Kitabı oku: «Azərbaycan şairi Nizami», sayfa 5
II
ŞAİRİN AZƏRBAYCAN HÖKMDARLARI İLƏ MÜNASİBƏTLƏRİ
Qızıl Arslanla görüşmələrindən:
Girib dərgaha qasid, ərzə gəldi,
Dedi: «şahım, nəhr dəryaya gəldi».
Nizami
1
Nizami «Pənc gənc» [Beş xəzinə] deyə adlandırdığı beş məsnəvisinin çağdaş hökmdarların adlarına bağlamışdır. Bu münasibətlə onlarla ya yazışmaq və ya görüşmək surətilə təmas etmiş, dolayısı ilə də bunlardan bəhs etmiş və onlara mədhiyyələr yazmışdır.
Şairin bilxassə mədh etdiyi sülalə, zamanlarında yaşamış olduğu Azərbaycan Atabəyləridir, əsərlərindən iki böyüyünü [«Xosrov və Şirin»lə «İskəndərnamə»ni] bunların adına yazmışdır.
Həyatı ilə ilgili olduğu için burada şairin əsərlərindəki ithaflar üzərində bir az durmamız gərəkir:
Nizami ilk məsnəvisi «Məxzənül-əsrar»ı şair Sənainin Qəznəlilərdən Bəhramşahın adına yazdığı «Hədiqət-ül-əsrar»a bənzədərək yazmış və eyni adı daşıyan Ərzincan hökmdarı Fəxrəddin Bəhramşah Mənküçəkə103 ithaf etmişdir. Kitabın Bəhramşaha təslimi için Nizami bizzat Ərzincana getmək istəmişsə də, ozamankı əsgəri hərəkətlər üzündən buna müvəffəq olamamışdır, çünki «yollar qapanmış bulunurdu». Bundan ötrü şair kitabın yalnız göndərilməsilə yetiklənmişdir.
Bu əsərini göndərirkən şair Ərzincan sarayının şaha yaxın şairlərlə çevrilmiş olduğunu bilirdi, fəqət, özünün bunlara üstün gələcəyinə də əmindi. «Rumu alan və Abxazı tutan» Bəhramşaha xitabla: «onlar, yəni Ərzindəki şairlər Nizaminin hüzurunda hesab verəcək kimsələrdir», deyir və özünün «sözdən yapılmış kəskin qılınc sahibi oluşu» və «qarşısına çıxanların qafalarını uçuracağı» ilə öyünür.104
Şairin ikinci böyük əsəri «Xosrov və Şirin»dir. İthaf və mədhiyyələri baxımından bunun diqqətədəyər özəlliyi vardır. Əsər əslində, zamanın həqiqi sahibi və hökmdarı Azərbaycan Atabəylərinin ikincisi Şəmsəddin Məhəmməd Cahan Pəhləvanın adına yazılmışdır. Fəqət, o sırada İran Səlcuqlularının sonuncusu Toğrul ismən hələ sultan mövqeyində bulunduğundan kitab da rəsmən onun adına ithaf olunmuşdur.
Bu ithaflarda hər nə qədər Toğrula «sultan» və Atabəy Məhəmmədə «naib-i sultan» deyilirsə də, məqsədin ifadəsinə gəlincə əsl sultanın kim olduğu meydana çıxır. «Pənah-i mülk» ilə «xodavənd-i cəhan» olan «sultan-i adil»dən şairin istədiyi yalnız özü «şahənşahlar başı» olub, «dünyanı zülmdən qurtarmış böyük atabəyə» tövsiyədən ibarətdir. Bir atabəy ki, «o qüdrətdə birisi daha doğulmamış, Həbəşdən ta Çinə qədər bütün ölkələr hamısı bu dövlət ərinin üzünə açıqdır, İraqda badə içərkən Rum ilə Şama qorxu salan bu adamın Abxazla Dərbənd ovlağıdır. Xarəzmlə Səmərqəndə axın yapan, Gəncədən Xuzistanı fəth edən və Əmmandan İsfahana at çapan da odur».
Nizami «duaçısı olduğu» bu qəhrəmanın düşmənlərini qarğışlayır:
Bir şey onunca deyilsə məqsud,
Od tutub yansın, olsa da gər ud.
Dünyada hər kəs ona qabarsa,
Suda boğulsun şəkər də olsa.
Hər kəs qəlbini onun darıltsa,
Yerə batsın o, xəzinə olsa.
Toz qondurursa ona bir könül
Solub tökülsün, olsa da bir gül.105
Çox canlı və mübaliğəli mədhiyyəsinin yuxarıya aldığımız bu parlaq parçasından da görüldüyü kimi, Nizaminin gözündə Şəmsəddin Məhəmməd sadə, bir atabəy və sultan naibi deyildir, «fəth-i şahi ilə ovn-i ilahi»yə məzhər olan bu adam səltənətin sığınağı, «xilafətin dayanağı»dır. Bu, klassik Doğu ədəbiyyatının məruf bir təşbihilə, «ikinci Fəridun»la «Cəmşid-i sani»dir. Hətta onlardan daha yüksəkdir. Çünki «onların taxt ilə tacları var idisə», bunun «möhtaclara tac bağışlaması» vardır. «Hər xosrovun [yəni padşahın] yanında bir pəhləvan bulunurkən», bu, «həm pəhləvan, həm də xosrovdur».
Atabəy Məhəmmədin xatiri bir də «şahlar şahı Atabəy Şəmsəddin Eldənizin [Eldəgəz] vəliəhdi» olmaqla əzizdir, çünki Nizami özünü bu «bağçanın», yəni Eldənizlilər sülaləsinin «ilk quşu», yəni şairi saymaqdadır.
Nizami eyni əsərində Atabəy Məhəmmədin vəliəhdi bulunan və ondan sonra Azərbaycan taxtına çıxmış olan qardaşı Osman Qızıl Arslanı da mədh etmişdir. Daha doğrusu, başda Sultan Toğrulla Atabəy Məhəmmədə ithaf olunan əsərinin müqəddiməsində qardaşının vəliəhdi sifətilə mədh olunmuş bulunan bu adamın adına əsərin sonunda dəxi, uzunca bir «xatimə» eklənmişdir. Bu mədhiyyəyə görə, Qızıl Arslan «Doğunun padşahı, Batının da pənahı»dır. «İradə edərsə Çindən xərac, Rumdan da cizyə alır. Fəthinə qalxarsa Hindistanı qaralıqdan təmizlər».
Əsərin digər bir yerində şair lütfünü gördüyü bu iqtidarlı sultanın öldürülməsi dolayısı ilə duyduğu acını anlatmışdır. «Abi-həyatı dadamayan Zülqərneyn kimi, gəncliyinin yemişini yemədən bir düşmən yarası ilə şəhid düşən» bu padşaha ağlamışdır.106
Fəqət, şair bağlı bulunduğu sülalənin iqtidar mövqeyində qalması ilə təsəlli bulmaqda: «o öldüsə, Əbu Bəkr Məhəmməd sağ olsun» deməkdədir. Necə ki, ən böyük əsəri «İskəndərnamə»ni Eldənizlilərin bu aydın müməssilinə ithaf etmişdir.
Üçüncü məsnəvisi «Leyli və Məcnun»u şair Şirvanşah Axsitan Mənuçehrin ismarlaması üzərinə yazmış və onun adına bağlamışdır.
Şirvanşahlar Quzey Azərbaycanda yerli bir sülalə olub, hökmdarlıqları bəzən mərkəzi Gəncə olan Arran vilayətilə, hətta Araz nəhri güneyində, Təbrizlə ətrafına belə şamil olmuş, bəzən də Güney Azərbaycanda yüksələn hökmdarlara, məsələn, Azərbaycan Atabəylərinə tabe bir durumda bulunmuşlar. Bunlar Doğuda örnəkləri görünmüş olduğu kimi, öz nəsillərinin əskiliyini Kəyanilərə bağlarlardı. Nizami də bu ənənəyə uymuş, Şirvanşah Axsitan Məlik Mənuçehrin «Bəhram nəslindən və Adəmdən bəri şah oğlu şah olduğundan» bəhs etmişdir. Bundan başqa şair Axsitanın «Əbül Müzəffər» [zəfər atası] olduğunu bəlirtərək, elm və ürfan adamlarını himayə etdiyini də sitayişlərlə yad etmişdir.107
Ümumiyyətlə, Şirvanşahlar sülaləsindən bu adlı Azərbaycan hökmdarının Nizamidə maddi-mənəvi bütün dəyərləri qabarıq, parlaq bir portreti verilmişdir.
Şairin «Həft peykər» adındakı dördüncü məsnəvisi Marağa hökmdarı Ağsonqurlulardan Əlaəddin Körp Arslanın [Körpə Arslan] istəyilə yazılmış və ona da ithaf olunmuşdur. Bu zat, onun beytlərində iqtidarlı bir hökmdar kimliyində, «tac verib, bac alan» bir «xosrov»dur. «Məmləkətlər alan bu arslan, tac və taxt etibarı ilə Alp Arslandan daha yeğdir». «Ağsonqur nəsli onunla ayaqdadır».108
Beşinci məsnəvi – «İskəndərnamə» – yuxarıda bir münasibətlə qeyd olunduğu kimi, Azərbaycan padşahlarından Atabəy Nüsrətəddin Əbu Bəkrə ithaf olunmuşdur. Bu hökmdar atabəylərdən şairin bilxassə, sevdiyi Məhəmməd Cahan Pəhləvanın oğludur. Əmisi Qızıl Arslanın öldürülməsi üzərinə Azərbaycan taxtına çıxmış və nisbətən uzun sürən hökuməti nisbi bir rahatlıq içində keçmişdir. Rastlanan bir qeydə görə, Əbu Bəkr özü da şair imiş və «Bişkin» taxma adını daşıyırmış.109 Eyni zamanda bu padşah elm, ürfan və ədəbiyyatın da hamisi imiş. Nizaminin Əbu Bəkrə yazdığı sətirlərdə atası ilə əmisinə qarşı göstərilən sıcaqlığın əsəri hiss edilməkdədir. Onun ədəbiyyat maraqlısı və hamisi olduğu da ayrıca bəlirtilmişdir. Şairə görə, «başqaları insansa», Atabəy Əbu Bəkr «tam bir insanlıqdır».110 «İrəm bağından uçmuş bülbül» – Nizami «aramgahını» bu «insanlıq bağında» bulmuş və onun «dövründə tərənnüm etdiyi nəğmələrlə adının illərcə yaşamasını təmin etmişdir».
Şairin dördüncü atabəyə qarşı bəslədiyi sevgi rəsmi ithaf çərçivəsini aşaraq daha səmimi şəkillərdə də görülmüşdür. İskəndərə aid mənkibələrdən bəhs edən bir mətn arasında şair bəzən yapdığı kimi, aktuallığa keçərək bir neçə beytlə əsrinin hökmdarına xitab edir. Bu xitabında ona qarşı sevgilə daşaraq: «o ulduz batdı isə, sən çıxdın» deyə, «padşahlığının paydar olmasına» dua etdikdən sonra «Şah Axsitandan sonra bu gülüstanda Əbu Bəkrin yeşirdiyini» və özünü [yəni şairi] ondan [yəni Axsitandan] daha yüksək tutaraq, «şah bağının heç bir zaman üzünə qapanmadığını» şükranla anladır.111
«İskəndərnamə»nin ikinci qismini təşkil edən «İqbalnamə»də əsərin Mosul Atabəylərindən İzzəddin Məsud adına bir ithaf görülməkdədir. Bu xüsusda əlimizdəki qaynaqlarda üç türlü görüşlə qarşılaşmaqdayıq.
Birinci görüş «Encyclopedie de L’İslam»da «Nizami» maddəsini yazan Y.Bertelsindir. Buna görə, «İskəndərnamə» ilkin bu adamın adına yazılmış, sonra isə tədil edilmiş nüsxəsi Atabəy Əbu Bəkrə təqdim olunmuşdur.
İkinci görüş «Xəmsə»nin əlimizdəki h. 1313-cü ildə Şirazda basılmış nüsxəsinin ön sözünü yazan adama aiddir. Bu yazar yuxarıdakı təxmini kökündən rədd etməkdədir. Şirazlı tabi (yayımçı, naşir) İzzəddin fəslinin əsərə füzuli olaraq sonradan eklənmiş olduğu qənaətindədir və bu iddiasına mənzumənin həmən əvvəlində «Məlik Nüsrətəddindən bəhs edildiyini» dəlil göstərməkdədir.
Üçüncü mülahizə isə Vəhid Dəstgirdinindir. Buna görə, «İskəndərnamə» bir deyil, iki kitabdan ibarətdir: «Şərəfnamə» ilə «İqbalnamə». Birinci kitab Əbu Bəkrin, ikinci kitab isə İzzəddin Məsudun adlarına yazılmışdır. «İqbalnamə»nin bəzi nüsxələrində Nüsrətəddin adına görülən qeyd «ilhaqi» imiş.
Şirazlı naşirin görüşünə əlimizdəki nüsxənin tədqiqi nəticəsində biz də iştirak edirik. Bilxassə, İzzəddin için yazılmış bulunan beytlərin ifadə tərzi Nizami üslubuna da uyğun deyildir. Bundan başqa Əbu Bəkrə ayrılmış bulunan bölümdəki bir çox beytlər qismən eynilə, qismən də əcəmi bir tədil ilə təkrar olunurlar ki, bunu hər halda, «söz xaliqi» bir şairin yapacağını düşünmək qətiyyən mümkün deyildir. Məsələn, Azərbaycan Atabəyinə xitab edən ilk müqəddimədəki:
Tərəfdar-i məğrib bemərdanəgi
Qıdırxan-i məşriq be fərzanəgi
(Məğribin tərəfdarıdır öz mərdliyi ilə,
Məşriqin Qıdırxanıdır öz müdrikliyi ilə – R.Ə.).
beyti Mosul Atabəyi İzzəddin için yazılan fəsildə bu şəkli alır:
Tərəfdar-i Musil befərzanəgi
Qıdırxan-i şahan bemərdanəgi.
(Mosulun tərəfdarıdır öz müdrikliyi ilə,
Şahların Qıdırxanıdır öz mərdliyi ilə. – R.Ə,).
və yenə:
Şəhənra zi rəsmi ki ayin bovəd
Kelid ahənin gənc zərrin bovəd
(Qanuna çevrilmiş adətə görə,
Şahların kilidi dəmirdən, xəzinələri qızıldan olur. – R.Ə.).
beyti
Zi şokr-i vey ənam əfzun bovəd
Kelid ahənin, qofl zər çən bovəd?
(Ona təşəkkür ənamını artırır,
Necə ola bilər ki, açar dəmirdən, qıfil qızıldan olsun? – R. Ə.).
şəklini alır ki, Nizami sözünə bənzəmədiyini bir az farsca bilən hər kəs həmən təqdir edər. Yenə:
Səlah-i cəhan aməd an şəb pədid
Ki əz madər in sobh-i sadiq dəmid
(Dünyanın işləri o gecə düzəldi ki,
Bu işıqlı sübh anadan oldu – R.Ə.).
beyti
Səlah-i sitəm an şəb aməd pədid
Ki əz moukəb an sobh-i sadiq dəmid
(Zülmün işləri o vaxt düzəldi ki,
Moukebdən bu işıqlı sübh açıldı – R.Ə.).
kimi, sakat (anlamsız) bir şəkil alır.
İki başqa-başqa hökmdara xitab edən misralarla təşbehlər və hətta birisinə təhsis olunmuş
Əgər digəran k-əslişan adəmist
Həme mərdomənd u həme adəmist
kimi, çox xüsusi bir təqdirin belə təkrarlandığına baxılırsa, şübhə yoxdur ki, şirazlı naşir haqlıdır. Böylə əcəmi bir yazını və ya «tədil»i Nizami kimi böyük bir ustaddan sanmaq onun xatirəsinə qarşı böyük bir hörmətsizlik olur.
Savaş dolayısı ilə Avropanın ümumi kitabxanalarında mühafizə olunan əski əlyazmalarını görmək mümkün olmadı, çünki nadir nüsxələr hava bombardmanından qorunmaq üzrə, sığnaqlara qoyulmuşdu. Bununla bərabər Mehmet Məhərrəmin Parisdə satın aldığı XIV yüzilə aid əlyazma bir «Xəmsə»ni araşdıra bildik. Burada İzzəddin adına yazılmış heç bir ithaf yoxdur. Şiraz naşirinin görüşü bu surətlə də qüvvətlənmiş olur.
Vəhid Dəstgirdinin «Şərəfnamə» ilə «İqbalnamə»nin müstəqil birər əsər olduqları haqqında iddiası da qüvvətli deyildir, çünki Nizami özü «Pənc gənc»dəki məsnəvilərini sayarkən «İskəndərnamə»dən bir bütün olaraq bəhs etmişdir və «Şərəfnamə»nin müqəddiməsində əsərin içindəkiləri verirkən İskəndərin həm idarəçiliyindən, həm də həkimlik və peyğəmbərliyindən bəhs edəcəyini açıqca anlatmışdır: bildiyimiz kimi, bütün bu proqram bir «İskəndərnamə»nin iki bölümündə başarılmışdır.112
Dahası var: «İskəndərnamə», «Şərəfnamə» bölümündəki qeydə görə, h. 593-cü ildə [m. 1199] yazılmışdır. Mühəqqəq (gerçək) olan bir şey vardır ki, kitab şairin son günlərində tamamlanmışdır. Buna «aynaya baxıb da, əcəba əsərimi bitirə biləcəkmiyəm?!» deyə zəiflik və ixtiyarlığından şikayət edən şair özü belə işarə etmişdir.113 1199-cu ildən sonra tamamladığı bir əsəri Nizami Mosul atabəylərindən I Məsuda ithaf edəməzdi, çünki bu zat 1193-cü ildə artıq padşah deyildi, kitab onun zamanından ən azı altı il sonra yazılmışdı. II Məsuda da ithaf olunamazdı, çünki 1204-cü ildə (1209) ölən bir şairlə 1211-ci ildə taxta çıxan bir hökmdar arasında hər hankı bir münasibət təsəvvürü imkansızdır. Demək ki, «İskəndərnamə»nin hər iki bölümü ancaq 1191-dən 1210-cu ilə qədər iqtidarda bulunan Azərbaycan Atabəyi Nüsrətəddin Əbu Bəkrə ithaf olunmuşdur.114
«İskəndərnamə»nin Mosul Atabəylərindən İzzəddin Məsud deyil, Azərbaycan Atabəylərindən Nüsrətəddin Əbu Bəkr adına yazılmış olduğunu sezdirən bir dəlil dəxi, vardır: «Dastanın yenilənməsi haqqındakı» [Dər taze kərdən-i indastan] qismində şair: «Qızıl Arslanın ölümündən sonra necə söz söylənir, məgər ki, sən, şahın lütfü yardım edə də, mənə yenidən söz söyləmək imkanı verə»115 deyə mədh etdiyinə xitab edir. Bir az aşağıda da eyni zatın «həm comərdlik, həm də söz sahibi» olduğundan bəhs edir.116 Kitab İzzəddinə yazılmış olsaydı, başqa bir sülalə müməssili olan bu hökmdara qarşı şairin Eldənizlərdən bir hökmdarın ölümündən təəssürlə bəhsi münasibət almazdı, halbuki ölənin qardaşı oğluna və taxtın təbii varisi və səltənət vəliəhdinə qarşı böylə xitab etməsi qayət də yerindədir. Necə ki, «Şərəfnamə»nin müqəddiməsində də Qızıl Arslanın ruhu rəhmətlə anılmışdır. Bilxassə ki, «həm comərdlik, həm də söz sahibi» olmaq vəsfinə layiq olan zat da, eyni zamanda şair olan Atabəy Əbu Bəkrdir.
İzzəddin adına yazılan ithafların şübhəli olmasının bir dəlili də bizzat V.Dəstgirdi nəşrində görülən təzaddır: «Şərəfnamə»nin bir yerində Nizami ingilis müstəşriqlərindən E.Braunun da qeyd etmiş olduğu kimi, Bişkin təxəllüsünü daşıyan Əbu Bəkrə xitab ilə bu beyti yazmışdır:
Moxalef pəsəndiş u pişbin
Bədəndiş kəmmehr-o u Bişkin.
Türkcəsi:
Müxalif sonradan, o isə öncədən düşünür.
Düşmən amansız, o isə Bişkindir.
V.Dəstgirdi bu beyti yorumlarkən «Bişkin» Atabəy Nüsrətəddinin bir «ünvanı»dır [eynən – ləqəbi], deyir və «necə ki, «İqbalnamə»də də deyir» qeydini əlavə edir. «İqbalnamə»də isə bu ünvan Atabəy İzzəddin için də təkrarlanır və bişkin, pişkin şəklini alaraq, əslində key-peşin ikən sonradan pişkin olmuşdur, deyə izah olunur.
İki padşahın eyni «ünvanı» daşımış olduqlarını təsəvvür etmək zordur. Bişkin və ya pişkin sözlərinin türkcə olduqları da meydandadır və bu, Nizaminin də bizzat təqdir etdiyi kimi, ədəbiyyatdan nəsibsiz olmayan Əbu Bəkrin «ləqəbi» deyil, məxləsi olsa gərəkdir.
«İskəndərnamə»nin iki bölümünün bir kitab olub, Nüsrətəddin Əbu Bəkr adına yazıldığını «Məcalis-ül-üns»dən nəqlən M.Ə.Tərbiyət dəxi, «Danişməndan-i Azərbaycan»ında təyit edər.
2
Nizami mütəvazi həyatını öz əməyinin qazancı ilə təmin etmişdir. Şübhə yoxdur ki, bu «qazanc» onun zamanındakı şəkillərilə hər şeydən əvvəl şairin ithaf və təqdim etdiyi əsərlərə müqabil aldığı «caizə» və «hədiyyələr»dən ibarət olmuşdur.
Bu qəbildən olmaq üzrə, şairə aid məlumat arasında iki fıkra vardır. Bunlardan birincisi, «Məxzənül-əsrar»a müqabil Ərzincan hökmdarı Fəxrəddin Bəhramşah tərəfindən ona göndərilmiş bulunan 5000 altun dinarla 5-7 seçkin qatıra aid olanıdır ki, bu, bütün qaynaqlarda qeydlidir.
İkinci vaqeəni anlaşılan, şair özü «Xosrov və Şirin» mənzuməsinin sonuna Qızıl Arslanın qətlindən sonra əlavə etdiyi xatirədə təfsilatı ilə bildirməkdədir.
Bu təfsilata görə, daha əvvəl, Atabəy Məhəmməd tərəfindən əmlak-i xassədən iki köyün şairə verilməsi için əmr varmış. Atabəyin ölümü üzərinə «hər kəs ziyana uğradığı kimi, şair də ziyan etmişdir».
Qardaşı Məhəmməddən sonra Qızıl Arslan şairi özəl surətdə istətmiş, ona son dərəcədə hörmət və iltifatdan sonra onun «ziyan»ına vaqif olunca, həmən öz mülklərindən «Həmdanian» kəndinin sicilini Nizaminin adına yazdırtmış, ikinci köy için isə lətifə edərək, «şahzadələrlə bizzat anlaşırsan» demişdir.117
Həmdanian köyünün önəmsiz və gəlir baxımından dəyərsiz bir şey olduğunu zamanımızın bəzi tənqidçiləri irəli sürmüşlər. Padşahın bu hədiyyəsinin Nizaminin əsərinə layiq olmadığını söyləyənlər anlaşılan, o dövrdə də bulunmuşdur. Şair bu kimiləri zikri keçən xatirələrində anaraq onları «bəlli hasudlar»dan saymış və «verən məmnun, alan xoşnud ikən füzullara nə qalmış?» deyə dedi-qoduya nəhayət vermişdir.
Şirvanşah Axsitanın arzusu üzərinə yazdığı «Leyli və Məcnun»a qarşı Nizamiyə nə verilmiş olduğunu bilmiriksə də, şahdan məmnun qaldığını Atabəy Əbu Bəkrə yazdığı müqayisəli beytlərdən anlayırıq. İşi başqa türlü təsəvvür etmək dəxi, qabil deyildir. Özü kimi bir ustadı belə düşündürmüş bulunan bu çətin və yavan konunu118 misilsiz bir müvəffəqiyyətlə bacaran Nizamini «yüksək şeirdən anlayan və nəcabətilə öyünən» Axsitan necə ihmal edərdi? Böylə bir şey vaqe bulmuş olsaydı, bu şah özünü şairə yazdığı məktubda təlmihlə işarət etdiyi Qəznəli Sultan Mahmud durumuna düşürmüş olurdu. Belə bir şeyə isə heç bir işarət yoxdur. Başqa türlü olsaydı, şairin yuxarıda qeyd etdiyimiz təşəkkürünü Şirvanşah necə qazana bilirdi?! Qapısında Xaqani ilə Fələki kimi sivrilmiş şairlər varkən, konunu Gəncədəki guşəsinə çəkilmiş ustada əmanət etməsini bilən diqqətli adamın böylə diqqətsizlik edəcəyinə kim ehtimal verir?!
Hər halda tanrıya xitabla «xəyalındakı ruzisini Məhəmməd camallı padşahdan» diləyən119 şairin xəyal sükutuna (qırıqlığına) uğramamış olduğunu mühəqqəq görmək lazımdır. Bu qənaəti Füzulinin:
Bulmuşdu səfay-i dil Nizami,
Şirvanşahına düşüb girami
beyti də qüvvətləndirməkdədir.
Marağa hökmdarı Ağsonqurlu Körp [Körpə] Arslana ithaf etdiyi «Həft peykər»in dəxi mükafatsız qalmadığına ehtimal verilə bilir.
Atabəylərin dördüncüsü bulunan Nüsrətəddin Əbu Bəkrdən də «İskəndərnamə»yə qarşılıq olaraq şairin «qələm hədiyyəsi» alıb-almadığı ümumiyyətlə qeyd olunmamışdır. Bununla bərabər özü də şair olub, ürfansevərliyi bizzat Nizami tərəfindən təyit olunan dördüncü atabəyin «sülalə gülüstanının ilk və seçkin bülbülünü» ihmal etmiş olduğunu düşünmək düzgün olmaz, buna bizzat şairin eyni hökmdara xitabla «İskəndərnamə»nin ilk qismində [Şərəfnamə] yazdığı beytlər manedir. Bu beytlərdə isə, yuxarıda da qeyd olunduğu üzrə, «Şirvanşah Axsitan nemətlər içində bəsləyib yerdən göylərə çıxardı isə, sən məni ondan daha eyi və yüksək tutdun» deməkdədir.
Bu beytlərilə şairin Axsitandan olduğu kimi, Nüsrətəddin Əbu Bəkrdən dəxi, qələm hədiyyəsi almış olduğuna tərəddüdsüz hökm edə bilirik.
Yurddaşımız Mehmet Məhərrəmin Parisdə satın aldığı XIV yüzilə aid əlyazma «Xəmsə»ni bu mülahizəni yazdıqdan çox sonra gördük. Burada «İqbalnamə»nin «Xateme-i kitab» fəslində basma nüsxələrdə görmədiyimiz təfsilata rastladıq. Bu təfsilata görə, əsərdən son dərəcədə məmnun qalan Nüsrətəddin Əbu Bəkr əvvəlcə qərarlaşdırılmış bulunan tam əyarlı 1000 altunu dərhal Nizamiyə təslim etmiş və bundan başqa merkeb (minik heyvanı), ipək, qumaş və sairədən ibarət on türlü yüksək qiymətli şeylərlə bərabər şahanə bir xələt dəxi, vermiş və əlavə olaraq Divana yazılan bir əmmamə ilə şairə 200 altun miqdarında illik bir maaş bağlanmışdır.120
3
Yuxarıdakı ehtimallarla bərabər şübhəsizdir ki, şair olduqca mütəvazi bir həyat yaşamışdır. Bu həyat tərzi bir yandan onun öz içindən gələn «az yemək, çox bağışlamaq» düsturundan doğan zühdü ilə anladıla bilirsə də, o biri yandan o zamankı həyat şərtlərilə ilgilidir.
Şairin yaşayışına aid, bu gün için alışqın olduğumuz «reportaj» qıtlığı kimi, şübhəsiz, o zamanın «qələm hədiyyəsi» də bugünkü Avropa və Amerika sənətkarlarının qazandıqları milyonlarla qiyas ediləməz.
Nizaminin maddətən əmin və dığdığasız bir həyat yaşadığı münaqişə konusu olsa da, çağdaşları arasında mənəvi böyük etibar və nüfuz sahibi olduğunda şübhə yoxdur. Daha həyatda və nisbətən gənc ikən, üzü köçürülən əsərləri əldən-ələ keçərək Gəncədən islam dünyasının hər tərəfinə yayılmış bulunan bu böyük adam, qapılarına çox nadir uğradığı zəmanə hökmdarlarının, bilxassə, Atabəylər sülaləsinin çox böyük hörmətlərini görmüşdür. Özünün bir müqayisəsinə görə, Sokrat kimi çəkingən olan həkim, onun qədər sevilmiş və aranmışdır.
Bu ehtiram və etibarın nə dərəcədə olduğunu şairin yuxarıda bəhsi keçən xatirəsindən anlayırıq: Atabəylərdən Azərbaycanın sətvətli (güclü) padşahı Sultan Qızıl Arslan yanına çağırtmış olduğu şairin gəldiyini xəbər aldığı zaman eyş-işrətlə məşğul bulunurmuş. «Kef məclisi» varmış. Saqilər şərab sunur, xanəndələr oxuyur, sazəndələr çalır, rəqqaslar da oynayırlarmış. Şairin hər kəscə bəlli zühdünə hörmətlə, bütün bunlar bir anda durdurulmuşdur. Nizami içəri girərkən padşah ayağa qalxmış və onu həyəcanla qarşılamışdır. Qucaqlaşmışlar. Qızıl Arslan Nizamini min bir rica ilə oturtmuş, saqilərlə mütrüblərə müsaidə vermiş, «bu gün ancaq Nizami ilə görüşəcəyəm» demişdir, çünki «onun söhbəti meydən daha nəşəli, neydən daha ahənglidir».
Şair ona göstərilən bu iltifatdan son dərəcədə məmnun qaldığını anladır. Bundan sonra «hər yanda, padşahın yanında olduğu kimi, hər kəs ayaqda ikən, o oturmuşdur». Nizami padşah hüzurundan «meracdan dönən Əhməd kimi» mütəhəssis (duyğulu) olaraq döndüyünü, məzkur (sözü keçən) xatiratında ayrıca bildirmişdir.121
Özü ilə çağdaş bulunan digər məsləkdaşlarına az və ya heç nəsib olmayan bu etinanı Nizami ona xas vüqarı və çəkingənliyilə əldə etmişdir.
Qapılara çox nadir uğradığının bir dəlilini də şairin ikinci Atabəy Məhəmməd Cahan Pəhləvana yazdığı mədhiyyədə buluruq: ona «Xosrov və Şirin» əsərini gətirən şair: «gec gəldimsə də, arslan kimi gəldim»122, deyir və «evdə otursam da, duaçıyam» deyə məzərətdə (üzrdə) bulunur.
Yüksək izzəti-nəfs sahibi olan şair həyatda özünü tarixi mövqeyində tutmasını bilmiş, heç bir zaman kiçilməmişdir. Hökmdarlara müraciət edərkən onları mədh etdiyi və onlardan bir diləkdə bulunduğu zamanlarda belə, özünü onlarla müsavi bir dərəcədə görmüş, hətta ruhunun verdiyi içdən bir qüvvətlə mədh etdiyi tac daşıyanlara ataca öyüdlərdə belə, bulunmuşdur.
«Leyli və Məcnun» mənzuməsinin müqəddiməsində («Kitabın sonu barədə» başlığındadır) məsələn, Şirvanşah Axsitana verdiyi öyüdlər bu iddianın bir dəlilidir. Bu «Nəsihətnamə»sində şair padşaha xitabla «ondan bir neçə öyüd dinləməsini» rica müqəddiməsilə «Qüdrətli ol, fəqət, təmkinini əldən buraxma! Mey iç, fəqət sərxoş olma! İkiüzlüləri yanına soxma! Xalqın etimadını qazanmaq için, sözünü tut! Qəlbində yeri olmayanlara inanma! Düşmənini kiçik görmə! Vuracağını kökündən vur, tutacağını düşürmə!» kimi öyüdlərdə bulunur.
Titiz bir izzəti-nəfslə dərin bir təvazönü həkimanə bir surətdə birləşdirməsini bilən ustad mədhdə yapdığı təşbeh və müqayisələrdə belə, öz üsuluna sadiqdir. Məsələn, padşahı dənizə bənzədirkən ona varan özünü nəhrə eş tutmaqdadır.123 Padşahın bağı «cənnət» isə, o da bir «cənnət quşu»dur. Padşah «Ay» isə, o da «Ütarid» ulduzudur.124 Ötəki cahanın isə, bəriki də sözün sultanıdır. O, savaş meydanının pəhləvanı isə, bu da məna və sözün qəhrəmanıdır. Bir «söz» ki, «yaradılış pərdəsi açılırkən səhnəyə ilk çıxan o olmuşdur».125 Allahın hüzuruna çıxmaq haqqı Nizaminin görüşüncə, əvvəla peyğəmbərlərdə, sonra da şairlərdədir.126 Asiman qədər yüksək olan şair bəzən bu haqqından keçər kimi görünürsə bu, «başımızın üstündəki üfüqün eyni zamanda yerə qapanmasına»127 bənzər.
Rüknəddin Süleymanşahın Gürcüstan səfərinə aid yazdığı dastanında İbni Bibi Ərzincan padşahı məlik Fəxrəddin Bəhramşahın da Rüknəddin ilə bərabər olduğunu yazır. Bu zamanda İbni Bibi deyir: «ecazkar qələm»li Gəncəli Xacə Nizami «Məxzənül-əsrar»ını Bəhramşaha göndərmiş, o da qarşılığında ona hədiyyələr yollamış və əsəri öyərək demişdir ki: «Bu kitaba qarşılıq olaraq xəzinələr dolusu hədiyyələr göndərilsə yeridir. Bu kitab dolayısı ilə adımın dünyada baqi qalacağını təmin edir».
Tiği əz əlmase soxən saxtəmHər ke pəs aməd sərəş əndaxtəm.
[Закрыть]
Hər an cizi ke ura nist məqsudBe atəş suxte be gər həst xod ud.Hər an kəs kəz cəhan ba u zənəd sərDər ab oftəd əgər xod həst şəkkər.Hər an şəxsi ke ura həst əz u rəncBezir xak beh gər xod bovəd gənc.Hər an xater ke u-ra zan ğobarəstXəzan bada əgər xod noubəharəst.
[Закрыть]
Bəri naxorde əz bağe cəvaniÇo Zülqəmeyn abe Zendəqani.Şəhadət yaft əz zəxme bədəndişKe bada ən cəhanəş zin cəhan bi.
[Закрыть]
Əgər digərəm k-əslişan adəmistHeme merdomend u heme adəmist.
[Закрыть]
Əgər şod səhi-sərv şah AxsətanTo sər-səbz başi dərin qolsetan.Gər u daşt əz nemətəm bəhrəməndRəsand əz zəminəm be çərx-e bolənd.To z-an behtər o-bərtərəm daştiDər-e bağra bəste nəqzaşti.(Sərv qamətli şah Axsitan getdisə də,Bu gülüstanda sən çiçəklənirsən.Baxmayaraq ki, o, nemətlərlə məni bəhrələndiribYerdən uca göylərə qaldırmışdı,Sən mənə ondan daha yaxşı baxıb, daha yüksəklərə qaldırdın.Bağın qapısını üzümə bağlamadın. – R.Ə.).
[Закрыть]
Nəzər çən dər ayine əndaxtəmDəru surəte xiş nəşnaxtəm.Herasidəm əz doulət-e tizqamKe beqzarəd in nəqşra natəmam.(Güzgüyə nəzər salarkən orada öz surətimi tanımadımTez yeriyən taledən qorxdum ki,Bu naxışı tamamlamağa o, imkan verməsin. – R.Ə.).
[Закрыть]
Ço şah Ərselan rəft oder xun xoftSoxən çun təvan dər çenin hal qoft?Məgər doulet-e şəh koned yariyiDer arəd be men taze qoftariyi.(Şah Arslan dünyadan gedib qan içərisində uyudu –Belə bir halda söz yaratmaq mümkün olarmı?Bu işdə bəlkə təzə şahın bəxti mənə yar ola,Və mənə təzə sözlər yaratmağa kömək edə. – R.Ə.).
[Закрыть]
Nedidem kəsi der sera-ye kohənKe dared coz-u həm sexa, həm soxən.(Bu qədim sarayda (dünyada) ondan başqa,Həm səxavət, həm də söz sahibi olana ikinci adam görməzdim. – R.Ə.).
[Закрыть]
Zan şəh ke Məhəmmədi cəmaləstRuziyəm kən ançe dər xəyaləst.(Məhəmməd camallı o şahdanXəyalımda tutduğum ruzini mənə qismət elə. – R.Ə.).
[Закрыть]
Əz-an nəqd-e Rumi ke başəd dorostHezarəm pəzirofte bud əz nəxost.Ço mən bəzi dər xord-e u saxtəmBebala-ye u dər bərəfraxtəm.Hezar-e pəziroftera dad zudBəsi cizha niz bər vey fozud.Ze mərkuba dibavo dəh qune cizHəman xələt-e padşahane niz.Do səd nəqde digər be divan-e tərNebeştem be ourad-e douran-e dehr.Bedan ta resanende-qan cou-be-couRəsanənd hər sali əz nou-be-noy.(O, təmiz Rum qızılındanƏvvəlcədən 1000 dənə mənə verməyi qəbul etmişdi.Mən öz hədiyyəmi ona layiq şəkildə yaradıbOnun hüzuruna təqdim edərkən,Boynuna götürdüyü min qızılı tez mənə verdi.Və ona çoxlu başqa şeylər də əlavə etdi.Minik heyvanları, ipək və on cür başqa şeylərBir dəst də padşahanə xələt.Bundan başqa iki yüz qızıl da DivandaDəhrin rəftarım nəzərə alaraq adıma yazdırdı.Ki, hesabdarlar həmin qızılı axırıncı misqalınaQədər hər il yenidən mənə çatdırsınlar. – R.Ə.)
[Закрыть]
Çenan rəftəm ke suye kəbə möhtacÇenan baz amədəm k-Əhməd ze merac.(Onun yanına möhtaclar Kəbəyə gedən kimi getdim,Onun yanından isə Əhməd meracdan qayıtdığı kimi qayıtdım. – R.Ə.).
[Закрыть]
Necə ki, Qızıl Arslanın hüzuruna girdiyini anladırkən deyir:
Məra dər bəzmqah-e şah bordəndOtaredra be borc-e mah bordənd.(Məni şahın məclisinə apardılarÜtaridi Ayın bürcünə apardılar. – R.Ə.).
[Закрыть]
Pərdeye xəlvət ço bərəndaxtəndCele-ye əvvəl ze soxən saxtənd.(Allah yoxluq pərdəsini qaldırarkənİlk təzahür kimi sözü yaratdı. – R.Ə.).
[Закрыть]
Piş-o pəsi bəst səfe kebriya.Pəs şoara aməd-o piş ənbiyə.(Böyüklər səf çəkib düzüləndəArxada şairlər durdu, qabaqda isə peyğəmbərlər – R.Ə.).
[Закрыть]
Fələkvar durəzəfsus-e həmeSər aməd vəli pay bus-e həme.Fələk kimi üstündəydim hər şeyin,Başım uca, ayağında hər kəsin.
[Закрыть]
Ücretsiz ön izlemeyi tamamladınız.