Kitabı oku: «İkiyə bölünmüş Vikont», sayfa 3
Dayım kəmərindən bir kisə çıxardıb hambalın ayaqları altına atdı. Adam kisəni yoxladıqdan sonra:
– Amma bu, razılaşdığımızdan çox azdır, senyor, – de-yib narazılıq etdi.
Külək cübbəsinin ətəyini havalandırarkən, Medardo da-yım ”yarısı”, – deyə cavab verdi. Hambalın yanından keçdi, tək ayağıyla sıçraya-sıçraya pillələrlə yuxarı qalxdı; qəsrin içinə açılan, yarı aralı böyük qapıdan keçdi; qoltuq əsası ilə iki ağır qapı layını itələyərək gurultu ilə bağladı; sonra da açıq qalmış kiçik qapını çırparaq içəridə görünməz oldu.
Biz hələ də evinin olduğu qəsr qanadına gedən dəhliz-dən qoltuq ağacının taqqıltılarını, açılıb örtülən qapıların sə-sini eşidirdik.
Atası quşxananın barmaqlıqları arxasında ayaqüstə göz-ləyirdi. Amma Medardo ona salam verməyə belə getmədi; təkbaşına otağına qapandı; kimsəyə görsənmək, açıqlama vermək istəmirdi; qapısını döyüb üzr istəmək istəyən dayə Sebastyana ilə belə uzun müddət danışmadı.
Qoca Sebastyana qaralar geyinən, tüllə örtülü üzündə, gözlərinin kənarlarında bircə qırışı belə olmayan, cüssəli qa-dın idi; Terralba ailəsinin bütün körpələrini əmizdirmiş, bö-yük olanların hamısı ilə yatmış, bütün ölənlərin gözlərini qa-pamışdı. İndi iki könüllü dustağın otaqları arasında var-gəl edir, onlara necə kömək edəcəyini bilmirdi.
Ertəsi səhər Medardo hələ də həyat əlaməti göstərmə-diyindən biz qaladan uzaqlaşıb üzümlüyə getdik. Kimsənin kefi yox idi, bağlarda Medardonun başına gələnlərdən başqa bir şey danışılmırdı; əlbəttə, bu, onu çox sevdiyimizdən de-yil, mövzunun qəribə və qaranlıq olmasından irəli gəlirdi. Yalnız dayə Sebastyana qəsrdə qalmışdı və hər gurultunu böyük bir diqqətlə dəyərləndirməyə çalışırdı.
Qoca Ayolfo sanki oğlunun belə kədərli və qəribə şəkil-də qayıdacağını bilirmiş kimi ən sevdiyi quşlardan birini əh-lilləşdirmiş, ona qəsrin o ərəfələrdə boş olan və Medardonun evinin yerləşdiyi qanadınadək uçmağı, otağının pəncərəsin-dən içəri girməyi öyrətmişdi. Həmin səhər yaşlı adam quşun qəfəsini açdı, oğlunun pəncərəsinədək uçuşunu izlədi, sonra göyərçinlərinə yem verməyə başladı.
Çox keçmədən qəfəslərə çırpılan bir şeyin çıxartdığı səs eşitdi. Qoca çölə boylandı. Tellərin üstündə quşunun ölüsü vardı. Qoca onun ölüsünü ovuclarının içinə aldı, bir qanadı-nın qopardılmaq istənərək parçalanmış, bir ayağının iki bar-maq arasında sıxılaraq qırılmış, bir gözünün oyulmuş oldu-ğunu gördü. Ayolfo quşu sinəsinə basıb ağlamağa başladı.
Həmin gündən yataq xəstəsi oldu, qohumları quşxana-nın barmaqlıqları arasından onun çox xəstə olduğunu görür-dülər. Amma kimsə gedib kömək edə bilmirdi, çünki içəriyə qapanmış, açarları gizlətmişdi. Quşlar qocanın yatağının ət-rafında uçuşur, nə bir yerə qonur, nə də qanad çalmaqdan yorulurdular.
Ertəsi səhər quşxanaya baxan dayə, vikont Ayolfonun öldüyünü gördü. Bütün quşlar dənizin ortasında dalğalanan kötüyə qonan kimi, yatağın üstünə qonmuşdular.
IV
Medardo atasının ölümündən sonra evdən çıxmağa baş-ladı. İlk dəfə bunun fərqinə varan da bir səhər qapıları aralı, otaqları bomboş görən dayə Sebastyana oldu. Uşaqlar Vi-kontun arxasından getmək üçün yollara düşdülər. Axşam tə-rəfi budaqları meyvə dolu bir armud ağacının yanından keç-dilər. Uşaqlardan biri “yuxarıya baxın” deyən kimi, ağar-maqda olan gün işığında sallanan armudları gördülər, görən kimi də qorxuya düşdülər. Çünki armudlar bütün deyildi; hər biri uzunlamasına kəsilmiş, yarımçıq halda sapından ası-lı qalmışdı; hər armudun sadəcə sağ hissəsi vardı (baxılan yerə görə sol hissəsi də ola bilərdi, amma hamısı eyni tərəf-dən kəsilmişdi), digər hissəsi isə yox olmuşdu; bəlkə də diş-lənmişdi.
Uşaqlar dedilər:
– Vikont buradan keçib.
Gün boyu bu qədər ac qaldığına görə, yəqin ki, o, gecə qarnını doyurmaq üçün qarşısına çıxan ilk ağaca dırmanıb armud yemişdi.
Yolda uşaqlar bir daşın üstündə qalmış və vərdiş etdi-yindən tullanmaq istəyən yarımcan bir yarım qurbağaya rast gəldilər. “Düz yoldayıq!” – deyib irəliləməyə davam etdilər. Yarpaqlar arasında yarım yemişi görmədikləri üçün bir ara yolu itirdilər, amma sonra geri qayıdıb yemişi tapdılar.
Beləcə, çəmənlikdən keçərək meşəyə çatdılar, ikiyə bö-lünmüş bir göbələk, bir daşgöbələyi, sonra bir başqasını – zə-hərli bir qırmızı göbələk gördülər; meşədə yerdə bəzən “tə-kayaqlı”, çətirlərinin sadəcə yarısı açıq olan göbələklərlə də qarşılaşırdılar. Sanki iti bir bıçaqla ikiyə bölünmüşdülər, di-gər hissələrindən qırıntı belə qalmamışdı. Bunlar qurd göbə-ləyi, qızıl göbələk, çəmənlik göbələyi kimi müxtəlif növlərdə göbələklər idi. Zəhərli olanların sayı hardasa zəhərsiz olan-lar qədər vardı.
Bu dağınıq izlərin ardınca gedən uşaqlar “rahibələr” adını daşıyan və otların arasında bir bataqlığın da olduğu çə-mənliyə gəlib çıxdılar. Hava qaralırdı, bataqlığın sahilində cübbəsinə bürünərək oturmuş Medardonun zəif kölgəsi ağ, sarı, torpaq rəngli göbələklərin üzdüyü suya düşmüşdü. Gö-lün üzünə səpilmiş göbələklər Medardonun yarısını qopart-dığı göbələklər idi. Suyun üstündə bütövmüş kimi görünür-dülər. Vikont onlara tamaşa edirdi.
Uşaqlar bataqlığın o biri sahilində gizləndilər, bir şey deməyə cəsarət etmədilər; onlar da üzən göbələklərə baxırdı-lar; elə bu zaman hamısının yeməli olduğunun fərqinə vardı-lar: görəsən zəhərli göbələklər necə olmuşdu? Bataqlığa at-madığına görə, Vikont yəqin ki onlarla nə isə eləmişdi? Uşaqlar yenidən meşədə qaçmağa başladılar. Çox uzağa get-mələrinə ehtiyac qalmadı, çünki cığırda, əlində səbət gətirən bir uşaqla rastlaşdılar: bütün zəhərli göbələklər səbətin için-də idi.
O uşaq mən idim. Gecə təkbaşıma Rahibələr çəmənliyin-də ağacların arasından sıçrayıb özümü qorxutmağa çalışar-kən, ay işığında birdən-birə tək ayağı üstə hoppana-hoppana yeriyən və qoluna səbət keçirmiş dayımla rastlaşdım.
– Salam dayı! – qışqırdım. İlk dəfə idi onu belə çağırır-dım.
Məni gördüyünə sevinmiş kimi oldu. ”Göbələk yığı-ram” – dedi.
– Çoxmu topladın?
– Bax, – dedi dayım; bataqlığın sahilində oturduq. Yığdı-ğı göbələkləri seçir, bəzilərini suya atır, bəzilərini isə səbətə qoyurdu.
Seçdiyi göbələkləri mənə verərək: “Bunları qızardar-san”, – dedi.
Səbətin içindəki göbələklərin niyə yarım olduqlarını so-ruşmaq istədim, amma bu sualın yaxşı çıxmayacağını anla-yıb, təşəkkür etdikdən sonra qaçaraq oradan uzaqlaşdım. Göbələkləri qızartmağa gedərkən meşədə tanış adamlara rast gəlim. Hamısının zəhərli olduğunu da onlardan öyrən-dim.
Bu hadisə haqqında dayə Sebastyanaya danışanda, – “Medardonun pis tərəfi geri qayıdıb”, – dedi. – “Baxaq görək bu gün məhkəmə necə olacaq?!.”
O səhər qəsrin gözətçiləri tərəfindən bir gün əvvəl tutu-lan oğru dəstəsinin məhkəməsi olacaqdı. Oğrular bizim əra-zinin adamları idi, bu səbəbdən də onları Vikont mühakimə edəcəkdi. Məhkəmə başladı; Medardo öz kürsüsündə otu-rur, bir dırnağını gəmirirdi. Oğrular zəncirlənmiş halda gəti-rildilər; qrupun başçısı, üzüm yığarkən xərəyi ilk görən Fyorfyero adında gəncdi. Şikayətçilər isə Provenzaya getmə-yə hazırlaşan Toskanalı cəngavərlər idi. Bizim meşədən ke-çərkən Fyorfyoro ilə dəstəsinin hücumuna məruz qalmış, so-yulmuşdular. Fyorfyoro bu cəngavərlərin torpaqlarımızda gizlicə ova çıxdıqlarını, gözətçilərin vəzifələrini yerinə yetir-mədikləri üçün qaçaq ovçuları tutub silahlarını aldığını söy-ləyərək özünü müdafiə elədi. O zamanlar yol kəsmənin çox məşhur bir fəaliyyət olduğunu, bu səbəblə qanunların ol-duqca yumşaq hökmlər verdiyini hər kəs bilirdi. Üstəlik, bi-zim yerlər bu işlər üçün son dərəcə əlverişli idi; xüsusilə qa-rışıq dövrlərdə ailəmizin bəzi üzvləri oğru dəstələrinə qoşu-lurdu. Qaçaq ova çıxmaq isə ağla gələcək ən yüngül cinayət hesab olunurdu.
Amma dayə Sebastyananın sözləri boşa çıxmadı. Medar-do Fyorfyoro və bütün dəstəsini soyğunçuluq cinayətində təqsirli bilərək, asılmaqla ölümə məhkum etdi. Hücuma uğ-rayanlar da qaçaq olaraq ov etdikləri üçün dar ağacından asıldılar. İşə çox gec müdaxilə edən, yasaq ov edənlərə də, soyğunçulara da əngəl ola bilməyən gözətçiləri cəzalandır-maq məqsədilə onlara da ölüm hökmü kəsildi.
Cəmi iyirmi adam idi. Bu mərhəmətsiz qərar hamımızda kədər və təəssüf hissi yaratmışdı. O vaxta qədər üzlərini belə görmədiyimiz Toskanalı zadəganlardan da çox sevdiyimiz gözətçilər və oğrular üçün kədərlənirdik. Dar ağacını qur-maq sərrac və dülgər Pyetrokyodo ustaya tapşırıldı; o, işində ciddi, düzəltdiyi hər şeyə diqqətlə yanaşan, oxuyub yazmağı bilən bir insan idi. Böyük kədər hissi ilə – məhkumlardan ikisi qohumu idi – ağac kimi budaqlı, ipləri bir hərəkətlə yuxarı çəkilən dar ağacı hazırladı; elə böyük, elə yaxşı hazırlanmış qurğu idi ki, cəza kəsilənlərdən daha çox adamı bir dəfəyə asa bilərdi. Vikont bundan faydalanaraq iki cinayətkarın arasına pişik də yerləşdirdi; beləcə, on dənə də pişik asıldı. Quruyan cəsədlərlə pişiklərin leşləri üç gün dar ağacından sallana-sallana qaldı. Əvvəlcə heç kimin onlara baxmağa ürəyi gəlmirdi. Amma çox keçmədən maraqlı bir mənzərə yarandığının fərqinə vardıq; düşüncələrimiz bir-biri ilə uyuşmayan iki hissəyə bölünmüşdü; hətta cəsədlərin endi-rilməsi, böyük qurğunun sökülməsi kədərlənməyimizə belə səbəb oldu: əyləncədən məhrum edilmişdik.
V
O ərəfələr mənim ən xoşbəxt vaxtlarım idi; həmişə hə-kim Treloni ilə birlikdə meşəyə gedib daşlaşmış dəniz ilbizi axtarardıq. Həkim Treloni ingilis idi. Batan bir gəminin gö-yərtəsindəki çəlləkdən yapışaraq xilas olmuş, sahillərimizə qədər gəlib çıxmışdı. Ömrü boyu gəmilərdə həkimlik etmiş, bəzən kapitan Kukun adamlarının da olduğu uzun və təhlü-kəli səyahətlərə çıxmış, amma adətən kayutadan burnunu çölə çıxarmadığı və qumara başı qarışdığı üçün dünyanın heç bir yerini görə bilməmişdi. Gəmisi batdıqdan sonra bi-zim yerlərə pənah gətirdikdə, bölgənin ən sərt, ən qarışıq şə-rabı olan “kankarone”yə alışmış, onsuz yaşaya bilməz hala gəlmişdi; hətta boynunda içi şərab dolu su şüşəsi də daşı-yırdı. Terralbada qalmış, həkimimiz olmuşdu, amma xəstə-lərlə maraqlanmır, gecə-gündüz məni də özü ilə otlaqlara, meşələrə aparır, elmi araşdırmaların arxasınca düşürdü. Əv-vəlcə çəyirtkə xəstəliyi ilə maraqlanırdı; bu, min böcəkdən birinə təsir edən, varlığı ilə yoxluğu dəqiq olmayan xəstəlik idi; heç bir zərəri yox idi. Həkim Treloni xəstəliyə tutulan bütün böcəkləri ayırıb lazım olan müalicəni tətbiq etmək is-təyirdi. Sonra torpaqlarımızın dəniz altında olduğu vaxtlara maraq göstərdi; bundan sonra həkim daşlıqlar, qayalıqlar arasında vaxtilə balıq olmuş canlıların izlərini axtarmağa başladı. Nəhayət, onun son marağı gecələr qəbiristanlıqda görünən kiçik işıltılar oldu. Həkim onları tutub saxlamağın yollarını tapmaq istəyirdi; bu məqsədlə gecələri qəbiristan-lıqda keçirməyə başladıq. Torpaq və ot qəbirlər arasında oturaraq o naməlum parıltılardan birinin işıldamasını gözlə-yir, sonra onu özümüzə çəkməyə, arxasınca qaçmağa, sön-mədən tutmağa, paket, şüşə, küp, süzgəc kimi təcrübə qabla-rımızın içinə salmağa çalışırdıq. Həkim Treloni qəbiristan-lığa yaxın bir qayanı özünə məskən seçmişdi. Bura, savaş və epidemiya günlərində burada yaşamış bir qəbirqazanın evi idi. Həkim işıqları saxlaya biləcək hər növ şüşədən və balıq toru kimi torlardan ibarət laboratoriyasını bura yerləşdirmiş-di; sanki o nəfəs alan işıltılar onlardan çıxırmış kimi məzarlıq torpaqlarını, cəsəd qalıntılarını da bura gətirirdi. Amma o, uzun müddət qapanıb özünü tədqiqata həsr edəcək insanlar-dan deyildi; çox keçmədən çalışmağa fasilə verib laboratori-yadan çıxır, birlikdə yeni təbiət hadisələrinin arxasınca qaçır-dıq.
Ücretsiz ön izlemeyi tamamladınız.