Kitabı oku: «Xatirələr», sayfa 3
Dostlarımdan biri, sonralar “Kommunist” nəşriyyatının direktoru, Azərbaycan Ensiklopediyasının əməkdaşı olmuş Yunis İsmayılov da bizdə idi (hazırda fərdi pensiyaçıdır). Mənzil sahibəsinə tapşırmışdım ki, məni soruşan olsa, desin ki, evdə yoxam. Ona görə ki, işimin rejimi belə idi ki, bəzən istirahət günü də, təcili iş olanda, adam ndməni ya idarəyə çağırırdılar, ya da mətbəəyə.
Biz səkidən təqribən iki metr hündür olan eyvanda oturub nərd oynayırdıq. Başımız oyuna qarışdığı üçün küçədən keçənlərə fikir vermirdik. Oyunumuzun şirin yerində bir də gördük ki, aşağıdan Cavid əfəndi qışqırdı:
– Canım, bu nə işdir, ev sahibəsi mənə deyir evdə yoxdular, amma siz eyvanda oturub nərd atırsınız. Bu ecişdir? Ədəbsizlər!
Mən yerimdən dik qalxıb küçəyə yüyürdüm.
– Bağışlayın, – dedim, – Cavid əfəndi, bir az anlaşıl-mazlıq üz verib. “Evdə yoxdur” əhvalatının sizə qətiyyən dəxli yoxdur. Heç ağlıma gəlməyib ki, birdən siz də gələ bilərsiniz. Keçib, Cavid əfəndi, bağışlayın bizi.
Qolundan tutub evə apardım. Çəliyini, papağını asqıya keçirtdim. Cavid əfəndi bizimlə yanaşı əyləşib, nərd oynamağımıza tamaşa edir, söhbətlərimizə qulaq asır, zarafatlarımızı dinləyirdi. Zövcəm Şirin bizə işarələr edirdi ki, zarafatlarımızı, atmaca sözləri boşlayaq, lakin bir də gördüm ki, Cavid əfəndi də Şirinə işarələr edir, yəni ki, bənd olma, qoy nə istəyirlər danışsınlar.
Bu məhz ondan irəli gəlirdi ki, Cavid əfəndini bizim hər bir hərəkətimiz maraqlandırırdı!..
Görkəmli sənətkar, xalqımızın böyük oğlu, dərin fəlsəfi əsərlər müəllifi Hüseyn Cavid həm də belə sadə, əm, mehriban bir insan idi…
* * *
Çalışdığım idarənin xüsusiyyəti elə idi ki, həftədə üç dəfə gecə işlədiyim üçün gündüzlər boş olurdum. Belə vaxtlarda evdə tərcümə edir, məqalə yazır, daimi resenzenti olduğum nəşriyyatın tapşırıqlarını yerinə yetirirdim. Cavid əfəndi bütün bunlardan xəbərdar idi və işgüzarlığıma ürəkdən sevinirdi. Şəxsi söhbətlərimiz (çox vaxt bizdə, bəzən də şairin mənzilində) əsasən yaradıcılıq məsələlərinə həsr olunardı. O zaman mənzilim yox idi, kiçik bir otaqda kirayənişin yaşayırdım.
1935-ci ilin aprel ayı idi. Bir dəfə işdən səhərə yaxın qayıdıb möhkəmcə yatmışdım. Necə deyərlər, dəyib-dolaşan olmasaydı, yəqin ki, axşamadək yatacaqdım. Lakin səhər saat on radələrində arvadım Şirin məni yuxudan oyadıb:
– Qalx, Cavid əfəndi gəlib, – dedi.
Yaxşı ki, o, əvvəlcə həyətdə ayaq saxlayıb, ev ibhal-əhval tutmuşdu. Cəld geyinib həyətə çıxdım, əziz qonağı otağıma dəvət etdim. O, “səhərin gözü açılmamış” qonaq gəldiyi üçün dönə-dönə üzr istədi.
– Gəlmişəm çayı sizdə içim, – dedi. – Bizim qaz azxarab olub…
Papağını asqıdan asdım, çəliyini divara söykədim. Bir az fikirli olduğunu da elə bu dəm hiss etdim.
– Xeyir ola, – dedim, – Cavid əfəndi, gözümə birtəhər görünürsünüz…
– Hə, elədir… Dedim ki, qaz cihazı xarab olub!..
– Elə bu?..
– Bəs, qan qaralması üçün bu azdır?
– Ay Cavid əfəndi, bəlkə siz də mənim kimi yurdsuz-yuvasız olsaydınız, bəs onda nə edərdiniz?
– Hə, mənzilsizlik çox çətin məsələdir. Elə buna görə sənin haqqında bəzi adamlara ağız açmışam, ancaq bilmirəm, bir nəticə hasil olacaq, ya yox.
Şirin bizə çay-çörək verdi… Təqribən saat on ikidə Cavid əfəndi ayağa qalxdı.
– Hara belə? – deyə soruşdum.
– Dəniz sahilində bir az gəzib evə gedəcəyəm.
Cavid əfəndi gəzməyə həmişə bulvara – indiki sahil parkına gedərdi. Həmişə də bir yerdə oturardı. O vaxt park indiki kimi qəşəng deyildi…
– Saat neçədə evdə olacaqsız?
– Necə məgər?
– Qonaq gələcəyəm.
– Buyura bilərsən. – Saatına baxıb əlavə etdi, – Saat üçdə gözləyəcəyəm.
– Qaz cihazını da elə onda işə salarıq.
Böyük şair təəccüb etdi:
– Məgər sənin qaz cihazından da başın çıxır?
– Mənimki çıxmasa da, başı çıxan tapılar.
– Ancaq o qaba danışanlardan olmasın!..
– Lap sizin ürəyiniz istəyən adam olacaq. Adı da Məhəmməd.
O vaxt böyük qardaşım Məhəmməd Bakı Qaz Trestində texniki şöbənin rəisi idi: bunu Cavid əfəndiyə demişdim. Məhəmmədlə də tanış etmişdim, lakin görünür, unutmuşdu.
Saat üçdə qardaşım Məhəmmədlə birlikdə Cavid əfəndigilə getdik. Məhəmməd özü ilə iki çilingər də gətirmişdi. Qapını Cavid əfəndinin özü açdı. Bizi görəndə çox sevindi. Mən gülə-gülə:
– Cihaz necədir, Cavid əfəndi, naxoşluğu hələdəmi davam edir? – deyə soruşdum. Sonra da əlavə etdim, – Buyurun, tanış olun, böyük qardaşım Məhəmməddir, özü də Bakı Qaz terestinin texniki şöbə rəisi. Görürsünüz, qulluğunuza nə böyük adam gətirmişəm?!
Cavid əfəndi Məhəmmədin əlini əlində saxlayıb dedi:
– Sizin bu qardaşınız zarafatlardan heç əl çəkmir. Sizi mənə yad bir adam kimi təqdim edir. Halbuki sizinlə çox-dan tanışam, iki dəfə onun öz mənzilində görüşmüşük.
Cəld dilləndim:
– Mənzilində yox, Cavid əfəndi, kirayənişin olduğu otaqda.
– Di görürsünüzmü? Yenə zarafatdan əl çəkmir.
– Elədir, Cavid əfəndi, baməzə adamdır… Amma sizi çox sevir. Sizə dərin hörmət bəsləyir!..
Cavid əfəndi boynumu qucaqladı.
– Onu bilirəm, yaxşı bilirəm və bununla da fəxr edirəm.
Cihaz yarım saatın içində düzəldi. Çilingərlər getdi. Cavid əfəndi, bizim etirazımıza baxmayaraq, onlara pul vermək istədi, lakin ustalar qəti imtina etdilər.
Biz də xudahafizləşmək istəyəndə, Cavid əfəndi qəti etiraz etdi:
– Olmaz! – dedi. – Nahar edəcəyik.
Məhəmməd mülayimliklə dedi:
– Cavid əfəndi, sizinlə nahar etmək, mənim üçün çox xoş olardı. Lakin təəssüf ki, bu mümkün deyil, indi iş vaxtıdır, idarədə olmalıyam!..
Ancaq buna görə Cavid əfəndi israrından əl çəkdi:
– İşdirsə, onda başqa məsələ… Lakin heç olmazsa çay içək.
– Hə, çay olar, – deyə Məhəmməd razılıq verdi.
Mişkinaz xanım yaxşı bir çay süfrəsi açdı. Cavid əfəndi gözləmədiyimiz halda Məhəmmədə müraciət etdi:
– De görüm, Rauf qəbul olundu, ya Rüfət?
Təxminən iki ay əvvəlki əhvalatı xatırladıq. Məhəmmədin oğlu olmuşdu. Münasib ad axtarırdı. Daha doğrusu Rauf və Rüfət adlarından seçmək istəyirdi. Həmin gün yanıma da məsləhət üçün gəlmişdi. Təsadüfən Hüseyn Cavid də bizdə idi. Məsələdən hali olcaq dedi:
– Adların hər ikisi, necə deyərlər, məqbuldur. Yəqin ki, bilirsiniz, Rauf rəhmdil, şəfqətli deməkdir. Rüfət isə yüksəklik, əzəmət mənasını verir. Mənə qalsaydı, Rüfəti məsləhət görərdim…
Məhəmməd böyük şairin məsləhətinə əməl edib, oğlunun adını Rüfət qoymuşdu. İndi çay süfrəsinin arxasında həmin əhvalatı xatırladan Cavid əfəndi uşağa Rüfət adı qoyulduğunu eşidəndə çox sevindi və xudahafizlə-şəndə Məhəmmədə dedi:
– Sən neftçi mühəndissən, elə deyilmi?
– Bəli, elədir…
– Xalqımın sənin kimi mühəndis, həkim, müəllim… oğullarını görəndə, xüsusilə onların məsul vəzifə sahibləri olduqlarını eşidəndə hədsiz sevinir və fərəhlənirəm. Arzum da budur ki, hər yerdə sənin kimi mütəxəssislər görüm. Sağ ol, var ol, xoşbəxt ol. Çalış ki, sənin kimi hs, ziyalı adamlarımız çox olsun. Ən nəcib, ən yaxşı yol budur. Ziyalı qüvvəsi nə qədər çox olsa, millətin qüdrəti də bir o qədər artıq olar.
Cavid əfəndi bu sözləri deyib, bir qədər susdu. Yenidən Məhəmmədin əlini sıxmağa başlayanda isə fars dilində bir misra şeir söylədi:
Təvanə buvəd, hər ki dana buvəd!
Sonra da onun mənasını şərh etdi:
– Yəni, məlumatlı, bilikli adam qüdrətli, qüvvətli olar!
Gözünü Məhəmməddən çəkmədən soruşdu:
– Bilirsinizmi kimin sözləridir?
Məhəmməd utana-utana:
– Xeyr, – dedi.
– Firdovsinindir, dahi İran şairi Firdovsinin…
* * *
Növbəti istirahət günlərindən birində uşaqlıq dostum, məktəb yoldaşım Yunis İsmayılov qonağım idi. rdda bizdəydilər. Zövcəm Şirin plov bişirmişdi. Məclisimizin şirin məqamında Cavid əfəndi gəldi:
– Paho, deyəsən, axı namünasib vaxtda gəlmişəm, – dedi:
Hamımız ayağa qalxdıq.
– Xeyr, – dedim, – Cavid əfəndi, lap münasib vaxtda gəlibsiz. Buyurun, bəyəndiyiniz yerdə əyləşin.
Cavid əfəndi:
– Etiraz etməsən, səninlə yanaşı əyləşərdim, – dedi. – Bəs bu cavan oğlan kimdir, – böyük sənətkar dostum ungöstərdi.
– Uşaqlıq dostum, məktəb yoldaşımdır, – dedim.
Cavid əfəndi əlini Yunisə sarı uzadaraq:
– Çox şadam, – dedi, – dostumun dostu mənim də dostumdur.
Nahardan sonra Cavid əfəndi Yunisdən xəbər aldı:
– Soruşmaq eyib olmasın, sən hansı İsmayılovlardan-san?
Yunis belə cavab verdi:
– Tiflisdə anadan olmuşam, Cavid əfəndi, yəqin ki, bizim ailəmizi tanımazsınız…
– Tiflisdə, harda, hansı məhəllədə yaşayırdınız?
Yunisin ailəsi və qardaşları haqqında ətraflı məlumat verdim, mərhum Ələkbərin, görkəmli partiya və dövlət xadimi olmuş mərhum İsmayılın adlarını çəkdim.
Yunis də yaşadığı məhəllə və ailələri haqqında məlumat verəndə Cavid əfəndi birdən dilləndi:
– Dayan, dayan. Demək, İsmayıl İsmayılovun aş, hə?
– Bəli.
– Çox fəxr edirəm ki, mənim İsmayıl kimi tələbəm olub. Savadlı, mədəni adamdır…
Mərhum İsmayıl o zaman Azərbaycan K (b) P MK-da işləyirdi. Məktəb və mədəniyyət şöbəsinin müdiri idi.
Mən cəld soruşdum:
– Deyirsiz İsmayıl tələbəniz olub? Nə vaxt? Harada?
– Tiflisdə.
– O vaxt Tiflisdə müəllim olubsunuz? Hansı məktəbdə?
– Əncüməndə.
Yunis söhbətə qarışdı:
– Cavid əfəndi, axı Hüseyn də əncüməndə oxuyub, o da həmin məktəbi bitirib.
Cavid əfəndi heyrət və maraqla mənə baxdı:
– Sən də? Nə vaxt?
– 1917-1922-ci illərdə, – dedim.
Cavid əfəndi başını bulayaraq, üzünü Yunisə tutdu:
– Sənin bu dostun Hüseyn özü haqqında mənə heç nə söyləmir. Nə soruşuramsa, bir bəhanə ilə söhbəti dəyişir. Heç əncüməndə təhsil alması barədə də mənə bir kəlmə söz deməyib. Yaxşı, bəs sən harada işləyirsən?
– Hüseynlə birlikdə, Qlavlitdə – Baş Mətbuat İdarəsində.
– Demək, Bakıya köçəndən sonra da bir-birinizdən ayrılmayıbsınız? Bax, buna deyərəm dostluq. – Sonra da özünəməxsus bir səmimiyyətlə əlavə etdi, – Başacan olsun, həmişə də bu dostluğun qədrini bilin, onun müqəd-dəsliyini qoruyun.
Ücretsiz ön izlemeyi tamamladınız.