Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Zolaqlı pijamalı oğlan», sayfa 3

Yazı tipi:

IV BÖLÜM

PƏNCƏRƏDƏN GÖRÜNƏNLƏR

Onlar uşaq deyildi. Ən azından hamısı uşaq deyildi. Kiçik uşaqlar, böyükuşaqlar, atalar və babalar. Bəlkə bir neçə də əmi. Hər kəsdən uzaqdayanan, heç qohumu yoxmuş kimi olanlar. Bəziləri…

– Kimdir bunlar? – deyə Qretel, bu günlərdə qardaşının həmişə etdiyi kimiağzını heyrətlə açaraqsoruşdu. Bura necə yerdir?

– Bilmirəm, –Bruno, həqiqətəbacardıqca sadiq qalaraq dedi.Bilmirəm, amma evimiz qədər gözəl deyil. O qədərini bilirəm.

– Yaxşı, qızlar haradadır? – deyə Qretelsoruşdu. Analar, nənələr…

– Bəlkə fərqli hissədə yaşayırlar, – deyə Bruno fikir yürüt-dü.

Qretel də eyni fikirdə idi. Gözlərini qaçırmaq istəyirdi. Amma baxmamaqçox çətin idi. İndiyə qədər öz pəncərə-sindən yalnız qarşıdakı meşəni görmüşdü. Bir az qaranlıq kimi idi, amma irəlilədikcə açıqlıq varsa, gəzinti üçün yaxşıyer ola bilərdi. Evin bu tərəfində mənzərə çox fərqli idi.Əvvəl gözəl başlayırdı: Brunonun pəncərəsinin tam altında bağçavardı. Olduqca geniş idi və çiçəklərlə dolu idi. Düz şəkildə, sırayla düzülmüşdülər; sanki çiçək yetişdirməyi bilən biri lək salmışdı. Yaxşıbir şey etməyə çalışmışdılar, qaranlıq qış gecəsində, dumanlı, böyük birərazidəki, nə-həng qalanın küncünə kiçik şam işığı qoymuş kimi.Çiçəkləri keçincə, çox xoş, daş döşənmiş sahə vardı. Ora taxta skamya yerləşdirilmişdi. Qretel özünü günəşli gündə orada oturub kitab oxuyarkənxəyal edə bilirdi. Skamyanın üstündə lövhə vardı; amma üzərində nə yazıldığınıbu məsafədən oxuya bilmirdi. Skamya evə dönük idi. Normalda beləqoyulması qəribə ola bilərdi, amma bu vəziyyətdə səbəbini anlaya bilir-di.Bağçanın, çiçəklərin üstündə lövhə olan skamyanın təx-minən iyirmiaddımirəlisində hər şey dəyişirdi. Nəhəng tikanlı məftillər uzanırdı. Evinətrafından dolanıb təpədə dö-nür, iki istiqamətə doğru, görə bildiyi qədər çoxuzağa tərəf davamedirdi. Tikanlı məftil çox yüksək idi, içində olduqları evdən beləyüksək. Eyni xətdə tikilmiş, teleqraf dirəklərinə bənzər nəhəng taxta dirəklər tikanlı məftilləri saxlayırdı. Ən yuxarıda qarmaqarışıq, qalın tikanlı məftil topaları vardı və hər tərəfdən çıxan iti uclara baxınca, Qretel, içindəsəbəbini açıqlaya bilmədiyi ağrı hiss etdi.

Tikanlı məftillərin kənarında çəmənlik yox idi, əslində gözlə görülə bilən uzaqlara qədərheç bir yaşıllıq yox idi. Bunun yerinə ətraf, quma bənzər bir maddədən idi. Tək görə bildiyi, uzaqdakı alçaq komalar və kvadrat binalarla arayasəpələnmiş kimi görünən bir neçə tüstü bacası idi. Bir şey söyləmək üçünağzını açdı, amma yaşadığı heyrəti ifadə edə-cək söz olmadığını fərqetdi, sonra ağlına gələn tək məntiqli şeyi etdi və ağzını təkrar yumdu.

– Gördünmü? – Bruno, olduğu yerdən söylədi. Özünü xoşbəxt hiss edirdi.Çünki oradakı hər nədirsə və onlar hər kimdirsə,ilk o görmüşdü və istədiyi zamanyenə görə bilər-di. Çünki onun pəncərəsindən görünürdülər. Buna görə onaaid idilər və o, müşahidə etdikləri hər şeyin kralı idi, bacısı isə onun aşağı təbəqəli təbəələrindən biri.

– Anlamıram, – deyə Qretel təəccübləndi. – Kim belə pis görünüşlü yer inşaedər?

– Pis görünüşlü yer, – deyə Bruno təsdiqlədi.

– Məncə, o daxmalar birmərtəbəlidir. Bax, hamısı necə alçaqdır. Müasir tərzdə evlər olmalıdır, – Qretel dedi. Atam müasir şeylərdən nifrət edir.

– O zaman onlardan çox da xoşu gəlməz, – Bruno söylədi.

– Bəli. –Qretel onlara baxaraq uzun zaman tərpənmədən dayandı.

On iki yaşında idi və sinfindəki ən ağıllı qızlardan biri olaraq qəbuledilirdi. Dodaqlarını büzdü və gözlərini qıya-raq, nəyə baxdığını anlamaqüçün fikrini toparladı. Sonunda bir şərh düşünə bildi:

– Bura çöl bölgə ola bilər, – Qretel, qardaşına dönüb zəfərqazanıbmış kimi baxaraq dedi.

– Çöl?

– Bəli, yeganə şərh budur, anlamırsan? Berlində olduğu-muz zaman şəhərdəyik. Buna görə çox insan və çox ev var, buna görə məktəblər dolu olur və şənbə günü axşamüstü şəhər mərkəzində itələşmədən gedə bilmirsən.

– Bəli… –Bruno başını yelləyib izləməyə çalışaraq dedi.

– Amma coğrafiya dərsində, çöldə əkinçilərin və heyvan-ların olduğunu və ərzaq məhsulları yetişdirildiyini öyrən-dik, insanların yaşayıb işlədikləri, bizi qida ilə təmin etmək üçün məhsullarını yetişdirdikləri belə böyük bölgələr var. Təkrar çölə,gözlərinin önünə sərilən ucsuz-bucaqsız sahəyə və hər komanın arasındaolan məsafəyə baxdı. – Bura çöl olmalıdır. Bəlkə bu, yazlıq evimizdir. – deyə ümidlə əlavə etdi.

Bruno bunu düşündü və başını yellədi.

– Belə düşünmürəm, – özündənəmin şəkildə dedi.

– Sən doqquz yaşındasan, – deyə Qretel cavab verdi. H-aradan biləcəksən?Mənim yaşıma çatanda bu cür şeyləri çox yaxşı anlarsan.

– Elə ola bilər. – Bruno, hələ kiçik olduğunu bilirdi amma bu, haqlıola bilməyəcəyi mənasını verməzdi. – Əgər dediyin kimi bura çöldürsə, bəhs etdiyin bütün o heyvanlar harada-dır?

Qretel ona cavab vermək üçün ağzını açdı, amma müna-sib cavab tapa bilmədi.Buna görə də təkrar pəncərədən çölə baxdı, heyvanları axtardı, amma heç yerdə görünmürdülər.

– İnəklər, donuzlar, qoyunlar və atlar olmalıdır, – Bruno dedi. Yəni bura fermadırsa əgər. Toyuqları, ördəkləri demə-yə belə, ehtiyac yoxdur.

– Heç biri ortalıqda deyil, – deyə Qretel yavaşca etiraf etdi.

– Və əgər sənin söylədiyin kimi burada məhsul yetişdirir-lərsə, – deyə Bruno davam etdi, müdhiş əylənərək, – o za-man məncə torpaq indiolduğundan daha çox yaxşı görün-məli idi, elə deyilmi? Bu zir-zibilin içindəhər hansı bir şey yetişdirilə biləcəyini düşünmürəm.

Qretel təkrar baxdı və başını buladı, mübahisə açıqca onun əleyhinəinkişaf etdiyindən hökmən haqlı olduğunu iddia edəcək qədər axmaq deyildi.

– Elə isə bəlkə də, ferma deyil, – dedi.

– Deyil, – Bruno dedi.

– Bu da bəlkə buranın çöl olmadığı mənasını verir, – deyə bacısı davametdi.

– Bəli, çöl olduğunu sanmıram,

– Bizim yazlıq evimiz olmadığı mənasına da gələ bilər, –Qreteldedi.

– Elə düşünürəm, – Bruno təsdiqlədi.

Yatağın üzərində oturdu və bir anlıq Qretelin yanında oturub onu qucaqlamasını,hər şeyin yoluna düşəcəyini, za-manla buradan xoşlanacaqlarını vəəsla Berlinə geri dönmək istəməyəcəklərini söyləməsini ümid etdi. Amma qız hələpəncərədən çölə baxırdı və bu dəfə çiçəklərə və ya daş dö-şənmiş yola;üstündəki lövhədə yazı olan skamya və ya yüksək hasara; teleqraf dirəklərinə və yatikanlı məftillərə; arxadakı sərt örtüyə və ya komalara; kiçik binalara və yatüstü burumlarına baxmır; bunların yerinə insanlara baxırdı.

– Bütün bu insanlar kimdir? – deyə yumşaq bir səsləsoruşdu. Sanki Brunodan soruşmur, başqa birindən cavab gözləyirdi. – Və hamısı birlikdə burada nəedirlər?

Bruno qalxdı və orada ilk dəfə çiyin-çiyinə, birlikdə da-yandılar, yenievlərinin əlli addım yaxınlığındakı insanlara gözlərini dikdilər.

Baxdıqları hər yerdə insanlar görürdülər; uzun, qısa, yaşlı, gənc… hamısıhərəkətdə idi. Bəziləri qruplar meydana gətirmiş, – önlərində gedib-gələn birəsgər, onlara bir şey söyləyirmiş kimi ağzını açıb yumaraq – əlləri yanlarda, baş-larını dik tutmağa çalışaraq, tərpənmədən dayanırdılar.

Bəziləri insan zənciri kimi idilər və düşərgənin bir tərəfin-dən digərinə əl arabalarını sürürdülər. Gözlərdən uzaq bir nöqtədə meydana çıxıb əl arabalarını bir az da irəliyə – bir komanın arxasına aparırlar, orada təkrar gözdənitirdilər.Bir neçə dənəsi səssiz bir qrup halında komaların yanında daya-nır, sankigörülmək istəmədikləri bir oyundaymış kimi yerə baxırdılar. Bəzilərindəqoltuqağacları vardı; çoxunun başı bandajlarla sarılmışdı. Bəzilərininəlində bağbanlıq ləvazi-matları vardı. Əsgərlər tərəfindən, görülməyən bir yerəapa-rılırdılar.

Bruno və Qretel yüzlərlə insan görürdülər. Önlərində çox sayda koma vardı və düşərgə, görə bildiklərindən çox geniş idi. Orada dahaminlərlə adam ola bilərmiş kimi görünürdü.

– Və hamısı bizə çox yaxın yaşayırlar, – Qretel qaşqaba-ğını tökərək dedi.

– Berlində gözəl, səssiz küçəmizdə yalnız altı ev vardı. İndi burada oqədər çoxdur ki… Atam, bu qədər çox qonşu-nun olduğu, bu qədər pis biryerdə yeni bir işi niyə qəbul etsin? Bu çox məntiqsizdir.

– Buraya bax, – Bruno dedi.

Qretel onun barmağını, işarə etdiyi istiqamətə doğruizlədi və gördü: Bir qrup əsgər, komadan uşaqları çıxarmış, qışqıraraqonları bir yerə toplayırdı. Əsgərlər nə qədər çox qışqırsa, uşaqlarbir-birlərinə o qədər çox yaxınlaşırdılar. Sonra bir əsgər onlara doğru hücum etdi və ayrıldılar. Onun başdan bəri istədiyini etmişdilər, bu datək sıra halında da-yanmaq idi. Bunu etdiklərində əsgərlər gülməyə başladılar vəalqışladılar.

– Bir növ məşq olmalıdır bu, – Qretel dedi. Bəzi kiçiklərin, bir az daha böyükolanların, hətta bəzi yaşıdı uşaqların belə, ağlamaqlarını fərq etməmişkimi davrandı.

– Sənə burada uşaqlar olduğunu söyləmişdim, – Bruno dedi.

– Mənim oynamaq istəyəcəyim tərzdə uşaqlar deyil, – Qretel qərarlıbir səslə dedi. – Murdar görünürlər. Hilda, İzabel və Luiza hər səhər duş alırdılar, mən də elə. Bu uşaq-lar, sanki həyatları boyunca heç duş almayıblar.

– Ora çox murdar görünür, – Bruno dedi. Amma, bəlkə duşları yoxdur.

– Axmaq olma! – Qretel dedi. Baxmayaraq ki, qardaşına axmaq deməməsi üçün ona dəfələrləxəbərdarlıq edilmişdi.

– Necə, insanların duşları olmaz?

– Bilmirəm, – Bruno dedi.

– İsti suyu olmayan insanların…

Qretel, bir müddət də baxdı, sonra ürpərərək arxaya dön-dü.

– Otağıma gəlinciklərimi yerləşdirməyə gedirəm, – dedi. Oradan görülən mənzərə yüz faiz daha yaxşıdır. Bunu söylə-yərək uzaqlaşdı.

Dəhlizin qarşısına, özotağına getdi və qapını bağladı. Amma dərhal gəlinciklərini yerləşdirməyə başlamadı. Bu-nun yerinə yatağında oturdu və ağlından bir çox şey keçdi.

Öz işləriylə məşğul olan yüzlərlə adama baxarkən qarda-şının ağlına sonbir düşüncə gəldi. Bir həqiqət vardı. Kiçik uşaqlar, böyük uşaqlar, atalar,babalar, əmilər, hər kəsdən uzaq dayanan və qohumları yoxmuş kimi olaninsanlar… hamısı eyni paltarı geyirdilər: Boz zolaqlı pijama və başların-da bozxəttli araqçın…

– Nə qədər qeyri-adidir! – deyə geri çevrilmədən əvvəlmızıldandı.

V BÖLÜM

“GİRMƏK HƏR ZAMAN İSTİSNASIZ QADAĞANDIR”

Bu mövzuda görüləcək sadəcə bir iş vardı: O da atası ilə danışmaq.Atası Berlindən onlarla birlikdə gəlməmişdi. O, bir neçə gün əvvəl evdənayrılmışdı; Brunonun evə gəlib Mariyanı əşyalarını, şkafının arxasındasaxladığı, ona aid olan və kimsəni maraqlandırmayan şeyləri belə toplarkəngördüyü günün axşamı. Bunu izləyən günlərdə anası, Qre-tel, Mariya, aşpaz,Lars və Bruno bütün vaxtlarını, əşyalarla boğuşmaqla, onları böyük qutularadoldurmaq və Auvis-dəki yeni evlərinə aparması üçün böyük yük maşınına yer-ləşdirməklə keçirmişdilər.

O son səhər, ev gerçək bir ev kimi deyil, bomboş görün-düyündə vəsahib olduqları son şeylər çamadanlara yerləş-diriləndə, qırmızı-qara bayraqlıbir avtomobil qapılarında dayanaraq onları götürüb aparmışdı.Anası, Mariya və Bru-no evdən ayrılan son adamlar idi. Bruno, xidmətçininhələ yanlarında olduğunu anasının fərq etmədiyini düşünürdü. Çünki o qədərxoşbəxt zaman keçirdikləri boş dəhlizə, de-kabr ayında küknar ağacının qoyulduğu,qış aylarında yaş çətirlərin buraxıldığı evə girərkən Brunonun palçıqlı ayaq-qabılarını çıxarması lazım olan, amma bunu heç etmədiyi yerə sonbir dəfə baxarkən, anası başını bulayıb çox qəribə bir şey söyləmişdi:

– Fyurinin yeməyə gəlməsini əsla qəbul etməməliydik. Amma bəzi insanlarvə onların yüksəlmə ehtirasları…

Bunu söylədikdən sonra dərhal dönmüşdü və Bruno, onun gözlərinin yaşlıolduğunu fərq etmişdi. Anası, Mariya-nın orada dayanıb onları izlədiyinigörüncə, sıçramışdı.

– Mariya, –sarsılmış bir səslədemişdi, – sənin avtomobil-də olduğunu düşünürdüm.

– Mən də gedirdim, xanım, –Mariyademişdi.

– Mənim demək istədiyim…– deyə anası davam etmək istəsə də, amma başqa bir şeysöyləyə bilmədi. – Mənim söy-ləmək istədiyim…

– Mən gedirdim, xanım, – deyə Mariyatəkrarladı, anası-nın sözününkəsilməyəcəyi qaydasını hərhalda bilmirdi, qapıdan tələsik çıxıb avtomobiləqaçmışdı.

Anası qaşqabağını töküb, sonra artıq heç bir şeyin əhə-miyyəti qalmamış kimi,

– Tez ol, Bruno, gəl, – onun əlini tutub qapını kilidlərkən demişdi. – Bütün bunlar bitincəbir gün bura geri dönə bil-məyi ümid edək.

Qarşısında bayraqlar olan rəsmi avtomobil onları qatar stansiyasına aparmışdı. Oradageniş platforma ilə bir-birin-dən ayrılan iki dəmiryolu və hər iki tərəfdə də yola düşən-lərin minməsini gözləyən qatarlar vardı. Digər tərəfdə, ge-dən çoxlu əsgər və relslərdəki qayçıları ayıran işarə məmu-runa aid uzun bir daxma görünürdü. Bruno, ailəsiylə birlik-də çox az insanın olduğu, komfortlu, bir xeyli boş kreslosu olan və pəncərələr açılanda bol- bol təmiz hava dolan qataraminmədən əvvəl, qısa müddət insan kütləsini görə bilmişdi. Əgər qatarlarfərqli istiqamətlərə gedəsi olsalar, bu qədər qəribə görünməzdi, deyə düşünmüşdü;amma elə deyildi. İkisinin də gediş istiqaməti şərqə doğru idi. Bir anlıq digərqatara tərəfə qaçıb oradakılara öz vaqonlarında bir xeyli boş yer olduğunusöyləməyi düşünmüş; amma etməməyə qərar vermişdi. Anasıəsəbiləşməsə belə,Qretel dəliyə dönərdi və bu daha da pis olardı.Auvisə – yeni evlərinə gəldiklərindən bəri Bruno, atasını görməmişdi.

Atasının guruldayan səsini heç bir yerdə eşitməmişdi, çəkmələrinin çıxardığı toxsəsi də. Onun, otağında olduğunu düşündü. Amma sonra otaqdan, Brunoyabaxan gənc əsgər çıxmışdı. Böyük ehtimalla, gəlib-gedən bir çox insan vardı. Nəedə biləcəyini düşünərkən aşağı mərtəbədən səs-küy gəldi, dərhal dəhlizə çıxıb məhəccərlərdən baxmağa getdi.Atasının iş otağının qapısı açıq idi. Qapının qarşısında, gü-lüb əl sıxışanbeş nəfərlik bir qrup gördü. Atası ortalarında idi və yeni ütülənmişformasıyla çox dəbdəbəli görünürdü. Göründüyü kimi gur qara saçları yenibriyantinlənmiş və daranmışdı. Bruno, yuxarıdan baxarkən ondan həmqorx-muş, həm də ona heyran qalmışdı.Digər adamların görü-nüşlərindən o qədər xoşlanmamışdı. Atası qədəryaraşıqlı olmadıqları qəti idi. Formaları yeni ütülənmiş kimi deyildi.Səsləri o qədər gur və çəkmələri cilalı deyildi. Hamısı şapka-larını kresloaltlarında tuturdular və atasının diqqətini çək-mək üçün, sanki yarışırdılar. Bruno, onların danışıqlarından yalnız bəzilərinianlaya bilirdi.

– … bura ilk gəldiyi andan başlayaraq səhvlər etdi. Bu mərhələyə gəlincə, Fyurinin başqa çarəsi qalmamışdı… –biri dedi.

– … intizam, – digəri dedi, – və hərəkət. Qırx ikinin əvvə-lindən bəri tək çatışmazlıq hərəkət idi. Bu olmadan…

– … çox açıqdır, rəqəmlərin söylədikləri çox açıqdır. Çox açıqdır, Komandir…–üçüncü adam dedi.

– … əgər bir dənə də tiksək, – son danışan söylədi, – o zamanedə biləcəklərimizi xəyal edin … yalnız xəyal edin.

Atası bir əlini havaya qaldırdı və bu digər adamların dərhal susmalarınıtəmin etdi. Sanki bir orkestr rəhbəri idi.

– Cənablar, – dedi. Bruno bu dəfə hər şeyi eşidirdi; çünki atasından başqaheç kim otağının bir ucundan digərinə səslənməyi və eşidilməyi bacara bilməzdi. – Tövsiyələriniz və dəstəyiniz çox təqdir edilir. Və keçmiş, keçmişdə qaldı.Burada yeni bir başlanğıc olacaq, amma bu yenilik sabah başlasın. İndiailəmin yerləşməsinə kömək etməliyəm. Yoxsa mənim buradakı vəziyyətim,çöldəkilərin vəziyyəti qədər çətin olacaq, aydın oldumu?

Adamların hamısı qəhqəhələr çəkərək atasının əlini sıxdı-lar. Çıxarkən oyuncaq əsgərlər kimi tək sıra dayandılar və atasının Brunoya öyrətdiyi kimi,tək qollarını; ovuc içi düz, barmaqlar yapışıq, sinədən irəli doğru iti birhərəkətlə uza-dıb qışqıraraq salam verdilər. O iki söz ona hər deyildiyindəeynilə təkrarlaması lazım olduğu Brunoya öyrədilmişdi. Sonra adamlar getdilər.

Atası, “Girmək hər zaman istisnasız qadağandır” yazıl-mış iş otağına döndü.

Bruno, yavaşca pilləkənlərdən endi. Qapının önünə gəl-diyində bir anlıq tərəddüd etdi. Atasının, burada olduğu təxminən bir saat boyunca gəlib salamlaşmaması onu üz-müşdü. Nə qədər məşğul olduğu və salam vermək kimi kiçik şeylərlə narahat edilə bilməyəcəyi bir neçə dəfə açıq-lanmışdıona. Amma artıq, əsgərlər getdiyinə görə qapını döyməyin qorxulu olmayacağını düşündü.

Berlində atasının iş otağına çox az girə bilmişdi. Ümumiy-yətlə, dəcəllik etdiyi və ciddi bir xəbərdarlığa ehtiyacı oldu-ğu zamanlarda… Atasınıniş otağı üçün keçərli olan qayda, Brunonun Berlində öyrəndiyi ənəhəmiyyətli qaydalardan biriydi və o qaydanın burada, Auvisdə, keçərli olmayacağını düşünəcək qədər axmaq deyildi. Bir neçə gündür bir-birləri-nigörmədikləri üçün, bu anda qapınındöyülməsinə heç kəsin fikir verməyəcəyini düşündü.

Qapını diqqətlicə və yavaşca iki dəfə döydü.

Bəlkə atası eşitməmiş, bəlkə də, Bruno kifayət qədər bərk vurmamışdı, çünkiqapını heç kəs açmadı. Bruno qapını tək-rar və bu dəfə daha sərt döydü. Eynianda içəridən atasının gur səsi eşidildi:

– Gir!

Bruno qapının dəstəyini çevirdi, içəri girdi və hər zaman-kı duruşuyla – gözləri bərəlmiş, ağzı O şəklində açılmış və qolları yanında dayandı. Evin geri qalan hissəsi bir az qaran-lıq, bir az darıxdırıcı ola bilərdi vəaraşdırmaya açıq deyildi; amma bu otaq tam fərqli bir şey idi. Birincisi, tavanıçox yüksək idi. Brunonun, özünüiçində batacaqmış kimi hiss etdiyi bir xalça vardı.Tünd rəngli rəflərdən haradasa divar-lar görünmürdü. Berlindəki evinkitabxanasında olduğu kimi bunlardada kitablar sıralanmışdı. Qarşı divarda,arxa-dakı bağçaya açılan çox böyük pəncərələr vardı. Önlərinə, oturulacaqrahat kreslolar yerləşdirilmişdi və bütün bunla-rın ortasında palıddan hazırlanmış böyük bir masanın arxa-sında atası otururdu. Bruno girərkən kağızlarındanbaşını qaldırdı və ona baxaraq gülümsədi:

– Bruno, – dedi, masanın arxasından dolanıb uşağın əlini sərt şəkildə sıxdı.

Anasıvə nənəsinin tərsinə atası, hər kəsi qucaqlayan tip-lərdən deyildi.Onlar Brunonu narahat edəcək qədər bərk qucaqlayır, istəklərini hiss etdirmək üçün üzünü sulu öpüş-lərə qərq edirdilər. Atası bir müddət sonra "Oğlum," deyə əlavə etdi.

– Salam, ata, – Bruno yavaşca dedi, otağının sehrinin təsirinə bir az çoxqapılmışdı.

– Bruno, bir neçə dəqiqə sonra səni görməyə gəlirdim, and içərəmgələcəkdim, –atası dedi. Bitirməli olduğum yı-ğıncaq və yazmam lazım olanməktub vardı. Demək, bura çərşənbə axşamı gəldiniz?

Ücretsiz ön izlemeyi tamamladınız.

₺77,04

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
150 s. 1 illüstrasyon
Tercüman:
Telif hakkı:
Hədəf nəşrləri
Metin PDF
Ortalama puan 5, 3 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 4,7, 3 oylamaya göre
Metin
Ortalama puan 4,8, 9 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre