Kitabı oku: «Ağ zanbaqlar ölkəsi», sayfa 3
Johan Vilhelm Snelman 12 may 1806-cı ildə Stokholm-da70 anadan olub və 4 iyul 1881-ci ildə isə Danskarbidə71 vəfat edib. Snelman dövrünün elmli şəxslərindən biri, fi-losofu və məşhur siyasətçilərindən idi. Ancaq onu daha çox tanıdan cəhət fin mədəniyyətini yaradan xalq müəl-limi olması idi. Snelman və dostları xalq müəllimləri kimi çalışaraq “Min bir bataqlıq ölkəsi”ni “Ağ zanbaqlar ölkə-si”nə çevirməyi bacardılar.
Finlandiyanın böyük müdriki hesab edilən Snelman bütün həyatı boyu bu həqiqəti həmvətənlərinin şüurları-na həkk etməyə çalışırdı: “Finlandiya hər zaman Rusiya və İsveç tərəfindən işğal edilmə təhlükəsi ilə üz-üzədir. Güclü və imperialist qonşularına qarşı dura bilmək üçün ölkəmiz mədəni və sivilizasiya baxımından onlardan yük-sək olmalıdır”.
Snelman nəşr etdirdiyi Saima72 adlı qəzetdə ölkə əha-lisinə daim bu fikirləri aşılamağa çalışırdı: “Bizim kiçik millətimiz böyük qonşularından daha yüksək sivilizasiya-ya sahib olanda təhlükə sovuşmuş olacaq”.
Finlər milli mədəniyyətlərinin inkişafı üçün uzun illər çalışıblar və bu gün bir çox Avropa ölkəsindən daha yük-sək mədəni səviyyəyə çata biliblər. Artıq onlar üçün bö-yük və kiçik qonşularının hücumları ilə azadlıq və müstə-qilliklərini itirmək təhlükəsi yoxdur.
Snelman yeni yetişən fin ziyalılarının ən gözəl nümu-nəsidir. O, bir ovuc gənc müəllim, din xadimi, vəkil və məmurla birlikdə xalqın təhsil alması, elmin yayılması üçün sanki səlib yürüşü73 elan etmişdir. Sayları çox az olan bir qrup insan isə ziyalılara məhz belə səslənirdi: “Ziyalı olmaq dəbə uyğun paltar, papaq geyinmək demək deyil. Ziyalılar xalqın beynidir. Xalqımız sizi yaxşı təhsil aldıqdan sonra yüksək gəlir əldə edib, gecələri əylənəsi-niz deyə o mövqeyə gətirməyib. Belələri həqiqi ziyalı ola bilməzlər. Onlar korlanmışlardır. Təhsil alanların hamısı milli düşüncəni inkişaf etdirməyə, milli ruhu oyandır-mağa, milli iradəni gücləndirməyə məcburdurlar. Kəndli-lərə, işçilərə, xalqın aşağı təbəqəsinə daha yaxşı mövqeyə necə yüksəlmək lazım olduğunu öyrədin! Xalqımıza var olmağın dəyərini bilməyi və qorumağı öyrədin. Quraq torpaqlarımızda hər kəndlinin, hər işçinin insan kimi da-ha sağlam, daha xoşbəxt, daha ağıllı bir həyat yaşaya bil-mək imkanlarını izah edin!
Xalqımıza necə çalışmaq lazım olduğunu öyrədin! Az xərclə daha möhkəm yaşayış binalarını necə inşa etməyi göstərin! Özlərinin və uşaqlarının sağlamlıqlarını necə qo-ruya biləcəklərini öyrədin! Xoşbəxt bir ailə həyatını necə qurmaq lazım olduğunu, qadının kişiyə, kişinin qadına necə davranmalı və uşaqlarını necə tərbiyə etməli olduğu-nu başa salın!
Xalqımıza hər işi vaxtında görmək, nizamlı və inti-zamlı olmaq vərdişini aşılayın! Özlərinin və başqalarının hüquqlarına hörmətlə yanaşmağı öyrədin! Bütün bu iş-lərdə özünüz şəxsən hər kəsə nümunə olun! Özünüzə və xalqa yol göstərin!
Bütün Suomini böyük bir ailə kimi qəbul edin. Bütün ölkəyə də elə o gözlə baxın. Unutmayın ki, ən yoxsul kö-mürçü, satıcı, qulluqçu və dul qadın və eyni zamanda da hamısı birlikdə fin xalqını təşkil edir. Onlar sizin qardaş-larınız, həmvətənlərinizdir. Onlara təhsil vermək, onları mədəni, sivilizasiyada daha qədim olan millətlərin sırası-na daxil etmək sizin vəzifələrinizdir.
Unutmayın ki, xalqın cəhaləti, kobudluğu, içki düşkü-nü olması, xəstəliyi, səfaləti, əxlaqsızlığı və ümumiyyətlə bütün mənfi xüsusiyyətləri sizin utancınız və günahınız-dır.
Bir qrup fin müəllimi, vəkili, məmuru və həkimi ziya-lılara belə səslənib və bu səpkidə yazılar yazırdılar. Snel-man onların arasında işgüzarlığı və həvəsi ilə fərqlənirdi. O, qışda xizəklə, yaz və yayda qayıqla, bəzən isə piyada Finlandiyanı qarış-qarış gəzərək xalqı marifləndirməyə çalışırdı. Meşələrdə və daş karxanalarında çalışan gənc və ya yaşlı ağıllı insanlarla qarşılaşdıqda onlarla söhbət edir, kitablar verir, ünvanlarını alır və hökmən məktublaşırdı. Snelman getdiyi hər qaranlıq məkanda bir çox problem-ləri həll edirdi. Həqiqətləri insanların beyinlərinə həkk etməyə çalışırdı: “Bütün ölkəni suvarmaq üçün bir neçə çay bəs etməz. Ən ucqar yerlərin belə göl, bulaq və çay ki-mi su mənbələrinə ehtiyacı var. Millətin mənəvi susuz-luğu da buna bənzəyir. Hər yerdə millətin başa düşə-düşə içə biləcəyi təzə bulaqlar tapılmalıdır”.
Snelman getdiyi hər yerdə insanların oyanışı üçün on-lara yol göstərir, davamlı əlaqə saxlayırdı. Yazılan mək-tublar ayrı-ayrı adamlar vasitəsilə ünvanlara çatdırılırdı. Snelman göndərdiyi məktublarda bəzilərini qınayır, bəzi-lərinə isə nəsihət verərək qarşılarında yeni vəzifə və öh-dəliklər qoyurdu.
Səfər etdiyi yerlərdə təhsil sahəsində çalışan könüllü-ləri ətrafına toplayaraq onlarla söhbətlər edirdi: “Baxın, çətənədən ip və kəndir necə hörülür? İncə, xam çətənə lif-lərini alıb nazik ip kimi bükürlər, sonra bir hissəsini bəra-bər hörərək qalın ipə çevirirlər. Yenə bu iplərin bir neçəsi-ni birləşdirərək kəndir hazırlayırlar. Bizim işimiz də belə-dir. Ziyalıların dağınıq şəkildə olan güclərini bir araya toplayaraq, iki milyonluq xalqımızı böyük qüvvəyə çevir-məliyik.
Snelman yay tətilində ətrafdakı müəllimləri bir yerə toplayaraq iki-üç həftəlik kurslar təşkil edirdi. Kurslarda yüzdən çox müəllim iştirak edirdi.
Ölkənin ucqar bölgələrində bütün qışı işləyib yorulan müəllimlərin çoxu əslində, peşələrindən və işlərindən razı deyildilər. Kurslara da həvəssiz qatılırdılar. Hətta bəziləri, – “Bu kurslar haradan peyda oldu? Müəllimlərə təhsil vermək nə deməkdir?” – deyərək narazılıq edirdilər. Snel-man bunların hamısını bilir, amma çox təmkinli davranır-dı. O, insanlara bir həkim gözü ilə baxır, – “Xəstələri müa-licə etmək lazımdır”, – deyərək işinə daha böyük həvəs göstərirdi.
Baş verənlərdən bezmiş, yorulmuş müəllimlərə kurs-larda belə müraciət edirdi: “Əziz qardaşlar! Öhdənizə düşən işin necə ağır və yorucu olduğunu bilirəm. Ucqar bölgələrdə hansı çətinliklərlə çalışdığınızı və göstərdiyi-niz səylərin xalq tərəfindən lazımi şəkildə qiymətləndiril-mədiyini də bilirəm. Maddi vəziyyətinizin yaxşı olmadı-ğını da bilirəm. Amma nə edək? Heç vaxt yaddan çıxar-mayın ki, biz milləti oyandırmaq üçün çıxdığımız yolun hələ ki lap başlanğıcındayıq. Yeni təhsil ordusunun öndə gedənlərindənik. Cəhalətlə mübarizədə bütün çətinliklərə sinə gərmək məcburiyyətindəyik. İlk vaxtlar bəlkə də bizi başa düşməyəcəklər. Amma fədakar olmalıyıq. Bəlkə, ara-mızda veriləcək qurbanlar da olacaq. Bu da zəruridir, on-dan qaçmaq mümkün deyil.
Mən sizi fədakarlığa dəvət edirəm. Yalnız özünü fəda etməyə hazır olanları çağırıram. Bağışlayın, açıq demək istəyirəm! Hər peşədə olduğu kimi, müəllimlər arasında da öz peşəsinə yad olanlar var. Onlar müəllimliyə xor baxan iş hərisləridir. Belələrinə dost kimi təklif edirəm ki, bu peşədən uzaqlaşsınlar. Özlərinə başqa iş tapsınlar! Getsinlər tacir olsunlar… Rəsmi qurumlarda məmur işlə-sinlər… Getsinlər ki, daha canlı, daha yüksək ruhlu insan-ların işləməli olduğu belə müqəddəs vəzifələrə layiq olan-lar gəlsin!
Mənim xahişimlə ölkəmizin ən böyük alimləri sizinlə konfrans keçirməyi qəbul ediblər. Onların söyləyəcəkləri fikirlərdən faydalanmağa çalışın. Bu kurslardan məktəb-lərə qayıtdığınız zaman siz də şagirdlərinizə öyrənmək is-təyi aşılayın!”
İbtidai təhsil verən müəllimlərin əksəriyyəti Snelmanın sözlərindən təsirlənərək onun ətrafında toplandılar, cəha-lətə qarşı mübarizədə köməkçisinə çevrildilər. Əksəriyyə-ti öz biliklərini artırmaq üçün yenilikləri öyrənməyə, us-tadlarının göstərdiyi yolla getməyə başladı. Onların hər biri bir müddət sonra ölkədə böyük mədəniyyət və sivi-lizasiya mənbəyinə çevrildilər. Beləliklə də ölkənin hər yerində yüzlərlə böyüklü-kiçikli Snelmanlar peyda oldu.
KİLSƏ
Snelman sevimli suomi xalqının oyanışını yalnız müəl-limlərdən gözləyə bilməzdi. Məmurların, həkimlərin, ra-hiblərin, tacirlərin, müəllimlərin, zabitlərin harda toplan-dığını eşidirdisə ora gedir, onlara həyəcanlı, coşqun nitq-lər söyləyirdi:
– Xalqımızı unutmayın! Hamınız bu xalqın içindən çıx-mısınız. Amma indi nə iş görürsünüz? Savadsız qardaşla-rınızdan qaçırsınız? Yoxsa xalqımızın daha yaxşı bir möv-qeyə yüksəlməsi üçün çıxış yolları düşünürsünüz? Xalqı-mızın oyanması və mədəni səviyyəsinin yüksəlməsi üçün nə iş görürsünüz?
Snelman rahiblərə deyirdi:
– Hörmətli müqəddəs atalar, Kilsənin keşişləri. Sizdən düşməniniz kimi yox, Kilsənin oğlu kimi, dinə rəğbəti olan insan kimi sizdən xahiş edirəm: həqiqətən, öz xal-qınızın keşişi olun! Rahiblər Kilsə məmurları deyil. Sizin işiniz təkcə dini ayinləri keçirməkdən ibarət deyil. Sizin vəzifəniz yalnız Kilsəyə xidmətə nəzarət də deyil. İsa Mə-sih hər şeydən qabaq insanlara dürüst, xeyirxah və əda-lətli olmağı öyrədirdi. İnsanların vicdanını oyadırdı. Ya-xınlara sevgiylə yanaşmağı aşılayırdı. Necə yaxşılıq etmə-yi öyrədirdi. İnsan-heyvanlardan, insan-vəhşilərdən necə Tanrının oğlu olmağı öyrədirdi. Xalqın qarşısına canlı hə-qiqətin canlı moizələriylə çıxın. Öz darıxdırıcı, ürəkbu-landırıcı keşiş dilinizdə danışıb, riyakar meyitlər kimi ölü sözləri səsləndirməyin. İsa Məsih indiki Suomiyə zühur edib, sizin xalqınızla necə danışardısa, siz də elə danışın.
Ey müqəddəs atalar və Məsihin keşiş tayfası, iki mil-yonluq gözüyaşlı fin xalqı adından sizdən xahiş edirəm: ölü sxolastikanızın74 qalın qatını canlı Məsihin üzərindən qoparıb atın və xalqa onun həqiqətlərini öyrədin. Qocalar və uşaqlarda, gənclər və orta yaşlı nəsildə canlı iradəni oyadın və Yevangeliyada deyilən kimi yaşayın.
Finlandiyanın paytaxtı Helsinqforsda xeyli yepiskop vardı. Bunu müzakirə edirdilər:
– Xalq arasında dinin ölüb getməsi;
– Kilsəyə etinasızlıq və ruhaniliyə hörmətsizlik;
– Bunlarla aparılacaq mübarizənin üsulları.
Snelman onların toplantısında məruzə etməyə icazə is-tədi. Əvvəlcə ona imtina edib dedilər:
– Yepiskopların yığıncağı dünya əhlinin yeri deyil. Snelman – ruhani təhsili olmayan insan Kilsənin yüksək iyerarxiyasına nə deyə bilər ki?
Onda Snelman açıq məktubunu Baş Kilsəyə göndərdi:
– Mən sizə nəsə öyrətmək fikrində deyiləm. Mən dün-ya əhliyəm, sizə də geniş və zəngin məbədlərinizin bizim kimilərə niyə soyuq gəldiyindən danışmaq istəyirəm. Xal-qın din və Kilsədən soyuduğunu deyib gileylənirsiz, mənsə bunun niyə baş verdiyindən söz açmaq istəyirəm. Sizdən xahiş edirəm ki, məni xalqın səsi kimi dinləyin, amma siz istəmirsiniz, məni yığıncağa buraxmırsınız. Siz şikayətini dinləmədiyiniz xəstəni necə sağalda bilərsiniz?
Yalnız bundan sonra Snelmanı toplantıya dəvət etdilər. O da yepiskoplara dedi:
– Mən sizi nə nədəsə günahlandırmaq, nə də danlamaq istəyirəm. Elə mənsiz də keşişləri qınayanlar çoxdur. Mən keşişləri günahlandırmıram. Özümü, cəmiyyəti, xalqı gü-nahlandırıram. Keşişlər nə göydən düşür, nə də onları ba-taqlıq küləyi gətirir. Bizim ruhaniyyətimizin qayğısına qalanların da əti ətimizdən, qanı qanımızdandır. Bizim keşişlərimiz necə olmasından asılı olmayaraq – yaxşı və ya pis – elə özümüzə oxşayırlar. Onlar da bizim aramız-dan çıxıb. Ona görə də keşişlərimizi qınayanı eşidəndə dərhal ona sual verirəm: “Bəs sizin aranızda dürüst, vic-danlı tacir neçə nəfərdir? Aranızda dürüst aşpazlar, vic-danlı bənnalar, memarlar, dəmirçilər çoxdurmu? Hansı peşə sahibləri sizi qane edir? Vəkillərinizi, deputatlarınızı, jurnalistlərinizi ölkənin siması hesab etmək olarmı? Nə is-təyirsiniz? Əgər aranızda bircə dənə də olsun, vicdanlı donuzotaran tapa bilmirsinizsə, onda nəyə görə içinizdə keşiş olmadığından gileylənirsiniz? Kilsəniz də elə sizin özünüzsünüz. Eləcə də keşişləriniz sizə oxşayır. Onlar da sizin xəmirdən bişib”.
Mən bura qətiyyən sizi nədəsə günahlandırmağa gəl-məmişəm, – bütün Finlandiyanın yepiskoplarının toplan-tısında Snelman deyirdi, – xəstə həkimin ayağına gedən kimi, mən də sizin yanınıza gəlmişəm. Gəlmişəm sizə de-yəm ki: “Xalq kobuddur. Xalq çox sərtdir. Xalq yalanlar içində boğulur. Xalq tamahkardır. Xalq heç kimi və heç nəyi saya salmır. Xalq heç kimə etibar etmir. Hamıya və hər şeyə şübhəli nəzərlə baxır. Burada dinin yeri haradır? Sizcə, belə mühitdə dini yada salan olarmı? Xalq arasında sadəcə bəzi qədimi Kilsə adətləri və ya xurafatın əlamət-ləri qalıb.
Məgər bunlar xalqın günahıdır? Kim və harda, nə vaxt və necə xalqa dindən danışıb? İsa Məsih, ondan sonra da apostollar özü xalqın arasına gəlirdi. Xalqla sadə, aydın danışırdılar. Misallarla. Pritçalarla. Qəlbləri və ruhları vəcdə gətirirdilər.
Və minlərlə insan Məsihin, İohanın ardınca düşüb səhraya gedirdi… Amma indi böyük bayramlarda belə, məbədlər bomboş olur! Adamlar Kilsə xütbələrindən qa-çırlar. Niyə? Ona görə ki, ölü insanlar xalqın nə ağlına, nə də ürəyinə təsir edə bilməyən ölü söz danışır. Düşünün, bu bəlanı aradan qaldırmaq üçün nə etmək olar? Bu, artıq sizin vəzifəniz, sizin işinizdir.
Sizə deyirəm ki, – Snelman davam etdi, – xalqın ruhu ağır xəstədir. Təhlükəli xəstədir. Din – insanın dünya ilə, başqa insanlarla, sahədəki hər bir otla arasında olan hiss-lərin əlaqəsidir. Əgər bu əlaqə yoxdursa, deməli, nə döv-lət, nə cəmiyyət, nə ailə, hətta insanın özü belə yoxdur. Xalq arasındakı dinsizlik təkcə Kilsənin məsələsi deyil, eyni zamanda, dövlətçiliyə təhlükədir. Kütlənin dinə eti-nasızlığı xalqın təhlükəli xəstəliyinə çevrilə bilər. Yüngül düşüncəli gənclik ağıldankəm liberalizm mütəfəkkirləri kimi nahaq düşünür ki, Allahsızlıq – azad düşüncənin əlamətidir. Allahsızlıq – xalqın inanc yeri, içindəki mü-qəddəsin məhvi deməkdir, bunun nəticəsi isə heyvan in-sanlar, əxlaqsızlıq, mənəviyyatsızlıq, kobud eqoizm, qul-durluq, ədəbsiz daxili intizamsızlıqdır.
Və mən – adi insan sizə – Kilsənin keşişlərinə deyirəm ki: “Tanrı xalqın qəlbində ölməkdədir”. Bu ölümdən qor-xulu nə ola bilər ki? Əgər siz öz qarşınızda, Tanrı və xalq qarşısında dürüst olmaq istəyirsinizsə, ətrafınızda günah-kar axtarmayın. İndiyə qədər (elə indi də) məzhəbçilərin qabağına çıxanı günahlandırdığı kimi, nə elmi, nə fəlsəfə-ni, nə də ziyalılığı günahlandırmayın.
Özünüzü günahlandırın!
Özünüzü sağaldın!
Xalqı necə öyrətməyi əvvəlcə özünüz öyrənin!
Tanrını birinci özünüz axtarın. Öz içinizdə. Özünüz üçün. Yalnız bundan sonra xalqa haqq yolu göstərə bilə-cəksiniz!
Təkrar edirəm: qəlbində Tanrı olmayan xalqın nicatı yoxdur. Kilsənin iyerarxiyası, sizə müraciətimi bu çağı-rışla bitirirəm: “Bizim xalqı xilas edin! Ona Tanrı verin! İnancın ölü formulunu yox, qəlbdəki Tanrının canlı duy-ğusunu bəxş edin!”
Snelman çıxışını bitirib yığıncaq qarşısında yüngül tə-zim etdi. Onun nitqi hərədə bir cür təəssürat buraxdı. Bəzilərini əsəbiləşdirdi. Onlar ucadan deyinməyə başladı:
– Biabırçılıq! Hörmətsizlik! Bu, Kilsəyə təhqirdir! Bizi ələ salmaqdır!
Başqalarısa – toplantıda onların sayı lap çox idi – su-surdu və bu susqunluq Snelmanın sözlərinə haqq vermə-yin etirafı idi. Onlar öz keşmişindən utanıb, eyni zaman-da gələcəyi düşüb sevindilər. Uşaqlıqda Snelmanın müəl-limi olmuş və hazırda yığıncaqda iştirak edən ən ahıl ye-piskoplardan biri natiqə yaxınlaşıb, möhkəm qucaqladı və dedi:
– Çox sağ ol! Köhnə müəlliminin qəlbini şad elədin! İndi deyə bilərəm ki: “Ya Öz qulunu sülhlə yola sal, ya da xilas olması üçün xalqımın gözünü aç!” Tanrı köməyin ol-sun! Xalqı ucalt, onu yaxşıların ən yaxşısı elə! Minnətda-ram sənə!
Yığıncaqdan sonra bəzi yepiskoplar öz yeparxiyasının keşişlərini bir yerə topladı. Onlar Kilsə vaizliyini canlan-dırmaq və ruhaniyyəti xalqa necə yaxınlaşdırmaq barədə uzun-uzadı, ürəkdən müzakirə apardılar. Necə əsl keşiş olmaq mövzusunda söhbət etdilər.
Keşişlər öz aralarında görüşlər təşkil etməyə başladı-lar. Birlikdə Yevangeliya oxudular. Düşüncələrini böyük həqiqətlərin dərinliyinə köklədilər. Sonra bu görüşlərə adi insanları da dəvət etməyə başladılar. Onlarla xalq dilində danışırdılar. Yeni mövzu və yeni məsələlərlə bağlı. Gənc-ləri, uşaqları bir yerə toplayır, onlara təsir etməyə çalışır-dılar. Nə ağılı, nə elmi, nə də həyatın sevincini lənətləmir-dilər, amma xahiş edirdilər ki, həmişə insanlar hər şeydə uşaq qəlbinin dürüstlüyü, gənclik idealizminin hərarətilə davransınlar.
Xalq kütlələri də onları anlamağa, ən yaxşı səviyyəli həyata can atmağa başlayırdılar. Çoxunun ürəyi sakitlə-şirdi. Ruhu dincəlirdi. Gözləri daha geniş və mehribanlıq-la baxırdı.
Snelman və dostları baxıb sevinir, belə deyirdilər:
– Bu da xeyrimizə işlədi. Xalqın aydınlanması məsələ-sində biz yeni və ən dəyərli həmkarlar tapdıq.
TƏLİMÇ İ MƏMURLAR
1816-cı ildə Finlandiyanın Rusiyaya ilhaq edilməsi şərtlərindən biri kimi bu ölkədə yeni konstitusiya qəbul edilmişdi və Finlandiya Milli Məclisi də həmin yeni sənə-də uyğun hərəkət edirdi. Çar I Aleksandr Rusiya idarə-çiliyinə keçən Finlandiyanın yeni konstitusiyasına həm özünün, həm də ondan sonra hakimiyyətə gələnlərin son-suza qədər hörmət edəcəyi ilə bağlı bəyanat vermişdi.
Bir dəfə Milli Məclisin açılışı münasibətilə məmurların yığıncağı keçirilirdi. Bu iclasda Snelman da iştirak etmiş və çıxış edərək İsveç hakimiyyəti dövründən başlayaraq fin məmurlarının fəaliyyət tarixinə nəzər salmışdı. Snel-man məmurlara səslənərək bunları söyləmişdi:
“İsveçlər çox yaxşı, çox ağıllı, çox namuslu və mədəni insanlardır. Mən isveçliləri sevirəm. Onların arasında çox yaxşı dostlarım var. İsveçin hər sahədə müvəffəqiyyət qa-zanmasını çox arzulayıram. Lakin eyni zamanda da, bi-zim unudulmuş və yoxsullaşmış ölkəmizin İsveç haki-miyyəti altından çıxmasına sevinirəm. Xalqımın İsveç dövlətindən deyil, İsveç məmurlarından xilas olmasını al-qışlayıram. Finlandiyadakı İsveç məmurları necə insanlar idilər? Onlar həm Finlandiya, həm də İsveç üçün bir çox narahatlıqlar yaratmışdılar.
İsveçin özündə olan məmurlar isə ağıllı, dürüst və ça-lışqan insanlardır. Ancaq bizim ölkəmizdə belə deyil. İs-veç hakimiyyəti bir çox ölkələrin etdiyi səhvləri təkrar-layır. Ən qabiliyyətli məmurlarını mərkəzə və daxildəki xüsusi əhəmiyyət kəsb edən şəhərlərə rəhbər təyin edir, paytaxtdan kənar, daha ucqar ərazilərə öz məmur sinfinin artıqlarını, ya da cəmiyyətdə mövqeyini itirmişləri (dek-las)75 göndərir.
Hər millətdə olduğu kimi bəzi kübar İsveç ailələrində də ərköyün, tənbəl, bacarıqsız, zərərli, ağılsız, içkiyə me-yilli və cəmiyyətə faydalı olmayan gənclər yetişir. Mək-təblərdən qovulmuş, heç bir ictimai təşkilata qəbul edil-məmiş, heç yerdə iş tapmayan, öz hesabına iş görə bilmə-yən, əslində heç işləmək də istəməyən bu gənclər bir müddət ailədən dolandıqdan sonra onların tapşırığı ilə öl-kəmizə məmur kimi göndərilir.
Bu cür qeyri-ciddi şəkildə təhsil alıb ölkəmizə gələn, sayları min, hətta iki minə çatan İsveç məmurundan bi-zim gələcəyimiz üçün faydalı nə gözləmək olar? Özünüz düşünün. Əksəriyyəti tüfeyli həyat sürən, aldıqları təhsil lisey və ya 2-3-cü sinif səviyyəsində olan, bütün günü vaxtlarını kef və eyş-işrət məclislərində keçirən bu sa-vadsız və işbilməz məmurlar ölkəmiz üçün hansı tale-yüklü məsələləri həll edə bilərlər ki?
Bu məmurlar işləmək istəmirlər. Əslində heç bacardıq-ları iş də yoxdur. Vəzifələrinə qarşı maraqsız olduqları qədər xalqa qarşı da qürurlu, özlərini bəyənmiş insanlar-dır. İşdə olarkən qəhvə içərək, siqaret çəkərək, qəzet oxu-yaraq, dostları ilə söhbət edərək və ya müzakirələr apara-raq vaxt keçirirlər. Bir iş üçün onlara müraciət edən insan-ları isə saatlarla gözlədirlər. Özlərindənrazı, işbilməz mə-murlar insanlara xidmət göstərməli olduqları halda onla-ra qarşı çox kobud rəftar edirlər. Saatlarla gözlədikdən sonra müraciətləri ilə bağlı bir cavab almayan adamlarsa dağılışıb gedirlər. Ancaq saatlarla gözləyənlər yuxulu, məlumatsız, eyni zamanda da hindquşu qədər məğrur olan məmurun qəbuluna düşə bilirlər. Müraciət edən şəxs ağzını açmağa macal tapmamış: “Bu gün çox məşğulam, sabah gəl”, – cavabını alır. Həmin şəxsin israr etməyinin də faydası olmur, – “sabah gəl” deyə sözündən dönmə-yən məmurun qəzəblənməsi isə müraciət edən şəxsin ida-rədən qovulması ilə nəticələnir.
İş vaxtı bitən məmurlar adətən əyləncə məkanlarında dincəlirlər. Bahalı içkilər su kimi axır, qadınlar ətrafinda fırlanır… Məmur da beləcə günün yorğunluğunu (!) ca-nından çıxarmış olur. Təbii ki, bu cür həyat tərzi çox pul tələb edir. Buna görə də xüsusi əhəmiyyətli dövlət işləri bu bataqlıqlarda rüşvətlə həll olunur. Bunları bilənlər isə yüksək səslə hesab soruşmaqdan qorxaraq, ancaq öz ara-larında pıçıldaşırlar.
Xalq ağlayır, inildəyir, şikayət edir, hirslənir, nifrət edir və “Madam ki, dövlət məmurları asan yolla pul qa-zanmaqla məşğuldurlar, biz niyə fürsətdən istifadə etmə-yək?”– deyərək millətin sərvətinı talan etməyə çalışır.
Şükürlər olsun ki, indi məmurların vəziyyəti belə de-yil. Yavaş-yavaş hər dövlət idarəsinə fin məmurlarımızı yerləşdiririk və ya Finlandiyada yaşayan isveçlərdən la-yiq olanları təyin edirik. Bu dövrün dəyərini bilin. Çalış-dığınız qurumda, vəzifədə elə ilk gündən yeni üsullar tət-biq edin. Köhnə iş qaydalarından uzaqlaşın. Tamamilə yeni və vacib üsullara müraciətə çalışın. Elə edin ki, hazır-kı dövlət müəssisələrində korlanmış köhnə idarəçilik for-masından heç bir iz qalmasın. Artıq xalq da bilsin ki, mə-murlar onun xidmətçisidir. İş üçün sizə müraciət edənlər-lə sıxıntı gətirən ağcaqanadlar kimi rəftar etməyin. Əliniz-dən gəldiyi qədər işləri asanlaşdırın, çətinləşdirməyin. Hər kəsə qarşı gülərüz və xoşniyyətli olun. Sonda xalq ba-şa düşsün ki, əgər bir iş sona çatdırılmırsa bu sizin etmək istəmədiyinizə görə deyil, qanuni olaraq edilməsi müm-kün olmadığına görədir.
Ücretsiz ön izlemeyi tamamladınız.