Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «İkiyə bölünmüş Vikont», sayfa 2

Yazı tipi:

Dayım uzaqlara, üfüqdə yaxınlaşan buluda baxır və dü-şünürdü: “Bu bulud türklər, əsl türklərdir, böyür-başımda yerə tütün tüpürənlər isə xristian döyüşçüləridir; indicə gə-lən zəng səsi hücum çağırışı, həyatımın ilk hücum çağırışı, qulaqları kar edən bu gurultu, bu titrəmə, döyüşçülərlə at-ların böyük bir sıxıntıyla baxdıqları torpağa batmış bu göy-daşı isə top mərmisi, qarşılaşdığım ilk düşmən mərmisidir. “Bu son mərmidir” deyəcəyim günün heç gəlməməsini dilə-yirəm”.

Qılıncını çəkmiş, gözlərini duman içində gah itib, gah görünən İmperatorluq bayrağına zilləmişdi; düzənlikdə dördnala çaparkən dost toplarının atdığı mərmilər göy üzündə, başının üstündə dolanır, düşmən topları isə hələ indidən xristian cəbhəsində dəliklər açır, torpağı qəfildən çətir kimi havaya sovururdu. “Türkləri görəcəm! Türkləri görəcəm!” – düşünürdü. İnsan üçün düşmən sahibi olmaq, sonra da onun təsəvvür etdiyi kimi olub-olmadığını görmək qədər maraqlı bir şey yoxdur.

Türkləri gördü. İkisi düz qarşıdan gəlirdi. Atları örtüklü idi, balaca yumru qalxanları dəridən, paltarları isə qara və zəfəran rəngli çizgili parçadan hazırlanmışdı. Sarıqları, tor-paq rənginə oxşayan üzləri və bığları Terralbada “Türk Mi-ke” adı ilə tanınan birininkinə çox bənzəyirdi. Türklərdən bi-ri öldü, digəri isə birini öldürdü. Amma kim bilir, daha neçə-si gəlirdi; artıq təkbətək döyüş başlamışdı. İki türkü görmək hamısını görmüş olmaq kimi idi. Onlar da əsgər idi, bütün təchizatları ordunun malı idi. Üzləri kəndli üzü kimi yanmış və inadkar görünürdü. Medardo onları görməsinə görmüş-dü; artıq Bildirçin keçidindən yanımıza – Terralbaya qayıda bilərdi. Amma gec idi, orduya könüllü yazılmışdı. Yatağan zərbələrindən qorunaraq qaçırdı. Sonunda piyada bir türk tapıb öldürdü. Öldürməyi öyrəndikdən sonra, bu dəfə qısa boylu bir atlının qarşısına çıxdı, amma səhv elədi. Çünki ki-çiklər daha təhlükəli olurlar. Atların altına soxulur, yatağan-la heyvanların qarınlarını cırırdılar.

Medardonun da atı ayaqlarını aralayıb dayandı.

– Neyləyirsən? – Vikont çığırdı. Həmin an özünü yetirən Kursio aşağını göstərərək:

– Ora baxın, – dedi, – heyvanın bütün içalatı yerə tökü-lüb.

Yazıq heyvan altdan yuxarı sahibinə baxdı, sonra bağır-saqlarını toplamaq istəyirmiş kimi başını aşağı əydi, amma bu, sadəcə bir igidlik nümayişi oldu; özündən getdi və öldü. Terralbalı Medardo piyada qalmışdı.

– Mənim atımı alın, cənab leytenant, – Kursio çığırdı.

Amma atını saxlaya bilmədi, bu dəfə özü bir türkün oxu ilə vurulub atdan salındı, heyvan isə qaçaraq uzaqlaşdı.

– Kursio! – Vikont qışqırdı və yerdə inildəyən nökərinə tərəf qaçdı.

– Məni düşünməyin, ağam, – nökərin səsi eşidildi, – xəs-təxanada ərik arağı olsun, yetər. Deyirlər ki, hər yaralıya bir kasa düşür.

Medardo dayım tünlüyə qarışdı. Savaşın gedişi müəy-yən deyildi. O qarışıqlığın içində qalib gələnlərin xristianlar olduğu düşünülürdü. Türklərin sıralarını dağıtmış, mövqe-lərini ələ almışdılar. Dayım başqa igidlərlə birlikdə düşmən topçularınadək gedib çıxmışdı; Türklər isə xristianları atəş altında tuta bilmək üçün tez-tez topların yerini dəyişdirir-dilər. İki türk topçusu təkərli bir topu ora-bura döndərirdi. Onlar öz ağır davranışları, saqqalları, ayaqlarına enən ge-yimləri ilə iki münəccimə oxşayırdılar. Dayım:

– İndi gəlib topu necə döndərməyi göstərərəm sizə, – dedi. Coşqulu, təcrübəsiz olduğu üçün, toplara sadəcə yan-dan, ya da arxa tərəfdən yaxınlaşmaq lazım gəldiyini bilmir-di. Qılıncını çəkib, topun lüləsinin qarşısına keçdi; o iki mü-nəccimi qorxudacağını düşünürdü. Qorxmaq bir yana, adamlar düz onun sinəsinə atəş açdılar. Terralbalı Medardo havaya uçdu.

…Axşam döyüşlərə ara verildi. İki araba savaş meyda-nındakı xristianları toplamağa başladı. Arabalardan biri ya-ralılar, digəri isə ölülər üçün idi. İlk seçim savaş meydanında edilirdi. “Bunu mən alıram, onu da sən al”. Xilas edilməsi mümkün görünənlər yaralıların arabasına qoyulurdu; sadə-cə parça, qalıntı halına gəlmiş meyitlər isə dəfn edilmək üçün ehtiramla ölülər arabasına yüklənirdi; cəsəd adı belə verilməyənlər isə, yem olaraq leyləklərə tərk edilirdi. O gün-lərdə itki çoxaldığına görə yaralıların qurtarılması üçün daha ciddi səy göstərilməsinə əmri verilmişdi. Bu səbəblə Medardonun qalıntıları da yaralı sayılmış, yaralılar araba-sına qoyulmuşdu.

İkinci seçim xəstəxanada edilirdi. Vuruşmalardan sonra səhra xəstəxanası döyüşün özündən də qorxulu bir vəziy-yətə düşürdü. İçində qurbanların olduğu xərəklər yerdə sıra-lanır, onların ətrafında isə əllərində kəlbətin, qayçı, iynə, kə-silmiş orqanlar, kəndir yumaqları daşıyan, ağızlarından nə-fəs almağa çalışan həkimlər dayanırdı. Ölmüş olsa belə, hər cəsədi yenidən həyata qaytarmaq üçün əllərindən gələni edirdilər. Bir yeri doğrayır, bir yeri tikir, qanaxmanı bintlə saxlamağa çalışır, damarları əlcək kimi tərsinə çevirib yerinə yerləşdirir, yaranın içinə qandan çox sap qoyur, əməliyyatı bitirib tikirdilər. Bir xəstə öləndə isə faydalanacaq nəyi varsa başqasının əməliyyatında istifadə edirdilər. İşləri ən çox qa-rışdıran bağırsaqlar olurdu; bir dəfə dağılırdısa, yerinə necə qaytarılacağını bilmək olmurdu.

Örtük qaldırılanda Vikontun bədəninin dəhşətli şəkildə parçalandığı meydana çıxdı. Sadəcə bir qolu ilə bir ayağı ək-sik deyildi, o qolla o ayaq arasında olan sinə və qarın hissə-sini də mərmi yox etmiş, parça-parça olmuşdu. Başında bir göz, bir qulaq, bir yanaq, yarım burun, yarım ağız, yarım çə-nə, yarım alın var idi; başın digər yarısı isə xəmirə dönmüş-dü. Qısası, bədəninin yarısı-sağ tərəfi qurtulmuşdu, hətta ol-duğu kimi qalmışdı; parça-parça olan sol tərəfi ondan ayıran böyük bir oyuq sayılmazsa, üstündə bir cızıq belə yox idi.

Həkimlər çox məmnun idilər. “Aman Allah, nə gözəl yaralıdır!” – deyirdilər. –“Ölməyibsə, xilas etməyə çalışmaq olar”.

Dərhal onun başına toplaşdılar. Bu vaxt öz sırasını göz-ləyən, qoluna ox batmış yazıq əsgərlər qan zəhərlənməsin-dən can verirdilər. Həkimlər tikir, yerləşdirir, sarıyırdılar; kim bilir daha nələr edirdilər. Bilinən o idi ki, ertəsi gün da-yım tək gözünü, yarım ağzını açaraq və burun dəliyini şişir-dərək nəfəs almağa başladı. Terralbalıların mayası güclü çıx-mışdı. O, artıq yaşıyırdı və ikiyə bölünmüşdü.

III

Dayım Terralbaya qayıdanda yeddi-səkkiz yaşlarında idim. Axşam gəldi; hava qaralmışdı; oktyabr ayı olduğun-dan göy üzü tutqun idi. Bütün günü üzüm toplamışdıq; sal-xımlar arasından, qaraya çalan dənizdə imperatorluğun or-dusunu daşıyan gəminin yelkənlərinin yaxınlaşdığını gör-dük. O ərəfələrdə hər gördüyümüz gəmiyə: “Mastro1 Medar-do bu gəmi ilə qayıdır”, – deyərdik; gəlməsini səbirsizliklə gözlədiyimiz üçün deyil, nəyisə gözləməyin özü xoşumuza gəldiyindən belə edərdik. Bu dəfə dediyimiz düz çıxmışdı; belə ki, həmin axşam Fiorfiero adında bir gənc, qəsəbənin ən hündür təpəsində üzüm əzərkən “gələnlər var!” bağırınca, inandıq. Ətraf demək olar zülmət içində idi; dərənin dibində qatır saxlayanların yandırdığı məşəlləri gördük; körpüdən keçdiklərində əllərində xərək olduğunun fərqinə vardıq. Heç şübhə yox idi; Vikont savaşdan qayıdırdı.

Xəbər həmin andaca bütün vadiyə yayıldı; dostlar, qo-humlar, baxıcılar, çobanlar, cəngavərlər qalanın həyətinə yı-ğıldı. Bircə son zamanlar həyətə belə enməyən Medardonun atası, mənim də babam –yaşlı vikont Ayolfo yox idi. Həyat-dan bezdiyi üçün müharibəyə getməmişdən əvvəl bütün ha-kimiyyəti oğluna həvalə etmişdi. Elə o vaxtdan qalanın bö-yük damında bəslədiyi quşlara meyli artmış, yatağını quşxa-naya daşıtdırıb ora qapanmışdı; nə gündüz çıxırdı ordan, nə də gecə. Yeməyini quşların yemləriylə birlikdə – quşxananın barmaqlıqları arasından verirdilər. Ayolfo hər şeyini bu var-lıqlarla bölüşürdü. Oğlunun müharibədən qayıtmasını göz-ləyərkən qırqovulları, göyərçinləri əzizləyərək vaxt keçirirdi.

Qalamızın həyətində heç vaxt bu qədər adam görmə-mişdim; haqqında başqalarından eşitdiyim şənlik və savaş vaxtları artıq keçmişdə qalmışdı. İlk dəfə qalanın da, divar-larının da nə qədər baxımsız, keçiləri otladıb donuzlara su içirtdiyimiz həyətin isə nə qədər palçıqlı olduğunun fərqinə vardım. Hamı gözləyə-gözləyə vikont Medardonun necə qa-yıdacağını müzakirə edirdi; Türklər tərəfindən ağır yaralan-dığı xəbəri çoxdan eşidilmişdi, amma şikəstmiydi, topalmıy-dı, yoxsa üzü-gözü yaralar içindəmiydi – kimsə bu barədə qəti məlumata malik deyildi; xərək görməyimiz isə daha pis nəticə ilə üz-üzə gələcəyimizi söyləyirdi.

Nəhayət, xərək yerə qoyuldu, qara kölgənin tam ortasın-dan bir gözbəbəyinin parıltısı göründü. Kök, yaşlı dayə Se-bastyana ona yaxınlaşmaq istədi, amma kölgədən etiraz işa-rəsi olaraq bir əl qalxdı. Sonra xərəkdəki vücud çətinliklə çır-pınıb hərəkət etdi; Terralbalı Medardo gözlərimizin önündə-cə bir qoltuq ağacına dirənərək ayağa qalxdı. Başından yerə-dək uzanan qara bir cübbəsi vardı; arxaya atılmış sağ tərəfi üzünün və qoltuq ağacına dayaqlanaraq duran adamın yarı-sının görünməsinə mane olurdu; sol tərəfində hər şey sanki parça və paltar bolluğu altında qalaraq gizlənmişdi.

Dikəlib ətrafına – bizə baxdı, kimsənin ağzından bir kəl-mə belə çıxmadı; bəlkə də o, tək gözü ilə bizə baxmır, sadəcə özündən uzaqlaşmaq istəyirdi.

Dənizdən külək qalxdı, əncir ağacının qırılan budağının çırtıltısı eşidildi. Dayımın cübbəsi dalğalandı; külək cübbəni şişirdir, yelkən kimi havalandırırdı; sanki onun vücudunun içindən keçirdi; hətta elə bil heç vücud da yox idi; cübbə bir xəyalət kimi bomboş idi. Bir az da diqqətlə baxdıqda dayı-mın dirəyə taxılmış bayraq kimi göründüyünün fərqinə var-dıq; dirək çiyindən, qoldan, yandan, qoltuq əsasına dayaqla-nan nə varsa – ondan ibarət idi, yerdə qalanı yox idi.

Hərəsi bir tərəfə baxan, arxalarını bir-birinə çevirdikləri üçün qəribə görünən keçilər Vikontu sabit, mənasız baxışlar-la süzürdülər. Daha həssas, çoxbilmiş donuzlar isə ora-bura qaçışır, bir-birilə toqquşurdular; axırda biz də qorxumuzu gizlədə bilmədik. Dayə Sebastyana qollarını yuxarı qaldıra-raq:

– Fəlakət! – deyə bağırdı.

Bizi belə bir mənzərə ilə üz-üzə qoyduğuna görə əsəb keçirən dayım qoltuq ağacının ucunu irəli verib titrəyə-titrə-yə qalanın girişinə tərəf irəlilədi. Xərək daşıyıcıları ayaqları-nı bir-birinin üstünə aşıraraq giriş nərdivanlarında oturmuş-dular; bunlar qızıl sırğalı, ülgüclə təmizlənmiş başlarında pi-pik kimi bir neçə tel saxlamış, üst-başları tökülmüş insanlar idi. Ayağa qalxdılar; rəisləri olduğu kənardan bilinən çantalı adam dedi:

– Pulumuzu gözləyirik, senyor.

– Nə qədər? – Medardo soruşdu, – danışanda elə bil, gü-lürdü.

Çantalı adam dedi:

– Xərəklə adam daşımağın neçəyə olduğunu bilirsiniz.

₺33,73

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
90 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre