Kitabı oku: «Rüstəm Behrudinin özü haqqında bilmədikləri», sayfa 2
Qarşı yatan qara dağı-yaylağım,
Düzənləri, ormanları oylağım.
Əyilməyən çinarları-bayrağım, –
Vətən!
Ağ alnıma Araz qara yazıdı,
Varaq, yol uzaqdı – qar ayazıdı.
Kərkükdü, Göyçədi, Qarayazıdı,
Vətən!
Hər ağrılar, hər acılar, ötəndi,
Əl uzatsam, Ərzuruma yetəndi,
Füzulinin məzarı da Vətəndi –
Vətən!
Rüstəm Behrudinin şeirlərində Gürşad obrazı mənəvi-ruhi varlığın və bütövlüyün rəmzi kimi çıxış edir. Şairin nə-zərində Gürşad onu – yerlə-göylə bağlayan, müqəddəslik nümunəsi ola bilən, sevgi və azadlıq haqqındakı mətləblə-rini ifadə edən ümumiləşmiş obrazdır. Gürşad –geniş mə-nada Rüstəm Behrudinin estetik idealının təcəssümü olan surətdir. Gürşad-Rüstəm Behrudi üçün günahkar bədəndə əziyyət çəkən təmiz və uca ruhun ideal obrazının poetik ifa-dəsidir. Gürşadın adının əksər məqamlarda Tanrı dağları ilə birlikdə çəkilməsi də bu obrazı böyük ideallarının təcəs-sümü kimi ilahiləşdirmək-müqəddəsləşdirmək mənalarını ifadə edir:” Tanrı dağda Gürşad ilə mən də sənnən qoşaca-ğam”, “Mən Gürşadın ruhuyam, dözmədim Tanrı dağdan” misraları Rüstəm Behrudinin Gürşadı “yeddi rəng bir mə-nadı daha”-deyə bilməyəcəyi qeyri-adi bir ucalıq kimi tə-səvvür və tərənnüm etdiyini göstərir. “Ey Gürşad, gəl qəlb-lərə dol, "Qəlblərə dol, and yeri ol, Kim səni görsə bircə yol, İmandan, dindən keçəcək" – misraları da Gürşada “and yeri” səviyyəsində poetik münasibəti aydın şəkildə məna-landırır. Aşkar şəkildə görünür ki, şair danışdıqda-məişət-də işlədilən andlardan cox idealı simvollaşdıran uca And yerinə inanır “Mən Gürşadın ruhuyam” desə də “Nə yap-sam günah, səhv ilə, keçdiyin yola əfv elə” sözləri ilə Rüs-təm Behrudi ona – idealına inandığını ürəkdən bağlı oldu-ğunu, ümid etdiyini, hesabat verdiyini də ifadə edir. Bütöv-lükdə Gürşad obrazı Rüstəm Bəhrudinin sevgi və azdlıq idealının daşıyıcısıdır. Bundan başqa, Gürşadlirik poeziya-da simvolik bədii obraz yaratmaq baxımından da Rüstəm Behrudi şeirinin özünəməxsusluğunun ifadəsidir. Doğru-dur, dünya və Azərbaycan şeirində az da olsa buna bənzər örnəklər vardır. Lakin bu, Rüstəm Behrudinin Gürşadıdır: sevgidən və inamdan da uca Gürşad! Gürşad – “Çiçəklər – başdaşım, göy üzü-qəbrim; yarpaqlar kəfənim, ağac tabu-tum”, yaxud "əcəllə ölməyə doğulmamışam" – deyən, “ge-cələr könüldən qurd kimi ulamaq keçən”, yalqızlıqda özü-nü tapmış darıxan lirik mənin özü ilə idealları arasındakı elçisidir, ona dərin ümidlərinin daşıyıcısıdır:
Təkcə sən bilirsən mən kiməm axı,
O nur da, Gürşad da sənə bəllidir.
Mənim tək o nuru görüb sevməyin
Ruhuma ən böyük bir təsəllidir.
Bu mənada Gürşadla Rüstəm Behrudinin yaradıcılığın-dakı Şaman obrazı arasında yaxınlıq vardır. Gürşad – Rüs-təm Behrudinin dualarındakı ümidlərin, işığın, idealın, bə-dii obrazıdır. “Şaman duası” – Rüstəm Behrudinin müasir Azərbaycan ədəbiyyatında möhkəmləndirdiyi motivdir. Şa-man duası Rüstəm Behrudi üçün türk dünyasının varlığını ruhunda yaşadan, onun ucalığını və bütövlüyünü hər şey-dən uca tutan, böyük gələcəyə doğru ümidlərini ifadə edən poetik monoloqdur. “Şaman duası” ahəngində poetik təh-kiyəni də yeni dövr Azərbaycan şeirinə Rüstəm Behrudi gətirmişdir. Bu, əslində Dədə Qorqud şeirlərindəki ritmin poeziyadakı yeni improvizasiyasıdır. Rüstəm Behrudi ən müasir mətləbləri Dədə Qorqud təhkiyəsi əsasında “Şaman duası” ilə özünəməxsus poetik səviyyədə səsləndirmək və-zifəsini layiqincə yerinə yetirmiş, nəticədə özünün fərdi üs-lubunu yarada bilmişdir. “Şaman Daştəkənin sonuncu du-ası” şeiri artıq məhz Rüstəm Behrudinin poetik sözüdür.
Eşit, ey tanrı, dözümüm,
Bizi lap yordu, vaxtıdır.
Varıban getmək gərəkdir,
Göndər Boz qurdu, vaxtıdır.
Bədoy atları çapdığım,
Qan bahasına yapdığım,
Vətən deyib tanıdığım,
Torpaq bir gordü, vaxtıdır.
Nəyim var can kimi dadlı?!
O da Tanrım, döyüş aldı.
Bi igid göndər – ağ atlı,
Hifz et bu yurdu, vaxtıdır.
Rüstəm Behrudinin yaradıcılığında peyda olmuş İblis motivi onun tənhalıq şeirlərinin üzvü tərkib hissəsidir. Özüynən tənha qalanda, yalqızlıq hislərini yaşayanda üz tutub ürəyini boşaltdığı iblis şairi ənənəvi mövzularından bir qədər kənara çıxara bilən, təsəvvürlərini genişləndirən məfhumdur. Bu mənada Rüstəm Behrudinin İblisi ədəbiy-yatda yüksək klassik səviyyədə əksini tapmış “cümlə xəya-nətlərə bais” olan iblisdən fərqli olaraq, çox da vahiməli bir məfhum deyildir.
Şairin fikrincə, “hər kəsin şeytanla ortaq yanı var”. Rüstəm Behrudiyə görə, ümumiyyətlə insan "yarı iblis, yarı mələkdir". Əgər insanın gözündəki pərdə çəkilərsə, orada hər kəs öz içindəki iblisi görə bilər. Bu mənada Rüstəm Behrudi iblisi mürəkkəb bir məfhum olmaqdan uzaqlaşdı-raraq adiləşdirmişdir. O, ədəbiyyatda İblis xofunun sındıra bilmişdir. Buna görə də Rüstəm Behrudi o fikirdədir ki, hə-yat var olduqca qiyamət gününə qədər insanlığın bətnində iblis yaşayacaq və nəhayətdə cəhənnəmə tək gedəcəkdir. İblis mövzusunda yazdığı şeirlərində Rüstəm Behrudi də “cəhənnəmdən qovulmuş iblis” motivindən istifadə edər-kən:
Söylə, ən gözəli nədi dünyada
Baxtın verdiyindən beş əlli tutmaq?
Dərdiynən barışıb bu yer üzündə
Qalı b unudulmaq? Yoxsa ki, yerdən
Başını götürüb gedib unutmaq?
Suallarına Cavab axtarmış, bir qədər dərinliklərə baş vurmalı olmuşdur. Ancaq bütövlükdə Tənhalıq dərgahında iblislə danışmaq, bölüşmək, onun da yalqızlığı ilə barışmaq Rüstəm Behrudinin İblisini fərqləndirir. Buna görədir ki, o,şeirlərində "İblis mələkdən gözəldir", hətta “mən iblisə qardaş” – deyir. Rüstəm Behrudinin "İblislə qol-boyun" adlı şeir yazması cəmiyyətin tarazlı inkişafında, “qınından çı-xan” haq yolu uğrunda mübarizədə "qanadlarından qan sü-zülən" iblisin də varlığının reallığının qəbul edilməsi zəru-rəti nəzərə çarpdırılır. Bu, ədəbiyyatdakı ənənəvi xeyirlə şə-rin mübarizəsi motivinin ifadəsi demək deyildir. Şairə görə, bəşəriyyətin harmoniyası naminə onsuz insanın içində onunla bir yerdə olan iblislə mələyin dinc yanaşı yaşadıl-ması daha çox fayda verə bilər. Onun fikrincə, İblis xofu ol-mazsa, “dua, tövbə, savab, günah” tərəziləri itən təkbaşına həyat “sərsəm” kimi mövcud olar. Bütövlükdə İblis haqqın-da yazılmış şeirləri ilə, Rüstəm Behrudi dünya ədəbiyyatı-nın əbədi motivi olan bu mövzunun üzərindən mövcüd pərdəni çəkmiş, ona yeni məna verməyi bacarmışdır. İblisə həsr olunmuş şeirlərində Rüstəm Behrudi şair-filosof kimi çıxış edir. Ümumiyyətlə, Rüstəm Behrudinin yaradıcılığın-da insana və cəmiyyətə fəlsəfi baxışın poetik ifadəsi üstün mövqedədir. Onun üslubunda fəlsəfə şeirdən çıxarılan ümumiləşmiş nəticədən çox, şeirin açarıdır. Rüstəm Behru-dinin yaradıcılığının tam mahiyyətini açmağın yolu onun şeirlə ifadə olunmuş fəlsəfəsini aydınlaşdırmaqdan keçir.
Ölüm-ruh-həyat, İblis-mələk münasibətlərinin təzadı və ya vəhdəti Rüstəm Behrudinin poetik fəlsəfəsinin ümu-miləşmiş mahiyyətini özündə əks etdirir. Bu, çoxəsirlik ənə-nəsi olan Azərbaycan fəsəfi lirikasının təzə səhifəsidir.
İlin fəsillərinə həsr edilmiş şeirləri Rüstəm Behrudinin özünəməxsus poetik ovqatını mənalandırmağa xidmət edir. O, qışdan soyuqluq, ilk bahardan oyanış, yay fəslindən qız-mar mühit, payızdan isə ayrılıq kimi söz açır. Bundan baş-qa, fəsillərdən hər birinin poetik baxımdan mənalandırıl-masında da Rüstəm Behrudi orijinal təşbehlər və epitetlər işlətməklə təbiətə bənzərsiz şairanə münasibətini meydana qoyur. Onun təqdimatında qış-“soyuq ulduzların sevgisi” kimi mənalandırılır. O, ilk bahar yağışlarını yalnızlığın göz-yaşlarına bənzədir. Şair yaz fəslini "açan almaların qırmızı çiçəklərinin" rəngində görür. Onun üçün yay fəsli darıxdı-rıcı qızmar cəhənnəm kimidir. Bu, şübhəsiz ki, tənhalığın yay fəslindəki assosiasiyasıdır. Rüstəm Behrudini Azərbay-can ədəbiyyatına cəlbedici payız şeirləri silsiləsi gətirmiş-dir. Şair bir neçə baxışdan payızın çalarlarını axtarmışdır. O, “dörd fəslə sığmaz halını” əslində bir fəsildə-payızda tapmışdır. Rüstəm Behrudinin özünü "Sonbaharın övladı" adlandırması, tez-tez "Sonbahardan gəlmişəm" sözünü səs-ləndirməsi sadəcə onun payızda dünyaya gəlməsini, tərcü-meyi-hal faktını deyil, ruhundakı romantik payız çalarla-rını, ayrılıqları və bütövlüyə can atmaları ifadə edən obrazlı bir qavrayışdır. Onun payız şeirlərinin romantikası da, poe-tikası da fərqli və düşündürücüdür:
Sevəcək hər şeyi payız bir azdan,
Neyləsin bahardan yanmamışlar?
Gecikib payızda açan gülləri,
Sonuncu xəbərdi köçəri quşlar.
Buludlar sonuncu xəbərdir dolub,
Göydən ismarıcdı yağan yağışlar.
Köçən durnalarla, dönər dumanla
Divanə könlümün payızı başlar.
Qoymaz oğlum, qızım, qadınım məni
Bir salan yarpağa qoşulum gedim.
Qoymazlar qoşulum durnalar ilə
Bu yerdən köçəri quş olub qedim.
Gedim mən üz tutub olacaqlara,
Ruhumu köçürüm özümə bir də
Mən qaçım özümdən, görüm, ilahi,
Dönə bilərəmmi özümə bir də.
XX əsrin səksəninci illərinin yaddaqalan şeirlərindən olan "Söz necə mənə oxşayır" şeiri Rüstəm Behrudinin özü-nü təbiətdə tapmasının bənzərsiz poeziyasıdır. Daha çox cəmiyyət hadisələrindən yazan Rüstəm Behrudi təbiətə həsr olunmuş şeirlərində də incə mətləbləri böyük istedad-la poetikləşdirir. "Gör necə mənə oxşayır" şeirindəki, təbiət-dəki dəqiq və aydın müşahidələrin poeziyası sözün böyük mənasında əsl şairlik istedadının gerçək göstəricisidir:
Qışda yer üzünə ələnib yağan,
Məzar daşlarını itirən ilk qar,
Bir yaz gecəsində səhərə kimi
Təpədən dırnağa açan gilənar,
Ay Allah, gör necə mənə oxşayır…
Dağda bizim kənddə, qardaş payızda
Baş tutmaz tələsib ikinci dəfə
Açan almaların o çiçək qəmi;
Payız gecələri ay işığında
Çılpaq ağacların qərib görkəmi
Ay Allah, gör necə mənə oxşayır…
Yağışı yağmayan yay axşamları
Ləçəklər qurusa, arı azandı…
Sarala-sarala sozalıb batan
Günəş də üfüqdə tale yazandı
Nədi bu oxşayış mənnən nə bilim?
Bu günəş gör necə mənə oxşayır;
Ay Allah, o tale mənim taleyim
Rüstəm Behrudi lirik-fəlsəfi şairdir. Onun şeir yaradıcı-lığında publisistika elementləri yoxdur. Lakin Rüstəm Beh-rudinin kitablarında publisistika nümunələri də az deyildir.
Rüstəm Behrudi şeirlərində lirik-poetik və fəlsəfi dü-şüncələrini, publisistikasında isə əsasən mənəvi-ictimai fi-kirlərini ifadə edir. Rüstəm Behrudinin şeirləri də əsasən ic-timai mətləblər üstündə köklənmişdir. Onun yaradıcılığın-da sirf sevgi şeirləri cox azdır. Hiss olunur ki, o, poetik şə-kildə lirika üstündə ifadə edilməyə sığmayan ictimai mət-ləbləri publisistika vasitəsi ilə təqdim edir. Rüstəm Behru-dinin publisistikasında da ictimai-fikirlər sadəcə hadisələri və təfərrüatları təsvir edən cümlələrlə deyilir, çox vaxt həm də obrazlı ifadələrlə mənalandırılır. Əksər publisistika nü-munələri də şeirləri kimi yığcamdır. Bütün bunlara görə Rüstəm Behrudinin bir çox publisistika nümunələri mən-sur şeir təsiri bağışlayır. Bu mənada onun publisistikasında əksər hallarda şeir parçalarının olması məqalədən poeziya-ya keçidi yox, mövzunun publisist həllinin obrazlı şəkildə şeirləşməsi təəssüratı yaradır. Yaxud da Rüstəm Behrudi-nin ayrı-ayrı şeirlərindən seçilmiş bəndlərdən publisistika-sında istifadə olunması şeirlə axıradək deməyin çətin ol-duğu eyni notları publisistika vasitəsi ilə dərinləşdirərək davam etdirməsi ehtiyacından yaranır. Hətta Rüstəm Beh-rudinin bəzən şeirləri ilə eyni adda məqalələr yazması poe-tik baxımdan obrazlı şəkildə mənalandırılan həmin möv-zuya daha qüvvətli ictimai fikir demək cəhətdən yenidən qayıdışın təzahürüdür.
Onun bəzi publisistika nümunələrini nəğmə, məktub adlarıyla təqdim etməsi bu yazıların məqalə cildində “şeir” olduğuna işarə kimi səslənir. “Baş daşından çiçək gözəldi” – deyənlərin nəğməsi” silsiləsinə daxil olan mətnlərdən iki-si şeir, dördü isə şeir kimi səslənən publisistikadır. Burada publisistikanı şeirdən yalnız vəzn və qafiyənin olmaması fərqləndirir. “Ölüm doğulacaq uşaq kimidi. Kim doğulma-dı ki, ruhum mənim. Hər kəsin ölümü öz bədənindədi. Kim nə vaxt doğulacağını bilmədiyi kimi, öldüyünü də bilmir, ruhum mənim.
Olmayan olandan daha gözəl, gedən qalandan daha xoşbəxtdi, ruhum mənim. Olmayan olmağa, gedən qayıt-mağa can atır həmişə. Canatmalardan ibarətdi bu dünyada hər şey”.
"Payız yağışına islanmış sözlər" publisistika silsiləsi məktublardan ibarətdir. “Nəğmə”lərlə müqayisədə “mək-tublar” bir qədər həm də janrın xarakterindən doğan senti-mentaldır. “Məktublar” bir çox hallarda Gürşada məhəb-bətdən yağan gözyaşlarını xatırladır: “Bax, elə bu gecəyə və gecənin içində məndən uzaqda sahilə sığınmaq istəyən lə-pələnən dənizə yağan yağış içində köçəri quş kimi uçan sözləri isladır… Sən ağacın, otun, çiçəyin dərdini, mən ağa-cın budaqlarının, otun qoxusunun, çiçəyin ləçəklərinin dər-dini çəkən adamam.
Biz eyni dərdin bütöv və yarımçıq adamlarıyıq. Bütöv olmağın və yarımçıqlığın qorxusu var içimdə. Mənim ölü-müm bir dəlinin xoşbəxtliyi, sənin xoşbəxtliyin bir divanə-nin ölümüdür. Divanələr günlərinin üstünə yağış yağan pa-yız kimi…Payız təpədən dırnağa ayrılıqdı…Payızdı. sözlə-rimdən yağış yağır… Mən sonbahar adamıyam. Məni səndə açıb, məndə solacaq çiçəklərə bağışla”.
Yaradıcılığının əsas motivlərindən olan tənhalıq dü-şüncələrinin publisist ifadəsinə həsr olunmuş yazılarda icti-mai motivlər güclənmişdir. Bu silsilədə insanın, günahın, tövbənin, ölücünün, ağılın, divanəliyin mahiyyəti haqqında aydınlaşdırıcı mülahizələr öz əksini tapır. Bu məqamda Rüstəm Behrudi idealist filosof kimi görünür: “Tövbə-qa-yıtmaqdı. Tövbə günahı yumaz. Hər bir günahın çəkiləsi bir əzabı var… Tövbə-yeni bir günah işləmək istəyi, yeni bir günaha yol qoymaq hiyləsidi. Tövbə-günahı zaman ölçü-sünə sığdırmaqdı…Yalnızlıq və tənhalıq ən böyük tövbədi. Tənhalığa çəkilən adam günah işlədə bilməz. Çünki tənha-lığa çəkilən adamın andları duaya, hönkürtüsü pıçıltıya çevrilir.
Rüstəm Behrudinin “Ruhumuzun sərhədləri”, “Mən də bir vaxt adam idim”, “Paylaşılan yalnızlıq-yalnızlıq de-yil” publisistika silsilələri təsirli və mənalı esselərdir. Es-selər daha bədii və obrazlıdır. Kamal Abdullaya yazılmış “Kədərli seçmələr, yaxud seçilmişlərin kədəri” yazısı tanın-mış yazıçının “unutmağa kimsə yox” fəlsəfəsində ifadə olunan tənhalığın həmrəylik essesidir. Alim Qasımova ba-xış haqqındakı düşüncələrinə həsr edilmiş “Səs-tənhalığın rəsmidi” essesində ilahi səsi ilə “göy üzünün boşluğuna” rəsm çəkən böyük sənətkarın obrazı canlandırılır. Vaqif Cəbrayılzadədən bəhs edən "Vaqif, sənə deyiləsi sözlərimə yağış yağır” essesi məzmunlu bir poetik-publisistika nümu-nəsidir. “Son bahardan oğluma məktublar” silsiləsindəki esselər ictimai-məzmunu, qayəsi, mahiyyəti və hədəfləri etibarilə Rüstəm Behrudinin təkcə publisistikasının yox, ümumiyyətlə yaradıcılığının əsas tezislərini səsləndirir. Fikrimizcə, qızı Ayselə üz tutaraq yazılmış “Görüntü” es-sesi də “Son bahardan yazılmış məktublar”ın tərkib hissəsi olub, bir daha Rüstəm Behrudinin yaradıcılıq qayəsini ay-dınlaşdırır: “Gələcəyə yüyürməkdən gözəl şey yoxdu bu yer üzündə”. Bu işıqlı və nikbin motivin essesinin Rüstəm Behrudi yaradıcılığının səsinə çevrilməsi, onu artıq kifayət qədər orijinal şəkildə mənalandırdığı ölüm-ruh-iblis dairə-sindən ayırıb, həyat eşqinin fəlsəfəsini, bu günlərin sabit və nikbin ritmlərini daha qabarıq ifadə edən əsərlərin cazibəsi-nə dəvət edir. Bəli, Azərbaycanda müasir inkişaf prosesləri-nin, günəşi yaradanların böyük ədəbiyyatı doğulmalıdır.
Yaradıcılığının sönməz poetik enerjisi, yeni həyata və insana baxışlarındakı dərinlik və müasirlik, xüsusən, ən ye-ni şeirlərindəki Vətən notları, indiki qayğıların əks-sədası Rüstəm Behrudinin “sonsuz zaman içindəki” düşüncələr selinin yer kürəsi dayanacağından bizim günlərin “gələcə-yə yürüyən” böyük ədəbiyyatının yaradılması proseslərinin içərisində olduğunu göstərir. Rüstəm Behrudinin böyük və-təndaş yazıçı Cəlil Məmmədquluzadənin yaradıcılıq ideal-larına dərin inam və ehtiram bəslənməsinin, qüdrətli sənət-kara üz tutaraq “Ustad Mirzə Cəlilə” epiqrafı ilə şeirlər yaz-masının cövhərində dayanan iki əsas mətləbdən birincisi milli azadlıq, digəri isə yüksək vətəndaşlıq mövqeyidir. Rüstəm Behrudinin “Ölüm, xoş gəldin” şeiri dahi Cəlil Məmmədquluzadənin məşhur “Ölülər” tragikomediyasın-dan, kefli İsgəndərin od püskürən monoloqundan diksinib oyanmış xalqın seçdiyi siyasi-mənəvi əsarətdən xilas olmaq yolunun mərdanə poetik etirafıdır. Milli azadlıq ideyaları dalğasında ədəbiyyatda möhkəmlənmiş Rüstəm Behrudi-nin şeirləri yeni epoxada Məlikməmməd kimi işığa, irəlilə-yişə, milli-mənəvi bütövlükdən etnik-coğrafi genişliyə qə-dərki bütün uca dəyərlərin daha da inkişaf etdirilməsinə xidmət edir. 1986-cı ildə yazılmış Cəlil Məmmədquluzadə-yə həsr etdiyi “Daha gülə-gülə ağlamaq olmur” adlı publi-sist poemasında da böyük demokrat ədibin apardığı ümu-milli mübarizədən doğan müasir vəzifələr yüksək vətən-daşlıq səviyyəsində təqdim olunur. Bu poema Cəlil Məm-mədquluzadə və Vətən mövzusunda yazılmış mənalı, dü-şündürücü böyük poetik monoloqdur. Cəlil Məmmədqu-luzadədən bəhs edilən poemalar sırasında Rüstəm Behru-dinin “Daha gülə-gülə ağlamaq olmur” poeması yüksək idealı orijinal əsər kimi mühüm əhəmiyyətə malikdir. “Da-ha gülə-gülə ağlamaq olmur” publisist poeması Cəlil Məm-mədquluzadənin dilindən müasir dövrə xitabdır:
Kefli İsgəndərə deyin bu günkü
Nazlını, Zeynəbi nə gözlər sabah,
Sonra da yollanım şərab dalınca,
Baxıb keyf eləsin Şeyx Nəsrullah.
Vədələr verilir: Kimdə hünər var,
Bu günkü qızımın xətrinə dəyə.
Elə bil Kəbini yazıq Zeynəbin
Təzədən kəsilib Xudayar bəyə.
Qılıncda kəsər yox, de qın neyləsin,
“Özümüz” deyilik, budur əngəli
Bəlamın birisi söz yox özgədən,
Böyüyü, ay ustad, özümdən gəlir.
Mənim işim başqa, istəyim özgə,
İndi şair çoxdur qəm ovutmağa.
Mən isə bu günün “Ölülər”inin
Gəlmişəm ruhuna ayna tutmağa.
Rüstəm Behrudi “Ata dili” şeiri ilə Cəlil Məmmədqu-luzadənin “Anamın kitabı” dramındakı “Atanın öz əli ilə yazdığı kitabı”ın milli-mənəvi bütövlük ideyasını seçilmiş mövzu əsasında fərqli baxışlar ilə yenidən dilə gətirmişdir. “Ata dili” şeirində böyük Mirzə Cəlil Məmmədquluzadə-nin öz sözləri ilə desək “beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz”lərin Ana dili deməyə haqqının çatmadığı ideyası irəli sürülür. Şairin fikrincə, anası əcnəbi millətlərdən olub, yad tərbiyə alanların milli-mənəvi dəyərləri axıradək qoru-yub saxlaya, yaşada və daşıya bilməmələri cəmiyyəti ciddi çətinliklərlə üzləşdirir. Bütövlükdə Cəlil Məmmədquluzadə irsinə və ideallarına müraciət Rüstəm Behrudiyə ədəbiyyat-da yüksək vətəndaş sözü deməyə də geniş imkan yaradır.
Qeyd etdiyimiz kimi, Rüstəm Behrudinin otuz illik bədii yaradıcılığı bütövlük andı üstündə köklənmiş geniş bir tarixi-coğrafi genişliyin ədəbiyyatıdır. Görkəmli şair və ictimai xadim Oljas Suleymenova açıq məktub kimi 1984-cü ildə yazılmış “Hər şey ayrılıqdan başladı” şeiri Rüstəm Behrudinin həm tarixi-coğrafi genişlik anlayışının miqyası-nı, həm də bütövlük andının mahiyyətini və həmrəylik ide-yasının əhəmiyyətini dolğun şəkildə ifadə edir. O, eyni za-manda, oxucusunu “qızıl alma timsalı Vətən” üçün, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi yollarında həmişə Məlikməmməd misalı səməndər quşuna çevrilməyə çağırır. Rüstəm Behrudinin poeziyası min illərin ruhunu və yeni əsrin çağırışlarını vəhdətdə əks etdirən mənəvi bütöv-lüyün və genişliyin kamil sənət nümunəsi olaraq tarixi mis-siyasını davam etdirməkdədir.
19.08.2015
Sabir Rüstəmxanlı
(şair, millət vəkili)
TÜRK RUHUNUN KEŞİKÇİSİNƏ
ÖN SÖZ ƏVƏZİ
Əzizim Rüstəm! Bu gün sənin ad günün və yubileyin-dir! Otuz illik dostluğumuzun və ədəbi tale bağlılığımızın məntiqinə görə, ürəyimin istəyinə, yaradıcılığının doğma-lığına görə bu gün mən sənin yanında olmalı, haqqında söz deməli, məclisinin başında oturmalıydım. Təəssüf ki, həyat-da hər şey bizim istədiyimiz kimi olmur və biz buna öyrəş-məliyik! Öncədən planlaşdırsaq da, sənə bəlli olan səbəb-dən bu gözəl gününə çata bilmədim! İnanıram ki, inciməz-sən!
Sənin haqqında ürək sözümü deməyə, yubiley məcli-sini gözləməyə ehtiyac yoxdur! Əzizim Rüstəm! Özün də yazdığın kimi, ilk tanışlığımız günü, ilk şeirlərini, "Yazıçı" nəşriyyatına mənim yanıma gətirib, fikrimi öyrənmək istə-yəndə "bu şeirlər gözəl şeirlərdir, sən də gənc şair deyil-sən, böyük şairsən!" demişdim! Onda sən hələ çox gənc idin! Sevinirəm ki, ötən illər sözümün doğruluğunu təsdiq-lədi! Biz elə həmin gündən dostuq! Tezliklə sənin ilk kita-bın nəşr olundu. Çox az qələm əhli tapılar ki, onun ilk kita-bı ədəbi hadisəyə çevrilsin, onu oxucuların sevimlisinə çe-virsin!