Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qırmızı kitab», sayfa 3

Yazı tipi:

Demir, özündən əmin bir şəkildə gülümsəyərək:

– Hörmətli başqan, dediklərinizi başa düşürəm. Əv-vəlcə, burada dünyanın ən güclü adamlarıyla bir yerdə ol-duğum üçün hiss etdiyim qüruru ifadə etmək istəyirəm. De-diklərinizi xırdalıqlarına qədər yaddaşıma həkk edəcəyim-dən əmin ola bilərsiniz – qarşılığını verdi.

Sonra üzünə yayılan isti gülümsəmə ilə:

– Burda sizin kimi güclü adamları gördükdən sonra, Türkiyəyə qayıtmaq üçün yol pulunu necə tapacağımın na-rahatlığını üstümdən atdım, – dedi.

Bu ifadələrdən əvvəl, tam olaraq hər şeyi dərk edə bilməyən komitə üzvlərinin, ilk şaşqınlığının ardınca qısa gülüşləri, tam olaraq Mehmet Demirin istədiyi rahat mühiti yaratmağa başlamışdı.

Gülməmək üçün özünü güclə saxlayan başqan Meri:

– Deməyə belə ehtiyac yoxdur, hörmətli Demir. Türklər qədər də olmasa, biz də qonaqpərvərik. İndi müza-kirəyə keçək, – deyərək sorğu-sualı başlatdı.

Düz dörd saat boyunca Mehmet Demir sorğu-suala tutuldu. TİP-ə niyə qoşulduğunu, məqsədinin nə olduğunu soruşdular. Orta Şərqdə həyata keçirilən Böyük Orta Şərq Planına necə münasibət bəslədiyin başa düşməyə çalışdılar.

İsrail ilə münasibətlər mövzusunda nə düşündüyü-nü, partiyası TİP-in seçkiləri qazanarsa nazirlik vəzifəsi is-təyib-istəməməsini, əgər ona önəmli bir nazirlik vəzifəsi ve-rilərsə necə davranacağını soruşdular. Gələcək bir neçə ildə Şimal-qərbi Anadolu bölgəsinin Türkiyədən qopardılacağını qeyd edərək bu vəziyyətdə reaksiyasının necə olacağını öy-rənmək istədilər.

O da böyük və ulu komitənin verdiyi bütün qərarla-ra sayğılı olacağını, verilən bütün vəzifələri istənilən şəkildə yerinə yetirəcəyini söylədi. Vacib olan, bölgədə axan qanın tez bir zamanda dayanması və yeni dünya quruluşunun sağlam bir formada təsis edilməsi olduğunu vurğuladı. İçin-də qopan fırtınalara rəğmən, adamları rahatlatmaq üçün hə-yatının ən böyük rolunu oynayırdı.

Sorğu-sual mərhələsi bitdikdən sonra komitənin qə-rar verməsi üçün bayıra çıxarıldı. Mahmut Dilaveri dünən-dən bəri görməmişdi. Bir otaqda tək başına iki saat gözlə-dildi. Həyatının ən uzun iki saatını orda olan kitab və jur-nalları gözdən keçirərək ötüşdürməyə çalışdı.

Nəhayət təkrarən komitənin qarşısına çıxardıldı. Başqan Meri, komitənin qərarını açıqladı:

– Mehmet Demir, Türkiyəyə xoşbəxt biri olaraq qa-yıda bilərsiniz. Ölkənizə qayıdar-qayıtmaz Türkiyə Böyük Lojasına üzv olacaqsınız. Sizə olan bütün əmrlərimizi, Tür-kiyə Böyük Lojasının böyük ustadından alacaqsınız. Lazım olduğunda təkrar sizinlə görüşə bilərik. Yeni dünya quru-luşunda yer almağı seçdiniz. Quruluşumuzu pozmadığınız müddətcə, xoşbəxt və uzun bir ömür sürə bilərsiniz.

– Ulu komitənin inamını boşa çıxarmayacam, əfən-dim.

Budur, ən böyük maneəni də keçə bilmişdi. Üzünə yaydığı şirin təbəssümlə hamısını sayğıyla salamladı. Bu an-da içində Allaha dua edir, etdikləri üçün əfv diləyirdi. Baş-qan Murrey, sayğıyla otaqdan çıxmaq üçün yerindən tərpə-nən Demirin ardınca səsləndi:

– Hə, bir də, ölkənizə mənim özəl təyyarəmlə gedə-cəksiniz. Stüardessalarımın xətrinə çox dəyməyin, haaa.

– Merinin etdiyi bu zarafata şən qəhqəhə ilə qarşılıq verən Demir: Yoox əfəndim, mənim nə həddimədi… – de-yərək salondan çıxdı. Komitənin bu özəl təyyarə jesti, ondan çox şey gözlədiklərini göstərirdi. Düzü komitə qarşısında bu qədər inandırıcı ola biləciyini düşünməmişdi. Özəl təyyarə, okean üzərində ondan qurtulmaq üçün bir yol da ola bilər-di. Ancaq, onların bu jestini istəməsəydi, bu dəfə də inam-sızlıq bəslədiyin düşünə bilərdilər. Allaha sığınıb təyyarəyə minməkdən başqa çarəsi yox idi.

Bir qədər sonra onu gözlədiklərini bildirən xidmət-çinin gözlərini bağlaması üçün icazə verdi. Qollarına girən xidmətçilər olduğu halda üç mərtəbə aşağı endiklərini təx-min etdi.

Ağır-ağır açılan qapının cırıltısını duyarkən, üzünə pis iy verən bir sərinlik dəymişdi. Oksigenini tamamilə itir-miş olduğu duyulan havanın onun üzünə dəydiyi vaxt bez-miş bir halı var idi. Otağın havası, bəlkə də illərdir şahid ol-duğu alçaqlıqlardan ötrü özəlliyini itirmişdi.

Qoluna girən zəbanələr, onu salonun ortasına doğru apardı. Burada iki qolunu qaldırıb, hər əlini bir qabın içinə saldılar. Demir qablardan birindəki yapışqan mayenin bal olduğunu başa düşmüşdü. Digər əli isə, ilıq bir mayenin içində idi. Tanış qoxusu burnuna dəyin kimi tanımışdı.

Əli nəyin və ya kimin olduğu naməlum olan bir tas qana batmış haldaydı. Hiss etdiyi gərginlik və narahatlığı üzünün bayırda qalan hissəsinə əks etdirmədən eləcə dur-du.

Bir adamın həyasız səsi, qulaqlarında əks səda verdi:

– Mehmet Demir… Bu gün ilahi gerçəkliyi tapmaq üçün aramızdasan. Bu dünyanın iki yönü vardır. Biri gözəl-liklərə ehtiva edən həyat, digəri isə hər cür pis yönə ehtiva edən ölüm. Bal və qan, bunlara işarədir. Bir əlin balda, bir əlin qandaykən qardaşlıq andı içəcəksən. Bu andı içən, qar-daşlığa sadiq qalan, gözəlliklər içində, bal kimi şirin həyat yaşayacaqdır. Bu andın ardınca qardaşlığa xəyanət edən isə, öz qanı içində boğulub, müqəddəs kainatı tərk edəcək, ruhu əbədiyyən dinclik tapmayacaq. İndi mənim sözlərimi tək-rarla…

Qarşısındakı alçağın sıraladığı axmaq sözləri təkrar-layərkən, içində də bir gün bütün bunların hamısını tək-tək yedizdirəcəyini hayqırırdı. Tək istədiyi bu biabırçı ayinin tez bitməsi və özünü bayıra ata bilməsiydi. Bu vətənin qur-tulması üçün lazım olan bu idisə, onu da edirdi. Amma bir gün bütün bunların əvəzin çıxacaqdı.

Bal və qan andı mərhələsini keçdikdən sonra, başa düşmədiyi bir çox söz eşitdi. Bunlar bir növ mərasimin dua sözləriydi. Ayini idarə edən adam yüksək səslə bütün bun-ları deyir, salonda olan digərləri isə boğuq uğultu ilə təkrar edirdi.

Bu ayindən sonra bir mərtəbə yuxarı çıxarılaraq, bir növ geyim otağına bənzəyən bir yerə aparıldı. Gözlərindəki sarğını açdılar. Tamamilə soyunmasını və otaqda olan mə-rasim cübbəsini geyinməsini əmr etdilər.

Az sonra təkrar gəldilər. Artıq Mehmet Demir qır-mızı rəngdə, üstündə altıguşəli ulduz, piramida içində göz, bucaq ölçən və pərgar kimi bir çox simvolun olduğu kap-yuşonlu cübbəni geyinmişdi.

Ona nə cür iyrənc şeylər etdirəcəkərini düşündükcə ürpənirdi. Hər etdiyini video çəkilişlə qeyd etdiklərini yaxşı bilirdi. Elə buna görə də bu lojalara girən bir daha çıxa bil-mirdi.

Amma Ahmet Zahitin Böyük Lojanın təhlükəsizlik işlərindən məsul bölməsinə üç il əvvəl saldığı adam, çəkiliş olmasının qarşısını almağa çalışacaqdı. Əgər bacarmasa, çə-kilişləri məhv edəcəkdi. Adamın verdiyi məlumata görə bi-na içindəki bütün kameralar gördüyü nə varsa, təhlükəsiz-lik otağındakı cihazlara köçürürdü. Bu otaqdakı yazıcı ci-hazlara törədiləcək kiçik bir təxribat, ilk mərhələdə texnik nasazlıq olaraq görünəcəkdi.

Mahmut Dilaver üçün hazırladıqları şantaj dosyesi de sayıla biləcək böyük məlumat bazasında yer alan video faylın içində, burdakı adamın təmin etdiyi lojaya qəbul mə-rasimindən çəkilişlər də var idi. Çəkilişlərlə əlaqədar aldıq-ları tədbirləri düşünmək, bir az da olsa onu rahatlaşdırırdı.

Bir çox axmaq mərasim ayinlərindən sonra ortada olan böyük ağac masanın üstünə bir bakirəni gətirib yatız-dırdılar. Qızcığaz lüm-lüt idi. Elə bil, ona verilmiş növbənöv narkotik maddələrə görə şüuru yerində deyildi. Kapyuşon-lu, qırmızı geyimli adamlar, növbə ilə qıza sahib oldular. Bu bir təcavüz mərasimi idi. İlk təcavüzçünün ardınca qızın qıçları arasından sızan çəhrayımtıl qan, dünyada təmiz olan hər şeyi özüylə götürüb aparırdı.

Qolunu kobudca tutan güclü əllər, növbənin ona gəl-diyini işarə edirdi. Həyatında heç bir vaxt, heç kimsə ona belə həyasızca davranmamışdı.

İllər əvvəl loja ilə əlaqədar etdiyi araşdırmada, bu ri-tuala girən bir adam əgər yaşamaq istəyirsə, ondan istənilən hər şeyi hərfi-hərfinə etməli olduğunu öyrənmişdi. Mərasi-min hər hansı bir mərhələsindən geri dönüş yox idi. Buna görə o da digərlərini təqlid etdi.

Gecə yarısına doğru o günah və xəyanət çuxurundan bayıra çıxdığı vaxt, ilahi gerçəkliyin bəradərlərindən biriydi.

***

Partiya qərargahında görüşən vaxt, Mahmut Dila-verin: Aldın, ağzının payını? – deyər kimi baxdığını görsə də fikir vermədən əsas məsələlərə girməyi tərcih elədi.

Fövqəladə Konqresə iki həftə qalmışdı. Qərargah, iq-tidar qoxusu alan biznesmen, millət vəkilliyə namizədlər, partiyanın bölgə təşkilatlarının idarəediciləri ilə dolu dolub-daşırdı. Dilaver ilə hər şeyə bir daha nəzər saldılar. Başqan-lığa namizəd olması üçün nümayəndə olmuş, bütün rəsmi proseduralar tamamlanmışdı. Dilaverin vida nitqini şəxsən özü qələmə almışdı. Üç səhifəlik mətni Dilaverə verərkən:

– Hiss etdirmədən axıra kimi vəziyyəti ələ ala bilsən, həyatını qoruyacağıma əmin ola bilərsən, – dedi.

– Bilirəm hörmətli Demir, təşəkkür edirəm, – deyən Dilaverin, elə bil həyatdan gözlədiyi heç nə qalmamışdı.

***

Konqres günü gəlib çatdı. Günortaya doğru salona keçən TİP başqanı Mahmut Dilaver, “Baş nazir Mahmut!”, “Bizi xilas et Mahmut!”, “TİP gələcək, Türkiyə güləcək!” şü-arları ilə qarşılandı.

Divan Başqanlığına hər kəsin uzlaşdığı bir şəxs olan Sakarya Böyük şəhər Bələdiyyə başqanı Vecdi Cengiz gəti-rildi. Cengizin seçilməsinə Mehmet Demirin pərdə arxasın-dakı təlqinləri öz təsirin göstərmişdi. Eyni zamanda parti-yada böyük hörməti olan Cengizə etiraz edən kimsə olmadı.

Yenə də Demirin Dilaverə təlkini və Divan Başqan-lığına verilən təkliflə konqresin bir gündə işlərini yekunlaş-dırmasına qərar verildi. Onsuz da Dilaver nə istəsə, nüma-yəndələr qəbul edirdi. Konqresin bir gündə bitməsi, Demi-rin hesab-kitabının düzgün hərəkət etməsi baxımından hə-yati əhəmiyyət daşıyırdı.

Günortadan sonra saat 14:00-da başqan Mahmut Di-laver coşqun alqışlar və şüarlarla kürsüyə çıxıb danışmağa başladı. Çıxışının ilk hissəsində iqtidar partiyası İYH-nin iş-lərini və baş naziri ağır ifadələrlə tənqid etdi. Ölkənin 1923-cü ildən bəri ilk dəfə parçalanmanın eşiyinə gətirildiyini, iq-tisadiyyatın sürətlə fəlakətə yuvarlandığını vurğuladı.

Dilaver sözlərinin davamında, Türkiyəni, ancaq və ancaq çox yaxşı hazırlanmış fədakar bir partiya təşkilatı və gözünə çöp düşməsindən qorxmayan milliyyətçi, vətənpər-vər, çalışqan və cəsur bir liderin xilas edə biləcəyini söylədi. Mahmut Dilaver bunları dedikdən sonra:

– Dəyərli yoldaşlarım, 4 il əvvəl məni bu vəzifəyə gətirdiyiniz zaman, ölkəm üçün canla-başla çalışmaq və qa-zanmaq üçün mənə böyük fürsət verdiniz. Allah şahiddir ki, əlimdən gələn hər şeyi etdim. Partiyamız, ilk həmləmizdə 92 millət vəkili ilə üçüncü partiya olaraq Məclisə girə bildi. Budur, indiysə iqtidara doğru addımlayırıq. Xalqımız, bizi tanıdıqca, planlarımızı gördükcə dalğa-dalğa partiyamıza üz tutur – şəklində davam etdi.

Dilaver, coşqun alqışlar və şüarlarla kəsilən çıxışına dərindən nəfəs alaraq davam etdi:

– Dəyərli mübarizə yoldaşlarım, davamız vətən, mil-lət, bayraq davasıdır. Bu mübarizədə durub gözləmək yox-dur. Bu davada səndələmək, yıxılmaq var, ancaq dayanmaq yoxdur. Yıxılan qalxacaq və mübarizəsinə davam edəcəkdir. Ta ki, Türkiyəmiz müstəqil, güclü bir ölkə olana qədər. Ta ki, lider bir ölkə olub, dünyada yaşanan haqsızlıqlara, axan qanlara, göz yaşlarını dayandıra biləcək gücə çatana qədər. Bu davada kresloya yapışmaq, mövqe qayğısı çəkmək yox-dur. Bu dava müqəddəs bir davadır.

Yavaş-yavaş salondakı hərarət lap qalxırdı. TİP baş-qanı, sözlərin bu qisminə bir daha ara verdi. Qarşısındakı stəkandan bir qurtum su içərək bunları söylədi:

– Dəyərli yoldaşlarım, cəfakar TİP-lilər, Böyük Yara-dan, mənə bu yolda bura qədər vəzifə verib. Çox istəsəm də, yeni dövrdə girişəcəyimiz böyük mübarizədə partiyanın ba-şında ola bilməyəcəyimi öyrəndim.

Dilaverin bu sözləri, bir anda salondakı uğultunu bı-çaq kimi kəsməyə bəs etdi. Heç kəs nəfəs almır, Mahmut Di-laverin sözünü necə tamamlayacağını gözləyirdi. Başqan nə demək istəyirdi? Nə baş verirdi? Sanki salonda zaman da-yanmışdı.

Keçmək bilməyən saniyələrdən sonra Mahmut Dila-ver:

– Həkimlərimdən ciddi ürək narahatlığımın oldu-ğunu və düzgün müalicə olmasam həyatımı itirəcəyimi öy-rəndim. Ölkəmizin dinamik, dayanmaq bilməyən enerjili bir liderə ehtiyacı olduğu bir vaxtda, bu məsuliyyəti yeni dövr-də üstümdə saxlamayacağıma qərar verdim. Düşünürəm ki, bu, ölkəmə edəcəyim ən böyük xidmətlərdən biridir.

Salondakı minlərlə adam tutduğu nəfəsini buraxmış, salon sanki arı pətəyi kimi uğuldamağa başlamışdı. İndi nə olacaqdı? Partiyanın başına kim keçəcəkdi? Başqanın və-ziyyəti doğrudanmı bu qədər ağır idi? Hər kəsin başında fır-lanan sual işarələri bir-biriylə çarpışır, bəlkə də adamı kar edən bu uğultu, nə edəcəyini bilməyən sərsəri adamlar kimi fırlanan sual işarələrindən qaynaqlanırdı.

Dilaver, salondakı uğultu kəsildikdən sonra sözləri-nə belə davam etdi:

– Yoldaşlar, hamınızın buraya mənə bu şərəfli vəzi-fəni bir dövr daha təqdim etmək üçün toplaşdığınızı çox yaxşı bilirəm. Qarşıma namizəd belə çıxmaması, mənə olan böyük inamı göstərməkdədir. Uzun zaman namizəd olma-sını gözlədim. Aylardır partiyamızın iqtidara doğru kiminlə addımlayacağını düşünürəm. Yaxın iş yoldaşlarıma hiss et-dirmədən bir lider namizədi axtardım. Sonunda bir ad bey-nimdə şimşək kimi çaxdı. Liderlik üçün namizədimiz, bay-rağı təslim alacaq şəxs çox yaxınımızda dayanmışdı. Dürüst insanlığı, bu ölkə üçün çarpan ürəyi və qorxmazlığı ilə baş ucumuzda idi. Bir müddət əvvəl ona təklif apardım və bu müqəddəs vəzifəni qəbul etməsini istədim. Bu vəzifənin qa-çınılmaz olduğunu, ölkənin ona ehtiyacı olduğunu söylə-dim. Təvazökar şəxsiyyətli bir insan olduğu üçün qəbul et-mədi. Ancaq uzun-uzadı söhbətlərimizin ardınca vəzifəni qəbul etməyə razı oldu. Mən özümdən necə əminəmsə, on-dan da eyni şəkildə əminəm. Yoldaşlar, qarşıdakı liderimizi sizlərə təqdim etməkdən şərəf duyuram. Sizlər qəbul etsə-niz, bu şərəfli bayrağı ona təslim etməkdən qürur duyacam.

Artıq salondakılar həyəcandan topluca infarkt keçi-rəcək vəziyyətə gəlmişdilər. Hərkəsin dili-dodağı quru-muşdu. Mahmut Dilaver kimi göstərəcəkdi?

– Dəyərli dava yoldaşlarım, partiyamızı iqtidara aparması üçün bayrağı təslim etmək istədiyim insanın adını açıqlayıram. Sizlərin verəcəyi dəstəklə, partiyamızı iqtidara qaldıracaq, inşallah ölkəmizə də layiq olduğu xidmətləri göstərəcəkdir.

Bunları söylədikdən sonra sağ tərəfində olan proto-kol sırasına əli ilə işarə edərək:

– Mehmet Demir, lütfən qalxın və ölkəyə xidmətdə başlayacağımız böyük mübarizədə bayrağı təslim almaq üçün yanıma gəlin.

Mahmut Dilaverin bu sözlərindən sonra salon tək-rarən səssizlik içində batdı. Bir neçə saniyəlik səssizliyin ar-dınca alqış tufanı qopdu. Mehmet Demir, bu alqış tufanıyla birlikdə yerindən qalxaraq salondakıları əl ilə salamladı. Ya-nında olanlarların əlini sıxdıqdan sonra sürətli addımlarla başqan Mahmut Dilaverin yanına gəldi.

İndilərdə, salon “Türkiyə, Türkiyə!” nidalarıyla cin-gildəyirdi. Salonun bir anda “Türkiyə, Türkiyə!” deyə inil-dəməsi onun qəbul olunduğunu və ölkənin başına keçməyə layiq olduğunu göstərirdi.

Mehmet Demir kürsüyə çatanda Mahmut Dilaver ilə qucaqlaşdı. İki adam, uzun-uzun bir-birilərini qucaqladılar. Bir-birlərinin əllərini havaya qaldırdılar. Salon, “Türkiyə, Türkiyə!” və “Baş nazir Demir!” şüarlarıyla dağılırdı.

Mehmet Demir, kürsüdən qısa bir nitq söylədi:

– Dəyərli dava yoldaşlarım, hörmətli başqanımız Mahmut Dilaverin bayrağı mənə təslim etmək istəməsi, mə-nim üçün qürurların ən böyüyüdür. Sizlərin də razılığı olar-sa, bu şərəfli vəzifəni təslim almaqdan xoşbəxt olaram.

Ortalıqda olan müxbirlər dəli kimi oyan-buyana qa-çırdılar. Bütün televiziyalar canlı yayına qoşulmuş, müxbir-lər sürpriz dəyişikliyi tamaşaçılara ötürürdü.

Divan Başqanlığı səsvermə kabinələrinin qurulmuş olduğunu və yarım saat sonra səsvermə əməliyyatının baş-layacağını bildirdi. Vecdi Cengizin bu bildirişi belə “Tür-kiyə, Türkiyə!” şüarları arasında itib-batdı.

Günortadan sonra, saat 16:30 radələrində səsvermə başladı. Axşam 20:00-da da sandıqlar açıldı. Divan Başqan-lığı, gecə 22:40-da nəticələri açıqladı. 1176 nümayəndənin hamısı Mehmet Demir və siyahısına səs vermişdi.

Demir təşəkkür etmək üçün kürsüyə çıxdığı vaxt, yorğun düşmüş kütlə alqışla temp tutaraq “Baş nazir Demir, Baş nazir Demir!” – deyə qışqırırdı.

Mehmet Demir, kürsüdən bütün nümayəndələrə və partiyadaşlarına təşəkkür edərək bunları söylədi:

– Bundan sonra Türkiyədə heç bir şey əvvəlki kimi olmayacaq. Türkiyənin xarici düşmənləri, sizə səslənirəm:

– Türkiyə ayağa qalxır. Bundan sonra xain planları-nız baş tutmayacaq. Türkiyənin daxili düşmənləri:

– Bəsdir Türkiyəni için-için gəmirdiniz. Yuva qur-duğunuz vətənin hər bir küncündən, hər bir dərmədeşiyin-dən, mağaradan çıxarılıb yox ediləcəksiniz. Biz sizi tapma-dan öz xoşunuza gizləndiyiniz yuvalardan çıxıb təslim olun. Bundan sonra Türkiyə, dünya sülh və ədalətinin təminatçısı olacaqdır.

– Sözlərini tamamlayıb salam verdikdən sonra, hər kəs Türkiyənin onlarca ildir gözlədiyi liderin axır ki, gəlib çıxdığına şahidlik etmənin verdiyi sərxoşluğu yaşayırdı.

– Kimi əllərini Yaradana qaldırıb şükür duası oxu-yur, kimisi göz yaşları içində başını oyan-buyana çevirib olanlara inanmır, yanındakını qucaqlayırdı. Mehmet Demir hər kəsə güvən vermişdi.

Komitə başqanı Artur Meri masaj masasına üzüqoy-lu uzanmış, dünyanın ən çox satılan kişi jurnalı Pinkhorse-nin sahibi Patrik Davidofun verdiyi hədiyyənin kefini çə-kirdi.

On səkkiz yaşdakı sarışın afətin narın barmaqlarının vücudunda gəzməsinin verdiyi zövqlə özündən gedən qoca, bundan iyirmi il əvvəl də bu huriylə baş-başa olmaq üçün sərvətini verə bilərdi.

Meri elə niyyətini pozduğu anda, döyülən qapıdan içəri girən xidmətçisi Maverik, titrəyən əlləriylə tutduğu te-lefonu uzatdı. Qorxmuş üz ifadəsiylə sanki mərhəmət edin deyə yalvarırdı.

– Əfəndim komitə katibi Mayk Eduard telefonda gözləyir. Çox vacib olduğunu deyir…

Hirslə telefonu Maverikin əlindən alan Meri, uzan-dığı yerdən qalxarkən əliylə işarə etdi ki, ikisi də çıxsın.

– Mayk, Patrikə deyəcəm ki, bu qızlardan sənə də göndərsin. Qarantiya verirəm gecənin bu vaxtında heç kimə zəng vurmayacaqsan.

– Normal bir vaxtda etdiyin bu zarafata birtəhər gülə bilərdim, Artur. Ancaq Türkiyədə baş verənlərə görə heç ke-fim yoxdur.

Mayk Eduard danışarkən dəsmalla üstündəki tərlə qarışıq vazelini silməyə çalışan Merinin üzü birdən cid-diləşdi. Görəsən yenə nə olmuşdu bu andıra qalmış ölkədə?

– Bu gün bəradərimiz Mahmut Dilaverin partiyası-nın fövqəladə konqresi var idi. Dilaver səhhətindən yaranan problemlərə görə namizədlikdən çəkildi. İndi möhkəm dur. Bilirsənmi yerinə kim seçildi?

– Bizim bu yaraşıqlı faşist bəradərimiz Mehmet De-mir. Və yenə Ser Toni Forlova xəbər verməyiblər. Türkiyə loja başqanının da xəbəri yox imiş. Yəni tam olaraq olub-ke-çən bu hadisəylə qarşı-qarşıyayıq.

Mayk Eduardın sözləriylə dəliyə dönmüş Artur Me-ri, ayağa qalxaraq ağır bir söyüşlə dəsmalı divara vızıldatdı.

– Allah lənət eləsin! Lənət eləsin, lənət eləsin! Eyni düşündüyüm kimi. Bu adamın belə bir şey edəcəyini bilir-dim. Sabah fövqəladə bir yığıncaq keçirək.

***

Gülü burnunda TİP başqanı Mehmet Demir, kon-qresin ardınca qərargahda təbrikləri qəbul edirdi. Başqanlı-ğın telefonları susmurdu. Başda millət vəkili və partiya ida-rəçiləri olmaq üzrə minlərcə adam partiyada toplanmış, De-miri təbrik etmək üçün müxtəlif yollarla sıraya keçməyə ça-lışırdı.

Mahmut Dilaverden miras qalan katibə, az əvvəl söndürdüyü telefonu yenidən yoxlayaraq qardaşı Hamdi Demirin zəng etdiyini söylədiyi vaxt o dəqiqə bağlamasını istədi.

Fəhlə maaşıyla onu oxudan böyük qardaşına belə partiyanın sədrliyinə keçəcəyini deməmişdi. Gizlilik şərtlə-rinə ən birinci özü əməl etməliydi. Ancaq indi canından çox sevdiyi qardaşı təbrik etmək üçün ona zəng etmişdi. Titrək səs tonuyla:

– Qardaş… deyə bildi.

– Yahu Mehmet, nə elədin sən? Heç danışmadın bi-zə. Yəni tam bir sürpriz oldu bizim üçün. Xeyirli, uğurlu ol-sun. Allah utandırmasın…

Qardaşının səsindən, hiss etdiyi sevinc başa düşü-lürdü. Hətta qarmaqarışıq hisslərindən boğazı düyünləndi və sözünü tamamlaya bilmədi.

Gözlərindən yaş damladı. Qardaşının kiçik qızı Se-ma, uşaqlığından bəri həmişə nə zaman gələcəyini soruşar-dı. Hiss edirdi ki, qardaşının da gözlərindən yaşlar süzülür. Qardaşı bu qədər qarmaqarışıq hisslər içində zəriflik göstə-rərək evə təbrik etməyə gələn hər kəsi tək-tək saymağa ça-lışmışdı. Bu gələnlərə qarşı özündə hiss etdiyi məsuliyyət idi.

Arxadan gələn uğultudan evin iynə atılsa yerə düş-məycək qədər sıxlıq olduğunu başa düşmək olurdu. Arada Hamzanın, Yunusun, Çakırın səslərini eşidən kimiydi. “Kəndimizə aeroport istəyirik Mehmet, fabrik istəyirik. Bizi unutma…” kimi sözləri eşitdi. Hamısının səsi qürurdan baş-qa cür çıxırdı.

– Qurban olaram mən onlara. Hamısına çox-çox sa-lamlarımı de. Hər kəsi həsrətlə qucaqlayıram. İnşallah qısa bir zamanda gələcəm. Allaha əmanət olun. Görüşənə qədər, – deyərək telefonu yerinə qoydu.

Əlini üzünə tutub sarsıla-sarsıla ağladı. Bir yandan da, Allahım, utandırma məni. Allahım, çıxdığım bu yolda uğur lütf et, – deyə dua edirdi.

***

Sübhə doğru saat üçə yaxınlaşanda qərargahdan çı-xaraq evə getdi. Həyat yoldaşı Yaseminə nə deyəcəkdi? Par-tiya idarəetməsinə keçə biləcəyini desə də, gizlilikdən ötrü partiyanın başına keçəcəyindən heç bəhs etməmişdi. Çox kövrək biri olan yoldaşı, görək bunu necə qarşılayacaqdı? Bunları düşünə-düşünə açarı fırladıb içəri girdi. Əvvəlcə evin bütün işıqlarının yanıq olması onu təəccüblədirdi. Yol-daşına səslənərək içəri girdi. Orda deyildi. Yataq otağına getdi. İşıqlar yanırdı, ancaq heç kim yox idi. Uşaqların ota-ğında baxdı. Tuğçenin otaqından çıxarkən birdən beyninə bıçaq kimi batan düşüncə onu diz çökdürdü.

Dünyanın sahiblərinə qarşı mübarizəyə girişmiş, an-caq ən bəsit təhlükəsizlik tədbirini belə düşünməmişdi. Bu qədər asan icazə verərdilərmi böyük bir ölkəni qurtarması-na? Necə bu qədər düşüncəsiz ola bilərdi, necə? Beyni dəli kimi işləyir, nə olduğunu dərk etməyə çalışırdı. Saniyədə min cür ehtimal ağlına gəlirdi, onları ələyir, digər min ehti-mal beynində uçuşurdu.

Evdə heç bir boğuşma, zorlayıcı iz yox idi. Otaqları təkrarən gəzdi. Bəli, heç bir zorlama, tələsiklik izi yox idi. Ölmək üzrəydi. Yerdə qan izi axtarırdı. Qan izi axtarması belə onu sarsıdırdı. Necə qan izi axtarırdı axı? Necə axı can-larının qanlarını yerdə axtarırdı? Necə insandı? Bu böyük-lükdə ölkəni xilas etməyə cəhd edən biri ailəsini necə dü-şünməzdi? Belə biri necə bu vəzifəyə namizəd ola bilərdi?

Qonaq otağında bunları düşünərkən evin telefonuna zəng gəldi. Atılaraq dəstəyi götürdü. Telefonun o biri ucun-da tanış bir səs var idi:

– Əfəndim Alpogandı. Xətt təmizdir. Xanım və uşaq-lar bizimlədirlər. Başqa bir ünvandayıq. Narahat qalmayın deyə zəng etdim. Hər yer yaman qarışıb. Bu tədbiri almağı uyğun bildik. Sizi narahat qoyduğumuz üçün lütfən bağış-layın. Mobil telefonunuz bağlı idi. Yanınızdakı işçilərə zəng edib yerinizin təsbit edilməsini istəmədik. Buna görə də hər beş dəqiqədən bir evə zəng edirdik.

– Həəə eləmi? – deyə bildi. Zəng edən adam Ahmet Zahit idi. Birdən bütün əsəblərinin boşaldığını hiss etdi. Ah-mete hiss etdirməməyə çalışaraq dərin-dərin nəfəs alıb özü-nə gəlməyə çalışırdı. Sonra ağlına gəldi ki, soruşsun:

– Qarlar təmizdi, su necədi?

– Qırmızıdı. Eynilə dəniz kimi.

Doğru cavabı alaraq rahatladı. Mənə çox hirslənib? – deyə çəkinərək soruşdu.

– Xeyir əfəndim. Ən azından hiss etdirmədi. Xanım-əfəndiyə verirəm telefonu. Bir əmriniz varmı?

Adamlarıyla bir yerə yığışmağın artıq vaxtı gəlmiş-di.

– Eşitdim OSTİM-də mərmər atelye satılır?

Telefonun digər ucundakı səs:

– Yaxşı əfəndim, gedib bir baxaram – cavabını verdi. Qısa bir səssizlikdən sonra yoldaşı telefondaydı:

– Mehmet, canım yaxşısanmı? Biz yaxşıyıq, narahat olma. Uşaqlar da çox sevdilər buranı. İndi yatıblar. Təzə gə-libsən evə? Soyuducuda yemək var idi. Öz əlimlə hazırla-maq istəyərdim yoldaşıma, amma bu vəziyyətdə gərək özü hazırlaya. Ən sevdiyin yeməyi hazırlamışdım.

Daha, güclü qadın rolunu oynaya bilməyən Yase-min, hıçqıraraq ağlamağa başladı.

– Dəlisən sən. Nə deyim sənə. Allah ağıl versin. Də-lisən, dəli!

– Bilirəm kraliçam. Bilirəm hər şeyim. Hər şeyi başa salacam həyatımın mənası. Nə olar hirslənmə. Yanımda ol-duğunu bildiyim üçün çıxdım bu yola. Səni sevirəm. Hamı-nızı çox sevirəm. Sabah başa salaram hamısını. Allaha əma-nət ol.

Telefonu yerinə qoyandan sonra kresloya sərildi və dərin bir nəfəs aldı. Budur, heyət bu idi. Allah ona ağıllı və zəkalı dostlar vermişdi. Adamının bu əməliyyatının ardınca inamı yenidən yerinə qayıtmışdı. Allaha şükür etdi.

Təkrar düşüncələrə dalarkən bu dəfə də qapının zən-gi çaldı. Qapıdakı adam, taxma saqqalını çıxarmağa çalışan digər can yoldaşı Zeki Atlıydı. Qapını açar-açmaz Atlı sözü uzatmadan:

– Əfəndim çox narahatdırlar. Dəli kimi bir-biriylə əlaqə saxlayırlar. Heç xoşlarına gəlmədi bu vəziyyət. Qərar verdik ki, burda qalmayasınız. İndi bu dəqiqə tərk etməliyik bu evi. Ətrafda təhlükəsizlik tədbirləri almışıq. Zirehli bir maşınla gedəcəyik, – dedi. Bunu deyərkən yanında gətirdiyi zirehli jileti ona uzatdı.

Demir heç etiraz etmədən, pencəyini götürərək, ge-dək, – deyərək Zekini təqib elədi. Zekinin qaynının Çanka-yada olan evinə getdilər. Evdə heç kim yox idi. Saat sübh beşə yaxınlaşırdı. Zeki yanındakı iki gənc polislə evdə qaldı. Demiri yatması üçün yataq otağına qoyub özləri də qonaq otağına keçdilər. Onlar yatmayacaqdı. Bu günə qədər yat-dıqları bəs idi.

***

Dünya Tənzimləmə Komitəsi, gecə yarısı təcili ola-raq yığışmış, Türkiyədəki son dəyişiklikləri müzakirə edir-di. Salonda olan dünya sahiblərinin gözlərini alov bürü-müşdü.

Qərbi Avropa ustadi-əzəmi Ser Toni Forlov, vəziy-yətin bu yerə necə gəldiyi haqqında məlumat verdi. Kon-qresdən sonra Mahmut Dilaverə şəxsən özü zəng etdiyini, ürək narahatçılığı ilə əlaqəli hesabat istədiyini, kardioqrafi-ya nəticələrini, bütün təhlillərin sənədlərini ona çatdırdığını izah etdi.

Bu hesabatlara görə Dilaverin ürəyinə gedən ana da-marlarında yüzdə doxsan nisbətində tıxanıqlıq olduğu, əla-və olaraq ürək döyüntülərinin atışında ciddi pozuqluqlara rast gəlindiyi açıq görünürdü. Doğurdan da adamın ölüm-cül təhlükədə ürək əməliyyatı olması vacib idi.

Eyni zamanda mədəaltı vəzində yetmiş faiz bir funk-siya pozuqluğu vardı. Xülasə, diaqnozlar saxta deyilsə, il-lərdir səhv atı seçmişdilər. Elə yarışa soxduqları vaxt eşşək olduğunu başa düşmüşdülər. Ya da səfil bir xain idi. İkinci ehtimal daha güclü idi. Hətta üzvlərə görə bu ehtimal qəti idi.

Komitə başqanı Ser Artur Meri, məmnun olmayan səs tonuyla donquldanaraq:

– Yaxşı, indi əlimizdə Mahmut Demir var. Ümid edi-rəm ki, lojaya qəbul mərasimindəki çəkilişləri əlimizdədir, – dedi.

Ser Forlov bu sualı gözləməsinə rəğmən, yenə də nə deyəcəyin bilmirdi.

– Hörmətli başqan və komitə üzvləri, Mehmet De-mirin lojaya qatılma mərasiminin çəkilişləri, texnik bir xəta-dan qaynaqlanan səbəblərə görə yadda saxlanmayıb. Çox heyif ki, Demirin çəkilişləri əlimizdə deyil.

Bu sözlərin ardınca mühit daha da gərildi. Üzvlər ən sərt ifadələrlə reaksiya verdilər. Bu elektrik boşalmasından sonra başqan Meri guruldadı:

– Təbrik edirəm Ser Toni. Yəni ağlı qıt bir türk, ha-mımızı tələyə saldı, eləmi? Yəni bu adam qüsursuz bir plan hazırladı, bunu addım-addım bizə tətbiq elədi və heç nə edə bilmədik, doğrudurmu? Üstəgəl adam bizlə lağ edib öz pla-nını son mərhələyə qədər gətirə bilib. Doğrusu möcüzədir. Demək ki, gücümüzün sərxoşluğuna qapılmışıq. Bu qədər də olmaz!

Komitə başqanı yerdən göyə qədər haqlıydı. Meh-met Demir qurduğu oyunu çox yaxşı oynamışdı. Adam sür-ətlə liderliyə doğru irəliləyirdi. Görünən o idi ki, əvvəlcə lo-jalarda böyük kəllələr uçacaq, sonra da komitənin qanlı qla-dio qılıncı gizləndiyi yerdən çıxıb bir çox bədənə qısa ziya-rətlər edəcəkdi.

Dünya Tənzimləmə Komitəsi, hansı yuvanın quşu olduğu bilinməyən köşə yazarının, komitəni əla salaraq öz planlarını qurub nəticə almasına əsla icazə verməzdi.

Komitənin fövqəladə hal hərəkət planı həyata keçi-riləcəkdi. Türkiyədə aradan götürüləcəklər, partladılacaq olanların siyahısı son dəfə gözdən keçirildi. Mehmet Demir bu siyahının ən başında idi. Mahmut Dilaver deyilən o səfil siyasətçi isə çox kədərli bir sonla dünyayla vidalaşacaqdı. Türkiyədə komitəyə bağlı çaqqallar öz yuvalarından çıxıb dəhşətli hadisələr törədəcəkdilər. Hər şey öz qaydasına düş-mədən yuvalarına qayıtmayacaqdılar.

Komitənin qərarını üzvlərə bir dəfə daha təkrarlayan başqan Murrey, sözlərini tamamladıqdan sonra komitənin gizli simvolu olan otuz santimetrlik qladio qılıncını qının-dan çıxarıb masaya vurdu.

Qulpu gümüşdən ibarət bu soyuq, poladdan olan metal parçası, Roma imperatoru Sezarı öldürən qılınclardan biriydi. Sezarın öldürülməsini də o vaxtın lojası həyata ke-çirmişdi. Ancaq bunu o qədər yaxşı gizlətmişdilər ki, bu sui-qəsdi həyata keçirən qladio qılıncı və bütün dövrlərdə dün-yanı idarə edən bu təşkilatın üzvləri xaricində heç kim bunu bilmirdi.

Soyuq poladın üzərindəki qan izləri, işinin ustası ol-duğunu göstərirdi. Bu qılınc, Sezarın öldürülməsinin ardın-ca təşkilatın simvolu olmuş və əsrlərdir ilahi gerçəkliyə ən-gəl törədən bir çox kralın və soylunun qanıyla yuyulmuşdu. Komitə başqanının səsi və söylədikləri, üzvlərin belə qanını dondurdu:

– Komitənin qılıncını qınından çıxartdım. Bu qılınc “İlahi Gerçəkliyə” xəyanət edənlərin qanıyla boyanmadıqca qınına girməyəcəkdir.

***

Konqresin sabahısı gün Mehmet Demir sübhdən Ze-ki Atlı ilə birlikdə zirehli maşına minərək naməlum bir ün-vana doğru yola düşdü. Ulusdan keçdikləri vaxt Zeki Atlı maşını yuyucu və yağlayıcı məntəqəsinə saldı. Bir neçə də-qiqə ərzində nömrələri dəyişdi. Baqajdan çıxardığı Fransa səfirliyinin kiçik bayrağını maşının önündəki bayraq dirə-yinə asdı.

Yenidən yollarına davam etdilər. Kurtboğazı anba-rına çatanda, maşından düşdülər. Aşağıda, anbar gölünün kənarında səhərin erkən saatlarında nəsiblərini axtarmağa gələn bir neçə həvəskar balıqçı vardı. Baqajdan qarmaq dəstlərini götürərək o tərəfə doğru yeridilər.

Yolda ağacların altında pusquda gözləyən adamlar onları görəndə, sayğıyla əl elədilər. Ətraf təpələrdə gəzinti-yə gələn ikili-üçlü qruplar var idi. Hamısı da Ahmet Zahitin adamlarıydı. Sökük-tökük qiyafəli iki balıqçı Mehmet Demir və Zeki Atlıyı görəndə qarmaqlarını qoyub onları qarşıla-mağa gəldilər. Dörd adam bir-birləriylə qucaqlaşdıqdan sonra, gölün kənarına gəldilər. Demirin əynində cins şalvar, qırmızı rəngli üst geyimi və başında Qalatasaray kepkası vardı.

Artıq dördü də qarmaqlarını gölə atıb, balıqların ye-mə toxunmaqlarını gözləyirdilər.

₺90,22

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
330 s. 1 illüstrasyon
Tercüman:
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 3 на основе 3 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 5 на основе 4 оценок
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 5 на основе 4 оценок
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 5 на основе 2 оценок