Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Haradansınız, müsyö Abel?», sayfa 2

Yazı tipi:

Məntəqənin qərargahı şəhərdəki “Dumi” adlı mehmanxanada yerləşirdi. Mayor Paul Vaykel və başqa alman zabitləri mehmanxanada qalırdılar. Məntəqə rəisi Vaykelin əsirlər saxlanan yerdə də kabineti vardı. O, günün çox vaxtını mehmanxanada olurdu. Bura isə gözlənilməz bir hadisə baş verəndə gəlir, əsirləri sıraya düzdürür, kimini söyür-hədələyir, günahkarı möhkəm tənbeh edirdi.

Tibb işçilərindən həkim və feltşer də məntəqədən bayıra çıxa bilərdi. Tibb işçiləri deyəndə, orada cəmi iki həkim var idi: Vəkil Əhmədli, bir də mən. Yaşına və tərcübəsinə görə,Vəkil Əhmədli tibb məntəqəsinin rəhbəri idi. Mən isə feldşerlik eləyirdim. Bəstəboy, arıq kişi olan Vəkil yaraşıqlı, məzəli adam idi. Xəstələri müayinə edəndə bir-iki məzəli söz deyir, könüllərini alırdı. Bu, onlara dərmandan daha yaxşı təsir eləyirdi. Dərman dedim, yadıma düşdü. Dərman sarıdan yaman korluq çəkirdik. Çox vaxt xəstələri müalicə olunmaq üçün şəhər xəstəxanasına göndərirdik. Onları bir qayda olaraq Əhmədli müşayiət edirdi. Əslində, bu iş feltşerlərin vəzifəsinə daxil idi. Amma Əhmədli bunu öz öhdəsinə götürmüşdü.

Yanımıza çox adam gələrdi. Tibb məntəqəsi həmişə dolu olurdu. Qoca həkim xəstələrin bəziləri ilə xısın-xısın söhbət edərdi. Mən onun hərbi əsirlərin Polşada yaradılan anti-faşist təşkilatının üzvü olmasından şübhələnirdim. Ancaq üzə vurmurdum. Belə eləyirdim ki, guya heç nədən xəbərim yoxdur. Heç nə görmürəm.

Bir gün könüllülərdən bir dəstəsi düşərgədən qaçıb aradan çıxdı. Onlar gecə yarı silahlarını da özləri ilə götürüb hasardan atılmışdılar. Deyilənə görə, dağlarda fransız partizanları yurd salmışdılar. Bizimkilər onların yanına qaçmışdılar. Kazarmada aləm bir-birinə qarışdı. Axtarış apardılar. Şübhə altında olanları həbs edib, dindirdilər. Sorğu-sualı qəzəbindən zəncir çeynəyən mayor Paul Vaykel özü aparırdı. Ertəsi gün növbə bizə çatdı…

O səhər doktor Vəkil Əhmədli bir nəfəri şəhər xəstəxanasına rentgenə aparmışdı. O, geri qayıdanda keşikçilər qocanı qapı ağzında yaxalamış, Vaykelin yanına sürümüşdülər. Bunu mənə lənkəranlı olan sanitarımız yenicə xəbər vermişdi ki, tibb məntəqəsinə üç nəfər alman əsgəri soxulub, hər yeri axtarmağa başladı. Həkimin kabinetini, mənim Əhmədli ilə yatdığım otağı ələk-vələk elədilər. Heç nə tapa bilmədilər. Getməyə hazırlaşanda əsgərlədən biri Əhmədlinin çarpayısındakı balışı götürüb yoxladı. Oradan bir yığın müraciətnamə çıxdı.

Məni tutub Vaykelin hüzuruna apardılar. Gözləmə otağında çox oturdum. Sonra bir unterofiser gəlib məni içəri itələdi. Təlim təşkiletmə məntəqəsinin rəisi masa arxasından qalxıb mənə sarı gəldi. Mayorun gözlərindən qan damırdı. O, əlindəki müraciətnaməni üzümə çırpıb dedi:

– Buna nə deyirsiniz, Xeybərov?

Tərcüməçi mayorun sözlərini tərcümə elədi.

Mən susurdum. Nə deyə bilərdim?! Vaykel bağırdı:

– Niyə danışmırsan, əclaf?! Siz yaxşılıq qanmazsınız, heyvansınız. Sizə özümüzünkülərdən yaxşı baxırıq. O qayğıya görə bizə təşəkkürünüz budur?!

Mən dedim:

– Bundan xəbərim yoxdur.

– Yalan deyirsən! Sən Əhmədli ilə bir otaqda qalırdın. Ola bilməz ki, onun işlərindən xəbərin olmasın.

Yenə dedim:

– Heç nədən xəbərim yoxdur.

Qəzəbdən Vaykelin sifəti alışdı. Koburdan “Valter” çıxarıb mənə tuşladı. Ölümümü gözümün önünə aldım. Bədənim soyudu: “Demək mənim də axırım da çatdı”…

Atəş açıldı. Güllə lap qulağımın yanından keçib divara dəydi.

– Cavab ver!

Mən susur, dəhşət içində ikinci güllənin açılmasını gözləyirdim. Vaykel daha atəş açmadı. O, tapançasını koburuna qoyub kabinetdə gəzişdi. Sonra yanını masanın qırağına söykəyib mülayim bir tərzdə dedi:

– Xeybərov, bilmirəm, doğru danışırsan, ya yalan deyirsən, amma görürəm ki, ağıllı adama oxşayırsan. Sənin hərəkətlərində, davranışında şübhəli bir şey sezilməyib. Ancaq yadında saxla, böyük Almaniyaya sədaqətlə xidmət etmək lazımdır. Onun çörəyini yeyib təpik atanlar bizdən aman gözləməsinlər. Əhmədli öz cəzasını alacaq. At kimi gəbərəcək. Doktor Xeybərov, bu vaxta kimi feldşer işlədin, kifayətdir. Bu gündən mən səni onun yerinə təyin edirəm. Bir şərtlə, bunun müqabilində bir məsələdə – camaat arasında pozğunluq fəaliyyəti aparanları aşkara çıxarmaqda köməklik etməlisən. Aydındır?

Vəziyyətin belə kəskin tərzdə dəyişməsi məni çaşdırdı. Mayorun astalaşan danışığı, tərcüməçinin yeknəsək səsi, elə bil, haradansa uzaqdan gəlirdi. Hələ ölüm qorxusu canımdan çıxmamışdı. Üzümə sıxılan güllənin səsi qulaqlarımdan getməmişdi.

Vaykel qaşqabağını sallayıb soruşdu:

– Niyə dinmirsən?!

– Sizin dediklərinizi düşünürəm, cənab Mayor!

– Hə, – Vaykel masanın arxasına keçib, yerində əyləşdi. Alışqanı çıxarıb siqaretini yanırdı.

– Doktor Xeybərov, sən öz hərəkətinlə böyük Almaniyaya necə sadiq olmağını sübut etməlisən. Əgər Əhmədlinin vəziyyətinə düşmək istəmirsənsə, onda fəaliyyət göstərməlisən. Özü də tezliklə. İndi get. Təxirə salmadan tapşırığa əməl et.

Ayalaqlarım dalımca gəlmirdi. Lap qabağımda döşəmədə qan laxtalanmışdı. Mən həyəcan içində gözümü döşəməyə dikmişdim. Tərcüməçi çiynimdən yapışıb məni qapıya sarı döndərdi və itələdi.

Bunlar hamısı mənə yuxu kimi gəlirdi.

Mayorun yanından çıxıb tibb məntəqəsinə qayıtdım. Lənkəranlı sanitar yır-yığış elədi. O, mənə çəp-çəp baxaraq, daha heç nə xəbər almadı. Otağımıza keçdim, taqətsiz özümü çarpayının üstünə saldım. Hələ də Vaykelin cəngindən sağ-salamat, zədəsiz- xətərsiz qurtarmağıma inanmırdım.

Məntəqədə sakitlik idi. Həmişə bu vaxtlar doktor Əhmədli mütaliə edirdi. Mayor Vaykelin kabinetinin döşəməsində gözümə dəyən qan gölməçəsi fikirimdən çıxmırdı. Belə görünürdü ki, məndən qabaq doktor Əhmədlini dindirəndə, ona işgəncə versələr də, bir söz qopara bilməyiblər. Qoparsaydılar, rəis belə zəncir çeynəməzdi. Yazıq qoca… “Əhmədlini satan, bizi güdaza verən kim olar? Ağlım kəsmir bizimkilərdən olsun. Bir də insan çiy süd əmib. Bəlkə, elə özümüzünkülərdəndir.”

Elə haldaydım ki, yaşamağa nifrət edirdim… O biri gün səhər təlim təşkiletmə məntəqəsinin camaatını düşərgənin həyətində sıraya düzdülər. Həbs olunmuş yeddi nəfəri gətirdilər. Vəkil Əhmədli də onların arasında idi. Xətrini istədiyim bu xeyirxah insanın halına acıdım. Doktorun başı partlamış, çal saçlarında qan qurumuşdu. Qocanın sifəti gömgöy idi. O, yeriyə bilmirdi. Yoldaşları qoluna girmişdilər. Addımlarını asta-asta atırdı. Mayor Vaykel ağzı köpüklənə-köpüklənə nitq söylədi. Hamını hədələdi. Kimdən bir balaca şübhələnsələr, güllələnəcəyini bildirdi. Sonra keşikçilərə əli ilə işarə elədi. Əsgərlər avtomatları hazır tutdular. Atəş açıldı. Yeddi nəfər bədbəxt qanına bulaşıb hərəkətsiz halda torpağın üstünə sərildi…”

* * *

Geyinib-keçinmiş xanım və ağalar gözəl minik maşınlarında ”Şamz Elize”nin qabağına gəlir, düşür, tələsmədən içəri keçirdilər. Bilet axtaranlarının sayı daha da çoxalmışdı. Qapının qabağı dolmuşdu. Darıxan Arman atasının dirsəyindən tutub dedi:

– Kimi gözləyirik? Biz də içəri keçək. Ayaqüstə durmaqdan qıçlarım ağrıyır.

Əbil indi dərk etdi ki, heç kəsi gözləmir. Ümid eləyirdi, bəlkə, təsadüfən Bakıdan gələn qonaqların biri ilə görüşdü. Əlbəttə, bu çətin ki, mümkün olaydı. Artistlər çoxdan teatrda idilər. Səhnəyə çıxmağa hazırlaşırdılar.

Foye basırıq idi. Əbil bilet yoxlayan qadından tamaşanın proqramını aldı. Oğlu ilə bərabər parterin dördüncü sırasında olan yerlərini tutdular. Qonşuluqlarında iki nəfər qoca əyləşmişdi. Əbildən bilet almış kişi onlara baxıb gülümsündü. Əbil də ona baş əydi. Yenə xəstələnib Parisə gələ bilməyən qızı və arvadı yadına düşdü.

O proqramın üstündəki şəkli oğluna göstərib dedi:

– Arman, bax, bu bizim opera teatrıdır. O şəkilsə sənə haqqında danışdığım Qobustan qayalıqlarıdır.

Oğlan atasından proqramı alıb o üz-bu üzünə çevirdi. Sonra oradan bu axşam göstəriləcək bir pərdəli baletlərin qısa məzmununu oxudu.

– Ata, sən Qobustanda olmusan? – Əbil pıçıltı ilə dedi:

– Çoxdan, özü də bircə dəfə.

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
28 ekim 2022
Hacim:
70 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu