Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Alagöz», sayfa 2

Yazı tipi:

Mənim bu sözlərimdən sonra kişi bir ah çəkdi. Doğrusu, onun ahı elə dərindən oldu ki, bu sözləri dediyimə peşiman oldum. Dönüb onun gözlərinin içinə baxdım. Bu nədir, deyəsən, o, ağlayırdı. Özümü itirdim. Fikirləşdim ki, axı ona nə dedim ki, o belə kövrəldi? Bayaqdan ev-eşiyindən, qaçqın həyatının dözülməzliyindən danışarkən özünü toxtaq tutan bu kişiyə nə oldu ki, birdən-birə bu hala düşdü?

Mənim məyus olduğumu hiss etdiyindən, özünü ələ alıb zorla gülümsəməyə çalışdı.

– Bilirsən, qardaş, sən mənim yaralarımın qaysağını qopartdın. Bu neçə ili mənim başıma dəhşətli hadisələr gəlibdir. Danışmaqla qurtaran deyil. Amma qanını qaraltmaq istəmirəm.

Ürəyimə danmışdı ki, bu kişidən nə isə maraqlı bir şey eşidəcəyəm. Odur ki, zarafatla dedim:

– Əşi, gəl oxunu atıb, yayını gizlətmə, sözünü de. Qanımın qaralmağına gəlincə, narahat olma, indi bütün millətin qanı qaradır.

Bu sözlərimdən sonra çiyninə saldığı sırıqlısını götürüb göy otların üstünə sərdi və mənə oturmağı təklif etdi. Özü isə dayçanın qıçlarını çəpçidar edib yanımda əyləşdi. Yerini rahatlayıb söhbətə başladı:

– Nə deyim, qardaş, mən Kəlbəcərdənəm. Bilmirəm, o tərəflərdə olmusan, ya yox, oralar özgə aləmdir. Dünyanın hansı nemətini axtarsaydın, orda tapardın. Dağı, dərəsi, gülü, çiçəyi adama gəl-gəl deyirdi. Allahın orada yaratdığı hər şey insana məlhəmdi. Ot-ələfindən xəstəyə, azarlıya min cür dərman hazırlamaq olurdu. Qışı qış, yayı da ki, yay idı. O cənnət deyirlər ha, vallahi elə oraydı. Hərənin qapısında bir sürü mal-qarası vardı. Dolanışığımız, geyim-kecimimiz yaxşıydı. Mən özüm qoyun fermasında baş çoban idim. Bilirsən də bu nə deməkdir? Ev-eşiyimdəki, nə deyim, biri-birinə deyərlər e, top vursan dağılmazdı. Günüm çöldə-bayırda keçərdi. Canımda ki buz baltası kimiydi. Xəstəlik-zad nədir bilməzdim. Qışın oğlan çağında, bir də gördün ürəyimdən soyuq su içmək keçdi. Pa, Allah təala suydu da vermişdi. Hər qayanın, hər daşın altında gözyaşı kimi bir bulaq qaynayırdı. Dizlərimi atardım yerə, o bal kimi şirin, bumbuz soyuq sudan doyunca içərdim. Nə isə, danışılası dərd deyil e… ağrın alım.

Uşaqlarım da çox deyildi. Allah mənə bircə oğul qismət eləmişdi. Həyat yoldaşım xəstə olduğuna görə, daha uşağımız olmurdu. Bir də Alagöz adında bir atım vardı. Sənə at deyirəm e… Qaçanda quş quşluğuyla elə səkəmməzdi. Bir yorğası vardı ki, adamı belində yuxu aparırdı. Elə azca yüyənini tərpədən kimi yerindən götürülərdi. Yalan olmasın, damağındakı papirosu yandıran saatı səni mənzilbaşına çatdırardı. O boyda Kəlbəcərin bütün yaylaqlarını Alagözlə qarış-qarış gəzmişəm. Sol budunun üstündə “H” hərfi damğalatdırmışdım. Öz adımın baş hərfiydi.

Bunu deyəndə o, başını yelləyib əlini dizinə şırpdı və:

– Görürsən, – dedi, – heç tanış da olmamışıq. Mənim adım Həsəndir, – o, əlini mənə uzatdı. Mən də onun əlini sıxıb, – mənimki də Səlimdir, – dedim.

– Hə, ona görə atı damğalatdırmışdım ki, o tərəflərdə hamının gözü bu atdaydı. Qorxurdum ki, oğurlayıb, eləllər.

* * *

– Qardaş, Alagöz adam kimi dil bilirdi. Bircə dəfə adını tutsaydım, harda olsaydı, bir də gördün ildırım kimi özünü yetirdi mənə. O kişnəyəndə dağa-daşa səs düşərdi, adam səksənirdi onun səsindən. Belinə qalxanda elə bilərdim ki, bütün dünyanı mənə veriblər, dərd-sərim unudulardı. Bircə an da olsun Alagözsüz qala bilmirdim, xeyir şərə də onun belində gedərdim, inan mənə.

Həsən kişi bu yerdə bir azca söhbətinə ara verdi. Nədənsə, onun əhvalı tamam dəyişdi, güclə nəfəs almağa başladı. Bir neçə dəfə udqundu. Elə bil, deyəcəyi sözlər boğazında ilişib qalmışdı. Ha udqunsa da, sözləri ağzından çıxara bilmirdi, gözləri yaşarmışdı. Bir azdan xırıltılı səslə dedi:

– Bilirsən, qardaş, Kəlbəcərin ermənilərin əlinə keçməsi bizim belimizi qırdı. Heç bilirsən Kəlbəcərdə nələr vardı? Kəlbəcər elə belə yer deyildi, çox varlı-karlı yerdi. Təkcə mənim qapımda beş yüzdən artıq qoyun-quzu, əlliyə yaxın iribuynuzlu heyvan vardı. Xalça-palazı saymaqla qurtaran deyildi. Hamısı da qaldı erməniyə. Yatsaydım, yuxuma da girməzdi ki, Kəlbəcəri düşmənə verərlər. Oranın dağ-dərəsi, sıldırım qayaları, özü bir səngərdi düşmənə. Bizə kömək eləyən olmadı, bizi düşmənin qabağında əliyalın qoyan özümüzünkülər oldu. Yanıram e, qardaş, yanıram, tüstüm təpəmdən çıxır. Kömək edən olmadı kəbəcərlilərə. Hərə ağzına gələni danışdı, işə gələndə isə tülkü kimi quyruqlarını qısıb aradan çıxdılar. Köməkləri görüm təpələrinə dəysin, barı, əl-ayağa dolaşmayaydılar, qoyaydılar biz başıdaşlılar özümüzə bir gün ağlayaq. Vallah, daşla, kəsəklə o düşmənlərin qabağına durardıq. Hanı, harda qaldı Kəlbəcərin gur-gur guruldayan vaxtlarında Bakıdan, Şəkidən tökülüşüb gələn, hər çeşmənin başında bir erkək asdırıb kabab çəkənlər?! Hanı, televizorda ağzı köpüklənə-köpüklənə, “mənəm-mənəm” deyən dil pəhləvanları? Harda qaldılar? Ay evi dağılmışlar, bu xalqın evini dağıdıb, niyə balalarını düzdə qoydunuz, hə?!

Qardaş, Kəlbəcərin ağır vaxtlarında, o böyük-böyük adamlar, siçan kimi kiçilib dəlmə-deşiyə girdilər. Bir dəstə adam gəlmişdi, bax, bu kor olmuş öz gözlərimlə gördüm, camaatı qorxudurdular ki, tez olun, çıxın, qaçın, ermənilər sizi xocalılardan da beş-betər edəcəklər. Daş düşdü bizim də başımıza, hər yoldan ötən köpəyoğlunun sözünə inanıb oradan çıxdıq.

₺68,35
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Yazıldığı tarih:
2015
Hacim:
50 s. 1 illüstrasyon
Telif hakkı:
Автор

Bu kitabı okuyanlar şunları da okudu