Kitabı oku: «Tanrı və dövlət», sayfa 3
Xristianlıq, heç şübhəsiz, qüsursuz bir dindir; çünki, hər bir dini sistemin həqiqi təbiətini və özünü təşkil edən sə-filləşmə, kölələşmə və müqəddəs olanın xeyrinə insanlığın qurban verilməsi faktlarını ən yüksək formada göstərir və maddiləşdirir.
Beləliklə, Tanrı hər şeyə, həqiqi dünya və insan isə heç bir şeyə çevrilir. Həqiqət, ədalət, yaxşılıq, gözəllik, güc və həyat tanrıya istinad edilir; insana isə xəta, haqsızlıq, pis-lik, çirkinlik, zəiflik və ölüm qalır. Tanrı ağa, insan isə kölə olur. Ədaləti, həqiqət və əbədi həyatı öz səyləri ilə tapmaq iqtidarında olmayan insan, onları yalnız müqəddəs bir vəhy yolu ilə əldə edə bilər. Lakin, hər kim vəhydən bəhs etmək istəsə, o, şəxsən Tanrının özünün ilhamlandığı elçilər, məsih-lər, peyğəmbərlər, keşişlər və qanun yaradıcıları barəsində də danışmağa məcburdur və bunlar, əgər bir dəfə müqəd-dəsliyin yer üzərindəki təmsilçiləri, insanları qurtuluşa ged-ən yolda idarə edəcək Tanrı tərəfindən seçilmiş müqəddəs müəllimlər olaraq qəbul edilərsə, məcburi olaraq dərhal mütləq iqtidar sahibinə çevrilirlər. Bu andan etibarən, bütün insanlara sorğusuz-sualsız itaətə məhkumdurlar; çünki, mü-qəddəs ağıl qarşısında insan zəkası və Tanrının ədaləti qarşı-sında yer üzündəki ədalət heçdir. Tanrının köləsi olan insan, kilsə və dövlətin də köləsi olmağa məcburdur, təki həmin dövlət kilsə tərəfindən müqəddəs elan edilmiş olsun. Bütün insanlığı qucaqlamaq arzusunda olan xristianlıq bu həqiqəti, yalnız müəyyən olunmuş və imtiyazlı xalqlara xitab edən Qədim Şərq dinləri də daxil olmaqla, mövcud olmuş və mövcudluğunu davam etdirən bütün dinlərdən daha yaxşı anlamışdır; bütün digər xristian məzhəbləri arasında da, yal-nız Roma Katolik Kilsəsi bu həqiqəti açıq şəkildə elan etmiş və canlı bir məntiqlə həyata keçirmişdir. Xristianlığın, müt-ləq dinin, son dinin, Apostol Roma Kilsəsinin də yeganə sa-bit, qanuni və müqəddəs kilsə olmasının səbəbi budur.
O zaman, metafiziklərin, dini idealistlərin, filosofla-rın, siyasətçilərin və şairlərin hamısına görə; Tanrı ideyası in-san ağlının və ədalətin aradan qaldırılmasını məcburi et-məkdir, o, insan azadlığının ən kəskin inkarıdır və məcburi olaraq, həm nəzəri, həm də praktikada insanlığın kölələşmə-sinə gətirib çıxarır.
Elə isə, Yezuitlər, momierlər, pietistlər və ya protes-tant metodistlər kimi insanlığın kölələşməsi və təhqir olun-masını istəmiriksə, nə teologiyanın, nə də metafizikanın Tan-rısına güzəştə getməməliyik. Unutmayın ki, bu mistik əlifba-da A deyən Z də deməyə məcbur olacaqdır. Tanrıya sitayiş etmək istəyən, bu məsələ barəsində qətiyyən sadəlövh xəyal-lara qapılmasın; cəsur şəkildə azadlığını və insanlığını inkar etsin.
Əgər Tanrı varsa, insan kölədir; insan azad ola bilərsə və olmağa məcburdursa, onda, Tanrı yoxdur.
Bu çevrədən çıxa biləcəyini iddia edən kimsə vardır-sa, ona oxuyuram; onda, hər kəs öz mövqeyini seçsin.
Dinlərin insanı nə dərəcədə və nə qədər alçaldıb kor-ladığını deməyə ehtiyac varmı? Dinlər, insanın ağlını, insa-nın xilasının təməl vasitəsini korşaldır və onu, köləliyin ən əsas şərti olan səfehliyə məhkum edər; qürursuzlaşdırdığı insan əməyini köləliyin nümunəsi və mənbəyinə çevirir. Ta-razlığı həmişə qalib hiyləgərlərin, müqəddəs bağlılığın seçil-mişlərinin xeyrinə pozaraq, ədalət fikrini və duyğusunu öl-dürür. Yalnız yaltaqları və güzəştə gedənləri himayə edərək insan qürurunu və möhtərəmliyini darmadağın edər. İnsan ürəyini müqəddəs zalımlıqla dolduraraq, insan qardaşlığı ilə bağlı bütün hisləri öldürür.
Bütün dinlər zalımdır: hamısı qan üzərində qurulub; çünki hamısının əsaslandığı fikir, qurban fikri, yəni müqəd-dəs olanın intiqam duyğusunu təmin etmək üçün insanlığın davamlı sıxışdırılmasıdır. Bu qanlı sirrin içində insan daim qurbandır; bir insan olan, lakin ilahinin təqdiri ilə imtiyazlı olan keşiş isə müqəddəs cəllad rolunu oynayır. Bu vəziyyət bütün dinlərin rahiblərinin ən yaxşı, ən insani, ən nəcib olan-ların belə ürəklərində, təxəyyüllərində qəlblərində olmasa belə (bunların insan qəlbindəki dəhşətli təsirini bilirik), ən azından dərinliklərində nəyə görə zalım və qan axıdan bir şey daşıdıqlarını açıqlayır.
Heç kim, bunları bizim məşhur, idealistlərimizdən daha yaxşı bilə bilməz. Bunlar, tarixi əzbər bilən təhsilli in-sanlardırlar və eyni zamanda da yaşayan insanlar, insanlı-ğın rifahı üçün səmimi və dərin duyğular bəsləyən böyük in-sanlardırlar; belə olduğuna görə də, bütün bu pislikləri, bü-tün bu dini cinayətləri bənzərsiz bir bəlağətlə lənətləyib damğalamışdırlar. Onlar, keçmişdə və bu gün dünya üzərin-də mövcud olan bütün pozitiv dinlərin Tanrıları və təmsilçi-ləri ilə bütün əməkdaşlıqları qəzəblə inkar etmişlər.
Onların sitayiş etdikləri, ya da sitayiş etdiklərini zənn etdikləri Tanrı, tarixin həqiqi Tanrılarından tamamilə fərqlə-nir. Bu Tanrı heç bir şəkildə şərh edilə bilməmişdir: nə teolo-ji, nə də metafizika vasitəsilə. Bu Tanrı heç bir formada pozi-tiv bir Tanrı deyil. Bu Tanrı nə Robespyerin və Jan Jak Rus-sonun üstün varlığı, nə Spinozanın panteist Tanrısı, hətta, nə də Hegelin hər zaman, hər yerdə olan üstün və naməlum tanrısıdır. Onlar hansısa bir pozitiv şərhetmədən diqqətlə boyun qaçırmışlar. Tanrının fərdi bir Tanrı olub-olmamasını, dünyanı yaradıb-yaratmadığını belə deməmişlər, hətta mü-qəddəs lütfkarlıqdan belə bəhs etməmişdilər. Çünki, bunlar-dan birini demək onları təhlükəyə salardı. Buna görə də, “Tanrı” deməklə kifayətlənib, daha irəli getmirlər. Bəs onda Tanrı nədir? Bir ideya belə deyildir; sadəcə bir həsrət…
Bu anlayış onlara böyü, yaxşı, gözəl, nəcib görünən hər şeyin ortaq adıdır. Bu qədər insani olduğu halda bəs nə üçün “insan” anlayışından istifadə etmirlər? Ahh, çünki Ru-siya kralı Vilhelm, III Napoleon və onların oxşarları da in-sandırlar; bu da onları olduqca narahat edir. Çünki, həqiqi insanlıq dünyada ən ali və ən gözəl olanla ən pis və ən vəhşi olanın birləşməsini ehtiva edir. Onlar, müqəddəslik və hey-vaniliyi iki zidd tərəf halına salaraq, onlardan birini müqəd-dəs, digərini heyvani adlandıraraq bu məsələnin öhdəsindən gəlməyə çalışırlar. Lakin, onlar anlamır ki, anlayışlar həqi-qətdə vahiddirlər və bunların hansısa birini digərlərindən ayıraq hamısını məhv etmək deməkdir.
Bunlar, güclü bir məntiqə malik deyillər; hətta demək olar ki, məntiqə nifrət edirlər. Bu, onları panteist və deist me-tafiziklərdən ayırır və fikirlərinə praktik idealizm mahiyyəti qazandırır. Bu idealizm ilham mənbəyini bir düşüncənin ciddi şəkildə inkişaf etdirilməsindən deyil, həyatın, fərdi ol-duğu qədər də tarixi və kollektiv həyəcanları deyə biləcəyim təcrübələrdən alır. Bu onların propaqandalarına qandalarına bir zənginlik və həyati güc görünüşü verir; amma, bu sadəcə görünüşdə belədir, çünki, məntiqi bir ziddiyyət tərəfindən iflic edildiyi zaman.
Ziddiyət burada yaranır: Onlar nə Tanrıdan, nə in-sanlıqdan imtina edərlər və bir dəfə ayrıldığı zaman sadəcə biri-birini məhv etməkçün təkrarən birləşə biləcək iki məf-humu biri-birinə bağlamaqda təkid edərlər. Birnəfəsə “Tanrı və insan azadlığı”, “Tanrı və insan mötəbərliyi, bərabərliyi, ədaləti, qardaşlığı, firavanlığını” müdafiə edərlər, lakin, əgər Tanrı varsa, o, əbədi mütləq və üstün olan bir ağadır və əgər belə bir ağa vardırsa, insan kölədir. İnsan kölə olduğu za-man ədalət, bərabərlik, qardaşlıq, rifah kimi məfhumlar on-ların nöqteyi-nəzərində mümkün deyildir. Bihudə bir səylə instinktin səbəblərini və tarixin bütün təcrübələrini bir kə-nara qoyan bu filosoflar, Tanrılarını insan azadlığına qarşı duyduğu mərhəmətli ehtiramla canlanmış bir varlıq kimi göstərirlər; halbuki, hər bir ağa kim olursa-olsun, özünü nə qədər liberal göstərmək arzusu daşıyırsa daşısın, həmişə ağadır. Onun varlığı bütün itaətindəkilərin köləliyini məcbur edər. Ona görə də, əgər Tanrı vardırsa və insan azadlığına xidmət etmək istəyirsə, bunu, ancaq mövcud olmaqdan imti-na edərək həyata keçirə bilər.
Mən insan azadlığının alovlu bir pərəstişkarı və onu insanda heyranlıq və ehtiram duyduğumuz hər şeyin mütləq şərti kimi görən biri olaraq Volterin məşhur deyimini tərsinə çevirirəm və belə deyirəm: Əgər Tanrı, həqiqətən, mövcud olsaydı, onu məcburən aradan qaldırmaq lazım gələcəkdi.
Bu sözləri diktə etdirən qatı məntiq bəhs olunan sü-butun uzun-uzadı izahatına ehtiyac duyulmayacaq qədər açıqdır. Və mənim fikrimcə, bu qədər məşhur və mötəbər olan bu şəxslərin anlamamaları və Tanrı ilə insan azadlığını eyniləşdirməyə çalışaraq düşdükləri bu ziddiyyətin fərqinə varmamaları mümkün deyil. Əgər bunu anlamırmış kimi davranmışlarsa, bunu hökmən həmin ziddiyyət və məntiqi uyuşmazlığın insanlığın rifahı üçün praktiki olaraq əhə-miyyətli olduğunu zənn etdikləri üçün etmişdilər.
Amma bəlkə də bu filosoflar öz nəzərlərində olduqca mötəbər və dəyərli bir şey olan azadlıqdan bəhs edərkən bu anlayışa biz materialistlər və inqilabi sosialistlərin görüşün-dən tamamilə fərqlənən bir məna qazandırırlar. Həqiqətən də, onlar nə zaman azadlıq sözündən istifadə etsələr, ardın-ca bizim həddsiz nifrət etdiyimiz bu kəliməni, hökmranlıq sözünü istifadə etmişlər.
Bəs hökmranlıq nədir? Özünü fiziki və ictimai dün-yadakı mövcudiyyətlərin məcburi olaraq düzülüşləri və biri-birinin ardinca gəlməsində büruzə verən təbii qanunların qa-çınılmaz gücüdürmü? Əslində bu qanunlara qarşı çıxmaq sa-dəcə qadağan olunmamışdır, həm də bunu etmək mümkün-süzdür. Onları səhv başa düşə bilər, yaxud da ümumiyyətlə anlamaya bilərik, lakin, onlara itaətsizlik edə bilmərik, çünki, bu qanunlar varlığımızın təməlini və zəminini əmələ gətirir; bizi əhatə edir, daxilən nüfuz edir, bütün hərəkətlərimizi, düşüncələrimizi və fəaliyyətimizi nizamlayır, onlara itaət-sizlik etdiyimiz zaman belə sadəcə onların nə qədər qadiri mütləq olduğunu isbat etmiş olarıq.
Bəli, biz bu qanunların mütləq qullarıyıq. Lakin bu cür bir köləlikdə alçaltma yoxdur; hətta bu əslində köləlik belə sayılmır. Çünki köləlik, kənardan gəlmiş bir ağanın, ita-ət etməyə məhkum olduğumuz bizdən kənarda bir qanun yaradıcısının mövcudluğunu tələb edir. Halbuki, bu qanun-lar bizdən kənarda deyildir; içimizdədir, varlığımızı, fiziki, intellektual və əxlaqi bütün varlığımızı əmələ gətirir. Həya-tımız, nəfəs almağımız, hərəkət etməyimiz, düşünməyimiz, bəzi arzularımızın olmağı həmişə bu qanunlar vasitəsilə re-allaşır. Onlar olmasa biz də bir heç olarıq. Bu qanunlar ol-masaydı onlara qarşı üsyan gücünü və istəyini hardan alar-dıq?
Təbii, qanunlardan söhbət açılan zaman insanın ye-ganə bir azadlığı vardır: qarşıya qoyduğu fərdi yaxud qur-tuluş və insaniləşmə məqsədi ilə harmonik bir şəkildə get-dikcə böyüyən bir həcmdə onları tanımaq və tətbiq etmək. Bu qanunlar tanındıqları zaman insanlar əsla etiraz edə bil-məyəcəyi bir hökmranlıq qazanırlar. Məsələn, bir insan ax-maq, teoloq ya da, heç olmasa metafizik, hüquqşünas yaxud burjua iqtisadçısı olmadığı müddətdə iki üstəgəl ikinin dörd olmadığına heç vaxt qarşı çıxa bilməz. Yenə də təbii qanun-lara əsaslanan bəzi kənarlaşmalara müraciət etmədiyi halda bir insan odun yandırmadığını, suyun boğmayacağını xəya-lına gətirə bilməz, təbii ki əgər iman sahibi deyilsə. Lakin bu etirazlar, daha doğrusu, bu mümkünsüz etirazlarla əlaqəli cəhdlər və səfeh xülyalar heç şübhəsiz, istisnadırlar, çünki, ümumiyyətlə deyə bilərik ki, insanlar gündəlik həyatlarında yəni ümumi olaraq qəbul edilən təbii qanunların hamısının idarə olunması demək olar ki, mütləq bir şəkildə qəbul edər-lər.
Burada ən böyük bədbəxtlik, xalq kütlələrinin hal-ha-zırda elm tərəfindən müəyyən edilmiş çoxlu sayda təbiət qa-nunun barəsində məlumatdan bizim zənnimizcə sadəcə xal-qın xeyrinə mövcud olan bu himayədar hökumətlərin nəza-rət və müşahidələri ucbatından hələ də hali ola bilməməsi-dir. Bir başqa çətinlik də budur: İnsan cəmiyyətinin inkişafı ilə əlaqədar təbii qanunların əksər hissəsi fiziki dünyanı ida-rə edən qanunlar qədər mühüm, dəyişməz və qəbul edilən-dir. Onlar hələ də alimlər tərəfindən layiqincə müəyyənləş-dirilib qəbul edilməmişdir.
Bu qanunlar, bircə dəfə alimlər tərəfindən tanınaraq xalq tərəfdarı olan geniş yayılmış bir təlim-tədris sistemi va-sitəsilə hər kəsin şüuruna yeridildiyi zaman azadlıq proble-mi tamamilə həll edilmiş olacaqdır. Ən qatı avtoritar rejim-lər belə qəbul etməlidir ki, o zaman nə siyasi təşkilatlanma-ya, nə idarəçiliyə, nə də qanunvericiliyə ehtiyac duyulmaya-caqdır. Bu üç şey istər bir hökmdarın iradəsindən, istər ümu-mi seçkilərlə təşkil olunmuş bir parlament səsverməsindən çıxmış olsun, hətta, istərsə təbii qanunlar sistemi ilə harmo-niyada olsun, heç vaxt belə bir şey olmamış və olmayacaq-dır. Kənardan olan, və beləliklə də despot qanunlar sistemi təlqin etdiklərinə görə, kütlələrin azadlığı nöqteyi-nəzərin-dən eyni dərəcədə ölümcül və zərərlidir.
İnsan təbii qanunları istər müqəddəs, istər insani, is-tər fərdi, istərsə də kollektiv olan hansısa bir müvəqqəti kə-nar iradə tərəfindən təlqin edildiyi zaman yox, sadəcə şəxsən özü bunları olduğu kimi tanıyıb qəbul etdiyi üçün itaət etdi-yi zaman azaddır.
Olduqca dəyərli alimlərdən qurulan bir akademiya düşünün: bu akademiya qanunvericilikdə və cəmiyyətin təş-kilatlanmasında məsuliyyət daşısın və bu məqsədlə həqiqətə qarşı duyduğu ən saf məhəbbətdən yola çıxaraq elmin ən son kəşflərilə həmahəng bir qrup qanunlar qəbul etsin. Mən şəxsən belə bir qanun və təşkilatlanmanın bir ziddiyyətdən başqa bir şey olmayacağını iddia edirəm. Bu iki səbəbdən öt-rü belədir: Əvvəla, insan elmi daimi və məcburən əksikdir və kəşf edilənlərlə kəşf ediləcək olanlar müqayisə olunan za-man kəşf edilənlər hələ azlıq təşkil edir. Belə ki, əgər insan-ların fərdi olduğu qədər də kollektiv olan praktik həyatları elmin ən son nəticələri dar mənada və xüsusilə harmonik bir çərçivəyə sığışdırılmağa çalışsaydılar, həm fərdlər, həm cə-miyyət əli-ayağı qoparılıb qupquru quruyana kimi Proc-oustes yatağında əziyyət çəkməyə məhkum edilmiş olardı. Çünki həyat hər zaman sonsuz dərəcədə böyükdür və elə də qalacaqdır.
İkinci olaraq; bir cəmiyyət elmi bir akademiyanın qə-bul etdiyi qanunlara, bu qanunların rasional xarakterini başa düşdüyü üçün yox, (əgər belə olsaydı, onsuzda bu akademi-yanın varlığı mənasız olardı), başa düşmədən hörmət etdiyi elm uğrunda hərəkət edən bir akademiya tərəfindən ona təl-qin edildiyi üçün uyğunlaşmağa məcbur qalsaydı, belə bir cəmiyyət insanlardan deyil, heyvanlardan ibarət bir cəmiy-yət olardı. Bu cəmiyyət, uzun müddət Yezuitlər tərəfindən idarə olunan Paraqvay kimi olardı. Qətiyyətlə və sürətlə ax-maqlığın ən aşağı pilləsinə düşərdilər.
Amma, hələ də belə bir dövləti mümkünsüz edən üçüncü bir səbəb də vardır: bu cür mütləq hakimiyyətin sa-hibi olan bir elm akademiyası ən dəyərli insanlardan ibarət olsa belə, qısa müddət sonra qətiyyətlə həm əxlaqi, həm də intellektual cəhətdən çürüməyə məhkum olardı. Bu gün belə özlərinə çox az imtiyazlar verildiyi halda bütün akademiya-ların tarixi bundan ibarətdir. Ən böyük dahi belə olsa, bir elm adamı rəsmi surətdə lisenziyalı bir alim olan kimi qaçı-nılmaz şəkildə axmaqlaşmağa başlayar, kortəbiiliyini, inqi-labi cəsarətini və ən böyük dühaların xarakteri olan və qə-dim sarsaq dünyaları dağıdıb yenisinin təməllərini qoymağa davam edən, başıbəlalı və vəhşi enerjisini itirir. Heç şübhə-siz, düşüncə sahəsində itirdiklərini, alicənablıqda, yaradıcı və praktiki zəka sahəsində qazanır; bir sözlə, çürümüş hala düşür.
İmtiyazlılığın, imtiyazlı bütün mövqelərin ən ilkin xüsusiyyəti insan zəkasını və qəlbini öldürməsidir. Həm si-yasi sahədə, həm də iqtisadiyyat sahəsində imtiyazlı şəxs ağıl və ürəkdən məhrum şəxsdir. Bu, istisnası olmayan ümu-mi bir qanundur, və siniflərə, şirkətlərə, fərdlərə olduğu qə-dər bütün millətlərə də aid edilə bilər. Bu bərabərlik qanunu azadlıq və insanlığın üstün mövqeyi qanunudur. Bu işin əsas məqsədi də, bu həqiqəti insan həyatındakı bütün təzahürləri içində göstərməkdir.
Cəmiyyətin idarə edilməsi vəzifəsi ona həvalə edilən bir elmi qurum qısa müddətdən sonra özünü artıq elmə dey-il, başqa bir məşğuliyyətə həsr etməyə məcbur olur. Bu məş-ğuliyyət bütün təşkilatlanmış güclərdə olduğu kimi, nəzarəti həvalə edilmiş cəmiyyəti daha da axmaqlaşdıraraq və nəticə-də öz idarəçiliyinə möhtac edərək öz varlığını əbədiləşdir-mək cəhdidir.
Elmi akademiyalar üçün keçərli olan bu reallıq, bəşəri səsvermə vasitəsilə seçilənlər də daxil olmaqla, bütün quru-cu və qanunverici məclislər üçün keçərlidir. Bu son vəziyyət-də bəhs olunan bu məclislərin öz quruluşlarını yeniləyə bilə-cəkləri həqiqətdir; lakin bu bir neçə ildə onların tərkibində qanuni olmasa belə əməli olaraq imtiyazlı, özlərini yalnız cə-miyyət işlərinin idarəçiliyinə həsr etmiş bir növ siyasi aris-tokratiya, ya da oliqarxiya təşkil edən siyasətçilər qrupunun yaranmasına maneçilik törətmir. ABŞ və İsveçrə bu dediklə-rimizin həqiqiliyinin sübutudur.
Nəticə etibarilə, nə kənardan bir qanun nə də bir ha-kimiyyət bu məsələdən söhbət açılan zaman biri digərindən ayrıla bilməz və ikisi birdən cəmiyyətin köləliyinə və qanun-vericiliyin özünün də pozulub çürüməsinə səbəb olur.
Buna əsaslanaraq, mənim hər cür hakimiyyəti inkar etdiyimi deyə bilərikmi? Xeyir, belə bir düşüncə məndən uzaqdır. Əgər müzakirə etdiyimiz məsələ ayaqqabıdırsa, o zaman mən başmaqtikənin qaydalarından faydalanaram, ev-lər, kanallar, yaxud da dəmiryollarından söhbət gedirsə, bir memardan ya da mühəndisdən məsləhət alardım. Bu və ya-xud digər xüsusi məlumat üçün bu və yaxud digər bir işin ustasından məsləhət alardım. Lakin, nə başmaqtikənin, nə memarın, nə də mühəndisin öz qərarlarını mənə təlqin etmə-sinə imkan vermərəm. Onları, azadlığımdan güzəştə getmə-dən, zəkalarının, xarakterlərinin, bacarıqlarının tələb etdiyi ehtiramla dinləyərəm, amma müzakirə edilməz tənqid haq-qımı həmişə özümdə saxlayaram. Hansısa bir xüsusi sahədə bir mütəxəssisə müraciət etməklə kifayətlənməyib, bir neçə-sinə müraciət edərəm; onların fikirlərini müqayisə edib ara-larından mənə ən uyğun olanını seçərəm. Amma, xüsusi mə-sələlərdə belə heç vaxt yanılmayan mütəxəssis tanımıram; nəticə etibarilə, bu və digər fərdin dürüstlüyü və səmimiy-yətinə göstərdiyim ehtiram nə qədər böyük olursa-olsun, öz iradəmi heç kimin iradəsinə mütləq şəkildə bağlamaram. Çünki belə bir bağlılıq, mənim əqli bacarıqlarıma, azadlığı-ma və hətta öhdəmə götürdüyüm məsuliyyətləri müvəffə-qiyyətlə yerinə yetirməyimə ölümcül bir zərər yetirərdi; belə bir bağlılıq məni dərhal axmaq bir köləyə, başqalarının iradə və məqsədlərinin bir vasitəsinə çevirərdi.
Əgər bir mütəxəssisin dühasının qarşısında diz çöküb müəyyən qədər və mənə lazım bildiyim qədərilə onların məsləhət gördükləri yolu, hətta onların göstərişlərini izləmə-yə hazır olduğumu elan etsəm, bunu sadəcə onların iradəsi-nin mənə heç kim nə Tanrı, nə də başqa insanlar tərəfindən təlqin edilmədiyi üçün edərdim. Əks təqdirdə, bu iradəni nifrətlə inkar edərdim və onlara “Tövsiyələriniz, göstəriş-ləriniz, xidmətləriniz hamısı rədd olsun!” deyərdim; çünki, bu niyyəti daşıyanların, etdiklərinin əvəzini, bir yığın yalana bürünmüş kiçik bir həqiqət parçası qarşılığında azadlığımı və özümə hörmətimi əlimdən alaraq çıxacaqları məlum mə-sələdir.
Mən xüsusi bir sahədə mütəxəssis olan bir insanın iradəsi önündə bu iradə mənə sadəcə və sadəcə öz ağlım tə-rəfindən təlqin edildiyi zaman əyilərəm. Çünki, bilirəm ki, bütün detalları və müsbət irəliləyişləri ilə insan bilgisinin bö-yük bir hissəsini qavrama bacarığım məhduddur. Bilirəm ki, ən böyük zəka belə, bütövlüklə dərkedilmə sahəsində yetərli deyildir. Buradan, elm baxımından olduğu qədər sənaye ba-xımından da iş bölgüsü və əməkdaşlığın əhəmiyyətliliyi nə-ticəsi alınır. Alıram və verirəm insan həyatı bu cürdür. İdarə edən idarə olunar. Buna görə də, sabit və davamlı bir iradə əvəzinə, qarşılıqlı, müvəqqəti və ən əsası da könüllü, da-vamlı dəyişən bir iradə və tabeçilik olmalıdır.
Bu cür məntiqi mülahizə mənim sabit, davamlı və bə-şəri bir iradəni qəbul etməyimə mane olur; çünki, universal insan, bu xırdalıqların zənginliyini bütövlükdə qavraya bi-ləcək bir insan yoxdur; və bu olmadan elmin gündəlik həya-ta, bütün biliklərin cəmiyyət həyatının bütün sahələrinə tət-biq edilməsi mümkünsüzdür. Əgər belə bir universallıq va-hid bir insanda reallaşmış olsaydı və bu vəziyyətdən onun iradəsini bizə təlqin etmək üçün yararlanmaq istəsəydilər, bu adamı cəmiyyətdən sürgün etmək lazım gələrdi, çünki bu iradə qaçınılmaz olaraq qalan hər kəsi köləliyə və axmaqlığa məhkum edərdi. Cəmiyyətin dahilərə bu günə qədər etdiyi kimi pis davranmağının tərəfdarı deyiləm; lakin cəmiyyətin özünü zəka sahiblərinə təslim etməsini də təsdiqləmirəm, xüsusilə də, bu üç səbəbə görə nə cür olurlarsa olsunlar, bu insanlara imtiyazlar və xüsusi haqlar verilməsinin tamamilə əleyhdarıyam: Əvvəla, əksər vaxtlarda bir fırıldaqçı ilə bir dahi biri-biri ilə qarışdırıla bilər; ikincisi, belə imtiyazlar sis-temi həqiqi bir dahini belə bir fırıldaqçıya çevirərək əxlaqsız və alçaq bir insan halına sala bilər; üçüncüsü, bu sistem öz üzərində hökmranlıq edəcək ağalar yarada bilər.
Ücretsiz ön izlemeyi tamamladınız.