Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Sis və gecə», sayfa 3

Yazı tipi:

bir heyvanın çarəsizliyi içində sanki ona kömək edə biləcək tək adam mənəmmiş kimi, bütün diqqətini üzərimdə cəmləyib, düşdüyü pusquda bir çıxış yolu axtarır.

– Oyunları bir qırağa qoy – qəti bir ifadəylə deyir. – Bu dəfə vəziyyət çox ciddidir.

– Minəni təşkilatın oğurlaya biləcəyinə inanmırsan? – deyirəm.

– Təbii ki, inanmıram, – deyir hiddətlə; “Necə bu qədər axmaq ola bilərsən”, deməsini gözləyirəm, demir. Mənə qarşı yumşal-mağa başladı yəqin.

– Əgər dediyin kimi olsaydı – deyə davam edir. – Səni öldürməyə təşəbbüs etməzdilər. Bu fərdi bir şey deyil ki!

– Bəlkə təşkilata göz dağı vermək istəyiblər?

– Belə olduğunu qəbul etsək belə, qızı sorğuya çəkdikdən sonra bu qədər uzun müddət niyə əllərində tutsunlar? Onu çoxdan öldürüb “xəbərçini cəzalandırdıq” – deyə mətbuata məlumat yaymaları düzgün olmazdı?

Bir müddət susub üzümə baxır. Dedikləri məntiqə uyğundur, mən etiraz etmirəm və o, sözlərinə davam edir:

– Amma bunlardan əvvəl işıqlandırılmalı olan məqam sənin bu qızla olan münasibətindir. Bu əlaqənin mahiyyəti nədir? Niyə

bizim bu münasibətdən xəbərimiz yoxdur? Ümumiyyətlə, kimdir bu Minə?

– Minəylə aramızdakı bir cür dostluq münasibəti idi – deyirəm.

Səsim inandırıcılıqdan çox uzaqdır.

45

Əmim hirsini cilovlamağa çalışaraq dərin bir nəfəs alır.-

Bax, oğlum, – deyir, – Sənin üçün əhəmiyyətli olmaya bilər am-ma, mənim atam, yəni sənin baban bu ölkənin yetişdirdiyi ən yaxşı, ən cəsur kəşfiyyatçılardan biriydi. Ömrü boyunca bu Vətən üçün, bu dövlətin ayaqda qala bilməsi üçün çalışdı. Dersim dağlarında, Kürd üsyançıların güllələriylə öldürüləndə də bu ölkənin bölünməməsi üçün orada idi. Mən peşə həyatım boyunca ona layiq olmağa çalışdım. Eyni şeyi səndən də gözlə-mişəm. Amma gözləntilərimizi həmişə boşa çıxartdın. Heç olmasa, indi yalan danışma, ailənə layiq bir insan ol ..

Bu sözləri o qədər tez-tez eşitmişəm ki, artıq mənə təsir etmir. Hətta canımı sıxır. Gözlərim ani olaraq əmimin arxasındakı divarda asılı tabloya cədvələ zillənir. Minə bu rəsmi Pikassonun ilk dövrlərdə çəkdiyi “Matador” adlı tablodan rep-roduksiya etmişdi.

Tabloda solğun rənglər var, şəklin ən diqqətə çarpan yeri matadorun gözləridir. Adamın uşaq üzündəki gözlər hüzn, dayanıqlılıq qarışığı bir məna qatır şəkilə. Yenidən əmimi din-ləməyə başlayanda, onunla ciddi mövzuları həmişə şəkillərin qarşısında danışdığımızı fərq edirəm. Təşkilat binasındakı otağında danışarkən arxasında həmişə böyük xilaskarın rəsmi olardı. Bəzən onun evində danışdığımız da olardı, bu dəfə də

arxasına, gənc bir yüzbaşının, yəni babam Rəhmətliyin formalar içindəki böyük boy fotoşəklini alaraq danışardı. Hətta mənə

təşkilata girməmi təklif etdiyi ilk gün-o zamanlar hələ hüquq fakültəsinin ikinci kursunda oxuyurdum yenə arxasına böyük xilaskarın şəklini asmışdı. Bu bəlkə də bir təsadüf idi. Amma böyük qurtarıcının, babam rəhmətliyin və Picassonun şəklin-dəki matadorun baxışlarından eyni hüznlü dözümlülük var idi.

Yox canım, bu bir təsadüf idi hərhalda. Çünki dünyanın ən qabiliyyətli rəssamı belə olsa Pikasso kimi "siyasi görüşləri 46

qeyri – müəyyən" olan bir adamın şəklindən güc alaraq danışmağı özünə yaraşdırmazdı əmim.

– İşin ciddiliyini hələ də anlamırsan -deyərək davam etdirir nit-qini, – Əgər bildiklərini deməsən, bu dəfə səni heç mən də xilas edə bilməyəcəyəm.

– Nə demək istədiyini anlamıram, – deyirəm, -Mən də ən az sənin kimi babama hörmət edirəm, peşəmi də çox sevirəm.

– Sevirdin, amma artıq sevmirsən. İldırım sənin beynini qarışdırıb.

Əmim İldırımın adını ağzına alan kimi, soyuqqanlılığımı itirirəm. Daha soyuqqanlı ola bilmirəm. İndiyədək əmim izah etdikləri, məni izləməsi, hap-gop əməliyyat nəzəriyyələrindən sonra indi də İldırım. Artıq dözə bilmirəm.

– İldırım da ən az babam qədər yaxşı bir kəşfiyyatçıydı, – deyirəm, – O başımı arıştırmadı, yalnız gerçəkləri görməyimi təmin etdi yalnız.

– Ona görəmi qatıldın əməliyyata?– deyir.

Yenə əməliyyat, bu adam dəlimi? Hövsələdən çıxmaq üzrəyəm.

– Əməliyyat filan yoxdur! – deyə çımxırıram – O oğlan Minəni oğurladı, məni də öldürmək istədi. Hamısı bu qədər.

– Sənə atəş etdikləri silahlar onun atasının tapançalarıdır. Daha əvvəl də sui-qəsdlər təşkil edən təcrübəli bir terrorçu qeydiy-yatı dərhal tapıla biləcək silahları istifadə edir!

– Bəlkə Fəxri özbaşına hərəkət etmişdi?

– Belə deyirsən?, – səsində istehza var.

Rolları dəyişdirdiyimizi anlayıram, amma artıq çox gecdir, indi soyuqqanlı olan əmimdir, mənim isə sinirlərim boşalmaq üz-rədir.

– Bax əmi, məni günahlandırmaqdan əl çək, -hirslə deyirəm, -

Necə yəni, əməliyyata görə özümü vurdurtmuşam? Bunu demək istəyirsən?

47

Cavab vermədən bir müddət məni süzür. Sanki əmin olmaq istəyir. Sonra başını yelləyir.

– Xeyr…Xeyr, o qədərini düşünmürəm. Amma kimlərinsə usta-lıqla planlaşdırdığı bir kələyə düşmüsən.

– Şişirdirsən; bu hadisədə yalnız iki ehtimal var: birincisi, işi təşkilatın görməsi, ikincisi isə Fəxrinin Minəni agent, hətta polis bilərək bu işi təkbaşına etməsi.

–Birinci ehtimalın niyə etibarsız olduğunu izah etdim. İkincisinə

gəlincə, Fəxrinin işini oxudum. Fəxri içəri girəndən sonra təşkilatla anlaşa bilməyib. Münaqişənin təməlində terror məsələsi var. Fəxri təşkilatın fəaliyyətini tənqid edib. Terrorun çıxılmaz yol olduğunu deyib. Təşkilat da Fəxri ilə "onun kimi düşünən-ləri passivləşdirmək” ittihamı ilə sıralarından çıxarıb. İndi sən de,, terrora qarşı çıxdığı üçün təşkilatdan atılan biri, necə olur ki, sevdiyi qızın agent olmasından şübhələnərək onu və bir təhlükəsizlik işçisini öldürmək istəsin?

– Amma işin içinə qısqanclığın da qarışdığını düşün.

– Qısqanclıqmı? Bax bu maraqlıdır! Niyə qısqansın Fəxri səni?

Minəylə aranızda bir eşq macərası var idi?

– O elə düşünə bilərdi.

– Burax artıq bu oyunu, Sedat. Lütfən, özünə gəl. Fərqindəsən-mi bilmirəm, təşkilatın altı-üstünə çevrilməkdədir. Dünyadakı bütün tarazlıqlar dəyişdi. Artıq nə SSRİ var, nə kommunizm təhlükəsi. Amma ölkəmizin üzərindəki oyunlar bitmədi. Tor-paqlarımızı bölmək, dövlətimizi zəiflətmək istəyirlər. Bu cəhd-lərə qarşı çıxacaq bütün rəsmi və qeyri-rəsmi təşkilatları ney-trallaşdırmaq niyyətləri var. Hədəflərindəki ilk quruluşlardan biri də bizim təşkilatdır, içimizdə adamları var. Məsuliyyətsiz siyasətçilər yatıb qalxıb yenidən təşkilatlanma haqqında dəm vururlar. Bütün bunlar heç təəccübləndirmir səni?

48

– Niyə təəcübləndirsin? Həm bunların Minənin oğurlanmasıyla nə əlaqəsi var?"

– Çox əlaqəsi var. Bizi təmizləmək üçün onlara yaxşı bir səbəb lazımdır. Sənin hadisən isə bu iş üçün biçilmiş xalatdır.

Əmimin təhlili ağlımı qarışdırır. Qurduğu əlaqələr çox məntiqlidir. Gizli xidmətlərin bir-birlərinin içində fəaliyyət qurma həvəsləri heç bitməz. Belə əməliyyatları eşitdik, yaşadım da.Amma Minənin itməsi belə bir əməliyyatla bağlı ola bilərmi?

İlk dəfə bu ehtimal üzərində ciddiliklə düşünürəm. Minəni ta-nımasaydım, bütün bu hadisələri yaşamamış olsam və önümə

belə bir problem çıxsa, bəlkə mən də əmimkinə bənzər bir nəticəyə gələ bilərdim. Amma mən Minəni tanıyıram!

–Xeyr, – deyirəm əmimə, – Bu qeyri-mümkündür Acı-acı gülümsəyir,

– Yaxşı, Minə hardadır onda?

–Yəni Minədən şübhələnirsən?

– Oğlum, – deyir, – Eşq sənin gözünü kor edib. Hadisəyə kənardan baxa bilsəydin, gerçəyi dərhal görərdin. Fəxri öldü, sən də

ölə bilərdin. Və bütün bunların səbəbi olan qız ortalıqda yoxdur. Sizi bir-birinizə vurdu, ortalıqdan itdi. O uşaqla sən iki piyadaydınız, əsl hədəf isə təşkilat idi. İşin qarşısını almasaq, təşkilatı dağıdacaqlar. Məqsədləri təhlükəsizlik təşkilatı zəif-ləmiş bir Türkiyə. Bunu bacarmaq üçün hər yola əl atarlar.

Yaxında qəzetlərdə palaz-palaz boy göstərsək, təəccüblənmə-rəm. Təbii ki, baş rolda sən olacaqsan. Dedikləri doğru ola bilər mi? Minə bir agent ha? Hadi canım sən də…Nələr düşünürəm.

Belə bir şey ola bilməz. Bu əmimin qarabasmasıdır … Yoxsa …

yoxsa əmim mənə bir oyun oynayır? Xeyr, bunu etməz. İldırım hadisəsində də olduğu kimi, o məni həmişə qorudu. Həm buna heç ehtiyac yoxdur, istədikləri an istefamı tələb edə bilərlər.

Mən də quzu kimi itaətlə verərəm.

49

– Həqiqətən, hadisəni bu yönü ilə heç düşünməmişdim, – deyirəm əmimə,-Amma buna inanmağını istəyirəm. Belə bir əməliyyat varsa belə, mən qətiyyən içində deyiləm.

– İçindəsən, amma fərqində deyilsən.

– Hesab etmirəm, amma mənə bir az vaxt versəniz bunu həll edərəm, – deyərək, nəzərlərimlə əmimin üzünə yazıram “Bu də-fə inan mənə”.

Əmim baxışlarını məndən qaçırır, sağ əliylə qırçınlaşmış

olmasına baxmayaraq, öz gurluğunu qoruyan saçlarını geriyə

doğru darayır. Köynəyinin qolundakı qızıldan olan qol düymələri görünür. Əmim arvadının toy hədiyəsi imiş, hələ də

taxır.

– Mənim heç bir qrupda olmadığımı bilirsən – deyə, əlavə edirəm.

Səmimiliyimi ölçmək istəyərcəsinə gözləriylə məni süzürdü. İldırım hadisəsini hələ unutmadım, deməyini gözləyirəm, amma bir şey demir, sanki sualına cavab tapacaqmış kimi çətinliklə üzümə baxmağa davam edir. Ani olaraq bütün bunları mənə təsir etmək üçün etdiyini düşünürəm. Çünki təklifim onun da işinə gəlir. Beləcə hadisə çox budaqlanmamış, işi mənə

verəcəyini başa düşürəm. Amma uzadır:

– Çoxdandır tapşırıqları gecikdirirsən. İşlərin ümidlərimizi doğ-rultmur.

–Yadlaşmışdım, -deyirəm, – İldırımın ölümü mənə pis təsir etdi.

– O işdə təşkilatın barmağı yox idi, – deyir, – Boş yerə günahlan-dırdın bizi.

– Bu başqa bir mövzudur" deyirəm. "Mən Minəni tapacağam."

–Bir şərtlə qəbul edərəm" deyir, – Bütün baş verənlərdən xəbərdar olacam. Ən kiçik bir detalı belə mənə deyəcəksən”

– Razılaşdıq. Amma polisi uzaq tut bu işdən.

– Yaxşı. Yanında ancaq Mustafa olacaq."

50

– O niyə?

– Birinin kömək etməsi lazımdır. Tək bunu bacara bilməzsən.

Mustafa intizamlı uşaqdır, hər şeyə elə də maraqlı deyil. İstə-diyin kimi istiqamətləndirə bilərsən. Mustafa ilə mənə nəzarət etməyi planlaşdırır. Bu növdən kiçik hesabatlara itirəcək vaxtım yoxdur. Əmimin Minə haqqında dedikləri həqiqətən ürəkbu-landırıcıdır. Onun bir agent, yaşadıqlarımızın isə yalan olduğunu düşünmək …

– Fərqindəsən? – deyir əmim. Qızla əlaqənin nə olduğunu hələ

demədin.

– Necə olduğunu təxmin edirsənmi?

– Sənin bu qədər romantik olduğunu bilməzdim, – deyir, – Bir kəşfiyyatçı üçün pis xüsusiyyətdir.

Heçnə demədən ayağa qalxıram, baxışlarım yenə Mata-dora ilişir; gözlərindəki hüzn sanki daha da artıb, amma qəti-liyində heç azalma yoxdur.

51

Altıncı fəsil

Əsənköydəki bizim şəhər işıqlarla deşik-deşik edilmiş

böyük bir kütləyə bənzəyir. Tanımadığım qonşuların çoxu axşam yeməyinə başlayıblar yəqin. Yuxarılara, evimizin olduğu yeddinci mərtəbəyə baxıram. Bizim pəncərədə biri var.

Məlikə… Hər kritik hadisədə belə pəncərələrdə gözləyər məni.

Ona necə görünürəm, görəsən? Üzləşdiyi xəyal qırıqlığı addımlarında əks olunan törmə-töküş bir adam kimi …

Yox, canım, Məlikənin gözündə mən həmişə güclü bir kişi olmuşam. Amma bəlkə də bu gücsüz, əldən düşmüş halımı sevir. Beləcə, mənə daha yaxın olur, kömək etmək fürsəti tapır.

Məlikəni hər zaman şəfqət, fədakarlıq hissləri bürümüşdü…

Bəlkə onunda silahı yaxşılığı, fədakarlığı ilə qarşısındakını təzyiq altında tutmaqdır. Onu tərk etməməmdə bu xüsusiyyət-lərinin təsiri olmadı mı? Bəlkə də hiyləgərcə davranır,bütün bu fədakarlıq, bu anlayış kişisini itirməmək üçün etdiyi bir nüma-yişdir. Yoxcanım, bu qadın məni sevir. Həmişə də sevdi. Ya mən? Mən də sevmişdim. İndi bəs?

İndi də sevirəm. Yaxşı Minə? Ona qarşı nə var? Sanki sevgi deyil də, nifrətlə istəyin iç-içə keçdiyi bir duyğu. Qarışıq bir şey … Bir növ dəlilikdir, insan sevdiyinə nifrət edər? Məlikəyə qarşı belə bir hiss keçirməmişdim. Hətta Minənin arvadımdan ayrılmadığım üçün məni atdığını düşündüyüm vaxtlarda belə Məlikəyə qarşı qəzəb hissi keçirmədim. Halbuki Minəyə

nifrət etdim. Həm nifrət etdim, həm də ölümünə istədim onu.

Ölümünə? Yalnız ölümünə deyil, dəyər verdiyim nə varsa hamısından imtina etmə bahasına. Ailəmi, peşəmi, qürurumu tap-dalasam da. Yaxşı Minə sevdimi məni? Əvvəllər sevirdi, bəlkə

mənim kimi aşiq olmamışdı, amma sevirdi.Bəlkə uşaq yaşda 52

Almaniyada qoyub gəldiyi atasını xatırlatdım ona. Bu Elektra Kompleksi haqqında da ilk dəfə Minədən eşitmişdim. Bəlkə

məktəbdəki gənclərdə olmayan bir şeyi tapdı məndə. Qızlar oğ-lanlardan daha tez böyüyür. Bəlkə evli olmağım cəlb etdi onu, gənc bir qız olaraq orta yaşlı bir qadının kişisini əldə etməsinin zəfəri. Qəribədir, yenə eyni səbəblə, yəni evli olduğum üçün tərk etdi məni. Yaxşı Fəxri? O oğlanın heç təsiri yoxdur ayrıl-mamızda? Əlbəttə yox, əgər boşanmağı gözə alsaydım Minə

məni tərk etməzdi.

Amma ayrılarkən elə deməmişdi "Ailəli ya da subay olmağın fərq etmir. Hər münasibətin müddəti var. Bizimki bitdi"

demişdi. Qürurlu qızdır. Mənə boşan deyə bilməzdi, bu işin öz-özlüyündə həll olunmasını yəni boşanmağımı istəyərdi. Yaxşı canım şişirtmə, qürurlu idi, amma eyni zamanda eqoist idi.

Əgər mənimlə birlikdə olmağa qərar versəydi, boşanmağımı da istəyərdi. Elə izah edərdi ki, onun qarşısında heçnə edə bilməzdim. Onsuz da qarşı çıxmağa da haqqım yox idi …

Mənzilim olan mərtəbəyə çıxana qədər bu düşüncələrlə

özümü yeyirəm. Qapının qarşısında çatanda özü açılır. Məlikənin narahat üzü görünür. "Narahat oldum” deyir. "Çox gecik-din.""Əmimlə birlikdə idim, söhbətimiz uzun çəkdi” deyirəm içəri girərkən, əkizlər ortalıqda yoxdur.Yatmaq üçün də hələ

çox tezdir. Sual dolu baxışlarla qarşılaşan Məlikə açıqlayır:

"Müəllimləri tapşırıq verib, dərsləri ilə məşğuldurlar."İbtidai məktəbə bu il başlayıblar. Aralarında yarışma var, oxumağı kim əvvəl öyrənəcək? Otaqlarının qapısı bağlıdır, qapını döyürəm. Soyuq şüşənin arxasından kiçik bir qız silueti meydana çıxır, Ayça mı, Gökçe mi? Onun yaşından gözləmədiyim ciddi bir üz ifadəsi ilə Gökçe qarşımda dayanır.

– Ataya salam yoxdur?

– Çoxlu ev tapşırıqlarımız var ata – deyə, cavab verir.

53

Səsimi eşidən Ayça da yanıma gəlir, bacısının əksinə mənə qayğı ilə yanaşır.

–Necəsən Atacan?" deyə böyük yanağımdan öpür. Həmişə belədir onlar, birinin ağ dediyinə o biri qara deyir. Analarını, xüsusilə də məni paylaşa bilmirlər. Amma bəzən də elə yaxşı razıla-şarlar ki çaşıb qalırıq.

– Yeməyinizi yediniz?" deyə soruşuram.

– Çoxdan, – Gökçə deyir.

– Sən niyə gəlmədin ata?– deyə soruşur Ayça.

– Atamın işləri var? – deyə, müdafiəyə qalxır Gökçe.

Köməyimə Məlikə yetişir,

– Hə, uşaqlar, atanızı çox yormayın.

Yavaşca qollarımın arasından çıxırlar, onları kiçik stollarının başında, açıq kitablarının arasında buraxıb çıxırıq.

– Tomatlı sup bişirdim, sən sevirsən? – deyir.

Canım yemək-filan istəmir, amma onu qıra bilmirəm,

– Sağ ol, – deyirəm.

Məlikə mətbəxə gedərkən soruşuram:

– Mustafa gəlmişdi?

– Hə, bir neçə saat əvvəl gəlmişdi. Səni soruşdu. Yaxşı uşaqdır, sənin üçün narahat olur.

– Nəsə qoymayıb mənim üçün?

–Qoydu, qalın bir zərf.

– Zərf haradadır?

– Əvvəl bir az dincəlsəydin…

– Oxuyarkən da dincələrəm.

Birlikdə salona keçirik. Vitrinin ən altdakı siyirtməsindən çıxarır və bir zərfi mənə uzadır.

– Mustafa gecə evdə olacaq, “lazım olsam, zəng etsin” dedi.

– Yaxşı, – zərfi alarkən deyirəm.

Zərfi açaraq iş otağıma gedirəm.Məlikə arxamdan səslənir: 54

-Yeməyi isidirəm!

– Sənədlərə baxacam

– Yeməyini yedikdən sonra baxarsan.

– Yarım saat sonra.

Mənimlə razılaşmasa da, Məlikə çox inad etmir. İş otağımın işığını yandırıb, atadan qalma qoz masanın başına keçirəm. Zərfdə Fəxri və təşkilat yoldaşları haqqında hazırlanmış

hesabatlar var. Əslində bu raporların bir qismini Minə itdikdən sonra Fəxrini istintaqa çağıranda oxumuşdum. Yenidən bir göz atıram.

Fəxri 1958-ci ildə İzmirdə hərbi xəstəxananın doğum klinikasında dünyaya gəlib. İbtidai məktəbi İzmirdə oxuyub.

Sonra atası vəzifəsi üçün İstanbula gəlib. İstanbul'da St. Cozef Liseyinə girib. Olduqca çalışqan bir şagird imiş, qiymətləri yüksəkdir. Fəxri həm də şeir yazırmış. Kollec tələbəsı ikinci sinifdə məktəbin ədəbiyyat klubunda işə başlayıb. Solçuluqla da buradan tanış olub. Təxmin edilir ki, liseyi bitirdiyi il terror təşkilatına üzv olur. Fəxri Boğaziçi Universiteti ingilis dili və

ədəbiyyatı fakültəsinə daxil olur. Amma məktəbə bir il gedə bilir. O il Fəxrinin bir neçə dəfə icazəsiz aksiyalarda, üç dəfə də

qeyri-qanuni afişa asmaqdan nəzarətə alındığını görürük. İkinci il məktəbə heç baş çəkmir. Təşkilatın aşağı qatlarında idarəçilik etməyə başlayıb. İstanbul Universitetinin qarşısındakı bir mü-naqişədə silahı ilə həbs olunub. Silah təmiz çıxdığı üçün iki aya qədər yatıb çıxır. Bu iki aylıq həbs cəzası Fəxrinin təşkilatdakı karyerasının yüksəlməsinə səbəb olur. O illərdə solçu terrorist qruplar arasında hərəkatlar artır.Fəxrinin təşkilatı da bu rəqa-bətdə geri qalmamaq üçün bir polis bölməsinə hücum etmək qərarı alır. Fəxrinin əmrinə beş adam verilir. Hücum nəticəsinə

bir polis, iki terrorist öldürülür, üç polis ilə bir terrorist də yara-lanır. Yaralanan terroristin danışması Fəxri və yoldaşı Sinan 55

evlərində ağır yaralı olaraq ələ keçirilir, iki aya qədər xəstəxanada yatırlar.Sonra edam cəzasıyla mühakimə üzrə həbsxanaya göndərirlər.Sinan ilə Fəxrinin yoldaşlığı St. Cozef Liseyində başlayıb. Ədəbiyyat klubunda birlikdə vaxt keçirirlər, məktəbi eyni ildə bitirirlər. Sinan, Ədəbiyyat Fakültəsinin Fəlsəfə bölməsinə girir, amma o da Fəxri kimi təhsilinə çox davam edə bilmir. Sonra polis bölməsinə hücum və həbsxana…Yoxsa mənə atəş açan simitçi paltarındakı adam Sinandırmı?

Onların içində olan müxbirimizin yazdığı hesabata görə, Fəxrinin təşkilatı qaçma planı hazırlayarkən hərbi zərbə real-laşır və həbsxana rəhbərliyinin dəyişməsi nəticəsində plan suya düşür. Eyni dövrdə polis bölməsinə hücum edən terrorçular edamla cəzalandırılırkən Fəxri ilə Sinanın ipdən xilas olmaları maraqlıdır. Sonunda Fəxri və Sinan ömürlük həbsə məhkum olurlar. 1991-ci ildəki əfvə qədər də içəridə qalırlar.

–Sədat, yeməyi isidirəm, – deyən Məlikənin səsiylə diqqətim dağılır.

– Yaxşı, – deyirəm, amma narahat olduğum sualın cavabını hələ

tapa bilməmişəm

Onsuzda bura qədər oxuduqlarımın çoxunu bilirdim.

Yenə eyni müxbirin hesabatına görə, Fəxri təşkilatla razılığa gə-lə bilmir, Sinanla birlikdə bölmədən atılır. Görəsən Sinanın fotoşəkli var? Faylları sürətlə qarışdırıram, budur şəkillər, yox, bu Fəxridir, ilk dəfə tutulanda çəkilən şəkillərdir, nə qədər də

gəncdir, nə isə, bunu keçək. Bu kimdir, xeyr, bu da deyil. Hə

budur, Sinan Budağa. Amma mənə atəş açan adama oxşamır.

Bəlkə də yanılıram. Bəlkə də fotoşəkil köhnə və çox pis çəkilmiş

olduğu üçün onu tanıya bilmirəm. Hərçənd bu fotoşəkildə Sinanın olduqca gur saçları var, bizim simitçi kimi keçəl deyil.

Saçları sonradan tökülmüş ola bilməz?Bəlkə başqa bir fotoşəklini tapa bilərəm. Faylları qarışdırmağa davam edirəm.

56

Sonda Sinanın rəngli bir fotoşəklini tapıram. 1987-ci ildə

Çanaqqala Həbxsanasına aparılanda çəkilən şəkildir. Xoş bir uşaq, iri qara gözlərində istehzalı bir ifadə var. Bu qətiliklə bizim simitçi deyil. Yaxşı, Sinan deyilsə bu simitçi kimdir? Həbsxanadan biri ola bilər mi? Ya da çölə çıxdığında Sinanın tanış

olduğu biri? Bir az da araşdırmaq lazımdır. Həbsdən çıxdıqdan sonra nə etdi görəsən? Sinan haqqında yazılmış hesabatı alıb oxumağa başlayıram.

– Yemək buz kimi oldu.

Başımı qaldıranda Məlikənin otağımın qapısında giley dolu bir ifadə ilə baxdığını görürəm. Sənədi bağlayıram.

– Sən yaxşılaşmalısan, özünü yormamalısan- deyir.

–Narahat olma, – ayağa qalxaraq narahat olma deyirəm. -Mən yaxşıyam.

Əslində nə yemək istəyirəm, nə də Məlikəylə danışmaq, tezcə qarşımdakı hesabatı qurtarmalıyam Amma Məlikənin elə

içdən bir halı var ki, onu qıra bilmirəm.Məcbur arxasınca gedirəm. Mətbəxdə xoş bir iylə qarşılaşıram. Yox, bu yeməyin iyisi deyil, bu gül ətridir. Stolun üstündə böyük, ağ güldandan gülümsəyən frezyalan gülünün ətrinin gəldiyini başa düşürəm.

Həmişəki kimi Məlikə yenə də gözək bir süfrə hazırlayıb.

Stolun üstündə iki boşqab var. Yemək stolunun yanındakı stula yaxınlaşarkən soruşdum:

– Sən uşaqlarla yemədin?

– Tez idi, acmamışdım, – boşqabıma pomidor şorbası qoyarkən deyir. Qaşığın ucu ilə şorbadan içirəm, əla. Acdığımı indi hiss edirəm. Məlikə öz boşqabını alarkən ona baxıram. Gözünün qı-rağında qırışıqlar tək-tük də olsa, saçında ağ tüklər var, amma onları rəngləməklə gizlədir.Amma hələ də gözəldir.Məlikə Çər-kəz qızıdır, gözəllik genlərində var. Onunla ilk dəfə bizim evdə

57

qarşılaşmışdıq. Əmimin arvadı Nəriman yengənin qohumudur.

Gözəlliyi mənə təsir etmişdi.

Əslində evlənmək vaxtım da çatmışdı. Hüququ beş il əvvəl qurtarmışdım. Atamın ölümündən iki il keçmişdi və

anam da xəstə idi. Ən böyük qorxusu da mən evlənmədən ölməyi idi. Məlikənin heç kimi yox idi. Müəlliməlikdə, son kursda oxuyurdu. Anam “ bu qız almazdır, əlindən qaçırma, oğlum” dedi. Sevgili olduq. Yumşaq xasiyyətli, utancaq bir insan idi. Onu tanıdıqca daha çox sevdim, üç ay sonra nişanlandıq. O

il Məlikə məzun olan kimi evləndik. Yaxşı həyat yoldaşı oldu.

Bizim peşə əziyyətlidir. Birdə görürsən ki, gecə yarısında zəng gəlir, küçələrə çıxırıq. Bəzən elə olur ki, günlərlə evə gəlmirik.

O bütün bunlara dözdü, həmişə mənə dəstək oldu, bəlkə də elə

buna görə boşana bilmədim ondan, mənə göstərdiyi dostluğa, fədakarlığa xəyanət edə bilmədim.

– Sən evdə olmayanda Minənin anası Sevim xanım gəldi" , Məlikə boşqabıma tomatlı bamya qoyarkən deyir., – Onsuzda hər gün bizə baş çəkir. Yazıq qadın pərişandır. 'Kaş ki, öldüyünü bilsəydim. Bu qədər üzülməzdim” deyir. Səninlə görüşmək istəyir. Məlikənin gözləri sualla doludur. Sanki “məndən nəsə

gizlədirsən” deyirmiş kimi üzümə baxır. Heç nə demədən ye-məyimi yeyirəm.

– Bir xəbər yoxdur? – deyə, Məlikə soruşur.

– Yox, – deyirəm, – Heç bir xəbər yoxdur."

– Qızı sizin əməkdaşınız biliblər eləmi?"

– Kim dedi bunu?"

– Sevim xanım. Səni də buna görə vurmaq istəyiblər.

– Elə bildilər.

– Onlar canidir. Yazıq qızcığaz, nə qədər gənc idi.

Yeməyin dadı qaçır, loxmaları udmaqda çətinlik çəkirəm, kömək olar deyə, qarşımdakı su dolu stəkanı götürmək istəyirəm.

58

-Yemək acı olub?”– deyə, Məlikə soruşur.

– Yox, gözəl olub, əllərinə sağlıq, – deyirəm.

Ağır-ağır suyu içirəm. Kömək edir. Məlikə yenidən boşqabımı götürmək istəyərkən:

– Daha yeməyəcəm, – deyirəm.

– Yeməlisən, – deyir , – Başqa cür özünə gələ bilməzsən”

Əlimi boşqabın üstünə tuturam.

– Canım istəmir.

Bundan artıq üstümə gəlmir, amma siqaret qutusunu çıxar-dığımı görəndə, susa bilmir.

– Bu siqaretə də bir az ara ver."

– Çox çəkmirəm onsuz da. Başqa nəsə dedimi Sevim xanım?

– Ay Allah, az qala unutmuşdum. Minənin atası Mətin bəy Almaniyadan gəlib.

O da səninlə görüşmək istəyir. Qaldığı otelin nömrəsini qoyub…Bu xəbər məni sıxır. Demək Minənin atası ilə qarşıla-şacam. Qızını axtaran əzabkeş bir ata. Madam evə girib çıxdığımı ona deyib görəsən? Bu adama indi nə deyəcəm? Görüşə getməsəm olmaz, yaxamdan əl çəkməz. Asan deyil, qızı itib kişi-nin. Mustafanı yollasam bəs? Yox, yox. Bu işi özüm həll etməliyəm.

Fikirli qalxıram yeməyin üstündən.

– Qəhvəni otağında içəcəksən?deyə soruşur Məlikə süfrəni yı-ğışdırarkən.

– İndi istəmirəm, bəlkə daha sonra.

– Yaxşı, – Məlikə itaətlə deyir, sonra yığdığı qabları qabyuyan maşına qoymağa başlayır. Mən də otağımın yolunu tuturam, bir an əvvəl Sinanın şəxsi işinə baxmaq istəyirəm. Amma olmur, qızların otağının qapısı açılır.

Ayça ağlayaraq çölə atılır.

– Nə oldu qızım?, – deyərək durdururam onu.

59

– Gökçə pozanımı aldı – göz yaşları qırmızı yanaqlarından süzülə-süzlə deyir.

Birlikdə otağına gedirik. Gökçə günahkar-günahkar üzümə baxır.

– Bacının pozanını almısan, – deyirəm.

– Mənimkini o itirdi, – deyir.

Ayçaya sarı dönürəm. Daha mən soruşmadan:

– Mən itirmədim, o sinifdə unudub, – deyir.

– Etdiyiniz çox eyibdir, – deyirəm, – Həm də bacısız. Bir pozanı belə paylaşmağı bilmirsiniz.

– Amma ata … – deyə Ayça qarşı çıxır.

– Tək bir söz belə eşitmək istəmirəm, – deyərək kəsirəm sözlərini.

– Pozanı birlikdə istifadə edin. Gökçə, sən də özünə bir pozan al.

İkisi də susub önlərinə baxırlar. Asayişi bərpa etdiyimdən əmin olunca, könül rahatlığı içində yenidən otağıma, hesabatın başına qayıdıram. Sinan haqqında yazılan hesabat biçim olaraq Fəxrininkinə bənzəyir. Sinan haqqında yazılan hesabat formaca Fəxrininkinə bənzəyir. Eyni başlıqlar, eyni sətir inter-valları.. Əminəm, yazıldıqları makina da eyni olub.

Sinan varlı bir ailənin övladıdır. Bir zamanlar Osmanlı sarayının yağ ehtiyacını qarşılayan Rövnəq Əfəndi ticarət yolu ilə Taxtaqalada bir düjindən yaxın dükan, Beyoğlunda köhnə

bir malikanə və Nişantaşında bir bina satın almışdı. Amma oğullar və nəvələr ticarətdə o qədər də fərasətli ola bilməyiblər.

Yenə də, babalarının qoyduğu miras hamısına bəs edib. Sinanın atası Əzmi bəy isə bədxərcin yekəsiydi. St. Benoit Liseyini bitirən kimi Parisə gedib, müğənnilərlə yatıb-durub, avaralıqdan bezincə isə ölkəyə qayıdıb, Taxtaqalada öz payına düşən dörd dükandan birini sataraq ticarətə girişib. Oğullarının artıq nor-60

mal bir həyat sürəcəyini düşünən ana -ata ona gözəl də bir qız taparaq baş-göz ediblər. Sinan da bu nikahın birinci ilində

dünyaya gəlib. Oğlunun doğulmasından xeyli həvəslənən adamcığaz özünü tam diqqətlə işə verib. Lakin bir az bəxtsizlik, bir az da ticari qabiliyyət qıtlığı üzündən qabağa gedə bilməyib.

Bir neçə il də gözlədikdən sonra dükanı bağlayıb, kirayə

gəlirləriylə Parisdəki həyatını təkrar sürməyə başlayıb.

Hesabı da həmişə o verdiyindən, dövrünün bütün ünlü-ünsüz rəssamları, şairləri, yazar və tənqidçiləri başına yığışıb-lar. Əzmi bəy artıq yetykinlik yaşına çatan Sinanı da getdiyi məclislərə aparmaqda bir qüsur görməmişdi. Hesabatda deyilir ki, Sinan məhz bu içki məclislərindən birində solçuya çevrilib.

İncəsənətə olan marağı da o günlərdə başlayıb yəqin. Fəxriyə

ilk təsir edən adam da Sinandır hər halda. Çünki Fəxri bir hərbçi övladıdır, solçuluqdan uzaq olmalıydı. Amma Sinan hər gün bu mövzunun danışıldığı bir mühitdən gəlirdi. Sinan ona insanlığı daha yaxşı bir gələcəyə aparacaq ideyadan bəhs edib, alovlu bir şəxsiyyəti olan Fəxri də gənclik həyəcanıyla bu fikirləri mənimsəyib. Sonra da təşkilata giriblər. Bəlkə də, Sinan lap əvvəldən təşkilatın içində idi. Yox, canım, düşünmürəm ki, o avara sənətçi dəstəsi fəal təşkilati fəaliyyət göstərirdi. Onlar qorxaq olarlar, buzlu rakılarından, gözəl qadınların qarşısnda təsirli niqtlər etmə azadlıqlarından asanlıqla imtina etməzlər. O

dövrün siyasi mühiti onsuz da qızışmışdı. Sol təşkilatların az qala hər məktəbdə şöbələrivar idi.Bunların da solçu fikirlərə

simpatiya bəslədiklərini bilər-bilməz əlaqə qurublarmış. Böyük ehtimalla da ədəbiyyat klubundakı görüşlər ərəfəsində olub bu.

Sinan ilə Fəxri eyni ildə məzun olurlar. Sinan istədiyi ali məktəbə, Ədəbiyyat Fakültəsi Fəlsəfə ixtisasına daxil olur, am-ma çox davam etmir. Vaxtını təşkilatın yedək istifadə etdiyi bir gənclik dərnəyində keçirir. Solçu bir jurnala təbliğat məqsədli 61

yazılar yazır. Fransada yayımlanan dərgilərdən Afrikada müstəqilik uğrunda döyüşən partizan dəstələrinin fəaliy-yətlərini əks etdirən məqalələri tərcümə edir. Amma özünü təsdiqləmək üçün bunlar kifayət deyil, təşkilat onu da Fəxrinin məsul olduğu polis bölməsinə basqın işinə

qoşur. Sonrası… 1991-dəki əfvə qədər həbsxanada qalır. Sinan içəridə təşkilatla yola getmir və Fəxriylə birlikdə şöbədən ayrı-lırlar. Səbəbləri sosializmdən imtina etmək deyil, inqilabı real-laşdırma müddətində "proletariat hegemoniyası" yerinə "mədəni hegemoniya" tezisini müdafiə etmələridir. Qramski adlı bir italiyalı kommunistin tezisiymiş bu. "Mədəni hegemoniya"

tezisi, silahlı mübarizəyə təhrik edən təşkilatın ideyalarıyla uyğunlaşmır. Fəxri ilə Sinanın şöbələri ləğv edilir. İşin ən maraq-lısı isə odur ki, bir il sonra təşkilatın özü də dağılıq. Amma silahlı mübarizə fikrini davam etdirən on nəfərlik bir qrup öz komunnasını yaşadır. Bu qrupdakı adamların arasında birinin adı diqqətimi çəkir: "Özər Yılkı" Mən bu adı hardasa eşitmişəm.

Özər Yılkı…Özər Yılkı… kim idi bu? Birdən xatırlayıram. Meyitxanada gördüyümüz adam. Mustafanın sui-qəsd edən adam bilərək vurduğu terrorçu. Demək ki, bu Özər Yılkı ilə Fəxrinin əlaqəsi yox idi. Həbsxanadakı agentimizin dediyinə görə, bir dəfə hətta dalaşıblar da. O biri məhbuslar araya girməsəydi, Fəxri ilə Sinan yaxşı kötək yeyəcəkdilər. Qəribədir, deməli, Fəxrinin o vaxtdan təşkilatla heç bir əlaqəsi qalmır.Bu vəziyyətdə Minəni agentlikdə ittiham edib cəzalandırmaq istəmə-sinin bir mənası da qalmır. Əxlaqi bir məsələ olaraq düşünmüş

ola bilməzmi? Aşiq olduğu qızı agent zənn edir… On bir ilini həbsdə keçirən, ömrünün alt-üst olmasında polisi günahkar bilən biri üçün bu çox ağır zərbədir. Gözləri qaralır, Minəni, məni və hətta özünü yox etmək istəyir.

62

Deyək ki bu cür oldu, yaxşı yanındakı adam kim idi?

Pulla tutulmuş bir muzdlu qatilmi? Ola bilməz. Fəxridə qatil tutacaq pul yoxdur. Üstəlik, muzdlu qatillər bir təhlükəsizlik işçisini öldürmək kimi axmaq bir işə bulaşmaq istəməzlər.Yaxşı kimdir bu adam? Yenidən hesabata qayıdıram. Sinan içəridə

hekayə yazır və jurnallara göndərir. Amma sol mövqeli bir jurnal xaric heç bir yerdə yazıları yayımlanmır. Yəqin o da atası kimi bacarıqsızdır. Bəlkə də ədəbiyyatda qabiliyyətli olmadığını anlayınca yenidən təşkilata qayıdıb. Hərçənd hesabatda heç bir siyasi təşkilatla əlaqə qurmadığı yazılıb. Təqibçilərini aldadıb bəlkə? Bax bu qəribədir. Həbsdən çıxdıqdan sonra atasından qalan mirasla "Hürufat" adında bir kitab mağazasını açır. Sonra eyni adla bir jurnal çıxartmağa başlayır. Yaxında bir də mətbəə açsa təəcüb etmərəm. Babası Rövnəq bəy ticarət zə-kasından istifadə edərək böyük sərvət qazandı … Sərvətinin qa-biliyyətsiz nəvələri tərəfindən sənət həvəsini boşaltmaq üçün xərcləndiyini görsəydi nə düşünərdi görəsən? Adı da qəribədir jurnalın: “Hürufat”.

İlk təşkilati fəaliyyətə də liseydə teatrla başlamışdı bu Sinan, indi də “Hürufat”la bir hoqqa çıxarmasın? Sinan bu dü-yünün açılmasında yardımçı olacaq tək adam kimi görünür.

Amma onu necə danışdıracam? Hesabatda yazıldığına görə, olduqca sağlam biriymiş.İki dəfə istintaqa çəkilmiş, işə faydalı olan bir məlumat verməmişdi. Yenidən sorğu etmək də nəticə

verməyə bilər. “Hürufat” qanuni bir jurnaldımı? Hmm… Bəli, budur lazımlı sənədlər. Hər şey yerindədir, amma dur bir dəqiqə. Bu bildiriş də nədir? Bir xəbərdarlıq yazısı.. Hər sayından on ədəd polis vermələri lazımdır, amma son üç nömrəni gön-dərməyiblər.

– Bax, bu çox yaxşı oldu, – öz- özümə deyirəm.

63

Artıq Sinanla necə əlaqə quracağımı bilirəm. Qalxıb telefona gedirəm. Məlikə qonaq otağındadır, televiziyadakı qanlı "Reality show" lardan birini izləməklə məşğul. Çox həvəslidir bu proqramlara.Qəribədir, bu qədər sakit bir qadın, bu proqram-larda nə tapır anlamıram..Telefonun dəstəyini qaldırarkən gülüşmə səsləri gəlir, dərs çalışması səngidi demək ki…

Ücretsiz ön izlemeyi tamamladınız.

₺60,94
Türler ve etiketler
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
290 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu