Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Sıfır nöqtəsində qadın», sayfa 3

Yazı tipi:

İki

Qoy danışım. Sözümü kəsmə! Səni dinləyəcək zamanım yoxdur. Bu axşam saat altıda məni aparmağa gələcəklər. Sabah səhər burada olmayacağam artıq. İnsan oğlunun bilmədiyi bir yerdə olacağam. Bu dünyada kimsənin bilmədiyi oraya yolçuluq edəcəyəm və bu yolçuluğumdan da çox məmnunam. Yaşamım boyunca mənə qürur verəcək, məni krallardan, prenslərdən və hökmdarlardan belə üstün qılacaq bir şey aradım. Nə zaman əlimə bir qəzet keçdi və o adamlardan biri ilə qarşılaşdımsa, dərhal üzlərinə tüpürürdüm. Sonra tüpürcəyimin üzərlərində quruduğu rəsimlərinə baxırdım. Bir rəsmə tüpürdüyümü görən olsa, o rəsmdəki şəxsi tanıdığımı sanar. Xeyir, tanımırdım. Mən yalnız bir qadınam. Qəzetdə rəsmi basılan bütün erkəkləri bir qadın tanıyamaz. Ayrıca, mən başarılı bir fahişə idim. Bir fahişə nə qədər başarılı olsa da, bütün erkəkləri tanıyamaz. Amma tanıdığım erkəklərin hamısı məndə tək bir istək oyandırdı: əlimi qaldırıb üzlərinə sərtcə bir şillə ilişdirmək. Fahişə olduğum üçün qorxumu makyajın altında gizlədim. Fahişəliyimdə başarılı olduğumdan, makyajım sürəkli yerində səliqəli və ən bahalısından idi. Hörmətli burjua qadınlarının makyajı kimi idi. Saçımı burjua qadınlarının getdikləri bərbərlərdə düzəltdirirdim. Seçdiyim rənglər təbii və ciddi idi. Beləcə dodaqlarım nə boyasız, nə də həddindən artıq boyalı görünürdü. Göz qələmim də yüksək vəzifəli adamların qadınlarının istifadə etdikləri növdən, cazibədarlıqla rədd etmənin qarışığından ibarət idi. Lakin təkcə makyajım, saçım və bahalı ayaqqabılarım “üst sinif”ə aid idi. Mən özüm orta məktəb diplomlu və arzularımla “orta sinfə” aid idim. Ailəmsə aşağı təbəqədən idi. Cahil və yoxsul bir kəndli olan atam həyat haqqında çox az şey bilirdi. Məhsul necə yetişdirilər, düşmənin zəhərlədiyi öküz ölmədən bazara necə çatdırılar, bakirə qız başlıq parasına necə satılar, məhsul yetişdikdən sonra qonşudan daha tez davranıb necə oğurlanar, kəndxudanın önündə necə iki qat əyilib əli öpülər və bu kimi işlər, atamın ən yaxşı bildikləri bunlar idi. Hər cümə təmiz paltar geyinib məscidə cümə namazına gedərdi. Namaz bitincə özünə bənzəyən adamlarla dolaşdığını görərdim. Cümə namazından danışar və pişnamazın ağıllara durğunluq verəcək üstün özəlliklərindən söhbət edərdi. Oğurluğun və adam öldürmənin günah olduğu bəlli deyildimi? Və ya bir qadının namusuna sataşmaq, ədalətsiz davranmaq, bir insanı döymək suç deyildimi? Davamı da var, itaət etmənin və ölkəni sevmənin bir görəv olduğunu kim inkar edə bilərdi ki? Allah eşqi ilə hökmdar eşqi bir və tam idi. Allah hökmdarımızı uzun illər qorumuş və ölkəmizin, ərəb ulusunun və bütün insanlığın ilham və güc qaynağı olaraq onun qalmasını sağlamışdı. Onların dar, dolambaclı yollarda başlarını heyranlıqla sallayıb mübarək imanın söylədiyi hər şeyi onaylayaraq yürüdüklərini görürdüm. Bir yandan da Allahın adını anaraq sürəkli alçaq səslə dua edər, bir an belə durmadan mızıldayıb pıçıldaşar, başlarını sallayar, əllərini ovuşdurardılar.

Başımın üstündə içi su dolu bir vedrə daşıyardım. Ağırlığından bəzən çiyənlərim çökərdi. Suyu dağıtmayacaq şəkildə özümü dəngələməyə çalışarkən addımlarımı anamın öyrətdiyi kimi atardım. Beləcə boynum dik durardı. O zaman hələ uşaq idim, məmələrim çıxmamışdı. Kişilər haqqında heç bir şey bilmirdim. Fəqət Allahın adını anıb şükr edər, qısıq səslə dualar oxuyardım. Onları başlarını sallar, əllərini ovuşdurar, öskürər, xirtdəklərini xırıltıyla təmizlər, qoltuq altı və bacaqlarının aralarını qaşıyarkən görərdim. Ətraflarında baş verənləri şübhə ilə, hiyləgər baxışlarla, hücum etməyə hazır gözlərlə, mənə qəribə bir şəkildə aşağılıq gələn yırtıcılıqla izlədikllərini görərdim. Bəzən hansının atam olduğunu ayırd edə bilməzdim. Çünkü hamısı bir-birinə və atama bənzəyirdilər. Bir gün anama atam haqqında sorular sordum. Atam olmadan məni necə doğurmuşdu? Anam məni yaxşıca döydükdən sonra əlində kiçik bir bıçaq, ya da lezva olan bir qadın çağırdı. Məni sünnət etdilər. Bacaqlarımı aralayıb vaginamın zövq nöqtəsini kəsdilər. Bütün gecə ağladım. Ertəsi gün anam məni tarlaya yolladı. Bəzi vaxtlar başımın üzərinə gübrə spirti qoyaraq tarlaya göndərərdi. Daxmamızda oturmaqdansa, tarlaya getməyi tərcih edərdim. Orada keçilərlə oynar, su dəyirmanına dırmaşır, çayda oğlanlarla üzərdim. Əhməd adlı bir oğlan suyun altında məni sıxışdıraraq qarğıdalı qarğılarından düzəlmiş kiçik bir sığınağa çəkdi. Orada məni samanların arasına yatırıb tumanımı çıxardı. “Evcik-evcik” oynayırdıq. Bədənimin tam olaraq bilmədiyim bir yerində həzz duyğusu oyandırdı. Daha sonra gözümü qapatıb əlimlə həzz yerimi tapmağa çalışdım. O nöqtəyə toxunduğum anda daha öncə duyduğum o həzz duyğusu geri gəlirdi. Sonra gün batışına doğru atamın qonşu tarladan məni çağıran səsini eşidincəyə qədər bu oyunu oynardıq. Əhmədi orada saxlamağa çalışırdım. Ertəsi gün gələcəyinə söz verərək qaçıb gedərdi. Anam məni bir daha tarlaya yollamadı.

Gün doğmadan öncə oyandırmaq üçün çiynimi dürtüklər, mən də səhəngi, ya da dolçanı alıb suya gedərdim. Geri qaayıdan kimi heyvanların ağılını təmizlər, qurumaları üçün təzəklərini günəşin altına bir yerə sərərdim. Sonra da qurumuş təzəkləri üst-üstə qalayardım. Çörək bişiriləcəyi günlər xəmir yoğurub təndirə çörək yapmasına yardım edərdim. Xəmir yoğurmaq üçün xəmir tabağını bacaqlarımın arasına qoyub yerə çömələrdim. Xəmir kündəsini düzənli aralıqlarla böyük tabağa düzərdim. Bəzən ocağın aşırı sıcaqlığı üzündən saçlarım yanardı. Ətəyim sıx-sıx qılçalarıma doğru sıyrılardı, amma əmimin yavaşca əyilib əlində oxuduğu kitabın altından uzanaraq qıçıma yaxınlaşan əlini görənə qədər buna fikir verməzdim. Bir an sonra əlinin təmkinli, gizli titrək hərəkətlərlə bacaqlarımın arasında gəzindiyini hiss edərdim. Evin girişində ayaq səsləri duyulur-duyulmaz əlini çəkərdi. Ancaq evdə heç bir səs olmaz və sükut yalnızca ocağa qoyduğum odunların yanma cırıltıları ilə pozulardı. Bəzən də əmimin xorultuları və tam nə dediyi anlaşılmayan sözlərlə sükut qırılardı. Əmimin əlləri budlarıma sımsıxı yapışardı. O da Əhmədin daha öncə etdiyini, hətta daha da artığını edirdi. Ancaq bədənimin bilmədiyim yenə də tanış bir nöqtəsindən yayılan o güclü həzz duyğusunu artıq hiss etməzdim. Gözlərimi yumar, tanıdığım həzzə boş yerə çatmağa çalışardım. Sanki o nöqtəni artıq heç tapmayacaqmışam kimi, ya da mənim varlığımın bir parçası getmiş də geri dönməyəcəkmiş kimi gəlirdi. Əmim gənc deyildi. Məndən çox böyük idi. Mən balaca bir uşaq olanda, hələ oxuma-yazma bilməzkən o, tək başına Qahirəyə Getmiş, Əl-Əzhər universitetində dərsinə davam etmişdi. Əmim əlimə bir təbaşir verərək, daş taxtaya yazı yazdırdı: əlif, ba, cim, dal, … Bəzən bunları onun deməsindən sonra təkrarlamamı istərdi: “Əlifin üstündə bir şey yox, ba və cim hərflərinin altında bir nöqtə var. D hərfində heç bir şey yox.” İbni-Məlikin şeirlərini əzbərdən oxuyurdu. Onun dediklərini edər, hərfləri təkrarlardım.

Tətil sona çatanda əmim eşşəyə minərək Delta dayanacağına gedərdi. Yumurta, pendir, çörək, kitab və paltar dolu böyük səbətini daşıyaraq onun arxasınca yürürdüm. Yol boyunca, durmadan Məhəmmədəli paşa caddəsində, Qalanın yaxınındakı otağından, Əl-Əzhərdən, tramvaylardan, Qahirədə yaşayan insanlardan danışardı. Dadlı bir səslə şərqi söylədiyində bədəni eşşəyin hərəkəti ilə uyum içində yırğalanardı:

 
“Mən səni dərin dənizlərdə tərk etmədim,
Sən məni quru torpaqlara buraxdın.
Mən səni parlaq altunlara dəyişmədim,
Sənsə məni qara pula satdın.
Leylim oy
Oy mənim gözüm oy …”
 

Əmim qatara minib əl yellətməyə başlayanda, məni də aparması üçün ağlayaraq ona yalvarardım. Ancaq əmim “Qahirədə nə iş görəcəksən?” deyə sorardı. Ona “Əl-Əzhərə gedib sənin kimi oxuyacağam” deyərdim. O zaman gülər və Əl-Əzhərin yalnızca oğlanlar üçün olduğunu söylərdi. Mən də ağlar, qatar hərəkət etməyə başlarkən əlindən yapışardım. Əmim əlini zorla əllərimdən çəkib çıxarardı. Beləcə boynum bükük, başım önümdə geri dönər, evə gedən yolda yürürkən, kim olduğumu düşünərdim. Ağlımda bir sürü suallar dolaşardı: Mən kiməm? Atam kimdir? Ömrüm heyvan təzəklərini toplamaqlamı keçəcək?

Atamın evinə döndüyümdə oraya ilk dəfə gələn bir yabancı kimi, kərpiç divarlara baxırdım. Sanki orada doğulmamış, göy üzündən düşmüşdüm, ya da yeddi qat yerin altından çıxmışcasına şaşqınlıqla, aid olduğum bir yerdə, mənim olmayan bir evdə, atam olmayan bir atadan, anam olmayan bir anadan doğulmuşam kimi çevrəyə baxırdım. Məni dəyişdirən, əmimin Qahirədən, orada yaşayan insanlardan danışmasımıydı? Gerçəkdən anamın qızımı idim, yoxsa başqa birisininmi? Yoxsa anamın qızı olaraq doğulmuş da sonradan başqa birimi olmuşdum? Ya da anam, ayırd edilməyəcək qədər özünə bənzəyən başqa bir qadınamı dönüşmüşdü? Anamın ilk gördüyüm halını xatırlamağa çalışdım. Bir cüt göz xatırlaya bilirdim. Özəlliklə gözlərini xatırlayırdım. Rəngini, ya da biçimini tanımlayamazdım. Bunlar gözləmlədiyim gözlərdi. Məni gözləyən gözlərdi. Bu gözlərin gördüyü sahələrdə olmasa da, bu gözlər məni görər, haraya getsəm izlərdi. Öylə ki, yürüməyi öyrənərkən yıxıldığımda məni tutub yerdən qaldırardı. Nə zaman yürüməyə çalışsam yıxılardım. Sanki arxadan məni bir güc itələyərdi. Ağzım üstə yerə qapanardım, ya da sanki önümdən bir şey mənə toxunardı da arxası üstə yerə oturardım. Bu, məni əzmək istəyən heyvanın basqısı idi. Məni dərinliklərinə çəkmək istəyən torpağın çəkməsi kimi idi. Hamısının ortasında da mən var idim. Ayağa qalxmaq üçün əllərim və qollarımla mücadilə edən mən. Amma yıxılıb durardım. Ucsuz-bucaqsız bir dənizə atılmış, batmağa başladığında suyla, üzməyə başladığında küləklə qamçılanan bir nəsnə kimi, oradan oraya sürüklənərdim. Bir cüt göz dışında güvənəcək heç bir şeyim olmadan, dənizlə göy arasında sonsuza qədər batıb çıxmaq və bir cüt göz dışında, bütün gücümlə yapışdığım o gözlər dışında məni qaldıran heç bir şey olmadan… yalnız və yalnız o bir cüt göz məni qaldırardı sanki. İri və ya balaca olduqlarını bilmirəm. Kipriklərinin uzun, ya da qısa olduqlarını da xatırlamıram. Bütün anımsadığım qapqara iki yuvarlağın çevrəsində bəyaz iki həlqə idi. Ağın daha ağ, qaranın daha qara olması üçün bu gözlərə bir baxmam yetərdi. Sanki gizəmli bir qaynaqdan işıq alırdılar. Çünkü torpaq qətran qarası, göy üzü aysız-günəşsiz gecə qədər qaranlıqdı. Onun anam olduğunu anlaya bilirdim. Bədəninin qoruyucu sıcaqlığına doğru iməkləyərək soxulurdum. Daxmamız soyuq idi. Qışda atam mənim ot yatağımla yastığımı quzeyə baxan odaya daşıyar, ocağın olduğu odadakı bacanı qapadardı. Anam da yanımda qalıb məni isitmək yerinə, atamın yanına gedərdi.

Yayda anamın əlində içi soyuq su aftaba ilə atamın dizinin dibinə oturub onun ayaqlarını yuduğunu görərdim. Bir az daha böyüyüncə atam əlimə suqabını verərək ayaqlarını yumağı mənə öyrətdi. Artıq anamın yerini almışdım. Əskidən onun etdiyi işləri indi mən edirdim. Anam yoxdu artıq. Onun yerinə, əlimə vurub suqabını məndən alan başqa bir qadın vardı. Atam onun anam olduğunu söyləmişdi. Əslində anama çox bənzəyirdi. Eyni uzun paltarlar, eyni üz, eyni hərəkətlər. Fəqət gözlərinə baxdığım zaman onun anam olmadığını hiss edərdim. Bunlar yıxıldığım anda əlimdən tutub məni qaldıran gözlər deyildi. Bunlar içlərində günəş ya da ay işığı oynayırmış kimi olan, baxdığımda ağın daha ağ, qaranın daha qara olduğu, qapqara iki yuvarlağı çevrələyən ağappaq dairələr deyildi. Günün ən işıqlı, günəşin ən parlaq olduğu zaman belə, bu qadının gözlərinə sanki heç işıq toxunmamışdı. Bir gün başını əllərimin arasına alıb üzünü günəşə doğru çevirdim. Ancaq gözləri sönmüş iki lampa kimi donuq idi. Bütün gecə yatamadım. Yan tərəflərimdə yatan qardaşlarımı rahatsız etməmək üçün içqırdılarımı boğaraq tək başıma ağladım. Çoxları kimi mənim də bir sürü bacı-qardaşlarım var idi. Bunlar yazda artan, qışda titrəyib tüklərini tökən, yayda ishala yaxalanaraq zəifləyən, bir-birinin arxasınca bir küncə büzülüb ölən cücələr kimi idilər. Qız uşaqlarından biri öldüyündə atam hər zamankı kimi yeməyini yeyər, ayaqlarını anama yuyudar, sonra yatmağa gedərdi. Ölən uşaq oğlan olsaydı, anamı döydükdən sonra yeməyini yeyər, sonra yatağına gedərdi. Nə olursa olsun, atam əsla yemək yemədən yatmazdı. Bəzən evdə yeyəcək heç bir şey olmadığından hamımız boş qarınla yatağa gedərdik. Ancaq atamın yemək yemədiyi heç olmazdı. Anam onun yeməyini ocağın dəliklərindən birinin dibində gizlədərdi. Atam tək başına yeməyini yeyərkən biz də ac qarnımızla onun yeməsinə baxardıq.

Bir axşam əlimi tabağa uzatmalı oldum, əlimə sərt bir şapalaq ilişdirdi. Çox ac idim, hətta aclıq üzündən ağlaya da bilmirdim. Önündə oturub atamın yemək yeməsini izlədim. Gözlərim onun əlini barmaqlarının kasaya uzandığı andan, ağzına yeyəcək atmaq üzrə havaya qalxdığı ana qədər izləyirdi. Ağzı, yekəliyi və geniş çənəsiylə, dəvə ağzına bənzəyirdi. Üst çənəsi alt çənəsinə qıcırtılı bir səslə təzyiq göstərərdi. Hər tikəni öyləsinə çeynərdi ki, dişlərinin bir-birinə çarpıldığını duyardıq. Dili ağzının içində, sanki çeynəmə işinə o da qatılırmış kimi dönər, bəzən də ara-sıra dodağına yapışmış, ya da çənəsinə tökülmüş bir yemək parçasını yalayıb almaq üçün dışarı çıxardı. Yeməyin sonunda anam ona bir bardaq su gətirərdi. Suyu içər, ağzından sular saçaraq yüksək səslə gəyirər, ya da qarnı quruldardı. Bundan sonra odanı duman bulutlarına boğan qəlyanını çəkərdi. Qəlyanını xoruldadıb odanı dumana doldurub bitirdikdən sonra yatardı. Yatar-yatmaz da odanı onun xorultusu bürüyərdi. Onun atam olmadığını sezirdim. Bunu mənə kimsə söyləmədi, gerçəyin tam olaraq fərqində deyildim. Bir tək içimdə bunu hiss edirdim. Sirrimi kimsəyə söyləmədim, özümə saxladım. Yayda əmim gələndə məni də aparması üçün ətəyindən yapışıb yalvarardım. Əmim mənə atamdan daha yaxın idi. Çox da yaşlı deyildi, üstəlik yanında oturub kitablarına baxmama izn verərdi. Mənə əlifbanı o öyrətdi. Atam öldükdən sonra əmim məni ibtidai məktəbə yolladı. Daha sonra anam da öləndən sonra məni yanına alıb Qahirəyə apardı.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺110,06

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
110 s. 1 illüstrasyon
Tercüman:
Telif hakkı:
Alatoran yayınları / Алаторан
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre