Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Sis və gecə», sayfa 2

Yazı tipi:

kün deyil, Minəni niyə qaçırsınlar ki” – dedi. Anlaşılan budur ki, qız heç nə bilmir.

– Fəxrini soruşdunuz?

–Soruşduq. “Yaxşı oğlandır” – dedi. Fəxridən Minəyə zərər gəl-məyəcəyinə əmindir.

– Oğlanın öldüyünü bilmir, biz də demədik.

– Nə vaxt qayıdır Türkiyəyə?

– Yaxında qayıtmalıdır. Semestr tətili sona çatır.

– Üz-üzə görüşməliyik, – deyirəm.

– Gələn kimi əlaqəyə keçərik, şef, – deyir.

Mustafa bir anlıq susur, sonra mənə sarı dönərək soruşur:

– Bu itən qız sizin əlaltınız idi, şef?

Yəqin ki, bu uzun zamandır onun beynini məşğul edir. Bəlkə də

hirslənməliyəm, amma cəsarəti xoşuma gəlir.

– Elə bilirlər.

– Elə deyildi?

– Eyni binada yaşayırdıq. Anası, bizim xanımın rəfiqəsi idi. Bir gün məktəbdə xüsusi əməliyyat olmuşdu, bütün şagirdləri top-lamışdılar. Anası kömək etməyimi istədi, mən də gedib onu polisin əlindən aldım.

– Yəni qızın hadisə ilə əlaqəsi yox idi?

–Vardı, solçulara simpatiya duyurdu. Gözəl xasiyyəti var idi əslində.Haqsızlıqları, axsayan şeyləri görəndə reaksiya verirdi.

Bilirsən, belə gənclər terrorçu qruplar üçün yaxşı vasitəyə çevrilə bilər. Ona gerçəkləri izah etdim. Dost olduq. Bu vaxt məktəbdə nə baş verirdi, onlardan da danışırdıq təbii ki…

– Fəxri deyilən hərif də onu əlaltınız zənn etdi.

– Qızı onların qaçırdığını düşünürsən?

– Başqa kim ola bilər ki?

…Bəli, başqa kim ola bilər ki?

25

– Sizi cəzalandırmaq istədilər hərhalda, – Mustafa deyir.-İlk dəfə

saxlanılanda Fəxrini niyə buraxdılar ki?

– Edəcək heç nə yox idi, – deyirəm, – Sorğuda mən də vardım.

Fəxri Minə itməzdən üç gün əvvəl Antaliyaya gedib. Bütün həftə ailəsinin yanında qalıb. Şahidlər var, atası da polkovnikmiş, keçən il ölüb.

– Polkovnik idisə, şef, polkovnik əvvəl oğlunu tərbiyə etməli idi. O şərəfsizin sizə atəş açdığı silah belə ordu malıdır.

– Ciddisən? – deyə dönüb soruşuram.

–Bəli,-deyir Mustafa-Atasının zabit vaxtından qalma “Kırıkkale” tapançası.

Ağlım qarışdı. Təşkilat suiqəsddə öz silahlarından yox, təqaüdçü bir polkovnikin “Kırıkkale” tapançasından istifadə

edir! Qəribədir!

– Bəs o birinin istifadə etdiyi silah?

– Sizə atəş açdıqları silahı hələ tapa bilməmişik. Amma güllələri araşdıran ekspertlər əsgərlərin istifadə etdiyi “Kolt” markalı tapança olduğunu deyirlər.

Simitçi gözlərimin önünə gəlir. Əlində ağır bir silah, bəlkə də elə “Kolt” idi, tapançanı iki əli ilə tuturdu. Silah titrə-yəndə, müvazinəti pozulmasın deyə ayaqlarını açaraq taraz-lığını saxlayıb elə atəş açırdı.

– Yəni o da polkovnikin silahıdır? – deyə soruşuram.

– Ola bilər, İsmət bəy araşdırır.

Demək, İsmət bəy araşdırır. Əmim Minə ilə olan münasibətimi sezib deyəsən. Hadisəyə əl qoyub. Bəlkə bu oğlanı da alıb yanına. Yox, canım, o, həmişə tək çalışır. Nə də olsa bir ailədənik.

Ətlə dırnağı ayırmaq mümkün deyil.

– İsmət bəy bunları sizə niyə danışmayıb ki?-Mustafa da şüb-hələnməyə başlayıb. Yoxsa bu uşaq göründüyündən də ağıl-lıdır?

26

– Yaxşılaşmağımı gözləyir, yəqin.

Cavabımı dinləyəndən sonra gözucu məni süzür.

– Bu işi bizmi görəcəyik, şef?

– Sənin qulağına nəsə çatıb? -deyə soruşuram. Səs tonum sərt deyil, amma güclüdür.

– Tam olaraq bilmirəm, amma işə siyasi polisin sahib çıxacağını eşitdim.

İş yaxşıca budaqlanıb-şaxələnməmiş gərək əmiylə danışım bunu. Qoy görək, tələsməyək, əvvəl nələr baş verdiyini öyrənmək lazımdır.

– Bu səlahiyyət məsələsidir, demək – gülümsünürəm. Rahatlığım Mustafanın şübhələrini yüngülləşdirir. Amma üzündə bir narahatlıq var. Panqaltıdan Qurtuluşa girərkən anlayıram səbəbini.

– Şef, – sanki yalvaran bir səslə deyir. – Evə qayıdanda mənimlə

geri qayıtdığınızı deyin heç olmasa.

– Yaxşı, sən narahat olma.

Avtomobilimiz Qurtuluş prospektinin tıxacında bir müddət güc-bəla ilə irəlilədikdən sonra sağa dönən küçəyə yö-nəlir. Küçədən xeyli aşağıya, Feriköy qəbiristanlığına qədər eni-rik. Qəbiristanlığa paralel uzanan tənha küçəyə gəlib çatanda:

– Mən burda enəcəyəm, – deyirəm, – Ev bir az qabaqdadır onsuz da.

– İstəsəniz gözləyim sizi, – son bir ümidlə deyir, – Hava çox pisdir, ola bilər ki, maşın tapmayasınız.

Tək qalmağa ehtiyacım var, o yanımda ikən yaxşı düşünə bilmirəm.

– Sağ ol Mustafa, mən başımın çarəsinə baxaram.

Narahatlığı artır.

– Nə vaxt qayıdarsınız?

27

– Bir neçə saat sonra evdəyəm. Fəxri ilə təşkilat yoldaşlarının şəxsi işlərini unutma.Bir tərslik olsa “mənə zəng elə”-avtomobildən enərkən deyirəm.

– Olar, zəng edərəm, – deyir Mustafa. – Nə olar, özünüzə diqqət yetirin.

Bu diləyində səmimidir, çünki mənə bir şey olsa öz başının da ağrıyacağını çox yaxşı bilir.

– Narahat olma, Mustafa, acı badımcanı qarğalar yeməz, – deyirəm. -Xoş gəldin!

– Görüşərik, şef, – mən qapını bağlayanda sağollaşır.

28

Dördüncü fəsil

Qar dənələriylə qarışıq güclü bir külək sürüməyə çalışır məni. Yüngülcə ağaran yerlərdə ayaq izlərim qalır. Tənha küçə

qarın altında olduğundan daha da yalqız görünür. Titrəyirəm.

Möhkəm-möhkəm paltoma bürünürəm.Yəqin başım gicəllənir.

Önümdəki paslı elektrik dirəyinə söykənib bir az da olsa nəfəsimi dərmək istəyirəm. Üşüməm artır; istirahət fikrimi dəyişirəm, bir neçə metrdən sonra onsuz da Minənin evinin olduğu dar dalanın başlanğıcında olacağam. Özümü yenidən küləyə təslim edirəm. Dar dalanın girəcəyinə gəlib çatmışam artıq, baş dön-məmi və əsməmi unutduran o görünüşlə qarşılaşıram; Minənin yaşadığı mənzilin qarşısında bir qız arxası mənə sarı, qapının açılmasını gözləyir.Əynində Minənin mavi gödəkçəsi var. Mustafa haqlı idi, bura heç gəlməməliydim. Yaxşı deyiləm. İşə bax, günün günorta çağı qarabasmalarım tutub. Amma qəribədir, Minənin qarabasması itmir. Ona doğru gedirəm. Başında qara bir şlyapa var, üstəlik Minənin belə bir şlyapasının olub olmadığını da xatırlamıram. Bunun nə əhəmiyyəti var, artıq əməlli başlı korşalan yaddaşım ona ancaq bu cür şlyapanı yaraşdıra bilərdi. Amma həmişə ona "Sənə qara çox yaraşır" demirdim mi?Aramızda on-on beş addım ya olar, ya olmaz…

Günlərdir narahatlıq içində qıvrıla -qıvrıla həsrətini çəkdiyim gənc qızın, bu dar dalanda rast gəldiyim xəyalına incitməkdən qorxarcasına yaxınlaşıram. Boynu içəri doğru çəkir, ayaqlarını yavaş – yavaş tərpədir. Üşüyür deyəsən.

Çox üşüyürdü Minə, onunla keçirdiyim gecələrdə meh-riban bir pişik kimi qoynuma qısılardı. Yaxınlaşanda baxıram ki, əlində qara bir paket var, sanki bazarlıqdan qayıdır. Paketi tutan əlcəksiz əlini görürəm, soyuqdan qıpqırmızı olub. Necə

29

də gerçəkmiş kimi görünür! Çiyininə yüngülcə toxunsam, hər zamanki kimi dönüb xəfifcə gülümsəyərmi mənə görəsən? İnsan bu qədər detallı xəyal görə bilərmi? Niyə də yox? CENTO

kursları üçün İngiltərəyə gedəndə, ictimai psixologiya mövzusunda mühazirə verən qadın professor beynin gizli güclərindən danışmışdı bizə.

Deyəsən, nəzərdə tutduğu belə bir duyğu idi. Xoş bir yanılmadır bu. Xəyalımla aramızda bir neçə metrlik bir məsafə

qalmışkən, qulaqlarıma metal səsi gəlir. Bu, qapını açan mexa-nizmin çıxardığı səsdir. Daha əvvəllər kim bilir neçə dəfə zəngi basıb, səbirsizliklə bu səsin qapını açmasını gözləmişdim. Gənc qız açılan dəmir qapını əliylə itələyərək içəriyə süzülür. Qapı bağlanmadan mən də gedib çatmalıyam. Sürətlənirəm, qəfil ayağım sürüşür, güclə özümü saxlayıram. Qapı bağlanacaq bir neçə saniyəyə, özümü bir təhər çatdırıb tuturam soyuq dəmirdən. Nəsə naməlum bir ürpərti hiss edirəm, amma bu qarabas-manı itirməməliyəm; mən də içəri girirəm. Gənc qız binanın işığını yandırıb yuxarı çıxır. Qəribədir, axı qarabasmaların işıq nəyinə lazımdır?! Bəlkə, bu həqiqətən də elə Minədir? Ümidlə

təkrarlayıram öz-özümə, ola bilər? Bəlkə yenə o dəliliklərindən birini etmək istəyib, heç kimin tanımadığı bir yoldaşının yanına gedib. Belə bir məsuliyyətsizlik edərmi?

“Kaş ki, belə olaydı” – deyə düşünərək, mən də pilləkənləri çıxmağa başlayıram. Bir az sürətlənsəm, onu tutacağam.

Səbəbini bilmədiyim bir ürkəklik mane olur mənə. Yenə də aramızdakı məsafə gedərək qısalır. Gənc qız üçüncü mərtəbədə, ev sahibi Madamın mənzilinin qarşısında dayanır, qapını döyür.

Niyə yuxarı, öz evinə çıxmadı, bu evin qapısında dayandı. Ge-cikdirdiyi kirayəni ödəyəcək, ya da hər zamankı kimi onlar üçün də nəsə alıb marketdən. Minənın, üzünü hələ görə bilmirəm. O da dönüb mənə baxmır, halbuki ayaq səslərimi eşit-30

məməyi qeyri-mümkündür. Ona xeyli yaxınlaşıram, amma qəribədir ki, aramızdakı məsafə qısaldıqca sanki bir az əvvəlki hə-yəcanım itir. İçimdən getdikcə güclənən bir səs “Bu qız Minə

ola bilməz” – deyir. Artıq arxasında dayanmışam, əlimlə yavaşca gödəkçəsinə toxunub, "Minə" deyə səslənirəm. Dönüb mənə

baxır, bir an Minənin üzünü görən kimi oluram, amma sonra Madamın əqli qüsurlu qızı Mariyanın boşluqda yellənən baxışlarıyla qarşılaşıram.

– Demək Minə zənn etdiyim sən idin, – deyirəm.

Qız ciddi-ciddi üzümə baxır, sonra əlini dodaqlarına apararaq:

–Şşt yatır, – deyir.

– Kim yatır? – deyə soruşuram.

Dodaqlarına apardığı əliylə aşağını göstərir, baxıram, bir şey görə bilmirəm. Gülümsəyir, əlindəki paketi açaraq içindən bez bir körpə kuklası çıxarır.

– Bax, Florisdir, – deyərək mənə uzadır. Mən nə edəcəyimi bilmədən kuklanı alanda evin qapısı açılır, əlil arabasında Madam Eleninin narahat üzü görünür. Qadın məni görəndə bir balaca rahatlayır.

– Ah Sədat bəy, siz idiniz? Mən də kimdir Mariya ilə danışan deyə narahat oldum.

Hər zamanki kimi ağ saçlarını arxada topalamışdı. Qırışlarla dolu üzündə dərin bir mətanət oxunur, ancaq gözlərində na-rahatlıqla dolu bir parıltı var. Aydındır ki, son günlərdə baş verənlər onu əməlli başlı çaşdırıb.

– Salam, necəsiniz, Madam?

– Təşəkkür edirəm, çoxdandır görünmürsünüz.

Uzun müddət gəlməməyim diqqətini çəkib, qəzetlərdəki suiqəsd xəbərində adım keçmədiyi üçün nələr olduğunu da bilmir… Yaxşı ki, bilmir.

31

– İşlərim vardı, – deyirəm. – Bir istinaq üçün İstanbuldan kənara çıxmışdım.

– Minə üçünmü?

– Demək olar ki, hə…

Madamın marağı get gedə artır.

– İçəri buyurun, zəhmət deyilsə? -deyib qapını göstərir.

Qısa bir tərəddüddən sonra təklifi qəbul edirəm, bəlkə yeni nə-sə öyrənə bilərəm. Mariya qapının ağzında durub hələ də.

Əlimdəki kuklanı ona uzadıram. Səssizcə götürür.

– Gəlsənə, quzum, – deyir Madam Eleni. Səsi şəfqət doludur.

Mariya anasının sözündən sonra içəri girir. Madam xaç çevir-dikdən sonra pıçıldıyır:

– Tanrı kömək eləsin, bunun da tez – tez ağlı başından çıxır.

Mariyaya baxıram, qalın kirpiklərinin altındakı iki iri zeytun dənəsi kimi quru gözləri mənasız bir şəkildə işıldayır. Diqqətlə

baxanda, onun Minədən daha uzun, daha boylu-buxunlu olduğunu görürəm. Niyə onu Minəyə bənzədirəm? Xəstəliyin təsirindən bu detalları qaçırmışam deyəsən. Yaxşı, bəs əynindəki gödəkçə? O Minəninki deyil? Dar dəhlizdən keçəndə soruşuram:

– Qızınızı Minəyə bənzətdim, – deyirəm, – Arxadan gördüm, gö-dəkçəni.

Ağrıyla gülümsəyir qadın,

– İki ay əvvəl idi, Maryia iki ayağını bir başmağa dirədi ki, bəs mütləq Minənin gödəkçəsindən istəyirəm. “Minə gənc qızdır, eyni gödəkçədən almağınız yaxşı olmaz” – deyərək başını qat-dım. Amma bir gün onun yanında “Mən sənin gödəkçəndən istəyirəm”-dedi. Qorxduğum kimi olmadı.Minə də “gedib alaq” – dedi. Bilirsiniz, çox istiqanlı idi. Çox yaxşı qız idi, çox....

Madamı dinləyə – dinləyə sol tərəfdə qapısı açıq bir otağa gözüm sataşır; kənarları qar kimi ağappaq mələfələri olan geniş

32

bir yataq ilə tam qarşımdakı divarda qara lövhənin üstündə

qırmızı və yaşıl rənglərlə bəzənmiş bir ikona var otaqda.

Salona keçəndə dəhliz birdən birə genişlənir. Burada gu-rultuyla yanan dəmirdən bir soba var. Sobanın üstündəki çay-danda qaynayan cökənin qoxusu bütün evi bürüyüb …

–Bu il qış şiddətli oldu, – Madam deyir.

– Bəli, – deyə cavab verirəm, – Yenə qar yağır.

–Tanrı kasıb-kusubun köməyi olsun, – deyir, – Kömür də od qiy-mətinədir.

Salona girəndə, hər zamankı kimi muzey duyğusuna qapılıram. Sanki bu daş evdə zaman dayanmışdı, içindəki insanlar da uzun illər əvvəlki həyat tərzi ilə yaşayırdılar. Yoxsa, köhnə əşyaları qorumaq, dəyişikliyə getməmək azlıqlara məxsus bir müdafiə üslubudur? Yox canım, yalnız azlıqlara məxsus bir mövqe deyil bu. Yaşlı insanlar ümumiyyətlə belə davranırlar. Və hər əşyanın bir xatirəsi olur adətən. Atmağa qıymaz-lar. Gözlərim divarlarda, taxtaları çürümüş çərçivələr içində, artıq xeyli saralmış şəkillərə zillənir. Zərli metal çərçivəsi olan bir şəkildə lopa bığlı bir adam ilə Madamın gəncliyi yan-yana dayanıb. O, Madamın iki il əvvəl ölən əri Müsyö Koço idi; orta boylu, yaraşıqlı bir kişi. Pəncərənin qarşısında tarixi ötən əsrin əvvəllərinə aid qoz ağacından düzəldilən dolabdaki kristal qə-dəhlər köhnə ziyafətlərin bulanıq parıltısını əks etdirməyi hələ

də inadla davam etdirirlər. Dolabın yanındakı divarda gümüş

çərçivəli böyük bir ayna, artıq bir çox kimsənin baş çəkmədiyi bu evdə, tilsimli görünüşünə yeni similar əlavə etmək üçün ümidlə yeni qonaqların gəlməyini gözləyir. Salonda günümüzü xatırladan tək cihaz sol küncdəki kiçik televizordur. Televizorun arxasındakı divarda, tavana yaxın bir yerdə maral başı asılıb. Bu, rəhmətlik Koçonun mahir bir ovçu olduğunun nişa-nəsidir. Madam bu maral başının hekayəsini eyni sözlərlə də

33

izah etmişdi. Koço Qumqapıda meyxanəçilik edirmiş, amma müsyönün bir marağı da ovçuluqmuş.

Dovşandan kəkliyə kimi yüzlərlə heyvan vurmuşdu, amma ən çox öyündüyü, Toroslara kimi gedib bu maralın başıyla döndüyü ov imiş.

–Bu tərəfə buyurun, – deyə Madam Eleni televizorun qarşısındakı kreslonu göstərir.

Oturanda Mariyaya gözüm sataşır. Paketi Masaya qoyub əlindəki kuklasıyla salonun xəlvət bir küncünə çəkilib.

Kuklaya nəsə izah edir, pıçıltısı bizə kimi gəlib çatır.

–Belə öz-özünə oynayır axşama kimi. Əslində küçəyə göndər-məyə qorxuram. Köməkçi qadın iyirmi gündür yoxdur, qızı uşaq doğub, kənddədir. İki aylıq yeməyi alıb aşağıdakı böyük soyuducuya yerləşdirdik. Yenə də çörək filan lazım olur arada.

Məcbur qalıb dükana göndərirəm onu.

Yaşlı qadının üzündən çarəsizlik oxunur.

– Evi tapa bilməyəcəyindən qorxursunuz?

– Nə bilim ey. Unutqanlığı var. Dükana göndərirəm adicə, nə

edəcəyini yazmasam dükanda durub-durub geri qayıdır. Əşyalarını hara qoyduğunu xatırlamır.

– Hər zaman belə unutqan mı?

–Ümumiyyətlə belədir. Amma bəzən də hər şeyi xatırlayır. Nəyi hara qoyubsa, əliylə tapıb çıxarır.

– Həkimlər nə deyir?

–Tanrının etdiyinə nə deyilə bilər? Doğulandan bəri belədir uşaq.

Qarşılıqlı susuruq. Madam fikrə dalır. Bəlkə də, özü öldükdən sonra qızının təkbaşına necə yaşayacağını düşünür. Böyük qardaşı yanına aparar bəlkə. Böyük oğlu illər əvvəl Sela-nikə köçüb. Koço ilə Madam isə getməyiblər. Atası öləndən sonra oğlu "Ana, yanımıza gəl" deyə çox israr etmişdi. Madam 34

isə "Koçonun məzarı burda, onu tək qoya bilmərəm" demişdi.

İşin iç üzünü bilməsəydim, “nə böyük eşqdir” deyərdim. Halbuki Müsyö Koço əlli yaşında olarkən, kimsəsi olmayan gənc bir yunan qızına aşiq olmuşdu. Qıza ev tutmuş, pullar xərclə-mişdi. Əlaqələri bir neçə il davam etmişdi, amma qız sonra bizim Koçonu atıb bir yunan dəliqanlı ilə qaçmışdı. Bu hadisədən sonra yazıq Koço xeyli içinə qapanıbmış. Meyxanəni bağlayaraq, bütün əşyaları, içkiləri aşağıya zirzəmiyə daşıyıb. O məşhur içkilərini də yalnız mühüm günlərdə qonşularına,qohum-larına hədiyyə edirdi.

Həmişə düşünürdüm; Madam bu işin fərqində idimi görəsən? Fərqindəydisə, necə tab gətirdi? Məlikə necə dözdüsə, o da elə dözür. Yox, canım, Məlikə fərqli. Niyə fərqli olsun, onun da əri başqasına aşiq olmadımı? O da eynilə Madam kimi olanları sezib özünü bilməzliyə vurmadımı? Niyə? İldırım"-

Başqa çarələri yoxdur, ona görə – deyərdi: – Əlində bir peşəsi, bir gəliri yoxdur, ayrılıb nə edəcək? "

Həqiqətən, bunu mən də düşündüm. Məlikə zəngin bir ailənin qızı olsaydı, bu vəziyyətə dözərdimi? Ərini başqa qadınla kim paylaşmaq istər? Amma həyata davam etmək üçün bu vəziyyəti qəbul etmək də qürursuzluq deyilmi? Allahım, nələr düşünürəm! Xeyr, xeyr, Məlikənin olanlara bu səbəbdən göz yumduğunu zənn etmirəm, o məni, uşaqlarını sevir, yuvasının dağılmasını istəmir. Buna görə də, bir xəstəliyə tutulduğumu düşünsəydi, bir gün bunun keçəcəyinə ümid edərək səbirlə

gözləyərdi.Madama baxıram, gözləri dizlərini örtən köhnə əd-yalın naxışına zillənib, sanki mənim varlığımı unutmuş kimi köks ötürərək susur.Bir an onun ərini və yunan qızını düşündüyünü sanıram. Susqunluq gedərək ağırlaşır, mənim üçün dözülməz bir hal alır.

– Bura daha sərinmiş, – deyirəm.

35

-Üşüdünüzmü?, – deyə, uzun bir yuxudan oyanmış kimi soruşur.

– Sağ olun, bura kifayət qədər istidir.

Üşümədiyimdən əmin olunca:

– Hələ də bir xəbər yoxdur Minədən?

– Təəssüf ki, yox, – deyirəm.

– Çox yaxşı bir qız idi, çox, – deyə, təkrarlayır.

Gözlərinin dolduğunu hiss edirəm, səsi titrəyir.

– Onun üçün çox darıxırıq. Minə mənimçün ikinci qızım kimiydi.

Qadının halı mənə də təsir edir, xəstəxanada keçirdiyim günlər sinirlərimi xeyli zəiflədib deyəsən. Bu evi tutmaq üçün Minəylə gəldiyimiz ilk günü xatırlayıram.

Minə mənim indi oturduğum kresloda oturmuşdu, mən isə bu an yanımda olan kresloda idim Madam böyük bir maraqla bizi süzürdü. Minə "Üst mərtəbəni kirayə verirsniz, eləmi?” – deyə soruşanda Madam ona qısaca "Bəli" demiş, sonra mənə dönmüşdü:

– Siz gənc xanımın nəyisiz?

– Belə bir suala hazır idim.

– Ailə dostuyam, – qəti bir ifadəylə cavab verdim. Verdiyim cavab doyurucu gəlməmişdi adama, amma kübarlığını da pozma-mışdı. Yenidən üzünü Minəyə çevirmişdi:

– Tələbəsiz?

– Bəli, İncəsənətdə oxuyuram. Rəssamlıq ixtisasında.

– Ailəniz harda qalır?

Qadının sualları məni narahat etməyə başlamışdı, amma Minə

o inanılmaz səbriylə qadınla söhbətə davam etmişdi.

–Anamla atam ayrılıblar. Atam Almaniyada işləyir. Anam yenidən evlənib. İstanbulda yaşayır. Artıq onların yanında qalmaq istəmirəm.

36

– Səbəbi soruşa bilərəmmi?

–İki kiçik uşaqları var.Ev kifayət qədər geniş deyil. Mənim rəsm işlərim üçün özümə aid bir yerə ehtiyac var.

– Yaxşı, – Madam bir ara məni də süzərək demişdi, – Başa düş-düyüm qədər bir gəliriniz yoxdur, bəs kirayə pulunu necə ödə-yəcəksiniz?

– Almaniyadan atam göndərəcək.

Madam sualların cavabını almışdı, amma razı olduğunu zənn etmirdim. Ona Aridən danışmağın tam zamanı idi. Ari zaman zaman İstanbuldakı yunan icması ilə əlaqədar məlumatlar sızdıran bir agent idi. Yunan icmasında onu tanımayan yox idi.

Çünki hər kəsin köməyinə çatırdı. Əslində bizə verdiyi məlu-matlarda öz camaatını gözə aldığını da deməliyəm. Arinin adını eşidəndə, qadının siması dəyişdi:

–Arini tanıyırsınız? Yaxın dostumdur. Bizi ondan soruşa bilərsiz.

Madam rahatlamışdı, tünd rəngli gözlərinin dərinli-yində gizlənən şübhələr itdi. Dünyanın pis olduğunu, iki gün əvvəl kimlərinsə Feridköyde yaşlı bir qadının biləklərini kəsib bilərziklərini oğurlamasından bəhs etdi. Azlıqlara xas o etibar-sızlığı sezirdim qadında. Gözlərindəki ürkəklik, gizlidən gizliyə

özünü hiss etdirən utancaqlıq hər davranışında müəyyən edirdi özünü.

Madam sonunda evini Minəyə kirayə verdi. Bundan heç vaxt da peşmanlıq duymadı. Hətta Minəni tanıdıqca doğru bir qərar verdiyini düşündü. Bunda Minənin Mariaya olan səmimi davranışlarının təsirli olduğunu söyləməyə ehtiyac yoxdur.

–Tanrı günahlarını bağışlasın, – deyə Madam məni fikirdən ayırır.

Bir an bunu kimin üçün dediyini anlamıram.

37

– Fəxri deyilən o uşağı da burda tanıdım. Son zamanlar tez-tez gəlib-gedərdi. Eşitməmisiniz, deyirlər bir polisi vurub, atışmada öldürülüb. Nə baş verir Sədat bəy, əvvəl Minə itdi, sonra Fəxri öldü? Susur, dediklərinin üzərimdəki təsirini ölçmək istəyirmiş kimi məni süzür.

Nəmli qara gözləri suallarla dolub; sanki “bir ara siz də

çox tez-tez gəlirdiz, “ailə dostuyam-filan” dediniz, amma gerçək əlaqələriniz nə idi”, deyər kimi zillənib üzümə.

– Bilirəm, – özümdən əmin bir rəftarla deyirəm. Minə tez-tez danışardı onun haqqında.Yaxşı tanıya bilməyibmiş görünür. Çünki o cavan məhkum olub. İki il bundan əvvəl çıxıb həbsdən.Sözlərim Madam'ın marağına səbəb olur, ona görə də məni araşdırmaqdan vaz keçib maraqla soruşur.

– Fəxri törədib bu zibili?

– Deyəsən elədir.

–Terrorçu olduğunu yazırdı qəzetlər. Amma heç də elə bir insana oxşamırdı axı.

– Çox təəssüf ki, düzdür. Fəxri terrorçu idi.

– Haradan tapıb Minə bu uşağı?

– Fəxri onu tapmışdı. Aldatmaq istəyiblər. Görüblər alınmır…

– Qaçırıblar? … Ata – anası, yazıqlar məhv olublar yəqin…

– Atası? Ögey atası?

– O yox, öz atası, Sədat bəy. Almaniyadan gəldi. Gəzmədyi xəstəxana qalmadı İstanbulda.

– Faydası yoxdur, biz də axtardıq. Xəstəxanalar hadisədən mə-lumatlıdır, bir xəbər olsa, mütləq bildirəcəklər.

– Bilmirəm nə oldu bu qızcığaza, nə ölüsü var ortada, nə də dirisi?

–Tapacağıq, narahat olmayın, -dediklərimə özüm də inanmadan cavab verirəm, – Mən qalxım artıq.

38

– Durun, bir qədəh likyor içməmiş dünyasında buraxmaram si-zi.

– Sağ olun, üstünüzə sağlıq, bir az soyuqlamışam. Antibiotik atıram. İçməsəm daha yaxşı olar.

– Canım, likyor içkidir ki? Mösyö Koço dərman kimi hər axşam bir qədəh içərdi.

– Başqa vaxt, Minəni sağ-salamat tapdığımızda, – deyərək ayağa qalxıram.

–Ah, ah kaş ki, – deyir. Sonra əlil arabasını hərəkət etdirərək mə-ni qapıya kimi ötürür.

– Açarı var sizdə? Dünən bir polis gəlib bizdəkini aldı.

Səsi niyə şübhə doludur axı? “Minə sənə də açar vermişdi, eləmi?” – deyə soruşmaq istəyir elə bil.

Halbuki Minə heç vaxt açar verməmişdi mənə. Evi onun azadlıq meydanıydı, "Buranın yalnız özümə aid olduğunu hiss etmək istəyirəm" – demişdi.

– Var, – deyirəm, – Anasından almışdım.

– Çıxarkən qapını bağlamağı unutmazsınız yəqin?

– Unutmaram, narahat olmayın. – deyərək qapını açıram. Əlil arabasını hərəkət etdirərək arxamca gəlir.

– Mən yerimdən tərpənə bilmirən, Mariyanı da özünüz görür-sünüz, – çarəsizliklə deyir.

– Narahat olmayın, çıxanda qapını açarla bağlayaram.

– Sağ olun, ümid edirəm bu dəfə nəsə taparsınız yuxarıda.

Əslində bu sözlərlə “nəsə tapsanız mənə də deyin” demək istəyir. Özümü anlamazlığa vururam, təşəkkür edərək ayrılıram mənzildən.

39

Beşinci fəsil

Lampaların sarı işığı, daş pilləkənlərin soyuqluğunu itirmir. Bina boşluğunda qəti bir səssizlik hakimdir. Sanki küçədəki qarın tənhalığı içəri sızıb. Üşüyürəm, paltomun yaxasını qaldırıb pillələri qalxmağa başlayıram. Pillələrin az qala hamısı çatlayıb, havada naməlum bir kif qoxusu var. Ağ

divarlarda çiçək qalıqlarını xatırladan sarı ləkələr peyda olub.

Binanın yavaş-yavaş ölməkdə olduğunu ilk dəfə fərqinə varı-ram. Dəfələrlə bu pilləkənləri çıxmağıma baxmayaraq, daha əvvəl bunu anlaya bilməmiş olmaq məni çaşdırır.

İldırımın sözləri düşür yadıma:"-O qız ayaqlarını yerdən kəsdi, çoxdan unutduğun bir dünyaya apardı səni…"Amma birdən İldırıma bu məsələni danışmağımızın qeyri-mümkün olduğunu anlayıram. O, öləndən sonra tanış oldum Minəylə. Ağlım qarışır. Sonra İldırımla bir yuxuda danışdığımı xatırlayıram.

Bu, o qədər dəqiqdir ki, gördüklərim bütün detallarıyla gözümün qarşısında canlanıb; İldırımın "İmtahan bitməyib ki, daha yeni başlayır" sözləri qulaqlarımda cingildəyir.

Minənin mənzilinin olduğu mərtəbəyə çatanda artıq yo-rulduğumu hiss etdim. Bədənimdəki tikiş yerləri sızıldayır. Divara söykənib bir müddət dincəlirəm. Mənzilin qapısı çarəsiz bir uşaq kimi üzümə baxır. Qapının bu atılmış halı hüzn verir mənə. İçimdən, çox dərinlərdən gələn o tanış sancıdan diksinirəm. Dəfələrlə mübarizə apardığım, qalib gəldiyimi hesab etdiyim, amma hadisələr durularkən özümlə başbaşa qalanda, üzə

çıxan o hiyləgər acı mənliyimi ələ keçirir.

Eyni burulğan, eyni çarəsizlik, eyni qaçılmaz həsrətlə

qıvrılıram. Ağla, məntiqə sığdıra bilmədiyim, həll edə bilmədiyim, həll etdiyim zaman da işin içindən çıxa bilmədiyim bir 40

vəziyyətdir bu. Niyə bu qədər çox istəyirəm Minəni? Yaşan-mamış heç bir şey qalmadı ki, aramızda! Niyə, hələ onu düşünürəm. Nəyim çatışmır? Arvadım Məlikə ondan da yaxşı insandır; fədakar, şəfqətli, sadiq və bəlkə ondan daha gözəl, üstəlik uşaqlarımın anası…Amma bütün bunlar bəs eləmir. Məni atmasına, hətta alçaltmasına baxmayaraq yenə də Minə üçün darı-xıram. Qapını açışını, gülümsərkən dodaqlarının yüngülcə yuxarı qaçmasını, yanağında ara-sıra çuxurlaşan qəmzəni, sol qa-şının bitdiyi yerdəki kiçik yara izini, açıq qəhvəyi gözlərini, göz bəbəyinin dərinliklərində birdən qarşıma çıxan yaşıl xallar, bəzən qızılı tellərin parladığı uzun qumral saçlarını, başını çiyninə

əyib itaətlə məni dinləməsini, mənə baxarkən üzünü örtən sevinc dalğasını, səsindəki yumşaqlığı, ovuclarımın arasında itən ağ əllərini, kiçik və diri döşlərini, bir az toppuş, amma düz ayaqlarını, qıçlarının arasındakı nəmli, cəsur istiliyini; onu, hər şeyi ilə onu, Minəni istəyirəm. onun üçün darıxmışam…Yoxluğu rəngsiz, dadsız, bir boşluq kimi damarlarımda axaraq, hə-yatımdan əhəmiyyətli-əhəmiyyətsiz nə varsa hamısını mənasız-laşdırır. "-Hardasan?” – deyə səslənirəm. Sanki sözlərimi cavab-layırmış kimi bir taqqıltı gəlir mənzildən. Diqqət kəsilirəm. Ya-nıldımmı? Xeyr, səs o qədər aydındır ki, əminəm, içəridə nəsə

tərpəndi. Qulağımı qapıya yaxınlaşdırıb dinləyirəm. Sanki biri səs çıxarmamaq üçün yavaş hərəkətlərlə gəzir içəridə. Əlimi ta-pançama uzatmaq istəyəndə yadıma Van Qoq düşür. Van Qoq?

Van Qoq, Minənin pişiyi. Təxmin ediləcəyi kimi iri sarı tükləri var, lakin adını sarışınlığına görə yox, soyuq bir mart gecəsi, sevgilisi üçün girdiyi döyüşdə haradasa sol qulağının yarısını itirdiyinə görə alıb. O gecədən sonra Minə pişiyin adını Van Qoq qoydu. Biz qısaca ona Qoq deyirdik. Qoq necə girəcək içəriyə, təbii ki, evin bacasından. Təxminimdən az da olsa ra-hatlaşıram. Amma yenə də diqqətli olmalıyam. Silahımı qobur-41

dan çıxarıram. İçəridən duyulmaması üçün qapıdan bir az uzaqlaşıb çaxmağı çəkirəm. Sonra tapançanı paltomun cibinə

qoyaraq, açarı çıxarıb kilidə salıram. Qapını aça – aça bir qulağım qapıdadır. Yalnız kilidin çıxardığı mexaniki tıqqıltı səsi eşidilir. Açılan qapını sağ ayağımla yavaşca itələyirəm. Mənzilin içinə sızmış o tanış boya qoxusu qarşılayır məni. Van Qoq görünmür. Halbuki qapı açılan kimi sanki “xoş gəldin” deyir-mişcəsinə, yanıma gəlib ayaqlarıma sürtünür, bu yolla yemək istəyərdi. Qapının üzərindəki açarı cibimə atıb silahımı çıxarıram. Yavaşca içəri süzülərək, yenə ayağımla qapını bağlayıram.

Madamınkıyla eyni memarlıq üslubunda olan mənzilin kiçik dəhlizindən salona doğru irəliləyirəm. Soldakı yataq otağının qapısı açıqdır, divara söykənib yavaşca içəri göz atıram. Dağınıq bir yataq, qarşı-qarşıya iki divara asılan iki yağlıboya “Nu-de”… başqa heç nə görə bilmirəm. Minənin emalatxana kimi istifadə etdiyi salona doğru irəliləyirəm.. Salonun qapısına yaxınlaşanda yanmış tütün qoxusu alıram. Bir neçə addım sonra yanılmadığımı anlayıram, içəridə biri siqaret çəkir. Qapıya gəlincə yenə divara söykənirəm. Diqqətimi hərəkət edən hədəfi vurmağa cəmləyərək, silahımı istiqamətləndirib sürətlə içəri atılıram və salondakı geniş divanın önündəki köhnə berjer kresloda, üzündə soyuqqanlı bir üz ifadəsiylə oturan əmimlə

qarşılaşıram.

– Əmi! Burda nə işin var?, – deyə diksinirəm.

Danışmağa tələsmir, siqaretindən dərin bir nəfəs çəkir ciyər-lərinə, tüstüsünü dişlərinin arasından çölə üfürərkən:

– Səni gözləyirdim, – deyir.

– Bura gələcəyimi necə bildin?

Gözlərindəki əsəbi gizlətməyə ehtiyac duymadan üzümə baxıb:

– Təxmin elədim, – deyir, – Amma yanılmaq istərdim.

42

“Minəylə əlaqəmizi anladı deyəsən” – deyə düşünürəm.

Anlamaması axmaqlıq olardı onsuz da. Hər şey o qədər aydındır ki… Bəlkə də meyitxanadan bəri məni izləyirmiş. Mən Aşağıda Madamın yanında olanda yuxarı çıxıb yəqin. Canım sıxılır. Amma yenə də bildiklərindən o qədər əmin olduğunu sanmıram. Boş atıb dolu tutmaq istəyir.Bura gəlməyim çox pis oldu, yaxşı bir sübut vermiş oldum ona.

– Qızla bağlı bir xəbər varmı? deyə baş çəkdim.

– Qız niyə bu qədər maraqlandırır səni?

– Necə maraqlandırmasın, mənim vurulmamla onun itməsi arasında yaxın əlaqə var.

– Burax bu nağılları, – deyir əmim. Gözlərindəki qəzəbin get ge-də dərinləşdiyini hiss edirəm.

– Nə baş verir, ondan danış.

– Heç nə…– Ancaq bunu deməyə gücüm çatır. Siqaretini kreslonun kənarına qoyduğu metal külqabıda əzir və heç gözləmədiyim bir şey edir – birdən ayağa durub yaxamdan yapışır:

– Mənə yalan danışma, – deyərək silkələyir məni.

– Sənə yalan demirəm, – deyirəm, onu özümdən kənarlaşdırma-ğa çalışarkən. Baxışlarım əlimdəki tapançaya sataşır, eyni anda onun da silaha baxdığını fərq edirəm. Sanki əlimdə bir od parçası varmış kimi tələsik silahı qoburuna qoyuram. O da yaxamı buraxır. Amma burnundan nəfəs almağa davam edir.

– Hər şeyi danış mənə, – deyir, – Nələr baş verir, hamısını, hamısını öyrənmək istəyirəm!

– Sakit ol əmi, – deyirəm, bəlkə də bu sözlər ondan çox özümə

aiddir. Amma o da özünü yığışdırır:

– Yaxşı, yaxşı, -məndən bir neçə addım uzaqlaşaraq deyir,– Mən sakitəm, sən danış, izah etməyə başla.

– Bura çox soyuqdur, – deyirəm, – Dayan, buralarda elektrik sobası olacaqdı.

43

– Elektrik sobasının varlığından xəbərdar olacaq qədər yaxşı tanıyırsan bu evi, elə deyil?

Sualına cavab vermirəm. Yasaq bir eşq macərasını niyə bu qədər böyüdür, anlamıram Təşkilatdan buna bənzər əlaqələr daha əvvəl də olmuşdu. Bir iki xəbərdarlıq ya da intizam cəzasıyla hadisələri ötürmüşdük.

– Bəli, səni dinləyirəm, – deyir.

– Heç olmasa icazə ver stulda oturum. – deyərək əlimlə pəncərənin qarşısında dayanan, Minənin rəngarəng çiçək naxışlarıyla örtdüyü taxta stulu göstərirəm. Dönüb stula baxır, sonra başıyla təsdiqləyir. Stulu götürüb əmimin qarşısında otururam.

–Niyə bu qədər hirslisən? – deyə var gücümlə səmimi görün-məyə çalışaraq soruşuram …

“Hələ bir soruşursan da” – demək istəyirmiş kimi, çatma qaşlarının altından mavi gözlərini üzümə zilləyir.

– Bunun səbəbini sən izah edəcəksən, – deyir.

– Bilmədiyim bir şeyi necə danışa bilərəm? – deyə, sakit bir səs tonuyla soruşuram. Beləcə üstünlüyü ələ keçirdiyimi düşünürəm. O, əsəbiləşib səhvlər edəcək, mən də bu vəziyyətdən istifadə edib danışmaq istədiyim kimi yönləndirəcəyəm. Gözlədiyim kimi əmim daha da qeyzlənir, sağ əlinin işarə barmağını üzümə

doğru uzadaraq:

– Bəsdir oyun oynadın, – deyir, – Gizlətdiyin nə varsa, hamısını eşitmək istəyirəm.

– Nəyi gizlədə bilərəm axı? -yenə ən saf halımla deyirəm, – Hadisə gözlər qarşısındadır, qız qonşumuz idi. Hərdən-bir görü-şürdük. Təşkilat onu agent bildi…

– Bunları mən də bilirəm, sən əməliyyatı kim təşkil edir, onu de mənə!

– Əməliyyat?

– Elə qəribə baxma üzümə. Nə demək istədiyimi yaxşı bilirsən.

44

– İnan ki, nədən danışdığını bilmirəm. Nə əməliyyatı imiş bu?

Bir an, bu “əməliyyat” sözünün məni danışdırmaq üçün ortaya atılmış bir yem olduğunu düşünürəm. Guya ortada daha dəhşətli bir vəziyyət varmış kimi göstərərək, Minəylə aramızdakı əlaqəni açmağımı təmin edəcək. Həqiqətən də elədirmi? Əmimin gərgin üzündə bu sualın cavabını axtarıram. Nömrə gəlmir ən azından üzündən belə birinə heç bənzəmir. Qapana qısılmış

₺61,81
Türler ve etiketler
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
290 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu