Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.
Kitabı oku: «Qadinlar Nə Istəyir? Kişilər Nə Verir?», sayfa 3
Təmasa Meylli Qadın və Kişilərin Əsas Xüsusiyyətləri
Bu insanlar dünyanı hisslərlə dərk edirlər. İstənilən vəziyyətdə özlərinin orada – o insanların yanında olduğunu düşünürlər və o insanların nə hiss etdiklərinə və hisslərinə fokuslanırlar. Çox hərəkət edirlər. Ağır, dərindən gələn emosional bir tonda danışırlar. Danışarkən “problemlərin ağırlığı”, “işlərin çoxluğu”, “acıların dərinliyi” kimi sözlərdən istifadə edirlər. Bu zaman mütləq insanlara və ya əşyalara toxunurlar. Çox yaxşı emosional çıxış yolları tapırlar. Şairlər, psixoloqlar, roman yazarları, əsasən, bu kateqoriyadan olan insanlardır. Adətən, rahat geyinməyə üstünlük verirlər.
Texniklər, biznesmenlər və sənətçilər də bu insanlar arasından çıxır. Keçmişdəki problemlərdən ibrət almaq və ya gələcəkdə baş verəcək dəyişikliklər onları çox maraqlandırmır. Vücudları ilə işləməyi sevirlər. Harada və hansı kürsüyə oturduqları onlar üçün əhəmiyyətlidir. Özləri də, masa və daxılları da səliqəsizdir. Geyimlərinə çox diqqət yetirmirlər.
Hər bir insanın içində potensial olaraq 3 sistem mövcuddur. İnsanın üzərinə düşən vəzifə ən üst potensiala yetişmə nöqtəsində bütün imkan və bacarıqlarından faydalanmaq üçün sahib olduqlarını inkişaf etdirməkdir.
Düşünmə və davranış formaları ilə onu ifadə forması arasında fərq olur.İnsanların sözlərini, davranışlarını və göz hərəkətlərini izləməklə onların hansı sistemdən istifadə etdiyini müəyyən etmək olar. İnsanın hansı kanaldan istifadə etdiyi məlum olsa, onun hansı xüsusiyyətlərə sahib olacağını da ehtimal etmək mümkün olar. Bu ipucları ilə insanın zehni mərhələlərinin necə inkişaf etdiyini təsbit etmək olar.
“Mütləq evlən. Xanımın yaxşıdırsa xöşbəxt, pisdirsə filosof olarsan”.
Sokrat
Başa düşdüm
Elə bir həyat yaşayıram ki,
Cənnəti də gördüm, cəhənnəmi də.
Elə bir sevgi yaşadım ki,
Ehtirası da gördüm, məğlub olmağı da.
Bəziləri seyr edərkən həyatı, ən öndən
Özümə bir səhnə tapdım, oynadım.
Elə bir rol veriblər ki,
Oxudum, oxudum, anlamadım.
Öz-özümə danışdım.
Bəzən evimdə həm hirsləndim, həm də güldüm halıma.
Sonra dedim ki, söz ver özünə,
Dənizləri sevirsənsə, dalğaları da sevəcəksən.
Sevilmək istəyirsənsə, əvvəl sevməyi öyrənəcəksən.
Uçmağı sevirsənsə, enməyi də biləcəksən.
Qorxaraq yaşayırsansa, həyatı sadəcə seyr edə biləcəksən.
Elə bir həyat yaşadım ki,
Son yolculukları erkən yaşadım.
Elə çox dəyərliymiş ki, zaman,
Hər zaman tələsdim bu səbəbdən. Başa düşdüm.
Nitsşe
Qadın-Kişi Münasibətlərində “Razı Salmağın” Gizli Gücü
“İnsanlar hisslərinin məsuliyyətindən qaçmaq üçün bəhanə axtarmaqda peşəkarlaşıblar”.
“Mustafa Kılınç”
Görünüşə meylli qadın və kişini razı salmağın yeganə yolu onlara nəticənin portretini göstərməkdir. Əks halda, onları razı salmağınız mümkün olmayacaq.
Eşitməyə meylli qadın və kişini razı salmağın yeganə yolu onlara nəticədə ortaya çıxacaq danışıqlardan bəhs etməkdir. Onları sonda eşidəcəyi kəlmələrdən istifadə etməklə razı sala bilərsiniz.
Təmasa meylli qadın və kişiləri razı salmağın tək yolu isə nəticədə yaranacaq vəziyyəti hiss etməsini təmin etməyinizdir.
Qəribə də olsa görünüşə meylli insanlara hədiyyə alarkən qutulara və görünüşünə diqqət etməlisiniz. Çünki onlar hədiyyənin dəyərindən çox, qutularına diqqət edirlər. Hədiyyə qutularını çox maraqla
açırlar.
Təmasa meyllilər isə hədiyyəni əllərində tutaraq hiss edirlər.
Eşitməyə meylli insanlar səslərə önəm verirlər.
Bəhs etdiyimiz 3 təmsiledici kanaldan başqa qavrama dili də mövcuddur. Qavrama dilinin duyğusal fəaliyyətlə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən qavrama dilindən istifadə edən natiq və ya yazar tamaşaçısını, oxucusunu darıxdırar. Rəsmi xəbərlər, rəsmi açıqlamalar və TRT xəbər proqramlarına baxdığımızda belə vəziyyətlə qarşılaşırıq.
Mənalı mesajlar vermək əvəzinə, ağıllı görünmək istəyən professorlar, vəkillər bu üsuldan çox tez-tez istifadə edirlər. Bu adamların məqsədi mesaj vermək deyil, ağıllı görünməkdir.
Qadınlar nə istəyir, kişilər nə verir?
Bəzən də neytral kəlmələrdən istifadə edirlər. Ünsiyyət zamanı bunların fərqində olmaq bizə fərqlilik qazandırır.
İnsanların hansı təmsiledici sistemdən istifadə etdiyini anlamaq üçün onları müşahidə etmək lazımdır. Bu insanların danışıqları, davranışları, xüsusən də göz hərəkətləri bu sistemi müəyyən etmək baxımından vacib ipucları verir. Bu ipuclarını tapmaq üçün:
1.İnsanların sözlərinə və əməllərinə,
2. Göz hərəkətlərinə diqqət etmək lazımdır.
Qadınlarda və Kişilərdə Sözlərin və Hərəkətlərin Verdiyi İpucları
“Uğurlu ünsiyyətin, təsir bağışlamağın və dəyişiklik etməyin başlıca şərti uzlaşmadır”.
“Mustafa Kılınç”
Kitabın bu hissəsində sizinlə Qadınlarda və Kişilərdə Sözlərin və Hərəkətlərin Verdiyi İpuclarını bölüşmək istəyirəm.
Bir qadını və ya kişini həqiqətən tanımaq üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Etməli olduğunuz yeganə şey sizinlə bölüşəcəyim “sözlü və hərəkətli” ipuclarına diqqət yetirmənizdir. Bir qədər diqqətli olmağınız kifayət edir. Bununla hər şey ortaya çıxacaq.
“Siz var olan şeyləri görür və deyirsiniz: Niyə? Amma mən olmayan şeyləri xəyal edirəm və deyirəm: Niyə də olmasın?”
G.Bernard Şou
Görünüşə meylli ünsiyyət sistemindən istifadə edən qadın və kişilər: Adətən, yuxarı baxaraq beyinlərində nəyisə canlandırırlar. Bu zaman boyunlarında gərginlik yaranır, başlarını arxaya doğru aparır və alınlarını qırışdırırlar. Belə insanlar tez-tez boyun və baş ağrılarından şikayət edir. Qısa və sürətli nəfəs alır, tez-tez və yüksək tonda danışırlar.
Qadınlar nə istəyir, kişilər nə verir?
Eşitməyə meylli ünsiyyət sistemindən istifadə edən qadınlar və kişilər: Yavaş və səsləri uzadaraq danışırlar. Danışıq əsnasında qələmlə oynamaq və ayaqlarını hərəkət etdirmək kimi, ritmik bədən hərəkətləri edirlər. Başlarını əyərək dinləyici görünüşü alırlar.
Təmasa meylli ünsiyyət sistemindən istifadə edən qadınlar və kişilər: Ağır tempdə danışır, yavaş nəfəs alırlar. Adətən, aşağı baxırlar. Görməkdən və eşitməkdənsə, hiss etməyə üstünlük verirlər.
Sözlə ifadə etməyə üstünlük verən insanların tez-tez istifadə etdiyi kəlmələr və bənzətmələr var. Görünüşə meylli sistemdən istifadə edən insanlar daha çox görüntüyə, eşitməyə meylli sistemdən istifadə edənlər eşitmə ünsürlərinə, təmasa meylli sistemdən istifadə edən insanlar isə hiss etməyə yönələn kəlmə və bənzətmələrdən istifadə edirlər.
“Gülümsəməkdən heç vaxt vaz keçmə. Kədərli olduğunda belə, gülüşünə kimin, nə zaman aşiq olacağını bilə bilməzsən”.
Qabriel Qarsia Markes
(Karikatura 5)
Görünüşə Meylli Qadın və Kişilər Üçün Xüsusi Əhəmiyyət Daşıyan Kəlmələr
“Görə bilmədiyiniz hədəfi vura bilməzsiniz”.
“Mustafa Kılınç”
Bu kateqoriyadan olan qadın və kişiləri əldə etməyin, razı salmağın, onlarla eyni mövqedə olmağın yolu onların dünya modelinə uyğunlaşmaqdan keçir.
Bu cür insanlar üçün xüsusi önəm daşıyan kəlmələri sizinlə bölüşürəm.
Kəlmələr qrupu Məcazlar qrupu
Görmək Hər şey çox dəqiqdir
Baxmaq Göz-gözə
Parlaq Qaşla göz arasında
Fokuslanmaq Nə demək istədiyini
mənə göstər
Dəqiq olmaq Hər şey ortadadır
Müşahidə etmək Bu prizmadan baxsan
Görüntü Həyata rəng qatmaq
Rəngsiz Bu həyatın kor nöqtəsini
kəşf etdim
İfşa etmək Yolun sonu görünür
Qaranlıq Gözləri kor olmaq
Eşitməyə Meylli Qadın və Kişilər Üçün Xüsusi Əhəmiyyət Daşıyan Kəlmələr
“Hər bir insanın dünyanı dərketmə və gerçəklik xəritəsi fərqlidir”.
“Mustafa Kılınç”
Bu kateqoriyaya aid qadın və kişilər üçün səslər çox önəmlidir. Səslər onlar üçün hər şeydir. Belə insanlarla birlikdəsinizsə, səsinizdən yaxşı istifadə edin.
Kəlmələr qrupu Məcazlar qrupu
Səssiz Qulaqları kar etmək
Ahəngli Zəng çalmaq
Kar olmaq Sözbəsöz
Danışmaq Dili dolaşmaq
Çingildəmək Bülbül kimi ötmək
Gurultu Uzlaşmaq
Harmoniya Şeir kimi danışmaq
Dalğa Dili tutulmaq
Eşitmək Şadlanmaq
Danışmaq Of, aman
Ünsiyyətin mənası aldığınız reaksiyadır!
“Kəlmələrin gücünü bilmədən insanları anlamaq qeyri-mümkündür”.
Konfutsi
Təmasa Meylli Qadın və Kişilər Üçün Xüsusi Əhəmiyyət Daşıyan Kəlmələr
“Hisslər olmadan heç bir qaranlıq aydınlığa çıxmaz, heç bir ətalət hərəkətə çevrilməz”.
K.Yunq
Həyatda iki tip insan var. Tozu dumana qatanlar, toz-dumanı udanlar.
Tozu dumana qatanlar üzüyola və rahat insanlardırlar. Xöşbəxt ola da, olmaya da bilirlər. Bir gün sevilməz, o biri gün sevilərlər.
Toz-dumanı udanlar isə son dərəcə bəsitdirlər, hisslər baxımından da risksiz həyata üstünlük verirlər. Çox ağlamağı sevməzlər. Münasibətləri, sevgiləri və ehtirasları da bəsit olur. Çox vaxt ehtirassızdırlar. Bu qrupa aid olan qadın və kişilər hiss baxımından riskə getməkdən qorxarlar. Dərin duyğular hiss etməyə başlayanda da qorxar, özlərindən qaçarlar. Eyni zamanda sevdikləri insanı incitməmək üçün hisslərini fəda edərlər. Sonra da bütün hisslərini öldürüb ən sevdikləri insanın belə, həyatını cəhənnəmə cevirərlər.
Kəlmələr qrupu Məcazlar qrupu
Hiss etmək İliklərində hiss etmək
Təmas etmək Üstünə basmaq
Yumşaq Yaranı deşmək
İsti Özünə hakim olmaq
Nahamar Köklü
Kobud Qəzəblənmək
Qadınlar nə istəyir, kişilər nə verir?
Tərpətmək Xüsusi qeyd etmək
Vurğulamaq Soyuqqanlı olmaq
İncimək Təmas qurmaq
Ağır Ağır olmaq
“Həqiqətləri görən gözləriniz deyil, beyninizdir. Sağ beyninizi hərəkətə gətirərək uğur dünyasının qapılarını aça bilərsiniz”.
“Mustafa Kılınç”
Qadın və Kişilərin Ən Səmərəli
Ünsiyyət Şifrəsi
“Bir insanın strategiyalarını bilmək, onu fəth etməkdir”.
“Mustafa Kılınç”
Siz də ünsiyyətin şifrələrini müəyyən edin. Necə ünsiyyət qurursunuz? Kim, kimə nə ötürür? Necə ötürür? İnsan faktorunu formalaşdıran beyin, dil və davranış üçbucağıdır. Hər bir insanın beyni və strategiyası bir-birindən fərqlidir (dünyanı dərketmə formamız, qərar vermə mərkəzimiz və s.). İş, tətil, idman, ünsiyyət, fərdi qabiliyyət, satınalma, zaman, sevinc, gələcək, uğur, yemək və razı salmaq – bu istiqamətlərdəki şifrələrinizə aparan yollar aşağıdakılardır.
Aşağıdakı suallara dürüst cavablar verərək şifrənizi tapa bilərsiniz.
Sualları çox düşünmədən cavablayın.
1. Toplantıda bəyəndiyiniz biriylə tanış oldunuz. Onu düşünərkən ilk əvvəl:
a.üzünü, geyimini;
b. sizə söylədiyi sözləri;
c.əlinizi sıxarkən ovuclarının istiliyini xatırlayardınız.
2. Biri sizə ünvan tərif edərkən hansı üsülla izah etməsini istərdiniz?
a. gedəcəyiniz yolu kağız üzərində izah etməsini;
b.ünvanı tərif edərkən tanıdığınız bina və yerləri qeyd etməsini;
c. lazımi məlumatları aldıqdan sonra gedəcəyiniz yeri fəhminizlə asanlıqla tapa bilirsiniz.
3. Qərar verməzdən əvvəl:
a. olacaqları beyninizdə canlandırırsınız;
b. zehninizlə seçimləriniz arasında tərəddüd edirsiniz;
c. içinizdən gələn hissə görə qərar verirsiniz.
Qadınlar nə istəyir, kişilər nə verir?
4. Bir yaxınınız uzun bir iş səyahətindədir və sizə bir bağlama göndərir.
a. içindən sizə yazdığı bir məktubun çıxmasını;
b.öz səsi ilə oxuduğu romantik bir mahnının müşayiəti ilə sevgisini ifadə edən bir kasetin çıxmasını;
c. onu xatırladan ətir sıxılmış bir əşyasını göndərməsini istərdiniz.
5. Riyazi bir problemi həll edərkən
a. rəqəmlər gözünüzün önündə canlanır;
b. rəqəmləri beyninizdə sayırsınız;
c. barmaqlarınızın köməyi ilə işinizi asanlaşdırırsınız.
6. Bu bacarıqlarınızdan hansına etibar edirsiniz?
a. bir dəfə gördüyüm üzü asanlıqla unutmuram;
b. bir mahnını bir neçə dəfə dinləyəndən sonra oxuya bilirəm;
c. ilk dəfə yediyim yeməyin içində nələrin olduğunu müəyyən edirəm.
7. Sevmədiyim bir insanın:
a.üzünü görəndə narahat oluram;
b. səsini eşidəndə narahat oluram;
c. yaxınımda olanda narahat oluram.
8. Yeni bir avtomobil alanda mənim üçün:
a. görünüşü əhəmiyyətlidir;
b. sürəti və motorunun səsi əhəmiyyətlidir;
c. içinin rahatlığı və oturduğum yerin yumşaqlığı əhəmiyyətlidir.
9. Tətil üçün yer seçərkən həmin yerlə bağlı:
a. həmin yerlə bağlı bukletləri görmək istəyirəm;
b. həmin yerə getmiş dostlarımın fikirlərini əsas götürürəm;
c.əsas məsələ qumun yumşaqlığını və dənizin qoxusunu hiss etməkdir.
10. Bir iş üçün eyni bacarığa sahib 3 insan müraciət edir. Hansına üstünlük verərdiniz?
a. gözəl, yaraşıqlı görünüşü olana;
b. adi görünüşlü, lakin üzüyola və təsirli səs tonu olan birinə;
c. tərziylə xüsusi seçilməyən, lakin sizdə etibar və inam yaradan birinə.
11. Mən insanların daha çox……………..başa düşdüyünü düşünürəm.
a. baxışlarla;
b. sözlərlə;
c. toxunaraq.
12. Əvvəllər etdiklərimi tam olaraq xatırlamaq istəsəm, ağlıma ilk gələn…..
a. gördüklərimdir;
b. eşitdiyim sözlərdir;
c. keçirdiyim hisslərdir.
Bu sualları cavablandırmaq, təbii ki, özünüzü tanımağınız üçün kifayət etməyəcək. Lakin yenə də yaxşı bir başlanğıc olacaq.
Zəhmət olmasa, testdəki cavablarınıza uyğun olaraq aşağıdakı bölmələri doldurun.
a.=………
b.=………
c.=………
Daha çox “a” variantını seçmisinizsə, görünüşə meylli insansınız.
Daha çox “b” variantını seçmisinizsə, eşitməyə meylli insansınız.
Daha çox “c” variantını seçmisinizsə, təmasa meylli insansınız.
“Əsas məsələ hansısa bənd üzrə güclü olmaq deyil, bu bəndlər üzrə tarazlığı təmin etməkdir”.
“Ünsiyyətin sehri – düzgün bədən dili, səs tonu və düzgün kəlmələri tapmaqda gizlənib”.
“Mustafa Kılınç”
ÜÇÜNCÜ HİSSƏ
Gözlər Beynin Güzgüsüdür
Ünsiyyətdə olduğunuz insanların göz hərəkətlərini, baxış istiqamətlərini mənimsəyə bilməyiniz ünsiyyət zamanı istədiyiniz nəticəni təmin edər. Bu günə qədər bizə “gözlər qəlbin güzgüsüdür, onlar yalan söyləməzlər” deyiblər. Təbii ki, biz də inanmışıq. Halbuki həqiqət heç də belə deyil. Əslində gözlər qəlbimizin yox, beynimizin güzgüsüdür. Yalan və doğrunu bizə onlar söyləyir.
Siz danışarkən, yazarkən və düşünərkən gözləriniz sağa-sola, yuxarıya- aşağıya, qulaq istiqamətinə hərəkət edər. Bunların gəlişigözəl hərəkətlər olduğunu düşünürsünüzsə, yanılırsınız. Siz hələ danışmağa başlamazdan əvvəl gözləriniz düşüncələrinizlə əlaqəyə girərək hərəkətə keçər.
“Sevmək bir-birinə deyil, birlikdə eyni istiqamətə baxmaqdır”.
A.Ekzüperi
Göz şüursuzcasına hərəkət edər və bunun fərqində belə, olmaz. İnsanlar danışarkən öz göz hərəkətlərini izləmək istəsələr, bunu bacarmazlar. Göz hərəkətləri onları başqası izləyərkən faydalı bir ipucu verə bilər. İnsanların sol tərəfə baxması nəyisə xatırladığını, sağ tərəfə baxması beynində nəyisə qurduğunu göstərir.
Qarşınızdakı qadın və ya kişi danışarkən:
– Yuxarı baxırsa, görünüşə meylli olduğuna;
– Sağa-sola (qulaq istiqamətinə) baxırsa, eşitməyə meylli olduğuna;
– Aşağı baxırsa, təmasa meylli olduğuna və ya “ürəyində danışan” biri olduğuna işarə verir.
Qarşınızdakı insanların nə düşündüklərini, hansı xarakterə sahib olduqlarını, sizə qarşı dürüst olub-olmadıqlarını müəyyən edəcək göz hərəkətlərinin məna və formalarını sizlərlə bölüşəcəm. Aşağıdakı mənzərə sağ əldən istifadə edənlərə, onun əksi isə solaxaylara aiddir.
“Kiçik nöqtələr böyük fərqlər yaradır”.
“Mustafa Kılınç”
(Karikatura 6)
