Kitabı oku: «Xatirələr», sayfa 2
– Cavid əfəndim, qoca kişisən, qoy sənə hörmət edim.
Elə bunu deməyimə bənd idi.
Cavid əfəndi:
– E-e-eh! – deyə dirsəyi ilə sinəmdən elə ilişdirdi ki, özümü ayaq üstə zorla saxladım.
– Əşi, sən nə edirsən Cavid əfəndi, lap nəfəsim kəsildi ki!..
Əyilib üzünə baxanda gördüm gülümsəyir.
– Bir də belə ilişdirsən işim bitər ki…
Cavid əfəndi gülümsəyə-gülümsəyə cavab verdi:
– Sənə lap yerində olur. Ömründə bir dəfə yaxşılıq elədin, onu da burnumuzdan tökürsən. – Əlini üzümə tərəf qaldırıb əlavə etdi, – Qoca sənin kimi olar. Qoca sən özünsən!
Bir dəfə yenə bizdə nahar edəndə zövcəm Şirinə dedim:
– Şirin, Cavid əfəndi yəqin ki, konyak içməyəcək (Cavid əfəndi konyakı xoşlayırdı), sən konyaki qoy mənə tərəf, limonadı Cavid əfəndi tərəfə. Konyak tünddür, Cavid əfəndiyə ağırlıq edər.
Cavid əfəndi bir az dilxor halda Şirinə baxdı.
– Bu nə danışır, Şirin xanım! Sənin ərin lap qocalıb ki… Nə yaman deyingən olub.
Şirin bərkdən güldü..
– Cavid əfəndi, mən neyləyimki, siz onunla zarafat etməyi xoşlayırsınız, ona görə də Hüseyn arabir sizə sataşır.
– Yox, Şirin xanım, xoş zarafatlar da lazımdır. Qoy nə qədər sataşır-sataşsın!
Ədəbiyyatımıza, xalqımıza ”İblis”, “Şeyx Sənan”, “Knyaz”, “Siyavuş” və s. kimi ölməz dram əsərləri və bir çox lirik şeirlər bəxş etmiş Hüseyn Cavid yaşayır və yaşayacaqdır. Qədir bilən və minnətdar xalqımız onu həmişə böyük ehtiram duyğusu ilə yad etmiş və əsərlərini sevə-sevə oxumuşdur. Cavid irsi hələ çox nəsillərin tərbiyə və inkişafına xidmət edəcəkdir.
Nəhayət, onu da qeyd etməliyəm ki, Cavid xatirəsinə dərin hörmət əlaməti olaraq, nəvəmin adını Cavid ym.
* * *
1935-ci il. Baş repertuar idarəsində işləyirdim… Bahar fəsli idi. Saat altı radələrində, iş qurtarandan sonra pillə-kənlə asta-asta aşağı enirdim… Küçə qapısına bir neçə pillə qalmış qəribə bir mənzərənin şahidi oldum. Cavid Əfəndi əllərini çəliyinə dayayıb, başını aşağı salaraq dərin fikrə getmişdi. Yaxınlaşıb salam verdim.
– Nə əcəb, Cavid əfəndi, burada niyə dayanıbsız? – Soruşdum.
– Səni gözləyirəm, – dedi.
– Axı belə olmaz, Cavid əfəndi, mən xəcalət çəkirəm. Siz məni nə üçün küçədə dayanıb gözləyirsiniz? Zəng edəydiniz, işdən bir az tez çıxıb burada sizi gözləyərdim. Heç yaxşı olmadı. Mən sizin küçə qapısında dayanmanızı rəva görmürəm. Vallah xəcalət çəkirəm, Cavid əfəndi.
– Xəcalətli düşmənin olsun. Gedək, – deyə qolumdan tutdu… – Mişkinaz xanım sənin çox xoşladığın şüyüd-plov bişirib, bizi gözləyir.
Söhbət edə-edə, arabir dayana-dayana köhnə univermağın (o zaman burada kinoteatr yerləşirdi) yanından ötüb, Kommunist küçəsinin ayağına yetışdik. Bəzən ayaq saxlamalı olurduq; ona görə ki, az qala hər addımbaşı – qoca, cavan oğlan, qız Cavid əfəndini salamlayırdı.
Cavid əfəndi respublika İcraiyyə Komitəsinin bina-sında yaşayırdı. Evin qapısında milis nəfəri dayanırdı. Biz qapıya çatanda Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Sultanməcid Əfəndiyevlə rastlaşdıq.
– Paho, Cavid əfəndi, xoş gördük sizi, necəsiniz? – deyə Sultanməcid Cavid əfəndiyə yanaşıb əlini sıxdı.
– Sağ ol, çox razıyam, Sultanməcid, tanış ol mənim dostum Hüseyn Şəriflə.
– Demək, adaşsınız…
Biz əl tutuşduq. Sultanməcid Əfəndiyev:
– Nə cavan dostunuz var, Cavid əfəndi? – dedisə də gülümsəyib əlavə etdi: – Zatən siz özünüz də cavansınız!
Cavid də güldü:
– Cavan olmayanda, qoca ki, deyiləm.
Görünür “qoca” sözündən Cavid əfəndinin heç xoşu gəlmədiyini Sultanməcid də bilirdi. O dedi:
– Yəqin, evə gedirsiniz, eləmi?
– Bəli, bu gün dostum mənim qonağımdır, buyurun, sən də gedək. Mişkinaz xanım plov bişirib.
– Təəssüf, çox təəssüf, böyük məmnuniyyətlə gedərdim… Amma heyf ki, Mərkəzi Komitəyə çağırıblar, təcili işim var…
O, xudahafizləşib maşına sarı yönəldi. Lakin birdən ayaq saxlayıb Cavid əfəndiyə tərəf döndü:
– Ay Cavid əfəndi, görürsünüzmü, sizə nə qədər əziyyət olur, qonağı evinizə aparmaq üçün mütləq özünüz üç mərtəbəni enməlisiniz; hər dəfə qonağı özünüzlə yuxarı qaldırıb, özünüz də yola salmalısınız. Mən sizi bu zəhmətdən qurtarmaq istədim, neçə dəfə dedim ki, gəlin sizə ürəyiniz istəyən yerdə gözəl bir mənzil verim, köçün oraya, canınız dincəlsin. Dostlarınız da kefin istəyən vaxt yanınıza sərbəst surətdə gələ bilsinlər.
Cavid əfəndi güldü:
– Heç elə şey yoxdur, Sultanməcid, – dedi, – elə bura mənim üçün çox yaxşıdır. Qapıdakı milis nəfəri də evimin keşiyini çəkir. Qulağım cox dincdir. Burdan getdi yoxdur.
Sultanməcid gülə-gülə başını buladı.
Biz yuxarı, Cavid əfəndinin mənzilinə qalxıb, çox səliqə ilə, xudmani döşənmiş bir otağa daxil olduq. Otağın ortasında üstünə təmiz süfrə salınmış dördbucaq miz var idi. Mizin qarşısında gözəl, naxışlı büllur şüşəli bir bufet parlayırdı.
Cavid əfəndi çəliyini küncə qoyub, o biri otağa keçdi, qayıdanda pencəksiz, köynəkdə idi; ancaq qalstukunu ıx. Mənə təklif etdi ki, pencəyi çıxarım. Çıxartdım. Mizin arxasında yer göstərdi, əyləşdim.
Cavid əfəndi bufetin üst gözünü açdı, bir şüşə konyak çıxardıb mizin üstünə qoydu. Mişkinaz xanım içəri girdi, mən ayağa qalxdım, Cavid əfəndi məni zövcəsinə təqdim etdi:
– Sənə dedim Hüseyn Şərifdir, tanış ol!
Biz tanış olduq. Mişkinaz xanım qaraqaş, qaragöz, ağbəniz, məlahətli bir qadın idi. O, xəfif bir təbəssümlə əlini mənə sarı uzadaraq…
– Çox şadam, – dedi, – xoş gəlmisiniz. Cavid əfəndi haqqınızda çox danışıb, sizi qiyabi tanıyırıq.
Mişkinaz xanım otaqdan çıxdı, iki nimçə göy-göyərti, turp gətirdi, bir az sonra da pendir və başqa məzə gətirib mizin üstünə düzərək otaqdan çıxdı.
Cavid əfəndi konyak şüşəsini əlinə aldı, qədəhləri doldurmaq istəyəndə, heç bilmirəm, necə oldusa, çox rsbir zarafat etdim. Cavid əfəndi şüşəni yerə qoyaraq, bir an duruxdu, pensnesini çıxardib yenə taxdı… Mən çaşıb mat-mat onun üzünə baxırdım, qulaqları, başı, sifəti pqolmuşdu, gözləri alacalanmışdı. O, ayağa qalxdı, pəncərənin qabağına yaxınlaşdı və xeyli müddət üzünü mənə çevirmədən birdən qışqırdı:
– Dur! Konyak-filan olmayacaq!
Mən dərin bir heyrət içində dönub qalmışdım, lap özümü itirmişdim; heç bilmirdim ona nə deyim. Cavid əfəndinin əlləri əsirdi, rəngi də qaçmışdı. Yaxşı oldu ki, Mişkinaz xanım dadıma çatdı. Yəqin nə isə hiss eləmişdi. İçəri girib dedi:
– Ay kişi, bu nədir, yenə uşaq kimi küsmüsən, nə olub?
– Görmürsən nə deyir?.. Sən eşitmədin…
Görünür, Cavid əfəndi də peşman olmuşdu. O mənə yanaşdı, əlini çiynimə qoydu, məlul-məlul üzümə baxıb ded:
– Rica edirəm, belə zarafatlar eləmə. Xüsusilə mənim kimi dostunla. Bu, yaxşı zarafat deyil!
Mən onu qucaqlayıb üzündən öpdüm:
– Yaxşı, Cavid əfəndi, indi ki, belədir, mən sizdən üzr istəyirəm.
– Yox, üzr istəmək lazım deyil. Sən məni təhqir etdin, mən də səni! Ancaq belə zarafatlar eləmə!
Kiçik bir haşiyə
O zamanlar gənclərin əksəriyyəti “Şeyx Sənan”ı, “bl”i, demək olar, başdan ayağa əzbər bilirdilər. Şəxsən mən ən çox sevdiyim “Şeyx Sənan” faciəsinə dəfələrlə ametmişdim, çox hissəsini əzbərləmişdim.
İndi Cavid əfəndinin qəzəbləndiyi bu məqamda qeyri-ixtiyari olaraq bu misraları xatırlayıb gülə-gülə avazla dedim:
Bir qəbahət bu, həm də pək mudhiş,
Başqa bir çarə yox, keçən keçmiş…
Fəzlədir, məncə, baxtı qeyb etmək,
İndi fürsətdən istifadə gərək…
Böyük ustad heyrətlə mənə baxır, dinib-danışmırdı, lakin gözləri gülürdü, əsəbilikdən əsər-əlamət qalmamışdı…
Mən güldüm. O da güldü. Sonra fikirli-fikirli ümiçinə baxdı:
– O cür zarafatı sənin ağzından eşitmək mənə çox ağır gəldi.
Bir az konyak içdik. Cavid əfəndinin kefi lap lm. Mişkinaz xanımla zarafat edir, mən plovu əd, o da arvadına sataşır, deyirdi ki,”plov bişirməyi ona mən öyrətmişəm”.
Nahardan sonra Cavid əfəndi məni qapıya qədər ötürdü:
Qapıda isə əlimi əlində saxlayaraq, gözləri gülümsəyə-gülümsəyə bu misraları oxudu:
Gecə Leylayı ayın on dördü
Quyuda tənha yıkanırkən gördü.
“Qiz, vücudun nə gözəl böylə açıq,
Qiz yaxından baxayım, sahilə çıx”.
Bakı ətrafında ürkək-ürkək
Dedi: ”Tənhada bu səs nolsa gərək?”
“Qız vücudun sarı güllər kimi, tər,
Çıx sudan, kəndini uryan göstər!”
Arayırkən ayın donuq səsini,
Sönük ay öpdü bəyaz ənsəsini,
…
Bir sabah söylədi son sözlərini
Yumdu dünyaya ala gözlərini.
Diz çöküb ağladılar, ağladılar
Qopdu evdən acı bir vaveyla,
Odalar inlədi: “Leyla, Leyla”.
Şeiri oxuyub qurtardıqdan sonra isə dedi:
– Şeir belə olar. Bilirsənmi kimindir?
Mən bir az duruxdum. Fikirləşdim. Gənclik illərində türk ədəbiyyatına az-çox bələd idim. Tofiq Fikrətin, Namiq Kamalın, Əbdulhaq Hamidin, Rəşad Nurinin və bir sıra başqa yazıçıların əsərlərini oxumuşdum. Lakin bu şeirin müəllifi mənə məlum deyildi.
Cavid əfəndi dözmədi:
– Olmadı, bax, bu olmadı. Sən bunu mütləq bilməli idin, mütləq. Yəhya Kamalındır, türk şairi, Yəhya Kamalın.
Onu da əlavə etdi ki, bu şeir dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmişdir.
Mən Cavid əfəndini qucaqlayıb üzündən öpdüm.
Maraqlı bir görüş
1947-ci ildə Soçidə, sanatoriyalardan birində istirahət edirdim. Hər dəfə Masestaya vanna qəbul etməyə gələndə, çox arıq, bəstəboy, çeşməkli, təkəsaqqal bir qocaya rast gəlirdim. Qoca vannalara həmişə kitab oxuya-oxuya gəlir, oxuya-oxuya da əyləşib növbə gözləyirdi (kitabı əlindən yerə qoymurdu). Hər dəfə də növbəsi çatanda onu iki-üç dəfə səsləyib vannaya dəvət edirdilər. Nəhayət, mən ona dözə bilməyib dedim:
– Axı siz heç yaxşı etmirsiniz, hər dəfə bizi ləngidir-siniz, vaxtımızı alırsınız. Bəlkə, müvəqqəti olaraq o kitabdan əl çəkəsiniz?
– Bu mümkün deyil! Mən latın dilini öyrənirəm, çox vacib bir əsəri latın dilindən rus dilinə tərcümə etməliyəm. – Mənə diqqətlə baxdı:
– Yeri gəlmişkən, siz özünüz haralısınız?
– Mən Azərbaycanlıyam.
– Paho, deməli ki, dahi Hötenin eloğlususunuz.
– Deyəsən, siz məni başa düşmədiniz. Mən Azərbaycandanam.
– Hə, hə, əlbəttə, mən sizin həmyerlinizi, sizin Höteni nəzərdə tuturam – Hüseyn Cavidi.
Mən heyrətlə qocaya baxdım. Qoca məndən soruşdu:
– Siz onu tanıyırdınız?
– Hə, əlbəttə, tanıyırdım. Bəs siz?
– Çox yaxşı. “İblis”lə “Şeyx Sənan”ı rus dilinə tərcümə etmişəm.
– Deməli ki, bizim dilimizi bilirsiniz?
– Türk dilinimi?. Bilirəm. Fəqət, etiraf etməliyəm ki, əsərləri mənim moskvalı dostlarımın köməyilə tərcümə etmişəm. Türk dilini gözəl bilən dostlarımın köməyilə…
Qoca bunu deyib, dərvişin monoloqunu oxumağa başladı:
Sakın, heç sorma, bir divanəyəm mən,
Dəmadəm çırpınan pərvanəyəm mən…
Bu məqamədək mənimlə rusca danışan qoca birdən azərbaycanca söylədi:
– Bilirsinizmi, – dedi, – bir para azərbaycanlı dostlarım mənə bu işdən, Cavidin əsərlərinin tərcüməsindən imtina etməmi məsləhət gördülər, bunu bihudə zəhmət hesab edirdilər, fəqət mən bu iki dahiyanə əsəri tərcümə etdim. Peşman da deyiləm.
Qocanın sonrakı söhbətlərindən məlum oldu ki, o, böyük alimdir, bir neçə dəfə İngiltərədə, Almaniyada, Fransada, Amerikada, İtaliyada, Türkiyədə, İranda olmuş, bu ölkələrin ali məktəblərində mühazirələr oxumuşdur. Qoca alim bunu da əlavə etdi:
– Hər dəfə sizin Cavidinizdən misralar gətirəndə, əsərlərindən parçalar oxuyanda alqış qopur, bütün məclis həyəcanlanır, vəcdə gəlirdi. Bəli, Cavid dahi şair olub!
Bu minval ilə biz bir neçə gün bu böyük alimlə görüşüb xeyli söhbət etdik. Cavidin əsərlərindən müəyyən parçaları mən həmin alim üçün oxuyandan sonra daha məndən əl çəkmir və hər dəfə yeni bir parça oxumağı xahiş edirdi. Nəhayət, otağının nömrəsini mənə dedi, xahiş etdi ki, şamdan sonra onun yanına gedim.
Fikirləşdim, götür-qoy etdim, getmədim (xatalı illər idi)! Risk edə bilməzdim… Çox istəyirdim onunla dostlaşım, əlaqə saxlayım, amma nə edə bilərdim, böyük im “xalq düşməni” kimi, “pantürkist” kimi damğalar vurulmuşdu.
Bir-iki gün alimin gözünə görünmədim (onsuz da az halda başını qaldırır, gözünü əlindəki kitabdan çəkmirdi). Üçüncü gün sanatoriyanın həyətində rastlaşdıq. Mənə heyrətlə baxdı. Üzr istədim, dedim başım qarışıq olub. O mənə:
– Hə, hə, aydındır, – dedi.
Mən:
– Bu gün sanatorini tərk edirəm, axşam yola düşməliyəm.
Qoca cibindən vizit kartoçkasını çıxartdı.
– Buyurun, bu mənim vizit kartoçkam. Moskvaya oldüşsə, xahiş edirəm çəkinmədən buyurasınız bizə. Çox şad olaram. Yeri gəlmişkən, siz nə ilə məşqulsunuz?
Yazıçı olmağımı demədim. Pedaqoqam dedim.
– Mən isə Elmlər Akademiyasında çalışıram. Demək dərs deyirsiniz?
– Bəli, dərs deyirəm.
– Bilmək olarmı harada? Məxfi deyil ki?
– Universitetdə.
– Tarixçisiniz?
– Xeyr, Filoloqam.
– Çox gözəl. Deməli ki, həmkarıq. Sizə yaxşı yol, tanış olmağımıza çox şadam. Salamat qalın. Bəli, sizin Huseyin Cavid dahi filosof və humanist olub!
Cavidin böyük humanist yazıçı olmasını onun kimi şəxsdən eşitmək mənim üçün, əlbəttə ki, olduqca xoş idi. Lakin mənim Cavidlə yaxından dost olmağımı o haradan biləydi?
* * *
1935-ci il idi. Ş.Rustaveli adına Gürcüstan Dram Teatrı Bakıya qastrola gəlmişdi. M.F.Axundov adına Opera və Balet Teatrında “Anzor”, “Lamara”, “Qaçaqlar” tamaşalarını göstərirdilər.
Tamaşalardan sonra müzakirələr başlandı, tamaşalar haqqında rəylərini söylədilər. Axırda teatrın baş rejissoru Sandro Axmetli çıxış etdi. Onun çıxışlarındakı bir ifadə çox yaxşı yadımda qalıb. Axmetli belə dedi: “Mənim xalqımın da sizin xalqınızın türk dili kimi musiqili dili olsaydı, səhnədə möcüzələr yaradardım”.
Mən Cavid əfəndidən soruşdum:
– Hə əcəb gürcü dram teatrının tamaşaçılarına gəlməmişdiniz?
– Necə məgər?
– Maraqlı tamaşalar idi. Bilirsinizmi, quruluşların üzzamanı teatrın baş rejissoru Axmetli nə dedi? (Mən Axmetlinin sözlərini təkrar etdim).
Cavid əfəndi gözünü yerə dikib bircə bunu söylədi.
– Məgər, buna sənin şübhən var idi?..
Mən bir cəhəti xüsusilə qeyd etmək, nəzərə çatdırmaq istədim. Gənclərin həyatı, məişəti, düşüncəsi, idealı Cavid əfəndini olduqca maraqlandırır, düşündürürdü: gənclər nəyi daha xoşlayır, onları hansı məsələlər daha çox düşündürür, əməyə münasibətləri necədir, musiqi, ədəbiyyat, ümumiyyətlə, incəsənət xadimlərindən kimi daha çox sevirlər və nə üçün?
Dəqiq elm mütəxəssisləri ilə tanış olanda sevinirdi. ”Bizə belə mütəxəssislər çox lazımdır” deyirdi.
Cavid əfəndi ağzından bir kəlmə də nalayiq söz çıxartmamışdı, mən eşitməmişdim. Çox qəribə söyüş ymvar idi. Onun bütün söyüşü bircə kəlmədən ibarət idi. Əsəbiləşib özündən çıxanda ancaq bu kəlməni deyərdi: ədəbsiz!
Bir dəfə qəribə bir əhvalat baş verdi.
1936-cı ildə, bazar günlərindən birində, saat 12-də uşaqlıq dostlarım bizə toplaşmışdılar. O zaman mən Səməd Vurğun küçəsində (keçmiş Qızıl Əsgər), 54 nömrəli evdə idim, idarəmiz isə xalq maarif komissarlığının asidi.