Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «GurÜn», sayfa 3

Yazı tipi:

Əxi Baba:

– Qızın üzünə bax. AğÜzdür?

Nizami:

– Bəli, Saf Ağdır üzü. İşıq saçır.

Əxi Baba:

– Kənizdir?

Nizami:

– Bəli, OdÜnƏsdir – Yaradan Ün həqiqətidir. Açıq deyir ki, Nizamini sevirəm.

Əxi Baba:

– "Qıpçaq qızf'dır?

Nizami:

– Bəli, qapı açan AğÜzdür.

Əxi Baba:

– Xörək hazırdır. Ye, körpə balam.

Nizami:

– Hazır deyil, Baba.

Əxi Baba:

– Ey oğul, sənə o qəzəli deyən və Əmir Daraya o məktubu yazdıran kimdir?

Nizami:

– İndi hazır oldu, BağBağÜnüm. Təcridi EySar bir il bundan əvvəl məktubu göndərəndə ləğv edibmiş. Özündən müştəbeh Nizami qəzəli öz adına, məktubu Daranın adına yazıb. Təcridin ləğvi bir il uzadıhb!

Əxi baba:

– Bəs Qutayba balamın günahı nədir?

Nizami:

– Özü desin.

Qutayba:

– Mən də qəzəli Nizaminin, məktubu Daranın adına yazmışdım, hər ikisinin Elminə vurulub Elm sahibi EySarımı unutmuşdum. Bir ildir ki, icmalarda şeir, musiqi məclislərində Nizaminin qəzəli ilə Daranın məktubunu şərh edirəm.

Əxi baba:

– İlin tamamında dərsinizi aldınız, körpə balalarım.

Nizami:

– Yenə “körpə”?!

Əxi baba:

– Dərs hələ irəlidədir.

Elm sahibi ilə birlikdə siz zülmətə qapı açan “Qıpçaq” Əxi Babanızın qızı Afaqı da unutmusunuz. Nizami təkyəsində, kənizlər içində Afaq adı altında gizlənən qızımı niyə unutmusunuz?!

Bu gözlənilməz sual nə qədər gözlənilməzdisə, “kənizlər içində Afaq adı altında gizlənən qızım” sözləri də bir o qədər gözlənilməz idi. Çünki Nizami ilə Qutayba nə Əxi Babanın evli olduğunu bilirdilər, nə də Təkyədəki kənizlərin arasında Fərruxqızı rütbəli məşhur xəzinədar kəniz Afaqın atası olduğunu.

Çaşıb qaldılar.

Əxi Baba:

– İndi atlanın, gedək görək “yaxınına gedəni dişi-dırnağı ilə parçalayan kəniz” Nizamini necə parçalayacaq!

Nizami:

– Nizami o Afaqa yaxın getməz!

Əxi Baba:

– Gedəcək. Atlanın!

Atlandılar.

(Şərh: “Üfüq” və “Afaq” OdƏr dilində EvAğdan azıb, ey mənim dilimi “Dəri dili”, “Dəri dili” ni isə “qədim Fars dili” adlandırıb Türk-Tərik dilində OdƏr dili olduğunu unudanlar! EvAğ – SafAğ İnsanın Evi də, özü də, Elmi də SafAğdır. Yəni qara rəngdən – zülmətdən kənardır. Niyə? Çünki “qara” da təhrif sözdür. Gurdan azıb, mənasını – məzmununu itirib, ey AğEvÜnü “Ağvan” adlandırıb Ünümdən məhrum olanlar! HəmOdÜnü “Həmədan” adlandırıb “qədim Fars dili” nin “Şiə”sinə (Elmdən ayrıya) uymasaydınız, mən Nizami TəkEyini Əlimdən azmış “ələm” ağacı altında, SafAğ balalarımı “Afaq”, “Qutayba” adları, “Fərrux qızı” rütbələri altında gizlətməzdim.

Ələm ağacı uzaqdan qısa görünürdü. Atlılar yaxınlaşdıqca, on qulac zula9 birə iki uzandı. Zula ilə birlikdə sərv ağaclarının sıx cərgəsi də birə iki uzanıb, bütün üfüqü tutdu.

Təkyədə zil cürə səsi bəm saz səsinə qarışıb, atlıları sehrlədi.

Nizami ilə Qutayba yəhərdən enib, bir adam boyu hündürlüyündə ağ hasarın qapısı ağzında atdan düşən Əxi Babaya baxdılar.

Əxi Baba:

– Toyundur, Şeyx!

Nizami lap yazıqlaşıb, hətta boynunu bükdü.

– Heç nə anlamıram, Baba.

Əxi Baba birdən dəyişib, yenə qəmləndiyum-şaldı.

– Ey cavan!.. Ey cavan!.. Sənə bağışlanan xoşbəxtlikdən xəbərin yoxdur, ey cavan! Afaq mənim qızım deyil, heyrətli gözəl kənizdir. Dara göndərib. Həqiqətən OdƏr göndərib, ey xoşbəxt cavan!

Nizami lap bezikib, hətta səsini qaldırdı:

– Baba! Bu gün sən mənim başıma nə oyun açırsan! Qutayba mənim atam-anamdır, bacım-qardaşımdır! Təkyədə doğrudan toy var?!

Əxi Baba:

– Dedim sənin toyundur.

Nizami:

– Kimlə evlənirəm?!

Əxi Baba:

– Unutduğun qızım Afaq Fərruxqızı ilə yox, məhz Daranın göndərdiyi heyrətli gözəl kənizlə! O kənizdən heyrətli gözəl bir oğlun olacaq. Adını mərhum əmin BağHəmdun təhrif adı ilə “Məhəmməd” qoyacaqsan. EyOdƏr EyƏsÜn – “Yazan” belə yazıb, EySar belə buyurub, BağBağÜn belə deyir. Yazıya pozu yoxdur, Şeyx Nizami!

Nizami üzünü kənara çevirdi.

Qutayba ağladı.

– Bu nə cəzadır?! Nə müsibətdir?! Babacan, yal-varıram, EySara yalvar, açıq desin, daha nə cahilhyimiz var?!

Arahğa sükut çökdü.

Saz, cürə səslərinin sehrli gözəlliyi Nizami ilə Qutaybanın sıxıntılarını daha da artırdı. Əxi baba qapını açdı.

Daş cığırda ağ çəpkənli, ağ örtüklü bir OdÜnƏs – kəniz dayanmışdı.

Əxi Baba kənizin qoşa əli üstündə gümüş sinidəki gümüş şərbətilərdə şərbəti göstərdi.

– İçin, ağzınız şirin olsun. Bu səhər mən sizə ilan zəhərindən də betər zəhər içirtmişəm.

Nizami küskünləşmişdi.

– Təcrid hücrəsində, tənhalıqda iki il Elm qulu ol-mağın müqabilində təcrid-zəhər!.. Cahan Pəhləvana, Qızıl Arslana, Bəhram şaha, Əmir Daraya – taxt-tac, Nizamiyə Firdovsi “Şahnamə”sinin xəzinəsində əsirlik10 müqabilində yenə təcrid-zəhər!.. Xirqə alandan sonra. İcma-larda dərvişlik müqabilində yenə təcrid-həzər!.. Təkyə alandan sonra, son dörd ildə gecəli-gün-düzlü moizələr müqabilində təcrid-zəhər! Nə-hayət, icmaları xilas etməyimin müqabilində təcridzəhər!

Əxi Baba:

– EySara üsyandır bu, Şeyx Nizami!

Nizami:

– Şərbət vermə bir də, həqiqi ilan zəhəri ver, bu tərzi-həyat qurtarsın! Dözə bilmirik, Baba!

Otuz dörd yaş əzablarımı da əlavə etsək, həqiqi mənada qocalmışıq biz!

Əxi baba:

– Əbədi həyat müqabilində otuz dörd yaş heç nədir, Ey oğul!

Nizami:

– Səbəbini izah elə, Baba!

Əxi baba:

– EySarın Təkrarı özünə üsyan edir. Yəni özünü öldürmək qəsdinə düşən Təkrar, Təkrarını öldürmək qəsdinə düşür, körpə İlyas! Anadan olduğun gündən bu günə qədər, otuz dörd il müddətində sənə bağlı bağın EySar özü də təcrid zəhəri içmirmi?! “Süleymanın təxtini ağuşuna alan səhra” nın “qoca əkinçi” si Nizami, bəhrəsiz səhradan betər oldu beynin!

"İcmaları xilas edən” sənsən?!

Nizami:

– Təkrarımdır xilaskar! Təkrarımın təkrarı Nizamidir xilaskar! Təkrarım nə özünə rəhm edir, nə də Təkrarına!

Əxi Baba:

– Səbəbini bilmirsən?! Bu “Yer” bəşəriyyətinin beynində zülməti dağıtmaq sənə asanmı gəlir, ey ana uşağı?! “İt Leşi” ni diriltməlisən sən!

Nizami Qutaybanın göz yaşlarına baxıb, birdən süstləşdi, süst qolunu zorla qaldırıb, barmaqlarının ucu ilə o ata-ana, bacı, qardaş əvəzinin yanaqlarını sildi.

– “Ana uşağı”nın üsyanı bilməzlikdən deyil, Baba. Əgər mən təkrarıma üsyan edirəmsə, təkrarımın özü özünə üsyan edir.

Doğrudur!

Doğrudur?

Qutayba ağlayır, mən ağlayıram, Təkrarım ağlayır! Mən soruşuram: “Bu tərzi-həyat nə vaxt qurtaracaq?!” Təkrarım deyir: “Zülmət qurtaranda qurtaracaq”. Bəs zülmət nə vaxt qurtaracaq, Baba?! Təcridin ləğvindən sonra da qurtarmayacaq zülmət, demək, yenə təcrid! Təcrid! Təcrid! Budur məni üzən, taqətdən salan, Ey BağBağÜnüm, İmadım11, Ustadım!

Sənin evli olduğunu, Afaq adlı qızın olduğunu indi eşidirəm. Təkyəmin “xəzinədar”ı, icmalarda məşhurlar məşhuru Afaq Fərrux qızı, mənim ən istəkli OdÜnƏsim öz ata-anasını tanımır! Qutayba Fərruxqızı öz ata-anasını tanımır! Dörd yaşında anadan yetim qalan on bir yaşında atadan yetim qalan Nizami Qutaybasının ata-anasının da üzünü görmür! OdAğÜzdə Təkrarım, Yerdə Təkrarım – Əxi babam, ikisi də zülmkar! Təkrarının nəzərindən təcrid yaşamağı ölümdən betər bildiyinə görə Qutaybasından təcrid Nizami özü də zülmkar! Necə üsyan etməsin bədbəxt Nizami?!

Əxibaba:

– “Gecəli, gündüzlü moizələr” ində hər gün, hər gecə təkrar etdiyin adi həqiqəti təkrar edirəm: “Xoşbəxtlik Simurğ quşunun belində uçub gedib”. Nə vaxt? Min yüz yetmiş beş il əvvəl, EySar anadan olan günü Bağ Atamız uşağı böyük oğlu Ulu Bağ ƏsƏlMənə tapşınb, SimƏrAğ gəmisinə minib gedib, Əxilərimizdən qeyri bir kimsənin xəbəri yoxdur ki, BağAtamız bir də otuz dördüncü ilin yayında, EySar Yerusəlimdə çarmıxa çəkilən günü Yerə enib, ƏrEvOdunu aparıb gedib. Nə qədər keçib o vaxtdan? Min yüz qırx bir il! ƏrEvOda “arvad”, BağƏrEyə “Mariya”, “Məryəm”, ÜnEyə “ana”. SimƏrAğa OdÜnSim quşu, EyƏrə “Yer”, ƏsEyƏrə “Səyyarə” deyən Təriklərim – Türklərimlə bahəm “Yer”də cəmi bəşəriyyətin xəbəri yoxdur ki, on səkkiz min Aləmdə Səyyarələrin heç birində doğuluş yoxdur. Yalnız bu bədbəxt ikən xoşbəxt, xoşbəxt ikən bədbəxt “Yer”də “uşaq” – ƏsAğ verilir insana. Təcrid hücrəsində, tənhahqda, ilk təcrid illərində atan Yusifın səsi ilə deyilən dərsdir bu dediklərim. Bədbəxt bəşəriy-yətimizi “bədbəxt ikən xoşbəxt” adlandırıb EySar. Niyə? Otuz dörd yaşlı gənc ikən çarmıxa çəkilib, SafAğ İşığın qüdrəti ilə diri qalıb, SafAğ İşıq içində uçub OdAğÜzə getdiyi gündən bu günə qədər, min yüz qırx bir ildir ki, körpə bala həsrətindədir.

Əxi Baban deyil sənə bu sözləri deyən, EySar özüdür! Təcrid hücrəsində, ilk təcrid illərində eşitdiklərini təkrar edirəm, İlyas balam. On səkkiz min Aləmdə, OdƏr bəşəriyyətində SafAğ İnsanın yaşı artmır. Min yüz yetmiş beş yaşlı EySarın otuz dörd yaşh gəncdir. Təcriddən sən nə qədər əzab çəkirsən, İlyas balam, Qutaybana yaxınlaşanda vəcdin səmasında quş kimi uçursan. EySarın Qutaybası da yoxdur. Bu bədbəxt ikən xoşbəxt “Yer”ə enib evlənsə, nə olar? Yaşı artar, ƏrEvOdu ilə birlikdə özü də qocalar, körpə balası da. Bəs sonra?.. AğƏrə – SafAğ işığa “Axirət” deyən bəşəriyyətimizin xəbəri yoxdur ki, Yerdə qocalan insan SafAğ İşıq aləmlərindən qayıdanda da qoca qayıdacaq və bir daha vəcdin səmasında quş kimi uçmayacaq, “uşaq” – ƏsAğ arzulamayacaq!

Təkrarımızın təkrar dərsindən nə nəticə çıxarırsan, İlyasbalam?

Xörək hazırdır. Ye.

Nizami:

– “Sirlər xəzinəsi” nin sahibi mən olsaydım, Fars dih altında bir kəlmə də gizlətməzdim. Təkrarıma bütün sirləri açıq deyərdim. ƏsÜz – söz anlayanlar Elmimi dərk edib əbədi OdƏrlərə çevrilərdilər. Yerə qayıdıb əbədi OdƏrlərimlə xoşbəxtolardım!

Əxi Baba:

– Axir əz-Zaman istəyirsən!

Nizami:

– Necə istəməyim, Baba?! On səkkiz min Aləmin saysız-hesabsız Səyyarələrində əbədi OdƏr bəşəriyyəti uşaq, nəvə, nəticə həsrəti çəksin, bu xaraba Yerin zülmət heyvanatı öz qısa ömründə hər şey görsün?! Bizim “xoşbəxtliyimiz Simurğun belində gedib”, heyvanatın xoşbəxtliyi öz əhndə olsun?! İkinci doğuluşdan12 məhrum, ölümlü murdarlar da balam-balam desinlər, EySar deməsin?!

Əxi Baba:

– Nizami bilmirmi bu ədalətsizliyin səbəbini?

Nizami:

– EySar demirsə, Nizami hardan bilsin?!

Əxi Baba:

– EySar sənə deyib ədalətsizliyin səbəbini.

Nizami:

– EySar deyir: “Ədalət” yoxdur. OdƏl var: Həqiqət Əli. OdƏl – Dildir – taledir. Tale – OdƏl – Dildir. Təhrif dillilər bu həqiqəti dərk etsələr, ədalətsizlik qurtarar “Yer” də əbədi OdƏrlərim də qocalmazlar və əbədi xoşbəxt olarlar.

Əxi Baba:

– Sirri nədir?

Nizami:

– “Sirlər xəzinəsi” ni mənə cəmi iki ildir yazdırır. Deyir: “Təhrif dünyanın axırı barədə “Xəzinə”nin axırında yazacaqsan”. Nə vaxt? Demir.

Əxi Baba:

– Sirri nədir?

Nizami:

– Bilmirəm, baba. Bilmirəm!

Əxi Baba:

– Mən də bilmirəm, körpə balam. BağBağÜnün də körpədir, İlyas balam. “Dünya”əvəzində OdÜnEy, “Axır əz-Zaman” əvəzində AğƏr ƏsMən yazanda yazacaqsan “Dünya” nın axırı barədə.

Nizami:

– "Xəzinə”ni OdƏr dilində yazmıram mən. Demək, “Dünya” nın axırı barədə yazmayacam?! Demək, “Xəzinə”nin axırını mən yox, “Axır-əz-Zaman” əvəzində “AğƏr ƏsMən” yazan yazacaq?!

Əxi Baba:

– De görüm, Qutayba balamın gözü yaşlı vaxtında bu iki körpəni üz-üzə qoyub “dünya” nın axırı barədə danışdıranımızın qəsdi nədir?

Nizami:

– Babam da körpədirsə, demək, sənə də dərs deyir?!

Əxi baba:

– Körpə Şeyx Nizami ilə bahəm bu ağsaqqal körpə BağBağÜn də üsyan edir, qan ağlayır, oğul!

Sənlə bahəm!

Mən də EySar əvəzində “İsa” yazıram! ƏlAğ əvəzində “Allah”, AğƏr ƏsMən əvəzində “Axırəz-zaman” yazıram! Nə vaxt, kimə nəsib olacaq OdƏr dilində “AğƏr ƏsMən” yazmaq?

Nizami:

– OdƏrcə yazmaq ancaq BağHəmOda qismətdir. Demək, “Məhəmməd”ə döndərilənimiz özü gəlib yazacaq?!

9.Zula-budaq
10.“Şahnamə” rəmzi “dəstan”– OdƏslin (Yaradan Həqiqətin Yaradan Ünü) Dərslik idi. “Şahnamə”nin xəzinəsində əsirlik” ifadəsi çətin anlaşılan rəmzlər içində batıb qalmaq deməkdir.
11.İmad- EvOddan azıb, “dirək” mənasmda işlənir.
12.İkinci doğuluş- Ruhun- ƏrAğın Ağ (“Ay”) planetinə uçuşu müddətində daxilin elementlərlə dolması, “ölən” insanın ikinci dəfə yaranması.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺28,10