Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Əjdahanı necə öldürdülər», sayfa 2

Kollektif
Yazı tipi:

Qız bütün həyatını bu cür keçirir, daima onun haqqında düşünərək işləyir. Onun əczaxanasından dərmanlar almağa davam edir, bu qıza onunla da-nışmaq və onu daha yaxından görmək üçün bir şans verir. Həm də bu yolla, hələ də ona pul verə bilirdi”.

Öncə də dediyim kimi o, bu yaz vəfat etdi. Öz kədərli hekayəsini bitirdikdən sonra qazandığı pulları sevdiyi adama aparmağım üçün mənə yalvardı. O, yalnız ona görə işləyirdi ki, ölümündən sonra sevdiyi insana onu xatırladacaq nəsə qoyub gedə bilsin. Keşişə onun dəfn xərclərini ödəmək üçün əlli frank verdim. Ertəsi gün isə Çouqetsləri görməyə getdim. Dolu və qırmızı, lovğa və özün-dənrazı bu adamlar üzbəüz oturmuş, səhər ye-məyini bitirmək üzrə idilər. Mənimlə salamlaş-dıqdan sonra qəhvə təklif etdilər və qəbul etdim. Onların yumşalacağından, hətta göz yaş-larına boğulacağından əmin bir şəkildə titrək səslə hekayəni onlara danışmağa başladım. Çouqet səfil, gəzərgi stul təmirçisi tərəfindən sevildiyini eşidən kimi elə hiddətlə bağırdı ki, sanki, şərəfi ləkələnmiş, nüfuzunu itirmiş, şəxsi nüfuzu bir həyatdan daha qiymətli və əziz imiş. Onun özündən çıxmış arvadı isə “Oğru! O, oğrudur!” deyə dayanmadan do-daqaltı təkrarlayırdı.

Çouqet bu cür rəzilliyə qarşı deməyə söz tap-mayaraq ayağa qalxdı və iri addımlarla otaqda var- gəl etməyə başladı. “Bu cür dəhşətli bir şeyi necə başa düşməli, həkim? “ deyə dodaqaltı deyinirdi. “Əgər o sağkən bunları bilsəydim, onu həbsə at-dırardım. And içirəm ki, heç vaxt ordan qurtula bil-məzdi”.

Mən məəttəl qalmışdım, nə deyəcəyimi bil-mirdim, lakin vəzifəmi yerin yetirmişdim. “O, mə-nə bir şey tapşırıb, – dedim. – 3500 frank məblə-ğində pulu sizə verməyimi istəyib. İndi dediklərim xoşagəlməz səslənə bilər bəlkə də, siz pulları yox-sullara verməyi üstün tutacaqsınız”.

Təəccübdən nitqi qurumuş ər-arvad mənə bax-dılar. Bir neçə min frankı cibimdən çıxartdım, hər bir ölkədən olan əzilmiş pullar, qarışıq pennilər və qızıl qəpiklər də vardı. Daha sonra soruşdum: “Qə-rarınız nədir?”

İlk olaraq madam Çoquet dilləndi: “Əgər bu, dünyasını dəyişmiş birinin arzusudursa, onu rədd etmək qeyri-mümkündür”.

Əri də eyni, utanmış tərzdə:

– Onunla uşaqlarımıza nəsə ala bilərik”.

Quru-quru cavab verdim:

– Necə istəyirsiniz.

– Hər halda sizə belə etməyi tapşırıbsa, pulları bizə verin xərcləmək üçün yaxşı bir səbəb taparıq.

Pulları onlara verdim, baş əyib oranı tərk etdim.

Ertəsi gün Çouqet bizə gəldi və qaba bir səslə:

– Qadın vaqonunu burda qoyub, onunla ney-nəmək fikrindəsən? – deyə soruşdu.

– Heç nə. İstəyirsiniz, götürün.

– Elə mən də bunu istəyirdim, –deyə əlavə etdi və uzaqlaşdı. Arxadan onu səslədim:

– O, qoca atını və iki itini də burda qoyub. On-lara ehtiyacınız yoxdur?

Çoquet təəccüblə mənə baxdı:

– Yox… Həqiqətən, onlarla nəsə edə bilərəm?

– İstəsəniz, satarsınız.

O, güldü və əlini mənə uzatdı, mənsə əlini sıx-dım. Nə edə bilərdim ki? Kənd yerində həkimlə əczaçı ədavətdə olmamalıdırlar. Mən itləri saxladım, keşiş isə qoca atı götürdü. Vaqon Çouqetin işinə yaradı, pulu isə dəmiryol kapitalına çevirdi.

Bax bu həyatım boyu gördüyüm yeganə dərin və səmimi sevgidir.

Həkim başını qaldırdı. Gözləri dolmuş zadəgan köks ötürərək dedi:

– İnkar etmək olmaz ki, yalnız qadınlar bilir, necə sevmək lazımdır.

Tərcümə etdi: Leyla Əhməd

Dino Bussati

(İtaliya)

(16.X.1906 – 28.I.1972)

“Əjdahanı necə öldürdülər”

1

902-ci ilin mayında qraf Cerolun tez-tez dağlara ova gedən Cozue Lonqo adlı nökəri dedi ki, Quru Vadidə əjdahaya ox-şar nəhəng bir heyvan görüb.

Dərənin lap qurtaracağındakı Palissano kən-dində qədimlərdən xalq arasında belə bir əfsanə do-laşır ki, quraq dərələrin birində hələ də elə əjda-halardan biri yaşayır. Amma bu uydurmalara in-diyəcən heç kim inanmırdı. Lakin bu dəfə Lon-donun dəlilləri, söhbətinin inandırıcılığı və yaşadığı macəranı hər dəfə danışanda qətiyyən dəyişməyən təfərrüatlar belə bir qənaətə gətirdi ki, orada hə-qiqətən nəsə var.

Qraf Martino Cerol bunu şəxsən özü yoxlamaq qərarına gəldi. Əlbəttə, qraf anlayırdı ki, həqiqi əj-dahadan söhbət gedə bilməz, amma ola bilsin ki, buradakı boş dərələrdə nadir növdən olan nəhəng bir ilan yaşayır.

Ekspedisiyada qrafa əyalət qubernatoru Kuinto Androniko öz cəsur və gözəl arvadı Mariya ilə, alim-təbiətşünas İnqirami və onun həmkarı Fusti də qoşuldular.

Həddindən artıq zəif iradəli və hər şeyə şübhə ilə yanaşan qubernator çoxdan hiss eləmişdi ki, ar-vadı Cerola qarşı biganə deyil, lakin o, buna əhəmiyyət vermirdi. Odur ki, Mariyanın qrafla birlikdə əjdaha ovuna getmək təklifinə düşün-mədən razılıq verdi. Martinonun ondan daha cavan, gözəl, güclü və mərd və daha varlı olmasına bax-mayaraq, Androniko arvadını qrafa qətiyyən qıs-qanmırdı və ona heç həsəd aparmırdı.

Nəhayət, günlərin bir günü, gecə yarıdan keçmiş səkkiz atlı ovçunun müşayiətilə şəhərdən iki fayton çıxdı. Səhər altıda onlar artıq Palissano kən-dinə çatmışdılar. Cerol, gözəl Mariya və təbiətşünasların ikisi də yatırdı. Yalnız Androniko oyaq idi, o, atları köhnə tanışı – həkim Taddeinin evinin qarşısında saxlamağı tapşırdı. Bir azdan fayton-çunun oyatdığı, başına gecə papağı qoymuş yuxulu həkim ikinci mərtəbənin pəncərəsindən göründü. Androniko pəncərəyə yaxınlaşıb sevinclə salamlaşdıqdan sonra, ona ekspedisiyanın məqsə-dindən danışdı. Qubernator güman edirdi ki, həkim əjdaha əhvalatını eşidən kimi onları məsxərəyə qo-yacaq. Amma Taddei narazılıqla başını bulayaraq qətiyyətlə dedi:

– Sizin yerinizdə olsaydım, oraya getməzdim.

– Niyə? Sizcə dərədə heç nə yoxdu? Bəlkə bun-lar hamısı boş söhbətlərdir?

– Yox, ona görə yox, – deyə həkim cavab verdi.

– Əksinə, məncə əjdaha var. Baxmayaraq ki, mən onu gözümlə görməmişəm. Şəxsən mən bu işə heç baş qoşmazdım, burada nəsə bir bədlik var.

– Bədlik? Taddei, bəlkə demək istəyirsiniz ki, doğrudan da inanırsınız?

– Mən artıq qocalmışam, əziz qubernator,– hə-kim cavab verdi, – həyatda çox şeylər görmüşəm. Amma deyilənlər doğru da ola bilər. Yox, gərək baş qoşmazdınız. Qulaq asın, ora yol tapmaq çox çətindir, çoxlu sürüşkənliklər var, süxurları yum-şaqdır, bir balaca külək əssə, qiyamət qopa bilər, su məsələsi isə lap müşküldür. Yaxşı olar ki, bu fikri başınızdan çıxarasınız. Kroçettaya getməyiniz məs-ləhətdir, (o, kəndin arxasındakı yumru, sıx otla örtülmüş dağı göstərdi,) – ora dovşanların uçu-rumudur. – Bir az susduqdan sonra əlavə elədi: Yox, həqiqətən də mən sizinlə getməzdim. Nə vaxtsa eşitmişdim… Eh, deməyə dilim də gəlmir, baş-layacaqsınız gülməyə…

– Vallah gülməyəcəyəm!– Androniko dedi.– Danışın, xahiş edirəm.

– Yaxşı. Deyilənə görə, əjdaha tüstü püskürür və bu tüstü zəhərlidi, tüstünün cüzi bir hissəsi ada-mı öldürməyə kifayətdir.

Söz verməyinə baxmayaraq Androniko qəhqə-hə çəkdi.

– Mən bilirdim, bilirdim ki, siz mövhu-matçısınız. Amma ağını çıxartmayın. Əziz Taddei, indi axı orta əsrlər deyil. Sağ olun, biz axşam qa-yıdacağıq, özü də mütləq əjdahanın başıyla!

O, əlini yelləyib faytona oturdu və faytonçuya “tərpən!” dedi. Ovçular dəstəsinə daxil olan və yola bələd olan Cozue Lonqo dəstənin başında gedirdi.

– O qoca başını niyə bulayırdı? – yuxudan oyanan Mariya soruşdu.

– Fikir vermə, boş şeydir. –Androniko cavab verdi. – Bekarçılıqdan Taddei arabir baytarlıqla da məşğul olur. Biz onunla ağız yarası epidemi-yasından danışırdıq.

– Bəs əjdaha? – üzbəüz oturan qraf Cerol soruşdu, – əjdaha haqqında bir şey bilib – bilmə-diyini soruşmadın?

– Doğrusunu desəm, yox, – qubernator cavab verdi. – Gülünc görünmək istəmədim. Bircə onu deyim ki, ova gəlmişik.

Doğan günəş yolçuların yuxusunu qaçırdı; atlar sürəti artırdı, faytonçular isə mahnı oxumağa başladılar. Qubernator:

– Taddei bizim ailə həkimimiziydi, – dedi. – Vaxtilə onun əla müştəriləri vardı. Günlərin birində, niyəsi yadıma gəlmir, deyəsən uğursuz məhəb-bətinə görə o, köçüb tək-tənha yaşamağa başladı. Sonra başına yenə nəsə gəldi, elə o vaxtdan dağlara çəkildi. Əgər başqa bir sərgüzəştlə rastlaşsa, heç bil-mirəm burdan hara gedəcək… Yəqin o da əjdaha ki-mi bir şey olacaq.

₺21,81

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
74 s. 8 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 4,3, 3 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre