Kitabı oku: «Dərinlik», sayfa 6
–Qaydasında,
–deməyə
çalışsa
da,
sözlər
onun
dodaqlarından güclə çıxaraq pıçıltı ilə eşidildi.
– Nə?Necə? – deyə Miyuki təkrar soruşdu.
Karen əllərinin irəli uzatdı və sağ əlinin barmaqlarıyla yan lövhənin kənarını tapdı. Yolun sonu yaxındır!O lövhənin kənarından tutub dartındı və eyni zamanda ayaqlarıyla da itələdi. Onun bədəni irəliyə doğru getdi. Qulaqlarında qan döyünür,çənəsi ilə sıxdığı fənər isə dişlərini sızıldadırdı.”Hə, hə lənət şeytana”-qısa və kəskin nəfəs vermələri edərək özü-özünə irəliləməyi məcbur edirdi.
Nəhayət onun sol əli ilə də tutmağa yer tapdı. Karen bədənini irəli itələdi və başını tuneldən çıxarıb fənərlə o tərəf bu tərəfi işıqlandırdı.
Bu sıx,vanna otağının yarısı qədər olan bir yer idi.
Karenin diqqətini onun əks tərəfində dayanan səcdəgah cəlb etdi. Yerdə,üzərində balıqqulaqları və yosunlarla örtülmüş
güldan və gil əşyalar var idi. Səcdəgahın kənarında daşdan yonulmuş ilan görünürdü. Karen fənərin şüasın ilə ilanın quyruğundan baş hissəsinə qədər işıqlandırdı. İlanın gözləri fənərin işıqları altında iki qanlı nöqtə kimi görünürdü.Çox ehtimal ki, bunlar yaqutlar idi.
Qiymıtli daşlara diqqət yetirmədən Karen çox böyük maraqla lələklər şəklində olan naxışları izləməyə başladı. Bu naxışlar ona Mayanın ilahisi (tanrısı) olan,ilan lələkləri ilə
109
örtülmüş Keselkoatlyanı xatırladırdı. Ola bilər ki, bu məbədi mayalılar tikib.
Karen ağzındakı fənəri atdı, sonra bütün bədəni ilə
burularaq,özünə əlləri ilə kömək etdi və sıx otağa düşdü. O
fənəri yerdən qaldırıb dəliyə tərəf çevrildi. Miyuki bunu görməlidir!
Karen rəfiqəsini çağırmaq üçün əyildi, amma bu zaman arxadan ürəkparçalayan qışqırıq və atəş səsi eşidildi. Karen diz üstə çöküb dəlikdən baxmağa cəhd etdi.
– Miyuki!
6
DƏRİNLİKLƏRƏ QULAQ ASARKƏN
26 iyun,11:20
Qəza yeri,Enevak mərcan adasından şimal-şərqə doğru, okeaniya
12 ildən artıq müddətdə Cek birinci dəfə idi ki, amerika hərbi gəmisinin bortuna addım atırdı, həm də bu elə belə
yedək deyildi.”Dəniz cəngavəri”vertolyotundan düşüb, o sahəsi 5000 kvadrat metr olan meydançada endi. ABŞ- Nın baş təyyarə daşıyanı”Hibraltar”beş futbol meydançası uzunluğunda idi. Nəhəng dəniz əjdahası ikiqat güclə təchiz olunmuşdu. Göyərtədə yazılmış nəhəng rəqəmlər uçuş- enmə
meydançalarını göstərirdi.
Başını azca əyib Cek vertolyotdan qaçdı.Fırlanan pərlərin səs-küyü qulağı batırırdı. Onların yaratdığı qasırğa Cekin düymələnməmiş gödəkçəsini az qala əynindən çıxarırdı. O
pərlərin altında getməyə elə tələsirdi ki, az qala bərkitmə
110
(dayaq) qurğularına ilişib yıxılacaqdı. Yeni gələnə layiq olan səhv! Görünür, o çoxdandır ki, bu göyərtədə olmayıb.
Vertolyotda uzaqlaşıb təhlükəsiz məsafədə dayandı və
dənizə baxdı. Demək olar ki,düz üfüqdə balaca bir nöqtə
görünürdü. Onu “Fathom”dan “Hibraltara”saat 12-də təyin olunmuş müşavirədə iştirak etmək üçün çatdırmışdılar.
Bütün bu gücə tamaşa edərək Cek qaşqabağını tökdü(üz-gözünü
turşutdu).
Və
hələ
onlar
“hüdudların
vacibliyindən”danışırlar!Yaxşı ki, Neyf bura bütün zərbəçi dəstəni sürüyüb gətirməyib!
Çevrilərək, Cek insanı vahiməyə gətirən silahlarla təchiz olunmuş “Hibraltara” baxdı.”Belə alovlu güc olduğu halda zərbəçi dəstə nəyə lazımdır ki”– deyə o fikirləşdi. Yəqin ki,”Hibraltar”özü tək bütün ölkəni fəth edə bilərdi. Onun döyüş gücünün əsasını 42 “Dəniz cəngavəri”,5 “Xarrier qırıcısı”və
6
qayıq
vertolyotları
(противолодочных
вертолетов)təşkil edirdi. Bundan başqa,gəmi şəxsi müdafiə
vasitələrinə
malik
idi.Zenit
kompleksi
“Si
Sperrou”,”Falanqa”yaxın döyüş sistemi,”Buşmaster”silahları və hətta torpedo əleyhinə olan “Niksi”qurğusu. Bax bu qədər!
Cekdən sol tərəfdə mühərrik işə salındı.Lift aşağıda yerləşən anqarlardan daha bir “Dəniz cəngavərini”göyərtəyə
qaldırdı. Onun ətrafında. Əyinlərində qırmızı kombinezon olan qadın və kişilər təlaşlı halda hərəkət edirdilər. Dəniz əjdahaları təyin olunmuş nöqtəyə yaxınlaşırdı və onun bütün böyük gövdəsi hərəkətə gəldi.
Gəminin arxasında uçuş göyərtəsində Cek bəzi yeniliklər gördü:üç böyük kran və bir neçə bucurğad(ağırlıqqaldıran mexanizm). O indi gəminin nəyə görə dərhal gəlmədiyini anladı.
Onu
açıq-aydın
xilasetmə
əməliyyatı
üçün
hazırlayırdılar.
111
– Cənab Kirkland, -arxa tərəfdən ciddi bir səs eşidildi.
Cek çöndü.Üç nəfər hərbi geyimdə ona yaxınlaşdı.
Onların heç birini tanımasa da fərq nişanlarına baxıb qeyri-iradi özünü düzəltdi.
İrəlidə “Hibraltarın”kapitanı addımlayırdı.
–Kapitan Con Breninq, – Cekin yanında dayandı və əlini uzadaraq özqnq təqdim etdi. Daha sonra öz yoldaşlarını təqdim etdi:– Mənim baş köməkçim komandir Culiya Knudson, starşına Heyvard Linkoln.
Hər iki zabit işarə etdi. Qadın Cekə elə baxışla nəzər yetirdi ki, sanki o bir böcək idi. Qaradərili gəmi başçısı hərəkətsiz dayanıb Cekə boş bir şey kimi baxırdı.
–Admiral Hyuston müşavirədən əvvəl sizinlə şəxsi söhbət üçün görüşməyi arzu edir. Komandir Knudson sizi aşağı,zabit kayut-kompaniyasına ötürəcək.
Kapitan və starşına təyyarələrin uçuşa hazırlandıqları yerə yollandılar,dikdaban ayaqqabıda olan zabit qadın isə
Cekə tərəf çevrilərək yolu göstərmək istədi. Ancaq Cek tərpənmədi.
– Bu nə şəxsi söhbətdir? – deyə o bərkdən soruşdu.3 nəfər ağılsızcasına gözünü ona zilləmişdi. Onların əmrləri müzakirə olunmurdu. Cek gözünü qırpmadan onların bu baxışlarına dözdü. O cavab gözləyirdi. Günəş göyərtəni amansızcasına qızdırır və bu Ceki heç də həyəcanlandırmırdı.
O daha qızıl paqonlu qardaşlarına tabe olmurdu, çünki mülki şəxs idi və özü-özünün ağası idi. Bu olanlar zabitlərə də çatdı və Brenninq dərindən nəfəs aldı.
–Admiral heç bir izah vermədən mümkün qədər tez sizi onun yanına çağırmağımızı əmr etdi.
–Arxamca gəlin zəhmət olmasa, – deyə baş köməkçi nəzərə çarpan əsəbiliklə bildirdi.
112
Cek əllərini sinəsində çarpazladı. O özü ilə birillik matros kimi davranmağa icazə verməyəcək.Hərbiçilərlə ünsiyyətdə
onlara dərhal yerini göstərmək lazım olduğunu bilirdi,yoxsa onlar səni yerinə oturdacaqdılar.
– Mən sadəcə sualtı aparatımdan istifadə etməyə icazə
verib,xilasetmə əməliyyatında kömək etməyə razılaşdım-dedi, -və artıq heç nə. Və buraya onun üçün gəlmişəm ki, tezliklə bu söz-söhbətə son qoyum. Admirala gəlincə isə, mən onun ayaqlarını öpmək məcburiyyətində deyiləm.
– Bunu səndən kim istəyir ki, Cek? – deyə arxa tərəfdən ağzı açıq lyukdan kobudtəhər səs eşıdildi.
3 zabit sıra ilə düzüldülər və sanki komanda üzrə əsgəri salam verdilər. Günəz işığı altında yay kostyumu geyinmiş və
üzərində admiral tikmələri olan hündür, canlı bir kişi göründü. Belə məlum olur ki, o bütün bu vaxt ərzində qapı oyugunun kölgəsində dayanmışdı. Cek sonuncu dəfə Mark Hyustonla danışanda o hələ adi kapitan idi, amma yenə də
heç dəyişilməmişdi.Həminki qısa qırxılmış ağ saçlar və
həminki üz. Cekə yönəlmiş göy gözlərinin baxışı, əvvəlki kimi inadcıl idi.Hyuston tabeliyində olanlara başı ilə işarə
etdi. Kapitan Brenninq irəli addım atdı.
– Cənab, sizin bura gəlməyiniz vacib deyildi, ser Kirkland artıq sizin yanınıza gəlməyə hazırlaşırdı.
Admiral güldü.
–İnanıram. Amma Cek Kirklanda aid bir şeyi nəzərinizə
çatdırmaq istəyirəm,kapitan. O əmrləri yerinə yetirməyi o qədər də sevmir.
– Mən bunu artıq başa düşmüşəm, – deyə gəmi kapitanı sərt cavab verdi.Hərçənd Cekin boyu 6 fut 3 düym idi, admiral əllərini böyürlərinə dirəyib, onun yanında ucalırdı.
113
-İldırım ləqəbli Cek Kirkland, – deyə admiral nostalji tonla dedi. -Səni yenidən “Hibraltarın” bortunda görməyi heç gözləmirdim!
– Mən də həmçinin burda olmağı planlaşdırmamışdım.
Mənə inana bilərsiniz, ser.
Hərbi gəminin bortunda olması, o qədər xoş olmasa da qoca dənizçini görməyə şad idi. Mark Hyuston onunçun nəindki böyük zabit,daha artıq idi. Məhz Mark Hyustonun Cekin “Atlantis”in ekipajına daxil olmasında böyük rolu olmuşdu. Cek öskürdü və xırıltılı səslə dedi:– Sizi yenidən görməyimə şadam, ser. – Mən isə səndən bu cür sözləri eşitməyimə şadam. Bəlkə indi acığından əl çəkib mənimlə
konfrans zalına gedəsən?
–Bəli, ser.
Admiral işarə edərək tabeliyində olanları azad etdi.
–Gedək. Aşağıda məndə kofe və sendviç var-dedi,pilləkənə doğru irəlilədi.Xilasetmə xidmətinin uşaqları ağır gecə keçiriblər və biz qərara gəldik ki, onlara istirahət verək.
–Təşəkkürlər, ser.
Lükə baş vurub gəminin içərisində peyda olan Cek nəfəsini saxladı. O buranın necə sərin olduğunu o dəqiqə hiss etdi.Flotdan kənar keçirdiyi illər ərzində o bu üzən adanın içərisində necə soyuq olduğunu yaddan çıxarmışdı. İndi metal
və
maşın
yağının
qoxusu
köhnə
xatirələri
canlandırdı.Hardasa aşagğda səslər eşidilirdi. Bütün bunlar nəhəng bir balıq tərəfindən udulmağa bənzəyirdi.”Balinanın bətnində iona”– deyə o qəmgin-qəmgin düşündü.
Onlar ikinci səviyyəyə endilər. Admiral hərdənbir dayanıb tanışları ilə salamlaşır və onlarla bir-iki kəlmə
zarafatlaşırdı. Mark Hyuston heç vaxt tabeliyində olan 114
çalışanlarının
qarşısında
lovğalanmırdı.Hələ
admiral
olmamışdan əvvəl bu gəmini idarə edərkən, o zabit kayut-kampaniyasından daha çox kiçik alt göyərtdə olardı. Cek onun bu xüsusiyyətini yüksək qiymətləndirirdi. Hyuston öz ekipajının bütün üzvlərini tanıyırdı və ona görə də hamı ona hörmətlə yanaşırdı.
– Nəhayət gəldik, -Hyuston dedi. Əlini qapının cəftəsinə
qoyub dəhlizə baxdı və gülümsünərək başını yellədi. -
“Hibraltar”… İnana bilmirəm ki, mən yenidən burdayam.
– Mən sizi yaxşı başa düşürəm.Hyuston qımışdı.
–Qəribədir,dünən axşam mən yatmağa yollananda adət üzrə öz keçmiş kayutuma girdim. İnsan beyni çox qəribə
qurulmuşdur!
Qoca dənizçi heyrətlə başını yellədib, qapını açdı və jestlə
Cekə içəri keçməyə təklif etdi.
Müşavirə üçün artıq hazır olan konfrans zalının əsas hissəsini qırmızı ağacdan düzəldilmiş uzun masa tuturdu.Hər 10 stuldan bir su üçün qədəhlər və blaknotla qələmlər qoyulmuşdu. Yan masada qəhvə ilə tolu termoslar və
sendviçlər var idi.
Cek masaya yaxınlaşıb diqqətlə baxdı. Divardan xəritələr, sxemlər və bayraqlar asılmışdı. Cek ona yaxın olan divarda okean axınlarının işarəsini və şahmatt qaydası ilə ştrixlənmiş
kvadratları gördü. Cek onların axtarış kvadratları olduğunu anladı. Görünür admiral yol boyu vaxtını boş keçirməmişdi.
Cek dönüb gördü ki, Hyuston düz onun arxasında dayanıb.
– Bu illər arzində necə yaşayırdın Cek? Deyə Hyuston soruşdu.
–Daha dəqiq desək “Necə sağ qalmısan”.
–Hmm… Bu çox pis idi.
115
Bu cavab Ceki təəccübləndirdi. O heç düşünməzdi ki, onun taleyi biraz da olsa admiralı maraqlandıra bilər.
Hyuston kresloya əyləşdi və digər kreslonu da Cekə işarə
etdi.
– Həyat bizə birtəhər sağ qalmaqçun deyil,yaşamaqçun verilib- deyə o filosofcasına bildirdi.
– Siz daha yaxşı bilərsiniz, – deyə Cek cavab verdi və
kresloya əyləşdi.
–Bəs qadınlarla münasibətiniz necədir?
Cek qaş-qabağını tökdü. O bütün bu sualların məyə görə
verildiyini anlamırdı.
– Mən bilirəm ki, sən evli deyilsən, amma yəqin ki, Həyatında xüsusi biri var.
–Demək olar ki,yox. Yalnız dostlar. Nədir ki?
–Heç,elə belə maraqlandım, sadəcə. Biz axı 10 ildən artıqdır ki,görüşüb söhbət etmirik. Sən hətta Milad bayramında belə bir açıqca göndərmirsən.
Cek qaşlarını yuxarı qaldırdı.
–Axı siz yəhudisiniz.
–Sən
heç
olmasa
Xanuka
münasibətilə
təbrik
edərdin.Özün haqda bir xəbər ki,vermək olardı.
Cek bilmirdi ki, əllərini hara qoysun və narahat halda kreslonun qoltuqluğunu tumarlayırdı. – Mən keçmişi arxada qoyub hər şeyi yeni səhifədən başlamaq istəyirdim.
–Və nə oldu, alındı? – deyə Hyuston soruşdu.
Cekin duyduğu narahatlıq qəzəbə çevrildi. O dodaqlarını dişləyib heç nə cavab vermədi.
–Lənət şeytana, Cek! Doğrudan da sən o dərəcədə korsan ki, sənə kömək etmək istəyənləri görmürsən?
– Necə?
116
-Bilmirəm,xəbərin var,ya yox, amma mən sənin həyatını izləyirdim. Mən bilirəm sən necə maliyyə çətinlikləri çəkmisən. Bir də gördün ki, o paslı qaloşunu da itirəcəksən.
– Mən birtəhər çıxaram.
–Ola bilər. Amma sən bir neçə min dollara bir nömrəli bortun xilasetmə əməliyyatında iştirak etsən, bu daha tez baş
verə bilər.
Cek etiraz edərək başını yellədi.
– Mənim sizin xeyriyyəçiliyinizə ehtiyacım yoxdur.
Admiral yumruğu ilə dizinə vurdu.
–Sən necə də tərssən,uzunqulaq kimi!
Bir neçə saniyə hər ikisi bir-birinə baxdı, sonra Hyuston daha yumşaq səslə dedi:
–Sən Eteli xatırlayırsan?
Cek başı ilə işarə etdi. Etel admiralın 30 il birgə yaşadığı arvadı idi. O “Atlantis”in qəzasından 1 il əvvəl yumurtalıqlarının xərçəngindən vəfat etmişdi. Cekin doğma anası, o 3 yaşında olarkən vəfat etmiş və Etel bir çox münasibətlərdə ona anasını əvəz etmişdi.
–Komaya düşməmişdən bir gün əvvəl Etel sənə hayan olmağımı xahiş etmişdi.
Cek təəccüblə başını qaldırdı. Admiral yana baxırdı, ancaq Cek onun göz yaşlarını gördü.
–Bilmirəm o səndə nə görmüşdü, Cek, amma icazə ver ölüm ayağında olan insana verdiyim sözü həyata keçirim.
Mən sənə kifayət qədər vaxt verdim ki,”Atlantisdə” baş
verənlərdən sonra özünə gələsən. Amma daha bəsdir.
– Siz məndən nə istəyirsiniz?
Hyustonla Cekin baxışları toqquşdu.
–Sən uzun müddət gizləndin. İndi mən istəyirəm ki, sən dənizdən çıxasan.
117
Cek heyrət içində susurdu.
–Səni o dəmir parçası olan sualtı qayığına görə deyil, məhz burdan qurtulman üçün seçdim. Artıq real həyata qayıtmaq vaxtıdır.
–HDQ, sizcə,real dünyadır?
–Ona yaxındır. Biz ən azı hərdənbir limana gedirik.
Cek başını yellədi.
–Qulaq asın, mən həqiqətən də sizin qayğınızı qiymətləndirirəm, amma mənim artıq 40 yaşım var və mən uşaq deyiləm ki, siz mənim nazımı çəkəsiniz. İstəyirsiniz inanın,istəyirsiniz inanmayın, amma indiki həyatımdan çox razıyam.
Onun keçmiş komandiri dərindən nəfəs alıb əllərini qaldırdı və sanki, təslim olduğunu bildirdi.
–Sən heç dəyişməmisən Cek, – deyə Hyuston kreslodan qalxdı.
Müşavirə tezliklə başlanacaq.
Mən ümid edirəm ki, sən görəcəyimiz işin nə qədər vacib olduğunu dərk edirsən.
Cek yerindən qalxmadan başını tərpətdi.
–Əlbəttə. Axı bu 1 nömrəli bortdur.
Söhbət yalnız prezidentdən getmir Cek. Biz əvvəllər də
prezidentləri itirmişik. Amma heç vaxt bütün dünyada xaosa səbəb olan, qlobal fəlakətlər zamanı baş verməyib.
Baxmayaraq ki,çoxları ABŞ-ın daxili siyasətini ittiham edirlər, böhran periodlarında onlar gözləyirlər ki, biz liderin vəzifəsini öz üzərimizə götürəcəyik. Amma ,indi biz başsız qalmışıq, necə deyərlər sükansız və yelkənsiz.
–Axı vitse-prezident Lorens Neyf var!
–Yaxşı ki, Hələ sən heç olmasa vitse-prezidentin adını bilirsən- deyə Hyuston zarafat etdi və o dəqiqə də sərtliklə
118
qaşlarını çatdı. -Vaşinqtonda hamı səbirsizliklə cavab gözləyir. Neyfi andiçmə mərasiminə gətirməmişdən əvvəl, biz xırdalıqlara qədər Bişopun taleyini müəyyənləşdirməliyik.
Artıq şayiələr də yayılmışdı. Bəziləri onun güman edilən ölümündə ərəb,rus,çin, serb və hətta İrlandiya respublikasını da günahlandırırlar. Digərləri bunun mistifikasiya olduğunu bildirir,üçüncülər isə bunu Cey Ef Keyin ölümüylə
bağlayırlar. -Admiral başını yellədi. -Belə bir şey təsəvvür edə
bilərsən? Allah bilir nədi! Hər şeyi qaydasına salmaq üçün, bizə dəqiq cavablar lazımdır. Biz prezidentin cəsədini tapıb, onu xüsusi hörmət və ehtiramla dəfn etməliyik, bax biz bunu n üçün burdayıq.Hələ heç vaxt, Cek Hyustonu belə həyəcanlı görməmişdi.
– Mən bacardığım qədər kömək edərəm, – deyə o səmimiyyətlə söz verdi.
– Mən elə bunu da gözləyirdim səndən! – deyə admiral sevinclə bildirdi və Cek getməmişdən əvvəl onu möhkəm qucaqladı. -Bilirsən Cek,istəyirsən inan,istəyirsən inanma, amma mən səni görməyimə çox şadam!
Cek heykəl kimi donub qalmışdı.Hyuston Ceki buraxıb qapıya yaxınlaşdı.
– Mən bəzi işləri tamamlamalıyam, sən isə utanma, doyunca sendviçlərdən ye. Və o yumurtalı salatı da məsləhət görürəm. O hansısa paraşokdan deyil, əsl yumurtadan hazırlanıb.
Qapı örtülməmişdən əvvəl, admiral yorğun halda gülümsədi.
Tək qalan Cek yenidən kresloya əyləşdi və tərləmiş
ovuclarını şalvarına sildi. Vəziyyətin ciddi olması, onu daha da düşündürdü.10 il ərzində o birinci dəfə hiss etdi ki, bütün dünyanın diqqəti(baxışları) yenidən ona yönəlib.
119
3 saatdan sonra Cek qısa müddətli də olsa, yenidən “Fathom”da idi. O, göy rəngli “Norsman” sualtı kostyumunu geyinib “Nautilus-2000”in kabinəsinə daxil oldu və adəti üzrə
ayaqlarını yığıb,pilot kreslosuna əyləşdi. Yerini bir az rahatlayıb biosensorun tənzimçisini qulağına taxdı və
mikrafonu bərkitdi. Sonra Liza ilə birgə “Fathom”un yarmasında
olan
Cek
həyat
təminatı
sistemlərini
yoxladılar.Çarli “Nautilusun” dəmirlə haşiyəyə alınmış
hissəsini yoxlayır, suyun içərisində xüsusi maskada olan Robert isə gəminin suda olan hissəsini nəzərdən keçirirdi. Cek risk etmək istəmirdi.
– Hər bir şeyi təkrarən bir də yoxlayın! – deyə Cek köməkçilərə qışqırdı.
Çarli sürünə-sürünə açıq günbəzə doğru gəldi. Onun gözlərindən həyəcan oxunurdu.
–Dostum sən əminsən ki, bu lazımdır? Bu axı böyük dərinlikdir. Sən heç vaxt bu cür dərinliyə enməmisən.
–O elə bu cür dərinlik üçün nəzərdə tutulub.
–Kağızda-ola bilər, amma biz real həyatda yaşayırıq. Və
okean təəccübləndirməyi bacarır. Əclaflıq da edə bilər Cek Yamaykadan olan geoloqa baxdı.
– Mən düşürəm, Çarli.
– Hə yaxşı dost, bu sənin sonun olacaq.
Cek əlini uzatdı və dostcasına geoloqun çiyninə vurdu.
Sonra Çarli şəffaf günbəzi endirdi və onu bərkitdi. Bunu edib, o Cekə yuxarıya qalxmış əlini Cekə göstərdi və suya tullandı.
Cek isə “Nautilusun” sistemlərini yoxlamağa davam edirdi.”Fathom”un ətrafında dairəvi şəkildə digər gəmilər yığışmağa başladı, Havada isə “Dəniz cəngavəri” cırıldayırdı.
Əlaqəyə Liza girdi.
120
– Hər şey hazırdı, Cek. Enməyə başlaya bilərsən. -O
çalışsa da həyəcanını gizlədə bilmirdi.
–Yoxlama bitmişdir,enməni başlayıram.
Cek sürətləndiriciləri işə saldı və sualtı gəmi gözə
çarpmaz dərəcədə titrəməyə başladı. Daha sonra o ballastı8
qəbul edib, “Nautilusu” yavaş-yavaş suya endirdi. Bir neçə
saniyə o yüngülvari klaustrofobiya simptomları(əlamətləri) ilə mübarizə aparırdı. Cek bilirdi ki, batmaq istəməyən hər bir kəs üçün, bu orqanizmin normal reaksiyasıdır. Belə duyğular demək olar ki, bütün dalğıclarda baş qaldırırdı(olurdu). O
daha dərindən nəfəs almağa başladı və gəmi aşağı endikcə
qorxu hissi də azalmağa başlayırdı. İrəlidə onu uzun yol gözləyirdi,600 metr,dörddə bir mildən də çox.
“Hibraltarda” baş tutan müşavirə qısa və işgüzar idi. Bir gün əvvəl xilasetmə gəmilərinin mayakları düşmüş
gəminin(qəzaya uğramış təyyarənin) yerini radiosiqnallar vasitəsilə təyin etmiş və NTMŞ mütəxəssisləri təyyarə hissələrin ehtimal olunduğu kvadratı aşkara çıxarmışdılar. Sahil mühafizəsinin komandiri təkid edirdi ki, dəniz dibinin tədqiqatı üçün nəzərdə tutulmuş dərinəenmə radioqurğusu olan “Dip Droun” Atlantika akvatoriyasında idi və onun qəza yerinə çatdırılması ən azı iki gün aparacaqdı.
Ehtiraslar daha da artanda, Cek müşavirə iştirakçılarına bildirdi ki, onun gəmisi 800 metr dərinliyə enməyə qadirdi.
Və o bu dərinliyə enib, prezident təyyarəsinin qalıqlarını qaldırmağa hazırdı. NTMŞ nümayəndələri bu köməyi qəbul etmək istədilər,lakin şura sədri bunun həddən artıq təhlükəli olduğunu bildirdi.
8 Gəminin tarazlığını saxlamq üçün götürülən yük.
121
– Bu çox təhlükəlidir,daha insanların həyatı ilə risk edə
bilmərik.
Bu arada Cekin keçmiş komandiri admiral Hyuston dilləndi.
–Əgər cənab Krikland iddia edir ki, o qəza zonasını öz həyatı üçün heç bir təhlükə olmadan yoxlaya bilər,demək bu belədir.
Hətta indi, Cek keçmiş komandirinin ona olan dəstəyini hiss etdi və fərəhləndi. Əgər Mark Hyuston olmasaydı, bu dərinliyi qət etmək Cekə qismət olmazdı.
Cek
gözünü
cihazların
tənzimləyicilərindən
ayırmadan,geniş spiral üzrə “Nautilsu” daha da dərinə
endirdi. Dənizin dibinə endikcə sonarınsiqnalları geri qayıdır və qulaqlarında cingildəyirdi.
Bip.. Bi.. İ.. İp.
Aşağı endikcə ətrafdakı su daha da tündləşirdi. Cek
“Nautilusun” burun işıqlarını yandırdı və gözqamaşdırıcı işıqlar mavi sonsuzluqda qalın su qatını konus şəklində
yarırdı. Sualtı qayıq 200 metrəni keçdikdən sonra su tünd mürəkkəb rəng oldu və Cekə elə gəldi ki, onu əhatə edən su yox neftdir. Qulaqları tutuldu, nəbzi sürətləndi. Bu hələ
başlanğıc idi.600 metr dərinlikdə təzyiq hər hər kvadrat düym üçün yarım tona qədər artır ki, bu da qəfil razgermetasiya zamanı dağılmaya səbəb ola bilər.
Cek əlini uzatdı və monitora okean dibinin şəklini gətirdi.
Detallar
pis
seçilirdi.
Dibin
relyefi
sualtı
hündürlüklərlə,çoxsaylı çıxıntılar və digər əyri-üyrülüklərlə
son dərəcə mürəkkəb idi.Radiomayakın təyyarədən aşkar edilməsi haqda söz ola bilməzdi , ona görə də Cek yalnız öz qüvvəsinə güvənməliydi. Bi.. İ.. İp. Cek sonardan gələn məlumat axınını bilgisayara verilən relyefin modelləşmə
122
proqramını işə salaraq yönəltdi və su ilə yuyulmuş detallar tədricən daha dəqiq şəkil aldılar.
– Siz təsviri ala bilirsiniz? – deyə o mikrofona yaxınlaşaraq soruşdu.
– Orada, aşağıda, tam nizamsızlıqdı, – deyə Liza cavab verdi.
Ehtiyatlı.
Monitorun ekranında araları dərələr və dərin konyonlarla kəsilmiş sualtı dağlar görünürdü. Bu mənzərəyə baxdıqca Cek Qərbi Amerikanın barsız-bəhərsiz torpaqlarını xatırlayırdı. Hətta xəritə olsaydı belə oralarda itib-batmaq çox asan idi. Elə burda da,həmçinin.
Radio bir neçə saniyə fışıldadı, sonra qulaqcıqda Çarlinin səsi eşidildi:
–Qulaq as Cek,gördüklərim mənim heç xoşüma gəlmir.
– Nə, məhz nə xoşuna gəlmir? – adətən sualtı dağlarseysmik aktiv zonada əmələ gəlir və indi sənin olduğun yer mənə şübhəli görünür.
– Cihazlar nə isə qeyd etdi?uzun pauza oldu.
–M-m,yox.... Amma bu yenə də mənim xoşuma gəlmir.
–Hazırda ol, Çarli və nə isə olsa mənə xəbərdarlıq et. Cek keçən dəfə nə baş verdiyini yadına saldı. Onda o geoloqun sözlərinə ciddi yanaşmamış və düz gəminin altında vulkan püskürmüşdü. O təkrarən bu hisləri yaşamaq istəmirdi. O
enməni daha geniş spiral üzrə etdirdi, bununla bərabər enmənin sürətini bir az azaltdı. Dərinliyi ölşən cihazın göstəriciləri 400-500 metrəni göstərirdi.Şəffaf günbəzin ətrafında su qabarcıqları ağ buludlar kimi üzürdü. Əvvəlcə
ona elə gəldi ki, bu onun gözlərində yüksək təzyiqdən yaranan sayrışmalardı, ancaq sonra başa düşdü ki, gördüyü 123
mənzərə hansısa kiçik və şəffaf dəniz mikroorqanizmlərinin bir yerə toplanmasıdır.
–Sualtı həyatın əlamətləri görünür, – deyə bildirdi və
sonra yuxarıdakı dostlarının da bu gözəlliyi seyr etməsi üçün videoyazma düyməsini basdı. – necə mənzərədir?
Görüntü əsir, amma detallar aydın görünür.
Eksperimental videosistemi onlara borca veriblər və hərbi dənizçilər onu tez quraşdırıblar ki, yuxarıda da “Nautilusun”hərəkətini izləyə bilsinlər.
Günbəz yenidən qaranlığa qərq olanda su qabarcıqları əmələ gəldiyi kimi də yox oldular. Cek yenidən dərinlik ölçən cihaza baxdı.”Nautilus”600 metr dərinliyə yaxınlaşırdı.
Bip… Bip… Bip…
Sonarın siqnalları daha tez-tez səslənməyə başladı. Ola bilər ki, qayıq düz dibə çatmışdı. Cek sürəti daha da azaltdı və gəmini maili istiqamətə əydi.
– Cek!
– Lənət şeytana!
Liza ilə o bunu eyni anda gördülər. Cek sol pedala basıb qayığı əydi və onu sola doğru kəskin viraj9 etməyə məcbur etdi. O az qalmışdı qəfildən qarşısına çıxan sütunla toq-quşsun. Sualtı gəmini sakitləşdirib sütunu ötüb keçdi və daha çox sütunlarla və kolluqlarla bol olan qaranlığa daxil oldu.
Onların çoxu insan qolu qalınlığında olardı.”Nautilus”az qalmışdı ki, bu daş meşəyə girsin. Çarli “Fathom”un göyərtəsində heyranlıqdan boğulurdu.
Cek əvvəllər buna oxşar bir şey görməmişdi. O daş
meşəliyindən çıxmaq üçün, qayığı bir qədər yuxarı qaldırdı, 9 Gəminin yan verərək dönməsi
124
amma yenə də ən hündür sütunların arasında manevrlər etmək məcburiyyətində idi.
– Bu nədir? – deyə o soruşdu.
–Lava sütunları! Kiçik çatlardan çıxan bərk qızdırılmış və
o dəqiqə də soyuq suda soyuyan lava nəticəsində əmələ gələn içiboş bazalt sütunlar.
Cek nəhəng kolluqları görmək üçün gəmini sağa əydi və
bu zaman dibdən çıxan iri səkkizayaqlı ilbisi gördü. Bu nəhəng ilbiz projektorun şüalarına tuş gəldi və qorxu içində
kənara sıçradı.
–Onlar haqqında hələ çox az məlumdur, – deyə Çarli davam edirdi. Bunları təzəlikcə aşkara çıxarıblar. Cek,yuxarısı qaranlıqda itən,diametri təxminən üç metr olan nəhəng sütunun yanından ötüb keçdi.
– Ehyiyatlı ol, Cek. Dediyin kimi lava sütunlarının olması həmin ərazinin qeyri-sabit olduğunu göstərir. Necə deyərlər, tektonik aktivlik nöqteyi- Nəzərindən qaynar ərazidir. Amma mən səni qorumağa çalışaram. Seysmoqraf civildəməyə
başlayan kimi mən sənə SOS siqnalı göndərəcəm. – Hə, əgər zəhmət deyilsə. – Cek xırıltı ilə öskürdü. – Liza sən məni eşidirsən?
– Hə, Cek.
– Mənim yerləşdiyim nöqtə hərbçilərin təyin etdiyi”qara qutunun”siqnalına nə qədər yaxındır?(hansı məsafədədir).
Arada pauza əmələ gəldi.
– Bütün məlumatları sənin bilgisayarına yükləyirəm. Sən demək olar ki, onun üstündə dayanmısan,şimala doğru 220
metr.
Cek kompasa baxdı. Ox hər döyüntü üçün yarım siferblat dəf etməklə dayanmadan bir tərəfdən o biri tərəfə çırpınırdı.
125
O cihazın şüşəsinə vurdu, amma bu kömək etmədi. Qəribədir, Hələ on dəqiqə əvvəl kompas qüsursuz işləyirdi.
– Liza,görünür sən məni radio vasitəsilə lazım olan yerə
çatdırmaq üçün losman10 funksiyasını öz üzərinə götürməli olacaqsan. Mənim kompasım nədənsə işləmədi.
–Yaxşı. Elə isə gəminin burnunu 30 dərəcə istiqamətində
çevir və sonra hərəkətə başla.
Cek bazalt sütunlarından birini hesablama nöqtəsi kimi götürüb “Nautilusu”astaca döndərdi.
– İndi necədir? – deyə o soruşdu.
– Əla. Düz gəl.
Cek pedala basdı və gəmi sıx qaranlıq yolda projektorların şüası ilə özünə yol açaraq yavaş-yavaş
irəliləməyə başladı.
– Çox yaxşı, sən hədəfə doğru gedirsən- deyə Liza şərh etdi.
Cek qaşqabaqlı halda kompasın oxlarını müşahidə edirdi.
Bu ona yaxın vaxtlarda sualtı vulkanın püskürməsinə məruz qaldığı anları xatırlatdı.
– Yuxarıda… Orada nə isə qəribə…
Qəfildən
“Nautilusun”projektorlarının
işığı
Cekin
gözlərini qamaşdırdı və....
– Sənin.... – deyə o söyərək qışqırdı.
– Sənin ananı! – deyə Liza onun əvəzinə bitirdi.
Onun yolunu böyük üçbucaq şəkilli parıltılı metal parçası tutmuşdu. Ksenon lampaların işığında onun səthində aydın şəkildə Amerika bayrağının təsviri görünürdü. Bu qəzaya uğramış “bir nömrəli bort”un quyruq hissəsi idi.
10 dəniz bələdçisi
126
– “Qartal”aşkar edilmişdir- deyə Cek pıçıldadı. O sürəti bir az da azaltdı və “Nautilus”təyyarəni stabilizatorları üzərinə qaldırdı. O işıqlandırmanı maksimum dərəcədə
gücləndirdi və projektorları dənizin dibinə yönəltdi.
“Boinq-747”nin hissələri geniş kələ-kötür dairə boyu ətrafa səpələnmişdi. Dərinliyə enən zamanonlar yüzlərlə
kövrək bazalt sütunlarını dağıtmış, indi isə daş cəngəlliklərin ortasında təyyarənin gövdəsi və ətrafa səpələnmiş digər hissələrlə talaya çevrilmişdi.
Cek yavaş-yavaş qəza zolağını ötüb pilotların kabinəsinə
yaxınlaşdı. Sınmış şüşələrin arasından cihaz paneli açıq-aydın görünürdü. Nə isə daha qorxulu bir şey görməkdən çəkinərək o gözlərini yana çevirdi. Onun yaddaşında əvvəllər baş verən kosmik gəminin qəzası canlandı. Səmadan düşən daha bir qəza. Yəqin ki,”Atlantis”inqalıqları da bu cür görünürdü. Bu düşüncələr Ceki bərk həyəcanlandırdı.
Admiralın,prezident Bişopun taleyinin aydınlaşdırılması əmri yerinə yetirilmişdi, qalanı isə-texnikanın işidir. Olanlar kimin günühı idi.
Bir anlığa Cek gözlərini yumub dərindən nəfəs aldı.”Atlantis”inqəzasından sonra o özünü günahkar hesab edib, baş verənlərdə cəzalandırılanlara acıyırdı. Cek gözlərini açıb xarici manipulyatorları idarə edən coystiki götürdü. Ona yalnız sonuncu tapşırığı yerinə yetirmək qalmışdı:”iki qara qutunu”– “bir nömrəli bort”un yazılarını-tapıb yuxarıya qaldırmaq.
– Liza, “qutuları” tapmaq üçün yenidən sənin köməyinə
ehtiyacım var. Cek kompasa baxdı,lakin kompasın oxları hərəkətsiz
olaraq
əvvəllki
kimi
daş
cəngəllikləri
göstərirdi.”Nautilus”qəza yerini yavaş-yavaş dolanmağa başlayanda kompasın oxu da tərpənməyə başladı.
127
-Yaxşı, bu halda sənə yəqin ki.......
–Bir dəqiqə dayan, – deyə Cek onun sözünü kəsdi.
Qaşlarını bir nöqtəyə Cek qayığın sürətini artırdı.Tam bir dövrə edəndən sonra kompasın oxu eyni nöqtəni-bazalt cəngəlliklərini göstərirdi.
– Ola bilməz! – o deyindi.
– Nə olub, nə məsələdir? – Liza soruşdu. – Nəsə problem var?
Cek yenidən projektoru nizama sakmağa başladı. İncə
şüaları nazik gözqamaşdırıcı qılınclar şəklinə salıb onları daş
kolluqların ən ortasına yönəltdi.Tam ortada, ən azı 40 metr hündürlükdə sütunlar ucalırdı. Amma nəsə bu sütunlarda qeyi-adilik vardı. Adama elə gəlirdi ki, onlar işıq saçırlar.
Cek gözünü qırparaq bunun optik yalan olduğunu hesab etdi. O”Nautilusu”irəliyə doğru hərəkətə gətirdi və həyatında ilk dəfə sualtı qəbirstanlıqda peyda oldu. Başında tükləri biz-biz qalxdı. Yox, o ruhlardan deyil, nəsə daha real bir şeydən qorxurdu.Liza nəsə dedi, amma hansısa xarici xışıltı səsləri onun dediyini eşitməyə imkan vermədi.
– Təkrar edin, – deyə Cek dedi.
– Liza təkrarladı və Cek fikrini cəmləyib sözləri ayırd etməyə çalışdı.
– Sənin ürək ritmin nəzərə çarpacaq dərəcədə aşağı düşdü.Özünü necə hiss edirsən?
Cek şəxsi boimetrik göstəriciləri ifadə edən ekrana baxdı.
Nəbz normada idi.
–Başa düşmürəm, –o dedi.
Qulaqcıqda yaranan qəfil uğultudan gələn cavab belə
eşidilməyəcəkdi.Radionun pis işləməsini fikirləşib onun səsini azaltdı və yenidən kompasa baxdı. Kompasın oxları isə hələ
də bu qeyri-adi sütunları göstərirdi.
128
Görünür bu zəhrimara qalmış sütunlar maqnit sahəsini yaradırdı.
Cek daha yaxına üzdü və o sanki soyuq duş altındaymış
kimi bədənində qəribə giziltilər hiss etdi. Cek büzüşərkən gımini dayandırı və “Nautilus”sütunların yanında donub qaldı. Cek başını qaldırıb bu qurğuları başdan yuxarıyadək süzdü. Sütunlar işıldamağa davam edirdi, amma bu onların öz işığı deyildi. Bu yalnız optik effekt idi. ”Nautilusun”projektorlarının işıqları bu sütunlarda günəşdə
parıldayan brilyant kimiydi.hərçənd görnürdü ki, bu sütunlar daşdan olan qara vulkanik bazaltdan deyil,çox güman ki,dniz dibindən çıxan nəhəng kvars milini xatırladan hansısa kristaldır.
“Nautilusun”projektorları
işığında
bu
sütunlar
göyümtül-yaşıl və parlaq yaqutun rəng çalarlarını alırdı. Cek hiss edirdi ki, bu sütunlar insan əlləri ilə deyil, təbii yolla əmələ gəlmişdi. Bu indiyə kimi görülməmiş təbii fenomen idi.
Cek dövrə vurub kristal obeliskləri11 diqqətlə nəzərdən keçirdi. Bir halda ki,radiobağlantı hələ də işləmirdi, o fikirləşdi ki,videotəsvirlər də yuxarıya daxil olmayacaq.
Bunun üçün özünü sığortalayaraq gördüklərini DVD-diskə
köçürmək üçün kameranı işə saldı. Bu işi də bitirib o,gəmini lava sütunları arasından çıxardı.
Bu tapmaca gözləyə bilər. İndi ona tapşırılan missiyanı yerinə yetirmək vaxtıdır. O bir nömrəli bortun cədvəlini aşkar etmək üçün şəxsi sonarından istifadə etdi. Bu asan olmasa da, həll ediləsi işdir. Radiobağlantıdakı nasazlıqlar isə artıq yuxarıda həll ediləsi olacaq.Təyyarə hissələrinin olduğu yerə
Ücretsiz ön izlemeyi tamamladınız.