Kitabı oku: «Qum fırtınası», sayfa 6
Peynter sakitcə başı ilə razılıq etdi.
– Ümid edək ki, siz Atlantikadan üzüb keçməyənə qədər yeni açılışlar olmayacaq, – admiral qeyd etdi.
* * *
Qrinviç vaxtı ilə 21:48
London, İngiltərə.
–Sən ürəyi çıxarmalısan.
Safiyə kiçik bir gümüşü ştagenpərgarın köməyi ilə ölçü götürərək təccüblə başını qaldırdı. Muzeyin Tağlı zalının ətraflarına qaranlıq çökürdü. Kitabxanada üçü qalmışdı – Kara, Kley Bişop və onun özü. Direktor Tayson və polis müfəttişi iyirmi dəqiqə əvvəl getmişdilər. Hər şeyə görə, kiçik detalların müfəssəl ölçüləri onda heç bir maraq oyatmadı, ancaq Müqəddəs Məryəmin atasının məzarındakı qəbirüstü heykələ olan ilk heyranlıq ötüb keçdi.
Safiyə ölçülərə qayıtdı.
– Vaxt gələndə mən ürəyi çıxaracam.
– Yox, sən bunu indi etməlisən.
Safiyə diqqətlə rəfiqəsinə baxırdı. Halogen projektorların gur işıqları aydın şəkildə Karanın üzünün rəsmini çəkirdi. Gözqamaşdırıcı parlaqlıq onu rənglərdən təmamilə məhrum etsə də, Safiyə genişlənmiş bəbəklərə, gümüş kimi parlaq dərisinə diqqət yetirirdi. Kara narkoloji sərxoşluq vəziyyətində idi. Yenə də amfetaminlər. Üç il bundan qabaq ledi Kenqinqtonun bir ay davam etmiş “xaricə səyahətin” əslində Kentdəki bahalı xüsusi narkoloji klinikada müalicə kursu olduğunu bilən azsaylı adamlardan biri də Safiyə idi. Kara nə zamandan yenə də narkotik qəbul etməyə başlayıb? Safiyə çaşqın halda Kleyə baxdı. İndi Kara ilə mübahisə etməyin vaxtı deyidi.
– Bu tələskənlik nəyə lazımdır, – o, bunun yerinə soruşdu.
Kara həyəcanla ətrafa göz gəzdirdi. Onun səsi pıçıltıya keçdi.
–Hələ müstəntiq gəlib çıxana qədər mən bir şey aşkar et-mişdim. Qəribədir ki, sən indiyə qədər bir şey hiss etməmisən.
–Məhz nəyi?
Kara heykəlin üzərinə əyilib ürəyin açılmış sağ mədəciyinə işarə etdi.
–Bu qabarmış xəttə bax, o, ştangenpərgarın ucunu boz metala sarı apararaq dedi.
–Bu, şah damarlardan, ya da arteriyalardan biridir, – Safiyə işindən razılıqla söylədi.
–Eləmi? – Kara etira etdi. Bax, yuxarı hissə praktiki olaraq üfüqi formada keçdikdən sonra hər iki tərəfdən kəskin şəkildə doxsan dərəcə bucaq altında aşağı çevrilir.
O, ştangenpərgarı qəribə qan damarlarına yeritdi. Onun bar-maqları amfetamin titrəməsinə xarakterik tərzdə əsirdi.
Kara davam etdi:
– Bu ürək təbiətin yaratdığı kimidir. Bu cür anatomik dəqiqliyə nail olmaq üçün Leonardo da Vinçiyə belə çox çalışmaq lazım gələrdi. Amma təbiət düz bucaqları sevmir.
Safiyə yaxına əyildi. O, Breyl əlifbasını oxuyurmuş kimi barmağının ucunu metal ürəyə sürtürdü. Şübhə öz yerini getdikcə sarsıntıya verirdi.
– Sonluqlar… onlar sadəcə qopurlar. Onlar heç yana tökülmür.
– Bu, hərfdir, – Kara qətiyyətlə bildirdi.
–Epiqrafik Cənubi Ərəbistan yazısı, – Safiyə qədim ivrit və arami yazılarından əvvəl mövcud olmuş əlifbanı söyləyərək razılaşdı. – Bu, “B” hərfidir.
– Ürəyin yuxarı kamerasında görünənə bax.
– Sağ ürək qulaqcığında, – Kley arxadan yavaşca dedi.
Qadınların ikisi də təəccüblə dönüb arxaya baxdı.
– Mən bir vaxtlar qanın belə şeylər etdiyini bilənə qədər tibbdə oxumuşam… ümumiyyətlə səhər yediyimin pis təsiridir.
Kara heykələ tərəf çevrilib ştangenpərgarın ucunu yenidən gəzdirdi.
– Sağ ürək qulaqcığının əsas hissəsi hələ də qumla örtülüdür. Ancaq, mənə belə gəlir ki, orada daha bir hərf təsvir olunub.
Safiyə aşağı əyildi. Damarın görünən sonluğu əvvəlki qay-dada kobud şəkildə qoparılmışdı.
– Mən çox ehtiyatlı işləməli olacağam.
O, üzərində maqqaş, qələm və kiçik çəkic olan masaya ya-xınlaşdı. Safiyə lazımlı alətlərlə silahlanaraq, sərrast cərrah hərəkətlərilə işə başladı. O, sanki ağır əməliyyat aparırdı. Xəfif qumdan qələm və çəkiclə iri hissələri vurub çıxarır, sonra maqqaş və fırça ilə qırıntıları təmizləyirdi. Bir neçə dəqiqədən sonra ürək qulaqcığı təmamilə açıq idi.
Safiyə dalğın halda gözlərini ilk növbədə qan damarlarını xa-tırladan xətlərə zilləmişdi. Onlar həqiqətən də hərfləri təcəssüm edirdilər.
Bu rəsm adi təsadüflər üçün çox qəliz idi.
–Bu nə hərfidir? – Kley soruşdu.
–İngilis dilində bu hərfin dəqiq analoqu yoxdur, – Safiyə cavab verdi. – Bu hərf təxmini “ua” kimi səslənir. Ona görə də transliterasiyada o tez-tez ya “U-A” kimi təsvir edilir, ya da “U” kimi. Və təxminən belə də tələffüz edilir. Hərçənd, sözün düzünə qalsa, epiqrafik Cənubi Ərəb yazılarında sait səslər yoxdur.
Kara onun gözlərinə baxdı.
– Biz ürəyi çıxarmalıyıq, – o, təkrar etdi. Əgər orada başqa hərflər də varsa, onlar əks tərəfdə olmalıdı.
Safiyə başını yellədi. Ürəyin sol yarısı daş sinəyə bənd olmuş halda qalırdı. Gənc qadın heykəli daha dağıtmaq istəməsə də, ancaq maraq onu əlinə yenidən alət götürməyə vadar edirdi. Safiyə işə başladı. Ürəyi bürümüş qumu təmizləmək üçün ona yarım saat vaxt lazım idi. O, nəhayət sorucu aləti düzəldib iki əlli qulpundan yapışdı. Safiyə bütün qədim Ərəbistan tanrılarına dua edərək əzələlərini gərib sorucu aləti yuxarı qaldırdı.
Əvvəlcə ona elə gəldi ki, ürək davam gətirə bilmir, amma əslində o, Safiyənin ehtimal etdiyindən daha ağır idi. Safiyənin üzü gücənməkdən dəyişmişdi. O, qətiyyətli hərəkətlə ürəyi sinədən qoparıb çıxardı. Döşəməyə toz və qum qırıntıları töküldü. Kara tələskənliklə yaxınlaşdı. Safiyə cızılmaması üçün ürəyi yumşaq, kvadrat zamşa parçasının üstünə qoyduqdan sonra sorucu orqanı boşaltdı. Ürək böyrü üstə yuvarlandı. Bu hərəkət sakit xışıltı ilə müşayiət olundu.
Safiyə boylanıb baxdı. O biriləri bu səsi eşidiblərmi?
–Mən sizə demişdim ki, o, içəridə açıqdır. – Kley pıçıldadı.
Safiyə ürəyi zamşa parçasında əli ilə yellədi. Ağırlıq mərkəzi nəzərə çarpacaq dərəcədə yerini dəyişirdi. Gənc qadın nədənsə uşaq gəlinciklərini xatırladı.
– İçəridə maye var.
Kley geriyə çəkildi.
–Çox gözəl, ancaq, bu, qan olmasın. Mən yarılıb mumiya kimi bükülmüş meyitlərlə işləməyə üstünlük verirəm.
4
Təlatümlü sular
15 noyabr, saat 07:02
Yantszı çayı, Çin
–Mən İndiana Cons-filan deyiləm! – katerin reaktiv mühərrikinin səsini kəsərək, telefona qışqırdı. – Mənim adın Omahadır. Doktor Omaha Dann, Kara, və bu, sənə çox gözəl məlumdur!
Kara incik bir ah çəkərək cavab verdi:
–Omaha, İndiana… Nə fərqi var, lənətə gəlsin! Siz amerikalılarda adların hamısı oxşardır.
O, sükan çarxının üzərinə əyilərək kateri dolanbac çay bo-yunca tam sürətlə sürürdü. Yantszının hər iki tərəfdən sıldırım qayalarla sıxılmış bulanıq suları nahaq yerə “Dar Dərə” ad-landırılan dərəyə axırdı. Bir neçə ildən sonra “Üç dərə” bəndi da-şaraq bütün rayonu iki yüz fut dərinliyi olan sakit bir gölə qərq edəcəkdi; amma, hələ ki sualtı qayalar və şiddətli axınlar gursulu çay boyu üzməyə risk edən və dar boğazlardan keçən insana bir anlıq belə dinclik vermirdi.
Ancaq təhlükə təkcə qayalardan və su burulğanlarından gəl-mirdi. Katerin bortunun lap yaxınlığından güllə vıyıltı ilə keçdi. Xəbərdarlıq atəşi. Təqibçilər son dərəcə sürətli olan iki qara “Ski-mitar-170” skuterində katerə yaxınlaşırdılar.
– Qulaq as, Kara, nə istəyirsən?
Kater köpüklənən ləpədöyənə çıxdıqda bir anlıq havaya uç-du. Omaha oturacağın altına yıxıldı və bir əliylə sükandan möh-kəm yapışdı. Arxadan haray eşidildi. Omaha çiyninin üstündən qışqırdı:
– Bərk tut!
Kater ağır şəkildə şappıltı ilə suya düşdü. Harayın ardında inilti səsi gəldi.
– İndi isə davam et.
Omaha arxaya nəzər salaraq balaca qardaşı Denninin salamat olduğundan əmin oldu. O katerin arxa hissəsində yayılmış halda uzanmış, başı arxa oturacağın altındakı silahlar olan qutunun içinə girmişdi. Kateri təqib edən iki qara skuter amansızca ya-xınlaşırdı. Omaha əlindəki mikrofonu sıxdı.
– Silahı götür!
Qardaşı qoşalüləni götürərək yeşikdən çıxdı və biləyinin arxa tərəfi ilə burnunun üstündəki eynəyini düzəltdi.
– Hazırdır!
– Bəs patronlar?
– Hə, doğrudan…
Denni yenidən qutuya soxuldu. Omaha sakitcə başını buladı. Onun qardaşı məşhur paleontoloq idi. Artıq iyirmi dörd yaşında doktorluq dissertasiyasını müdafiə etmişdi, amma, adi məişət problemlərində yetişməmiş yeniyetmə olaraq qalırdı. Omaha ye-nidən mikrofonu dodaqlarına yaxınlaşdırdı.
– Kara, sən nə fikirləşmisən?
– Sizdə nə baş verir?
– Hələ ki, heç nə, amma, nə isə gözlənilir. Niyə mənə zəng eləmisən?
Uzun bir fasilə hökm sürdü. Omaha bunun Londondan Çinə qədər peyk vasitəsilə siqnal yaranmasının gecikməsi, ya da Karanın nə isə yeni bir şey fikirləşməsi nəticəsində olduğunu müəyyənləşdirə bilmədi. Hər iki halda onun özünün də yaxşıca fikirləşmək imkanı yarandı. O, artıq dörd il idi ki, Kara Kensinqtonla görüşmürdü. Elə o vaxtdan da Safiyə əl-Məazla nişanı pozmuşdu. Omaha bu telefon zənginin maraq xətrinə olmadığını başa düşürdü. Kara həyəcandan sözləri udaraq tez-tez danışırdı və o urəyində Safiyə üçün həyəcanlandı. Omaha başa düşürdü ki, onun yaxşı olduğundan əmin olmayanadək söhbəti qurtara bil-məyəcək.
Nəhayət Kara yenidən dilləndi:
– Mən Omana ekspedisiya göndərmək istəyirəm. İstərdim hərbi işlərə sən rəhbərlik edəsən. Mənim təklifin səni maraq-landırdı?
Omaha telefonu söndürməkdən özünü güclə saxladı. Deməli, bu axmaq zəngin səbəbi bu imiş.
– Yox, çox sağol.
– Bu çox vacibdir.
Omaha Karanın səsində ümidsizlik hiss etdi.
– Hansı vaxt çərçivəsində?
– Biz bir həftə sonra Məsqətdə yığışacağıq. Telefonda tə-fərrüatı ilə danışa bilmərəm, amma, söhbət çox mühüm açılışdan gedir. Bəlkə də Ərəbistan yarımadasının bütün tarixi yenidən ya-zılacaq.
Omaha cavab verməyə macal tapmamışdı ki, Denni onun yanına soxuldu.
– Mən hər iki lüləni doldurdum. Amma təsəvvür edə bilmirəm təqibçilərimizi hansı yolla dayandıracaqsan, axı patronların içindəki duzdur.
– Mən yox. Sən güllə atacaqsan. Gövdəni nişan al. Onları qor-xut, bir az vaxt qazan. Mənim onsuz da işim başımdan aşır.
Omaha içində peyk telefonu olan qutuya işarə etdi. Feni katerin arxa tərəfinə qayıtdı. Omaha qulaqcıqları başına keçi-rəndə Karanın sözlərinin sonunu tuta bildi:
– … olub? Kimi güllələyəcəkcən?
– Sakit ol. Biz sadəcə böyük susiçovullarını qorxutmaq is-təyirik.
Qulaqbatırıcı güllə səsindən o sözünü sona çatdıra bilmədi.
– Vura bilmədim! – Denni ürəyində deyindi.
Kara yenidən danışmağa başladı:
– Hə, ekspedisiya haqqında nə fikirləşirsən?
Denni tüfəngə yeni patron qoydu.
– Yenə atəş açım?
– Hə, lənətə gəlsin!
– Əla, –onun qışqırığını səhv başa düşən Kara sevindi. – Səni bir həftə sonra Maskatda gözləyirik. Yeri özün bilirsən.
– Gözlə! Mən heç də..
Amma əlaqə artıq kəsilmişdi. Omaha qulalıqları yerə atdı. Kara çox gözəl başa düşmüşdü ki, o ekspedisiyada iştirak etmək üçün razılıq vermədi. O həmişəki kimi sadəcə olaraq vəziyyətdən istifadə etdi.
– Mən onlardan birinin üzünə vurdum! – Denni heyrətlə qışqırdı. – Skuter sahilə döndü. Amma özünü qoru! İkincisi sağ bortdan bizə yaxınlaşır.
Omaha sağ tərəfə nəzər saldı. Axarlı qara “Skimitar” paralel kursla hərəkət edirdi. İçində nimdaş hərbi geyimli dörd adam bir az əyilmiş halda oturmuşdu. Keçmiş əsgərlərdir. Onlardan biri ruporu ağzına yaxınlaşdırdı. Amiranə intonasiya ilə deyilən çincə ifadələrin ümumi mənası aydın idi: “Dayanın, əks halda ölə-cəksiniz!” Bu tələbin ardından katerə tuşlanmış əl qumbaraatanı peyda oldu.
– Mən təslim oluram, bu dəfə də onlara duzlu güllə atmağın xeyri yoxdur, – Denni deyib, yorğun halda oturacağa oturdu.
Başqa seçimi olmayan Omaha qaz dəstəyini arxaya keçirərək, sürəti azaltdı. O əlini havada yelləyərək məğlubiyyətini etiraf etdiyini göstərdi. Denni yeşiyi açdı. Orada çox yaxşı qorunub saxlanmış üç daşlaşmış tirannozavr yumurtası var idi. Qobi səhrasında tapılmış bu yumurtalar Pekindəki muzey üçün nəzərdə tutulmuşdu. Bədbəxlikdən, bu cür qiymətli şeylərin pərəstişkarı çox olur. Xüsusi kolleksiyaçılar bu cür əmanətləri qara bazardan alaraq ağlasığmaz dərəcədə qiymətini qaldırırlar.
– Hazır ol, – Omaha qardaşına pıçıldadı.
Denni yeşiyi bağladı.
– Xahiş edirəm, demə ki ağlımdan keçəni edəcəksən.
– Hələ ki heç kim heç vaxt məndən heç nə oğurlamayıb. Bu yerlərdə qəbirləri talan edən təkcə mənəm.
Omaha mühərrikə bərkidilmiş azottərkibli yanacaqdan im-pulslu sürətləndiriciyə ötürən düymənin qapağını açdı. Bu kateri Yeni Zellandiyada bir ustadan almışdı. Ona qədər, kater turistlərin Oklend ətrafında çayboyu gəzintisinə xidmət etmişdi.
Onun diqqəti dolanbac çayın növbəti döngəsinə cəmləndi. Otuz yard. Əgər bəxti gətirsə.... Omaha düyməni basdı. Azottərkibli qaz ucluğa tokülüb impulslu sürətləndiricini alovlandırdı. Qoşa borunun içindən gurultulu səslə birlikdə alov dilər çıxdı. Katerin burnu yuxarı qalxdı; arxa tərəfi isə suya oturdu. Skuterdən qəzəbli qışqırıqlar eşidilirdi. Qəfil özlərini itirən təqibçilər qumbaraatanla nişan almağa macal tapmadılar.
Omaha mühərrikin idarəetmə lingini tamamilə irəli itələdi. Kater – alüminium və xromlanmış poladdan olan torpedo, sözün həqiqi mənasında suyun üzərində uçdu. Denni həyəcanla kəməri bağlamağa başladı.
– Aman Tanrım!
Omaha ayaqlarını dizdən əyərək şturvalda dayandı. Onlar suyun içindən çıxan ucu şiş qayaya çatanda Omaha arxaya bax-mağa risk etdi. Skuter onların ardınca sürətlə gəlirdi, qaçaqları tutmağa çalışırdı. Təqibçilərin bir mütləq üstünlüyü var idi. Par-laq işartı reaktiv bombanın buraxıldığından xəbər verirdi. Partlayış zamanı o ətrafda iyirmi metr radiusda hər şeyi məhv edir. Belə ki, hədəfə çox da yaxınlaşmaq tələb olunmur.
Omaha şturvalı cəld hərəkətlə sağa çevirdi, katerin sol bortunu yuxarı qaldıraraq suyu yardı və qayanın arxasına keçdi. Bomba katerin arxa tərəfinin çox yaxınlığından uçub keçdi. Omaha döngədən çıxıb kateri sakit bir şəkildə çayın gur sulu hissəsinə yönləndirdi. Bomba qarşıdakı sahildə qayaların arasında part-ladı. Tüstü və toz buludunun içindən partlayışdan xırdalanmış daşlar yerə tökülürdü.
Omaha qazı sona qədər sıxdı. Kater çox sürətlə irəliləyirdi, sanki suya heç toxunmurdu. Bununla yanaşı o özünü elə aparırdı ki, elə bil buz üzərində sürüşür. Arxadan, döngəni bürüyən dumanın içindən qara skuter göründü. Təqibçilər bombaatanı yeni bomba ilə doldururdular.
Onlara daha bir bomba atmaq imkanı vermək olmazdı. Xoş-bəxtlikdən Tesninada manevr etmək mümkün idi. Çayın bir-birini əvəz edən döngələri katerlərə bir-birini uzun müddət rahat görməyə imkan vermirdi, lakin, Omahanı da reaktiv sürətləndiricini söndürməyə və sürəti azlatmağa məcbur etmişdi.
– Biz onlardan qopa biləcəyik? – Denni soruşdu.
– Çıxış yolumuzun olduğunu düşünmürəm.
– Bəlkə bu lənətə gəlmiş yumurtaları onlara verək? Məncə bi-zim həyatımız daha qiymətlidir.
Omaha qardaşının sadəlövhlüyündən heyrətlənərək başını buladı. Onların doğma qardaş olduğuna inanmaq çətin idi. Hər ikisi eyni boyda – altı fut iki dyum idi, hər ikisinin saçları qızılı sarı idi. Amma, Denni elə görünürdü sanki məftillərlə bir-birinə bağlanmış sümüklərdən ibarətdir. Omahanın sümükləri isə hə-yatın keşməkeşlərində möhkəmlənmiş əzələ qatı ilə örtülmüş, dərisi isə altı qitədən beşinin günəşində yanmışdı. Böyük qardaşı balaca qardaşdan ayrı salan on il ağacın mişar yerindəki illik halqalar kimi onun üzündə, gözlərinin kənarlarında və alnında dərin qırışlar qoymuşdu. Bu onun izləri idi ki, o həddindən artıq qaşqabağını tökür və yetərincə gülümsəmirdi.
Denni isə toxunulmaz qalmışdı, hamar, təmiz kağız kimi nə vaxtsa oraya nə isə yazılacağını gözləyirdi. O Kolumbiya universitetində sürətlə irəliləmiş və inanılmaz dərəcədə tez bir zamanda dissertasiyasını müdafiə etmişdi. Omaha şübhələnirdi ki, qardaşının bu cür yuxarı qalxmasına səbəb tezliklə ona qoşulmaq və dünyanı gəzmək həvəsi ola bilər.
Bu da dünya: səhərdən axşama qədər iş, çox nadir hallarda duş qəbul etmək imkanı, üfunətli çadırlar və dərinin hər bir qırışında çirk və tər. Bütün bunlar nə üçündür? Onun üçün ki, tapıntı hansısa quldurların əlinə keçsin?
– Əgər biz yumurtaları onlara versək..
– Onlar onsuz da bizi öldürəcəklər, – Omaha kateri növbəti böyük döngəyə buraxaraq cümləni sonlandırdı. – Bu uşaqlar özlərindən sonra iz qoymağı xoşlamırlar.
Denni katerin arxa hissəsinə nəzər saldı.
– Deməli, biz qaçırıq.
– Bacardığımız qədər tez.
Skuter döngədə göründü və “Skimitarın” mühərrikinin səsi daha da gur gəldi. Təqibçilər aradakı məsafəni azaldırdılar. Omaha sürət yığmalı idi. Sürətləndiricinin forsunkalarının sonadək açılması üçün isə sakit və uzun su hövzəsi olmalı idi ki, təqibçilər daha bir atəş aça bilsinlər.
Omaha kateri çayın dar axarı boyunca döndərdi. Çox həyəcanlı olduğundan su ilə örtüldüş daşı görə bilmədi. Kater qaya parçasının üzərinə keçdi, bir anlıq dayandı, sonra isə alüminiumdan olan gövdə qıcırtı ilə qayadan ayrılıb şappıltı ilə suya düşdü.
– Heç də yaxşı olmadı – Denni dedi.
Tamamilə doğrudur. Omaha üz-gözünü turşutdu. O ayaqları altında katerin gövdəsinin titrədiyini hiss etdi. Hətta sakit suda belə. Şübhəsiz nə isə qopmuşdu.
Və yenidən “Skimitarın” mühərriki möhkəm guruldadı.
Omaha növbəti döngəni hesablayaraq təqibçilərə nəzər saldı. Aradakı məsafə yetmiş yarddan az idi. O irəli döndüyü zaman Denninin qorxudan qışqırdığını eşitdi. Qabaqda üzəri ağ köpüklə örtülü su qaynayırdı. O burada iki dik qaya ilə sıxılmışdı. Dar, uzun su hövzəsi – həddindən artıq dar və həddindən artıq uzun.
Əgər haradasa sahilə yan almaq və şanslarını quruda sınamaq mümkün olsa idi Omaha risk edərdi. Ancaq seçim yox idi. O sualtı daşlara baxaraq, axına nəzarət edərək kateri çay boyu üzü aşağı sürməyə davam edirdi. Onun ağlına yeni plan gəldi.
– Denni, bu sənin xoşuna gəlməyəcək.
– Nə?
Omaha axının dörddə birini keçib kiçik körfəzə istiqamət aldı və dairə cızaraq, burnunu axının əks istiqamətinə tutdu.
– Sən nə fikirləşmisən?
– Katerin altı deşilib, – Omaha izah etdi. – İndi biz onlardan qaça bilməyəcəyik. Döyüşmək lazım gələcək.
Denni qoşalülənin darağını şaqqıldatdı.
– Reaktiv qumbaraatana qarşı duz gülləsi?
– Əsas element təhlükəsizlik, həmçinin dəqiq hesablamadır.
Omaha qazı sonadək sıxaraq, kateri çay axını istiqamətinə çevirdi. O düşündüyü xəritə üzrə hərəkət edirdi: bu kandarın ya-nından dolanıb keçmək, burulğandan dönmək, axını kəsən qayanın arxasına keçmək, daha sakit bir yerə sığınmaq. Onun nəzərləri davamlı axan su altında cilalanmış qaya parçasının sudakı əksinə tuşlandı.
Skuter yaxınlaşdıqca, mühərrikinin səsi daha da yüksəlirdi.
– Budur onlar… – Denni eynəyini düzəldərək dedi.
Omaha döngədə görünən “Skimitar”a nəzər saldı. Qapağı açaraq, baş barmağını reaktiv sürətləndiricini idarə edən düymənin üzərinə qoydu və qapaqları maksimum sürətə keçirdi. Ya hər şey, ya da heç nə.
“Skimitar” qayanın arxasına keçdi və təqibçilər qaçaqları gördülər. Yəqin, onlar elə güman etdilər ki, qaçaqlar güclü su burulğanına düşüb ilişib qalıblar. Skuter sürəti azaltmağa başladı, amma, inersiya və çayın axını onu dayanmadan kandara çəkirdi. İndi təqibçilərlə aradakı məsafə cəmi on yard idi. Qumbaraatandan atəş açmaq üçün, məsafə çox yaxın idi. Qəlpələr skuterə və içində olan insanlara zərər yetirəcəkdi.
Ortaya sakitlik çökdü. Ən azından, belə görünürdü.
– Möhkəm dayan! – Omaha qardaşına xəbərdarlıq edib, reaktiv sürətləndiricinin düyməsini sıxdı.
Elə bil, kim isə katerin arxa hissəsin altında bir qutu trotil partlatdı. Omaha kateri hündür dalğaya doğru sürdü. Katerin arxa hissəsi suyun altındakı daşa ilişdi. Burnu isə hamar daşın üzərində sürüşərək arxa hissəni aşağı saldı. Hər iki tərəfdən çıxan reaktiv cərəyanlar alüminiumdan olan korpusu az qalsın şaquli vəziyyətə gətirdi. Kater ardınca alovlu iz qoyub, havaya qalxraq dalğanın üzərindən uçdu.
Denni dəhşət içində qışqırdı və bu dəfə Omaha da qardaşına qoşuldu.
Kater “Skimitar”ın üzərində havada dayandı, amma, əslində o, uçuş üçün nəzərdə tutulmamışdı. Azottərkibli qarışıq forsunkalara daxil olmadığı an reaktiv sürətləndirici söndü və kater karbon lifli plastik korpusu olan “Skimitar”ın üstünə düşdü.
Zərbədən Omahanın yanı ağrıdı. Katerin bortundan içəri su doldu amma o yenidən həmin dəqiqə suyun səthinə qalxdı.
– Denni!
– Hələ sağam.
Olanlardan sarsılan qardaşı kəməri bağlanmış halda otu-rurdu. Omaha ehtiyyatla borta tərəf süründü və aşağı baxdı.
Skuterin korpusu parça-parça olmuşdu. Qırıntılar hərəsi bir tərəfə üzürdü. Onların arasında suya üzü üstə uzanmış cəsəd yellənirdi. Bulanıq çaya qan yayılırdı. Havadan yanacağın kəskin qoxusu gəlirdi. Amma axın kateri sakit bir şəkildə qırıntılardan uzaqlaşdırırdı. Belə ki partlayış olsaydı belə təhlükəli deyildi.
Omaha suda həyəcanla qırıntılara tutunan iki adam gördü. Onlar öz imrovizə olunmuş üzmə vasitələri ilə coşqun axın boyu aşağı üzürdülər. Görünür, artıq dinozavr yumurtalarına maraqları itmişdi. Omaha şturvala qayıdaraq mühərriki yoxladı. Alüminiumdan olan korpus əzilmiş, kil sınmışdı, amma, ən azından kater hələ də üzmək üçün yararlı idi. Omaha avarı götürdü. Denni də kəmərini açıb digər avarı götürdü.
– Sonra nə edəcəyik?
– İkinci skuter gəlib çatmamış kömək çağıracağıq.
– Sən kimə müraciət etmək fikrindəsən?
***
Qrinviç meridianı üzrə saat 12:05
Oturacağın üzərindəki telefon zəng çalanda Safiyə səliqə ilə dəmir ürəyi tərkibində turşu olmayan xüsusi qablaşdırma kağızına bükürdü. Bu Karanın mobil telefonu idi. Kara Safiyə və Kleyə dediyi kimi, bir az havasını dəyişmək üçün telefonu orada qoyub yenə tualetə getmişdi. Amma Safiyə həqiqi səbəbin nədən ibarət olduğunu bilirdi. Həblərin yeni dozası.
Telefon hələ də zəng çalırdı.
– Bəlkə mən cavab verim? – ştativi yığan Kley təklif etdi.
Safiyə telefonu özü götürdü. Birdən çox vacib nə isə olar.
– Alo, – aparatı qaldıraraq dedi.
Yad həmsöhbət öskürərək boğazını arıtladı.
– Safiyə? – ona çox yaxşı tanış olan, yumşaq, təəccüblənmiş səs eşidildi.
Safiyəyə elə gəldi ki, bədənindəki bütün qan ayaqlarına axdı.
– Omaha?
– Mən… mən Karaya zəng etmişdim. Bilmirdim ki, sən onun yanındasan.
O güclə ağzını aça bildi. Səsi süni səsləndi.
– Kara hazırda məşğuldur. Əgər gözləsən mən…
– Safiyə!
Dəstəyi asmağa hazırlaşan Safiyə bir anlıq dondu və telefonu elə tutdu ki, sanki ondan necə istifadə etmək qaydasını unutmuş-du. Telefondan Omahanın sakit səsi gəlirdi.
– Mən bəlkə…
Onun dili topuq vurdu və nəhayət neytral məsələ üzərində dayandı.
– Madam ki, Kara ilə birlikdəsən, deməli, bütün bunların nə demək olduğu sənə aydın olmalıdır. Məni hansı ekspedisiyaya cəlb etmək istəyirlər?
Safiyə telefonu qulağına sıxdı. O işgüzar danışıq apara bilərdi.
– Uzun məsələdir, amma, biz burada nə isə tapmışıq. Misli görülməmiş, qeyri-adi bir şeydir. Bu bizə Ubarın tarixçəsinə tamamilə yeni istiqamətdə nəzər salmağa kömək edəcək.
– Ubarın?
– Tamamilə doğrudur.
Yenə uzun bir fasilə oldu.
– Belə çıxır ki, bunun Karanın atasına nə isə bir aidiyyatı var.
– Bəli. Mümkündür. Nəhayət ki, Kara əhəmiyyətli bir şeyə rast gəldi.
– Sən də ekspedisiyada iştirak edəcəksən? – Omaha boğuq səslə soruşdu.
– Yox, mən burda olsam daha çox xeyirim dəyər.
– Cəfəngiyatdır! – Omaha qışqırdı. O, elə ucadan və sürətlə danışdı ki, Safiyə telefonu qulağından ayırmağa məcbur oldu. – Ubar və onun həyatı haqqında bu yer üzündə yaşayan canlılardan ən çox sən bilirsən. Sən getməlisən! Karaya görə olmasa da, özünə görə!
– O, düz deyir, – Omahanın son sözlərini eşidən Kara rəfiqəsinə yaxınlaşdı. – Bu tapmacanı və qarşılaşacağımız hər şeyi o halda həll edə bilərik ki, sən bizimlə olasan.
Safiyə özünü tələyə düşmüş hiss edərək rəfiqəsinə baxdı. Kara əlini uzadıb ondan telefonu aldı.
– Omaha, o bizimlə gedir.
Safiyə ağzını açmışdı ki, etiraz etsin, lakin Kara həm ona, həm də Omaha müraciət edərək, – bu çox vacibdir – deyib, onun sözünü kəsdi. Karanın gözləri narkotikin təsirindən həyəcanla parlayırdı.
– Mən sizin heç birinizdən etiraz qəbul etməyəcəyəm.
– Mən razıyam, – Safiyə Omahanın telefondakı pıçıltısını eşitdi. – Yeri gəlmişkən, mənim burdan xilas olmağıma kömək etsəniz, heç də narazı olmaram.
Kara telefonu götürüb, kənara çəkildi. Səsini çıxarmadan Omahanın ona söylədiklərini dinlədi və dedi:
– Qulaq as, İndiana, heç bir dəfə də olsun çətin vəziyyətə düşməmisənmi? Yaxşı, məndə sənin “GPS” vasitəsilə aldığım koordinatların var. Bir saat sonra dalınca vertolyot gələcək.
O telefonu çırparaq bağladı və Safiyəyə döndü.
– Bilirsən, çox yaxşı olub ki, sizdə heç nə alınmayıb.
– Kara…
– Sən bizimlə gedirsən. Bir həftədən sonra yola düşürük. Sən bunu mənə görə etməlisən.
O iti addımlarla salondan çıxdı, Kley isə bir az fasilədən sonra utana-utana dedi:
– Mən də sizinlə getməyə etiraz etməzdim.
Safiyə üz-gözünü turşutdu. Amerikalı gənc aspirant həqiqətən də heç nə anlamırdı. Bəlkə də bu xeyrə idi. Safiyəyə elə gəldi ki, sanki o toxunmamalı olduğu nəyəsə toxunmuşdu.
5
Kəndir üstündə gəzinti
15 noyabr, Qrinviç üzrə saat 02:12
London, İngiltərə
Karanın gedişindən bir neçə sat sonra Safiyə öz qaranlıq kabinetində oturmuşdu. Qaranlıq otaqda çoxlu qəzetlərin və oxunmuş jurnalların içində təkcə stolüstü lampa gözə dəyirdi. Axı Kara ondan cəmi bir həftəyə hazırlaşıb Omana getməyi necə tələb edə bilərdi? Xüsusən də qalereyadakı partlayışdan sonra. Burada hələ o qədər iş var ki..
O gedə bilməz, vəssalam. Kara sadəcə olaraq bunu anlamalıdır. Əgər başa düşməsə, artıq bunun Safiyəyə dəxli yoxdur. O özünə necə sərf edirsə, elə də hərəkət edəcək. Bu dərsi o öz psixoterapevtindən almışdı. Həyatını az da olsa yerbəyer etməyə, artıq gündüzlər rahatlıq tapıb, gecələr kabuslar görməmək ona dörd ilə başa gəlmişdi. Onun evi buradadır və o hansısa xəyali simurq quşunun Oman səhralarında dalınca qaçmaq üçün öz evini atmayacaq. Üstəgəl Omaha Dann ilə həlli çətin olan vacib məsələ..
Safiyə fikri dağınıq halda karandaşın başındakı pozanı çeynəyirdi. Son on iki saat ərzində bu onun yeganə yeməyi idi. O başa düşürdü ki, artıq muzeydən getməli, küçənin tinindəki pabda gecikmiş şam yeməyini ayaqüstü yedikdən sonra bir neçə saat yatmağa çalışmalıdır. Billi də bütün günü diqqətdən kənar qalmışdı. Səhvi düzəltmək üçün onu bir tikə təzə ton balığına qonaq etmək pis olmazdı.
Bununla belə özünü yerindən tərpənməyə məcbur edə bilmirdi. Omaha ilə söhbətini elə hey təkrar-təkrar fikirləşirdi. Ürəyindəki köhnə yarası yenidən sızladı. Axı niyə o telefonu götürdü…
Safiyə Omaha ilə on il əvvə Suharada tanış omuşdu. İyirmi iki yaşlı Oksford məzunu o zaman hələ Cənubi Ərəbistanda partiya nüfuzu haqqında dissertasiya üçün məlumat toplayırdı. Omaha da Oman səfirliyindən mübahisəli ərazidə tədqiqat işləri aparılması üçün təsdiqnamə gözlədiyindən həmin sahil şəhərində ilişib qalmışdı.
– Siz ingiliscə danışa bilirsiniz? – Omahanın Safiyəyə müra-ciətində ilk sözləri belə olmuşdu.
O, üzü Ərəb dənizinə baxan kiçik yataqxananın eyvanında masa arxasında işləyirdi. Suhara ətrafında tədqiqat işi aparan bütün kasıb tələbələr bu yataqxanaya toplaşmışdılar. Çünki burada otaq kirayələmək çox ucuz idi və yeganə yer idi ki, dadlı kofe verirdilər.
Safiyə işindən ayrılmağa məcbur olduğu üçün kobud cavab verdi:
– Cənab, əminəm ki Boyük britaniyanın vətəndaşı olaraq ingilis dilində sizdən daha yaxşı danışıram.
Başını qaldırdığı zaman o qarşısında qızılı saçlı, mavi gözlü, açıq rəngli saqqalı olan, babaşında Oman milli baş geyimi, əynində kohnəlmiş paltar və üzündə utancaq təbəssüm olan cavan oğlan gördü.
– Üzr istəyirəm, – o davam etdi. – Görürəm sizdə “Ərəbistan arxeologiyası və epiqrafik məktub” jurnalının beşinci sayı var. Onu bir dəqiqəlik mənə verə bilməzsiniz? Bir məqaləyə nəzər salmalıyam.
Safiyə jurnalı götürdü.
– Məhz hansı məqaləyə?
– “Oman və Birləşmiş Ərəb Əmirlikləri Ptolomeyin xəritəsində” məqaləsinə. Mən sərhəd rayonlarına yola düşürəm.
– Bəs belə! Mən isə elə hesab edirdim ki, oralar əcnəbilər üçün qapalı ərazilərdir.
Omahanın üzündə yenə təbəssüm yarandı, amma, bu dəfə bir az gülüşlə qarışıq idi.
– Siz düz başa düşdünüz. Sərhəd rayonlarına getməyə ümid etdiyimi deməli idim. Hələ də konsulluqdan cavab almamışam.
Safiyə stulun arxasına söykənərək həmsöhbətini başdan ayağadək maraqla süzdü və ərəb dilinə keçdi.
– Siz orada nə ilə məşğul olmaq fikrindəsiniz?
Bir an belə olsun özünü itirməyən gənc oğlan da ərəbcə cavab verdi:
– Sərhəd rayonları mübahisəsinin həllinə yardım etməyə ha-zırlaşıram… Qəbilələrin qədim adətənlərindən yararlanaraq, tarixi predenetlərə istinad etməyə çalışacağam.
Safiyə onun regionun coğrafiyasını nə dərəcədə bildiyini öy-rənmək məqsədilə, nitqinə ərəbcə davam etdi.
– Siz gərək xüsusilə Umm-əl-Səmimdə daha ehtiyyatlı olasınız.
– Bəli, axan qumlar – əcnəbi cavab verdi. – Mən bu məkrli yerlər haqqında oxumuşam.
Onun baxışları maraqdan alışıb yanırdı. Safiyənin ürəyi yumşalıb jurnalı ona uzatdı.
– Amma, unutmayın ki, bu Ərəbistan tədqiqatla institutundakı yeganə nüsxədir. Sizdən jurnalı buradan heç yerə aparmamağınızı xahiş edirəm.
– Ərəbistan tədqiqatlar institutu dediniz? – əcnəbi ona bir addım yaxınlaşdı. Bu “Kensinqton neft quyuları”nın vəsaitləri hesabına fəaliyyən göstərən həmin idarədir, deyilmi?
– Bəli, nə olub ki?
– İnstitutun rəhbərliyi ilə əlaqə saxlamağa çox cəhd etdim ki, Oman səfirliyindəki dişli çarxları yağlamaqda mənə kömək etsinlər, amma, heç kim məktublarıma və zənglərimə cavab vermək istəmir. Bu müəssisəyə daxil olmaq onun sponsoru Kara Kensinqtonun idarəsinə daxil olmaqdan heç də asan deyil.
– Hm, – Safiyə qeyri-müəyyən münasibətini bildirdi.
Omaha Dann özünü təqdim etdikdən sonra onun yanındakı stulda əyləşib jurnalı oxumaq üçün icazə istədi. Safiyə stulu ona tərəf çəkdi.
– Eşitdim burada çox dadlı qəhvə hazırlayırlar, – doktor Dann əyləşərək dedi.
– Amma, çay daha yaxşıdır, – Safiyə etiraz etdi. – Yeri gəlmişkən, mən ingilisəm axı.
Bir müddət onlar susdular. Biri kofesini, digəri isə çayını içərək hər ikisi öz jurnalını oxuyur, hərdənbir bir-birinə oğrun nəzərlərlə baxırdılar. Qonağının arxasındakı eyvan qapısının açıldığını görən Safiyə əl yellədi. Amerikalı arxeoloq üzünü çevirib baxdıqda təəccübdən gözləri hədəqəsindən çıxdı.
– Doktor Dann, – Safiyə sakit bir səslə dedi – icazə verin xanım Kara Kensinqtonu sizə təqdim edim. Onun da ingiliscə danışdığını öyrənməyinizə şad olacaqsınız.
Safiyə gənc amerikalının necə rənginin qaçdığını və bir anda tutulduğunu uşaq kimi təəccüblə seyr etdi.
Hər üçü Ərəbistan yarımadasındakı hadisələri axşam düşənə qədər müzakirə etdilər və sonra söhbət evdə Ərəbistan tarixindən maraqlı faktları bir-birilə bölüşməklə davam etdi. Günəşin batmasına az qalmış Kara doktor Danna ekspedisiyanın təşkilinə yardım edəcəyini söz verərək yerli ticarət palatasının üzvləri ilə işgüzar şam yeməyinə getdi.
– Zənn edirəm ki, sizə borclandım və sizi şam yeməyinə dəvət etməliyəm, – Kara gedəndə o dedi.
– Mən isə düşünürəm ki, sizin dəvətinizi qəbul etməliyəm.
Onlar kral skumbriyası kababı və istiotlu yerli ruhal kökələrindən tələsmədən zövq alaraq axşamı birlikdə keçirdilər. Günəşin batdığı və səmada ulduzların sayrışdığı vaxta qədər söhbət etdilər. Bu şam yeməyi onların ilk görüşü oldu. İkinci görüş yarım ildən sonra – Omahanın müsəlman ziyarətgahına icazəsiz daxil olma səbəbindən düşdüyü Yəmən həbsxanasından azad olmasından sonra baş tutdu. Sonra onlar zaman-zaman altı qitədən dördündə görüşməyə davam etdilər. Bir gün Milad günü Omaha Nebraska ştatında, Linkolnda öz ata-baba evində Safiyənin oturduğu divanın qarşısında diz çökərək ona evlənmə təklif etdi. O həyatında hələ heç vaxt bu cür xoşbəxt olmamışdı.