Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «İsa Muğanna xatirələrdə», sayfa 2

Kollektif
Yazı tipi:

Bəs niyə deyirəm ki, beynimdə heç nə qalmayıb? Özüm-özümə böhtan atmırammı? Axı bir qədər dərindən düşünəndə aydın deyilmi ki, nəslimin bioqrafiyasını xalqımın tarixindən ayırmaq olmaz. Xalqımın tarixini isə bütün bəşəriyyətin tarixindən ayırmaq olmaz.

Başlayıram doğulduğum gündən danışım, görək nə çıxır.

Bu əhvalat 1928-ci ildə, iyunun on ikisində olub.

Qazax qəzasının Muğanlı kəndinin camaatı yorğan-döşəklərini, xalı-xalçalarını, taxıl, un çuvallarını, yol azuqələrini arabalara doldurub, arabaların üstündə dəyə çubuqları ilə dəyə tikib, üstünə

qalıf, kilim örtüb yaylağa – “Göyqılınc” yurduna yola düşəndə Qarayazı meşəsinin ortasından keçən qədim karvan yolunda bir hadisə baş verib. Babam Omar birdən-birə arabanın qolunun üstündən yerə atılıb, kəllərin qabağına keçib arabanı saxlayıb, sonra üzünü o biri arabalara tutub, “Siz yolunuzdan qalmayın, mən bu gecə burda qalası oldum”, – deyib. Niyə? Maraqlananlara məlum olub ki, Omar ağanın oğlu Mustafanın arvadı Xədicənin ağrısı tutub. Arabanı bir hündür qol-budaqlı palıdın kölgəsinə çəkiblər, yerdə

balaca dəyə-xeymə tikiblər. Anamı arabadan düşürüb xeymədə yorğan-döşəyin arasına büküblər. Yetər nənəm mərhum böyük əmim Pir Vəlinin arvadı Qızbəs və yaxın qohumumuz Hilal xala xeymədə oturub gözləməyə başlayıblar. Bu vaxt babamın qardaşı oğlu, kənd sovet sədri, çiyni beşaçılanlı Səməd Hüseynov at belində kənd tərəfdən gəlib, tüfəngini çiynindən endirib, xeymənin üstündə bir güllə guruldadıb ki, uşaq tez doğulsun. Həmin anda xeymədən çağa hıçqırtısı eşidilib. Hilal xala sevinclə xeymədən eşiyə atılıb, deyib – “Gözün aydın, ay Omar ağa, İsa əfəndi gəldi!”

İsa əfəndi mənim doğuluşumdan səkkiz il əvvəl, nəslimizin Muğanlıdan əvvəlki kəndi Padişahlıqda dünyasını dəyişmiş əmim idi. Nəriman Nərimanov sosialist ideyaları təbliğ etdiyinə görə həbs olunub Tiflis həbsxanasında bir il yatdıqdan sonra, 1906-cı ildə Bakıya gedərkən SafAğ elmi haqqında məlumat toplamaq üçün yolunu SafAğ alimlərinin kəndi Padişahlıqdan salıb, orada babamla doğma qardaş qədər yaxınlaşdıqdan sonra, 1913-cü ildə Odessadan təhsildən qayıdanda Zeynalabdin Tağıyevin kompanyonu, babamın əmisi oğlu “Xozeyin Məhəmməd”in vasitəsilə SafAğ təhsilli İsa əfəndini, kiçik qardaşı Musa ilə

birlikdə Bakıya çağırtdırıb. Qara şəhərdəki hərbi gimnaziyaya qəbul elətdirib, şəxsən “silsilə”dən, (Həllac Mənsurdan, Firdovsidən, Nizamidən, Nəsimidən, Füzulidən, Yunis İmrədən) özü dərs deyib. Musa gimnaziyanı qurtarmamış xəstələnib Padişahlığa qayıdıb. İsa əfəndi isə gimnaziyanı yasavul (kapitan) rütbəsi ilə qurtarıb, otryad komandiri olub, Rusiyanın Cənub cəbhəsində çar general Denikinlə döyüşüb, 1920-ci ildə Bakıya qayıdanda Nərimanov onu Qazax qəzasına hərbi komissar təyin edib. Həmin ilin yayında Türmən (OdƏrmən) düzündəki qoyun sürülərimizin sərkər çobanı Pir Vəli əmim, kiçik qardaşı Hüseynlə və Hüseynin Salahlı dostu Musa ilə üç at belində, İsa əfəndinin mənzilindəki əşyaları gətirmək üçün Bakıya gedibmiş. Bakıda Nərimanovla görüşüblər. Nərimanov Azərbaycanı Türkiyə ilə birləşdirmək haqqında məktub yazıb Pir Vəli əmimdən xahiş edib ki, məktubu İsa əfəndiyə, o da Türkiyənin Trabzon şəhərində Mustafa Kamal paşaya çatdırsın. Şahidlərin danışığına görə, necə olubsa, Peterburqun 7

beynəlxalq miqyaslı casusu Bünyad bəy məktubdan xəbər tutub, Azərbaycanın o vaxtkı hərbi komissarı Qarayevə xəbər verib. Qarayev isə Tiflis menşeviklərinin lideri Ayollaya teleqram vurub: “Seqodnya iz Baku vıyexali tri vsadnika. U nix pismo Narimanova Mustafe Kamal paşe. Vstreçayte ix na meste Sarıyoxuş”.

Yenə də şahidlərin danışığına görə, Qarayev bu teleqramı vurduqdan sonra Bünyad bəyi qatarla Tiflisə göndərib ki, Sarı yoxuşa getmək üçün Ayollanın dəstəsinə bələdçilik eləsin. Bünyad bəy Qarayevin tapşırığına əməl edib. Ayolla Sarı yoxuşda atlıların qabağını kəsib. Pir Vəli əmim deyib: “Atlardakı yük qardaşım Hüseynin toy tədarüküdür. Əvvəlcə məni vurun, cavanların ölümünü görməyim”. Ayollanın mauzerindən birinci güllə Hüseyni yıxıb. İkinci güllə Musanı yıxıb. Pir Vəli əmim cavanların öldüyünü görüb özünü yarğandan atıb, yaxınlıqdakı qoyun kahalarına doğru qaçıb. Otryad Pir Vəlini gülləyə basıb.

Bir güllə əmimin ağzında dilini qoparıb, ikinci güllə sağ qolunun bazu sümüyünü sındırıb. Kahadakı çobanlar tüfənglərini götürüb “otryad”la atışıb, yüklü atları saldırıblar. Cavanların meyitləri ilə Pir Vəli əmimi arabaya qoyub, kürdən keçirib Padişahlığa aparıblar. Pir Vəli əmim həmin gün keçinib, qadaşı Hüseynin qəbri ilə yanaşı qəbirdə dəfn olunub. Nərimanovun məktubunu İsa əfəndiyə veriblər. İsa əfəndi məsələnin ciddiliyini görüb, elə həmin gün adyutantı ilə birlikdə atlanıb yola düşüb. Lakin Trabzona çata bilməyib. Qazaxın İncə dərəsində Astanbəyli kəndindən keçəndə Müsavat hökumətinin baş naziri ilə

rastlaşıb. Astanbəylidə bir qohumumuzun evində oturub söhbət ediblər. Məlum olub ki, Müsavat naziri Tiflis menşeviklərinin lideri ilə danışıq aparıb, Gəncədə Müsavatı bərpa etmək üçün İncə dərəsinə əsgər yığmaqla məşğuldur.

İsa əmim ev yiyəsindən su istəyib. Ev yiyəsinin qızı, mərhum Hüseyn əmimin nişanlısı su ilə dolu dolçanı nazirə verib ki, İsa əfəndiyə ötürsün. Adyutant görüb ki, nazirin barmağındakı üzük fırlandı, üzükdən dolçaya bir damcı düşdü. Amma xəbər verməyə imkan tapmayıb. İsa əmim elə ordaca xəstələnərək yoldan qayıdıb, Padişahlıqda iki gün yatıb dünyasını dəyişib. İki qardaşın qəbri yanında üçüncü qardaşın qəbri qazılıb.

İndi babamın daha qatı bir faciəsini yazıram.

1918-ci ildə Nuru paşa Türkiyədən öz qoşunu ilə Azərbaycana gələndə Padişahlıqda düşərgə salıb, babamın qonağı olub. Babam oğulları haqqında danışanda Nuru paşa deyib: “Rusa ikisini veribsən, bizə

birini də verməyibsən”. Babam Musa əmimi göstərib deyib: “Bu balacanı apar”.

Musa əmim Nuru paşanın qoşunu ilə birlikdə Qazaxda Şəkərin qalası deyilən yerdə gecələyəndə

qoşuna taun xəstəliyi düşüb. Qoşuna arabada azuqə aparan Hacı Alı əmim Musanın da ağır xəstələndiyini görüb, qardaşını qucağına götürüb qaladan çıxaranda özü də xəstəliyə yoluxub. Padişahlıqda arvad-uşağı evdən çıxarıb, Musanı qucağında saxlayıb və üç gündən sonra bu iki qardaş bir yerdə dəfn olunub.

Babam bu hadisələrdən çox sarsılıbmış. Amma oğullarının ölümündən bir həftə keçməmiş çox qəribə bir hadisə də baş verib. Babam Birinci Şıxlı kəndindən zurnaçılar çağırtdırıb. Arabaya xalça salıb, oğullarının arvadlarını, qızlarını arabaya mindirib, Padişahlıqla Sarıvəlli kəndləri arasında xır yolunda zurnaçılara toy havaları çaldıra-çaldıra gəlinlərini, nəvələrini o baş-bu başa gəzdirib. Padişahlıqda, Şıxlıda, Sarıvəllidə səs yayılıb ki, Omar ağa doqquz yaşlı Mustafanın ümidinə qalıb, qapısı bağlanıb, kişinin başına hava gəlib. Bu kəndlərdə və bütün qəzada heç kəs bilməyib ki, SafAğ alimi olduğuna görə Omar ağa ən uzaq planetdə – əbədiyyətdə oğullarını sağ-salamat görüb, göz yaşları içində sevincinin ifadəsi kimi zurnaçıları çağırtdırıb.

Babam belə baba olub. Atası Hüseyn ağadan SafAğ dərsi aldıqdan sonra Qazaxda “sudya”nın –

hakimin iclasçısı imiş. Hər ayın axırında aldığı məvacibini – on qızılı “sudya”nın masasının üstünə

qoyurmuş ki, istədiyi adamlara iş kəsilməsin və ya cəzaları yüngül olsun.

Babamın iclasçılıqdan çıxmasının və Padişahlığı tərk edib Muğanlıya köçməsinin də maraqlı tarixi var.

1923-cü ildə Nərimanov “Xozeyin Məmməd”ə – Məmməd Nəsibova bir məktub verib Padişahlığa göndərib. Məktubda yazıbmış: “Əxi, məni Moskvaya vəzifəyə aparırlar. Bu gediş o gedişdən deyil. Mənim 8

başıma bir iş gəlsə, səni hökmən həbs edərlər və hətta bütün nəsli qırarlar. Bu məktubu alan kimi Padişahlığı tərk elə, xəlvət bir yerə köç”.

Babam Padişahlıqdakı əhalini Birinci Şıxlıya köçürdüb, özü isə səkkiz ailə ilə birlikdə Qarayazı meşəsinin xəlvət bir guşəsinə, Çinar gölünün sahilinə köçüb, söyüd çubuqlarından səkkiz ev tikdirib. Lakin gizlənə bilməyib. Qazaxın GEPO-sunun adamları malın, qoyunun cəhlimi ilə gəlib o səkkiz evi tapıblar, soruşublar ki, “Kimsiniz, niyə burda yurd salıbsmız?”. Babam GEPO-nun adamlarını birtəhər yola salıb, dərhal, yəni o ilin payızında təzə yurdu da tərk edib, evləri yandırıb meşənin kənarında, açıqlıqda indiki Muğanlı kəndini salıb, Şıxlıdan çoxlu ailə köçürdüb, Muğannalar adı ilə tanınan nəslinə qarışdırıb, özünü təhlükədən xilas edib.

Üç yaşım tamam oldu, dünyada heç nə görmədim, heç nə eşitmədim.

Dörd, beş yaşlanmda gördüyüm bu oldu ki, anamın ətəyindən tutub qohumların evini qapı-qapı gəzdim. Xalalarım məni öpüb, dişləyib əzizlədilər, dayılarım yəhərin qaşında oturdub, at belində

gəzdirdilər. Atam dovşan balaları, çəpişlər, quzular gətirərdi. Evdə səhərdən axşama qədər balaca heyvan-larla oynayardım. Babam məni sinəsində oturdub “Saqqalımın tüklərini sana”, – deyərdi. Mən onun saqqalının tüklərini bircə-bircə qaldırıb, “Bir, iki, beş… on…”, – deyərdim. Sonra əlimdən tutub, evimizin qabağındakı saqqız, palıd ağaclarının arasında gəzdirə-gəzdirə əfsanələr danışardı.

– Anadil quşlarını niyə görmürük? Çünki o quşlar gündüzlər ağacların budaqlarından ayaqlarından asılıb Allaha yalvarırlar, gecələr uçurlar. Niyə belə tərsinə eləyirlər? Çünki Anadillər vaxtilə adam olubmuşlar, peyğəmbərin naxırını otarırmışlar; günlərin birində peyğəmbərin danasını itiriblər. Bu dana sənin gördüyün danalardan deyil, “daaanadı, yəni dünyada nə varsa, hər şeyin bilicisidi. Anadillər belə bir daaananı itirdiklərinə görə çox qəmlənib, Allaha yalvarıblar ki, onları quşa döndərsin, qanadlanıb meşələri gəzib daaananı tapsınlar. Allah o naxırçıları quşa döndərib adlarını da Anadil qoyub ki, Anadillər meşələri gəzə-gəzə o bilicini ana dilində səsləsinlər. Odur ki, Anadillər gündüzlər ayaqlarından asılıb yenə də Allaha yalvarırlar, gecələr hərəsi meşənin bir tərəfındə səslənir: “Quub? Quub”, yəni “tapdınmı?”, “tapmadım”.

Gecələrin birində tapacaqlar, peyğəmbərə şad xəbər aparacaqlar. Deyə bilərsənmi kim olacaq daaana – hər şeyi bilən oğlan? Bax, sən olacaqsan.

Babamla atam, anam məni öz adımla çağırmazdılar. Yəni “İsa”, ya “İsa əfəndi” deməzdilər.

“Şolloy” deyirdilər. Nə deməkdi Şolloy? Babam deyirdi:

– İsa peyğəmbər anadan olanda atası ona “Əsəley” deyib. “Əs” – “'hər şeyi yaradan” deməkdi. “Əl”

– “oğul” deməkdi. “Ey” – “uca” deməkdi. Amma camaat ƏsƏlEyi əzizləyə-əzizləyə “Şolloy” deyib. Biz də

səni çox istədiyimizə görə əzizləyirik, “Şolloy” deyirik. “Şolloy” balam daaanadı, hər şeyi biləndi. Sən böyüyəndə Anadillər səni tapacaqlar, yenə adama dönüb peyğəmbərə şad xəbər aparacaqlar.

Bunun dalınca babam zümzümə ilə bir mahnı oxuyardı:

Şolloyun atı kürəndi,

Yıxıldı, burnu yerə dirəndi,

Şolloyu belə balaca bilməyin,

Şolloy yaman biləndi.

Evimizdə, qohumlarda, qonşularda hamı məni “Şolloy” çağırırdı. Hər kəs öz adımla “İsa” və ya “İsa əfəndi” çağırsaydı, o dəqiqə babamın çəliyi işə düşürdü: “Balamın adı Şolloydu!”. Niyə belə deyirdi? Yetər nənəm qulağıma pıçıldayırdı ki, “Baban İsa əfəndi adını eşitməyə dözmür. O saatca ağlayır.”

Beləliklə, on yaşıma çatana qədər heç kəs məni öz adımla çağırmadı. Kəndimizdə şura hökuməti qurulandan sonra isə, ümumiyyətlə “əfəndi” demək qadağan olundu. Çünki deyirdilər, Əfəndi türkcədi, o da alim deməkdi, şura hökuməti əfəndi alimləri xoşlamır, istəmir türk sözü yayılsın.

Bu söhbətlərə Sovet hökumətinin siyasəti haqqında eşitdiyim ilk sözlər demək olar. Demə, əsl ciddi hadisələr ailəmizin hələ Padişahlıqda olduğu vaxtlar baş veribmiş. Yuxarıda demişəm, 1923-cü ildə

9

Nərimanovun babama göndərdiyi məktuba görə babam kəndin yerini dəyişdikdən iki il sonra daha bir faciə

baş verib.

Babamın Bakı ilə Moskva arasında, yəni Nərimanovla Leninin arasında gedib-gəldiyinə görə “Rus Qurban” çağırılan qaynı xəbər gətirib ki, Nərimanov zəhərlə öldürülüb. Babam yenidən yasa batıb. Bu hadisədən doqquz il sonra “Göyqılınc” yaylağında atamın ailədə söhbətindən eşitmişəm ki, Nəriman Nərimanovun öldürülməsi babam üçün oğullarının ölümünə bərabər itki olub. Həmin yay babam

“Göyqılınc”ın Çınqılı dağ tərəfindən gəlib dəyədə Qızbəs bibimlə anama deyib: “Yerimi salın. Mən köçürəm”.

Sonra əlavə eləyib ki, “Aşıq Alıya adam göndərin gəlsin, üstümdə bayatılasın bir az”. Aşıq Alı Aşıq Ələsgərin bacısı oğlu, babamın dostu idi, “Göyqılınc”ın üç verstliyində Dərəçiçək kəndində olurdu. Atlı göndəriblər, Aşıq Alı gələndə babam hələ canını tapşırmayıbmış. Mən – yeddi yaşlı uşaq babamın can verdiyini hələ başa düşmürdüm. Amma Aşıq Alının sazı köynəkdən çıxarıb ağlaya-ağlaya oxuduğu bayatı yadımdadır:

Əzizim, ulu dağlar,

Çeşməli, sulu dağlar,

Burda bir qərib ölür,

Göy kişnər, bulud ağlar.

Babamın tabutunu “Göyqılınc”ın ayağındakı qəbiristanda qəbrə sallayanda kimsə mənə dedi:

“Babayın gözünə torpaq tök”. Heç nə qanmadım. O adam ovcumu torpaqla doldurdu və sonra ovcumu açıb torpağı tabutun üstünə tökdü. Orada mən birinci dəfə ağladım və atamın qucağına qısıldım.

O gündən başlayaraq atam babanı əvəz etdi.

Atam Qazax seminariyasını bitirib lap cavankən kəndimizdə yeddiillik natamam orta məktəbə

direktor təyin olunmuşdu. Babamın vəfatından iki il sonra yay aylarında Göyqılınca gedəndə Yerevan Pedaqoji İnstitutunun tarix fakültəsində qiyabi oxuyurdu. Günlərin birində atam Yerevandan Göyqılınca gələndə qabağına yüyürdüm. Qəbiristanm yanından keçəndə babamın qəbrinin yanında dayandı. Burada mən Alı əminin oxuduğu bayatını xatırlayıb, atamdan soruşdum ki, “Alı əmi babama niyə “qərib” dedi?”.

Qəbirdən aralananda atam bayatını təkrar etdi. Sonra qəbiristanla binənin arasında yol yoxuş

olduğuna görə məni qucağına alıb, ömrümdə unutmadığım bir söhbət başladı.

– Bizə Qəriblər deyiblər, Şolloy balam. Çünki biz lap qədimlərdə Rey şəhərində yaşamışıq.

Müharibələr olub. Şəhərdən-şəhərə köçə-köçə, gəlib Muğan düzündə şəhər salmışıq. Sonra ruslar bizi o axırıncı şəhərimizdən sürüblər. Gəlib Qazax qəzasında Padişahlıq kəndini salmışıq. Sonra da Muğanlıya köçmüşük. Alı əmi yaydan-yaya Dərəçiçəkdən “Göyqılınc”a gəlirdi, çalıb oxuyurdu. Hərdən də Muğanlıya cavanların toyuna gəlirdi. Gecələr bizdə qalanda “Aşıq Qərib” dastanından oxuyurdu, “Sıx ormanda ötən bülbül, ötmə, bülbül, mən Qəribəm!” – Alı əmi bu mahnını oxuyanda baban həmişə ağlayırdı. Rus çarı Birinci Aleksandr Muğannaları Muğandan sürəndə1 babamın otuz yeddi yaşı olub. Hələ orda – Muğanda ikən babası Musa ağadan və atası Hüseyn ağadan dərs alıb, elm öyrənib. Muğan düzünü çox sevirmiş. Buna görə də ordan ayrı qalmağa dözəmmirdi, qoca yaşlarında da “Aşıq Qərib” dastanından o mahnını eşidəndə

ağlayırdı. Babamın ürəyi belə ürək olub.

Deyirəm, məndən ötrü atam babamı əvəz edirdi.

“Nəslin günəşi” İsa əfəndi, Hüseyn əmilərim kimi atam da sifətcə, boy-buxunca gözəl idi. O qədər gözəl ki, kənddə “Mustafa müəllimin vurğunu” olmayan qız-gəlin az-az tapılardı. Bu gəlinlərdən biri mənim zehnimdə həkk olunub, sanki beynimdə dilə gəlib “məni də yaz, məni də yaz”, – deyir.

Bu gəlin, demək olar ki, əlli yaşında qadın idi. “Çoban Qaranın arvadı” adı ilə çağrılırdı. Elə

1 Sürgün 1879-cu ildə olub

10

qeyri-adi vurğun idi ki, hətta ərinin gözünün qabağında göz yaşı tökə-tökə deyirdi: “Məni boşa. Mustafasız ölərəm.” Anam Xədicəyə də ismarlamışdı ki, “qabağında qulluqçuluq eliyərəm. Ərim boşasın məni, Mustafaya gedim.” Həftədə, on gündə bir dəfə atama naxışlı dəsmal göndərirdi. 1942-ci ilin fevralında atam Tiflisdəki üç aylıq siyasi rəhbər (“politruk”) kurslarına gedəndən sonra çoban Qaranın arvadı oraya –

Tiflisə də naxışlı dəsmallar, üstü şəkərli “qatlama” çörəklər göndərirdi. 1942-ci ilin yayında atam Şəmkirdə

və Şamaxının yaxınlığındakı Çuxuryurd adlanan yerdə 416-cı diviziyanın təşkilində olanda, bu əlli yaşlı gəlin oralara da yol tapıb, “qatlama” göndərirdi. Atam cəbhəyə – döyüşə gedəndən sonra bu gəlin məktəb uşaqlarından əlinə keçəni yolun ortasında saxlayır, uşağı çantasından dəftər çıxardıb, dəftərdən vərəq cırdırıb atama məktub yazmağa məcbur edirdi. 1946-cı ildə atam Almaniyanın Küstrin şəhərində ordudan tərxis olunub qayıdanda gəlin o qədər ağlayıb-sıtqayıb, ərinə o qədər yalvarmışdı ki, axırda çoban Qara atamın yanına gəlib demişdi: “Bu Allahın işidi, arvadım həqq aşiqidi. Boşayıram, al.” Atam “iki arvad ala bilmrəm”,– deyib, nəhayət, arvadın əlindən yaxasını qurtara bilmişdi.

O ili Səməd Vurğunun qardaşı Mehdixan Vəkilov bizim rayonda raykomun birinci katibi idi. Atamı cəbhədən gətirən qatarı zurnaçılarla qarşılayıb, rayonun ziyalıları ilə birlikdə atamı restorana qonaq apardı və orada təklif etdi ki, cəbhədən beş ordenlə qayıtmış Mustafa Hüseynov rayonun icraiyyə komitəsinin sədri olsun. Atam razılaşmadı. Səbəbi bu idi ki, müharibə illərində ailəsi aclıq çəkmişdi; anamdan, nənəmdən, bibimdən başlayaraq, beş uşağın beşi də, necə deyərlər, hörümçəkdən can diləyirdi. Buna görə

də atam elə o restoranda hər şeyi açıb danışıb Mehdixandan xahiş etdi ki, ailənin vəziyyətini nəzərə alıb onu yaylaqda fermaların dolandırıcısı vəzifəsinə göndərsin. “Ailəmi az-çox cana-qana gətirim, sonra vəzifə

haqqında fikirləşərəm”, – dedi.

Atam bizi yaylaqda fermaların dolandırıcısının “Studobekker” maşınına doldurub, Dilicanın başının üstündəki dağ belində, Göyçə gölünün sahilindəki malakan kəndi Semyonovkaya apardı. O ili mən doğrudan da “hörümçəkdən can diləyirdim”.

Müharibə illərində nələr çəkdiyimi sizə çatdırmaq üçün deməliyəm ki, Muğanlının bütün cavanları, əsgər yaşlı kişiləri – hamı səfərbərliyə alınmışdı; Qazaxın “vayenkom”u elə bil müharibənin başlanmasını gözləyirdi ki, Muğanlıdakı Muğannaların yurdunu xaraba qoysun; o biri kəndlərdən fərqli olaraq, Muğanlıdakı əsgər yaşı ötmüş, qocalmağa başlamış kişiləri də həkim komissiyasma salıb, yaşlarını azaldaraq səfərbərliyə almışdı. Kəndin, kolxozun işləri arvadların, uşaqların ümidinə qalmışdı. Gündüzlər məktəbdə

₺59,87

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
28 ekim 2022
Hacim:
150 s. 1 illüstrasyon
ISBN:
978-995-256-613-0
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 2 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre