Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Kollu koxa», sayfa 2

Yazı tipi:

Mənim gətirdiyim limonadı son damlasına qədər içən-dən sonra, Qurban kişi “bu zəhrimarın” adamı daha da yan-dırdığından şikayətlənib, vaxtilə kənddə sovet sədri olanda yayın istisində yaylağa atlı göndərib qarlı dağlardan xur-cunda, saman içində buz gətirtdiyi dəmləri xatırladı. Bunu elə yanıqlı danışdı ki, mən mütəəssir oldum, bu saat ona buz tapmağa söz verdim. Raykomun bufetinə, oradan da su dü-kanlarına yüyürdüm. Son vaxtlar rayonda işlənən süni buz qalaqları arasında, nəhayət, bir parça əsl buz tapdım, pivə

dolçasının içində müşavirə gedə-gedə rəyasət heyətinə aparıb Qurban kişiyə verdim.

– Pah! Pah! Sağ ol, bala, sağ ol! – dedi və cibindən iri bıçaq çıxarıb açıb, müşavirəni-filanı saymadan, elə o pivə dolçasının içində şaqqaşaq doğrayıb, xırdalayıb, dişinə salıb xartaxart yedi.

Müşavirənin axırında hamı xahiş etdi ki, “rayonumuzun fəxri” də danışsın. Qurban kişi başını buladı. Sağ-solunda oturan raykom katiblərinə şikayət tərzində nə isə deyib, nəhayət, ayağa qalxanda isə, cəmi beş-on kəlmə danışdı.

Mən orda öyrəndim ki, rayonda çağrılan bütün iclaslarda, müşavirələrdə, bayram şənliklərində, qonaqlıqlarda iştirak etdiyinə baxmayaraq, Qurban kişini üstəlik də məhkəməyə

xalq iclasçısı seçiblər. Çıxışında o, bütün bu həngamənin 11

əvəzində ürəyinə yatan “atüstü bir qulluq” istədi. Rəyasət heyəti də, zalda oturanlar da hamı “rayonun fəxrinin” mü-şavirədə haqqında söhbət gedən təsərrüfat məsələlərindən, pambıqdan, üzümdən, suvarma işlərinin çətinliyindən da-nışmasını gözləyirdilər. O isə “atüstü bir qulluq”, yəni “adı, ünvanı olan bir vəzifə” istəyib oturdu.

Və yenə deyinməyə başladı:

– Yığışırıq, elə danışırıq! Danışırıq! İclas! İclas!.. Mos-kvada hər gün iclas, Bakıda hər gün iclas, rayonda hər gün iclas! Nədi bu belə?! Niyə işləyən yoxdu, ay bala?!

Rəyasət heyətində də, zalda da pıçıldaşma gəzirdi. Ha-mı birtəhər, məyus olmuşdu.

Qurban kişi o yan-bu yana baxdı. Deyəsən, nə isə fikirləşib yenə ayağa qalxdı. Zalı göstərib:

– Buna baxın! Səhər saat doqquzdan indiyə qədər bu bir orduluq adam boş-bekara oturub burda! Buydumu biz bol-şeviklərin qurmaq istədiyimz dövlət?! Deyirdik: “Hərəyə öz zəhmətinə görə…” Zəhmət çəkənlər çöllərdə günün altında ac-yalavac, biz burda belə! Limonad dartırıq! Buz xırtdadı-rıq! Deyirəm genə kəndə göndərin məni! Hamınız gedin! İclas nədi?! İşləmək lazımdı, bala! Kolxozlara, sovxozlara sahib olun! Hər vəzifəli adam bir kolxozu podrata götürsün, hamilik eləsin, xeyir versin! Yoxsa, bu nədi?!

Mənim ürəyim çırpınırdı. Ağlıma bir fikir gəlmişdi, əm-ma dillənməyə cəsarət etmirdim. Qorxurdum münasib düş-məsin.

Qurban kişi pivə dolçasını götürüb buzun suyundan bir qurtum içib: “Oxay!” – dedi. Gördüm yenə buz sındırmaq istəyir. Yerimdən necə atıldığımı, cibimdəki qaşıqlı-çəngəlli bıçağı necə işlətdiyimi bilmədim. Sonra isə, beynimdəki fikir-dən sehirlənmiş kimi, dayanıb, indi yadıma gələndə ətimi tö-12

kən, axmaq bir təbəssümlə gözlərimi onun üzünə zillədim.

Əzabla düşünürdüm ki, necə edim, bir az əvvəl dediyi “ha-mi”lik məsələsini necə xatırladım?

İxtisasca aqronomluğuma baxmayaraq mən partiya tarixi ilə də çox maraqlanırdım. Tribunaya qalxmadan, bıçaq əlimdə, başladım ki:

– Rusiyada inqilab illərində təsərrüfat yerli-dibli dağı-landa Lenin neyləmişdi, yadınıza salın. İyirmi beş min fəh-ləni səfərbər eləyib kəndlərə göndərmişdi ki, təsərrüfatı qal-dırsınlar. “Dvadsatipyatitısyaçniki” – “İyirmibeşminçilər”

adlandırılan o vətənpərvər adamlar Rusiyanı aclıqdan xilas etdilər!

Qılınc Qurbana elə bil dünyanı bağışladım. Dolçadan bir qurtum da içib, ucadan:

– Afərin! – dedi. – Afərin, Cavanşir Ocaqov! Sənin kol-xozunu şəxsən podrata götürürəm! Hamilik deyirlər, şefliyə

götürmək deyirlər. Mən bax o iyirmibeşminçilər təki kəndlərə çağırıram bütün bu vəzifəli, savadlı adamları! Gedək qaldıraq təsərrüfatımızı! Yoxsa, bu nədi, a yoldaşlar?! Kolxozlar dağılır, əmbə biz elə iclas eləyirik!

Yazın məni bu Ocaqovun kəndinə! Podrata!

“Şeflik” demək istəyirdi, “podratçı” – dedi. Ancaq heç kəs bunun üstünü vurmadı. Mənə gəlincə, mənim üçün bu saat dünyada bu “podrat”dan gözəl ikinci bir söz yoxdu. Bu söz Qurban kişinin dilindən çıxar-çıxmaz, mən hərəkətimin necə görünəcəyini düşünmədən, rəyasət heyətinə cumub, qocanın tarım çəkilib kip düymələnmiş kitelin içində elə bil sümükdən savayı heç nəyi olmayan xırdaca bədənini qu-caqladım, sonra büt qarşısında əyilən kimi əyilib, əllərini öp-düm.

13

Bu təfsilatı mən indi belə aydın xatırlayıram. Onda isə

qocanı qucaqladığımı da, əllərini öpdüyümü də bilmədim.

Bir də o vaxt ayıldım ki, böyründə dayanıb mənim başıbəlalı kolxozumu “podrata” götürən bu möhtərəm şəxsin xırdaca boyundan uca görünməmək üçün qəsdən qıçlarımı əyib, bo-yumu balacalaşdırıb var qüvvəmlə əl çalıram.

“Başıbəlalı kolxozum” deyirəm, ona görə ki, neçə ildən bəri mən Qaracaların qumlu, gilli torpaqlarında pambığın vaxtsız yanmasını, bu torpaqlarda üzümçülüyün və qoyun-çuluğun daha sərfəli olduğunu sübut edə bilmirdim; köhnə, ixtisaslı aqronom kimi dəlillər gətirirdim, fayda vermirdi; hər il təsərrüfatın planlaşdırılması başlananda, iclaslarda pambığa ehtiyacdan danışıb, sahələri pambıq əkini üçün ya-rarlı olan kolxoz və sovxozlarla bir yerdə Qaracalara da öhdəlik verirdilər. Qaracalar isə, hər il haqq-hesab vaxtı üzü qara çıxırdı. Bunu bizim məsul işçilərin hamısı bilirdi. Mənim sonsuz şikayətlərimin cavabında: “Neyniyək, Cavanşir, əlacımız yoxdu. Moskva elə pambıq-pambıq deyir. Orta Asiya da biz gündədi, dözməliyik”, – deyirdilər. “Vaxt gələr, planlaşdırmadakı nöqsanlarımızı aradan qaldırarıq”, – deyirdilər. Mən onların danışıqlarındakı səmimi etirafı duyurdum, necə deyərlər, ürəyimə daş basıb susurdum, dözür-düm. Günlərin bir günü Qurban kişinin – “rayonumuzun fəxri Qılınc Qurbanın” belə gözlənilmədən Qaracaları “podrata” götürüb mənə dayaq, hamıya şef olacağını, əlbəttə, güman eləməzdim. Odur ki, birdən-birə xoşbəxt olmuşdum; var qüvvəmlə əl çalırdım. Üç katibin üçü də, icraiyyə komi-təsinin sədri də, rayon qəzetimizin redaktoru da – hamı əl çalırdı.

Tay-tuşlarım – kolxoz sədrləri zaldan qibtə ilə baxırdı-lar.

14

– Allahın verdi!

– İşin düzəldi, Ocaqov!

Həmin bu anlarda məndə nə isə çox pis bir dəyişiklik ol-du; birdəncə əlimi qaldırıb qışqırdım:

– İndi ki, Qurban kişinin adı mənim üstümdədi, pambıq planını nəinki azaltmaq, hələ artırmaq istəyirəm! Əlavə öhdəlik götürürəm! Yüz əlli faiz ödəyəcəm pambıq planını!

Zal susdu. Mənə təəccüblə, hətta heyrətlə baxdılar.

Əmma mən içərimdə titrəyən qorxağa təslim olmadım; hamıya müraciətlə sual verdim ki, məgər siz Qılınc Qurbanın adındakı qüdrətə bələd deyilsinizmi?! Qarşımda qapılar öz-özünə açılmıyacaqmı?! Yüz əlli faiz öhdəlik üçün nə la-zımsa, hamısı öz-özünə düzəlmiyəcəkmi?!

Bu səmimiyyətə yenidən əl çaldılar və bununla da hər şey qurtardı.

Müşavirədən sonra katiblər məni saxladılar.

– Çox sevinmə, Ocaqov! – Bunu birinci katib dedi. O birilər başlarını tərpətdilər. Yəni: biz də bu fikirlə şərikik. Bu nə deməkdi? Niyə sevinməyim?

Mənim çaşqınlığımı görüb gülümsündülər və başa sal-dılar ki, əgər bundan sonra Qaracalarda iş axsasa, bu, kəndə

ziyan vurmaqdan başqa, həm də Qılınc Qurban kimi bir adamın şöhrətinə ləkə olacaq. Qurban kişinin adının ləkələnməsi isə, rayonun adının ləkələnməsi deməkdir. Buna görə də, əgər qaracalılar indiyə qədər ikiqat artıq səylə işləyirdilərsə, bundan sonra dörd qat artıq qüvvə ilə çalışmalıdırlar.

Mən qətiyyən ruhdan düşmədim.

– Təki Qurban kişinin adı üstümüzdə olsun, hər şey düzələr! – dedim.

Gözlədiyim kimi, o kişinin adının üstümüzdə olması bi-zə az kömək eləmədi; bizə əlavə iki yük maşını verdilər. Vəd 15

etdilər ki, su qalxmayan yerlərdə artezian quyuları qazmaq üçün ssuda buraxacaqlar. Yüz əlli faiz pambığın gəliri hesabına iki yüz hektar sahədə üzümlük salmaq barədə təklifi-mə də etiraz etmədilər.

Mən, dediyim kimi, Qılınc Qurbanın adını əlimdə bay-raq eləyib hansı idarənin qapısına ayaq basırdımsa, qapı qarşımda doğrudan da öz-özünə açılırdı. Suğranın dediyinə gö-rə, ruhumun təzələnməsindən başqa, mənim hətta yerişim də, oturuşum-duruşum da dəyişmişdi.

Əvvəllər, rayon mərkəzində mənlə yalnız uzaqdan-uzağa başlarını tərpətməklə salamlaşan adamlar, indi boyu-mu görən kimi yanıma gəlirdilər, əlimi sıxırdılar.

– Qılınc Qurban yüksəldir səni! Ən azı üçüncü katib ola-caqsan, ay xoşbəxt karyerist!.. – Çəkib restorana, pavilyona salırdılar, qonaqlıqdan sonra da ciblərimi şokoladla doldu-rurdular ki, “uşaqların yanına əliboş qayıtmayım”.

Əvvəllər, yorğun-arğın evə qayıdanda cüt balalarım –

Məmmə ilə Şəmmə çənəmin altını kəsdirib üzümə baxanda, uşaqları iki kəlmə xoş sözlə dindirməyə də həvəsim qalmır-dı. İndi isə, nə qədər yorğun olsam da, Məmməni bir dizimin, Şəmməni o biri dizimin üstünə alırdım. Suğra baxıb gü-lümsünürdü:

– Allah o kişinin atasına rəhmət eləsin, səni adam elədi!

– deyirdi.

Qısası, mən xoşbəxt idim. Əmma xoşbəxtlik uzun sür-mədi.

Pambıq səpini başlanar-başlanmaz, Qurban kişi zəng vurub məni yanına çağırdı. Xəbər verdi ki, öhdəlik məsələsi onun “ürəyinə tıqqıltı salıb”, quraqlıq belə getsə, fəxri sədrlikdən imtina edəcək. “Nahaq yerəcə döşünə döydün, gərək ayağını yorğanına görə uzadaydın”, – dedi. Sonra da xəbər 16

verdi ki, həkimlər onun qanında şəkər tapıblar, çox işləməyə, əsəbləşməyə qoymurlar. Bu, əlbəttə, mənim üçün gözlənilməz xəbərdi. Qurban kişinin adının qüdrətini təcrübədə

gördüyümdən, eşitdiyim qanımı qaraltdı. Hətta çox pis narahatlıq və qorxu duydum. Neyləməli idim? Geri çəkilmək?

Yox, daha gec idi.

Qorxunu ürəyimdən çıxarmağa çalışdım. Yenə də: “Hər şey düzələr, təki sənin adın bizim üstümüzdə olsun”, – dedim. Əmma hiss etdim ki, bu dəqiqədən başlayaraq, mü-şavirədən sonra duyduğum xoşbəxtliyim gedir, əvəzində nə

isə dumanlı bir narahatlıq gəlir.

Həmin bu vaxtlar Koxa mənə ləqəb yapışdırdı: “Cəfalı Cavanşir!”

Yaz keçdi. Yay girdi. İstilər düşdü. Eynilə keçən ilki ki-mi, inişilki kimi Qaracaların gilli-qumlu torpaqları yarıq-yarıq oldu. O yarıqlar timsah ağzıtək açılıb suyu xorhaxor udurdu. Doymaq bilmirdi. Həmişəkitək yenə də iki qarışdan yuxarı qalxmayan, cəmaatın dediyi kimi gədələyib qalan pambıq kollarının yarpaqları saralır, qozalar hələ ucları çat-lamamış soğulub, quruyub daşlaşırdı. Mən ara-sıra Qurban kişinin yanına gedirdim, ondan gah su idarəsinin müdirinə, gah da kanal boyunda bizdən yuxarıkı kolxozların sədrləri-nə məktub alırdım. Özünə də yalvarırdım ki, hamilikdən, fəxri sədrlikdən imtina eləməsin. Qoca susurdu. Kip düymələnmiş kitelin içində həmişəkitək qıvraq və yaşından çox-çox cavan görünsə də, hiss olunurdu ki, vaxt artıq öz hök-münü verib, bu son aylarda kişi qocalıb, ürəyi köyrəlməyə

başlayıb və bu səbəbə görə də mənim yalvarışlarımın müqa-bilində sərt cavab verə bilmir. Axırıncı görüşümüzdə qoca, yığıncaqlardan, qonaqlıqlardan, “bu boş danışıqlardan, ya-17

xasını qurtarıb”, tezliklə Qaracalara gələcəyinə, “dərdimizə

iş üstündə əlac eləyəcəyinə” söz vermişdi.

İndi, nəhayət, gəlmişdi! Həm də istilərin belə dəhşətli vaxtında, gecə yuxusuna haram qatıb gəlmişdi! Hamimiz!

Şefimiz!..

3

Özümü onun üstünə saldım.

– Xoş gəlmisən, Qurban əmi! Səfa gətirmisən bu başıbəlalı kəndə!

Yorğun-yorğun gülümsədi.

– Yanı gəlmiyə bilərdimmi, a Cavanşir?!

– Axır ki, qopdun iclaslardan!

– Yaman qopmuşam!.. Danışıqdan keçib bizim höku-mətimizinki. Kimin beş qəpik gəliri var, o işləyir. Zəhmət adamının gəliri yoxdu, ay oğul! İşləmir! Təsərrüfat dağılır!

Biz də qalmışıq, neyləyək? Hər vəzifəli adam bir sahəni podrata götürsün! Xeyri nədi?! – Əlimə baxdı. – Nədi o?

– Atlamadı, – dedim. – Pis deyil, az-maz sərnidər ürəyini.

– Gətir görək! – dedi. – Tök görək, tök! Allah qara eləsin qocalığın üzünü.

Dolçanı alıb bir-iki qurtum içdi. Köksünü ötürdü:

– Eh, – dedi, – bir zaman vardı Qurban əmin səngərə yatanda birdən iki sutka daşın dalından qalxmazdı. Susuz-sel-siz, birdən iki sutka! Ağzım quruyanda dilimin üstə yastı daş qoyardım! Şəhərə köçəndən bəri içimdən əjdaha peyda olub. Əjdahanın adı da nə olsa yaxşıdı? Şəkər! İndi naxoş-18

luqların adı da məzəli olub. Raykomda deyirəm, bu üç-dörd ildə mənə o qədər tort-mort, şirni-mirni yedirtdiniz ki, axırda, deyirəm, damarımda qanım da dönüb şəkər oldu.

Atlamanı qurtum-qurtum, ləzzətlə içib, dolçanı mənə

qaytardı.

– Burda məndən savayı da ürəyi yanan var. Ver içsin.

Ha dedim ki, Qaracalar sənin yerin deyil, otur şəhərdə, bağın sərinində, sözümə baxmadı sağ olmuş. Yoldaca təntidi.

Ver, içsin. Bundan sonra tövbə deyər yay vaxtı kəndlərə

ayaq basmağa! – Maşına baxdı.

– Bağışla ha, qocalar bir az tamahlı olur. Dözə bilmədim, ay oğul, səndən əvvəl özüm içdim.

Məlum oldu ki, maşındakı qonaq Qurban kişinin haqqında kitab yazan jurnalistdir. Bakının istisindən qaçıb Qurban kişiyə qonaq gəlib ki, beş-üç gün dincəlsin, əmma gəlib burda da istiyə düşüb. Cavanca oğlandı. Yazıq elə təntimişdi ki, atlamanı dolçaya tökməyimi gözləməyib, bidonun qırağından içib tamam boşaltdı, sonra isə, çılpaq sinəsindən damlaları silə-silə “ah-uf” eləyib, bir sərinlik üçün elə yal-vardı ki, hamımız əl-ayağa düşdük: sərin yeri hardan alaq?!

Evlərimizdə, həyətlərimizdə, ümumiyyətlə, kəndin arasında tər adamın bədənindən su kimi axırdı, yeganə az-maz havalı yer bura – kanalın kənarı idi ki, qonaq burdan da qaçmaq istəyirdi.

Mən lap özümü itirdim. Qurban kişinin haqqında kitab yazmış bu cavan oğlana lazımınca hörmət edə bilməyəcəyi-mi düşünüb, necə həyəcanlandımsa, hətta babalarımızın bu yerə daş qoyduğu günə lənət dedim.

Çağırdım ki:

– Ay Suğra! Ay Bacı! Gedin evdə pəncərələrin hamısını açın, bəlkə bir az yelhayı ola!

19

Suğradan səs çıxmadı. Bacım-Tacım ağ kəlağayı altından harayasa kənara baxdı. Onun baxdığı səmtdən Koxa peyda oldu.

– Qorxma, cəfadan qurtaranın var sənin, ay Cəfalı! – deyib çöldə yeri fənər işığında suvaran suçularla birlikdə gəlib, Qurban kişi ilə görüşdü.

– Qonağın əlacı məndə! – dedi.

Bir əlində fənər, o biri əlində lapatka vardı. Kəmərindən pambıq kolu sallanırdı. Mən onu hər axşam bu vəziyyətdə

görməyə adət etmişdim. Koxa gəlib, kanalın üstündə fənəri yerə qoyar, suvardığı sahədən nümunə gətirdiyi pambıq kolunu mənim dizimin üstünə atıb, lapatkasının sapına dirənib, mənim nə isə deyib-danışmağımı gözləyərdi.

Yenə fənərini yerə qoydu. Pambıq kolunu mənim üstümə atdı. Yeriyib maşının qapısını açdı.

– Düş görək, a nərmənazik yoldaş!

Qonaq tələsmədən köynəyini əyninə taxdı, ölüm-zülüm sürünüb maşından çıxıb bizimlə görüşdü. Şiv çinartək nap-nazik, qıztək göyçək oğlandı. Ətəyini şalvarın üstündən salladığı ağ, qolsuz köynəyinin altında belinin incəliyi hiss olunurdu. Arıq, bir az uzunsov və elə bil tamam qansız sifətin-də iri, yorğun gözləri fənərin işığında solğun-solğun parıl-dayırdı. Zil qara, gur saçları bu bürküdə ağırlıq eləyirmiş ki-mi, uzun, zərif boynunu əyib başını bir az sallağı tuturdu.

₺37,23