqiqat duruyorkən “Xudayi-nabat” olaraq ədəbiyyat tarixi ilə məşğul bəzi mühərrirlər eyni yanlış fikirləri tədqiq və təhqiq etmədən bizim mətbuatımızda da əvirüb-çevirüb nəşr ediyorlar28.
Həqiqi vəsiqələrə degil, ağız şayiələrinə və romantik təhlillərə istinad edən bu kibi nəşriyyat bir taqım yanlış tələqqilərin intişarından başqa bir şeyə yaramaz.
“Bodenştedtin tərcümə etdigi və Mirzə Şəfiyə aid olduğunu iddia eylədigi qitəyə gələlim: O, Mirzə Şəfinin əlyazısı ilə olan bu qitənin kalişesini “Mirzə Şəfinin miraslarından” adlı kitabının 207-ci səhifədə nəşr ediyor.
Halbuki, Bodenştedt bu qitəyi Mirzə Şəfiyə mal etməkdə qətən yanlışdır. Bu qitənin Füzuliyə aid olduğunu və Füzulinin müntəşir mətbu” divanından bulunduğunu qeyd ilə onun “Mirzə Şəfidən heç bir şey tərcümə etmədigini iddia edə biliriz. Bu surətlə A.Krımskinin Mirzə Şəfidən Bodenşteddə az-çox şeylər qaldığı haqqındakı fikri də öz-özünə qiymətini itirmiş olur29.
O halda Bodenştedin əsərləri Mirzə Şəfinin adını Avropaya tanışdırmaqdan başqa, ədəbiyyatımız tarixi nöqteyi-nəzərindən yapmış bir vəzifəyə malik degildir.
Bodenştedtin “Mirzə Şəfinin təranələri” adlı əsəri 1880-ci il tarixində N.İ.Enfert tərəfindən ruscaya də tərcümə edilmişdir.
§5.Qərb aləminə şeirimizin müəyyən bir dövrünü dərli-toplu tanıdan ilk əsər deyə biliriz ki, “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” ki, Adolf Berje sahib-cənabinin ehtimalı ilə mətbu olunubdur, sənə 1867-ci ildə Leypsiq şəhərində” kitabəsi altında nəşr olunan risalədir.
Başlıqdan anlaşıldığı kibi əsər Adolf Berje – Adolf Berge adında birisi tərəfindən tərtib edilmişdir. Bu mühərrir alman müəllimlərindəndir. Bir aralıq Qafqasda bulunmuş və özünün kitabına yazdığı müqəddəmədə söylədiginə görə Mirzə Fətəli Axundovun yardımı ilə ədəbiyyatımızın o dövrünə aid bir çox şeirlərini toplamış və bunları məcmuə halında türkcə olaraq təb etdirmişdir.
“Məcmueyi-əşar” bu qisimlərdən ibarətdir: “Əşari Vaqif” sərlövhəsi altında Vaqifin heca və əruz vəznində yazılmış əlli altı şeirini, ondan sonra “Əşari Zakir” adilə Zakirin müxtəlif vəznində qırx bir parçasını, Cəfərquluxanın iki mənzuməsini, Mirzə Mehdinin bir hecasını, Məsihatın bir müxəmməsini, Valehin üç, Kərbəlayi Abdullacan oğlunun iki, Baba bəg, Mirzə Fətəli və Mehdi bəgin birər mənzuməsi ilə, Aşıq Pərinin Mirzəcanla müşairə tərzində yazdıqları bir mənzuməni ehtiva edər.
Bu mənzumələrdən başqa risalədə almanca bir müqəddəmə ilə bəzi ad və istilahlar haqqında iki bəçək səhifəlik izahat də vardır. Müqəddəmədə Vaqif, Zakir, Məsihi, Qənbər, Kərbəlayi Abdulla Cəhani, Babi bəg, Mehdi bəg, Mirzə Fətəli Axundov və Aşıq Pərinin tərcümeyi-halları və ədəbi həyatları bəsit və qısa bir surətdə təhlil edilmişdir30.
§6. Bunlardan sonra Avropada kitab halında nəşr olunan tədqiqlər Mirzə Fətəli Axundovun pyesləridir (bunlar öncə ruscaya (1853), sonra da Mirzə Cəfər adında bir iranlı tərəfindən əcəmcəyə tərcümə edilmişdir)
Fətəlinin əsərləri Avropada ilk olaraq ingilis müstəşriqlərindən Lostirencin diqqətini cəlb etmiş və Mirzə Cəfərin tərcüməsi əsas ittixaz edilərək ingiliscəyə çevrilmişdir. Fətəli Axundovun əsərləri Avropada əsl bundan sonra məşhurət qazanmışdır. Müxtəlif məmləkətlərdə müxtəlif lisaniyyat və ədəbiyyat alimləri tərəfindən tədqiq və nəşr edilmişdir.
Barbiyer de Meynaz – Barbier de Meynaz sərfiyyətlə “Hekayəti-İbrahim Xəlil kimyagər” (Paris, “jurnal-du Aziatik”, 1886), A.Silliyer – A.Cillier tərəfindən “Mürafiə vəkillərinin hekayəti” ilə “Sərgüzəşti-vəziri Xani Sərab” (1889), Estoqholm31 filoloji cəmiyyəti nəşriyyatı içində “Hekayəti xırs quldurbasan” (1889) basılmışdır. Professor Varmund – Varmund tərəfindən əcəmcə tərcümə və kiçik izahat ilə bərabər “Hekayəti Müsyo Jordan” təb edilmişdir (Vyana, 1889)32.
Bunlardan başqa Nikolay Kulak adında birisinin Fətəlinin komediyalarını almancaya tərcümə etdigini Köçərli əlavə ediyor.
Fətəli Axundovun əsərləri yalnız tərcümə edilməklə qalmamış, Adolf Berjenin verdigi məlumata görə eyni zamanda alman səhnələrində təmsil də edilmişdir33. Yenə Adolf Berjenin izahatına görə, Fətəli Axundovun “Nəbatati-Müsyo Jordan”ı ilə “Məstəli şah”ı Adolf Berjenin qardaşı Karl Berje tərəfindən fransızcaya tərcümə edilmişdir34.
§7. Alman müstəşriqlərindən Karl Funinin Azərbaycan (Şimal-Qərbi İran) türklərinin ləhcəsinə aid iki məqaləsi var (Berlindəki şərq dilləri seminariyasının nəşr etdigi məcmuənin 6-7-ci cildləri). Bunlardan başqa Fridrix Kizenin şərqi oğuz ləhcəsi haqqında fransızca İslam ensiklopediyasında bir məqaləsi mövcuddur ki, hər iki tədqiqat dil tarixi etibarı ilə tədqiqə layiq fikirlərə havidir.
§8. Türk ədəbiyyatı ilə məşğul olan ingilis müəllimlərindən Mister Gibbin Osmanlı şerinin tarixinə aid əsərində Bürhanəddin, Nəsimi, Füzuli haqqında izahat vardır. Fəqət Gibb şərqi oğuz ləhcəsinin, keçdigi səhifələrə və doğurduğu ədəbiyyatının ümumi təkamülünə lüzumi qədər aşina olmadığından əsərinin bizə təmas edən parçaları təzkirə məlumatı mahiyyətindədir. Füzulinin qəzəllərindən bir neçəsi, “Leyli və Məcnun”undan bir parçasını, Bürhanəddin və Nəsiminin mənzumələrindən bir neçəsini mənzum olaraq ingiliscəyə tərcümə eyləmişdir.
§9. Müvərrix Hammer də ədəbiyyatımızın bəzi dövrlərinə aid qısa və bəsit olmaqla bərabər bir çox mənzum mətnləri də almancaya tərcümə etmişdir.
§10. İngilis müvərrixlərindən Mister Riyo tərtib etdigi kataloqunda Xətainin məsnəvisindən Füzulinin “Leyli və Məcnun”undan və Məsihinin “Vərqa və Gülşa”sından beş-on sətirlik qısaca bəhs edər.
§11. Məşhur macar müstəşriqi Vamberi nəşr etdigi küçük bir əsərində bizim Şərqi Oğuz ləhcəsinə təmas ediyor. Vamberi bu əsərində Sultan Məcid Qənizadənin “Axşam səbri xeyir olar” pyesinin bir parçasını nəşr etdirmişdir. (Leid, 1901). Bu tədqiq yalnız filolojiyi əlaqədar edər.
§12. Fətəli bin Kəlbəli Qacarın Xorasan civarında Əliayan oğuzların Salur, Təkə və Sarık kibi qəbilələrinin ləhcələrini tədqiqən vücudə gətirdigi “Behcət-ül lüğat” haqqında macar müstəşriqlərindən Tyuri Yutefin (Thüry Lqrseftöt) macarca küçük bir risaləsi vardır (Budapest-1903) Bu da lisani bir qiymətə malikdir.
TÜRKİYƏDƏ YAPILAN TƏDQİQLƏR
1. Türkiyədə ədəbiyyata aid vaqe olan əski nəşriyyatda bizim ləhcəmiz ədəbiyyatına təmas edən qism haman-haman Füzuli ətrafında vücudə gələn tədqiqlərdir. Əbülziya Tofiqin 1293-cü il tarixində yazdığı “Nümuneye-ədəbiyyate-Osmaniyyə” də Füzulidən qayət qısa bəhs edər. Kitaba Füzulinin “Şikayətnamə”si kopiyə edilmişdir.
2. Şəhabəddin Süleyman “Tarixe-ədəbiyyate-Osmaniyyə” adlı kitabında (İstanbul, Sxcaqiyan mətbəəsi,1328) Füzuliyə bir çox səhifələr ayırmışdır (səhifə 72-110). Şəhabəddin Süleyman ədəbiyyat müvərrixi olmadığından təhlilləri şairanə hissiyatın ifadəsi şəklindədir.
3. Məhəmməd Fuad Köprülüzadə ilə Şəhabəddin Süleymanın müştərək yazdıqları “Yeni Osmanlı tarixe-ədəbiyyatı” (İstanbul, şirkəti-mürəssibə mətbəəsi – 1334) adlı əsərlərində Qazi Bürhanəddin (səhifə 169-173), Füzuli (səhifə 263-275) haqqındakı izahat romantik bir qiymətə haizdir.
4. Faiq Rəşadın “Tarixe-ədəbiyyate-Osmaniyyə”sindəki Nəsimi (səhifə 114-119) ilə Füzuli haqqında (səhifə 346-369) məlumat verərək şeirlərindən nümunələr alıyor. Məlumatı təzkirə mahiyyətindədir.
“Kitabi-Dədəm Qorqud əla-lisan taifey-i oğuzan” nüsxəsinin fotoqrafı alınaraq İstanbulda Kilisli Müəllim Rifətin müsəhhəhligi ilə basılmışdır (İstanbul, mətbəəyi-Amirə 1332). Müəllim Rifətin istinsax əsnasında oxuyamadığı bir çox kəlmə və ifadələrin yanında yapdığı təshihlərin bir çoxu yanlışdır. Çünki Qorqud kitabının dili bizim şərqi oğuz ləhcəsi olduğundan xalqımızın indi belə qollanmaqda olduğu bir çox kəlmə və ifadələri Müəllim Rifət ləhcəmizi bilmədigi üçün bunları yanlış olmadığı halda Osmanlı ləhcəsinə görə təshih etmişdir. Bu isə elmə doğru bir hərəkət sayılamaz.
5. Qorqudun kitabı haqqında müdəqqiq müəllim M.Cövdətin 1334-cü il nəşr etdigi (Yeni məcmuənin fövqəladə nüsxəsi, səhifə 1338-ci ildə çıxmış bir tədqiqnaməsi olduğu kibi, 1338-ci ildə çıxmış olan “Dərgah” məcmuəsində yenə bu mövzuya aid ikinci bir məqaləsi var. M.Cövdət bu məqalələrində Qorqud kitabının “Oğuznamə” ilə olan münasibəti və Qorqudun şəxsiyyətini tədqiq ediyor; verdigi məlumat, mövzunun yalnız bəzi cəhətlərini aydınlaşdırıyor.
6. İstanbul Darülfünunda türk lisaniyyatı professoru Nəcib Asim “Misirdə yazılmış bir türkcə kitab” sərlövhəsini daşıyan bir məqaləsində dərəbəglik dövrü şairlərindən Zəririn əsərləri haqqında küçük ölçüdə məlumat veriyor. (Darülfünunun ədəbiyyat fakültəsi məcmuəsi, sayı I, İstanbul, 1334). Müəllif Zəririn əsərlərinin şərqi oğuzlara aid olduğunu bəzi lüğətlərdən çıxarıyor. Bu məqalə lisaniyyat nöqteyi nəzərindən yapılmış bir tədqiqdir.
7. Ədəbiyyatımızın tarixini çox əlaqədar edən yeganə mənbə akademik Köprülüzadə Məhəmməd Fuadın nəşriyyatıdır. Köprülüzadə ilk elmi əsəri olan “Türk ədəbiyyatında ilk mütəsəvviflər” (İstanbul,1918) adındakı kitabında məhdud sətirlə bizim ləhcəmizin yayıldığı sahədən Dövlətşah Səmərqəndi təzkirəsinə istinadən şair-mütəsəvvif Həsənoğludan bəhs etmişdir (səhifə 200-201 mətn və haşiyə).
Bundan sonra Köprülüzadə “Azəri ədəbiyyatı tarixi” adı altında altı məqalə nəşr etdi (İstanbul, “Türk dünyası” qəzetəsi, 1919). Bu məqalələrdə məmləkətimizin coğrafiyası, xalqımızın qövmi-mahiyyəti və ləhcəsi haqqında qısa məlumat veriliyor. Ədəbi şəxsiyyətlərdən Həsənoğlu və Qazi Bürhanəddindən müxtəsər bir surətdə bəhs ediliyor.
Bu məqalələrin Həsənoğlu və Bürhanəddin qismlər ufaq bir dəgişikliklə “Dərgah” məcmuəsində təkrar basıldı (“Dərgah, İstanbul, 1337, səhifə 8, 1338, səhifə 180)
Köprülüzadənin “İqdam” qəzetəsində (İstanbul, 1338) Həbibiyə aid iki məqaləsi var. Sonradan bu məqalələr böyüdülərək Həsənoğlu haqqındakı məqaləsi ilə bərabər təkrar nəşr olunmuşdur (Ədəbiyyat fakültəsi məcmuəsi, nisan 1925).
1924-cü ildə Şərq kitabxanası tərəfindən basılan Füzuli divanında professorun bir müqəddiməsi var. Burada dil və ədəbiyyatımızın Füzuliyə qədər olan təkamülünə və Füzulinin xüsusi və ədəbi həyatından qısaca bəhs ediliyor.
Köprülüzadə bütün bu yazılarını Nami adlı bir şair haqqındakı tədqiqi ilə bərabər “Azəri ədəbiyyatına aid tədqiqlər” sərlövhəsi altında “Azərnəşr”in ehtimami ilə təb” etdirdi (Bakı, 1926).
1918-ci ildən 1926-cı ilə qədər professorun ədəbiyyatımız haqqında yapdığı tədqiqlər yalnız 56 küçük səhifə tutuyor.
Türkoloji cəbhəsində cahanşümul bir şöhrəti olan Köprülüzadənin tərkibi mahiyyətdə olan bu əsəri çox qiymətlidir.
8. Müəllifi Qafqaslı olmaqla bərabər İstanbulda yazıldığı üçün, qüdrətli hekayəçilərimizdən Yusif Vəzirovun “Azərbaycan ədəbiyyatına bir nəzər” adlı risaləsini Türkiyədə yapılan tədqiqlər arasında yad etmək lazım gəldi.
Vəzirov əsərini İstanbulda ikən Köprülüzadənin “Türk dünyası”ndakı yazılarının nəşrindən sonra yazdı (1337). Əsər üç hissəyə bölünmüşdür:
Birinci hissə: müqəddimə, şifahi və yazılı ədəbiyyatımız şifahi ədəbiyyatımız ilə Nəsimi, Xətai, Füzuli, Vaqif, Mirzə Fətəli Axundov, Zakir, Şirvanlı Seyid Əzim,Sabir, yeni dövr.
İkinci hissə: “Osmanlıda (?) yetişmiş azərbaycanlı müəlliflər”.
Üçüncü hissə: “Rusiyada yetişmiş azərbaycanlı müəlliflər”.
Risalənin sonuna “Osmanlı oxucuları üçün müxtəsər lüğət” əlavə etmişdir. “Bir neçə söz” sərlövhəli birinci müqəddimə siyasi bir mahiyyətdədir. İkinci müqəddimə tarixi və biblioqrafik bir çöhrə göstərir. Bundakı qərib mühakimələri ayrı-ayrı şərh edəcək degiliz; yalnız bəzi ana xətlər üzərində durmaq məcburiyyətindəyiz. Müqəddimənin bir yerində belə bir cümlə var: “İndi bizim ilə bərabər ədəbiyyatımızın mühiblərini maraqlandıran bir məsələ var. Əcaba, əsl azəri ədəbiyyatının başlanğıcını kimdən və hankı zamandan saymalı?” (səh.6). Müəllif bu sualına “Şifahi və yazılı ədəbiyyatımız”ın sonunda cavab veriyor: “Zənnimizcə Azərbaycan ədəbiyyatının başlanğıcını əhəmiyyətsiz məlumatlara istinadən təyin etmək olmaz. Bizcə yazılı ədəbiyyatın başlanması yazılı əsərlərin meydana gəlməsində degil, ədəbiyyatı qüvvətli bir sima, iqtidarlı bir qələm başlaya bilər. Bunun üçün madam ki, əldə etdigimiz məlumat lazımı dərəcə ədəbi tariximizin əvvəllərini təsvir edə bilmir, yazılı ədəbiyyatımızın banisi olaraq ancaq Nəsimini göstərə bilərik” (səhifə 11).
“Şifahi ədəbiyyatımız” haqqında beş səhifəlik ibtidai məlumatdan sonra müəllif yazılı ədəbiyyatımızı Nəsimidən yəni hicri VIII əsrdən başlayır; bu surətlə oğuz ləhcəsinin vücudə gəlməsindən hicri VIII əsrə qədər keçən çox böyük zaman içində vücudə gələn ədəbi məhsulatı yox ədd ediyor. Görülüyor ki, əsər tamamilə keyfi bir hərəkətin səmərəsidir.
Bu günkü türkoloji sistemlərin bizə göstərdiginə görə ədəbiyyat tarixi bir mühərririn malı degildir ki, onu istədigi kibi alıb-satsın. Elm bir xalqın ədəbiyyatı tarixini, arzu etdigi zamandan və ya şəxsdən başlamaq səlahiyyətini hənuz heç bir müəllifə verməmişdir; ictimai bəniyyənin təşkili ilə ədəbiyyat da doğmuş deməkdir.
Vəzirov Nəsimi ilə Xətai, Füzuli ilə Vaqif arasındakı əsrlərin ədəbi simasını təyin için də nəfəs tükətmək istəməyərək bir “heyfa ki” ilə “idareyi-məsləhət” üsulunu təqib ediyor. Bulundigi hissələrdən belə əhl-mütəxəssis tərəfindən yazılmış bir əsər olmadığı açıqca anlaşılan “Azərbaycan ədəbiyyatına bir nəzər” zehni şaşıracaq yalan-yanlış bir taqım ibtidai məlumat külçəsidir.
Professor Nəcib Asimin dərəbəgilk dövrü şairlərindən Hamidi haqqında yazdığı “Məchul bir şair: Molla Hamidi” sərlövhəli məqaləsi (“İqdam” qəzetəsi, 1921) “Qaraman” tarixində verilən məlumatdan xülasə”dir (Bu tarixin verdigi məlumat kitabımızın gələcək bəhslərindəndir).
1922-ci ildə İstanbulda yenə dərəbəglik dövrü şairlərimizdən – Bürhanəddinin bir qism mənzumələri “Divani-Qazi Bürhanəddin” ünvanı altında basılmışdır. Bu kitab İngiltərə müştəriqlər Cəmiyyəti üzvlərindən professor Zuvian tərəfindən “Bürhanəddin” Britiş muzeyindəki yeganə yazma divanından kopiyə edilmiş parçalardan ibarətdir ki, İstanbulda Amerikan Dil Məktəbi müdiri Fredfild Qursel tərəfindən nəşr olunmuşdur. “Mətbu” nüsxə üç qismdir:
a) “Əl-qəzəliyyat”də səkkiz dənə (tamam və yarım olaraq) qəzəl,
b) “Əl-rübaiyyat” qismində igirmi dənə rübai,
c) “Əl-tuyuğat”də yüz on səkkiz dənə tuyuq vardır.
Yapraqların bir tərəfində mətn, köhnə imlası ilə o biri tərəfində indiki imla ilə basılmışdır. Bu əsərdə Bürhanəddinin həyat və sənəti cənab Şəhabəddin tərəfindən doqquz səhifəlik bir müqəddimə də təhlil edilmişdir ki, bir çox yanlışlıqla doludur. Mətnin dəyərli yerləri lüzumi qədər oxunmamışdır.
İstanbul orta məktəb müəllimlərindən Rafət Evəni adında bir zat “Azərbaycan şairləri” sərlövhəsi ilə iki məqalə nəşr etdi (“Türk yurdu” məcmuəsi, 1341, eylül və tişrini əvvəl nüsxələr). Başlıca Berjenin əsəri ilə “Riyazül-aşiqin”, “Təzkireyi-Nəvvab”dən istifadə etmişdir. Metod bilmədigi və məlumatı olmadığı halda bir ədəbiyyat tarixi yazmaq qəbul olacağını zənn edəcək dərəcədə zavallı olan bu müəllim Xorasandan Bayburda qədər geniş bir ərazi tutan ləhcəmizi və dolayısı ilə ədəbiyyatımızı çox kiçildərək “Qarabağ, Şirvan, Şəki” olmaq üzrə üç yerə ayırıb. Məqalələrdə Vidadi, Vaqif, Ağabəgim ağadan qayət ibtidai bir surətdə bəhs ediliyor. Uzaqlarda oturub də bir qaç kitab oxumaqla bir millətin ədəbiyyatı tarixi yazılmıyacağı fikrini bu hərəkət də bütün gülünclüyü ilə göstəriyor.
Türkiyənin məşhur naşirlərindən Süleyman Nazif: əvvəlcə “Pəyam-sabah” qəzetəsi ilə “Sərvət-fünun” məcmuəsində nəşr etdigi Füzulinin həyat və əsəri haqqında bəzi məlumat və tədqiqatını “Füzuli” sərlövhəsi altında ayrıca bir kitab halında basdırdı (İstanbul, yeni mətbəə, 1926). Füzulinin məzhəbinə aid Türkiyədə yapılan münaqişənin bir qütbü olan Süleyman Nazifin bu kitabı eyni zamanda bir cavabnamə mahiyyətindədir.
İstanbul “Məktəbi-bəhriyyə” müəllimlərindən İbrahim Eşqinin Füzuliyə aid kiçik risaləsi 1338-ci ildə İstanbulda Füzulinin “şiə-sünni”liyi haqqında açılan münaqişə əsnasında yazılmış və Füzulidə məzhəb qeydi aramaqlığın mənasız olduğunu iddia edər.
İstanbul Darülfünununda təhsil edərkən son əsrin 1925-ci il tarixinə qədər bütün fikri və ədəbi cərəyanlarını mühitin müsaidəsi nisbətində – iqtisadi, ictimai nöqteyi-nəzərdən təhlil edərək 400 səhifəlik böyükcə bir cild halında verdigimiz “Lisaniyyə-tezi”ni də yapılan tədqiqlər arasında göstərə biliriz (İstanbul Darülfünunu, ədəbiyyat fakültəsi rəyasəti nəzdindəki yazmalar arasında məhfuzdur). O vaxta qədər ədəbiyyatımızın bu dövrünə aid Türkiyədə başqa bir tədqiq nəşr edilməmişdir.
Yenə son cərəyanları haqqında İstanbulda nəşr olunmuş iki tətəbbönaməmiz var (“Türk yurdu” məcmuəsi, on beşinci35 sənə, numero 15-16). Bunlar bir tədqiq silsiləsinin müqəddiməsidir. Sonrakı qismlərin – kommunistlik töhmətilə məcmuədə basılmasına izn verilmədiyi için yarımçıq qaldı.
“Sərvət-fünun” məcmuəsində ədəbiyyatımızın son cərəyanlarına aid iki məqaləmiz daha var: biri Fətəli Axundov dövründən Bakı türkoloji qurultayına qədər davam edən fikri cərəyanları xülasə edər (“Qafqas türklərində fikri cərəyanlar”, “Sərvət-fünun” 23 eylül 1926). İkinci məqalə “1905 inqilabının ədəbiyyatımıza yapdığı əkslərə aiddir (“Misralarında bombalar daşıyan bir şer” – “Sərvət-fünun, 16 Kanuni-əvvəl; 1926). Ankarada çıxan “Həyat” (1927, numero 16) məcmuəsindəki Füzulinin bu vaxta qədər məchul olan “Söhbətül-əsmar” adındakı əsərinə aid məqaləmiz də bu cinsdən küçük bir tədqiqdir.
Köçərlinin təsirinə qapılaraq Vəzirov** də Fazil Mirzə Şəfinin şeirlərinin məcmuəsi alman dilinə tərcümə olunaraq ədib Botenştedt ehtimami ilə basılmışdır”. –diyor. Salman Mümtaz da eyni yanlışlığı daha müğəlləq bir şəklə salmışdır. (Azərbaycan ədəbiyyatı, Mirzə Şəfi Vazeh, müqəddimə)
* Alman
** Y.V.Çəmənzəminli nəzərdə tutulur (B.Ə.)
Ücretsiz ön izlemeyi tamamladınız.