Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Azərbaycan yazıçılarının həyatından dəqiqələr», sayfa 2

Yazı tipi:

***

Nəsiminin edamına hökm verən ruhani demişdir:

– Bu elə məlundur ki, onun qanından bir damcı hara düşsə, kəsilib atılmalıdır.

Təsadüfən, şairin qanından bir damcı həmin ruhaninin barmağına sıçrayır. Camaat ondan barmağının kəsilməsini tələb etdikdə, o, qorxur:

– Mən söz məsəli demişəm, – deyə ya-xa-sını qurtarır. Bu zaman al-qan içində olan şairin əzəmətli səsi ucalır:

Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar, Gör bu miskin aşiqi, sərpa soyarlar, ağrımaz.

24

CAHANŞAH HƏQİQİ OĞLU PİRBUDAQ

XV əsr

XV əsr Azərbaycan tarixində görkəmli yer tutan şair Cahanşah Həqiqinin oğlu Pirbudaq da şair olmuşdur. Pirbudağın bu gün də zərb-məsəl kimi işlədilən bir beytinin maraqlı tarixi vardır.

Pirbudaq Simnan və Tehran yolunda, susuz bir dağın döşündə bağ salmaq istəyir. Lakin ona deyirlər ki, bu yerdə su yoxdur, burada ağac əmələ

gəlib meyvə gətirməz. Pirbudaq isə cavabında deyir:

İstəmirəm heyvasını, narını,

Qoy desinlər, Pirbudağın bağı var.

25

HƏBİBİ

XV-XVI əsrlər

Həbibinin uşaqlığı Bərgüşad kəndində qu-zu otarmaqla keçirmiş.

Sultan Yaqub bir gün ova çıxanda çöldə

quzu otaran bir uşaq görür. Öz mülazimlərindən birini göndərib quzuların kimə aid olduğunu öyrənmək istəyir. Mülazim uşağın yanına gəlir və

soruşur:

– Nə yığırsan?

– Çör-çöp.

– Çör nədir, çöp nədir?

– Çör dik duranlardır, çöp yıxılanlar.

– Bu quzular kimindir?

– Qoyunların.

– Kəndinizin böyükləri kimlərdir?

– Öküzlər hamıdan böyükdür.

– Onu demirəm. Kəndə gələnləri kim qarşılayır?

26

– Sənin kimi əziz adamlar gələndə, qarşı-lamağa itlər yüyürür.

Mülazim qəzəblənib deyir:

– Ay, nə çapaydım səni!

Uşaq cavab verir:

– Atını çap, gör ki, yoldaşların getdi.

Mülazim həmin söhbəti padşaha nəql edir. Hazırcavablığı, məzəli söhbəti sevən Sultan Yaqub uşağın çox istedadlı olduğunu başa düşüb, onu saraya gətirir, təlim və tərbiyəsi ilə məşğul olur. Sonralar Həbibi görkəmli sənətkar kimi məşhurlaşır.

27

ŞAH İSMAYIL XƏTAİ

1486-1526

Xətai elm, sənət adamlarını yüksək qiy-mətləndirirdi. Belə nəql edirlər ki, 1514-cü ildə

məşhur Çaldıran müharibəsində Şah İsmayıl döyüş meydanına getməmişdən əvvəl sarayın ən məşhur xəttatı Mövlanə Şah Mahmud Nişapurini və misilsiz ustad rəssam Behzadı bir mağarada gizlətmiş və demişdir:

– Kim bilir, bəlkə müharibədə öldüm və

ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi.

Onlar niyə Sultan Səlimin əlinə əsir düşsünlər?!

Şah İsmayıl müharibədə məğlub olub geri qayıdarkən, ilk əvvəl məşhur xəttatı və misilsiz 28

rəssamı gizlətdiyi yerə gedir. Onları gizli saxla-dığı yerdə taparkən sevinir və “Allaha çox şükür!” deyir.

***

Şah İsmayılın ən çox sevdiyi şairlərdən biri Nəsimi olmuşdur. O, Nəsiminin qəhrəman-lığına, məsləkcə möhkəmliyinə heyran qalmışdır.

Onun faciəli ölümünü şair dönə-dönə yad etmiş, ölümün gözləri içinə dik baxan Həllac Mənsurun və Nəsiminin tutduğu yolu təqdir və təbliğ etmişdir:

Şah Xətai, didarə bax,

Mənsur ipin boynuma tax.

Nəsimi oldu haqla haqq,

O üzülən dərisidir.

***

Şah İsmayıl Xətaini əsrlər boyu türk-qızıl-baş xalq şairləri və Anadolu el aşıqları bir mürşid, mənəvi ata kimi qəbul etmişlər. Məclislərdə Xətai təxəllüslü şeir oxunarkən ayağa qalxar və kişilər çökərlər.

Şah İsmayıl Xətai Azərbaycan xalqı içərisində şöhrətli bir dövlət xadimi, yenilməz pəh-29

ləvan, gözəl şair kimi ad qazanmışdır. Seyid Əz-im Şirvani yazır ki, şairin:

Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini, Bar-ilahi, əfv qıl kim, tövbəkarəm doğrusu –

məqtəli qəzəli xanəndələr tərəfindən musiqiyə

uyğunlaşdırılıb tez-tez oxunardı. Mir Möhsün Nəvvab da “Şah Xətai” adlı musiqi havasının xalq arasında çox məşhur olduğunu göstərir.

30

MƏHƏMMƏD FÜZULİ

1494-1556

İnsan və sözün qiyməti Füzulicə belədir:

– … Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim, insan gövhərində isə sözdan bahalı cövhər tapmadım.

Sözün dərəcəsi və rütbəsi ucadır. Söz bilən ad-am hər yerdə olsa, hörmətli olar. Sözü tərif etmək mənim həddim deyil … Yaxşı söz kamalı doğru-luqdan alar. Doğruluq sözün qiymətini artırar, doğru zinət daha yaxşı görünər.

31

***

Füzuli şeirin əbədiliyi tərəfdarıdır:

– … Elə ki, şeir bağçasından doğruluq qo-xusu duydum, məsləhət gördüm ki, mən də bu bağçada bir ağac əkim ki, onun kölgəsində əbədi yaşayım… Bu qanlı bir çöl, cahilsiz bir dəryadır.

Bu sədəfdə deşilməmiş bir dürr tapmaq çətindir.

Bir söz qalmamışdır ki, deyilməmiş olsun. Döyül-müş xırmandan başaq yığmaq yaxşı deyil. Tap-danmış yoldan gedib-gəlmək faydasızdır… Məndən əvvəl gələn şairlərin hamısı yüksək istedadlı, dərin düşüncəli insanlar olmuşlar. Qəzəl üslubu-na yarayan hər gözəl ibarəni, incə məzmunu öylə

işləmişlər ki, ortada bir şey qalmamışdır. Bir insan onların bütün yazdıqlarını bilməlidir ki, çalı-şıb vücuda gətirdiyi əsərlərdə özündən əvvəl söylənən mənalar olmasın.

***

Füzuli orijinaldır:

– Mən aləmdə yeganə olmaq istəyən bir in-sanam. Bunu təxəllüsüm təyin etdi.

32

***

Füzuli böyük zəhmətkeş idi:

– Elə zamanlar olmuşdur ki, gecə sabaha qədər yuxusuz qalmaq zəhərini dadıb bağrımın qanı ilə bir məzmun tapıb yazmışam. Sabah olanda, başqa şairlərə təvarüdə düşdüyümü görüb yazdıqlarımın üstündən qələm çəkmişəm. Elə zamanlar da olmuşdur ki, səhərdən axşama qədər düşüncə dəryasına dalıb şeir almazı ilə heç kəs tərəfindən söylənməmiş inci deşmişəm. Bunu gö-rənlər, “bu məzmun anlaşılmayır, bu ləfz xalq arasında işlənməz və xoşagəlməzdir” – demişlər. O

məzmun gözümdən düşmüş, hətta qələmi əlimə

alıb onun üzünü ağartmamışam. Nə qəribə hal-dır. Söylənilmiş bir şey – əvvəlcə söylənilmişdir, -

deyə, söylənilməmiş söz də əvvəlcə söylənilmə-mişdir, – deyə yazılmır .

33

***

Füzuli qəzəllə yüksəlmək istəyirdi:

Qəzəl de ki, məşhuri-dövran ola, Oxumaq da, yazmaq da asan ola.

***

Osmanlı hökmdarı Sultan Süleyman Fü-zuliyə ayda doqquz ağca təqaüd təyin edir və bu haqda ona bəzəkli bir barat verirlər. Şair həmin baratla ovqaf idarəsinə müraciət edir. Onu sü-ründürməyə salırlar. Ovqaf idarəsində gördüyü yaramazlıq, rüşvətxorluq, ədalətsizlikdən təngə

gələn şair məşhur “Şikayətnamə” satirasını yazır:

Salam verdim, – rüşvət deyildir, – deyə almadılar.

Hökm göstərdim – faidəsizdir, – deyə mültəfit ol-madılar. Əgərçi zahirdə sürəti – itaət göstərdilər, am-ma zəbani-hal ilə cəmi sualıma cavab verdilər.

Dedim:

– Ey cənablar, bu nə yaramaz hərəkət, bu nə qaş-qabaqdır?

Dedilər:

– Bu bizim köhnə adətimizdir.

Dedim:

34

– Mənə yardım etməyi lazım bilmişlər …

Dedilər:

– Ey yazıq! Sənə zülm etmişlər. Əlinə avaraçılıq kağızı vermişlər ki, faydasız yerə qapılar gəzəsən, sa-vaşasan, pis-pis üzlər görəsən, çirkin sözlər eşidəsən.

Dedim:

– Baratımın məzmunu nə üçün vüsul olmaz?

Dedilər:

– Qalıqlar babətindəndir, vüsulu mümkün deyil.

Dedim:

– Bu qədər vəqflər qalıqsız olarmı?

Dedilər:

– Dərbarın məxaricindən artıq qalsa da, bizdən artıq qalarmı?

Dedim:

– Ovqaf malını artıq mənimsəmək vəbaldır.

Dedilər:

– Pulumuzla satın almışıq, bizə halaldır.

Dedim:

– Haqq-hesab istəsələr, bu əməllərin üstü açılar.

Dedilər:

– Bu haqq-hesaba qiyamətdə baxılar.

Dedim:

– Bu dünyada da haqq-hesab istənilə bilər …

Dedilər:

35

– Ondan da qorxumuz yoxdur. Çünki katibləri razı salmışıq.

Gördüm ki, sualıma quru cavabdan başqa bir şey vermirlər… Əlacsızlıqdan mübahisədən əl çəkdim, məyus və məhrum tək-tənhalıq küncünə çəkildim …”

***

Füzulinin qəzəllərində şəxsi və dünyəvi, ictimai-bəşəri kədər vəhdət təşkil edir. Xalq onun haqqında çox gözəl demişdir:

Füzuli dərd əlindən dağa çıxdı,

Dedilər, bəxtəvər yaylağa çıxdı.

36

SARI AŞIQ

XVII əsr

Sarı Aşığın Güləbürd kənd qəbristanındakı tərsinə olan qəbri xalq arasında müqəddəs hesab olunur. Qəbrin üstündə saz şəkli vardır və

bütün başqa qəbirlərdən seçilir. Onun üzü qiblə-yə yox, aşiqin sevgilisi Yaxşının qəbrinə tərəfdir.

Qəbri Sarı Aşığın vəsiyyəti hesab olunan aşağıdakı bayatısı əsasında düzəltmişlər:

Aşiqi tərsinə qoy!

Tər sinə, tərsinə qoy!

Yaxşının qibləsinə,

Aşiqi tərsinə qoy!

37

ZÜLALİ

XVII-XVIII əsrlər

Uzun müddət qürbətdə yaşadıqdan sonra Zülali doğma şəhəri Şamaxıya qayıdır. 1705-ci il-də Nadir şah Şamaxını yandırıb, əhalisini də zorla Ağsu çayının sahillərinə köçürtdürür. Zülali də

Ağsuya gələnlərin içində olur. Dilxor olmuş şair yan-yana söyləyir:

Qürbətdə deyərdin ki, Zülali, vətənim var, Ensin gözünə qarə su, Ağsu vətən oldu!

38

MOLLA VƏLİ VİDADİ

1709-1809

Vidadi qoca vaxtlarında üç münasibətlə

üzləşmişdir. Şairin dostu Hüseyn xan Müştaq öldürülmüş və bu münasibətlə məşhur “Müsibət-namə” yazılmışdır. Can sirdaşı olan Vaqifin oğlu ilə qətlə yetirilməsi onun belini sındırmışdır. Nəhayət ailəsindəki aşağıdakı hadisə onu tamamilə

yaşadığı dünyadan küsdürmüşdür: Şairin bir oğlu yeniyetmə qardaşını evə göndərib deyir ki, get evdən tüfəngi gətir. Tüfəng, demə dolu imiş

və yeniyetmə oğlan da onunla rəftar qaydasını bilmirmiş. O, evə gedib, tüfəngin lülə tərəfindən 39

tutub çəkəndə tüfəng açılır və gəncin ürəyindən dəyir. Cavan oğlan o saat da ölür…

***

Vidadinin qəbri Gəmiqaya adlanan yer-dədir və qəbir daşı üzərində belə bir beyt yazılmışdır:

Kim Vidadi xəstənin qəbrin görüb etsə dua, Edə Həqq rəhmət, şəfi ola Məhəmməd Mustafa.

40

MOLLA PƏNAH VAQİF

1717-1797

Bir gün Qarabağ hakimi İbrahim xan öz dəstəsi ilə ovdan qayıdarkən yolda çobanlara rast gəlir. Çobanların yanındakı zorba bir itin boynundakı dəri bükmə və göz muncuğu xanın nəzərini cəlb edir və atı saxlayır:

– A bala, o itin boynundakı nədir?

Çoban cəld cavab verir:

– Xan sağ olsun, duadır, göz dəyməsin deyə yazdırmışam.

İbrahim xan təəccüblənir, əhvalı dəyişir.

Xanı başa düşməyən çoban, iti tərifləyir …

– Bəs duanı harada yazdırmısan?

– Şişə qalasında.

41

Bərk əsəbiləşən xan xilafi-şər iş görən, dini ələ salan mollanı cəzalandırmaq məqsədi ilə çobanı iti ilə birlikdə Şişəyə apartdırır. Axtarıb dua yazan mollanı tapırlar və xanın hüzuruna gətirirlər. İbrahim xan, dizi üstə qarşısında əyilmiş

mollaya qəzəblənir:

– Quran sənə qənim olsun, nə cürətlə dini-mizi ələ salıb, itə dua yazırsan?

– Xan sağ olsun, əgər siz buyuranlar doğru isə, boynum vurulsun. İtin boynundakı dua deyil, bir məzahdır, çobanla zarafat etmişəm.

– Necə yəni məzahdır?

Molla ürəklənir:

–Xan, qalaların təbiətinə bələdsiniz. Kimsə çobanı öyrədir ki, belə pəncəli köpəyə dua yaz-dırmasan göz dəyər, tez ölər. Çoban da sürü-sündən iki qoyun götürüb şəhərə gəlir, dua yazan axtarır… Onu müxtəlif yerlərə göndərirlər.

Qəssab əttara, əttar baqqala, baqqal çaqqala, çaqqal da mənim üstümə. Mən də camaatın kələyini duyub, dua əvəzinə bir məzah yazdım.

Xan itin boynundakı bükməni açdırır və

saralmış kağızda yazılanları oxutdurur: Gözüm düşdü ətinə,

Dua yazdım itinə.

Həmin sirri kim açsa,

Bu çobanın …

42

Xan gülümsəyir. Mollanın özünü sərbəst aparması, hazırcavablığı xoşuna gəlir, özünə mirzə götürür, saraya gətirir. Həmin molla, məşhur şair Vaqif imiş.

***

Başqa bir rəvayətdə Vaqifin Qarabağ xanlığına gəlməsi belə nəql edilir:

Molla Pənah Daş Salahlıda, məşhur Şəfi əfəndidən elm təhsil edirmiş. Daş Salahlıda Pə-nahdan bir xəta baş verir, orada artıq qala bilməyib, yaylağa gedir.

Şəfi əfəndi onun dağa getməsindən xə-bərdar olub təəssüf edir ki, Molla Pənah elmini tamamlamadı və öz arvadına deyir ki, sən axırda eşidərsən, Molla Pənah böyük bir şəxs olacaqdır, çünki o çox zirək və cövhərli adamdır.

El dağdan enəndə, Molla Pənah vətəninə

qayıtmayıb Gəncəyə gedir və orada Şah Abbas məscidinin hücrələrinin birində təhsil və elmlə

məşğul olmağa başlayır. Həmin vaxtlarda Qazax mahalından bir qarının oğlu Cavad xanın əmri ilə

Gəncədə dustaq imiş. Qarı oğlunu azad etdirmək üçün ərizə yazdırmağa məscidə gəlir. Molla Pənah qarının ərizəsini yazıb verir və ona bərk tap-43

şırır ki, xan soruşsa, ərizəni kimin yazdığını de-məsin.

Qarının ərizəsi Cavad xanın çox xoşuna gəlir və ondan soruşur ki, bunu kim yazıbdır. Qa-rı əvvəlcə cavab vermir, amma xan təkid edəndən sonra Molla Pənahı nişan verir. Xan Molla Pənahı hüzuruna çağırıb ondan soruşur ki, bu ərizəni sənmi yazıbsan? Molla cavab verir ki, bəli, mən yazmışam. Xan ona tapşırır ki, bundan sonra mə-nə hər nə ərizə yazılsa, hamısını sən yaz və hər birinə qələm haqqı bir qızıl al.

Bir neçə vaxtdan sonra İbrahim xan Gəncəyə, Cavad xana qonaq gəlibmiş. İbrahim xan Cavad xandan bir qabil mirzə istəyir. Cavad xan Molla Pənahın elm və məharətini ona tərifləyir.

İbrahim xan çox hörmətlə onu qəbul edib özü ilə

Qarabağa aparır. Orada Molla Pənah az müddətdə öz bacarığını göstərir və İbrahim xanın ən yaxın sirdaşlarından biri olur.

44

***

Vaqifin İbrahim xanın sarayına gəlməsi haqda üçüncü bir rəvayət belə nəql edilir: Vaqif Tərtərbasardan Şuşaya gəlir. Şəhərin Saatlı məhəlləsində məktəb açır. Öz savadı və

uzaqgörənliyi, şirin şeirləri ilə tez zamanda ətraf-dakıların hörmətini qazanır.

Novruz bayramı günü münasibətilə şairin yazdığı məşhur “Bayram oldu” şeiri əl-əl gəzib, axırda İbrahim xana çatır. Xan onun hazırcavab, zirək və tizfəhm görüb saraya dəvət edir.

***

Vaqifin saraya gəlməsi barədə söylənən dördüncü rəvayət də maraqlıdır:

Vaqif Şuşada bir çox adamlarla yaxınlıq edib, ülfət qılırmış. Onlardan biri İbrahim xanın yaxın adamı, sarayda mötəbər şəxs Mirzə Vəli Baharlı imiş. Vaqif Ayın tutulmasını və zəlzələni qa-baqcadan xəbər verərkən, onun ağlına heyran qalmış Baharlı bu əhvalatı İbrahim xana danışır.

İbrahim xan Vaqiflə şəxsən görüşüb, onun ka-malını qiymətləndirir, saraya gətirdir.

45

***

Vaqif sarayda əvvəl eşik ağası və sonra baş vəzir olur. Otuz ilə yaxın bir müddətdə, yəni ömrünün sonunadək Qarabağ sarayının ən mötəbər və uzaqgörən xadimi kimi şöhrətlənir. Bir sıra elmlərdə, xüsusilə nücum və mühəndislikdə

səriştəsi var imiş. Şuşada bəzi binaların, şəhərin ətrafına çəkilmiş hasar və qala divarının naziri və