Kitabı oku: «Qum fırtınası», sayfa 5
Bu, Safiyə idi. Kara rəfiqəsinin səsində bir narahatlıq duydu. Tək Safiyə Karanın qəlbində nə cür yük olduğunu bilirdi.
– İndi gəlirəm.
Kara plastmas şüşəni çantasına atıb düyməni bağladı. Preparatdan qəbul edilmiş ilk enerji dalğası ümidsizlik hissini bir qədər zəiflətdi. Nəticədə bir dəfə də boş yerə saçlarını düzəltməyə cəhd edən Kara qapıya yaxınlaşıb onu taybatay açdı və müvəqqəti laboratoriya üçün seçilmiş zala – Britaniya muzeyindəki məşhur Tağlı zala daxil oldu. 1839-cu ildə tikilmiş və muzeyin qərb cinahında yerləşən ikiyaruslu bu yer erkən viktorian arxitektor xüsusiyyətlərinə malik idi – kitabxana şkaflarının cərgələri, döymə çuqun ayaqyeri və keçidləri, tavanın bükülmüş arkaları, irihəcmli taxçalar. Bu divarlar üzlük geydirilmiş qədim kitablar cərgəsinin və qədim yazıların olduğu lövhəciklərin arasında yığılmış Çarlz Darvini, Livinqstonu, Krallığın elmi icmasının üzvlərini xatırladırdı. Heç vaxt geniş publikaya açılmayan bu zal indi Yaxın Şərqin qədim tarixi şöbəsində elmi mərkəz və köməkçi arxiv kimi istifadə edilirdi.
Bu günsə bəzi seçilmiş insanlar istisna olaraq hamının üzünə bağlı olan Tağlı zal improvizə edilmiş morqa çevrilmişdi. Kara başsız, əlsiz, küncdə xərəyin üstündə olan daş heykələ baxdı. Şimal cinahda yerləşən qədim heykəldən yalnız bu qalmışdı. Safiyə qırıntının zibillikdən çıxarıb bura, təhlükəsiz yerə gətirilməsini israr etdi.
Heykəli iki hallogen lampaları işıqlandırırdı, masanın yanında isə tibbi əməliyyat alətlərinə bənzər müxtəlif ölçülü qələmlər, çəkiclər və fırçalar düzülmüşdü.
Safiyə əllərinə lateks əlcəkləri keçirdi. O, kip döşlükdə idi: gözlərini qoruyucu eynəklər örtürdü.
– Hamı hazırdı?
Kara başını tərpətdi.
– Qocanın sinəsini doğramağı təklif edirəm – gənc oğlan adi, kobud amerikalı şövqü ilə səsini çıxardı.
Qalereyada işləyən hər kəsə bələd olan Kara Şimal-Qərb universitetinin aspirantı Kley Bişopu tanıyırdı. Bu gün axşam operator-dokumentalist olacaq bu oğlan ştativə quraşdırılmış rəqəmsal videokamera daşıyırdı.
– Cənab Bişop, daha çox ehtiram göstərin, – Safiyə xahiş etdi.
– Bağışlayın, – Bişop sözlərinin həqiqiliyinə şübhə yaradacaq hiyləgər təbəssümlə tələsik cavab verdi.
Gələcək nəslin ucaboy nümayəndəsi olan Bişop xoş görkəmə malik idi. Onun geyimi cins şalvardan, üzərində rok ulduz portreti olan qara futbolkadan və indi nə zamansa ağ rəngdə olduğuna çətin inanılan krassovkadan ibarət idi. Gənc oğlan qəddini düzəldib çılpaq qarnının zolaqlarını nümayiş etdirərək əlini uzadıb başındakı kürən kirpiyə çəkdi. Onun elm həmkarlarına mənsub olduğunu bildirən yeganə əlamət qara haşiyələrdə qalın şüşələri olan və yenidən dəbdə minməsi üçün kifayət qədər yaraşıqsız eynək idi.
– Doktor əl-Məaz, məndə hər şey hazırdır.
– Əla!
Halogen lampalarının saldıqları işıqlığa tərəf addımlayan Safiyə alətlərin yığıldığı masaya yaxınlaşdı. Kara qarşı tərəfdən müşahidə etmək üçün dövrə vurub “aşkar edilmənin” iştirakında yeganə kənar adam olan təhlükəsizlik xidmətinin rəisi Rayan Flemminqin yanında dayandı. Görünür, Kara tualetdə olarkən o gəlmişdi. Flemminq ona başını yellədi və onun görünüşündən aydın oldu ki, muzeyin bir çox əməkdaşları kimi o da Karanın yanında özünü narahat hiss edirdi.
Safiyə ölçü götürərkən, Flemminq arabir öskürürdü.
– Mən sizin kəşfiniz haqqında eşidən kimi bura gəldim, – o, Karaya müraciət edərək mızıldandı.
– Niyə? – Kara soruşdu. – Bu təhlükəsizlik anlamı ilə əlqədardır?
– Yox, sadəcə maraqlandım. Hər gün içində ürək olan heykəl tapılmır. – Flemminq heykəli başı ilə göstərib cavab verdi.
Bu həqiqətən belə idi, baxmayaraq ki, Kara düşünürdü ki, Flemminqi bura ürək məsələsi ilə əlaqədar yox, başqa niyyətlə gətiriblər. Təhlükəsizlik xidmətinin rəisinin nəzərləri qəribə daşdan çox Safiyəyə dikilmişdi. Onun simasında bir coşqunluq var idi.
Kara heykəlin üstünə əyildi. Təbii ölçüdə bütün anatomik xüsusiyyətərə riayət olunan ürək şübhəsiz ki, metalaxtaranlar aşkar etdikləri hansısa metal filizdən hazırlanmışdı. Bununla belə Karada belə bir hiss yarandı ki, əgər o ürəyə bir az çox baxsa o, döyünməyə başlayacaq.
Safiyə almaz bıçaqla heykəlin qalığına yaxınlaşdı və daşda gizlənmiş ürəyin ətrafında düzgün kvadrat çəkərək səliqə ilə şüşəni çızdı.
– Mən daha çox qorunmasını istəyirəm. Ümid edirəm ki, ərimiş qum qatı qalan hissə ilə az əlaqəlidir.
Sonra Safiyə şüşə kvadrata sorucu orqan yapışdırıb qulpundan bərk yapışdı. Taxta çəkic götürərək var gücü ilə şüşəşəkilli kvadratın perimetrini döyəclədi. Sıyrıntının altında kiçik çatlar yarandı. Hər zərbə səsindən hamı səksənirdi. Hətta Kara barmaqlarını yumruğunda sıxırdı.
Tək bircə Safiyə sakit idi. Kara bilirdi ki, rəfiqəsi stres vəziyyətində vahimə hücumuna davam gətirə bilmirdi. Ancaq, vərdiş etdiyi mühitdə sevdiyi işlə məşğul olarkən almaz rezakda olduğu kimi sarsılmaz və kəskin olur. Gənc qadın zen-buddizm ardıcıllarının təmkini ilə sakit topluluqda işləyirdi. Bununla belə Kara rəfiqəsinin baxışlarında bir parıltı görürdü. Fərəhli ehtiras parıltısı. Kara çoxdan idi ki, nə zamansa solğun kölgəyə dönmüş simalı qadın olan Safiyənin gözlərində buna bənzər bir şey gör-məmişdi.
– Ümid edirəm ki, bu, kifayət edəcək.
O, taxta çəkici kənara qoyub kiçik fırça ilə şüşə qırıntısı və qum zərrələrini yuxarı hissələrini bütövlükdə təmizlədi. Sonra şüşəli kvadratı tərpədərək sorucu alətin qulpunu əvvəlcə bir, sonra başqa istiqamətdə yüngülcə sıxdı. Safiyə birdən qəfil hərəkətlə boşalmış şüşənin bir parçasını qaldıraraq sorucu aləti yuxarı dartdı.
Kara yaxın gələrək heykəlin açılmış sinəsinə baxdı. Məlum olduğu kimi əvvəl Karaya göründüyünün əksinə olaraq, ürək tam şəkildə yerinə yetirilmişdi. Hər bir kamera üst hissədəki damarlar və nazik arteriyalar da daxil olmaqla bütün təfsilatı ilə hazırlanmışdı. Ürək rahatlıqla quma oturmuşdu. Safiyə şüşəni sorucu alətdən ehtiyatla ayıraraq onu çevirdi. Ərimiş daşın içəri tərəfində ürəyin üst hissəsi aydın vəziyyətdə möhürlənmişdi. Safiyə videokameranın obyektivinə tərəf döndü.
– Kley, yaxşı çəkirsən?
Nişanlayıcıya tərəf əyilən Kley dabanları üstə səndələdi.
– Lənətə gələsən, bu ki, fantastikadır.
– Bunu müsbət cavab hesab edirəm.
Safiyə şüşəni masanın üstünə endirdi.
– Bəs ürək necə olsun? – Flemminq soruşdu.
Safiyə heykələ tərəf çevrilib açılmış “sinənin” üzərinə əyildi. O, ehtiyatla fırçanın dəstəyi ilə ürəyi taqqıldatdı. Hamı aydın səsi eşitdi.
– Şübhəsiz ki, bu, metaldır. Kürən rəngə əsasən, yəqin ki, tuncdur.
– Səs elə gəlir ki, sanki, ürəyin içi boşdur, – Kley ştativi yaxşı rakurs götürməyi üçün münasib vəziyyətdə qoyaraq söylədi. Onu tərpədin.
Safiyə başını tərpətdi.
– Bunu etməsək yaxşıdır. Görürsünüzmü, qum öz çıxıntılarıyla ürəyi əhatə edir? O, çox möhkəm oturub. Hesab edirəm ki, onu tərpətmək lazım deyil. Nəyəsə başlamazdan öncə ürəyi mütləq başqa tədqiqatçılara göstərmək lazımdır.
Kara son dəqiqə ərzində nəfəs almağa cürət etmədi. Ürəyi qeyzlə qulağının dibində döyünürdü, amfitaminin buna aidiyyatı yox idi. Doğrudanmı ondan başqa bunu görən olmadı?
O, sual verməyə macal tapmamış Tağlı zalın dərinliyində qapı çırpıldı. Gözlənilməzlikdən hamı səskəsndi. Yaxınlaşan addımların səsi eşidilirdi. Bu, iki kişi idi.
Safiyə halogen lampanın işığını kitabxananın dərinliyinə saldı.
Bu, direktor Taysondur.
–Edqar, – Kara qabağa keçdi, – siz burada nə edirsiniz?
Muzeyin direktoru kənara çəkilib nəzərlərini öz həmsöh-bətinə çevirdi. O, Böyük London polisinin qətl şöbəsinin müstəntiqi idi.
– Sizin parlaq kəşfiniz haqqında xəbər bizə çatanda inspektor Semuelson mənimə birgə idi. Biz həmin vaxt bitirmişdik və bu valehedici tapıntıya şəxsən baxmaq üçün icazə istədi. Məgər onun bizə göstərdiyi köməyini nəzərə alaraq mən etiraz edə bilərdim?
– Sözsüz, – Kara acığını gizlədərk nəzakətlə cavab verdi. – Siz elə vaxtında gəlmisiniz.
O, yeni gələnləri improvizasiya edilmiş əməliyyat stoluna dəvət edərək jest elədi. Onun şəxsi açılışına hələ çox gözləmək lazım gələcək.
– Flemminq öz rəisinə tərəf çevrildi.
– Hesab edirəm ki, biz kifayət qədər baxdıq. Gedib gecə növ-bəsini yoxlamaq lazımdır.
O, çıxışa tərəf yönəlib Safiyəyə mürəciət etmək üçün ləngidi.
– Sizin işinizə baxmağa izn verdiyiniz üçün sizə təşəkkür edi-rəm.
– Buyurun, – Aşkar olunmuş ürəkdən başqa heç bir şey haq- qında düşünmək iqtidarında olmayan Safiyə fikri dağınıq halda cavab verdi.
Təhlükəsizlik xidməti rəisinin nəzərlərini Safiyənin üzərində uzun-uzadı saxlayıb, onu etinasızlıqla yaralayaraq çevrilməsi Ka-ranın gözündən yayınmadı. Safiyənin gözləri öz işindən başqa hər zaman hər şeyə kor olacaq. Rayan Flemminqdən də əhə-miyyətli kişilər onun həyatında yer tapa bilməmişdilər.
İnspektor Semuelson təhlükəsizlik xidmətinin rəisinin yerini tutmuşdu. O, pencəyini əlinə keçirmiş, köynəyinin qollarını isə çırmalamışdı.
– Mən sizə mane olmuram ki?
– Qətiyyən yox, – Safiyə cavab verdi. – Bu, tapıntıdır, – xoşbəxt hadisə.
– Bax belə.
İnspektor heykələ tərəf əyildi. Kara şübhə etmirdi ki, onu bura gətirən səbəb sadə maraqdan daha üstün bir şeydir. Gözlənilməz təsadüflər polis araşdırması obyektinə çevrilməsi az olmur.
Edqar Tayson Semuesonun arxasında dayandı.
– Bu, çox gözəldir, razısınızmı? Şübhəsiz ki, sizin kəşfiniz bü-tün dünyanın diqqətini cəlb edəcək.
İnspektor Semuelson dikəldi.
–Bu heykəl hardandır?
Bunu mənim atam tapıb, – Kara söylədi.
Semuelson sual dolu nəzərlə qaşlarını çatıb baxışlarını ona çevirdi. Kara direktor Taysonun geriyə çəkilərək öz çəkmələrinin burnuna utancaq halda baxdığını gördü. Bu, çox incə mövzu idi.
Safiyə qoruyucu eynəyini alnına qaldırıb rəfiqəsini yaralı mövzuya toxunmağın zərurətindən xilas edərək izah etməyə davam etdi.
– Recinald Kensinqton Oman sahilindəki Salala şəhərində yerləşən köhnə sərdabənin yerindəki yeni mavzoleyin yüksəldilməsi zamanı qazıntıları müşahidə etməyə yollanmış arxeoloji ekspedisiyanı maliyyələşdirirdi. Cənab Recinald bu heykəli sərdabənin yaxınlığından tapmışdı. Tapıntı nadir nüsxə idi: tarixi eramızdan üç yüz il əvvəl olan islamaqədərki dövrün heykəli belə valehedici vəziyyətdə idi. Buna baxmayaraq, sərdabə iki min il ərzində ziyarətgaha çevrilmişdi. Buna görə də, ətraf ərazi toxunulmaz olaraq qalmışdı. Yaxşı vəziyyətdə qalmış bu cür tarixi heykəlin məhv edilməsi əsl faciə idi.
Görünür, Semuelson onun hislərini bölüşmürdü.
– Heykəlin məhv olması yeni bir kəşfə yol açdı. Belə ki, burada bir tərslik var ki, yazıq Harri Masterson haqqında bunu demək olmaz.
– Sözsüz, – Safiyə tələsik söylədi. Mən qətiyyən onun ölümünün əsl faciə olmadığını demək istəmirdim. Siz tamamilə doğru deyirsiniz.
Semuelson baxışları aspirant Kley Bişopun üzərində dayanana qədər ətrafdakılara nəzər saldı. Görünür, inspektor nə-dənsə gördüklərindən narazı qalmışdı. O, yenidən heykələ tərəf çevrildi.
– Siz yanında bu heykəl tapılmış sərdabəni xatırlatdınız.
– Bəli. Bu, Nabi Amiranın sərdabəsidir.
– Hansısa fironun, deyilmi?
Safiyə gülümsündü.
– Fironlar Qədim Misirdə olublar.
Kara kimi o da inspektorun özünü qəsdən bilməzliyə vur-masını gözəl anlayırdı.
– Ərəbistanda ən məşhur sərdabələr Quran və Bibliyada adı keçən insanların dəfn olunduqlarıdır. İndiki halda söz hər iki mü-qəddəs kitabın personajlarından gedir.
– Nabi Amiran? Allah qanunlarının ehkamlarında belə ad eşitdiyimi xatırlamıram.
– Əslində bu, Bibliyada kifayət qədər mühüm fiqurdur. Siz Müqəddəs Qadın haqqında eşitmiş olarsınız?!
– Belə də.
Semuelson bunu elə səmimi deyirdi ki, Safiyə təbəssümünü saxlaya bilmədi. O, öz dediyinə qüvvət vermək üçün pauzanı gözlədi, amma sonra ona rəhmi gəldi.
– Nabi Amiran Müqəddəs Məryəmin atasıdır.
* * *
Şərq qurşağı vaxtı ilə 13:54
Arlinqton, Vircinya ştatı
Peynter Krou gümüşü “Mercedes C-500” sedanın arxa otu-racağında əyləşmişdi. Maşın rəvanlıqla beynəlxalq Dalles aero-portundan 66 saylı federal avtostradası ilə şərqə, Vaşinqton istiqamətinə gedirdi. Ancaq, yolun son mənzili paytaxt deyildi. Sürücü futbol komandasının mərkəzi müdafiəçilərinə məxsus bədən quruluşuna malik, qaradinməz bir oğlan idi. O, dönmə işığını yandırıb Arlinqtona gedən yolu göstərən istiqamətə yönəldi. DARPA-də mənzil-qərargahına çatmağa yarım mildən də az məsafə qalırdı.
Peynter saatına baxdı. Cəmi iki saat bundan qabaq o, Konnektikutda idi. Son beş il ərzidə hədsiz dərəcədə etibar etdiyi və inandığı həmkarı olan qız onu satmışdı. İndi isə, nə qədər çalışsa da, bu barədə düşünməməyi bacarmırdı.
Kassandra ilə onu eyni vaxtda xüsusi təyinatlı qoşunlardan cəlb etmişdilər. Peynter “dəniz pişiklərində”, qız isə quru qoşunlarında – “reyncerdə” xidmət edirdi. DARPA onları İdarədə yenicə yaradılmış ciddi məxfiləşdirilmiş “Siqma” komandasına seçmişdi. DARPA-də əməkdaşlarının çoxunun bundan heç xəbəri də yox idi. “Siqmanın” vəzifəsi axtarış və tutmağı icra etməkdən ibarət idi. Agentlər tərəfindən texniki cəhətdən hərbiləşdirilmiş bölmələr gizli şəkildə qaynar nöqtələrə gedərək, həyatlarını risk altına qoyub hərbi vilayətlərdəki yeni nailiyyət və texnologiyaları ya ələ keçirir, ya da, müdafiə edirdi. Əgər “Delta” terrorçuluqla mübarizə üçün yaradılmışdısa, “Siqmanın” məqsədi isə, Birləşmiş Ştatların texnoloji üstünlüyünü təmin etmək idi. Həm də nə yolla olur olsun, buna nail olmaq lazım idi.
İndi də mənzil – qərargaha çağırış. Şübhəsiz söhbət yeni tapşırıqdan gedir. Ancaq, bu tələsgənlik nə ilə izah olunur?
"Nort – Ferfaks – drayv"a keçdikdən sonra “mersedes” dayanacağa döndü. Təhlükəsizlik postunun mürəkkəb sisteminin öhdəsindən gələn maşın nəhayət ki, boş yerdə dayandı. Hissiz üzü olan enlikürək və hündürboy bir adam maşına yaxınlaşıb qapısını açdı.
– Kommander Krou, xahiş edirəm, arxamca gəlin.
Peynteri əsas binada direktorun qəbul kabinetinə qədər aparıb, onun gəldiyini adyutant məruzə edənə qədər gözləməyi xahiş etdilər. Peynter qaşqabaqla gözlərini bağlı qapıya zillədi.
Vitse admiral Toni Rektor Peynter onunla işləyəndən bəri müdafiə nazirliyinin elmi – tədqiqat işlərinin perspektivli proqramlar İdarəsinə rəhbərlik edirdi. O, buna qədər DARPA-nın kəşfiyyat xarakterli – 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra daha böyük əhəmiyyətə malik olan informasiya təhlükəsizliyi bölməsinə rəhbərlik edirdi. Bölmə bütün dünyaya kompüter şəbəkəsi vasitəsilə sızan məlumat axınlarını izləyir, orada terror aktının hazırlanmasına aid informasiyaları və maliyyə vasitələrinin köçürülməsini axtarırdı. Admiralın nü-mayiş etdirdiyi təcrübə və ağlı onun yaxın vaxt ərzində DARPA-nın direktor postuna yiyələnməsinə imkan vermişdi.
Qapı açıldı. Mühafizəçi kənara çəkilib Peynteri içəri buraxıb əlini yellədi. Krou kabinetə daxil olan kimi arxasıyca qapı bağlandı.
Divarları tünd qırmızı ağaclarla haşiyələnmiş kabinetdə bo-rulu tabakın xəfif ətri hiss olunurdu. Otağın ortasında stol vardı. Pələng ləqəbli Toni Rektor ayağa qalxıb Peynterin əlini sıxdı. O, azacıq da olsun piy olmayan iri gövdəli bir kişi idi. Ancaq indi, altmış yaş hüdudunda olduğundan dolu əzələləri nisbətən yum-şalmışdı. Düzdür, bu adamda “yumşaq” adlandırmaq üçün y-eganə bir şey onun cismi idi. Gözləri mavi brilliant kimi yanır, hamar daranmış saçları ağ tüklərlə gümüşü rəngə çalırdı. Onun əl sıxması çox sərt idi. O, Peynterlə görüşərək başı ilə qonaqlar üçün olan iki dəri kreslodan birinə işarə etdi.
– Əyləşin. Mən doktor Maknaytı dəvət etmişəm. O, indi bizə qoşulacaq.
“Siqma” dəstəsinin yaradıcısı və komandiri Doktor Şon Maknayt Peynterin bilavasitə rəisi idi. O da Peynter kimi vaxtilə “dəniz pişiklərində” xidmət etmiş, sonra fizika və informasiya texnologiyaları üzrə doktorluq dissertasiyasını müdafiə etmişdi. Əgər doktor Maknayt dəvət edilmişdisə, demək oyunda ancaq böyük adamlar iştirak edir.
“Dəniz pişikləri” ABŞ – ın HDQ – nin dəniz və çay sahilləri və portlarında diversiya əməliyyat və kəşfiyyatları aparması üçün təyin olunmuş xüsusi təyinatlı qüvvələrinin bölməsi idi.
Cənab, bunun nə ilə əlaqədar olduğunu soruşa bilərəm?
Admiral Rektor kresloda rahatca əyləşdi.
– Mən artıq Konnektikutda baş vermiş acınacaqlı və xoşagəlməz hadisə haqqında eşitmişəm, – o, Peynterin sualına cavab verməkdən yayınaraq söylədi. – Ən yeni texnologiyalar şöbəsinin uşaqları Çin casusunun kompüterini onlara nə vaxt çatdıracaqlarını səbrsizliklə gözləyirlər. Ümid edək ki, uşaqlar ondan plazmatik silahlar haqqında informasiyaları almağa nail olacaqlar.
– Təəssüf ki, bizə… mən parolu almağa müvəffəq olmadım.
DARPA-nın direktoru çiyinlərini çəkdi.
– Ən azı, informasiya çinlilərin əlinə keçməyib. Sizin nə ilə toqquşduğunuzu hesaba alsaq, siz şöhrət qazanmısınız.
Krou öz keçmiş həmkarının taleyi ilə bağlı suala cavab verməkdən özünü saxladı. Yəqin ki, Kassandranı təfsialtı ilə sorğu-sual etmək üçün hansısa gizli bir yerlə təmin dəcəklər. Gerisini kim deyə bilər? Quantanamo bazası, Fort-Livenvort və ya başqa bir həbsxana? Bu artıq Peynterin qayğısı deyil. Bununla belə, onun içində sızıldayan ağrı sakitləşməmişdi. O, ümid edirdi ki, bunun günahı yalnız mədənin həzm etməməyindədir. Şübhəsiz, Kassandranın taleyi ilə bağlı narahat olmağa onun heç bir əsası yox idi.
– İndi isə, sizin suala gəlincə, – admiral Peynteri indiki zamana qaytararaq davam etdi. – Hərbi araşdırmalar bölməsi bir hadisəyə qarşı diqqətimizi cəlb edib. Keçən gecə Britaniya muze-yində partlayış baş verib.
Krou başını yellədi. Aeroport yolunda radiodan xəbərlərin buraxılışını eşitdi.
– İldırım zərbəsi.
– Mediaya bu cür xəbər verilib.
Peynter bunu eşidib dikəldi. O, sorğu-suala başlamağa macal tapmamış qapı açıldı. Şon Maknayt qasırğa kimi kabinetə şığıdı. Onun üzü qızarmışdı. Alnına tər damcıları səpələnmişdi. Sanki, “Siqma” dəstəsinin komandiri bütün yolu qaçmışdı.
– Təsdiq qəbul olunub, – o, tövşüyərək admirala xəbər verdi.
Rektor başını yellədi.
– Belədirsə, əyləşin. Bizim vaxtımız azdır.
Peynter gizlicə ikinci kresloda oturmuş öz rəisinə baxdı. Maknayt DARPA-da iyirmi iki il işləmişdi. Həmçinin burada xüsusi layihələr şöbəsində direktor vəzifəsini də icra etmişdi. Onun ilk “xüsusi layihələrindən” biri “Siqma” dəstəsini yaratması idi. Məhz Maknaytın ağlına texniki biliklərə malik olan və hərbi təlimləri keçmiş əməliyyatçılardan ibarət komanda yığmaq gəlmişdi. “Beyin və əzələlər, – o, belə söyləməyi xoşlayırdı, – gizli texnologiyaları qoruyub müdafiə edərək cərrah dəqiqliyi ilə fəaliyyət göstərəcəklər”.
Krounu birincilərdən biri kimi Maknaytın şəxsən özü dəvət etmişdi. O vaxt Peynter İrakdakı əməliyyat zamanı ayağı sınandan sonra xəstəxanada müalicə alırdı. O sağalana qədər Maknayt ona yalnız bədəni deyil, beyini də itiləmək incəsənətini öyrədirdi. Krou “dəniz pişikləri” tədris mərkəzindəki təlimlərdən daha mürəkkəb sayılan akademik ibtidai hazırlıqlar düşərgəsində təlim keçmişdi. Bütün dünyada Peynterin belə ehtiram və hörmət bəslədiyi ikinci bir kimsə yox idi.
İndi isə o, Şon Maknaytı belə sarsılmış vəziyyətdə görür. Kreslonun kənarında oturmuş Maknayt belini dikəltdi. Deyəsən, o, əynindəki tünd-boz kostyumda yatmışdı. Bu an Maknayt öz əlli beş yaşındakı kimi görünürdü: gözlərinin ətrafında iztirablı qırışlar, dodaqları sıxılmış, ağarmış saçları dağınıq idi.
– Göründüyü kimi, nə isə ciddi bir şey baş vermişdi.
Admiral Rektor stolunun üstündəki plazmalı monitoru elə çevirdi ki, Peynter də görə bilsin.
– Kommander Krou, sizə ilk növbədə bu videoyazıya baxmaq lazımdır.
Peynter itaətlə irəli keçdi. Kompüterin ekranında ağ-qara görüntü görsəndi.
– Bu yazı Britaniya muzeyinin təhlükəsizlik xidmətinindir.
Peynter sükutla lal görüntüyə baxırdı. Budur, ekranda muzey qalereyasına daxil olan mühafizəçi göründü. Sujet uzun sürmədi. Video yazı bütün ekranı işıqlandıran partlayışla bitəndə Peynter geri çəkildi. İki rəis onu müşahidə edirdi.
–Bu, işıqsaçan kürədir, – nəhayət Peynter söylədi. – Səhv etmirəmsə bu, ildırım şarıdır.
–Tamamilə doğrudur, – admiral Rektor təsdiq etdi. – Bu fərziyyə elə həmin vaxt Londonda olan hərbi araşdırmalar şöbəsinin iki tədqiqatçısının diqqətini cəlb edib. Hələ indiyə qədər ildırım şarını plyonkaya çəkmək mümkün olmayıb.
Və indiyə qədər belə dağıdıcı aqibətlə nəticələnən heç bir hadisə qeydə alınmayıb. – Doktor Maknayt əlavə etdi.
Peynter “Siqma” dəstəsindəki işlərə hazırlıqların gedişində elektrik haqqında dinlədiyi mühazirələri xatırladı. İldırım şarları haqqında olan məlumatlar qədim yunanlara gedib çıxır. Onlar görünməsi müxtəlif yerlərdə böyük insan qrupları tərəfindən müşahidə edilmişdi. İldırım şarlarına çox nadir hallarda təsadüf edildiyi üçün, onların əmələ gəlməsi indiyə qədər müəmmalı olaraq qalır. Bununla bağlı müxtəlif fərziyyələr mövcud idi: tufan zamanı havanın ionlaşmasından əmələ gəlib sərbəst şəkildə havada üzən laxta plazmadan tutmuş, ildırım düşən yerdə torpaqdakı silisium 4-oksidin buxarlanmasına qədər.
Britaniya muzeyində əslində nə baş verib? – Peynter soruşdu.
– Admiral Rektor yazı stolunun daxılından tennis topu boyda olan daş qırıntısına bənzər qaralmış bir predmet çıxarıb qurutma kağızının üstünə qoydu.
– Bu gün səhər hərbi – transport aviasiyası tərəfindən bizə çatdırılıb.
– Bu nədir?
Admiral Peynterə başı ilə bu qeyri-adi daş növünü götürməyi təklif etdi. Peynter bu qırıntının gözlənilməz ağırlığına təəccübləndi. Bu, daş deyil. Bu qırıntı qurğuşun möhkəmliyinə malik idi.
– Meteorit dəmiri, – doktor Maknayt izah etdi. – Belə eksponatın bir parçası bir neçə dəqiqə bundan qabaq monitorun ekranında partlamışdı.
Peynter qırıntını stolun üstünə qoydu.
– Mən heç nə başa düşmürəm. Siz demək istəyirsiniz ki, partlayışın səbəbi ildırım şarı yox, meteoritdir?
– Həm hə, həm də yox, – Maknayt müəmmalı şəkildə cavab verdi.
– Siz Rusiyadakı Tunqus meteoriti barədə bir şey bilirsiniz? – Rektor soruşdu.
Söhbətin mövzusunun gözlənilmədən dəyişməsi qəflətən Peynteri yaxaladı. O, qaşlarını düyünləyib beynində axtarış axtarmağa başladı.
– Məlumatım azdır. 1908-ci ildə Sibirin harasınasa güclü part-layışla nəticələnən meteorit düşmüşdü.
Rektor geri çəkildi.
– “Güclü” – bunu demək hələ azdır. Zərbə dalğası episentrdən təxminən Rod Aylend ştatının sahəsinin yarısı qədər olan bir ərazidə radiusu qırx milə çatan bir meşəni dağıtmışdı. Partlayışın gücü təxmini iki min atom bombasının ekvivalenti qədər idi. Partlayış yerindən dörd yüz mil aralı atların ayaqları qırılmışdı. “Güclü” sözünün tərifi hələ bu partlayış haqqında təsəvvür yaratmağa imkan vermir.
– Başqa aqibətlər də olmuşdu, –Maknayt söylədi. – Maqnit fırtınasının dövriyyəsinin diametri altı yüz milə çatırdı. Partlayışdan sonra bir neçə gün ərzində gecələr səma kütləvi halda toz parıltısı ilə işıqlanırdı. Havaya qalxmış bu toz qatı elə parlaq imiş ki, onun işığı altında qəzet oxumaq olarmış. Elektromaqnit impuls yer kürəsinin yarısını fırlanmışdı.
– Aman, Tanrım! – Peynter öz-özünə dedi.
Partlayışı yüz mil aralı məsafədən müşahidə edənlər səmada yanıb-sönən və parlaqlığı günəşlə müqayisəyə gələn, arxasıyca göy qurşağına bənzər bərq vuran bir quyruğun getdiyi gözqamaşdırıcı nöqtədən danışırdılar.
– Meteorit, – Peynter dedi.
Admiral Rektor başını yellədi.
– Bu, versiyalardan biridir. Daş nüvəli asteroid və yaxud komet. Bu versiya bir neçə suala cavab vermir. Əvvəla, heç bir meteorit qalığı tapılmayıb. Hətta belə hallarda qaçılmaz olan iridium tozu da aşkar olunmayıb.
– Karbonlu meteoritlər adətən iridium izləri buraxır, – Mak-nayt izah etdi. Həmçinin, Tunqus meteoriti hadisəsi zamanı da belə izlər aşkar edilməmişdi.
– Heç krater də yox idi, – admiral əlavə etdi.
Maknayt başını yellədi.
Partlayışın gücü qırx meqatona yaxın idi. Buna qədər onunla müqayisə oluna bilən sonuncu meteorit təxminən əlli min il bundan qabaq Arizonaya düşmüşdü. O zaman partlayışın gücü Tunqussun kiçik hissəsi qədər idi, cəmi üç meqatona çatırdı. Ancaq, bir mil diametri və beş yüz fut hündürlüyü olan iri bir krater yaranmışdı. Nə üçün belə bir krater Daşaltı Tunqus gölündə əmələ gəlməmişdi? Üstəlik də partlayış baş verən yer dəqiq məlum idi, – bu, episentrdən dağılmış ağaclardan müəyyən edilmişdi.
Peynterin bu suallara cavabı yox idi. Xüsusilə də beynində yaranan ən mühüm suala “Bunun Briytaniya muzeyində baş verənlərə nə aidiyyatı var?”
Maknayt davam etdi.
– Bundan başqa partlayış zamanı regionda maraqlı bioloji nəticələr müşahidə olunmuşdu: bəzi ayıdöşəyi növlərinin sürətlə böyüməsi, mutasiyaların miqdarının artması, həmçinin ağacların toxumlarında və iynəli yarpaqlarında genetik anomaliyalar, populyasiya dəyişikliyi. Tunqus meteoritinin təsirindən heç in-sanlar da qaça bilməyiblər. Yerli evenk tayfasının qanındakı rezis – faktorında anormallıq müşahidə olunmuşdu. Bütün bunların hamısı aydın şəkildə radiasiyanın aqibətinin, daha doğrusu qamma şüalarının göstəricisidir.
Peynter qeyri adi atmosfer hadisələri, güclü radiasiya fonu, krater yaratmayan partlayışı ağlı ilə qavramağa çalışırdı.
–Bütün bunların səbəbi nə idi?
Admiral Rektor cavab verdi.
–Nə isə kifayət qədər kiçik bir şey, Cəmisi yeddi funt çəkiyə yaxın.
–Bu, mümkün deyil, – Peynter söylədi.
Admiral çiyinlərini çəkdi.
–Hə, əgər adi materiyadan söhbət gedirsə…
Sona qədər deyilməmiş tapmaca yarıda qaldı. Nəhayət dok-tor Maknayt dilləndi.
– 1995-ci ildə aparılmış ən son tədqiqatlar Sibir tayqaları üzərində həqiqətən yalnız antimaddələrdən cəmlənmiş meteorit partladığını ehtimal etməyə əsas verir.
Peynter gözlərini bərəltdi.
– Antimaddələrdən?
İndi o, nəhayət iclasa nə məqsədlə çağırıldığını anladı. O vaxtlar bəzi insanlar antimateriyanı elmi fantastikanın məhsulu kimi qəbul edirdilərsə, keçən onillikdə laboratoriyalarda ilk anti-hissəciklər alınmaqla reallığa çevrilmişdi. Ön mövqedə Cenevrədə Avropadakı fizika mərkəzində yüksək enerji laboratoriya tuturdu. Yeraltı antiproton kiçik enerji halqasında artıq iyirmi il ərzində antimateriya hasil edilirdi. İndiki zaman üçün bir il ərzində mərkəz laboratoriyalarında alınmış bütün antiproton enerjilər yalnız bir neçə anlıq elektrik lampa yandırmağa çatırdı.
Buna baxmayaraq antimaddələr cəlbedici perspektivlər yaratmışdı. Cəmisi bir qram antimateriya atom bombasının partlayışının ekvivalenti qədər enerji ayıra bilirdi. Sözsüz ki, əvvəlcə antimaddələr almaq üçün əlvrişli və ucuz üsul tapmaq lazımdır. Bu isə mümkün deyildi.
Peynter nəzərlərini admiral Rektorun qarşısındakı stolun üstündə olan meteorit dəmirdən heç cür çəkə bilmədiyini anladı. Yer atmosferinin üst qatının atmosfer maddələri ilə toqquşaraq dərhal anniqilyasiya olunan kosmik şüaların anti hissəcikləri tə-rəfindən daima bombardman edilməsi ona məlum idi. Kosmik vakuumda Böyük partlayışdan sonra qalan antimaddələrdən iba-rət olan asteroid və kometlər mövcud ola bildiyi haqda pos-tulatlar irəli sürülürdü.
Peynter tədricən ayrı-ayrı fraqmentləri vahid halda bir yerə yığmağa başladı.
–Deməli, Britaniya muzeyindəki bu partlayış…
–Biz partlayış baş verən zalda yığılmış bir neçə qırıntıları tədqiq etdik, – Maknayt söylədi. – Metal və ağac.
Peynter kabinetə soxulan rəisin birbaşa söylədiyi “Təsdiq qəbul olunub” frazasını xatırladı. Onun mədəsində soyuq qəhər yarandı.
Maknayt davam etdi.
–Qırıntılar Tunqus meteoritinin siqnaturasına uyğun gələn zəif radiasiyalı siqnaturaya malikdir.
–Siz demək istəyirsiniz ki, Britaniya muzeyindəki partlayış antimaddələrin anniqilyasiyasından törənmişdi? Həmin meteorit həqiqətənmi antimateriyadan ibarət idi?
Admiral Rektor yanmış qırıntını stolun üstündə diyirlətdi.
– Sözsüz ki, yox. Bu, adi meteorit dəmiridir. Başqa heç nə.
– Onda mən heç nə başa düşmürəm.
Maknayt yenidən danışdı.
–Radiasiyalı siqnaturaya laqeyd yanaşmaq olmaz. Oxşarlıq təsadüf olması üçün həddən çoxdur. Nəsə baş verib. Yeganə izah ondan ibarətdir ki, bu meteoritdə hansısa naməlum, möhkəm şəraitdə antimaddələr var idi. İldırım şarının elektrik boşalması onu bu vəziyyətdən çıxarmış və partlayışa səbəb olan zəncirvari reaksiyaya səbəb olmuşdu. Partlayış zamanı bütün antimaddələr udulmuşdu.
– Və yalnız bu örtük qalmışdır, – admiral qırıntıya işarə edərək əlavə etdi.
Kabinetdə sükut hökm sürürdü. Deyilənlər böyük əhəmiyyət kəsb edirdi. Admiral Rektor yenidən əlinə dəmir külçəni götürdü.
– Siz təsəvvür edə bilərsinizmi, əgər bizim dediklərimiz doğru olsa, hansı aqibət olacaq? Enerji mənbəyi praktiki olaraq qeyri-məhdud gücə malikdir, əgər bunun mümkün olmasına heç olmasa bir işarə yaxud ən yaxşı hada nümunə mövcuddursa. Heç bir halda bu, yad əllərə düşməməlidir.
Peynter itaətkar halda başını yelləyirdi.
– Beləliklə bizim ilk addımız nə olacaq?
Admiral Rektor onun üzünə diqqət yetirdi.
– Bu informasiyanın itirilməsinə yol vermək olmaz, həmçinin bizim yaxın müttəfiqlərimizə də hər şeyi bildirə bilmərik.
Həddən artıq çox qulaq bizim boşboğaz ağızlarımız deyəni eşidir.
O, doktor Maknayta başını yellədərək davam etməsini təklif etdi. “Siqma” dəstəsinin komandiri fikirlərini toparlayaraq su-surdu.
– Kommander Krou, biz istəyirik ki, siz Britaniya muzeyində işləyəcək kiçik bir komandaya başçılıq edəsiniz. Biz artıq sizə əfsanə hazırlamışıq – siz ildırım şarlarını tədqiqi ilə məşğul olan Amerika alimləri qrupusunuz. Əlaqələri hər yerdə, bacardığınız zaman quracaqsınız. Sizin Londondakı vəzifəniz ondan ibarət olacaq ki, ayıq-sayıq olacaqsınız. Siz yeniliyə aid olan hər bir işarələri izləyəcəksiniz. Biz burada bütün qüvvələri səfərbər edə-rək tədqiqat işlərini davam etdirəcəyik. Əgər Londonda hansısa işləri davam etmək tələb olunacaqsa sizin komanda qabaqcıl dəstə olacaq.
– Oldu, cənab.
Admiral Rektor və doktor Maknayt tez baxışdılar. Krou onların baxışlarındakı lal sualları tutaraq kürəyindən bir ürpəşmə keçdiyini hiss etdi. Admiral yenə də başını yellədi. Maknayt Peynterə sarı çevrildi.
– Daha bir vəziyyət var. Böyük ehtimalla bu istiqamətdə iş-ləyən yalnız biz olmacayıq.
– Siz nə demək istəyirsiniz?
–Əgər xatırlayırsınızsa, direktor hərbi tədqiqat şöbəsinin Londonda fəaliyyət göstərən iki əməkdaşını xatırlatdı.
–İldırım şarından olan videogörüntülərə ilk dəfə onlar diqqət yetiriblər.
– Tamamilə doğrudur.
Rəislər yenidən bir-birlərinə baxdılar. Sonra “Siqma” dəs-təsinin komandiri öz tabeçiliyində olana gözlərini zillədi.
–Dörd saat bundan qabaq onlar öz nömrələrində ölmüş və-ziyyətdə tapılmışlar. Başdan açılmış atəş nəticəsində ölmüşlər. Nömrədə hər şey alt-üst olub. Nəsə itmişdir. Böyük London polisi belə hesab edir ki, bu, soyğunçuluq məqsədilə olan quldurluq hücumudur.
Admiral Rektor qabağa əyildi.
– Ancaq, mənim təsadüfi hadisələrdən zəhəm gedir. Onlara görə mənim ürəyim ağrıyır.
Maknayt başını yellədi.
– Bu ölümlərin bizim tədqiqatlarla hansısa əlaqəsinin olması məlum deyil, ancaq, biz istəyirik ki, sizin komanda da bunun bir əlaqəsi olduğunu hesab etsin. Sayıq olun və bir-brinizdən mu-ğayat olun.