Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Azərbaycan yazıçılarının həyatından dəqiqələr», sayfa 3

Yazı tipi:

müşaviri Molla Pənah imiş. Onun hər cəhətcə

qabil, kamil olduğunu görən İbrahim xan da şairin məsləhət və tədbirinə qulaq asarmış. Bu sə-bəbdən, Qarabağda bir məsəl yaranır və çox məşhurlaşır: “Hər oxuyan Molla Pənah və hər qa-tırçı Murad olmaz”

***

Vaqif nücum elmini gözəl bildiyi üçün, İbrahim xan hər cür ciddi addım atarkən, hərbi səfərə çıxarkən onunla məsləhətləşərmiş. Bir dəfə

İbrahim xan xoylu Əhmədxanla müharibəyə başlayıb-başlamamaq haqqında vəzirlə məsləhətlə-şir. Vaqif ulduzların vəziyyətindən belə bir nəticə

çıxarır ki, yaxın zamanlarda Xoyda olmalıdır, 46

deməli səfər müvəffəqiyyətlə nəticələnəcək. Vaqifin münəccimliyi düz çıxır. Lakin şair Xoya qalib sifətilə deyil, əsir sifətilə varid olur. Tezliklə hər şey sülh yoluna gəlir və Vaqif azad olunarkən aşağıdakı beyti deyir:

Vaqifəm, sağü-səlamət bu səfərdən qayıdam, Mən olam, bir də çıxam ruzi qiyamət Qaladan.

***

İbrahim xan Quba xanı Fətəli xanın, Şuşaya hücum edəcəyini ehtimal edərək, qoşunu ilə

Əsgəranda qərargah salmış, çadırlar qurdurtmuş-dur. Vaqif də xanın hüzurunda olmaq məcburiyyətində idi. Lakin onun ruhu şəhərdə, Mədinəsinin yanında idi. O, dözə bilməyib gecələrin birində bir qoşma yazır. Qoşmanı şair belə qurtarır: Ləblərin bağrımı pürxun eyləmiş, Axıtmış göz yaşım, ceyhun eyləmiş, Həsrətin Vaqifi Məcnun eyləmiş,

Onun üçün gəzər, çöllər dolanır.

Sonra şair nökəri çağırıb deyir:

– Atı min, bu kağızı bu saat apar Qalaya, Mədinə xanıma ver, tez qayıt!

47

Çapar tez gedib, tez də Mədinədən cavab gətirir. Məktubda yalnız bircə bayatı yazılmışdı: Ahular mələr gələr,

Dağları dələr gələr.

Yar yarını istəsə

Gecəni yarar gələr.

Vaqif elə o saat at yəhərlədib Qalaya, gözəl Mədinəsinin görüşünə gedir.

***

Vaqifin iki arvadı olmuşdur. Birincinin adı Mədinə, ikincisinin adı Qızxanım imiş. Mədinə öldükdən sonra şair ikinci ilə evlənmişdir.

Mədinənin ölümü Vaqifi çox mütəəssir etmişdir.

Hətta Mədinənin ölümünə Qazax şairlərindən İsrafil Sail mərsiyə də yazmışdır:

Biçarə Vaqifin, Molla Pənahın

Hayıf oldu Mədinəsi yıxıldı.

48

***

Şahsevənli Fərəcullah xan, İbrahim xanın qızı Kiçik Bəyimə evlənmişdi. Bir gün o qayına-tası İbrahim xanı qonaq çağırır. Lakin xan başqa işlə məşğul olduğundan, vəziri Molla Pənahı qonaqlığa göndərir. Uzaqdan atlıların gəlməsini görən Fərəcullah xan onların qabağına çıxır, dəstə-nin başında İbrahim xanı görmədikdə, tutulur:

– Məgər xanın bir adamı yoxmudur, mənim yanıma göndərsin?!

Vaqif dərhal cavab verir:

– Xeyr, xanın adamı çox idi, adamı adam yanına, bizi də sənin yanına göndərdi.

Fərəcullah xan Vaqifi tanıyıb pərt olur, ondan üzr istəyir.

***

İbrahim xan səfərlərinin birində öz qoşunu ilə Kür qırağında qərargah salıb uzun müddət qalmalı olur. Saray əhli və qoşun başçıları təngə gələrək, Şuşaya qayıtmaq üçün Vaqifdən tədbir görməsini xahiş edirlər. Vaqif “Siyah tel görmədim Kür qırağında” qoşmasını yazıb oxumaq üçün saray xanəndəsinə verir. Lakin saray 49

adamlarının gözlədikləri nəticə hasil olmur. Onlar yenə Vaqifə müraciət edirlər. Bu dəfə xanəndələr Vaqifin yazdığı “Kür qırağının əcəb seyrən-gahı var” adlı ikinci qoşmasını xanın hüzurunda oxuyurlar. Vaqifin bu şeiri İbrahim xana o qədər təsir edir ki, o, həmin saat çadırları sökdürür və

Şuşaya qayıtmaq əmrini verir.

***

Ağa Məhəmməd şah Qacar Şuşanı mü-hasirəyə aldığı günlərin birində, İbrahim xanı qorxutmaq məqsədi ilə saray şairi Seyid Məhəmməd Şirazinin yazdığı aşağıdakı bəndi məktub vasitəsi ilə xana göndərdir:

Zi məncənige-fələk sənge-fitnə mibarəd, To əbləhanə girifti miyane-şişə qərar.

(Fələyin mancanağından fitnə daşları yağır, Sən əbləhcəsinə şişə içərisində dayanmısan)

Bu kağız xana yetişən kimi Vaqifə verir.

Vaqif şeirə baxıb, cəld həmin məktubun arxasında aşağıdakı bəndi yazıb, İbrahim xana verir: Gər nigahdareye-mən an əst ke, mən midanəm, Şişera dər beğəlbe-səng nigəh midarəd.

(Məni qoruyan mənim tanıdığımdırsa, Şişəni daş qoynunda salamat saxlayar) 50

Şeir xanın xoşuna gəlir və məktubu geriyə göndərir. Ağa Məhəmməd şah cavabı oxu-yarkən, qəzəbi daha da alovlanır.

***

Ağa Məhəmməd şah Qacar Şuşanın müha-sirəsi vaxtı İbrahim xana məktub yazaraq, ona bir at göndərməsini tələb edir. Lakin bu at nə kəhər, nə kürən nə səmənd, nə qara, nə ağ, yəni, heç bir rəngdə olmamalı idi.

İbrahim xan, Vaqifə müraciət edir. Vaqif, Ağa Məhəmməd şaha belə bir cavab yazır: “İstədiyiniz at xan tövləsində hazırdır. Adam göndə-rin, aparsın. Lakin həmin adam həftənin şənbə, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümədən başqa hansı günündə istəyir gəlsin”.

51

***

1797-ci ildə Ağa Məhəmməd şah Qacarın qoşunları, aclıqdan taqətdən düşmüş Şuşaya daxil olurlar. İbrahim xanın yaxın adamları tutulur.

Vaqif də həmçinin. Şair yolda dustaq yoldaşı Sofi bəyə deyir:

– Mən nə şahın üzünü görəcəyəm, nə də

qətl ediləcəyəm. Səni bilmirəm.

O gün cümə axşamı imiş. Qacar qatı dindar olduğu üçün cümə axşamı qan tökməyi günah sayır və deyir:

– Sabah elə bir siyasət eləyim ki, tarixlərdə

deyilsin. Bir minarə qurduracağam, şair Molla Pənahın da başı lap yuxarılarda asılsın. Gedin də-mirçilərə deyin minarə üçün çoxlu mıx qayırsın-lar! …

Vaqif saraya gətiriləndə qüruba bir və ya iki saat qalıbmış. Sərkeşbaşı Məhəmmədhüseyn xan Vaqifi qapıda əli bağlı görüb soruşur:

– Bu kimdir?

Cavabında deyirlər:

–Bu, həmin Molla Pənahdır ki, eşidibsiniz.

Həmin dəm sərkeşbaşı Vaqifə nalayiq sö-yüşlər yağdırır:

52

– Ay pədər süxtə! Qoca köpək!

Vaqif öz ləyaqətinin tapdanmasına yol verməyərək, qürurla sakitcə cavab verir:

– Ey xan, siz şəxsi-dövlətsiniz, dəstgir və

giriftarlara yaman gəlmələr, hədyan sözlər bu-yurmaq sizin rütbə və məratibinizə şayistə deyil…

Lakin Məhəmmədhüseyn xana bu sözlər zərrəcə təsir göstərmir. O, Vaqifi yenə təhqir edir.

Lakin Vaqif soyuqqanlılıqla onun cavabını verir:

– Ey xani-nanəcib! Mən əgər dustağəm, dustaği-şahəm, sən nəçisən ki, mənə bir zərrəcə

acib yetirə biləsən. Həmin bu cür rəftar məhz sənin nanəcib və naqabilliyinə nişanədir! Bəlkə şah sabah məni azad edəcəkdir və ya fələyi-kəcrəftar və təqdiri-pərvərdigar bəlkə qeyri bir yol gedəcəkdir. Gecə hamilədir, kim bilir sabah nə do-ğacaq.

Məhəmmədhüseyn xanın göstərişi ilə Vaqifi zindana salırlar.

Molla Pənah gecə yarısı zindanbandan:

– Şəhərdə təzə bir əhvalat və şuriş yoxdur?

O cavab verir ki, bir şey bilmir. Şairin gözünə

yuxu getməyib, sübh tezdən yenə zindanbandan soruşur:

– Şəhərdə nə xəbər var?

53

Zindan böyüyü bu səfər də Molla Pənahın ürəyini sakit edə bilməyib cavab verir ki, o, bir xəbər eşitməyibdir.

Amma çox keçmir ki, Ağa Məhəmməd şa-

hın qətlə yetişmək xəbəri şəhərə yayılır. Dəmir-çilərə xəbər gəlir ki, mıx lazım deyil, şahın cəna-zəsi üçün bir neçə mismar lazımdır. Baş dəmirçi:

– Ey mıxı mismara döndərən Allah! – de-yə üzünü göyə çevirir. Dustaqlıqdan azad olan Vaqif də öz əziz dostu şair Vidadiyə məşhur “Ey Vidadi gərdişi-dövrani kəcrəftara bax” rədifli qəzəlini yazır:

Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə, Hökmü-adil padşahi-qadirü qəhharə bax!

Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çirağ, Keçərki iqbalı gör, gündüzdəki idbarə bax!

***

1797-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşada öldürüldükdən sonra hakimiyyət İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşirin əlinə keçir. Məhəmməd bəy İbrahim xanın ən yaxın adamlarını, o sıradan Vaqifi və oğlunu həbsə

aldırır.

54

…Molla Pənahı oğlu Qasım ağa ilə qətlgaha apartdırmışdır. Qətlgah isə Cıdır düzünün qurtaracağındakı Xəzinə qayası idi. Bura dəhşətli və sıldırım bir qayadır ki, oradan müqəssirləri xanın hökmü ilə aşağı atarlarmış. Yolda Molla Pənah qətlgaha aparıldıqlarını anlayır. O, duyduğu-nun həqiqət olub-olmamasına inanmaq üçün təngnəfəs halda oğlundan soruşur:

– Qasım ağa, bizi hara aparırlar?

Oğlu sərzənişli sözlərlə cavab verir:

–Ağa, bir çoxlarını sən bu yolla göndər-misən, indi də bizi həmin yolla ora aparırlar!

Vaqif Cıdır düzünə çıxan bir yamacda ye-rə oturur. Onda ürəyilə getməyə taqət qalmır.

Cəllad bir-iki dəfə qolundan dartırsa da, yerindən qaldıra bilmir. Vaqif zəif, lakin qürurlu səslə deyir:

– Nə eləyəcəksinizsə, elə burada eləyin, heç yerə getməyəcəm!

Cəlladlardan biri qəməsini çıxardıb Qasım ağaya yaxınlaşdıqda, Vaqif yalvarır:

– Amandır! Əvvəl məni! Mənə oğul dağı göstərməyin!

Cəlladlar şairə qulaq asmayıb, əvvəl oğlunu, sonra da özünü öldürürlər.

55

QASIM BƏY ZAKİR

1784-1857

Zakirin başına gələn müsibətlər, ona məxsus Xındırıstan kəndinin dağıdılması, təqib və

təhdidlər, özünün Şuşadan Bakıya sürgün edil-məsi, oğlu və qardaşı oğlunun Sibirə göndərilmə-si, o biri qardaşı oğlu, çar çinovliklərinin qənimi Behbudun tutulub vəhşicəsinə öldürülməsi, ailə-sinin müsibətlərlə üzləşməsi şairin yenilməz vüqarını sarsıda bilmir. Əksinə, onda mübarizəni alovlandırmaq, şiddətləndirmək niyyətini daha da qüvvətləndirir:

Rahi-müsibətdə keçmişəm candan,

Müxənnəsdir qorxan bir qaşıq qandan, Ehtiyatım yoxdur paşadan, xandan, Analar doğubdur şiri-nər məni!

56

***

Qasım bəy xasiyyətcə həlim, mürvətli və

rəhmli bir şəxs imiş. İnsafdan, vicdandan kənar sözlər və işlər şairin qəzəbinə və hiddətinə səbəb olarmış. Ədaləti ilə başqa bəylərdən seçilər, əm-əkçi kəndlilərə xüsusi hörmət edərmiş. Belə nəql edirlər ki, bir gün bədxasiyyət bəylərdən biri kəhrizi bağlayır və kəndlilərə su buraxmır. Kəndlilər şairin yanına gəlib şikayətlənirlər ki, bəyin adamları kəhrizin başında durub, suyu bağlayıblar: bizə kömək edin, yoxsa əkinimiz məhv olub gedir. Zakir onlara söz verir ki, qorxmayın, hücum çəkib bəyin adamlarını qovun. Kəndlilər də şair deyən kimi edirlər. Bəy adamları ilə kəndlilər arasında savaş, dava düşür. Həmin toqquşmada əm-əkçi kəndlilər istəklərinə çatırlar. Rəvayətə görə, bu əhvalat şairi ruhlandırır və o, fəqir və zəiflərin birlik əzmini ifadə edən “Tısbağa, qarğa, kəsəyən, ahu” təmsilini yazır.

57

***

Zakirin qızı Nənəş xanım da atası kimi qoçaq, dilli-dilavər imiş. O, Şuşa həbsxanasında öldürülmüş əmisi oğlu, cəngavər Behbudun qala divarı yanında basdırılmış meyitini qohumlarının köməyi ilə gizlicə oğurlatmış və hara isə apartdırmışdır. Bu əhvalat yerli çar hakimlərini xüsusi qorxuya salmış, onları yuxarılara raport yazdırmağa məcbur etmişdir.

58

AĞABƏYİM AĞA

XVIII-XIX əsrlər

Qarabağ xanı İbrahim xanın qızı Ağabəyim ağa da şairə imiş. Rəvayətə görə, hələ gənc yaşlarında öz əmisi oğlu, gözəl qamətli, mərdliyi və şücaətli ilə ad qazanmış Məhəmməd bəyə vurulur. O zaman Məhəmməd bəy vuruşmalarda qoşuna başçılıq edirmiş. Yenə bir gecə vacib bir məsələdən ötrü Şuşaya – İbrahim xanın yanına gələn Məhəmməd bəy, elə o gecə də geriyə -

vuruşan qoşunun yanına qayıdır. Ağabəyim ağa bu münasibətlə deyir:

Əfsus ki, yarım gecə gəldi, gecə getdi, Heç bilmədim ömrüm necə gəldi, necə getdi …

59

***

İran şahı Ağa Məhəmməd şah Qacarın ba-

şı Şuşada kəsildikdən sonra, İranla Qarabağ xan-lığı arasındakı münasibətlər düzəlsin deyə, İbrahim xan öz sevimli qızı Ağabəyim ağanı Tehrana, Fətəli şaha girov göndərir. Rəvayətə görə, Fətəli şahın bir xasiyyəti var imiş. O da beləymiş ki, on-un hərəmxanasına daxil olan xatunlar ilk dəfə bəzəkli paltarlarla dolu böyük otağa girməli, orada istədiyi paltarı geyinməli, sonra şahın hüzuruna getməli, imiş. Ağabəyim ağa müxtəlif yollarla öyrənir ki, şahın anasının da paltarı oradadır.

Onu otağa gətirdikdə, qız birbaşa şahın anasının paltarı asıldığı güşəyə gedir və həmin libası geyir.

Ağabəyim ağanı şah öz anasının libasında görəndə əhvalı dəyişir, ona heç vaxt əl vurmur.

***

Ağabəyim ağa öz ağlı, zəkası ilə Fətəli şahın o qədər xoşuna gəlmişdi ki, ona baş hərəm vəzifəsi vermiş və özünə də başdan-ayağa inci ilə

işlənmiş bir don bağışlamışdı. Lakin Ağabəyim ağa həmişə öz vətənini arzulayar və yazdığı bir bayatını tez-tez oxuyarmış:

60

Mən aşiqəm, Qarabağ, Şəki, Şirvan, Qarabağ.

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ!

Həmin bayatını Fətəli şaha çatdırırlar və

həm də deyirlər ki, Qarabağlı qızı Tehranda oturub, Tehranı bəyənmir. Şah incimiş halda Ağa-bəyim ağanı yanına çağırır. Şairə isə onun fikrini ustalıqla yayındırır:

– Mən elə yazmamışam, sizə pis çatdırıblar.

Mən belə yazmışam:

Mən aşiqəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ

Tehran cənnətə döndü,

Yaddan çıxdı Qarabağ!

61

HEYRAN XANIM

(1790 – 1848)

Naxçıvan xanlarının nəslindən olan Heyran xanımın birinci əri əvvəlcə onu dərin bir məhəbbətlə sevmiş, ürəyini ovlamış, sonra isə vəfasız çıxmışdır. Şairə onun vəfasızlığını dilinə gətirmiş və kağıza köçürmüşdür:

Vurdun ol qədər sən vəfadan dəm, Xatirimdə nə şübhə qaldı, nə qəm.

Gülüşün qönçə, göz yaşın şəbnəm, Məni aldatdı, bilmədim nə edəm.

Məni – biçarəni zəbun etdin,

Zar qəlbimi qərqi-xun etdin.

62

***

Şairənin ikinci əri isə daima onunla pis rəftar etmiş, göz verib işıq verməmişdir. Heyran xanım ikinci ərini də qələmə almışdır:

Məni zəncirdə saxladın, bu yetər, Doğrusu, sən mənə deyilsən ər.

Daima ac, susuz və qəlyansız,

Oturum bu xərabədə nə qədər?

Birlmirəm ruzigarə neyləmişəm,

Ki, salıbdır kəməndinə bu təhər.

Azərbaycanın ruslar tərəfindən işğalı zamanı ailəsi ilə Təbrizə köçən Heyran xanımın həyatı kədərli keçmişdir. O, həmişə zəmanədən, adamların vəfasızlığından, özünün qürbətdə tək-tənha qalmasından gileylənmiş, yaşadığı Təbriz şəhərini "guşeyi-zindan" adlandırmışdır. Ömrü iztirablar içində keçən şairənin gənclik təravəti və

gözəlliyi tez solmuş, zahirən tamam qocalmışdır.

Şeirlərinin birində, Heyran xanım öz vəziyyətini təsvir edərək yazır:

Belim büküldü,qara saçlarım ağardı mənim, Qocalmışam bu cəfakar çərx əlindən, aman.

63

"Təbrizdə zəlzələ haqqında" şeirində Heyran xanım yaşadığı şəhərdə baş verən təbii fəlakət nəticəsində əmələ gəlmiş faciəli hadisələrdən, "sinəsi dağlı, gözləri giryan" qalmış anaların kə-dərindən, onların göylərə qalxan əfqanından bəhs edir. Həcmcə kiçik olmasına baxmayaraq, bu şeir kədərli bir lövhə kimi yadda qalır:

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
28 ekim 2022
Hacim:
151 s. 53 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Средний рейтинг 0 на основе 0 оценок