Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.
Kitabı oku: «Qadinlar Nə Istəyir? Kişilər Nə Verir?», sayfa 4
Gözlərini Hədəfinə Doğru Yönəlt
“Əslində görən gözləriniz deyil, beyninizdir”.
“Mustafa Kılınç”
Həyatla bağlı bir məsləhət istənildiyində 87 yaşlı kor bir adam – A.Ortiz bu cavabı verib: “Ey gənc, qaçarkən dağın başına bax. Gözlərini dağdan ayırma, kilometrlərin ayaqlarının altında əriyib getdiyini hiss edəcəksən. Nə vaxt ki, həyatın çətinlikləri ilə üzləşdin, dağın başına baxdığını xatırla. Bu zaman çətinliklər nə qədər böyük görünürsə-görünsün cəsarətini qıra bilməyəcək”.
(Karikatura 7)
Qadın və Kişidə Hədəfə Vuran Göz Şifrəsi
“Gözlərimiz həyatın həqiqətlərini əvvəlcədən mühakimə etmədən və hərtərəfli görməyi öyrənməlidir”.
“Mustafa Kılınç”
Aşağıda bölüşəcəyim “göz ünsiyyəti” tablosu sizin fərqli olmağınızı təmin edəcək. Bu şifrədən istifadə edəndə nəticələrinə çox təəccüblənəcəksiniz. Gəlin, keçək şifrəyə.
(Şəkil 3)
Göz Hərəkətlərindəki Gizli İpucları
“Gözlərdəki dəyişikliklərə baxaraq, bir insanın zehni və emosional vəziyyəti haqda vacib məlumatlar əldə edə bilərsiniz”.
“Mustafa Kılınç”
Verəcəyim ipucları sizə güc, uğur və sevgi qazandıracaq. Sadəcə, oynayın, həyatdan zövq alın.
İnformasiya = Güc = Məsuliyyət
(Vizual görüntülər)
Sağa – yuxarı doğru: Gözlər sağa – yuxarıya doğru baxırsa, vizual quruluş verməklə məşğuldur. (G.K.) Əvvəllər görmədiyi insanları və ya əşyaları, yaşanmamış hadisələri, yaxud yaşadığı, lakin dəyişdirmək istədiyi təcrübələrini təsəvvür edərkən gözlər sağa – yuxarıya tərəf baxır. Vizual quruluş verməyə başladığınız andan gözlər sağa – yuxarıya tərəf hərəkət edər.
Qadınlar nə istəyir, kişilər nə verir?
(Vizual xatırlanan görüntülər)
Sola – yuxarıya tərəf: Gözlər sola – yuxarıya tərəf baxırsa, deməli, vüzual olaraq nəyisə xatırlayıb. Daha əvvəl görülmüş insanlar və əşyalar, yaşanmış hadisələr vizual xatirələrdə canlanır. İnsanlara keçmişə dair nəyisə təsvir edən suallar verildiyində cavabdan əvvəl gözlərini bu şəkildə hərəkət etdirirlər. Bu zaman insanın baxışları donuq və boş olsa belə, yenə beynində nəyisə təsvir edən düşüncələr olur. (Məsələn, xöşbəxt bir anın xatırlanması, avtomobilin rəngi, uşaqkən otağının rəngi və s.)
(Yaradılan səslər)
Sağ tərəfə (qulaq istiqamətinə) doğru: İnsanların sağ tərəfə baxmaları bir şeyin səsinin necə olacağını təsəvvür etdiklərini göstərir.
Daha əvvəl eşidilməmiş səslər, ifadələr düzəltməyə çalışıldığında gözlər bu formada hərəkət edər (qatar fitinin kitabı vərəqləmə səsinə çevrildiyini təsəvvür etmək).
Gözlər beynin güzgüsüdür
(Xatırlanan səslər)
Sol tərəfə (qulaq istiqamətinə) doğru: İnsanların sol tərəfə baxmaları eşitdikləri bir şeyi xatırladıqlarını göstərir. Bu zaman əvvəllər eşitdiyi, yaşadığı təcrübələrə aid səsləri xatırlamağa çalışır. Keçmişdə yaşanmış bir təcrübəyə aid səslər xatırlanarkən gözlər sol tərəfə baxır. (Avtomobil motorunun səsini, axan suyun səsini, sevdiyiniz dostunuzun səsini xatırlamaq kimi).
(Hisslər və vücud həssaslığı)
Sağa – aşağıya tərəf: İnsanların sağa – aşağıya tərəf baxmaları, fiziki və emosional hissləri ilə əlaqəyə girdiklərini göstərir. Eyni hisslər təkrar yaşandığında, toxunuşlar və ya vücuddakı emosional hərəkətlər yenidən xatırlandığında gözlər sağa – aşağıya tərəf baxır (pişiyin tüklərinin yumşaqlığını, yalın ayaqla xalçaya toxunduğunuzu düşünmək kimi).
Qadınlar nə istəyir, kişilər nə verir?
(Daxili dünyası ilə dialoq)
Sola – aşağıya tərəf: İnsanın sola – aşağıya tərəf baxması daxildə özü ilə danışdığını göstərir. NLP-də buna öz daxili ilə dialoq deyirlər. İnsan özü ilə danışdığında bu yönə baxır. Səhv qərar verdiyini düşünən insanlar problemi həll etməyə çalışanda bu formada davranırlar. İnsanın özüylə söhbəti, adətən, hər hansı bir problemlə bağlı olur və bu zaman insan daha çox aşağıya doğru baxır. Bu da insanın səhv təcrübələrə proqramlanmasına və aşağı baxdığı üçün ətrafı ilə əlaqəni kəsməsinə səbəb ola bilir (Dövlət himninin əzbərdən oxunması, hər hansı məsələ ilə bağlı özünüzə təsəlli vermək kimi).
İnsanların yaddaşlarındakı qeydləri xatırlama formaları fərqlidir. Xatirələri şüurlu formaya salmaq üçün istifadə olunan sistemə “qabaqcıl sistem” deyilir. Qabaqcıl sistem təmsiledici sistemlə eyni və ya fərqli ola bilir.
Gözlərin verdiyi ipucları insanların hansı təmsiledici sistemdən istifadə etdiklərini ortaya qoyur. Bu, şüurlu şəkildə konkret bir təmsiledici sistemə çatmağımızı asanlaşdırır. Çünki tam olaraq hara baxdığımızı bilmiş oluruq.
Qorxduğumuzda və ya utandığımızda yerə tərəf baxmağımız kinestetik hisslərimizi ifadə edir. Dad, qoxu və duyğuları yaratmaq yox, hiss etmək olar. Qarşınızdakı insan sizin sağ ayağınıza tərəf baxırsa, ona hər hansı məlumat verməyin və ya nəsə deməyin mənası yoxdur. Çünki o insan həmin vaxt özü ilə dialoq yaradır.
Qadın və Kişinin Göz Ünsiyyəti Dilindən İstifadəsi
“Böyük sevginin olduğu yerdə böyük möcüzələr var”.
Villa Kater
İndiyə qədərki yolculuğumuzda gördük ki, insanların düşünmə seçimlərini müəyyən etmək üçün fərqli üsullar var. İndi sizlərlə birlikdə maraqlı bir test edəcəyik. Başqalarından fərqli olduğunuzu göstərən bu testlər uğurun, sevginin, rahatlığın həzzini yaşaya bilməyiniz üçün hazırlanıb. Gəlin, “gözlərin dilinə” doğru səyahətə çıxaq.
Bu andan etibarən ünsiyyətdə olduğunuz qadın və ya kişinin göz hərəkətlərini təhlil edin. Bunu edərkən özünüzə bir videokamera kimi yanaşın. Əvvəlcə sadə bir müşahidə aparın. Nəyi görəcəyinizi, göz hərəkətlərinin hansı nöqtəyə doğru yönələcəyini izləyin. İkinci mərhələdə müxtəlif suallar verin və hər sualdan dərhal sonra qarşınızdakı insanın göz hərəkətlərini izləyin. Verdiyiniz sualdan asılı olaraq qarşınızdakı görünüşə fokuslanıbsa, sola – yuxarıya; səslərə fokuslanıbsa, sol qulaq istiqamətinə; sualla bağlı daxili ilə dialoqdadırsa, gözlərini sola – aşağıya doğru hərəkət etdirəcək.
Qadınlar nə istəyir, kişilər nə verir?
Sualınız gələcəyə dair qərar, layihə və hədəflərlə bağlıdırsa, göz hərəkətlərinin sağa tərəf olduğunu görəcəksiniz. Bu, əsasən, sağ əlindən istifadə edənlər üçün keçərlidir. Bunun əksi isə solaxaylara aiddir.
“Həyat dediyiniz yolculuq – razı salmaq və razı olmaqdır”.
“Mustafa Kılınç”
Bunları bilmək Sizə nə verir?
Qarşınızdakı insanın istifadə etdiyi danışıq və düşünmə formasını bilməyi
İstiqamətləndirmək və razı salmaq üçün lazım olan vasitələri bilməyi
Təsirli ünsiyyətin gücündən istifadə etməyi
İstəklərinizi həyata keçirmək, güc və uğur qazanmaq, mükəmməl bir sevgiyə nail ola bilmək üçün lazım olan yeganə şey gözlərdən təsirli şəkildə istifadə etməkdir.
Qadın və Kişidə Dörd Əsas Hiss
“Duyğular davranışlarımızın xəbərçisidir və bizlər duyğularımızla həmsöhbətik”.
“Mustafa Kılınç”
İstəsək də, istəməsək də duyğularımızla həmsöhbət olmağa məcburuq. Çünki hərəkətlərimizə əsas impuls verən duyğularımızdır. Sevimli müəllimim Antoni Robbins bizlərə duyğulardan bəhs edərkən dörd əsas qavrama üsulunun olduğunu demişdi. Altı illik peşəkar mütəxəssislik həyatımda bunları dəfələrlə sınaqdan keçirdim. Nəticə heç dəyişmədi. İndi sizlərə insanların duyğularını necə idarə etdiklərindən danışacam. İnsanlar duyğularını dörd şəkildə idarə edirlər.
“Yeni sevgilərin köhnə təcrübələrə heç bir aidiyyəti yoxdur.
Sevgi hər dəfə yepyenidir”.
Paulo Koelyo
Hisslərdən qaçmaq:
Hər birimiz bizə acılar yaşadan duyğulardan qaçmağa çalışırıq. Hətta bəziləri özünü təhlükəsiz hiss etmək üçün hər hansı duyğunu özünə yaxın buraxmır, həyəcanverici münasibətlərdən qaçır. Duyğularla bu şəkildə rəftar etmək çox pisdir.
Qadınlar nə istəyir, kişilər nə verir?
Xoş olmayan hisslərdən qaçmaq sizi bir müddət qoruya bilər. Amma sevgini, yaxınlığı və müvəffəqiyyəti sizdən uzaqlaşdırar. Halbuki bir vaxtlar sizə xoş gəlməyən hisslərdə də məna tapa bilərsiniz. O mənanı tapa bilsəniz, hisslərinizdən bir daha qaçmazsınız.
İnkar:
Duyğularla mübarizə aparmaq üçün tətbiq edəcəyiniz ikinci şey inkardır. Bəzən insanlar özlərini hisslərdən azad etmək üçün “bu o qədər də pis hiss deyil” deyirlər. Özlərini aldadırlar. Halbuki içləri qan ağlayır. Hisslərinizin sizlərə verdiyi mesajları görməməzlikdən gəlməklə vəziyyəti daha da pisləşdirərsiniz. Özünüzə və hisslərinizə qarşı dürüst olun. Hisslərinizin sizə vermək istədiyi mesajları görməməzlikdən gəlsəniz, o hisslər daha da güclənər və çoxalar. Ta ki diqqətinizi o hisslərinizə yönəldənə qədər.
Rəqabət:
Əgər hisslərinizin sizə verdiyi mesajı görmürsünüzsə, üstəlik başqaları ilə rəqabətə girib “mən səndən də pis vəziyyətdəyəm” deyirsinizsə, deməli, emosional fəlakətə sürüklənirsiniz. Bu hissləri keçirirsinizsə, bilin ki, özünüzü həmişə pis hiss edəcəksiniz. Əgər neqativ hisslər daşıyırsınızsa, bəzi xoş olmayan duyğuların pozitiv hisslərə səbəb olma şansını əldən verirsiniz.
Öyrənmə və istifadə etmə:
Yaxşı bir həyat istəyirsinizsə, hiss etdiklərinizin sizə faydalı olduğunu görməlisiniz. Allah bu dünyanı elə bir tarazlıqda yaradıb ki, hissləriniz həyəcan siqnalı çalır. Bunu görməməzlikdən gəlməməli, özünüzdən qaçmamalısınız.
Gözlər beynin güzgüsüdür
Hisslər sizin kompasınızdır. Onları izləyin və sizləri götürəcəyi yeri öyrənməyə çalışın. Kompasınızdan düzgün istifadə etməsəniz, fırtınada dənizin ortasında itər və boğularsınız. Özünüzü boğulma həddinə gətirməyə ehtiyac yoxdur. İstəmədiyiniz hisslərdən hər zaman qurtulmaq şansınız var. Bunun üçün NLPDAP üsullarından faydalana bilərsiniz (www.nlpdap.com). Hisslərdən qurtulmaq, onları sərbəst buraxmaq olduqca asandır. Hisslər həyatınızın daha keyfiyyətli olmasını təmin edən siqnallardır.
Həvəslə hərəkətə keçin. Hər problem həll olunmaq üçündür. Hisslərinizin sizi əsir almasına icazə verməyin. Hər şeydən əvvəl:
– Özünüzə olan inamı artırın.
– Qorxursunuz? Nədən qorxursunuz? Bu sualları vermək əvəzinə, “Necə cəsarətli ola bilərəm?” deyə sual edin. Sualın cavabını axtarın……..
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..
Hirsli və qəzəblisiniz; hirs və qəzəb şüuraltı göndərilən bir hissdir. Bundan mütləq qurtulmalısınız.
Küsəyənsiniz? Sizi incitmələrinə icazə verməyin. Siz icazə verməsəniz, heç kim sizi incidə bilməz.
“Bilin ki, hər şey məzmununa görə dəyişər”.
“Mustafa Kılınç”
Qadınlar nə istəyir, kişilər nə verir?
Nəfs və Təkəbbür
Nəfs, adətən, insanların daxilində olur. Bu cür hisslərin bir qismi faydalı olsa da, nəfsinə boyun əyənlər cox vaxt məğlub olarlar. Nəfs insanlara sahib olduqlarından daha çoxunu əldə etmək istəyi gətirir ki, bu da bədbəxtliyə yol açır. Hər ifrat duyğuda olduğu kimi, insanlar nəfslərində də özlərini tənzimləməyi bacarmalıdırlar. Yoxsa aqibətləri çox pis olar.
“Həyat okeanında üzmə ehtimalı varkən, bədbinliyinizin dənizində boğulmayın”.
“Mustafa Kılınç”
(Karikatura 8)
Gözlər beynin güzgüsüdür
“Həyatınızın müsbət və mənfi tərəflərinə baxsanız, görərsiniz ki, hamısını öz əllərinizlə meydana gətirmisiniz. Düşüncələrinizə əlavə etdiyiniz hisslər, səslər nə qədər güclü olsa, yaşam sürətiniz bir o qədər artar”.
“Mustafa Kılınç”
Qabaq Ağacı
Qocaman bir söyüd ağacının yanında bir balqabaq tumurcuqlayır. Yaz boyu o, söyüd ağacına sarılaraq uzanmağa başlayır. Yağışın və günəşin təsiri ilə sürətlə böyüyür və təxminən söyüd ağacı ilə bir boyda olur. Bir gün balqabaq dözməyib söyüd ağacından soruşur: “Sən neçə aya bu hündürlüyə çatdın? Ağac deyir: “On ilə”. “On ilə?” – deyə balqabaq gülərək çiçəklərini oynadır və deyir: “Mənsə təxminən iki aya sənin boyuna çatdım”. Ağac da “Elədir”, – cavabını verir.
Günlər keçir və payızın ilk küləkləri əsməyə başlayanda balqabaq əvvəlcə üşüyür, sonra da yarpaqlarını tökür. Soyuqlar gücləndikcə də aşağı enməyə başlayır. Balqabaq təlaş içində söyüd ağacından soruşur: “Mənə nə olur?”. Ağac deyir: “Ölürsən”. “Niyə?” – soruşur balqabaq. Söyüd cavab verir: “Mənim on ilə gəldiyim yerə iki aya çatmağa çalışdığın üçün”.
“SULAR YÜKSƏLƏNDƏ BALIQLAR QARIŞQALARI, SULAR ÇƏKİLƏNDƏ İSƏ QARIŞQALAR BALIQLARI YEYƏR”
“Tövsiyə edirəm ki, həyatınızı olduğu kimi yaşamağınıza nələrin mane olduğunu axtarıb tapasınız”.
“Mustafa Kılınç”
DÖRDÜNCÜ HİSSƏ
Qadınla Kişini Bir-Birinə Cəlb Edən Molekullar – İnanclar
“İnanclarınızın əsasında konkret faktlar yox, onların yaratdığı qavramlar yatır”.
“Mustafa Kılınç”
“İnsanlar hər zaman doğru bildiklərini edərlər və doğru seçimləri ortaya qoyarlar”.
(Karikatura 9)
Qadın və Kişi Olaraq Özünüzə
Olan İnamınız
“Hər gün yaşanaraq mənimsənilən inanclar mənliyinizin bir parçasına çevrilər”.
“Mustafa Kılınç”
Bu hissədə sizə inanclar və onların gücündən danışacam. Fərqində belə, olmadığınız, dəyişməsinin mümkün olduğunu düşünməkdən belə, qorxduğunuz inanclarınızın emosional qavrama proqramı ilə necə dəyişdiyini görəcəksiniz.
Neqativ və ya pozitiv olmasından asılı olmayaraq, sahib olduğunuz hər bir inancın bir formatı və standartı var. Əgər bu format bəlli olsa, inancları dəyişmək, gücləndirmək və ya başqa bir inancla əvəz etmək mümkündür. NLP öz gücünü burada göstərir. Dəyişiklik hər zaman çətindir və vaxt alır. NLP texnologiyaları ilə inancları asan və sürətlə dəyişmək olar. Məsələn, doğru olduğuna əmin olduğunuz bir inancı düşünün. Tutalım, insanlar yardımsevərdirlər. İnsanların yardımsevər olduğunu haradan bilirsiniz? Düşünərkən bəzi şəkillər, səslər və hisslər zehninizdə canlanmağa başlayacaq. Zehninizdə insanların hər zaman yaxşı olduğunu və bir-birilərinə xoş niyyətlə kömək etdiyini təsəvvür edəcək, eşidəcək və hiss edəcəksiniz.
Ola bilsin ki, bunları keçmiş təcrübələrinizdə yaşamısınız. Kimlərsə sizə kömək edib və ya siz kimlərəsə dəstək olmusunuz. Dolayısı ilə bu, düşüncə və hərəkətlərinizi gücləndirəcək.
İndi də bir anlıq xoşagəlməz bir şey haqqında düşünün, məsələn, qadınsınızsa, kişilərin, kişisinizsə, qadınların etibarsız olduğunu. Bu zaman keçmiş təcrübələrimizin fonunda münasibətlərimiz səs və hisslər şəklində beynimizdə canlanacaq. Və bizlər qarşı cinsin etibarsız olduğuna dair inancımızı bir qədər də möhkəmləndirəcəyik. Hər bir inanc sistemi NLP ədəbiyyatında alt sistem adlandırılan bəzi mənbələrə (şəkil, səs, hiss) sahibdir. Mənbələrin forması və sırası dəyişərsə, inanclar da o nisbətdə dəyişəcək. Keçmişinizi düşünün. İnanclarınızda hansı dəyişikliklər olub? Əvvəl nələrə, indi nələrə inanırsınız? Bunlar dəyişimin sübutlarıdır.
Qadınla Kişini Bir-Birinə Cəlb Edən Molekullar – İnanclar
Bununla yanaşı, inanclarımızın formalaşmasında kənar təsirlər böyük rol oynayır. Məsələn, təraş olmaq, makiyaj etmək, həmçinin siqaret çəkmək bir yeniyetmənin böyüdüyünü göstərir. Cəmiyyətdə hərbi xidmətə getmək də bu cür qarşılanır. Yəni hərbi xidmət keçmiş oğlanlar yetkin hesab olunurlar.
Həbsxana həyatı yaşamış insanlara cəmiyyətdə bir başqa cür baxırlar. Bəzi bölgələrdə qan davası ilə bağlı alınan qisas xüsusi bir əhəmiyyət kəsb edir. Əvvəllər də dediyim kimi, inancların formalaşmasında onların nə dərəcədə doğru olduğu önəm daşımır. Adətən, insanlar nəyə inanır və nəyi qəbul edirlərsə, onların doğruları da bu istiqamətdə formalaşır. Cəmiyyətdə ən çətin iş insanların inanc və dəyərlər sistemini dəyişdirərək mentalitetə dəyişiklik etməkdir. Bəşər övladının İntibah dövrünə qədər uzun illər xərclədiyini və böyük cəhdlər göstərdiyini nəzərə alsaq, görərik ki, toplumu əhatə edən dəyişikliklər üçün böyük enerji, güc və zamana ehtiyac var.
İnanc dəyişikliyinin çətin tərəflərindən biri də bu dəyişikliyi nəyə, kimə və hansı dəyərlərə görə etməkdir. Mənbələrin forması və sırası dəyişərsə, inanclar da o səviyyədə dəyişəcək.
İnanclar insanın özü və çevrəsi ilə bağlı baş verənlərə aid qənaətləri, ətrafındakı dünyaya məna verə bilməsi üçün yaratdığı və daxili aləmini idarə edən qaydalardır. Sahib olduğumuz dəyərlər inanclarımıza da təsir edir. İnanclar dəyərlər üzərində daha böyük təsirə malikdir. İnancları insanın böyüdüyü mühit, keçmiş xatirələr və təkrarlanan təcrübələr yönləndirir.
Qadınlar nə istəyir, kişilər nə verir?
Mənbəyindən asılı olmayaraq, inanclar insanları ya gücləndirir, ya da ona mane olur.
İnsanlar hansı inancların onları gücləndirdiyini, hansı inancların da onları zəiflətdiyini bilməlidirlər.
Doğru olduğu düşünülən, amma səbəb olduqlarıyla insanı uğursuzluğa sürükləyən inanclar var.
Ücretsiz ön izlemeyi tamamladınız.
