Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Zolaqlı pijamalı oğlan», sayfa 2

Yazı tipi:

Berlində yolda masalar olardı. Bəzən Kari,Denyil və Martinlə məktəbdənevə gedərkən masalarda oturan, kö-püklü içkilər içib yüksək səslə gülənqadınlar və kişilər gö-rərdilər. “Bu masalarda oturan insanlar,yəqin çox gülmə-lidirlər”, – deyə düşünərdi həmişə, çünki nə dedikləri heç başa düşülməsə də, bəzilərihəmişə gülürdü. Amma yeni evin olduğu yerdə elə bir şey vardı ki, Bruno “burada kimsə əsla gülməz”, deyə düşündü. Orada gülməli bir şey, xoşbəxtolunacaq bir hal yox idi.

– Məncə bu, pis fikir idi, –gəldikdən bir neçə saat sonra,Mariya yuxarıda çamadanlarını boşaldarkən Bruno dedi. Mariya yeni evdəki yeganə xidmətçideyildi, ondan başqa üç xidmətçi də vardı. Çox sısqa idilər və bir-birləriylə pıçılda-şaraqdanışırdılar. Bir də yaşlı adam vardı. Hər gün yemək-ləri hazırlayıb onlaraxidmət etmək üçün burada olduğu deyilmişdi. Çox bədbəxt və bir az da hirsligörünürdü.

– Düşünmə lüksünə sahib deyilik, –evləndiklərində nənəvə babasının verdiyi 64 stəkanlıq dəstin olduğu qutunu açan anası daha sonra söylədi: – Bəziinsanlar bizim yerimizə bütün qərarları özləri verirlər.

Bruno, anasının bu sözlərlə nəyi nəzərdə tutduğunu anlamadı. Buna görə də heçsöyləmədiyini fərz etdi.

– Məncə, bu pis fikir idi, – deyə təkrarladı. Məncə, edilə-cək ən yaxşı iş bütün bunları unudub evə qayıtmaqdır. Bunu təcrübələrxanasına yaza bilərik, – deyə əlavə etdi. Bu sözü yeni öyrənmişdi və hər fürsətdəistifadə etməyə qərarlı idi.

Anası gülümsədi və stəkanları diqqətlə masanın üstünə qoydu.

– Bəyənə biləcəyin bir söz də var, – dedi. – Hər pis şeyin yaxşı tərəfini tapmalıyıq.

– Hmm, nə etdiyimizi bilmirəm, – Bruno dedi. – Məncə, atama fikrinidəyişdirdiyini, yorulduğumuz üçün bu gün burada qalıb yemək yeməyimizin vəyatmağımızın qorxusu olmadığını, amma sabah çay saatına qədər Berlindəolmaq istəyiriksə, erkəndən qalxıb getməyimizin lazım olduğunu söylə.

Anası içiniçəkdi.

– Bruno, niyə yuxarı çıxıb Mariyanın çamadanları bo-şaltmasına köməketmirsən?

– Amma çamadanları boşaltmanın mənası yoxdur, əgər sadəcə…

– Bruno, dediyimi et lütfən! – deyə anası onu danladı. Açıqca görünürdü ki, anasının onun sözünü kəsməsi prob-lem deyildi, amma onun bu cür davranması qəbuledilməz idi.

– Buradayıq, gəlmişik, bir müddət evimiz buradır və bunu qəbul edib əlimizdəngələnin ən yaxşısını etməliyik. Məni anlayırsanmı?

“Bir müddət”in mənasını başa düşmürdü və bunu ondan soruşdu.

– Burada nə qədərqalmağımız lazımdırsa, o qədər, Bruno! –anası dedi. –Və mövzu burada bağlanmışdır.

Brunonun mədəsindəağrı vardı və içində bir şeyinböyüdüyünü hiss edirdi. Bunun, böyük haqsızlıq və səhv olduğunu, birgün birinin buna görə cavab verəcəyini qışqıracaqdı. Bu haqsızlıq onugözyaşlarına boğacaqdı. Bu vəziyyətə necə gəlindiyini anlaya bilmirdi. Bir günəvvəl, son dərəcə yaxşı əhval-ruhiyyədə evdə oynayırdı, üç ən yaxın dostu vardı, məhəccərlərdən sürüşürdü, Berlini bu başdan, o başa görmək üçün barmaqlarının ucuna qalxırdı, halbuki, indi burada, bu soyuq, xoşagəlməz evdə, üç nəfər pıçıldaşan xidmətçi, bədbəxt və hirsli qarson və sanki bir daha əsla şənola bilməyəcəkmiş kimi görünən insanlar vardı.

– Bruno, indi yuxarı çıxıb çamadanlarını boşaltmanı istə-yirəm. Və bunudərhal etməyini istəyirəm! –anası, dostca olmayan soyuqbir səslə dedi.

Bruno onun ciddi olduğunu anladı, geriyədöndü və bir söz də demədən uzaqlaşdı. Gözlərində yaşların yığıldığını hiss edə bilirdi, ammaaxmasın deyə, qərarlı idi.Yuxarı çıxdı və yavaşca dönərək bir dairə çəkdi. Bir araşdırmaaparmağa kifayət edəcək kiçik qapı və ya dəlik tapmağı ümid edirdi, amma yox idi.Bu mərtəbədəsadəcə dörd qapı vardı; iki tərəfdə, qarşı-qarşıya iki qapı. Bir qapıöz otağına, digəri Qretelin otağına, biri ana və atasının otağına və biri dəduşa açılırdı.

– Bura evim deyil və əsla olmayacaq! – dedi. İki nəfəs arasındadeyinərək otağına girdiyində, geyimlərinin yatağın üzərinə dağılmış, oyuncaqvə kitab qutularının hələ açıl-mamış olduğunu gördü. Mariyanın, onunprioritetlərinin fərqində olmadığı aydın idi.

– Anam kömək etmək üçün göndərdi, –yavaşcadedi. Mariya başını tərpətdi,corablarının, alt paltarlarının və jilet-lərinin olduğu böyük torbaya işarə etdi.

– Onları boşaltsan buradakı siyirtmələrə yerləşdirə bilər-sən, – deyərək, otağınınqarşı tərəfində, tozlu güzgünün ya-nındakı çirkin şkafı göstərdi.

Bruno içini çəkərək torbanı açdı, ağzına qədər alt paltarla-rıyla dolu idivə yeganə istədiyi şey, torbanın içində qıvrılıb yatmaq, oyananda özünü yenə evdə görmək idi.

Uzun səssizlikdən sonra soruşdu:

– Bütün bunlar haqqında nə düşünürsən, Mariya?

Mariyanı sevirdi və onu ailədən biri olaraq görürdi, atası sadəcə xidmətçi olduğunu və layiq olduğundan çox pul aldığını söyləsə belə.

– Bütün nə? – deyə qadın soruşdu.

– Bu… – sanki dünyadakı ən açıq şeymiş kimi dedi. – Belə yerəgəlmək. Səncə, böyük səhv etmədik?

– Bunu söyləmək mənə düşməz,cənab Bruno, –Mariya dedi. – Anan sənəatanın vəzifəsini açıqladı və…

– Atamın vəzifəsi haqqındaeşitməkdən bezdim! –Bruno onun sözünü kəsərək dedi.Mənə qalsa, sadəcə eşitdiyimiz budur. Atanın vəzifəsi budur, atanın vəzifəsi budur…Əgər vəzifəsi, evimizdən köçüb həyat boyu ən yaxşı üç yolda-şımdan və sürüşkən məhəccərlərimdən uzaqlaşmağım mə-nasını verirsə, atam, vəzifəsi haqqında bir daha düşünmə-lidir, elə deyilmi?

Tam o anda dəhlizdə tıqqıltı eşidildi. Bruno baxdı, ana və atasınınotağının qapısının aralandığını gördü. Bir an tər-pənmədən donub qaldı. Anası hələ aşağıda idi, bu da ata-sının içəridə olduğu və Brunonun söylədiklərinieşitmiş ola biləcəyi mənasını verirdi. Nəfəs almağa çətinliklə cəsarət edərəkqapıya baxdı, atası gəlib onu ciddi söhbət üçün aşağı endirərmi, deyədüşündü.

Qapı bir az da açıldı və Bruno arxaya çəkilərkənotaqdan bir adamın çıxdığını gördü, ammaatası deyildi. Çox gənc biriydi və atası qədər uzun deyildi. Eyni tipuniforma geyin-mişdi, amma üstündə o qədər medal yox idi. Çox ciddigörünürdü vəpapağı gözlərinin üstünə enmişdi. Bruno, gic-gahlarında sapsarısaçları olduğunu görə bilirdi. Az qala təbii olmayan sarı rəng idi. Əlindəqutu aparırdı və pilləkən-lərə doğru gedirdi. Amma Brunonun oradadayanıb onu izlədiyini görüncə dayandı. Brunonu başdan aşağı süzdü. Sankidaha əvvəl heç uşaq görməmiş və uşaqlara necə davra-nacağını bilmirmişkimi baxırdı: Yesinmi, görməzlikdənmi gəlsin,yoxsa pilləkənlərdən aşağıya itələsin… Bunların ye-rinə Brunoya başıyla tələsik salam verib yolunadavam etdi.

– Kim idi bu? – deyə Brunosoruşdu. Gənc kişio qədər ciddi və məşğulgörünürdü ki, çox əhəmiyyətli biri oldu-ğunu düşündü.

– Atanın əsgərlərindənbiridir, deyəsən, – Mariya dedi, cavan oğlan ortayaçıxdığı anda dimdik dayanmış və əllərini dua edirmiş kimi qarşısında qaldırıbqovuşdurmuşdu. Üzü-nə baxmaqdansa gözlərini yerə dikmiş, sanki düz ona baxsa, daşa çevriləcəyindən qorxmuşdu. Ancaq o gedincə rahatla-dı. – Zamanla onları tanıyacağıq.

– Ondan xoşlandığımı düşünmürəm, – Bruno dedi, – çox ciddi idi.

– Atan da çox ciddidir. – Mariya dedi.

– Bəli, amma o atamdır, – deyə Brunoaçıqladı. – Ataların ciddi olmalarılazımdır. Meyvəsatan, müəllim, aşpaz və ya komandir olmaları əhəmiyyətli deyil! – dedi vəataların etdiyi və düz olduğunu bildiyi işləri və minlərlə dəfədüşün-düyü ünvanları sıralamağa başladı. – Həm məncə, o adam atası kimigörünmürdü. Amma çox ciddi idi, bu dəqiqdir.

– Çox ciddi vəzifələri var, – Mariya içini çəkərək dedi və ya heç olmasa elədüşünürlər. Amma yerində olsam, əsgər-lərdən uzaq olardım.

– Bundan başqa edəcək bir şey görə bilmirəm. – Bruno kədərlə dilləndi. – Qreteldən başqa oynayacaq kimsə tapa biləcəyimi sanmıram və bu nə qədərəyləncəli ola bilər ki? O,ümidsiz hadisədir.

Yenidən ağlayacağını hiss etdi, amma Mariyanın qarşı-sında körpə kimi görünməkistəmədiyi üçün özünü sıxdı. Gözlərini yerdən qaldırmadan otağa baxdı,tapacaq maraqlı bir şey varmı, deyə araşdırdı. Yox idi, ya da varmış kimigörünmürdü. Sonra bir şey diqqətini çəkdi. Otağının bir küncündə, qapınınqarşı tərəfində, tavandan aşağı uzanan pəncərə vardı. Berlindəki evin damotağındakına bənzə-yirdi, amma o qədər yüksək deyildi. Bruno baxdı və bəlkə, barmaq uclarında qalxmadan çölü görə biləcəyini düşündü.Yavaşca pəncərəyə doğru getdi, oradan Berlini, evini və evininətrafındakı küçələri, masalarda oturan, köpüklü içki-lərini içərkən komikhekayələr danışan insanları görə bil-məyi ümid edirdi. Yavaşca irəlilədi, çünkixəyal qırıqlığına uğramaq istəmirdi. Lakin bura yalnız kiçik uşaqotağı idi və pəncərəyə çatması çox uzun sürmədi. Üzünü şüşəyə söykədi vəçöldə olanları gördü. Bu dəfə gözləri bərəlib, ağzı O şək-linialınca, qolları yanında qaldı. Çünki bir şey onun, soyuq ürpərti və inamsızlıq hissi keçirməsinə səbəb olmuşdu.

III BÖLÜM

“ÜMİDSIZ HADİSƏ”

Bruno, Qretelin Berlində qalıb evə göz-qulaq olmasının daha məntiqliolacağını düşünürdü. Çünki bəladan başqa şey deyildi. Əslində saysız söhbətlərdə, ondan danışılarkən ilk gündən problemifadəsinin istifadə edildiyinixatırla-yırdı.

Qretel, Brunodan üç yaş böyük idi və xatırlaya bildiyi qədər əvvəldən,gündəlik həyatda, xüsusilə ikisini maraq-landıran mövzularda, liderin özüolduğunu açıqca ifadə et-mişdi. Bruno ondan bir az qorxduğunu etiraf etməkdənçox xoşlanmırdı, amma özünə qarşı dürüst olacaqsa –həmişə olmağa çalışardı – qorxduğunu etiraf etmək məcburiyyə-tində idi.

Əksər bacılardan həmişə gözlənildiyi kimi, pis vərdişləri vardı. Əvvəlcəsəhərləri duşda lap çox qalırdı. Ayrıca Bruno-nun, təcili olaraq tualetəgirməyi gözləyərkən bir ayağını götürüb, o birini qoymasıvecinə belə deyildi.

Otağında, rəflərdə böyük gəlincik kolleksiyası vardı. Bru-no içərigirəndə gözlərini dikib onun hər etdiyini izləyirdilər. Qretel evdə yoxkənotağına girib bir az araştırıma aparsa, qayıdanda ona etdiyi hər şeyi xəbər verdiklərindən əmin idi. Yoldaşları da çox xoşagəlməz idi, ona lağ etməyin əyləncəli olduğunu düşünürdülər, əgər özü üç yaş böyük olsaydı, bunlarıəsla etməzdi. Qretelin duzsuz yoldaşlarının ən bö-yük əyləncəsi anası və yaMariya ortalıqda yoxkən, ona iş-gəncə vermək və pis şeylər söyləmək idi.

– Bruno doqquz deyil, yalnız altı yaşındadır. – canavarın biri deyər, mahnı oxuyubətrafında rəqs edərək qabırğala-rını dürtmələyərdi.

– Altı yaşında deyiləm, – deyə etiraz edər, uzaqlaşmağa çalışardı.

– Elə isə niyə bu qədər kiçiksən? – deyə canavarsoruşardı.Doqquzyaşındakı digər uşaqların hamısı səndən böyükdür.

Bu doğru idi və Bruno üçün xüsusilə həssas nöqtə idi. Sinfindəki digəruşaqlar qədər uzun olmaması onu çox üzür-dü. Boyu onların çiyinlərinə qədər çatırdı.Kari,Denyil və Martinlə küçədə gedəndə insanlar Brunonu dostlarından birinin qardaşı sanırdılar. Halbuki, qrupdakı ən böyük ikinciuşaq idi.

– Sadəcə altı yaşında olmalısan. – deyə canavarisrar edər-di və Bruno qaçıbbədən inkişaf etdirmə məşqlərinəgedər, bir səhər oyandığında otuz-qırx santimetr uzanmış olmağı ümid edərdi.

Berlində olmamanın yaxşı tərəflərindən biri, heç birinin ona işgəncə vermək üçün ortalıqda gəzməyəcəyi idi. Yeni evdə qalmağa məcbur edilsə və bu biray davam etsə, bəlkə evə dönənə qədər boyu uzanardı. Artıq ona pisdavrana bilməzdilər. Anasının dediyini edib hər pis şeyin yaxşı tərə-finitapması lazımdırsa, bəlkə də bunu yadda saxlaması yaxşı olacaqdı.

Qretelin otağına qaçdı və qapını döymədən girdi. Onun, gəlinciklərini rəflərəyerləşdirdiyini gördü.

– Burada nə işin var? – deyə qız qışqırdı, dönərək. – Bir xanımın otağınaqapını döymədən girilməyəcəyini bilmir-sənmi?

– Bütün gəlinciklərini gətirməmisən hər halda? – deyə Brunosoruşdu,bacısının suallarını eşitməzdən gəlib özünüfikrindən keçənləri soruşmağa haqlı saydı.

– Əlbəttə gətirmişəm! – deyə Qretelcavab verdi. Onları evdə qoyacağımı düşünürdün? Niyə qoyum?Oraya dönmə-yimiz həftələrlə uzana bilər.

– Həftələrlə? – Bruno, xəyal qırıqlığına uğramış səslə,dedi, amma bir ayqalacaqları ilə bağlı fikrinə razı olduğun-dan gizlicə sevinirdi. – Həqiqətən, elədüşünürsən?

– Atamdan soruşdum və o da bir müddət burada olacağımızısöylədi.

– Bir müddət nə deməkdir? – deyə Bruno yatağın kəna-rına oturaraqsoruşdu.

– Bu andan başlayaraqbir neçə həftə sonraya qədər çəkə bilər deməkdir, – Qretel, başını ağıllı-ağıllıtərpədərək cavab verdi.– Bəlkə də üç həftəyə qədər…

– Elə isə o qədər pis deyil, – Bruno dedi. Sadəcə bir müddət üçündürsə və bir ay davam etməyəcəksə… Çünki bura nifrətedirəm.

Qretel, kiçik qardaşına baxdı və ilk dəfə onunla eyni fikirdə olduğunu fərq etdi.

– Nə demək istədiyini anlayıram. Çox gözəl görünmür, elə deyil?

– Bərbaddır! – Bruno dedi.

– Hmm, bəli, –Qretel, təsdiqlədi. Ev hal-hazırdapis gün-dədir, ammayerləşdikdən sonra hərhalda bu qədər pis olmaz. Atam danışarkən eşitdim.Burada, Auvisdə3bizdən əvvəl hər kim yaşayıbsa, işini çox tezitirmiş və evi bizim üçün düzəldəcək zamanı olmamışdır.

– Auvis? – deyə Brunosoruşdu. Bir Auvis nə deməkdir?

– Bir Auvis deyil, Bruno, – Qretel dedi. Sadəcə Auvis.

– Auvis nə deməkdir o zaman? – deyə təkrarladı.

– Bu evin adı, – deyə Qretelaçıqladı.“Auvis”. Bruno bu-nu düşündü.

Çöldə, “bəli, adı budur”, deyəcəyi lövhə və ya giriş qapı-sında hər hansı yazıgörməmişdi. Berlindəki evlərinin də adı yox idi. Yalnız dörd nömrəli idi.Sıxılmış halda soruşdu:

– Axı mənası nədir? Niyə Auvis?

– Düşünürəm bizdən əvvəl burada yaşayan insanlarla əlaqədardır, –Qreteldedi.Bəlkə də, adam işini yaxşı görə bilmədiyi üçün biri ona, sən çıx, bu işi yaxşı görəcək birini gətirək, dedi.

– Yəni atamızı.

– Əlbəttə, – Qretel dedi.

Atası heç səhv edə bilməzmiş, heç əsəbiləşməzmiş vəyat-madan öncə onu mütləq öpməyə gəlirmiş kimi danışardı. Əgər evdəyişdirdikləri üçün kədərli olmasa, Bruno, ədalətli davranıb atasının özü üçündə eyni şeyi etdiyini söyləyərdi.

– Yəni biri bizdən əvvəlki insanları çölə atdı deyə,indi burada, Auvisdəyik?

– Əminəm ki, belədir, Bruno…– Qretel dedi. İndi yataq örtüyümün üstündən qalx. Qırışdırırsan.

Bruno yataqdan atlayıb tappıltıyla xalçanın üstünə düş-dü. Çıxardığı səsi bəyənmədi;çox əks-sədalı idi və dərhal qərar verdi; burada tez-tez atılıb-düşməsə daha yaxşıolacaq-dı, yoxsa ev üstlərinə çökə bilərdi. Yüzüncü dəfə təkrarladı:

– Buranısevmədim.

– Sevmədiyini bilirəm, – Qretel dedi, amma bu mövzuda edə biləcəyimizbir şey yoxdur, deyilmi?

– Kari,Denyil və Martin üçün çox darıxıram. – Bruno dedi.

– Mən də Hilda, İzabel və Luiza üçün darıxıram, – Qretel dedi. Bruno bu üçqızdan hansının canavar olduğunu xatır-lamağa çalışdı.

– Məncə, digər uşaqlar dostcanlı görünmürlər, – Bruno dedi.

Qretel ən ürküdücü gəlinciklərdən birini rəfə qoyarkən birdən dayandı, gözlərini ona dikib soruşdu:

– Nə dedin sən?

Bruno təkrarladı:

– Digər uşaqların çox dostcanlı göründüklərini sanmı-ram.

– Digər uşaqlar? – Qretel tərəddüdlə və qarışıqlıqla daha sonra soruşdu. – Hansı digəruşaqlar? Mən başqa uşaq gör-mədim.

Bruno ətrafına baxdı. Burada da bir pəncərə vardı, amma Qretelin otağı dəhlizin digər tərəfində idi, onun otağının qarşısında. Buna görə tamamiləfərqli bir istiqamətə baxırdı. Çox hiss etdirmədən oraya doğruirəlilədi. Əllərini qısa şal-varının ciblərinə soxdu. Bacısına heç baxmadan,bildiyi bir mahnını fitlə çalmağa çalışdı.

– Bruno! – Qretel dedi. Sən nə edirsən Tanrı eşqinə? Hava-lanmısan?

İrəliləməyə, fit çalmağa və bacısına baxmamağa davam etdi. Ta kipəncərəyə çatana qədər… Üstəlik şansı gətirmişdi, pəncərə çölü rahatcagörə biləcəyi qədər alçaq idi. Çölə baxdı, gəldikləri avtomobili və atasınınəsgərlərinə aid daha üç-dörd avtomobil gördü. Bəzi əsgərlər ayaq üstə dayanmış, siqaret çəkərkən nəyə isə gülür və gərgin bir şəkildə evə baxırdılar. Qarşıda şose və onun da kənarında araşdırılmağa hazır bir meşə vardı.

– Bruno, son söylədiyin şeylə nə demək istədiyini açıqla-yarsanmı? – Qretel soruşdu.

– Orada bir meşə var. – Bruno, onu eşitməzdən gələrək dedi.

– Bruno! – Qretel qışqıraraq ona doğru o qədər sürətlə irəlilədi ki, Bruno yerindən sıçradı və pəncərənin qarşısın-dan divara qədər gerilədi.

– Nə? – deyə,sanki niyə danışdığını mənasını başa düş-mürmüş kimi davranaraqsoruşdu.

– Digər uşaqlar… – Qretel dedi. Heç dostcanlı görünmə-diklərinisöylədin.

– Bəli, görünmürlər, – Bruno, onları tanımadan yalnız görünüşəbaxıb önyarğılı4 olmamağa çalışaraq dedi. Anası bunu etməməsini ona dəfələrlə söyləmişdi.

– Amma hansı başqa uşaqlar? – deyə Qretelsoruşdu. Haradadırlar?

Bruno gülümsədi və qapıya doğru getdi, Qretelə, arxa-sınca gəlməyi işarə etdi. Qız dərin nəfəs aldı, gəlinciyini yatağa qoymaq üzrəykən fikrinidəyişdirdi. Qardaşının ota-ğına gedərkən onu sinəsinə sıxıb bərk-bərk tutdu.Əlində ölü siçana bənzər bir şeylə otaqdan qaçırmış kimi çıxan Mariya, az qalaQretelə toxunub onu yerə yıxacaqdı.

– Bax, oradadırlar, çöldədirlər, – Bruno dedi. Təkrar pən-cərənin yanına gəlmişdivə çölə baxırdı. Qretelin otaqda olub-olmadığını dəqiqləşdirmək üçün geridönmədi. Uşaq-ları izləməklə çox məşğul idi. Bir neçə dəqiqəlik bacısınınorada olduğunu belə unutdu.

Qretel hələ bir neçə addım arxada dayanırdı. Ümidsizcə çölə baxmaqistəyirdi. Amma qardaşının üz ifadəsində və çölə baxışındakı bir şey onungərilməsinə səbəb oldu. Bruno daha əvvəl onu heç bir mövzuda aldatmamışdıvə bu anda da aldatmadığından əmin idi. Amma Brunoda qəribə hallar vardı. Qretel o uşaqları görmək istədiyindən əmin deyildi.Həyəcanla udqundu və Brunonun dediyi kimi bir ay sonra deyil, qısamüddət sonra Berlinə dönmələri üçün səssizcə dua pıçıldadı.

– Bəli? – dönüb qapıda dayanan bacısına baxaraq dedi.

Qretel, gəlinciyinə sarılmış, iki hörgü halındakı qızıl sarı saçlarıçiyinlərində, getməyə hazır idi.

– Onları görmək istəmirsən?

– Əlbəttə istəyirəm, – deyə Qretel cavab verdi və ona doğ-ru qərarsızca getdi. – O zaman çəkil yolumdan – deyib, dir-səyi ilə onu uzaqlaşdırdı.

Auvisdə keçirdikləri ilk axşamüstü günəşli və parlaq idi. Qretel pəncərə şüşəsindənbaxarkən günəş, bir buludun arxasından təkrar meydana çıxmışdı. Bir müddət sonra gözlərialışdı və günəş təkrar itdi, bax o zaman Brunonun haqqında danışdığı uşaqlarıgördü.

Türler ve etiketler
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
150 s. 1 illüstrasyon
Tercüman:
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu