Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Haradansınız, müsyö Abel?», sayfa 3

Yazı tipi:

– Qayalardakı şəkilləri görmüsənmi?

– Yox, o zaman Qobustanda belə şəkillər hələ aşkar edilməmişdi.

– Burada onların barəsində çox maraqlı yazıblar.

“Maraqlı yazıblar”… O yerlər Arman üçün uzaq, həm də anlaşılmaz bir aləm idi. Əbil üçün isə doğma torpaq həmişəlik itirilmişdi.

Salon dolmuşdu.

Əbil tanış adam görmək arzusu ilə yan-yörəsinə göz gəzdirdi. Lojalara baxdı. Parisdə onun bir neçə tanışı yaşayırdı. Onların heç biri gözünə dəymədi: “Ola bilməz ki, belə tamaşanı buraxsınlar. Görəsən, Mövlud öz həmyerlilərinə baxmağa gəlibmi?”

Salonun işıqları söndü.

Əbilin ürəyi əsirdi. O, pərdənin tez açılmasını, tamaşanın başlamasını istəyirdi. Həm də gizli qorxu və həyəcan keçirirdi. “Görəsən, necə olacaq? Bakı Baleti parislilərin xoşuna gələcəkmi? Axı, onlar hər şeyi bəyənmirlər.”

“Qobustan kölgələri” baletinin coşqun və ehtiraslı uvertürasının sədaları altında pərdə qalxdı.

Ala-qaranlıq səhnədə üzərinə qəribə şəkillər həkk olunmuş Qobustan qayaları göründü. Bu gözəl, əfsanəvi mənzərə Əbili heyran etdi. O, elə ucadan və səylə əl çaldı ki, həndəvərində əyləşənlər dönüb baxdılar. Əbil buna əhəmiyyət vermədi. Alqışlar çoxaldı. Bir-birinə qarışdı. Bütün salonu bürüdü. Musiqi sədaları altında qordebalet rəqsə başladı. Əbil intizar içində ətrafdakılara nəzər saldı. Hamı gözlərini səhnəyə dikmişdi. O, dönüb oğluna baxdı. Armanın ala gözləri sevincdən parlayırdı…

* * *

“… Dediyim kimi, tibb məntəqəsinə çox adam gəlirdi. Əhmədli güllələnəndən sonra birdən-birə onların sayı xeyli azaldı. Sanki rotalarda daha xəstələr olmurdu. Tibb məntəqəsi seyrəlmişdi. Yanıma gündə bir adam ya gəlirdi, ya gəlmirdi.

Nə üçünsə yoldaşlarım məndən gen dolanırdılar. Həyətdə kimə rast gəlirdimsə, üzünü yan tutub keçirdi. Ara-sıra qarşıma çıxanların məni necə nifrətlə süzdüklərini hiss edirdim. Onlar məndən Vəkil Əhmədlini almanların əlinə verməkdə şübhələnirdilərmi?! Mən bu dəhşətli fikri ağlıma gətirməyə belə qorxurdum. Ancaq qorxduğum şey başıma gəldi.

Həmzə adlı bir dostum var idi. Biz onunla Polşanın Otvotski şəhərindəki hərbi əsir düşərgəsində tanış olmuşduq. Həmzə də mənim kimi bakılı idi. Müharibədən qabaq Keşlədəki ət kombinatında işləmişdi. Uşaqların, arvadının qüssəsini eləyir, onların xiffətini çəkirdi. Həmzənin bu nigarançılığını görəndə düşünürdüm, yaxşı ki, mən evlənməmişəm. Dərdimin biri də artardı. Barı indi ailə sarıdan asudəyəm. Anam məni kir-kir kirləmişdi. Deyirdi ki, “Oğlum, evlən, övladın olsun”. İnstitutu bitirdim, başım elə işə qarışdı ki, evlənmək yaddan çıxdı. Bunun ardınca ilə də cəbhəyə getdim. Deyirlər, böyüyün sözünə qulaq asmayan, sonra peşmanlığını çəkir. Amma mən indi dərk edirəm ki, o vaxt anama qulaq asmamaqda çox ağıllı iş görmüşdüm. Yoxsa yazıq qarı hər dəfə atasız qalmış nəvələrinə baxanda ürəyindən qara qanlar keçəcəkdi.

Həmzə ilə söhbətim yaxşı tuturdu. Bəlkə də, bu, bizim xasiyyətlərimizdəki yaxınlıqdan doğurdu. Həmzə də mənim kimi düşərgədə başqalarına qoşulmurdu. Sakitliyi sevirdi. Biz bir-birimizi yaxşı başa düşdürdük. Otvotski düşərgəsində yanaşı yatırdıq. Gecələr yerimizdə uzanıb dərdləşir, Bakını xatırlayırdıq.

Rodezdə də Həmzə boş vaxtlarında tibb məntəqəsinə gələrdi. Mən özüm düzəltdiyim damanı ortaya qoyurdum. Oynayır, mehribanlılıqla söhbət edirdik.

Vəkil Əhmədlinin faciəsindən bəri daha Həmzə də yanıma gəlmirdi. Başqalarının məndən şübhələnməsinə yenə birtəhər haqq qazandırmaq olardı. Çünki onlar məni yaxından tanımırdılar. Ancaq Həmzənin soyuqluğuna, məndən gen gəzməsinə bəraət qazandırmırdım. O, köhnə tanış kimi gəlib mənimlə açıq danışa bilərdi.

Dözmədim. Bir gün nahardan sonra yeməkxananın qabağına gəlib onu gözlədim. Həmzə içəridən çıxanda, yaxınlaşıb gülər üzlə dedim:

– Salam, Həmzə. Niyə görünmürsən?

O, çaşan kimi odlu. Uzun sifəti bir az da uzandı. Çuxura düşmüş qara gözləri, qorxu içində bərəldi.

Yenə soruşdum:

– Niyə görünmürsən?! Axşam gəl, dama oynayaq.

O, üzünü yan çevirib başını əsdirə-əsdirə xırıltılı səslə dedi:

– Mən satqınla danışmaq belə istəmirəm.

Heyrətdən ayaqlarım yerə yapışdı. Elə bil ki, başıma bir qazan qaynar su tökdülər. Pərt oldum.

İki nəfər Həmzənin qoluna girdi. Onlar yeyin-yeyin getdilər. Onlardan birini tanıdım. Arıq, qarayanız oğlan Nəcəf Əşrəfov idi. Nəcəf geri döndü, yumruğu ilə məni hədələdi.

Bir neçə gün keçdi. Yenə azərbaycanlılardan bir dəstə dağlara – partizanların yanına qaçdı.

Təzədən həbs başlandı. Kazarmanı axtardılar. Neçə nəfəri soğru-suala tutdular.

Axşam mayor Vaykel məni çağırtdırdı. Üzümə tərs-tərs baxaraq xəbər aldı:

– Xeybərov, şərtimi yaddan çıxarmamısan ki̇? De, görüm, nə öyrənə bilmisən?

Mən qətiyyətlə dedim:

– Cənab mayor, tapşırığınızı yerinə yetirməyi bacarmaram. Mən yalnız həkiməm… Hamı məndən qaçır. Onlara elə gəlir ki, doktor Əhmədlini mən satmışam.

Vaykel səsini ucaltdı.

– Əhmədli də həkim idi. Lakin bu, onun quldurlarla əlaqə saxlamasına mane olmurdu. Əhmədli cəzasını çəkdi. Onun əlaltıları fəaliyyət göstərir. Batalyonda qarışıqlıq salırlar. Biz bircə-bircə onları tutub, köklərini kəsəcəyik. Xeybərov, sən kimlərin Əhmədlinin yanına tez-tez gəlməsini gərək yadına salasan.

– Cənab mayor, tibb məntəqəsinə o qədər adam gəlirdi ki, onları yadda saxlamaqmı olardı?!

Vaykel mənim bu bəhanələrimə qulaq asmaq istəmədi:

– Sən onların hamısını yadına salıb siyahısını tutmalısan. Bir həftə möhlət verirəm. Eşidirsənmi? Düz bir həftədən sonra, o siyahı mənim masamın üstündə olmalıdır. Əmri icra etməkdən boyun qaçırmağı ağlına gətirmə. Bizdən aman görməzsən. Əhmədlinin aqibətini xatırla!

Hava qaralımışdı. Ürəyimin içini yeyə-yeyə tibb məntəqəsinə gedirdim. Dizlərim qurumuşdu. Elə bil, damarlarımdan axan qan yox, qurğuşun idi. Nə eləyəcəkdim?! Bu başdan ölümü gözə almışdım. Mənim üçün Əhmədlinin yaxın dostlarının siyahısını tutmaq elə çətin bir iş deyildi. Onları tibb məntəqəsində çox görmüşdüm. Lakin nəinki siyahı tutmaq, bu barədə danışmaq belə, məni dəhşətə gətirirdi. Bu vaxt hardansa rəhmətlik atamın sözləri yadıma düşdü – o deyirdi ki, “Oğul, düzlüyə zaval yoxdur. Başını aşağı salıb öz işinlə məşğul olsan, sənə ziyan toxunmaz.” Görünür, bu fikir vaxtı ilə doğru imiş. Amma indi əhəmiyyətini itirmişdi. Düzlüklə başını aşağı salıb başqalarına qoşulmayanda, adam zavala gəlirmiş. Mən ömrüm boyu düzlüklə yaşamış, əyri işlərə qarışmamışdım. Kimsəyə zərərim toxunmamışdı. Amma xətaya düşmüşdüm. Bu fikirlə ikimərtəbəli kazarmanın divar dibi ilə addımlayırdım. Tibb məntəqəsinə çatar-çatmaz bir kərpic lap böyrümdə yerə düşüb parçalandı. Diksindim, divara qısılıb ətrafa göz gəzdirdim. Qaranlıqda uzaqlaşan insan kölgəsi gördüm. O, kazarmanın tinini dönəndə məni hədələdi:

– Əclaf, indi kimi satıb gəlirsən?! Onsuz əvvəl-axır cəzana çatacaqsan. Bu dəfə bəxtin gətirdi, sağ qurtardın.

Ləhcə mənə tanış gəldi. Bu, Nəcəf idi – Nəcəf Əşrəfov. O, yastı-yastı danışığıyla başqalarından fərqlənirdi.

Nə üçün bu gənc oğlan mənə belə nifrət bəsləyirdi. Niyə o düşünürdü ki, mən satqınam?!

Nə gizlədim?! Dəhşət içində yoluma davam elədim. Tibb məntəqəsinə gedəndə ehtiyatla ətrafıma diqqət yetirdim. Bayaqkı hadisədən gözüm qorxmuşdu. Məni təqib edə bilərdilər. Demək, gec-tez aradan götürəcəkdilər…

İ̇çəri girən kimi işığı yandırdım. Məntəqədə məni güdən yox idi. Sanitar öz taxtında yumurlanıb xoruldayırdı. Yaman bərk yatan idi. Onu silkələyə-silkəyə bir təhər ayıltdım. Soruşdum məntəqəyə gələn olmayıb ki?

O, yuxulu gözlərini azacıq açıb, yox – dedi. Nə üçünsə fikrimə elə gəldi ki, bəlkə, elə doktor Əhmədlini Vaykelə bu şeytanlayıb. O dəqiqə də özümə cavab verdim ki, ola bilməz bu sadə və sakit kişi adam satsın.

Öz otağıma keçdim. Paltarlı-paltarlı çarpayıda tirləndim. Vəziyyət elə şəkil almışdı ki, təsəlliverici bir işıq ucu görmürdüm. Elə bil, məni qarğımışdılar. İki tərəfdən üstümə hücum edirdilər. Odla su arasında qalmışdım. Qaçıb qurtarmaq mümkün deyildi. Düşdüyüm həlqə getdikcə daralırdı. Bu iki zərbədən birinin qurbanı olacaqdım. Öz həmyerlilərim məni öldürməyi qət eləmişdilər. Bayaqkı kərpiç yan keçməyib başıma dəysəydi, nəfəsim çoxdan kəsilmişdi. Almanlar isə məndən cavab gözləyirdilər. Hələ qabaqda bir həftə vardı. Ancaq bunun nə əhəmiyyəti?! Lap bir ay olsun. Onsuz da mən Vaykelə siyahı tutub verməyəcəkdim. O da məni…

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
28 ekim 2022
Hacim:
70 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu