Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Əjdahanı necə öldürdülər», sayfa 3

Kollektif
Yazı tipi:

– Bu nə axmaqlıqdır? – Mariya acıqlı-acıqlı söh-bətə qoşuldu, – sizin başqa söz-söhbətiniz yoxdur? Daha cana yığıldım, bəsdirin.

– Axı bu səfəri sən özün arzulamışdın, əzizim,– əri yumşaqcasına, amma kinayə ilə etirazını bil-dirdi. – Həm də əgər sən yatmışdınsa, bizim söz – söhbətimizi necə eşidə bilərdin? Olmaya özünü yu-xululuğa vurmuşdu?

Mariya dinmədi, narahatlıqla getdikcə hündür-ləşən, sərtləşən dağlara baxdı. Vadinin qurta-racağında qarmaqarışıq konusvari zirvələr görü-nürdü. Bu zirvələrin əksəriyyəti çıl-çılpaq idi. Nə meşə var idi, nə çəmənlik.

Səhər saat doqquza yaxın faytonlar dayandı; yol dağa dirənmişdi. Yolçular bu məşum dağların düz ortasına çatdıqlarını başa düşdülər. Yaxından baxanda hiss olunurdu ki, bu dağlar zirvədən ətəyə qədər süxurlardan, az qala yumşaq quru torpaqdan ibarətdir.

– Cığır bax, elə buradan başlayır, – Lonqo əliylə balaca bir dərəyə uzanan, tapdanmış cığırı göstə-rərək dedi.– Əgər bu cığırla getsək, qırx beş dəqiqəyə Bürelə, əjdahanın göründüyü yerə çatarıq.

– Su götürmüsünüz? – Androniko ovçulardan soruşdu.

– Bizim dördü suyla, ikisi şərabla dolu meh-tərəmiz var, əlahəzrət, – ovçulardan biri cavab ver-di. – Məncə, bəs edər…

Qəribədir. Şəhərdən uzaqda və dağların onları bütün dünyadan təcrid etdiyi bir yerdə əjdaha ilə bağlı fikir o qədər də cəfəng görünmürdü. Sə-yahətçilər ətrafa göz gəzdirdilər; mənzərə ürəkaçan deyildi. Dağların insan ayağı dəyməyən labirintləri, göz işlədikcə baş alıb gedən boşluq…

Sakitcə yola düşdülər. Qabaqda tüfənglə, qə-dimi kulevrinlərlə silahlanmış və başqa ovçu lə-vazimatı ilə ehtiyatını tutmuş ovçular, lap axırda isə təbiətşünaslar gedirdilər. Xoşbəxtlikdən, cığır köl-gəlikdən keçirdi, yoxsa bu sarı yamacların arasında günəşin istisinə dözmək lap cəhənnəm əzabına dö-nərdi.

Burelə aparan dərə də ensiz idi, dibindən çay axmırdı, yamaclarda nə kol, nə də ot vardı, dörd bir tərəf daş-kəsəkdən ibarət idi. Nə quşların cəh-cəhi, nə suların şırıltısı eşidilirdi.

Dəstə yuxarı qalxana qədər, cığırı bizim yol-çulardan daha sürətlə qalxan, çiynində keçi cəm-dəyi aparan cavan bir oğlan gəlib onlara çatdı.

– Bax, o oğlan əjdahanın yanına gedir, – Lonqo tamamilə ciddi, zarafatsız, kinayəsiz dedi. Sonra da izah elədi ki, Palissanonun sakinləri yaman möv-humatçıdırlar və əjdahanı yumşaltmaq üçün Burelə hər gün keçi göndərirlər. Keçi payını növbə ilə kən-din cavanları daşıyırlar. Allah eləməsin, əjdahanın səsini eşidəsən, hesab elə ki, bədlik qapının ağ-zındadır.

– Deməli, əjdaha hər gün bir keçi yeyir? – qraf zarafatla soruşdu.

– Səhərisi orada heç nə tapmırlar, bu dəqiqdir.

– Hətta sür-sümük də?

– Əlbəttə, əjdaha keçini mağaraya aparır və orada yeyir.

– Ola bilməz ki, keçini kəndlilərdən kimsə ye-sin? – qubernator soruşdu. – Buranın yolunu hamı tanıyır. Əjdahanın keçini öz mağarasına aparanda görən olubmu?

– Bilmirəm, zati – aliləri,– ovçu cavab verdi.

Bu arada keçi aparan cavan gəlib onlara ye-tişdi.

– Qulaq as, cavan oğlan, – qraf Cerol hökmlü – hökmlü dilləndi,– bu keçini neçəyə satırsan?

– Mən onu sata bilmərəm, sinyor, – o, cavab verdi.

– On skudoya da?

– On skudoya başqa məsələ… – cavan razılaşdı. – Onda gərək mən başqa keçi dalınca gedim,– deyib yükünü yerə qoydu.

Androniko qraf Cerola baxaraq soruşdu:

– Bu keçini neyləyəcəksən?

– Bir azdan özün görəcəksən… – qraf qeyri- mü-əyyənliklə cavab verdi.

Ovçulardan biri keçini çiyninə götürdü, palissanolu cavan isə kəndə götürüldü (aydın idi ki, o, əjdaha üçün başqa keçi gətirməyə getdi) və dəstə yoluna davam elədi.

Bir saat keçmiş onlar mənzil başına çatdılar. Dərə qəflətən nəhəng, boş bir sirklə əvəz olundu, bura amfiteatra bənzəyirdi. Burada, meydanın mər-kəzində, konusşəkilli daş qalağının üst tərəfində qara oyuq – əjdahanın mağarası görünürdü.

– Əjdaha oradadır, – Lonqo dilləndi.

Onlar aralıqdakı çay daşları səpələnmiş mey-dançada dayandılar. Meydança mağaranın on metr-liyində idi, müşahidə üçün əla bir yer idi. Onun bir üstün cəhəti də buydu ki, ora dırmaşmaq mümkün deyildi.

Mariya burada özünü tam təhlükəsiz hiss edə bilərdi.

Onlar susdular və ətrafı dinşədilər. Dörd tərəfi dağların böyük sükutu bürümüşdü və bu sükutu arabir tökülən çınqılların səsi pozurdu. Xırda daşlar nazik ensiz çay kimi aşağı axaraq daimi dağıntı tə-əssüratı yaradırdı. Sanki Allahın da unutduğu bu dağlar yavaş-yavaş külə dönürdü.

– Bəlkə, bu gün əjdaha görünmədi? – Kuinto Androniko soruşdu.

– Axı mənim keçim var, – Cerol cavab verdi. –Sən unutma ki, mənim keçim var!

Onun nə demək istədiyini hamı başa düşürdü- keçi cəmdəyinin köməkliyi ilə onlar əjdahanı tov-layıb mağaradan çıxaracaqdılar. Onlar hazırlığa başladılar. Ovçulardan ikisi birtəhər yamacla üzüyuxarı qalxmağa başladı, lazım gəlsə, oradan əj-dahanı daşlaya bilərdilər. Üçüncü ovçu keçini çınqıllığa apardı və onu girişə yaxın qoydu. Yerdə qalanlar mövqelərini möhkəmləndirdilər və silah-larını doldurub hazır dayandılar. Androniko yerin-dən tərpənmədi: o, hər şeyi öz gözlərilə görmək is-təyirdi.

Gözəl Mariya susurdu. Onun əvvəlki qətiy-yətindən əsər-əlamət qalmamışdı. O, böyük bir se-vinclə elə bu dəqiqə evə qayıdardı. Amma bunu etiraf eləmək istəmirdi. Onun gözləri dik yamac-larda dolaşırdı.

Dəstənin bütün üzvləri ona bu tənhalıq də-nizində kiçik bir qum dənəsi kimi görünürdü.

Keçinin cəmdəyini mağaranın ağzında qoyub gözləməyə başladılar. Artıq saat onu keçmişdi və günəş Burelin üzərində dörd bir tərəfi yandırıb- yaxırdı. Dərənin divarlarından elə bil isti hava axıb tökülürdü. Ovçular faytondan örtüklər götürüb tal-vara oxşar bir şey düzəltdilər. Mariya tez- tez su içirdi.

– Diqqət! – qəflətən aşağıda, böyük daşın üstündə dayanan qraf Cerol qışqırdı; onun əlində karabin vardı, kəmərindən isə balaca dəmir ling sal-lanırdı.

Hamı diksinərək nəfəsini dərmədən dayanıb durdu, mağaranın ağzında nə isə tərpəndi.

– Əjdaha! Əjdaha! – ovçular qışqırmağa baş-ladılar, başa düşmək olmurdu, sevincdən qış-qırırlar, yoxsa vahimədən.

Naməlum bir məxluq qıvrıla- qıvrıla və yırğalana-yırğalana işığa çıxdı. Bütün kəndi va-himəyə salan əjdaha bax, budur.

– Oy, necə də iyrəncdir! – Mariya qışqırdı.

– İndi özünü gözlə! – ovçulardan biri sevinclə qışqırdı.

– Görünür, bu, balaca buynuzlu əjdahadı,– pro-fessor İnqirami dilləndi. O, özünü o dərəcədə ələ ala bilmişdi ki, onda yenidən elmi problemlərə maraq oyanmışdı.

Əjdaha o qədər də qorxunc deyildi: uzunluğu iki metrdən bir az çox olardı, başı timsah başına ox-şayırdı, boynu kərtənkələ kimi qabağa uzanmışdı, gövdəsi şişman idi, quyruğu qısa idi. Əslində hey-vanın torpaq rəngli dərisi və halsız gövdəsi qor-xunu onların canından çıxartdı. Bütün bunlar həd-dən artıq qocalığın əlamətləri idi. Əjdaha əgər bu idisə, yaman qocalmışdı, ölüm ayağındaydı.

– Al! – mağaranın üst tərəfində ovçulardan biri istehza ilə qışqıraraq, heyvana sarı daş atdı, daş düz heyvanın kəlləsinə dəydi. Boğuq “tuk” səsi eşidildi, elə bil daş balqabağa dəydi. Mariyanın tükləri ürpəşdi.

Deyəsən zərbə kifayət qədər güclü deyildi. Özünü itirən əjdaha bir anlıq tərpənmədi, sonra ba-şını yellədi, – yəqin ki, ağrı güc gəlmişdi. Əjdaha ağzını açıb-yumur, iti dişləri görünsə də səsini çı-xarmırdı. Sonra yavaş-yavaş keçiyə ya-xınlaşdı

– Ey, deyəsən boynunu qırıblar. – qəflətən lov-ğalığını itirmiş qraf Cerol gülərək qışqırdı. Tezliklə əjdahanın öhdəsindən gələcəklərini fikir-ləşdiyi üçün onun içi sevinclə dolurdu.

Otuz metrdən kulevrdən atılan güllə hədəfə dəymədi. Güllə donuq havanı yardı və çoxsaylı üzüntülü əks-səda yaratdı.

Dərhal ikinci güllə atıldı, güllə əjdahanın arxa pəncəsinə dəydi və selləmə qan axmağa başladı.

– Ona bir bax, gör necə rəqs edir! – bu qəddar tamaşaya aludə olmuş Mariya dilləndi.

Ağrıdan əzab çəkən heyvan həqiqətən sızıltıyla axsaya-axsaya yerində fırlanmağa başladı.

Nəhayət, əjdaha sürünə – sürünə keçiyə çatıb onu dişlərinə keçirdi Əjdaha mağaraya sarı çəkil-məyə başlayanda qraf Cerol öz cəsurluğunu nü-mayiş etdirmək üçün ona yaxınlaşdı, təxminən iki metrdən karabini heyvanın başına boşaltdı.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺21,81

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
74 s. 8 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 4,3, 3 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre