Kitabı oku: «Bukre», sayfa 3
251
Tək-tənha buraxılarlar; Ən çox sahib ola bilmədiklərinə əsəbləşən, amma ən tez sahib olduqlarından da əl çəkən insanlardır onları tərk edənlər. Eyni kədərin fərqli bədbəxtləridirlər. “Nə üçün ağlımızdakılar yanımızda deyil?” – sualını dayanmadan verərlər özlərinə. Ruhları isinsə də, ürəklərində həmişə qışdır. Bir ağı tökülər do-daqlarından astaca:
“Sabah da səhər olacaq, məndə batan Günəş, səndə necə
doğacaq?”
Sitəm dolu bir ağının suala çevrilmiş halıdır bu. Cavabı olmasa da, onları rahatlandırar. Yerdə qalan tək şey bircə təsəlli cümləsidir: ”Hər sevən öz sevgisinin qatilidir”.
Bunları düşünərkən yuxuya getdi Bukre. Başı içində
hüzur gizlədən bir yastığa qoyuldu. Səlimin çiyninə…
***
Səhər açılanda gedəcəkləri yerə gəlib çatmışdılar. Elə
də rahat olmayan yolçuluq idi. Düşərgə quracaqları əra-ziyə doğru heç tanımadıqları 30-35 nəfərlik qrupla irə-liləməyə başladılar. Qrupun lideri onları istiqamətləndi-rirdi. Yarım saat getdikdən sonra çadır quracaqları yerə
çatdılar. Ətrafı ağaclarla əhatələnmiş, yaşıl rəngin onlarla çalarını özündə əks etdirən yamacın kənarı idi bura. Bukre və Səlim çadır üçün lazım olan tədarükü gördüyü vaxt Uyqar onlara kömək edirdi. Birlikdə çadırı qurdular.
Qrup lideri qısa bir söhbət edərək nə üçün burada olduqlarını, iki gün ərzində hansı işləri görəcəklərini başa saldı.
251
Yavaş-avaş hamı bir-biriylə tanış olmağa, bir-birinə
kömək etməyə başlamışdı. Səhər yeməyindən sonra fəlsəfə müəllimi “Təbiət və Fəlsəfə” mövzusunda mühazirə
oxudu. İştirakçıların hər biri öz fikir və müşahidələrini, düşüncələrini söyləyərək müzakirəyə qoşulurdular. Səlim də söz istədi. Bukre qürurla qulaq asdı dostuna. Daha sonra dağ gəzintisi oldu. Bel çantalarıyla hündür bir ya-maca dırmaşdılar. Düşərgəyə qayıtdıqları zaman çox yo-rulmuşdular. Yaşıl çəmənin üstünə atdılar özlərini. Bukrenin saçları otların arasında qapqara çay kimi axırdı. Günəş batmaq üzrəydi. Solğun şəfəqləri Bukrenin üzündə
nəfəs alırdı. Simasının tərtəmiz gözəlliyi daha parlaq görünürdü. Bir neçə kilometrdən diqqəti çəkən bir gözəllik idi bu. Düşərgənin ən gözəl qızıydı Bukre… Və hər kəsin gözü onun üzərində idi. Özü bunu hiss etməsə də…
Ləzzətlə başlayan gün axşamın yorğun qollarına təslim olmaqdaydı. Hər kəs yandırılacaq tonqalı həyəcanla gözləyirdi. Düşərgənin ortasında nəhəng bir tonqal qala-dılar. Onun üstündə yemək bişirildi. Qrupdakılar bir-biriylə qaynayıb-qarışmağa başlamışdı. Bukre, Səlim və Uyqar onlardan bir az aralı dayanmışdılar. Kiçik kömək is-təkləri nəzərə alınmazsa, heç kim onlarla uzun-uzadı söhbətə girişməmişdi.
Yeməkdən sonra ətrafı təmizləyib tonqalın başına toplaşdılar. Söhbət etməyə başladılar. Sonra bir alqış səsiylə yarımçıq qaldı söhbətləri. Digər qrupun içində bir gitaraçı mahnı oxumağa hazırlaşırdı. O qrupa tərəf yönəldi hər kəs. Qrup lideri düşərgənin yeganə musiqiçisi Cemi təqdim etdi. Cem uzun saçları ilə rok qrupu solisti kimi görünürdü. Eyni zamanda həm bir kişini xatırladan, 251
həm də uşaq təəssüratı oyadan üzündəki ifadə onu daha da cazibədar edirdi. Düşərgədəki bütün qızlar onu heyran-heyran seyr edirdilər. Mahnılarını birlikdə oxuyur, hər mahnının sonunda onu dəli kimi alqışlayırdılar. Gös-tərilən diqqətdən razı görünürdü Cem. Özünü heyran ba-xışlardan təsirlənmiş kimi aparsa da, bu vəziyyət daxilən çox xoşuna gəlir, ruhunu oxşayırdı. Bukre və Səlim mahnı oxuyanlara qoşulsa da, Uyqar tonqalla oynamağa üstünlük vermişdi. Tonqalın göyə yüksələn alovlarıyla birlikdə
mahnıların yaratdığı görünməz hərarət qulaq asanların içini isindirirdi. Cemin insanı heyran edəcək qədər gözəl səsi var idi. Gecə keçdikcə mahnıların ritmi də sürətlənir, bir az əvvəl həzin mahnılarla rəqs edən cütlüklər, indi da-ha hərəkətli musiqinin sədaları altında yorulmaq bilmədən oynayırdılar.
Cemin gözü ona səssizcə qulaq asan, onunla birlikdə
mahnı oxuyan, dinləyən, amma heç rəqs etməyən Səlimlə
Bukreyə dikilmişdi. Səlim və Bukre isə Cemin baxışlarının onları həbs etdiyinin fərqində belə deyildilər. Onsuz da ritmik mahnılar başlayandan bəri qulaq asmaqdan vaz keçib öz aralarında söhbətə girişmişdilər. Sonra Uyqarla maraqlanmağa başladılar. Onun kiçik və yorğun bədəni bu gün bir az gücə düşmüşdü. Amma çox əylənirdi.
Uyqarı çadıra apardılar. O dəqiqə yuxuya getdi. Bacısı və Səlim çadırın qapısını bağlayaraq onu yuxunun rahat qollarına təslim etdilər. Bir az sonra qarşı tərəfdəki böyük qayanın üstünə çıxdılar. Musiqi öz ahəngində davam edirdi. Alqışlardan sonra yerindən durdu Cem. Əlindəki gitarayla çadırına tərəf getdi. Bir neçə gənc qız onunla 251
danışmaq istədi. Üz vermədi. Əslində, onun niyyəti Bukre və Səlimin yanına getmək idi.
Cemin onlara yaxınlaşdığını görəndə söhbəti kəsdilər. Yanlarına çatmağa bir-iki addım qalmış ayaq saxlayıb ehtiramla salam verdi Cem: “Axşamınız xeyir, dostlar”.
Gecəboyu onu oturmuş halda gördüyü üçün gəncin uzun boyu Bukreni çox təəccübləndirmişdi. Geniş çiyinləri, sarıya çalan vücudu, xüsusilə də insanın ruhuna işləyən kəskin baxışlarıyla qarşısındakı adamı təsir altına ala bilən biri idi Cem.
“Axşamın xeyir”, – dedi Səlim özünəməxsus nə-zakətlə. Eyni ehtiramla Bukre də dilləndi. Üzünə xoş bir təbəssüm yayıldı Cemin. Bukre “Bir insana gülmək ancaq bu qədər yaraşar…” – deyə düşündü öz-özünə. Bir yandan da onun nə üçün bu qədər dostu, yoldaşı varkən onların yanına gəldiyini düşündü.
Çox da gözləmədən Cem, – “Əvvəllər sizi heç gör-məmişdim. Yenisiniz deyəsən?” – soruşdu.
Səlim, – ”Bəli, ilk dəfə iştirak edirik, amma xeyli vaxtdır Facebook səhifənizdən dərnəyinizi izləyirəm. Hətta bir neçə dəfə Kadıköydəki “İnsan Nədir?” mövzulu təd-birinizə də qatılmışdım”, – dedi.
Cem iki addım da yaxınlaşaraq əlini uzatdı: ”Adım Cemdir”. “Məmnun oldum, mən də Səlim. Bu da dostum, uşaqlıq dostum Bukre”.
Cem gözləri parlayaraq Bukreyə tərəf döndü. Bukre soyuq, amma cəlbedici ifadədən əl çəkməyərək ürəksiz bir təbəssümlə uzatdı əlini.
251
“Çox qeyri-adi addır. Mənası nədir?” – soruşdu əlini uzadarkən Cem. Bukre öz adının mənasının soruşulması-na alışmışdı.
“Səhərə yaxın. Gecənin səhərə ən yaxın olan zamanı.
Adımın mənası budur…”.
Aldığı cavabdan məmnun idi Cem. “Bu gün daha bir şey öyrəndim”, – dedi.
Cem gözlərini Bukredən çəkmirdi. İkisi də baxışları hər toqquşanda boşluğa düşmüş kimi olurdu. Vəziyyəti hiss edən Səlim ”Gəlib yanımızda oturmazsınız ki?” – de-yə soruşdu.
Bu sualdan sonra Cem özünə gəldi. “Məmnuniy-yətlə”, – deyərək Bukrenin yanında oturdu. Söhbətcil və
mehriban birinə bənzəyirdi. “Nə düşünürsünüz? Gəzinti haqqında nə fikirləşirsiniz?” – deyə sual verdi.
Ortaya elə belə atılmış bir sual idi bu. Xüsusi olaraq kiməsə ünvanlanmamışdı. Səlim sualı özünə götürdüyü üçün tez də cavab verdi.
“Hər şey çox gözəldir… Kefimiz açılsın deyə gəlmişdik onsuz da. Yaxşı ki, gəlmişik”.
Cem Bukreyə tərəf dönərək, – “Siz də istirahət edə bi-lirsinizmi?” – deyə sual vedi.
Bukre alçaldıcı bir tərzdə, – “əylənməyə gəlməmişik.
Sadəcə beynimiz istirahət etsin istədik. Onsuz da Səlim lazım olan cavabı vermişdi bir az əvvəl”, – dedi. Səsindəki sərtlik o dəqiqə hiss edildi. Nə üçün belə cavab verdiyini özü belə başa düşmədi. Xoşu gələn oğlanın diqqətini çəkmək üçün ona naz edən məktəbli qızlar kimi hiss edirdi özünü. Cavabından utanan kimi oldu. Cem heç bir şey olmayıbmış kimi gülümsəyərək sözünə davam etdi. Bukre-251
nin bu hərəkətini ya başa düşməmişdi, ya da bu cür etməsi xoşuna gəlmişdi.
“Sabah yelkənli qayıqla gəzintiyə çıxacağıq, çox maraqlı olacaq”, – dedi və gülümsədi. Bukre cavab vermədi.
Səlim söhbətə müdaxilə elədi: “Bukrenin qardaşı minə
bilməz, qorxar. Ona görə də yəqin ki biz iştirak edə bil-məyəcəyik”.
Cem tez təklif etdi: “Əgər sizi bu zövqdən ayıracaqsa, mən Bukre xanımın qardaşı ilə maraqlana bilərəm”.
Bukre vəziyyətə müdaxilə etmə ehtiyacı duydu:
“Lazım deyil, Cem bəy. Nəzakətiniz üçün təşəkkür edirəm”. Sözləri əvvəlkindən də sərt kimi görünsə də, sakit şəkildə demişdi bu dəfə. Hətta bir az minnətdarlıq hissi də duyulurdu. Qısa fasilədən sonra gülməyə başladı Cem. Səlim və Bukre anlamayan baxışlarla bir-birinə baxdılar. Cem isə gülməyinə davam edirdi. Bukre heç cürə
dözə bilmədi: “Dediklərimin nəyi gülməlidi, Cem bəy?”
Səsindəki əsəbilik belə Cemi gülməkdən saxlaya bilmədi. O, qarnını tutaraq cavab verməyə çalışdı. “Sizdən çox-çox üzr istəyirəm”, – dedi. Gülməkdən zorla danışa bilirdi: “Burada, dağ başındayıq. Dağ idmanı ilə məşğul oluruq, mahnılar oxuyuruq. Eyni düşərgədəyik, amma bir-birimizə davamlı olaraq, “xanım”, “bəy” deyirik. Türk filmlərində olduğu kimi… Ona gülürəm”.
Bu izahatı verərkən də gülməyinə davam edirdi. Am-ma qarşısındakılarla göz-gözə gələndə onların gülmədiyi-nin fərqinə vardı. Hətta ikisi də sərt baxışlarla əzirdilər onu… Cemin əvvəlcə yavaş-yavaş gülməyi yoxa çıxdı, sonra üzünə ciddiyyət gəldi, qızarmağa başladı. “Yəni…
şey…Nə bilim, elə-belə gülməli gəldi bir anda”, – dedi və
251
başını aşağı saldı utanaraq. “Elə deyil, sizcə?” – deyə
soruşdu və yalvarıcı gözlərlə onların üzlərinə baxdı. Elə o anda Bukre və Səlim də qəhqəhə çəkib gülməyə başladılar. Axmaq vəziyyətə düşmüşdü Cem. Bir müddət heç nə
başa düşməyərək onları izlədi. Sonra o da qoşuldu. Gözəl bir dostluğun ilk addımı məhz bu qəhqəhələrlə atılmışdı.
***
Gəzintinin ikinci günü çox əyləncəli keçdi. Cem, Bukre, Səlim və Uyqar bütün tədbirlərə birlikdə qatılmış, axşama qədər ayrılmamışdılar. Xüsusilə Cemin Uyqara münasibəti lap böyük qardaş kimiydi. Bu, Bukrenin çox xoşuna gəlmişdi. Düşərgədəki digər qızların gözü də Cemin üzərində idi gün boyu. Amma Cem o baxışlara heç əhəmiyyət də vermirdi. Axşam çadırlarını yığdılar və dönmək üçün avtobusa mindilər. Bu dəfə Səlimin yanında Cem oturmuşdu. Yolboyu bir-birilərini daha yaxşı tanımaq üçün həyatlarıyla bağlı suallar verirdilər. Hər kəs çox xoşbəxt görünürdü. Səlim aradabir, “Əslində, həyat çox gözəldir, amma biz yanlış anlamışıq”, – dedi. Cem gülüşləriylə qarşılıq verdi.
Bukre arada bir dəfə İstanbulda nə işlə məşğul olduğunu soruşdu Cemdən…
“Mən musiqiçiyəm, – dedi Cem. – Bəzi məkanlarda səhnəyə çıxıram. Bu da həmişə olmur təbii ki. Sezonluq işlərdi bizimki”. Elə bu zaman Səlim ondan qarşısına qoyduğu planların nə olduğunu soruşdu. “Bəstələdiyim musiqilər… Ən böyük arzum albom çıxartmaqdır. Amma çox çətin görünür. İndi hamı bu işdə saxtakarlıqla məşğul-251
dur… Şirkətlər albom çıxartmağa o qədər də yaxşı yanaş-mırlar. Pul yığıram. Öz imkanlarımla buna nail olmağa çalışacağam”.
“O necə olacaq?” – deyə soruşdu Bukre.
“Studiya icarəyə götürəcəyəm. Bir kaset üçün mənə
on gün bəs edər. Bəstələrim hazırdır. Yaxşı aranjimanla iş-ləsəm, istədiyim kimi alınlar. Gitarada özüm çalacağam, digər alətlər üçün də ağlımda bir neçə nəfər var. Kasetə
yazmaq bitəndən sonra bir-bir şirkətləri gəzəcəm. Hər şey pulun başındadı əslində”, – dedi. Xəyalını danışarkən gözlərindən bu işi həyata keçirməyi nə qədər çox istədiyini başa düşmək olurdu.
“Bir gün bizə bu bəstələrindən çala bilərsən? Yoxsa albomunu gözləyək?” – soruşdu Bukre.
Cem gülümsədi: “Bir gün səhnəyə çıxdığım məkana gəlin. Orada dinləyərsiniz”.
Cem Səlim və Bukreni tanımaq üçün şəxsi həyatlarıyla bağlı suallar verirdi. Aldığı hər cavabdan sonra öz həyatı ilə bağlı bəzi şeyləri onlarla bölüşürdü. Ailəsi Mersində yaşayırdı Cemin. Dörd qardaş idilər. Atası Mersin Limanında işləyirdi. Anası isə özəl bir bankda… İyirmi səkkiz yaşında idi. Amma daha gənc görünürdü. Üzünə
hopmuş və heç getmək bilməyən uşaqlıq vardı. Bir az mə-zəli, zarafatcıl, ağıllı və çox yaraşıqlı idi. İstanbulda hansı tərəfdə yaşadığını soruşdu Səlim. Bakırköy cavabını alınca da çox sevindi. ”Yaxınıq, – dedi. – Biz də Baxçalı evlərdə yaşayırıq”.
“Vauuu! – dedi Cem. – Çox rahatlıqla görüşə bilərik o zaman”.
251
“İnşallah”, – deyə qarşılıq verdi Səlim. Onun uşaq ki-mi hərəkətləri Səlimin yetişkin halına bənzəmirdi, amma yenə də yaxşı yola gedirdilər.
Bukre Cemin gözlərində mənasını heç cür anlaya bilmədiyi işıq görürdü. Nə zaman göz-gözə gəlsəydilər bu işıq sanki daha da aydınlanırdı. Söhbət edərkən bunun nə olduğunu düşünürdü Bukre. Dəhşətli cazibəsi var idi Cemin. Amma eyni zamanda da gözəgörünməz bir pərdəylə örtülmüşdü sanki. Dünyaları çox ayrı idi, əslində. Oxşar tərəflərini tapmağa səy göstərmək mənasız gəlirdi Bukreyə.
Yorğun bədənləri yuxuya məğlub olanda artıq səhər açılmaq üzrə idi. Avtobus İstanbula çatırdı. Gözünü ilk açan Səlim oldu. Ötəri ətrafına boylandı. Hər kəs yuxu-daydı. Sonra kitabını götürdü və oxumağa başladı. Təxminən bir saat sonra Cem oyandı. Arxasınca Uyqar. Uyqar tələsik bacısını qaldırdı. “Bacı, nə qədər yolumuz qalıb”, – deyə sual verdi. Az qalmışdı.
***
Avtobusdan enəndə eyni tərəfə gedəcəkləri üçün hamısı birlikdə taksiyə mindilər. Bir-birilərinin telefon nömrələrini götürdülər. Bukre ilk dəfə idi ki, sadəcə ailəsinin bildiyi nömrəni başqasına verirdi. Yenə də buna görə narahat olmadı. İçindən bir hiss Cemə inanmalı olduğunu söyləmişdi. Əvvəlcə Cemi Bakırköyə apardılar. Daşxan caddəsindəki binanın subaylar üçün kirayələnmiş birinci mərtəbəsindəki mənzillərdən birində yaşayırdı. Daha 251
sonra öz məhəllələrinə doğru hərəkət etdilər. Cem onların arxasınca əl eləyirdi.
Bir az uzaqlaşdıqdan sonra Bukre, – ”Səncə, necə biridi?” – deyə soruşdu Səlimdən.
Səlim heç tərəddüd etmədən, – “Məncə, yaxşı biridir”, – deyə cavablandırdı sualı. Hər ikisi eyni düşüncədə
idi.
O gecə yatağında xeyli düşündü Bukre. İki mükəmməl gün keçirmişdi. Son zamanlar yaşadığı o cansıxıcı hadisə ağlına belə gəlməmişdi bu iki gün ərzində. Səlimin fədakarlığı işə yaramışdı. Bukre nə zaman kədərlənsə, Səlim həmişə köməyinə çatırdı. Tez bir vaxtda həyata qayta-rardı onu… O gecə yuxuya gedənə qədər dua etdi Allahı-na. Sayları getdikcə azalan Səlim kimi düzgün və dürüst insanlar üçün dua etdi. İstədiyi şey isə Mərvənin bir gün Səlimin sevgisini hiss etməsiydi. Bir insanın sizi sevdiyini hiss etməməyiniz onu öldürmədən qatili olmağınız deməkdir. Belə bir vəziyyətə layiq deyildi Səlim. O, pis həyatın yaxşı insanı idi. İçində gizli bir yara daşıyırdı. Bukredən başqa kimsə o yaranın nə olduğunu bilmirdi. Yaranın sirri onun ağrısında gizlənmişdi. Səlim nə elə bir yaranı, nə də elə bir ağrını daşımağa layiq idi. O gecə and içdi Bukre; əgər bu eşqi Mərvə hiss etməsə, özü ona hiss etdirəcəkdi. Can dostunun beləcə səssizcə əriyib yox olmasına tamaşa edə bilməzdi.
Taleyin qəribə oyunu idi bu: Min bir canla sevdiyin halda uğrunda verə biləcəyin yalnız bir canının olması…
Yenə də istəsələr heç düşünmədən o canı verə biləcək biri idi Səlim. Bunu keçmişdəki təcrübələrindən də bilirdi Bukre. Keçmiş çox vacib idi onun üçün. Bu günün verdik-251
ləriylə özünə güclü gələcək qura bilərdi insan. Heç bir bu gün sabahsızlığa layiq deyildi çünki… Amma müəyyən edilən o yolda irəliləmək üçün keçmişin təcrübəsinə ehtiyac var idi. Təcrübə dediyin isə izlərini gördükcə xatırladığın bir yara idi.
***
Səhərisi gün cib telefonuna gələn mesajla yuxudan ayıldı Bukre. Bir sabahın xeyir mesajı idi bu və Cemdən gəlmişdi. O da “Sabahın xeyir” yazaraq cavab verdi. Üzündə xoşbəxt bir təbəssüm əmələ gəldi. O dəqiqə Səlimə
zəng vurdu. “Sabahın xeyir, Quzu. Necəsən?”
Səlim təəccüblənmişdi. “Sənin də sabahın xeyir. Sən günün bu vaxtı da yuxudan dura bilirsən? Xeyirdir, balaca quş?”
“Səhər-səhər gözəl bir mesajla oyandım. Cemdən gəldi”. Cümlənin sonuna çatmamış üzündə yaranan təbəssüm səsinə də sirayət etdi.
Səlim Bukrenin səsinin o halını yaxşı bilirdi. “Nə gözəl, Allah xeyir versin”, – dedi kinayəylə.
Bukre ciddi bir görkəm aldı tez-tələsik. “Bir şeylərmi demək istəyirsən, Səlim?”
“Bəli”, – deyə cavab verdi Səlim hiyləgərcəsinə təbəssümlə. Görüşüb söhbət etməyə qərar verdilər.
Bukre evdən çıxmazdan əvvəl elektron potçunu yoxladı. Bilgisayarını açdı və maillərini gözdən keçirmək istədi. Sonra Facebook səhifəsinə girdi və Cemdən gələn dostluq təklifiylə qarşılaşdı. Dərhal qəbul etdi. Sonra şəkillərinə baxmağa başladı Cemin. Səhnədə mahnı oxudu-251
ğu yerdə çəkilmiş şəkilləriylə dolu idi profili. Gecə insanlarından ibarət qruplarla səs-küylü anların duruşu var idi hər şəkildə. Nə qədər ayrı dünyaların insanı olduqlarını düşündü. Sonra öz-özünə fikirlərindən əl çəkdi. Hər insanın sosial həyatı və yaşayış tərzi eyni ola bilməz ki! Bu-nu düşünən kimi də nə üçün belə bir müdafiə üsulu seç-diyini soruşdu özündən. Yoxsa…
Elə bu an “Qəbul etdiyin üçün sağ ol :)” mesajı gəldi Cemdən. Deməli, o da bilgisayarının başında idi. “Bir şey deyil;)” deyə cavab verdi. Gözlənilən cavab gecikmədi:
“Bu gün nə edirsən?”
“Səlimlə görüşəcəyəm”.
“Yox ha! Heyf :(“.
“Nə üçün belə məyus oldun?”
“Mən də bu gün ikinizi səhnəyə çıxdığım məkana dəvət etmək istəyirdim”.
“Gələrik:)”
“Həqiqətənmi?”
“Gələrik, təbii ki, nə üçün gəlməyək?”
“Oleeeyy. Çox sevindim :)”
“Saat neçədə və harda?”
“Əvvəl Səlimdən gəlib-gələ bilməyəcəyini soruşmayacaq-san?
“Xeyr! Biz bir-birimizdən gəlib-gəlməyəcəyimizi soruşma-rıq. Sadəcə “Gəl!” deyərik. Və “niyə”, – deyə soruşmadan qaça-qaça gedərik hara çağırılmışıqsa. Əsl dostlar, dostun “Gəl!” ç-ağırısına “nə üçün”, – deyə sualla cavab verməz. “Gəlirəm”, –
deyər”.
“Qısqandırdınız məni indi. Demək, ətrafımda mənim heç dostum yox imiş :(“
251
“Məncə buradan yazışmayaq. İstəyirsən mənə zəng edib ünvan və saatı söyləyərsən”.
***
Axşamçağı görüşdülər. Üsküdarda, canlı musiqinin çalındığı bir kafe idi.... Bir iş yerinin terrasında yerləşirdi.
Adı da elə Terras Kafe idi. Göz qabağında olmamasına baxmayaraq, dolu idi. Cemin onlar üçün ayırtdığı masada oturdular. Gözəl ev sahibi olmağa çalışan insanların həyəcanı vardı Cemdə. Çaylarını içərkən söhbət etməyə başladılar. Bukrenin evdən çıxmazdan əvvəl özünə daha çox diqqət ayırması Səlimin gözündən qaçmamışdı. Yaxşı ki, Cem bu detalı hiss edəcək qədər tanımırdı Bukreni.
Müxtəlif zarafatlardan, söhbətlərdən sonra səhnəyə
çıxmaq zamanı gəldi. Əvvəlcə gitaranı köklədi. Sonra mikrofonu gitarasına görə tənzimlədi. Kiçik bir salamla-madan sonra ilk mahnısına başladı. Eşq mahnısı idi bu.
Oxuyarkən aradabir Bukrenin gözlərinin içinə baxırdı. Bu hərəkət Bukrenin xoşuna gəlsə də, utanaraq qaçırırdı baxışlarını. Səlim özünü mahnının təsiri altına buraxmış-dı. Bir müddət sonra, – “Mütləq albom çıxartmalıdır”, –
dedi. Bukre təsdiq elədi. Cemin səsindəki sehr ikisini də
tilsimləmişdi. Birlikdə bildikləri mahnıları oxudular, bilmədiklərini isə səssizcə dinlədilər. Bir saat sonra fasilə
verdi Cem və oturduqları masaya qayıtdı.
Səhnədən enən kimi heyranları arasında, – “Görəsən bizim də masamıza gələrmi?” – ümidi baş qaldırdı. Xüsusilə qızların daha çox olduğu masalardan sanki baxışlarıyla dəvət edirdilər onu. Cem qonaqlarının masasına gözlə-251
rini dikərək gəlib yerində oturdu. Sanki o proqramı sadəcə onlar üçün hazırlamış kimiydi. Səlim və Bukre səsini və mahnılarını çox bəyəndiklərini söyləyib onu təbrik etdilər.
Məkanın spirtsiz olması Səlimin və Bukrenin çox xoşuna gəlmişdi. Qətiyyən içki içilmirdi. Bu cəhəti bəyəndiklərini elə oradaca söylədilər ona. Cem ”İçən insanlara mahnı oxumaq mənim tərzim deyil, – dedi. – Ona görə də
bu cür məkanları seçirəm”. Cemin bu hərəkətini təqdir etdilər.
Bukre, – “Niyə özünə aid olan mahnılardan oxumur-san?” – deyə soruşdu. Cem mahnılarını albomu üçün saxladığını və yayılmasından, hətta oğurlanmasından qorxduğunu, buna görə də səhnəyə çıxdığı məkanlarda əsərlərini çox da səsləndirmədiyini söylədi.
“Çox nadir hallarda oxuyuram. Amma bir gün mənim evimə gəlsəniz, sizə oxuyaram, ola bilməzmi?” –
dedi.
On beş dəqiqə sonra yenə səhnəyə qayıtdı. Gözü yenə də Bukredə idi. “Bu mahnını məni ilk dəfə burada dinləməyə gələn Bukre və Səlim üçün səsləndirirəm”, –
dedi. Ətraf masalardakı adamlar bir az qısqanaraq baxsa-lar da, məcburən əl çaldılar. Utanmışdı Bukre. Daha böyük diqqətlə dinləməyə başladılar. Mahnının içində
“Sarınan bir yara yenidən qanayarmı?” kimi bir cümlə var idi. İlk dəfə eşidirdilər bu mahnını. Mahnı isə davam edirdi: ”Sarınan bir yara yenidən qanayarmı, Kül olmuş bir atəş yenidən alışarmı?”
Cemin gözləri Bukredən ayrılmırdı.
251
Özünü həm yıxılmaqdan qorxduğu, həm də yıxılmaq istədiyi bir uçurumun kənarında hiss edirdi Bukre. Sevda yağışı onu islanmaq üçün bir mahnı cildində çağırırdı sanki… Amma Bukre islanmağa hələ hazır deyildi. Tor-paqlar quraqlıqdan ölsə də, yağışlar sakitcə yağırdı. İslan-maqdan qorxmaq nə demək idi? Necə də olsa bütün yağışlar bir gün dayanacaqdı. Sevda yağışı isə adamı isla-darkən yandırır. Amma Bukre hazır deyildi belə bir yanğına. Halbuki o yanğını yaxşı tanıyırdı. Ancaq yanarkən isladanlar belə çarə ola bilməmişdi ki indiyə kimi…
Uçurumun hündürlüyü havada keçən zaman ərzində
ölməməyi uzatmaqdan başqa heç bir işə yaramaz. Və hər uçurumun bir sonu mütləq vardır. Nə qədər uzun müddət yuvarlanarsansa, bir o qədər də tez ölərsən. Özünü uçurumlarda yox etməyənlər isə yamacların yaralarıyla yaşayarlar. Qanı axa-axa yaşamaqdır bu… Bəli! Eşqdən qorxurdu Bukre. Çünki yaralıydı. O yaralarla növbəti bir uçurumdan özünü ata bilməzdi. Ən yaxşısı sağalmağı gözləmək idi.
***
Məkandan birlikdə çıxıb Kadıköyə keçdilər. Bakırköy dəniz marşrutuna mindilər. Yolboyu durmadan danışdılar. Çox gözəl gün idi. Amma Bukrenin fikrinin yarısı qəlbindəki uçurumun kənarında qalmışdı. Nə zaman Cemin gözlərinə baxsaydı, o uçuruma bir addım da yaxınlaşırdı. Beyni çox qarışmışdı. Səlimlə danışmalıydı. Bəli!
Mütləq Səlimlə danışmalıydı. Belə zamanlarda onun üçün ən yaxşı çarə Səlimlə danışmaq olurdu. Bakırköydə düş-251
dülər. İstanbul caddəsində ayrıldılar. Ayrılarkən o mahnını soruşdu Bukre: “Kimindi?”
Cem gülümsədi: “Sənindi”.
Sərxoş kimiydi Bukre. Ağır-ağır addımlarla uzaqla-şarkən, sanki şəhər onlara gülümsəyirdi. Qarmaqarışıq idi duyğuları. Bu qədər yanğınlardan sonra yenidən eşqə tərəf addımlamaq.... Köhnəlmiş həyata təzə addımlarla başlamaq kimiydi. Özü nə qədər başını dik tutub yerisə də, addımladığı yol əyri idi. Əyri yolda isə düz yerimək olmazdı. Bir tərəfdən çox qorxur, digər tərəfdən qorxduğu şeyə təslim olmaq istəyirdi. İlk dəfə idi ki, qorxudan qa-çmırdı və ilk dəfə idi ki, qorxusu onu qucaqlayırdı.
Yan-yana danışmadan addımladılar. Əslində, Səlimlə
danışacağı o qədər çox şeyi var idi ki, Bukrenin… Lakin beynini alt-üst edən düşüncələrini heç cürə dilə gətirə bilmirdi. Danışmağa başlasa, ağzı açıldığı kimi də qalacaqdı. Səlim “Aşiq olursan”, – dedi birdən.
Eşitmək istədiyi ən sonuncu cümlə bu idi Bukrenin.
Narahat-narahat üzünə baxdı Səlimin. Addımları yavaşıdı. Bir insan tərəfindən bu qədər yaxından tanınmaq bəzən çıl-çılpaq qoyurdu adamı. Əvvəlcə inkar etmək istədi.
“Xeyr”, – demək keçdi qəlbindən. Amma Səlim buna qəhqəhə çəkərək gülərdi, bilirdi Bukre. Fikrindən daşındı.“Hardan bildin?” – deyə soruşdu.
Səlim işi o dəqiqə zarafata saldı. “Bir qadın yolda yeriyərkən yanındakı ilə danışmırsa, ya aşiq olmaq üzrədir, ya da dünyanın sonu gəlmişdir”.
Üzünə gülüş qondu Bukrenin. Beyninin qarmaqarışıq olması addımlarına da təsir etmişdi. Səlimə dəyə-dəyə yeriyirdi.
251
Cümhuriyyət meydanına çatdılar. İncirli caddəsini addımladılar heç danışmadan. E-5-in üstündəki körpü-dən keçdilər. Ömür Plazanın qarşısında dayandılar. Yo-rulmuşdular. Plazanın yola baxan tərəfindəki çayxanada oturdular.
Səlim dəxli olmayan bir mövzuda danışmaq istədi:
“Bu gün hazırlığa da getmədin?”
Gözlərini qarşısındakı qəhvədən ayırmadan cavab verdi Bukre: “Bu günlərdə canım heç dərs oxumaq istəmir”.
Səlim bu cavabdan heç təəccüblənmədi. Bukreni çox yaxşı tanıyırdı. Əslində o, eşqdən deyil, aşiq olmaqdan qorxurdu. Sonraya saxladığı şübhələr eşqin qabağını kəsirdi.
“Daha bir məğlubiyyət yaşamaq istəmirsən, səni başa düşürəm. Cemə qarşı nəsə hiss etdiyini ikimiz də bilirik, Yavru Quşum. Gözlərində çox tanış bir parıltı var. Eyni parıltını Cemin gözlərində də görürəm. Adam sənə ağıllı-başlı aşiq olub”, – dedi Səlim.
Bukre dərin bir nəfəs aldı və etiraf etdi: “Qorxuram, Səlim, çox qorxuram”.
Qəhvəsindən bir qurtum içdi və davam etdi: “Lap təzəcə ayrılıq yaşadım, bilirsən. Düzdü, sənin sayəndə o qədər də hiss etmirəm ağrı-acısını… Hər anımı doldurur-san. Kədərlənməyimə imkan vermirsən. Daim məni xoşbəxt etmək istəyirsən. Sənin adın dostluğun tərifidir mənim üçün. Sən olmasan bu an daha pis vəziyyətdə olardım. Amma yaxşıyam. Həm də çox yaxşıyam. Amma ye-nə də yeni bir eşq üçün özümü hazır hiss etmirəm. Cem həqiqətən doğru insan ola bilər, amma bir doğru üçün 251
min səhvə düşmək istəmirəm. Səncə də bir az tələsmiş ol-maram ki, Quzu?”
Belə bir söhbət etməsini gözləyirdi Səlim. Buna görə
də hazırlıqlı idi: “Eşq vaxta baxmaz, Bukre. Nə dayandıra biləcəyimiz, nə də təxirə sala biləcəyimiz duyğudur o…
Eşq qapımızı döyübsə, “indi hazır deyiləm, sonra gələr-sən”, – deyə bilmərik ona. Eşq icazə almaz. Buna görə də
vaxt-vədəsi yoxdur onun. Süfrəmizə buyuran dəvətsiz qonaq kimidir. Məncə, sənin əsl narahatlığın eşq deyil, eşqin gətirəcəkləri ilə bağlıdır”.
Həmin an söhbətə müdaxilə elədi Bukre: “Eşqin nə
gətirəcəyini bilmirəm ki, Səlim. Hər səfərində nəticəsi çox pis olacaq deyil ki… Bəlkə həqiqətən də çox xoşbəxt olaca-ğam, amma neyləyim…”
Bir az düşündükdən sonra Bukreylə razılaşdı Səlim:
“Düz deyirsən, Yavru Quşum. Mən həmişə bu məsələdə
bəxtsiz olduğum üçün şübhələrim də mənfiyə tərəfdir.
Sən haqlısan. Güclü xarakterin var sənin. Sonu pis olsa, nə olacaq ki? Sən yaralarını sarımağı yaxşı bilirsən. Mən öz yaralarını sənin qədər tez sarıyan başqa birini tanımı-ram bu dünyada”.
Söylədiklərində haqlı idi Səlim. Amma yenə də tam başa düşmədiyi bir şey var idi. Kişilərin heç vaxt başa düşə bilməyəcəyi vəziyyət idi bu. “Nə qədər də güclü gö-rünsəm də, hələ də sarınmağı gözləyən yanlarım var, Səlim! Mən də bir insanam. Bu qədər güclü göründüyüm üçün yaralarımı özümün sarımağımı gözləyirlər. “Bukre güclüdür! Sarıya bilər yarasını, yaxşılaşar necə də olsa” –
deyirlər…”
251
Bir az yüksəlmişdi səsinin ahəngi özü də hiss etmədən… Dodaqları titrəyirdi. Sual dolu baxışlarla baxdı Səlimə: “İndi soruşuram səndən, Səlim, insanın öz yarasını təkcə, özbaşına, öz-özünə sarıması yaxşılaşmaqdırmı?”
Ücretsiz ön izlemeyi tamamladınız.