Kitabı oku: «Qəbiristan», sayfa 2
– Əmirlilərin arvadları elə çağa alim doğurlar. Sənə salam göndərirlər OdAğÜz planetindən! Əminə de, çağırırlar deynən. Yetimçəsini də aparsın, getsin! Əmbə gedəndə polis paltarını çı-xart-sın, yerdə qoysun. Polisə yer yoxdu göydə! Ha-ha-ha-aa!..
Şaqqıltılı gülüşlərdən ləzzət ala-ala uzaqlaşıb qəsəbənin tək küçəsinin sağ-solundakı evlərə dağılışanda da nə isə deyirdilər. Heç kəs görmürdü ki, Əmiri nəslinə açıq kin atmacalarından üzündə cüzi tərpəniş də əmələ gəlməyən bu kişinin kirpiklərində iri-iri damlalar titrəyirdi.
Əmirlilərə belə kütləvi kini niyə bu qədər açıqdı, niyə bu qədər dərindi? Bu barədə, “qəlyanlı qocalardan axırıncısı” adlanan, amma heç qocaya oxşamayan nəhəng kişi – Təftiş Abbas baba ilə birlikdə Əmirli mülkünə gəlib-gedən adamlardan hamısı soruşurdu: “Nə olacaq, ay Səmi?”, “Bunun axırı hara çıxacaq, ay Səmi?”, “AdıPünhan nə deyir?” Bu suallardan tək biri Midiyə aydındı: “AdıPünhan general Məhərrəmovun – “Məhər əminin” adı idi. O birisi suallardan nə isə bir şey hiss edirdimi? Kipriklərində titrəyən iri damlalar nə deyirdi? Kimin nəyinə gərəkdi?! Kolxozun torpaqlarının bir hissəsi Qonaqlı camaatına, bir hissəsi isə özlərini kənddən ayrı sayan Sudüşən və ya Qudalı qəsəbəsinin firmasına veriləndən sonra, kiminsə əmri ilə bu “paylanma” işi dayandırıldığına görə, hökumətdən narazı danışanların sayı çoxalmışdı. İ cra başçısı Məsim Qonaqlının dalınca qarğış, söyüş yağırdı. “SSRİ-ni niyə dağıt-dınız, ay varyoxunuz dağılsın?! Az da olsa, vaxtlı-vaxtında qəpik-quruşumuzu alırdıq…”, “Pulu niyə ceyranın belinə çıxardıbsınız, ay beliniz qırılsın?!”, “Bəy ha, bəy! Havaxtdan bəysiniz, a qudurmuşlar!” Bakıda və bütün rayonlarda “bəylik eləyən”, “əlləri Kalaşnikov avtomatdı” cavanların əslindənəslində bəylik yoxdu”.
“Heç cür idarə edə bilmədiyi qədim BağOd adı çoxdan unudulmuş, son əsrlərdə “Bakı”, “Baki”, “Baku” adlanan “kor” OdƏr şəhərində AdıPünhan hər şeyi eşidirdi və qəti bilirdi ki, o söz-söhbətin sonu yoxdu, hamısı “hərc-mərclik” adlandırılan bu zəmanədə həyatın adi axını kimi görünürdü. Əslində isə, yurdda bir Səmisi ilə bir Midisi qalmış, qırılıb məhv olmuş nəslə kin bu zəmanədə tamam unudulmalı ikən, əksinə, qeyri-adi dərəcədə çılpaqlanmışdı.
Səbəblər əslində çılpaqdan da çılpaqdı.
Əmirlilərdən kənarda saysız-hesabsız, müxtəlif “familiya”larla yaşayan, Arazın o tayında, Türkiyədə, Gürcüstanda olan Muğannalar haqqında hardansa Sudüşənə göndərilən “informasiya” lardan yaranan hədsiz-hüdudsuz kini gizlin saxlamaq mümkün deyildi; AdıPünhanın özünün gələ bilmədiyi vaxtlarda Məsim Qonaqlıya və Məsimin ən etibarlı adamları, o cümlədən Səmiyə çatdırdığı məktublarından məlumdu ki, “Moskva Ali Sovetində toplaşmış kommunistlər”lə Bakıda – “podpolye”də qalan ikinci gizlinlər dəstəsi o tayda Təbriz, Ərdəbil, Zəncan vilayətlərinə bacarıqlı kəşfıyyat-çılar ötürüb, orada evlərin aralarında çalın-çarpaz elektrik xətlərinin vasitəsilə “zəlzələ” adı altında səssiz partlayışlar “seti” çəkirdilər ki, SafAğ Elmi yazan ziyalıları – Muğannaları qırsınlar. Əks halda Muğannalar “o tayda” olan dini darmadağın edərdilər. Səbəbləri çox idi və bunlar daha çılpaqdı.
Ermənilərin əvvəlcə Qarabağı fəth etmək, Azərbaycanın ərazisi hesabına “velikaya armeniya yaratmaq” məqsədilə Laçına, Kəlbəcərə, Şuşaya dolduqları, o yandakı Topxana meşəsində Bakıdan icazəsiz tikintilər tikdikləri barədə xəbər yayılanda, Səmi döşündə avtomat, gecənin yarısında qəsəbəyə hücum çəkib, “Azərbaycan əsgəri” adından hökmlə qışqırmışdı ki, “Sudüşəndəki ermənipərəst satqınlar Azərbaycanı tərk etməsinlər, o Səmi Əmirli qıracaq hamısını!” Çünki Laçından, Kəlbəcərdən, Şuşadan cəmaatı “deportasiya edən”lər – köçürdənlər, qovanlar elə bunlardır; axşamlar dolurlar “Ikar” avtobusuna, Bakıdan gələn “Ikar”lara qoşulub, gecənin bir aləmində ermənilərin tərəfindən bəriyə güllə yağdırırlar, sonra bu yana keçib “Qac, erməni gəldi!” – qışqıra-qışqıra arvad-uşağı, qocaları vahimələndirib qaçmağa məcbur edirlər, boşalan evləri açıq-aşkar talayıb, malı, qoyunu qırıb şişlərə çəkirlər. Ən dəhşətlisi isə budur ki, Bakıda “Azərbaycan Xalq Cəbhəsi” – “AXC” adlanan təşkilatın “OMON” – “xüsusi təyinatlı milisiya” və “Bozqurdlar” adlanan batalyonlarının, yəni həmin “Ikar”larda gələnlərin aralarında gəzən kinooperatorlar bu talançıları “ermənilərlə qəhrəmancasına döyüşən Azərbaycan əsgərləri” kimi qələmə verirlər. Sübut? Sübut budur ki, Səmi rayon kinoteatrında nümayiş etdirilən sənədli kadrlarda “o Bozqurdların arasında Sudüşən cavanlarını tanıyıb; Xəlvət Rəhimin, kürəkəni Bozqurd Nəcəfin komandası altında bu batalyonun “ət torbaları”nın kamera qabağında kabab şişlərini dişlərinə çəkə-çəkə hırıltılı gülüşlərlə “Biz döyüşməyi də bacarırıq, kabab yeməyi də”, – deyib açıq düşmən olduqlarını öz gözləriylə görüb, elə buna görə də, icra başçısı Məsim Qonaqlının “Siyasətə qarışmaq məsləhət deyil”, – dediyinə baxmayaraq, bir dəfə rayondan qayıdıb “Ikar”ı qəsəbədəki iki nömrəli evin, yəni Xəlvət Rəhimin “kotteci”nin qabağında görəndə avtomatın birinci “mağaza”sını avtobusun təkərlərinə, motoruna boşaltdı, Şöşünün öz “Jiquli”sində gətirdiyi ehtiyat “Patron mağaza”larını isə gah pəncərələrin yuxarı tərəflərinə, gah da qəsəbənin üzərinə yağdırıb, Bozqurd Nəcəflə Bozqurdların öz şəxsi “Mersedes”lərinə doluşub Gürcüstan yoluna qaçmaqlarına nail oldu. Bu hadisə Sudüşəndə əvvəlcə dərin sükut yaratdı, kim isə “Ikar”ı “remont eləyib” aparıb hardasa yenidən Nəcəfin ixtiyarına verəndən sonra isə, bir axşam qəsəbədən Əmirli mülkünə işıqlı güllələr seli axdı. Güllə səsləri kəsilər-kəsilməz yeganə küçənin sağ-solundakı qırx evin qırxında da eyni vaxtda işıqlar yandı və eyni vaxtda bəridəki bir nömrəli evdən – icra başçısı Məsim Qonaqlının heç cür boşaya bilmədiyi Gül xalanın evindən Əmirli mülkünə doğru bir adam qaçdı. Tək dirəyin başındakı güclü lampanın işığına yaxınlaşanda məlum oldu ki, bu da qadındır gözəl Mariya – Məryəmin “padruqa”sı Irinadır. Hardansa atılan o işıqlı güllə seli bu bədbəxtin də kürəyini deşik-deşik eləyib, üstəlik, qucağındakı uşağın, Midinin yaşıdı Kolyanın başını, çiyinlərini də dağıdıb. Möcüzəli idi ki, Mariya – “Məryəm ana”nın əksinə, balaca, arıq, zərif Irina elə halında dodaqlarını tərpədib, Səmiyə: “Əl çək… əl çək Qudalılardan. Səni də öldürəcəklər!.. Oldürə-cəklər” – deyə bildi.
Evindən yüyürüb, nəfəsi qarala-qarala: “Vay, vay, bu nəydi yenə?! Bu nə işiydi yenə, ay Səmi!”
– deyə-deyə ağlayan Gül xala uşağı Irinanın sinəsinin üstündən götürdü. Xəlvət isə, meyitin gözlərini sığayıb, Kolyanı göstərib, altdan yuxarı Səmiyə baxdı: “Bu da əmin Mədədin küçüyüdü! Sən məni o cür abırdan salandan sonra açmadıq ki, nə olar, nə keçər. Ölüsünə sahib dur indi heç olmasa”, – dedi. Nəfəsini dərib eyni açıq kinlə: “iyirminci ildə Sovetin elan olunduğu gündən revkomun sədri Sultan Əmirliynən böyük qardaşı Mədəd qənim kəsildilər bizə. Sultannan Mədəd gəbərəndən sonra oğulları Səmədnən Mədəd qənim kəsildilər. O Səməd sən Səməd – Səmi oldun, qənim kəsildin! Bu Kolyanı da o gorbagorlar təki böyüdəcəydi, Nəcəf göndərdi o gorbagorların dalınca ki, xəbərdarlıq olsun sənə, o Midini də göndərər ata-anasının dalınca, yurdunuzda bayquş ulayar! Möhlət verirəm, ağlını başına yığ, sakit ol, o biri uşağı böyüt” – dedi.
Səmi buz kimi tər içində, mat-məəttəl dayanmışdı.
Xəlvət isə bu dəfə tamam toxtaqlı: “Bu İrina deyilən də elə o vaxtlar özünü Mədədin altına yıxmışdı ki, bəlkə bunnan zaks kəsdirsin. Əmin Mariyanı bundan üstün tutdu, bu qəhbə bizə sığındı. İndi buna da sən sahib durmalısan!” – dedi. Sonra bir az da toxtayıb: “Çiynindəki Kalaşnikovu rədd elə, nə qədər istəyirsən qızıl verim, rahat otur!” – dedi.
Meyitlərin yanındaca belə öyüd-nəsihətdən sonra, Xəlvət elə orda da kəmərinin altından bir tənbəki kisəsi dolusu qızıl lirə çıxarıb Gülbənizin ovcuna basdı və Səmiyə işarə eləyib: “Keçən dəfə almadı, özün öyüd-nəsihət ver alsın bunu. Gecəynən dəfn eləyin səsi çıxmasın”, – dedi.
O gecə Səmini, Şöşünün dediyinə görə, “şok vurdu”. Dəfndən sonra avtomatı yerə çırpıb üzüüstə yerə sərildi…
…Qış idi, qar idi. Evin solunda – qapı səmtində “kamin”də – buxarıda qaz guruldayırdı. Şöşü gündə bir-iki dəfə şüşəli pavilyona gedib, hazır xörək-lüləkabab, kabab, piti, dovğa, pivə gətirirdi. Səmi sükut içində yeyib-içib, sükut içində döşəli qalırdı.
O ilin – min doqquz yüz doxsan birinci ilin baharı sulu-selli payıza döndü, payızı qış oldu. Səmi, bütün bədəni iflic kimi, evdə, həyətdə, dirsəkləri üstündə sürünə-sürünə, qollarının əzələləri şişə-şişə daha bir ili də “şok” qalıb, bir də doxsan üçüncü ilin novruz axşamı, nəhayət, ayağa qalxdı və Şöşünü göndərib Qonaqlıdan xeyli adam çağırdı.
Bütün rayonda olduğu kimi, köhnə Qurbanlı Sovetliyinin Üçpara kəndində, o cümlədən Qonaqlıda da qaz kəsilmişdi. İmkanı olanlar “balon qazı” yandırırdılar. Camaatla ilk sorğusualdan sonra Səmiyə aydın oldu ki, Nəcəfin Bozqurdları, “AXC” polisləri – “bəy”lər qaz borularını, “elektrosvarşik”lərə doğram-doğram elətdirib, maşınlara doldurub, “xaricdə dəmir yaxşı pula getdiyinə görə” aparıb hardasa xarici ölkədə satıblar. Elektrik dirəklərinin aralarından məftillər yoxa çıxıb, hər yer zülmətə batıb. Sudüşənin “Ikar”ından başqa qırx evin qırxının da “qurd maşınları” – “Mersedes”lər hər gün fermalara hücum çəkirlər; qorxusuz-qadağasız, sürülərdən seçmə erkəkləri, qoyunları kəsib-soyub, Bakı-Tiflis magistralının sağ-solunda ağac-lardan asıb satıb, “cib doldururlar”. Şövkət Tahirlə birlikdə, inzibati işçilərin kiçiklərindən böyüklərinə qədər acizləşib, ölkədə cərəyan edən bu qəribə rəsmi dövlət – “AXC” bandalarının əməllərinə tamaşa edə-edə qalıblar. Çünki “pıç-pıç” gecələrdən məlum idi: “Azər-baycan tamam müflisləşməli idi ki, bütün Avropanın bazar meydanına çevrilsin, sökülən fabrik-zavodlar yenidən tikilib xaricilərin gəlir mənbəyinə çevrilsin”, “pıç-pıç” gecədən məlum idi ki, “Qorbaçovun “perestroyka”sı baş tutur – kapitalizm cəmiyyəti qurmaq!..”
Səmi qısaca: “Mən buna dözmərəm!” – dedi.
Sonra rayon polis idarəsinə zəng vurub, köhnə vərdişi ilə rusca “Qotov slujit Rodine!” – dedi. Eşiyə çıxanda isə, mülkün həyətində ağır-ağır addımlayan “Sabağın xeyir, a Səm-səmi” deyən körpəni ilk dəfə bağrına basıb “Sabahın xeyir, ay Mədəd əmi! Sabahın xeyir Midi kişi!” – dedi.
Yüz addım o yanda iki nömrəli kottecvari evin açıq pəncərəsində Xəlvətin bığı ağardı: “Belə ha! Şərnən işin olmasın daha!” – dedi. Bu, Midi kişinin Xəlvət Rəhimdən eşitdiyi ilk kin səsi idi.
Rusca “Qotov slujit Rodine!” – deyən milis kapitanı, nədənsə birdən – birə: “Xeyrin şərə dönsün” – deyib kinlə cavab verdi. Sonra his-paslı tapançasını, toz-torpaqlı avtomatını silib, parıldadıb, Bakıda “Müstəqil Azərbaycan Respublikası” və “dövlət dili türk dili” elan olunduğuna baxmayaraq, hələ də rusca danışan həmkarlarının iclasına gedib “narkotika ilə mübarizə” şöbəsinin rəisi təyin edildi və bu “narkotika” deyilənin bütün rayonda, deyilənə görə, hətta bütün respublikanın da ucqarlarında əkildiyinə baxmayaraq, ilk işini elə öz kəndindən, daha doğrusu, Sudüşən qəsəbəsindən başladı. Çünki Sudüşən firmasının əkin sahələri və meşənin bütün talaları “narkotika bazası”na çevrilmişdi; Səmi işini məhz buradan başlamalı idi. Əmma Səmi hələ bilmirdi ki, bu inadla Midini də bəlaya salırdı…
Uşağı dirəyin dibində görməyəndə Səminin tükü ürpəşdi. Sonra hiss etdi ki, hava soyuqdur, xırda-xırda dolu, sanki qar yağdığına və qar kəsiləndə aprelin ortası olduğuna baxmayaraq, sazaq başlandığına görə Gül xala Midini eşiyə çıxmağa qoymayıb. Əmma birdən elə bil kim isə Səminin çənəsinin altından vurub, başını dik qaldırıb, gözlərini uşaq bağçası tərəfə yönəltdi.
Midi orada – divarına qar çırpıldığına görə dümağ ağarmış divar dibində dayanmışdı. Sudüşən uşaqları tez-tez yaxınlaşıb Midinin döşünü dürtmələyirdilər, kimisi şillə, kimisi də təpik vururdu.
Yoğunluğu, hündürlüyü ilə uşaqlardan seçilən oğlan – Cırımağız isə beş addımlıqda durub, “bəy”lərin hamısının eyni cür gülüşünə oxşayan çox pis hırıltı ilə gülürdü.
– Vurun də! Niyə bərk vurmursunuz, ə! Babam deyir Yeraz küçüyüdü, böyüyüb Yeraz iti olacaq. Vurun, bir də buralara gəlməsin!
Uşaqlar qışqırışırdılar:
– Bə sən niyə vurmursan?! Niyə qıraqdasan?! Gəl da!..
Midi isə daş kimi hərəkətsiz dayanıb əlini də tərpətmirdi.
Səmi necə qanad açdısa, bircə dəqiqədə özünü yetirib, uşağı bağrına basdı. Midinin əlləri gömgöy idi, titrəyirdi. Yanaqları, dodaqları da göyərmişdi. Gözünün yaşı çənəsindən su kimi axıb pencəyinin yaxasını islatmışdı.
Səmi uşaqlara baxdı. Qorxu nədir, üzlərində heç az-maz xof da yox idi. Bığ yerində seyrək tükləri bozaran Cırımağız yəqin ki, babası Xəlvətdən götürdüyü hərəkətlə o boz tüklərini – bığını sığallaya-sığallaya, Səminin hiddətli baxışının cavabında qəribə açıq sözlər dedi:
– Mən onu çox istəyirəm, Səmi əmi. Babam qoymur. Deyir, hər gün onun burnunu qanatmasan evə gəlmə. Üz verməyin, bağçaya gəlməsin deyir, Səmi aparsın yetimxanaya versin, o Yeraz küçüyünü, Əmirli törəməsini… Bax, nöqtəsinəcən dedim sənə babamın dediyini, özün get çürüt haqq-hesabınızı, mənim də canım dincəlsin, Midinin də.
Soyuqda Səminin saçının dibləri nəmçimişdi.
– Sən nələr danışırsan, ay bala!.. Demək, babayın tapşırığınnan döydürürsən bunu?! “Yeraz”ı?!
Cırımağız o yan-bu yana baxırdı:
– Babamın iş-gücü qurtarıb bizi güdür ki, görsün yaxşımı döyürük Yerazı.
Doğrudan da, torpağı az olan Azərbaycanı “Yeraz” damğası ilə damğalamaq niyyətində idilər: “Şirvan ayrı, Şamaxı, Dağıstan ayrı, Şəki-Zaqatala ayrı, Gəncəbasar ayrı, Cənubi Azərbaycan ayrı, Şərqi Azərbaycan ayrı, Talış ayrı!.. Nəticədə – Azərbaycan yoxdu?! Hətta Xəzər də parçalanıb, neft də əldən getsin?! Dəhşət! Dünyaya bax, Səmi! Süleymandan qalan dünyada! “Altı qitə Sarıpadşah ƏsƏlMəndən qalan Dünyanın göz qabağındaca heyvanlaşmasına inanaqmı, a Səmi?!”
Milliyətini itirib, heç bir siyasi mövqeyə malik olmayan Abşeronun yarısı “TatƏr” deyir bizə, Gürcülər bu yaxınlara qədər “tatarsan” deyirdilər, “Russko-tatarskaya şkola” açıb burdakılarımıza “Tatarin” deyirdik. İndi möhür olub “Tat” adı, “Türk”, “Yəhudi” adları.
Mən işin içindəyəm, AdıPünhan nə vaxt vermişdi Səmiyə bu məlumatı? Deyəsən, lap çoxdan. Əmma Səmi hələ də unutmamışdı. “Rayonda Xəlil Rza Ulutürkü xoşlamırdılar, Xəlil Rza deyir “məni dustaq” adıynan aparmışdılar Moskvaya, etnik təbliğata uymayanda döyürdülər: “OdƏr nədi?! Bağ Ata nədi?! Sən tatsan, vəssalam! Dərk elə bunu. “Ulutürk” təxəllüsü altında işlə! Oxuyun kitablarımı, etiqadıma, OdƏrliyimə lap cüzi şübhə görsəniz, öz əlimlə özümü dara çəkərəm!” Polad etiqad vardı Xəlildə. Elə ona görə də AXC zəhərlədi, öldürdü o odlu-alovlu şairimizi!
Belə düşünə-düşünə Cırımağızın dediyini də eşidirdi:
– Mən şillələyirəm bu gədə-güdələri, deyirəm pis vurmayın, əmbə aşkarda “vurun” deyirəm. Qorxuram axı!.. Bayaq gəldi gördü qarmonda “heyratı” öyrədirəm Midiyə. Elə şillə çəkdi ki, indi də ağrıyır üzüm. Budu bax! – bir üzü qızarmışdı.
Səmi uşağı polis gödəkcəsinin altına salıb, sinəsinə sıxdı: “Bizə də “Yeraz” deyir bu tərəflər. İ ndi də deportasiya eləmək fikrindədir-nədi?! Uşağı gör nə hala saldırıb heyvan!..” Neyləsin indi?
Səmi “heyvan”ın kinindən dəhşətlənə-dəhşətlənə, istər-istəməz, iki nömrəli evin qabağına getdi və elə qapını açar-açmaz öz üzünə də kin çırpıldı:
– Demişəm, deyirəm, yetimxanaya verməlisən onu! Özün də əl-ayağımıza dolaşma! Bəsdi! Rədd olmalısan buralardan! Göstəriş belədi… Hardan?.. Necə hardan, ay dünyadan xəbərsiz?! Hələ də qan-mırsan ki, Azərbaycan sizin deyil daha! Sumqayıtdan bəridə – dərə-təpəlikdə az-çox suyu olan yerlərdə “yabanı çətənə” adıynan narkotika əkmişik! Özü də bilirsən nə qədər? Otuzca hektar! Milyard qazanc götürəcəyik, lap belə adlı-sanlı işçilərin ciblərinə də basacayıq! Sən düdüyün birisi neyniyərsən bu qüvvənin qabağında?!
Bütün dünyanı tutub narkotika, gizlin müharibə! Qanırsan?! Bilirsənmi neçə-neçə sən təki meyit quylanıb o tərəflərdə çürük trubalara?! Qandın?! Yığışdır özünü! Fikirləş! Öldürüləcəksən!
Evin dərinliyindən, çox içəndə rusca danışan ikinci kinlinin – Nəcəfin səsi gəldi:
– Vsyo ravno mi vas vsex perestrelyayem! Sçitay, vse turki poqibli uje! Anadolu krovotoçit! Massoviy terror idyot! Ponyal? Budto Kurdi perestrelyayut turkov. Vranyo! Mi, mi, vot mi, naşı sobralis vokruq naşeqo qeroya Abdulla Odjyalana! Ponyal?! Ne skrivaem, çtobi vi – tupitsi ponyali v çyom delo! Ponyali?! Budet postroen tsivilizovanniy, qlobalniy, yedinniy mir! Ponyal?! Potom pereydyom v Turkestan! Vot takaya soverşenno otkritaya voyna, a ne “taynaya”, kak prejnyaya, tak nazivaemaya “oteçestvennaya!..”
Səmi dedi:
– Yaxşı olmuyacaq bunun axırı, Nəcəf! Kainat var, Bağlar var!
Nəcəf elə ötürdü:
– Tupitsa! İdi zaymis izuçeniyem istinnoy istorii! İstinnıe Yevrei-turki davno poqibli! Vı azerbaydjantsı vırodilis, turkami stali! Osmantsı zanyali oqromnuyu territoriyu! Pora uje pokonçit s vami! Vozmi etoqo çoknutoqo, katis otsyuda! Zaymis yeqo leçeniyem!..
Səmi dedi:
– Heç olmasa bu körpəni rahat buraxın! Öldürürsünüz, axı, siz bunu!
– Budet spasyon tupitsa! – Nəcəf qəhqəhə çəkdi: – Te kotorıye zapolnili mir, oni jivotnıye. Vsyu Afriku jdyot muçitelnaya qolodnaya smert! Potomu çto oni toje drevnine yevrei”.
Armyane pritesnilis na dvux kloçkax zemli! Ne bıt tomu! Smert Turkam! Ponyal?! Tupitsa!
Səmi dabanı üstə geri dönüb, Midinin cığırı ilə evə yönəldi…
Bir vaxt gələcək, “rayonun qocaman prokuroru”, ya da qısaca “Qocaman” ləqəbli prokuror Sayılovun dilindən Səmiyə, sonra da hamıya məlum olacaqdı ki, Midinin açdığı yol – qısaca cığır, əslində, çox uzun imiş və qəsəbədən o cığırla çox adam gəlib-gedirmiş. Gül xalanın qoftasının cibindəki açarla qapını açıb, AdıPünhanın və ümumiyyətlə, pünhanların göndərdikləri kitablarla, məktublarla dolan tərəcələri boşaldıb “Kişi”nin, yəni Xəlvətin əli ilə lazımi yerə, yəni “AXC”-yə göndərilmişlər. İndi “boş tərəcə” adlandırılan o tərəcələrə uzanan əl sahiblərinin dilləri də uzun imiş. Uşaq gödəkcəsinin altında, cığırla evə qayıdanda Səmi hələ bilmirdi ki, o uzun dillərdən biri anadan, bacıdan da əziz Gül xalanın anası Badsəba qarı idi. Sudüşəndə “rəhmətə gedənlər”in yasında – hüzründə “duzsuz”, yəni halva çalanda “dilini mal dili təki çıxarıb” tez-tez çömçə yaladığına görə “Çömçəyalayan” ləqəbi ilə məşhurlaşmış Badsəba qarının danışığına baxın:
– O qəhbə afisiantka Mariya ölən gecə uşağa fəhmnən baxdıq, gördük Mədədin kopyasıdı bu Midi. Gülbəniz şəhərə gedəndə Əlləzoğlunun evində qoyurdu bunu; Cığalı Gülgəz xanımın yanında. Əmbə tapşırmışdı, qəsəbədən rus qızları da gedib Gülgəzə əl verirdilər, xörəyə-çörəyə kömək eləyirdilər. Birinci dəfə elə o qızlar dedilər: “Mədəd nədi, kürəyində qoşa xalına qədər Səmidi!” Yəni Mədəddən deyil, Səmidəndi uşaq!.. Dedim, ay qancıqlar, Səminin kürəyində qoşa xalını necə görmüsünüz? Hırıldaşdılar ki, biz görmüyəndə Səminin xalını, daha kim görər: boş-boşunamı subaydı o yaşında! Dedim onda mənə də göstərin o qoşa xalı, nolar? Şaqqıldaşdılar qancıqlar genə, dedilər duzsuz yeməkdən Əhmədi almasıdı yanaqların, özün çağır, soyundur, bax. Getdilər Səminin qoluna girdilər, gətirdilər qəsəbə hamamına, uşağı verdilər qucağına ki, özün çimizdir, isinişsin sənə. Həyasızlığıma saldım, girdim hamama. Gözü dörd oldu köpəyoğlunun. Dedi üzünü o yana tut, heç olmasa fitə bağlayım belimə. Dedim belin zadın lazım döyül mənə, dalını çöyür. Baxdım: eyni yerdə eyni cür bir cüt xal! Öz balasıdı ey! Dedim, ədə, bu qədər qızgəlinin içində adam tapmırdınmı ki, əmin oğlu Mədədin arvadıynan oynayırdın?! Bu heç. Sonrasına baxın. Gülbəniz dedi, Türkiyədən yaman tavar gəlib, başım qarışıqdı, get Gülgəzdən al gətir uşağı… Əvvəllər saçına fikir verməmişdim mən bu çatdamışın. Getdim gördüm çardağın altında oturdub dizinin üstündə, qayçı əlində, uşağın saçını düzəldir Gülgəz. O Mariya-Məryəm deyilənin, bilirsiniz ki, sapsarı maçalkaydı, süpürgəydi saçı. Çardağın altında baxdım, mat qaldım, dedim, ay Cığalı Gülgəz, bu oxlanmışın saçı niyə kopyasıdı sənin saçıyın?! Qapqara, par-par, qıvrım! Lap səninki təki – cığalı! Ağladı Cığalı Gülgəz, Dedi: “Siz qudalılar sözlügaplısınız. Məni dil-ağıza salma!” Dedim, a bala, soğan yeməmisənsə, için niyə göynəyir?! Car çəkəcəm, hamı bilsin ki, Mariyadan deyil bu qız təki cığalı oğlan, Gülgəzdəndi! Gorbagor Sultan Əmirlinin istəkli arvadı Cığalı Gülgəz Sultanın qardaşı oğlu Səməd Əmirliynən oynayıb, oğlan qoyub qucağına! Barakallah!.. Gəldim, qəsəbədə dedim, Mariya nədi, a qancıqlar, görmürsünüzmü Gülgəzdəndi bu qoduq?! Şaqqıldaşdılar genə, dedilər ağ eləmə. A qarı, Gülgəzin yetmiş yaşı var axı! Hesablayanda altmış beş yaşındamı doğub? Səmi də quca-ğında böyüyüb onun, “Cığa mama” deyir ona. Səminin adı atasının adıdı – Səməddi, dedilər. “Səm-səmi” deyən elə Cığa maması de-yilmi? Dedim, kar deyiləm, eşitmişəm Cığa maması necə əzizləyərdi oynaşı Səmədin Səmədini:
“Çəməndə çiçək, a Səm-səmi,
Hamıdan göyçək, a Səm-səmi.
Get bir maşın al gətir,
Bu kənddən köçək, a Səm-səmi!”
Bax, beləcə əzizləyə-əzizləyə oynaş böyütdü özünə! Saçbirçəyimə əl atdılar o rus qancıqları: “Tutaq ki, soruşuruq səndən, altmış beşində arvad doğarmı?!” Dedim o Səmini yıxın bu ağbirçək Çömçəyalayanın üstünə, doqquz aydan sonra gəlin birini də aparın kürəyi qoşa xallının!..
Çömçəyalayan Badsəba, Gül xalanın anası, icra başçısı Məsim Qonaqlının qayınanası, yanaqları, doğrudan da, Əhmədi almasından seçilməyən bu qarı bir dəfə danışdığını neçə dəfə danışsa yaxşıdır?! Qarının danışığını neçə adam danışsa yaxşıdır?!
Beləcə, yorulmadan, usanmadan, dəhşətli, açıq-saçıq kinlə otuz yaşlı Səmini yetmiş yaşlı ağbirçək Cığa mamaya yapışdırıb, Midi Səmi oğlu doğuzdurmuşdular! Min doqquz yüz əlli dördüncü ildə Sultan Əmirlinin ölümündən sonra iyirmi beş yaşında ikən dul qalıb, “Göbələk” Məmiş Əlləzoğlunun ocağında qara daşa dönüb, adına deyi-lən dəhşətli böhtana görə eşiyə-bacaya da çıxmayan yazıq, bədbəxt Gülgəz – Cığa mama, Midinin əlindən tutub, ev-ev gəzdirib, ağ saçını yola-yola şivən qopardı ki, “Qonaqlıda hərəyə bir ad qoya-qoya, az-çox gözəgəlim adamların hamısını böhtana-şərə batırıb kənddən tərik salan bu qəsəbə cəmaatı “bəndədən qorxmur, Allah-dan qorxsun”, insafa gəlsin, ləkəni silsin onun – Gülgəzin adından; bu uşaq onsuz da bədbəxtdi, nə atası var, nə anası, “Cığa mama” dediyi bədbəxt bibisi var, onu da əlindən almasınlar!
Qırx evli qəsəbədə tək Gül xaladan başqa bir adam tapılmadı ki, Cığa mamanın səsinə səs versin. Əksinə, ağbirçək Cığalının üstünə qarğaquzğun kimi tökülüb, olan-qalan saçını da yoldular: “Yeraz qancığı! Doğub vermisən Mariyanın qucağına ki, zibiliyin üstü örtülsün! Irinadanıydı Mədədinki, onu da qanına buladılar-qəhbə qarnından çıxanı!” – deyib Cığa mama ilə Səmini biri-birinə daha bərk yapdılar.
Işığı, qazı, çörəyi kəsilmiş, əhalisi Gəncəyə, Bakıya, Sumqayıta dağılışandan sonra, Qonaqlıda hələ Təftiş Abbasla oğlu Zal kimi az-çox sayılan adamlar qaldığına baxmayaraq, dəhşətli Sudüşənin dəhşətli dilini yığa bilmədilər. Xəlvət Rəhim: “Şərt qoymuşam, şərtə əməl eləsin”, – deyəndə kürəkəni Bozqurd Nəcəflə birlikdə qəsəbənin bütün Bozqurdları,arvad-uşaqları ilə birlikdə,bir ordu-nun intizamlı sıra nəfərləri kimi, yekdilliklə, günlərlə təkrar etdilər: “Əməl eləsin! Əməl eləsin! Əməl eləsin!”
Nəcəfin ermənicə adı Qranddı, yəni Böyük. Məhz o nəhəng Qrand Nəcəf tapşırdığına görə bütün qəsəbə bağırışırdı: “Əməl eləsin!” Ara-bərədə isə Nəcəfin nəriltisi Sudüşəni götürmüşdü: “Vsyo ravno perestrelyayem vsex! Severnıy Azerbaydjan prinadlejit russkim, Yujnıy Azerbaydjan Persam!”
Bu, qorxunc idi.
Və bu qorxunc, həddi-hüdudu olmayan kin Səmini yavaş-yavaş hər yandan çulğalayırdı, kinə qarşı kin qaynayıb döyüşə çağırırdı. Həlledici döyüşə.
Harda, nə vaxt baş verməli idi bu döyüş? Səmi hey düşünür, aydın fikrə gələ bilmirdi. AdıPünhan general da, o biri AdıPünhanlar da: “Bilmirik, Bağlarımız susurlar. Əmma yəqin ki, çox çəkməz bu, OdAğÜz nə vaxtsa dillənməlidi…”
Və OdAğÜz BağOdƏr doğrudan da dilləndi…
Yuxuya gedəndə telefonun dəstəyi Səminin əlindən düşüb, taxtdan sallanmışdı. Membranadan Pünhanın səsi cırıldayırdı; “Səmi! Səmi! Səmi, bu gecə OdAğÜz mənnən danışdı. Dedim: “Səmini heç bir Bağ öz yolundan döndərə bilməz. Sonra Səmədin səsi doldu beynimə: “sən də əfəlsən! Özüm lap EySarın1 özündən izn alacam, danışacam! Səmi! Səmi!..