Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Dərinlik», sayfa 4

Yazı tipi:

66

Kabinənin qapısı yavaşca açıldı və külək onun ayaqlarına əsdi.

Cek,indiyə qədər burada nə edirsən?

Bu, Liza idi. O üzünü turşudaraq hirsli-hirsli Cekə

baxırdı.

Əynindəki qısa şort və tonikdə Liza heç dı Koliforniya universitetinin

diplomlu

doktor

tədqiqatçısına

bənzəmirdi.Uzun müddət günəşin altında olan dərisi parıltılı tünd rəng almış, sarı saçları isə biraz da saralmışdı. Bu görünüşdə Liza qamətli, əzələli oğlanla çimərlik kənarında qol-boyun olmuş xanımı xatırladırdı. Amma Cek bunun belə

olmadığını bilirdi.Liza kimi mütəxəssisləri hələ axtarıb tapmaq lazımdır.

Liza qapını tam açdı, çünki onun arxasınca içəri ekipajın daha bir üzvü daxil oldu. Bu, cins alman afçarkası olan iri köpək idi. O nəvaziş göstərməsi üçün Cekə yaxınlaşdı. Bu köpək hələ balaca ikən təsadüf nəticəsində gəmidə peydə

olmuşdu. O vaxtı Cekin ona yazığı gəlmiş və onu qovmamışdı. Bütün bunlar 9 il əvvəl baş vermişdi.

– Elvis sənin üçün narahat idi, – deyə Liza kresloya oturmamışdan qabaq Cekin ayaqlarını yerə itələdi.

Cek köpəyi biraz da əzizləyərək, ona yerini göstərdi.

– Yerinə! – deyə Cek əmr etdi.

Elvis sakitcə yerinə gedib, onun üçün qoyulmuş dö-şəkçənin üstünə uzandı.

– Bəs sən niyə yatmırsan? Axı tapşırmışdın ki, səni erkən oyadaq

– Yuxum gəlmir.

Liza külqabını itələyib, özü ilə gətirdiyi fincanı onun yerinə qoydu və sonra yeni cihazlara nəzər yetirdi.

67

“Fathom”da fəaliyyət göstərdiyi 5 il ərzində bu qadın artıq əsil şturmana çevrilmişdi.

– Görünür, görüş 3 saatdan sonra baş tutacaq, – dedi və

Cekə baxdı. – Bəlkə 1-2 saat yatasan?Qarşıda bizi ağır gün gözləyir.

– Mənə yenə ....

– Bəsdir! – deyə Liza fincanı Cekə uzatdı. – Bu bitki ça-yıdır. O səni sakitləşdirəcək.

Cek başını tüstüləyən fincana əyib iylədi. Siqar qo-xusundan sonra çayın ətri ona dərman ətrini xatırlatdı və o fincanı kənara çəkib nəzakətlə dedi.

– Mənlik deyil.

Liza inadkarlıqla fincanı Cekə yaxınlaşdırdı.

– İç! Sənə həkim əmr edir!

Cek gözlərini süzdürdü və fincanı götürüb bir neçə qurtum içdi. Çayın dadı ətrindən də betər idi.

– Bura biraz qənd atsaq, yaxşı olar, – deyə Cek çəkinərək dedi.

– Nə, qənd? – deyə yalandan qəzəblənən Liza dilləndi.

– Sən mənim müalicəvi çayımı korlamaq is-təyirsən? Gu-ya sənin ziyanlı adətlərin azdı! – deyə əli ilə külqabıdakı siqarı göstərərək deyindi.

Daha bir qurtum alıb ayağa qalxdı.

– Gedim Çarliyə baş çəkim. Baxım görüm təcrübələri necə

gedir?Liza dodaqlarını büzərək üzünü turşutdu.

– Cek, nə qızıllar, nə də Çarli itib-batan deyil.

Yollan kayutuna və bir balaca yuxuya getməyə çalış.

– Mən ancaq …

Liza onu dayandırdı,lakin üz quruluşunu və səs tonunu yumşaldaraq dedi.

68

– Qulaq as, Cek, biz hamımız sənin nə hislər keçirdiyini yaxşı başa düşürük.Hamı səninlə olduqca ehtiyatla davranır.

Cek nə isə demək istədi, amma Liza yenə də imkan vermədi. O yerindən qalxıb Cekin köynəyini araladı və

ovcunu onun sinəsinə qoydu. Bu toxunuş onu həyacanlandır-madı. Liza onu çılpaq vəziyyətdə bir neçə dəfə görmüşdü.

Belə balaca gəmidə bu qaçılmaz idi və ona görə də utanmaq hissi aradan götürülmüşdü. Bundan başqa, Liza Cekin gəmisində peyda olanda onların arasında elə həmin an məhəbbət macarası yaranmışdı, belə bir sevgi oyunu. Amma çox tezliklə bunun məhəbbət deyil,yalnız fiziki olduğu aşkara çıxdı.Heç bir izah olmadan onlar bu əlaqəni kəsdilər və

sadəcə dost, kompanyon qaldılar.

– Liza.

– Qadın əlini onun kürəyinə apardı, sonra isə qara saçlarını sinəsinə dağıtdı. O istilik hiss etdi, ancaq Lizanın əli onun sinəsinin sol tərəfinə toxunanda bu hiss yox oldu.

Sinəsinin ortasında çoxdan yanmış enli çapıq izləri var idi.

Günəşdən yanmış parıltılı dəridə,

bu çapıqlar solğun və cansız görünürdü.

Yenidən Cek toxunuş hiss edəndə sıxıldı.Lizanın əli aşağıya doğru endi və idman şortunun rezininə ilişdi. Qadın onu özünə sarı çəkdi.

– Gedək Cek, – deyə Liza hərərətlə pıçıldadı. -Keçmişi dəyişmək olmaz. Yalnız bağışlayıb unutmaq lazımdır.

Cek geriyə addım ataraq yavaşca onun əlini üzərindən çəkdi. Cənubi Kaliforniyada qayğısız həyat sürən Liza üçün, bu sözləri demək asn idi.

Liza pərt olmuş halda Cekə baxdı.

69

– Cek, səni ki,heç kəs heç nədə günahlandırmırdı.Lənət şeytana, bundan başqa hələ səni Şərəf ordeni ilə də

mükafatlandırmaq istəyirdilər.

– Hə, ancaq mən götürmədim.

Cek üzünü çevirib qapıya tərəf getdi. Kosmik gəminin qəzası onun üçün şəxsi mövzu olduğuna görə onu heç kəslə

müzakirə etmək istəmirdi.Vaxtilə hərbi-dəniz psixiatorlarının onunla apardığı söhbətlər ona bəs edirdi.

Cek kabinədən çıxıb tələsik pilləkənlərlə gəminin göyərtəsinə endi.

Ağır ürək ağrısı ilə Liza bu böyük insanın arxasınca baxdı. Elvis də başını döşəkçədən qaldırıb baxışları ilə

sahibini yola salıb, sonra, sanki, nədənsə şikayət edirmiş kimi inildəməyə başladı.

– Hə,Elvis, sən məni başa düşürsən, – deyə Liza Cekin bir az əvvəl oturduğu kresloda əyləşdi və yumaq kimi yığılaraq dizlərini çənəsinə sıxdı.

Onların ehtirası çoxdan yanıb külə dönmüşdü, amma Liza əvvəlki duyğuların hərarətini indi də hiss edirdi. O, Cekin güclü bədənini, çiyinlərindəki, sinəsindəki isti nəfəsini, onu necə möhkəm və eyni zamanda incəliklə sevdiyini yaddan çıxara bilmirdi. Cek təcrübəli və diqqətli sevgili idi.

Amma qüvvətli bədən əsl sevgi üçün kifayət etmirdi. Daha güclü ürək tələb olunurdu. Cek onu sevirdi və Liza bunu bir saniyə olsun belə şübhə etmirdi, ancaq onun hansısa bir hissəsi bədənindəki çapıqlar kimi ölü və hissiyatsız idi. Və

Liza bu hissədəki yaranı heç cür sağalda bilməmişdi.

Liza fincanı götürdü və içərisindəki bitki çayını kranta tulladı. Bu çayı Cekə gətirməmişdən əvvəl Liza onun içərisinə

iki tablet qalsion atmışdı. Cekin yuxuya ehtiyacı olduğu üçün, 70

bu yuxu gətirən dərman onun gərginliyinin aradan qalxması üçün kömək ola bilərdi.Hər halda,Liza buna ümid edirdi.

O, hələ indiyə qədər Ceki bu cür acınacaqlı vəziyyətdə

görməmişdi. Adətən o,şən,zarafatcıl və cürbəcür oyunları sevən, başqasının sərt zarafatına gülə bilən biri idi.

Amma,zaman olurdu ki,özünə qapanır və saatlarla kayutunda oturub heç kəslə danışmırdı. Belə anlarda, doğrudan da hamı, Ceki qıcıqlandırmamaq və onun özüylə

başbaşa qalması üçün, sözün əsl mənasında barmaq ucunda gəzir və sakitliyə riayət edirdi.

Əks tərəfdən budkanın qapısı gurultu ilə açıldı.Liza qəfil səsdən diksinərək oturduğu kreslodan tullandı,Elvis isə

yerindən hürməyə başladı. İki kişi mübahisə edərək içəri daxil oldu. Əgər Yamaykadan olan Çarli Mollivrinin üzü adətən tünd qəhvəyi rəngdə olurdusa, indi o, daha da qaralmışdı. Geoloqun gözlərindən od püskürürdü.

– Sən məni ələ salmısan, Kendall? – deyə çığırırdı. – bu qızıl külçələrin hər biri 50 stoun ağırlığındadır, bu isə o deməkdir ki, onların qiyməti yarım milyon dollara çatır.

Bu mulat5 geoloqun odlu çıxışından təsirlənməyən Kendall yalnız çiyinlərini qaldırdı. Kendall Makmillan “Kayu-Marudakı”qızıla verilən kreditdən sonra,”Çeyz Manxetten bank”tərəfindən Cekin ekspedisiyası üçün ezam olunmuş

mühasibatçı idi. Onun vəzifəsi qızılların “Fathom”a qaldırılmasında iştirak etmək və heç olmasa onun ümumi qiymətini dəyərləndirmək idi.

–Ola bilər, ser Molliyer, ancaq aparılmış laboratoriya analizləri külçələrin tərkibində başqa qatışıqların olduğunu 5 ağ irqlə qara irqin qarışığı olan adamlara deyilir.

71

göstərdi. O, heç siz söylədiyiniz 16 karata belə çatmır.

Razılaşın ki, bank sizə çox məbləğtəklif edir.

Siz, sadəcə olaraq, oğru bandasısınız, – deyə hirslə dedi.

Ancaq indi,geoloq Lizanı gördü və ona müraciət etdi. -Yox, sən heç belə bir şey eşitmisən?

– Nə baş verir?

– Cek haradadır? – deyə Çarli suala sualla cavab verdi.

Mən elə bilirdim o burdadır.

– Burda idi, aşağıya düşdü-Haraya? – Çarli budkanın əks çıxışına istiqamətləndi, – Mən ona danışmalıyam....

– Yox,danışmamalısan!Onsuz da kapitanın bugünki günü kabus kimi idi və sən də öz söhbətlərinlə onu bezdirəcəksən.Rahat burax onu.

Liza Makmillana baxdı. Əgər Çarli öz adi şortunda və

güllü Yamayka köynəyindəydisə, Makmillan da “Sperri” firmasının pijonsayağı ayaqqabısında və boğazına qədər bağlanmış dəbli köynəkdə idi. Bu mühasibatçı artıq iki aydır ki,”Fathom”da olmasına baxmayaraq, hələ də komanda üzvlərinin içərisində ala qarğa kimi görünürdü.Hətta kürən saçları səliqə ilə qırxılmış və daranmış olurdu.

– Bəs siz nə deyirsiniz? – Liza ondan soruşdu.

Lizanın baxışları altında Makmillan dikəldi və çiyinlərini düzəltdi.

– Mən artıq cənab Moliyerə başa saldığım kimi. Elə onun özünün keçirdiyi kimyəvi analizdən sonra, bank bu qızılı indiki bazar qiymətlərinə görə dəyərləndirə bilməz. Köhnə

külçələrdə xeyli qatışıqlar var. Sığortalanmaq üçün mən mobil telefonla bankla əlaqə saxlamışdım. Və onlar da mənim fikirlərimi təsdiq edirlər.

Çarli əllərini tavana doğru qaldırdı.

– Bu, əsl quldurluqdur! Makmillanın üzü bumbuz oldu.

72

– Xahiş edirəm, məni bu tərbiyəsiz müqayisələrdən uzaqda tutasınız! Liza ovucları ilə gicgahını tutdu.

– Mən qulaqlarıma inana bilmirəm! -Bütün Sakit okean regionları dəhşətli kataklizmalardan özlərinə gəlməmiş, siz isə burada hansısa qəpik-quruş və faizlər ucbatından qalmaqal yaratmısınız!Yəni bu iş bir az gözləyə bilər?

Kişilər pərt halda gözlərini yerə dikdilər.

– Birinci o başladı. -Makmillan incimiş halda barmağı ilə

Çarlini göstərdi. – Mən ancaq qiymətimi dedim.

– Əgər o ....

– Bəsdir!Hər ikiniz rədd olun burdan!Əgər mən eşitsəm ki. Bu bu boşbağazlığınızla Cekin baş-beynin aparmısınız, onda hər ikimiz “Fathom”a ayaq basdığınız günə peşiman olacaqsınız.

– Mən artıq təəssüf edirəm- deyə mühasibatçı deyindi.

– Heç nə, – deyə tələskənliklə çıxışa tərəf gedərək cavab verdi.

– Bu dəqiqə dəf ol burdan! – deyə amiranə əda ilə qapını göstərdi. Kişilər bir göz qırpımında yox oldular.

Kabinəyə yenidən sakitlik çökdü. Alman avçarkası yenidən yerinə uzanıb gözlərini yumdu. Klassik musiqinin sədaları ətrafı bürümüşdü. Liza oturduğu kreslodan əlini uzadıb pleyerdən diski çıxartdı.

Bu köhnə mahnılar Cekin necə xoşuna gələ bilər? – deyə

öz-özündən və playerə öz istədiyi diski yerləşdirib düyməyə

basdı.

– Bax, bu başqa məsələ, – deyə Liza razı halda kresloya yayılaraq dedi.

Cek öz kayotundakı çarpayıda yavaşca fısıldayaraq yatırdı. Onun tamamilə sakit görünməsinə baxmayaraq, o həqiqətdə gecə kabusunun mərkəzində idi.

73

O, kosmosun zulmət qaranlığı ilə muhasirəyə alınmış , skafandrda,

“Atlantis”in

şattlina

burazla

baglanmış

vəziyyətdə üzürdu. Düz onun altında yük lükünün açıq qapıları yerləşirdi. O, işçi bölmədə olan ekipajın daha iki üzvünü görurdü. Şattlın manipulyatorlarının köməyi ilə onlar böyük peyki yük anbarından çıxarmağa çalışırdılar.

Peykin goyərtəsində "dəniz pişikləri" emblemi və bu qorxunc silah- "SPARTAK” ın adı qeyri-təbii parıldayırdı.

Eksperimental dəstə topla təchiz edilmiş yarim milyon dollar dəyərinde olan bu peyk, yavaş-yavaş anbarin qaranlığından qalxaraq, günəş batareyalarının və telekommunikasiya antennlərinin qanadlarını acdı. Bu, heyrətamiz bir mənzərə

idi: nəhəng kəpənək baramadan çıxır.

Peykin arxasında Yer kürəsinin mavi sferası parıldayırdı.

Bütün bunlari oz gozləri ilə gorə bilmək imkanını ona verdikləri ücün, o, ulduzlara sonsuz minnətdar idi. O, ömrundə hələ belə gozəl şeylər gorməmişdi. Onun şüuru onunla birlikdə bu gozəlliyə tamaşa edən qadının gozlərinin ulduzlardan daha parlaq işıqlandığı heyranlığını gucləndirdi.

Cennifer Spenqler alim idi və ekipaj tərkibində elmi proqramların icrası ücün cavab verirdi, bundan başqa dunən axşam Cenifer onun nişanlısı oldu. İlk dəfə onlar altı il əvvəl görüşmüşdülər. “Dəniz Pişikləri” komandası üzrə yoldaşı onu oz bacısıyla tanış etdi, bu o idi- Cenifer. Sonra onlar təsadüfən məşqdə rastlaşdılar. Cek astronavt dublyor kimi iştirak edirdi və onlar bir-birilərini çox tezliklə sevdilər.

Onlar bir-birini gormek ucun furset axtarırdılar, gizlincə

geyim şkaflarında gizlənir, qaranliq ve tozlu anbarlarda 74

öpüşür, ve tez-tez “Suya enmə” disko barina qaçırdılar. Hətta, astronavtlaıin hazırlıq mərkəzi binasinin beton daşlarında gecə piknikləri teşkil edirdilər.

O uzun yuxusuz gecələrdə, indi onun gozlərinə işıq saçan həmin ulduzların altında, onlar xoşbəxt həyat yaşayacaqlarını arzu edirdilər. Yenə də bir gün axşam qayığın kecidinde onu tək görüb qızıl üzüyü uzadanda, onun ürəyi ilk dəfə görüşə gələn məktəblinin ürəyi kimi döyü-nürdü. Cek cavabın nə olacağını bilmirdi. Bəlkə o, hadisələri çox tələsdirir. Görəsən o da Ceki belə sevir.

Ona sonsuzluq kimi görunən o bir neçə saniyə, sanki çəkisizlikdə havadan asılı qalmış əlindəki o üzük, Ay işığının əksini üzərində əks etdirirdi. Jenifer yalniz təbəssüm ve goz yaşlarıyla “hə” dedi.

Jek oz xatirələrini məmnunluqla yada salaraq gülümsəyən zaman, rabitə mexanizmi Jeniferin işgüzar səsiylə danışmağa başladı.

– Tutmanı buraxıram. Bir, iki, üç. Hər şey hazırdır.

Təkrar edirem, hər şey yaylı işə salmaya hazırdır. Cek?

– Vizual yoxlamanı keçirirəm, – o səs verdi. – Təsdiq edirəm.

– Cihazların göstəriciləri normadadir, -idarəetmənin arxasında duran ucuş komandiri Darem dedi. – Bütün işıqlar yaşıl rəngdədir. On saniyə sonra yükü çıxarıram. On…

səkkiz… yeddi…

Vaxt öz gedişini yavaşıtdı. Peykin altında olan ekipajın digər üzvləri planlaşdırıldığı kimi, qayığa tərəf irəlilədilər.

Əlindəki qayka açarla, o özünü yan şlüzə teref çəkərək , həmçinin əlləri ile kanatı seçməyə başladı. Onlar peykin çıxardılması əməliyyatıni ən azı yüz dəfə yerinə yetirirdilər.

75

"Atlantis"ə tərəf üzərək, o Cenniferin bədənini gozleri onunde canlandıraraq, onu elə burada, bütün yer kurəsi önündə sevməyi düşünürdu. Bax bu, birinci nikah gecəsi olardı!

–… Altı… beş… dörd…

Xəyala dalaraq, o oz səhvini gec gördü. "Ceneral daynemiks" zavodunda istehsal edilmiş dirəklərdən biri tam çəkilməmişdi. O, peykin bir neçə dərəcə sağ tərəfə dogru yerini dəyişdiyini gördü. Aman Tanrım! Plandan yayınma barədə məlumat vermək üçün, ona cəmi bir saniyə lazım oldu. Lazim olduğundan düz bir saniye sonra.

–… Üç… iki.

–Peykin cıxşıinı dayandırın! – o qəzəblə qışqırdı.

–Bir…

O, yaylı işəsalma mexanizminin işə duşərək peyki yuxarı atdıgını gördü. Yaylar kosmik obyektin əvvəlcədən nəzərdə

tutulan orbitə katapultla atılmasına uygun hazırlandığı üçün, dirəklərdən biri işə duşməyərək sistemdə fasilə yaratmışdır.

Qalan hər şey qorxulu yuxu kimi idi. Beştonluq peyk sağ

tərəfə cırpılaraq günəş batareyalarından birinin qayığın örtüyünə dəyməsilə tamamilə alt üst oldu. Lyuk səssiz icəri yilmişdi, qayığın gövdəsindən qopmuş, oyun kartları kimi dağılan yüzlərlə saxsı plitələri ise külək ətrafa yaydı.

“Spartak” sınmış qanadı ile hec kimə məlum olmayan orbitə

tərəf yonələrək, Kosmosa dağıldı. Peyk onların uzərindən uçan zaman onun daxilində nəsə alovlandı. Iş sisteminə

düşən ağırlıq hədsiz olduğuna gorə onun paneli partlamışdı.

Ölü "Spartak" açıq kosmosa üzürdü. Bir nece saatdan sonra Jek orta bölmədə oturacağa baglanmış və xilasedici skafandra bürünmüş vəziyətdə özunə gəldi. Bir az sonra, idareetme kabinəsinde, ekipaj komandiri və pilot, NASA ilə əlaqə

76

saxlayaraq, hadisə barədə danışırdılar. Zədələnmiş lyuk təmir olundu, amma böyük sayda qoruyucu termodavamlı plitələrin itkisi, Yerə qayıdışı riskli edirdi. Plan belə idi: atmosferin mümkün qədər qalın təbəqələrinə dərindən nüfuz etmek, daha sonra, bir şey baş verdiyi halda, qəzadan öncə

təyyarəni tərk etmek. Problem ondan ibarət idi ki, gəmidə

quraşdırılmış yeni xilasetme sistemi,"Çellendjer" faciəsindən sonra hələ də sınaqdan keçməmişdir və ekstremal vəziyyətdə onun özünü necə aparacağını heç kim bilmirdi.

Səs ötürücüsündə bir necə səsdən ibarət dua pıçıltıları eşidilirdi. Cenifer, onun yanında alim astronavtın oturaca-ğında əyləşmişdi. Jek onu sakitləşdirməyə calışırdı, ancaq öz səsi ona cox uzaq ve yad gəldi.

– Biz bacaracağıq, Cen. Başqa cür ola bilməz. Bizim hələ

toyumuz qabaqdadır.

O, zəif təbəssümlə başını yellədi , amma heç nə demədi.

Onun sifəti dəbilqənin şəffaf lövhəsi altında tabaşir kimi ağ

idi. Cek o biri tərəfə baxdı. Digər astronavtlar da ağarmış

barmaqlarıyla kürəkləri gərgin oturacaqların qoltuqlarına zəncirlənmişdilər. idarəetmə kabinəsində yalnız pilot və

komandir var idi. Komandir tələb etdi ki, digər ekipaj üzvləri təcili evakuasiyası lyukuna daha yaxın olmalari ucun orta bölmədə olsunlar. Enməye bawlamazdan əvvəl admiral Hyustonla bağlantı yaradan polkovnik Ceff Darem dedi:

–Başlayırıq. Bizim ucun dua edin. Radiodalğaların fışıltısı arasından cavab eşidildi:

–Tanrı Sizi qorusun “Atlantis”.

Budur, qayıq atmosferin qalın qatlarına baw vurdu.

Gəmi o tərəf bu tərəfə atılaraq titrəyirdi. Hamı nəfəsini qısaraq susurdu. Cekin alnında tər göründü. Havanın hərarəti həddən artıq tez qalxdığı üçün, hətta “ağıllı” dəbilqə bele 77

bunun öhdəsindən gələ bilmirdi. Düşündü ki, ola bilsin quraşdırılmış soyutma sistemi imtinma edib, o birləşmələri yoxladı, amma yox, hər şey normal idi. O Cenniferə baxdı, onun dəbilqəsi tərlədiyi ucun şəffaf deyildi. Cek ona toxunub qucaqlamaq istəyirdi! Nəhayət, pilotun dediyi xoş sozler, Cek i bu qeder sevindirmemiwdi.

–Hündürlük – altmış min fut. Uşaqlar, biz, demək olar ki, evdəyik!

Qəbuledicidə sevinc qışqırtıları eşidildi. Sevincli anlar bitməmiş, gəmi tərpəndi, onu sanki qırağa atdılar və Yer kurəsi gözdən itdi. Pilot var gücüylə uçuşu sabitləşdirməye calişsa da, heç nə alınmırdı. Sonradan məlum olacaq ki, termodayanıqlı

plitələrin

qopduğu

yerde

gəminin

korpusunun qızma dərəcəsinin yuksək olması əlavə oksigen bakının partlamasına getirib cixarib. Amma həmin an atmosferin sıx qatlarında fırlanan qayıq her kesi qorxu ve aqri icerisinde saxlayirdi.

–Bolmede yanqin var!

Pilot mübarizə aparmaqa davam edərək gəminin üzərində nəzarəti bərpa etməyə çalışsa da, artıq bilirdi ki, bu faydasızdır. Daha bir dəhşətli zərbə qayığı burundan arxaya qədər sarsıtdı.

–Əlli min fut! – Pilot qışqırdı. interkomda komandirin səsi eşidildi.

–Katapult olunmaqa hazırlanmaq! Əmrim üzrə təzyiqi aşağı salın!

–Qırx beş min. Qırx. Onlar sürətlə enirdilər.

– Baxış qalxanlarını bağlayın! Əlavə oksigen verilməsini aktivləşdirin! Cek, buraxılış ventili, aç!

O çətinliklə kreslodan qalxdı. Arxasındaki paraşüt hərəkəti məhdudlaşdırdı. Cek bölmənin silkələnən döşəməsinin 78

küncünə tərəf gedib, “T” şəkilli qulpdan yapışıb çevirdi.

Qayığın havasının təzyiqi ile bayırdakı təzyiq bərabərləşənə

qədər klapan havanı yavaş-yavaş buraxacaq.

– Hazırlaşın! – Polkovnik Darem əmr etdi. – Avtopilota Keçirəm.

Qayıq yenə burnunu qaldırıb göyə qalxdi. Astro-navtlardan biri təhlükəsizlik kəmərlərini açan kimi out-racaqdan qoparaq bölümün tavanına cırpıldı. Zərbədən onun dəbilqəsi sındı, özü isə huşunu itirdi. Cek onun yanına köməyə atıldı, amma digər astronavt ona tərəf əllərini yellədi:

– Burax onu! Öz yerini tut!

– Avtopilot sıradan çıxıb! – komandirin qışqırığı eşidildi.

Əl idarəetmesinde qalırıq!

Cek çiynindən boylanıb Cenniferə baxdı. O,yaralı yoldaşına kömək etmək üçün kreslodan çıxmağa çalışırdı, amma heç nə alınmırdı. Onun sol əli nəyesə ilişmişdi.

–Otuz beş min! – Pilot bildirdi. Qayiq bütün korpusu ile tərpənməyə davam edirdi.

– Mən bacarmiram! Bacarmiram! – Pilot sanki ozunə

subut edərək qışqırırdi. – İsa!

Polkovnik Darem məharətlə söyüş söydü.

– Katapult olunun! – O bağırdı. Özünüzü qurtarın!

Cek başa düşürdü ki, o, hələ çox yüksəkdədir, amma əmrə tebe olmaq lazim idi ve o, ikinci T-şekilli dəstəyi çevirdi.

Qapının yan bəndi uçdu ve onu az qala açılmış dəlik sovururdu. O, yalnız qapağın dəstəyindən möhkəm yapışdığına gorə dayana bilmişdi. Kommunikatorda dəhşətli qışqırıq səsləri eşidildi, qayıq aşıb doşəməni alt-ust etdi. O, gözünün ucu ilə Cenniferin onun yanından yavaş-yavaş üzüb kecdiyini ve barmaqlarını tərpədərək bir şeydən yapışmağa calışdığını gördü. Onun uzərində paraşüt yox idi.

79

Aman Tanrı!

Cek bütün bədənini əyərək onun qolundan yapışdı.

–Yapış! – O qışqırdı.

Bu zaman onun arxasında partlayış baş verdi. Odlu qasırğa orta bolmenin qapısını yerinden qoparıb içəri soxuldu və öz yolundakı hər şeyi yandıraraq pilotun kabinəsinə doğru irəlilədi. Digər yoldaşlarını Cek artıq görmürdü.

Alov onun və Cenniferin üzərinə cumdu.

–Kömək edin? – O, çağırdı, lakin hec bir cavab eşitmədi.

– Burax məni! – Cennifer ağzı ilə havanı udaraq qışqırıb əlini qoparmaq istədi. Yoxsa biz birlikdə məhv olacağıq!

–Tut! Yapış məndən, lənət şeytana!

– Mən səni öz arxamca aparmaq istəmirəm .

Cennifer ikinci əlini düzəldib skafandrın qoluna möhkəmləndirilmiş əlcəklə metal düyməni açdı.

–Yox!

Cek onun əlini daha bərk sıxdı, amma artıq çox gec idi.

Onun əliini yalnız boş əlcək sıxırdı. Sanki dəhşətli bir yuxuda o hiss etdi ki, hərəkət edə bilmir. Cennifer, yavaşıdılmış

çəkilişdə olduğu kimi, ondan üzüb gedirdi. O, Cenifere tərəf uzanmaq istədi, amma əlləri sözünə baxmadı. Ona yalnız baxmaq qalırdı. En son gorduyu, Cenniferin qorxmuş simasi deyil, həyata kecməyən məhəbbət vədləri ilə parlayan barmağındaki qızıl üzük idi. Öz qışqırıqlarından kar olub, odlu divarla qarabaqara təqib edilən Cek onun arxasınca atıldı. O, gəminin öz oxu ətrafında fırlanmağa başlanmasın-dan bir an əvvəl açıq lükə düşmüşdü. Onun üzərindən, az qalmışdı ki, başına böyük qanadı kecdi. O, nəfəsi kesilerek və

hec neyi dəyişe bilməyərək bütün müstəvilərdə fırlanaraq yixilirdi. Hətta, bu vəziyyətdə o, başını firladaraq, Cenniferi 80

axtarsa da, mavi göylər bomboş idi. Yeganə, goylərin məsum maviliyini yanan qayığın tüstü izləri pozurdu.

Hönkür-hönkür ağlayaraq o, üzüyü dartdı. Birinci, onsekkizduymluk sorucu paraşüt açılıb, ardınca ikinci dordfutluqu çəkərek fırlanmani sabitləşdirdi. Amma seyrək mühitdə kiçik paraşütlər düşmənin sürətini ləngidə

bilməzdilər, onlar buna uygun deyildiler. Sonra, avtomatik üçüncüsu açılacaq, amma bunu görmək Cekə qismət olmayacaq.

Qaranlıq onu uddu.

Elə bil yerə yıxılaraq, Cek qəfildən yuxudan ayılıb gözlərini açdı.Tər içində olan Cek yerindən qalxdı. Onun ayaqları əsirdi.

Gərnəşərək,divardakı seyfə yaxınlaşdı və lazımi kodu yığıb onu açdı. Gəmi sənədləri və bir neçə min dollardan əlavə orada qırış bir əlcək var idi. Əlcəyin qıraqları və barmaq hissələri yansada, Cek ondan ayrıla bilmirdi. Keçmişindən ayrılmaq istəsədə bacarmırdı.

–Bağıla məni, Cenifer, -pıçıldadı və əlcəyi dodaqlarına sıxdı.

Xilasedicilər bihuş vəziyyətdə Ceki paraşütlərin altından tapanda, bu əlcəkləri Cek ovcunda tutmuşdu. Bütün ekipaj-dan təkcə o sağ qalmışdı. O indiyədək ovcunda Ceniferin barmaqlarını hiss edirdi.

Kayutun qapısı döyüldü. Cek əlcəkləri seyfə qoydu və

yaşarmış gözlərini sildi.

– Nə lazımdır? – deyə hirsli halda deyindi.

– Mən sadəcə olaraq məlumat vermək istəyirdim, Cek. Biz lazım olan yerə çatmışıq.

81

O gəmi bioloqunun səsini tanıdı. O saatına baxdı, artıq 3

saat keçmişdi.

–Yaxşı Robert,indi gəlirəm.

Soyuq su ilə üz-gözünü yuyandan sonra,dikəldi və

güzgüyə baxdı. Onun üzündən və qalın uzun saçlarından su damcıları axırdı. Saçları çiyninə qədər uzun idi.Hərbçi saç düzümüylə o uzun illər əvvəl vidalaşmışdı. Cek nəmli saçlarını arxaya daradı,günəşdən yanan parıltılı üzünü dəsmalla sildi və güzgüyə baxmaqdan bezib,üzünü çevirdi.

Reallığa qayıdan Cek,yavaş-yavaş mühərrikin səsinin dəyişdiyini

hiss

etdi.”Fathom”sürətini

azaldırdı.

Cek

tələskənliklə köynəyini əyninə keçirtdi və elə ayaqyalın qapıya tərəf getdi. Onu açaraq Robert Bonaçekin hələ də onu gözlədiyini gördü.

Baş bioloq nəzərə çarpacaq dərəcədə əsəbi görünürdü. O

tez-tez ayaqlarının vəziyyətini dəyişərək,gözlərini Cekin baxışlarından qaçırırdı.Robert komandanın 20 yaşlı ən gənc üzvü idi. O universiteti 18 yaşında bitirmiş və magistr dərəcəsinə yüksəlmişdi. Artıq 2 il idi ki,”Fathom”da fəaliyyət göstərir və eyni zamanda doktorluq dissertasiyası üçün material toplayırdı.Liza onu “özü cavan, qəlbi qoca”

adlandırırdı. Başının keçəlləşmiş hissəsi, bu ifadənin doğruluğunu sübut edirdi.

– Nə baş verir Robert?

– Siz bunu özünüz görməlisiniz, ser.

Cavan alim göyərtəyə çıxdı, Cek də onun arxasıyca getdi.

Üfüqdəki günəş onun gözlərini qamaşdırdı və əlləri ilə

gözlərini örtdü.Çarli Molliyerdən başqa, bütün komanda üzvləri göyərtədə toplanmışdılar. Yamaykalı Çarli Molliyerin 82

iri bədənini budkada görüb, əl işarəsi ilə onu səslədi və sonra Liza ilə Robertin yanında özünə yer elədi.

– Necə yatdın? – deyə Liza soruşdu?

–Sən çayıma nəsə qatmışdın? Həkim çiyinlərini çəkdi.

–Sənə yatmaq lazım idi.

Cek istədi onu danlasın. Axı nəyə görə onunla uşaq kimi rəftar edirdi? Son nəticə o bu gəminin kapitanıydı. Ancaq bu an onun diqqətini başqa bir şey cəlb etdi.

Adətən ucsuz- Bucaqsız səhraya bənzəyən okean,indi gəmilərlə dolu idi: hərbi katerlər,yük gəmiləri, müxtəlif ölkələrin bayraqları ilə dalğalanan traulerlər. Göydə isə iki

“Cey-Xok” vertolyotu pərlərini çevirərək cırıldayırdı: baxışları ilə onların uçuş trayektoriyasını izləyən Cek başa düşdü ki, bu vertolyotlar havaya Ueyk adasındakı HDQ

bazasından qalxmışdı. Bir az aşağıda enli S-130 patrul çəkirdi. Görünür, təyyarə, buradakı ərazini bütün gecə öz radarları ilə skan edirdi. Artıq görünürdü ki, aBŞ-ın milli təhlükəsizlik birliyi bir nömrəli bortun axtarışı üçün bütün səlahiyyətində olan vasitələri cəlb etmişdi.

Sanki Cekin fikirlərini oxuyurmuş kimi, onun arxasında dayanan Corc Kleyn dedi:

–Milli təhlükəsizllik birliyi vaxtını boş yerə sərf etmir.

Həddindən artıq uzaqda olduğumuzu nəzərə alsaq, bu cəldlik təqdirəlayiqdir.

Sakit okean sularındakı bu qarmaşıqlığı izləyən professor, əlindəki tənbəkini tüstülədirdi.

O olmasaydı, demək olmazdı ki, Corc Harvard universitetindən olan 60 yaşlı alimdir. Onun əzələli bədənində

şortdan başqa bir şey yox idi. Külək Corcun nazik saçlarını dağıdırdı. Cekə həmişə elə gəlirdi ki,professor inanılmaz dərəcədə Jaka İva Kustoya bənzəyir.

83

– Bu nə qorxudu? – üzünü turşudan Kendall Makmillandan soruşdu. Cek də havadakı o qoxunu hiss etdi, sonra isə gəminin sol burun hissəsindəki tərəfdən suyun üzərində göy qurşağı çalarında ləkə gördü.

– Yanacaq, – dedi.

Artıq heç bir şübhə yox idi:bura bir müddət əvvəl qəzanın baş verdiyi zona idi.

Ləkənin ortasında Cek,dalğaların üstündə yellənən iki qırmızı əşya görürdü. O, bu əşyaların siqnal üzgəci6 olduğunu anladı. Onları, qəza yerində tələf olmuş bədənləri tapmaq üçün atmışdılar.

Gözləmək lazım deyildi, gərək məni o dəqiqə

oyandırardınız.

Corc ətrafda baş verənlərə birdən-birə maraq göstərən gəmi həkiminə baxdı.

– Lizanın qəzəbinə səbəb olmaq? Yox, ondansa mən iri bir akulanın cəngində olmağı üstün tuturam. Bundan başqa, xilasetmə komandası ilə Çarli hələ bir saat əvvəl əlaqə

saxlayıb. – Cekin qaşlarının yuxarı qalxdığını görən Corc tələsik əlavə etdi:

– Sahil qorumasının vitse-admiralı ilə o, buraya San-Dieqodan gecə gəlib. Çarlinin dediyinə görə o, o qədər də

səmimi, xeyirxah biri deyil.

–Onlar bizdən nə kömək gözləyirlər?

–Onlar bir nömrəli bortun qara qutularından gələn siqnalın doöru istiqamət bucağını təyin edənədək və

xilasetmə əməliyyatının planını təsdiqləyənədək gözləməyi 6 dənizdə lövbər salınan yer və ya təhlükəli yerləri göstərən üzücü nişan.

84

əmr ediblər. Milli təhlükəsizlik birliyini daha bizim

“Nautilusun” marşrutu maraqlandırmır.

–Bəs admiral Hyuston? – deyə Cek HDQ-da xidmət etdiyi zaman komandiri olmuş bu şəxsi xatırladı. Axı bizi məhz o çağırıb, bəs özü haradadır?

–Onu sabaha gözləyirlər.

– Niyə belə gec?

–Düşünürəm ki, hərbi amerika maşınlarının nəhəng altı-dişli çarxlarının lazım olduğundan daha yavaş hərəkətinə

görə. O “Hibraltarda” gələcək. Bütün bunlar isə, – Corc tənbəkinin ucu ilə dənizdəki gəmilərin təlaşlı hərəkətlərinə

işarə edərək, -boş göstəişlərdir, – dedi. Əsl axtarış işlərindən burada heç əsər-əlamət də yoxdur.

– “Hibraltar”, – Cek öz-özünə dedi.

– Sən ki, bu gəmidə olmusan?

Cek razılıqla başını tərpətdi. O, bu gəmidə yeddi il xidmət etmişdi. Bu, ABŞ hərbi donanmasının nəhəng təyyarə

daşıyan gəmilərindən sonra, ölçüsünə görə ən böyük vertolyot daşıyan gəmisi idi. “Hibraltar” dəniz piyada qüvvələri ilə hərbi dəniz donanmasının sürətini özündə

cəmləşdirən və kədərlə xatırlanan məşhur “dəniz timsahları”

desant qrupunun tərkibinə daxil idi.

–Bax! – Robert səsləndi.

Gəmidən solda, siqnal üzgəclərinin yanında suda sınmış

hissələr üzürdü. Hələ bir neçə saniyə əvvəl suda heç nə yox idi. Cek gözlərini qıydı.

–Durbini mənə verin!

Tezliklə, Robert “Minolt” firmasının durbini ilə qayıtdı.

Cek, durbinlə suda onların diqqətini cəlb edən əşyaya baxdı.

Suyun üzərindəki təyyarə kreslosunun arxa hissəsi idi.

Qırmızı fonda ABŞ-ın göy emblemi aydın görünürdü. Qəfil 85

gələn dalğa kreslonu çevirdi və bu zaman əli kreslodan sallanan solğun insan bədəni göründü. Cekin gözləri qaraldı.

– Nə oldu? – Robert səbirsiz halda soruşdu, -suyun üzündəki nədir? Cek cavab verə bilmədi.

O, on iki il əvvəl “Atlantis” qəzasında havada fırlandığını xatırladı. O vaxt onun da bəxti gətirməsəydi, o da belə

görünərdi.

Liza narahatlıqla əlini onun çiyninə qoydu.

–Sənə nə oldu?

– Cek dubini aşağı endirdi. Qorxudan onun rəngi qaçmış, bədəni isə əsirdi.

–Gərək biz heç bura gəlməyəydik. – Bunun sonu yaxşı olmaya bilər.

86

4.

SUİ-QƏSD

Devid Spenqler qapı arxasında gözləyirdi. Gecə saatları olmağına baxmayaraq, ətraf qaynayırdı. Ağ evin dəhlizində

katiblər, kuryerlər və digər xırda vəzifəli şəxslər hərəkət edirdilər. Bu qarmaqarışıqlıq təkcə Pensilvaniya-avenyu da deyil, həm də Beltueyin bütün sərhədlərində, Vaşinqtonu əhatə edən dairəvi avtomagistralda da müşahidə olunurdu.

Jurnalistlərdə mətbuat konfransına çağırılmışdı. Kapitoli zirvəsində hər iki Konqres palatasının icrası gedirdi, fasilələrdə

isə senatorlar və palatanın üzvləri bir-birilə qızğın mübahisə

edirdilər.

Bütün bu həngamə bircə insanın – prezident Bişopun yo-xa çıxmasına görə baş verirdi.

Bu hadisə səhər tezdən Devidin Türkiyədən uçub gəlməsinə səbəb olmuşdu. O, öz əməliyyatçıları ilə birgə İraq sərhəddindəki tapşırığını yarımçıq qoyub, geriyə çağırılmışdı.

– Cənab, qəhvə istəyirsiniz? – deyə, xidmətçi içərisində

fincan olan məcməyini yaxınlaşdırıb soruşdu.

O, istəmədiyini bildirdi.

Dəri kresloda əyləşmiş Devid otağı gözdən keçirməyə

davam edirdi. O tərpənmədən,yalnız gözlərini bir yandan o biri yana çevirməklə, bir detalı belə nəzərdən qaçırmadan müşahidəsini aparırdı.

Devid dərindən nəfəs aldı. Havadan sanki yeni imkanların qoxusu gəlirdi.

87

Onun öz rəisi, MKİ-nin direktoru Nikolas Razikov da ye-ni hökumət başçısı, vitse-prezident Lorens Neyfin kabinetində idi.

Neyf artıq Bişopun keçmiş Nazirlər Kabinetinin hər bir üzvü ilə qeyri-rəsmi görüşünü keçirmişdi. Görəsən yeni gələn hakimiyyət nə qədər insanı işdən uzaqlaşdıracaqdı. Ağ evin dəhlizində işçilər arasında müxtəlif şayiələr və fərziyyələr yayılırdı. Heç kəsə sirr deyildi ki, Bişopla Neyfin arasında həmişə kəskin fikir ayrılığı olub. Neyfi bu komandaya prezident seçkiləri zamanı, Cənubluların səsini qazanmaq üçün dəvət etmişdilər. Elə bunun nəticəsində də bu iki tərəf hər zaman münaqişə edirdi. Devid hiss edirdi ki, yüksək vəzifəli məmurlar Neyfin gözünə yaxşı görünmək hər cür yaltaqlığa əl atırdılar. Yeganə bunlara aid olmayan insan direktoru idi.

₺104,95

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
512 s. 4 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4,5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre