Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Səbahəddin Əli haqqında xatirələr», sayfa 3

Kollektif
Yazı tipi:

Həyatýmdan günlər, həftələr və aylar keçməyə baþladý. Səbahəddin Almaniyadan xeyli sayda kitabla qayýtmýþdý. Ýki otaqdan ibarət evimizdə tavanýn bitdiyi yerdə, içərisində ayaq üstə durmaq mümkün olmayan bir yer var idi. Kitablarý, məcmuələri və Almaniyadan gətirdiyi bir sýra rəsmləri oraya yerləºdirdi. O, Almaniyada olduðu vaxt Hitler hələ hakimiyyətə gəlməmiºdi. Deyəsən, solçular aktiv idilər. Almaniyada bir alman türkləri təhqir etmiºdi, Səbahəddin buna dözə bilməmiþ, narahat olmuþdu. Bu narahatlýq içində də Leninin “Kapitalizmin son mərhələsi: Ýmperializm”, Marks, Engels, Kautski, Bernþtaynýn əsərlərini və digər sol fikirli xeyli əsər alýb oxumuþ, vətəninin də sol düºüncəyə keçərsə, daha balanslý bir ölkə olacaðýna inanmýþdý. Bir də görürsən, o otaða girib kitablarý eþələyir, həmiºə çoxlu kitab oxuyurdu. Tualetdə, avtobusda, parkda, danýþmadýðý istənilən yerdə.

Evləndiyimiz il görüþdüyümüz tanýþlarýmýz onun köhnə dostu olan, həmin illərdə Ankarada fəlsəfə müəllimi iºləyən Cahidə Aka, onun bacýsý Həmidə Topçuoðlu və ailəsi idi. O vaxtlar bu gənc xanýmlar hələ ailə qurmamýþdýlar. Arabir elə eyni liseydə ədəbiyyat müəllimi olan Nahit xanýmgilə gedirdik. Bu ailələr də bəzən bizə gəlirdilər.

Evləndiyimiz vaxt Səbahəddin Milli Təhsil Nazirliyində nəºriyyat eksperti iºləyirdi. Yadýmda qaldýðýna görə, 1935-ci ilin sonlarýnda o, bir orta məktəbdə əlavə iº olaraq alman dili müəllimi kimi iºləməyə baºlamýþdý. 1936-cý ilin baþlanðýcýnda da Dövlət Konservatoriyasýnda alman dili müəllimi kimi iºə qəbul olundu. Nəºriyyat ekspertliyindən çýxdý. Bir müddət sonra da Karl Ebertlə çalýþmaq üçün dramaturq vəzifəsinə qoyuldu. Ebertlə Səbahəddinin xasiyyəti çox yaxþý tuturdu, onlar bir-birini çox istəyirdilər. O bizi evinə ºam yeməyinə dəvət edirdi. Xanýmý və iki qýzý çox xoþxasiyyət adamlar idilər. Ebert yaþlý olsa da, yaraþýðýný itirməmiº, xoº bir adamdý. Sənəti ilə tanýnmýþ, mədəni rejissor idi.

Səbahəddin əsgərliyini bir neçə dəfə təxirə salmýþdý. 1937-ci ilin əvvəllərində Ehtiyatda olan Zabitlər Məktəbində xidmətə baþladý. O vaxtlar bu məktəb Ýstanbulun Hərbiyə rayonunda yerləºirdi. Ankaradaký evi boþaldaraq Ýstanbula gəldik. Yayý Ərənköyündə anamgildə keçirdik. Sonra Panqaltýda Biləzikçi küçəsində geniº, ikimərtəbəli bir evin birinci mərtəbəsini kirayə tutduq və avqust ayýnda bu evə köçdük. Səbahəddin həmin vaxt Dil Qurumunda da vəzifə tuturdu. Dolmabaðça sarayýnda bu iþlə əlaqəli iclaslara gedirdi. Hər halda, xüsusi icazəsi var idi. Həftədə neçə dəfə getdiyi yadýmda deyil. Həmin vaxt mən hamilə idim.

1937-ci il 30 sentyabrda qýzýmýz oldu, adýný Filiz qoyduq. Xəstəxanada bir həftə qaldýq. Səbahəddin o arada eºitmiºdi ki, ordudan çavuº kimi tərxis oluna bilər, ona görə də narahat idi. Xəstəxanadan evə çýxmaðýmýn dördüncü günündə Səbahəddinin Ankara orta məktəbindəki müəllimliyini, Dövlət Konservatoriyasý və Dil Qurumun-daký iþini dəstəkləyən adam o dövrün Milli Təhsil naziri Səffət Arýqan idi. O hətta “Tarixdəki əcaib hallar” adlý kitabý Səbahəddinə verərək “Ulus” qəzeti üçün hissə-hissə çap olunmaqla tərcümə etməsini istəmiºdi. Əsər əvvəlcə “Ulus” qəzetində hissə-hissə çap olundu, sonra isə kitab halýnda nəºr edildi[7].

Səbahəddin çox aðýllý, bilikli, hərtərəfli, çalýþqan bir insan idi, bundan əlavə, diqqətli və hər ºeyə maraq duymasý ilə seçilirdi. Vitrinlərdə, kitab evlərində saatlarla dayanýb kitablarý tədqiq edər, dayanan və hərəkət edən qatara xeyli müddət baxar, hər ºeyə, hər hadisəyə qarþý eyni diqqəti sərgiləyərdi. Paltarlarýna, geyiminə qarþý vasvasý, son dərəcə təmizkar adam idi.

Ona dedim ki, istəyirsənsə, Səffət Arýqana məktub yazýb sənin vəziyyətinə görə kömək xahiþ edim. Razýlaþdý, mən də məktubu yazdým. Lakin bir gün sonra dedi ki, Ankaraya təcili gedib-qayýdacaq. Mən xəstəxanadan təzəcə çýxdýðým, yanýmda heç kəsin olmadýðý üçün bizi tək qoyub getmək onu kədərləndirirdi, amma getməsi lazým idi. “Sən özünü yorma, körpə necə olsa, böyüyəcək”, – deyib bizdən tələsik ayrýldý, bir gecə Ankarada qalýb səhərisi evə qayýtdý.

1938-ci ildə, qýzým yeddiaylýq ikən leytenant olaraq Əskiºəhərə təyinat aldý. Əskiºəhərdə altý ay qaldýq. Orada ara-sýra getdiyimiz hərbi klub, yadýmda qaldýðýna əsasən, baxýmlý, gözəl bir yer idi. Səbahəddinin növbətçi olduðu günlər günorta yeməyini evdən götürərək bölükdə birlikdə yeyərdik. Bölüyünün harada yerləþdiyini indi xatýrlamýram. Amma açýq, hava çəkən yerdə idi. Əskiºəhərə gedərkən Filiz üçün Bəyoðlundaký “Orozdibak” maðazasýndan yaþýl rəngdə, Avropa istehsalý olan bir uþaq arabasý almýþdýq. Həmin dövrdə Türkiyədə yerli mala çox az rast gəlinirdi. Daha çox Avropa mallarý satýlýrdý. Mənə də ilk dəfə idi ki, bəzi ºeylər alýnmýþdý. Deyəsən, bunlarý Dil Qurumundan qazandýðý pulla edə bilmiþdi. Uþaðýmýzý arabasýna qoyub evə piyada gedərdik, çünki bölüyü çox da uzaqda deyildi.

Əsgərliyi bitdikdə və biz Ankaraya qayýtdýqda Pertev Boratav bizi qarþýladý. Axºam hoteldə qaldýq. Həmin vaxt Pertevin həyat yoldaþý alman dili müəllimi olmaq üçün Almaniyaya kursa getmiºdi. Pertev də bizi ertəsi gün evinə apardý. Bir gecə bizimlə qaldý, sonra çýxýb getdi. Yəqin ki, Ýstanbula yollanmýþdý. Biz də həmin vaxt ərzində ev axtardýq. Qýzýlayda “Qərənfil” küçəsində “Adalar” binasý yenicə təhvil verilmiºdi. Ev sahibi böyük bir mənzili iki yerə bölmüºdü: biz arxa tərəfdəkini kirayə tutduq. Arxada böyük bir terrasý olan, aðaclarla dolu baðçaya baxan istifadəsiz, ikiotaqlý çardaq yerləºirdi. Köhnə Xalq Partiyasýnýn qarþýsýnda yerləºən bu bina hələ də yerindədir. O dövrdə ev qýtlýðý vardý, ev tapmaq çətin idi, hətta hava pulunu vermədən ev tampaq olmurdu. Çox az əºya alaraq bu evə köçdük.

Səbahəddin roman və hekayələrini çox rahat yazýrdý. Qonaq otaðýmýzda radio iþləyən vaxt yazýlarýný yazmaq onu narahat etməzdi. Özünü hansýsa iþə verdiyi zaman səs-küyü və ətrafýndakýlarý unutmaðý bacarýrdý. Bütün hekayə və romanlarý müxtəlif qəzetlərdə hissə-hissə çap olunduqdan sonra kitab halýnda nəºr olunmuºdu. Qəzetə gündəlik hissəni çatdýrmaða çalýþdýðý vaxt evdə qonaq olsa da, həmin otaqda bir tərəfə çəkilib yazar, mətni redaksiyaya çatdýrardý. Amma roman və hekayələrini yazmaða baþlamazdan əvvəl 5-6 ay qeydlər aparar, onlarý baþýnda hazýrlayardý. Nəticədə, yazarkən məncə, baþýndakýlar bir-birinin arxasýnca kaðýza köçürülərdi.

Əsgərlikdən qayýtdýqdan sonra Yaþar Nəbi bəygillə (yenicə evlənmiºdi) Ankarada ilk dəfə tikilən “Baðçalýevlər”dəki mənzillərində tanýþlýðýmýz baþladý. Nəcil Kazým Aðsəslə həyat yoldaþýný orada tanýmýþdým. Cövdət Qüdrətlə xanýmý Ýhsan da təzəcə evlənmiºdilər, onlarla da Yaºar Nəbigildə tanýþ olmuþdum. Səbahəddini, səhv etmirəmsə, 1939-cu ildə dördaylýq əsgərliyə apardýlar. Ýstanbulda Böyükdərədə bir otaq kirayə tutduq, biz də həmin müddət ərzində Böyükdərədə qaldýq.

Yaºar Nəbi də əsgərliyə getmiþdi. O qayýtdýqdan sonra həyat yoldaþý ilə ayrýldýlar. Ondan sonra hələ bir neçə dəfə də Yaºar bəygilə gedib-gəldik, sonra o, Ýstanbula köçdü.

Qaldýðýmýz binanýn birinci mərtəbəsinə Müvəffəq ªərəflə xanýmý Rəbiyyə köçdülər, onlarla da münasibətimiz uzun çəkdi. Sonra Niyazi Bərkəs və həyat yoldaþý, indiki soyadý Əsənəl olan Mədihə xaným, Pertev Boratav və xanýmý Hayrünnisə, vəkil Ý.Haqqý Balamir və həyat yoldaþý Þəmsa tanýþlarýmýz sýrasýna daxil oldular. Bu ailələrlə münasibətlərimiz uzun sürdü. Biz tez-tez toplaþýr, aramýzda ədəbiyyat və siyasətə dair mövzular müzakirə edir, birlikdə yemək yeyir və cürbəcür mövzularda söhbətlər edirdik. Bəzən də macar Szabo ilə xanýmý Roji də bizə qoºulurdular. Roji həmin vaxt Konservatoriyada piano müəllimi idi. Müzəffər ªərif indi Amerika vətəndaþý və universitet professorudur. Əzra Ərhat, Səbahəddin Əyyuboðlu, Szabogil, Orhan Vəli, Pertevgil və baºqalarý ilə bəzən axºam yeməyində toplaþýrdý. Yenə də siyasət və ədəbiyyatdan danýþýlýrdý. Bu qrupla bəzən də fermada gəziºər, günorta yeməyini restoranda yeyərdik. O vaxtlar “Meºə” fermasý nizamlý, daha təmiz yer idi, adam az olardý, ilk restoranýnda yaxþý xidmət olunurdu, yeməkləri keyfiyyətli və ucuz idi.

Mahmud Dikərdəm Xarici Ýþlər Nazirliyində çalýþam, iþinə xas gözəl geyinən gənc bir centlmen olaraq arabir bizə gəlirdi. Sonra Jalə ilə evləndi. Bir dəfə də xanýmý ilə bizə gəldi. Mahmud mədəni, yaxþý xasiyyətli bir gənc olduðu üçün Səbahəddinin ondan xoºu gəlirdi. Onunla ümumi mövzular, sənət və ədəbiyyat ətrafýnda danýþardýlar. Onlar Avropaya çýxýb getdilər və biz bir daha görüºmədik.

Erol Güney, Məlih Cövdət Anday və Nurullah Ataç Tərcümə bürosu daðýldýqdan sonra pivə içməyə birlikdə gedərdilər. Erol Güneyi həmin vaxt tanýmýþdým. Rusiyadan buraya köçmüþ, musəvi əsilli, əfəndi, mədəni, aðýllý bir gənc idi. Türk dilində bir türk qədər düzgün danýþýrdý. Nurullah Ataçla da bir neçə dəfə söhbət etmiºdim. Məlih Cövdət o vaxt gənc ºair idi. Necati Cüməli də o vaxtlar gənc ºair olaraq bizə aradabir gəlir, Səbahəddinə əsərlərini oxuyurdu. Səbahəddinin fikrini eºitmək, mənim fikrimcə, Necatini məmnun edirdi. Səbahəddin özü kimi leytenant olan Niyazi Aðýrnaslý ilə Böyükdərədə əsgərliyini çəkərkən tanýþ olmuþdu. O da həyat yoldaþý ilə birlikdə xətrini çox istədiyimiz dostlarýmýzdan idi.

Səməd Aðaoðlu və ailəsi ilə də bir neçə dəfə bir-birimizin evinə gedib-gəlmiºdik. Bəzən Səbahəddinlə Səməd bəy bir ºüºə ºərabla bizə gələr, bir qədər çərəzlə içkilərini içər, söhbət edərdilər.

Adlarýný yuxarýda çəkdiyim tanýþlarýmýzdan əlavə, baºqa bir qrupla da bir müddət əlaqəmiz olmuºdur. Suut Kamal Yetkingil, Məlahət Özgü, Malik Aðsel və Nurəddin Sevinlərlə bəzən onlarýn, bəzən də bizim evimizdə yýðýþýrdýq. O müddətdə çýxan kitablar və ədəbiyyat mövzularý, rəssamlýq sənəti və rəqs hərəkətləri haqqýnda danýþýrdýq. Onlar, – “Sənət sənət üçündür”, – deyir, Səbahəddin isə, – “Sənət cəmiyyət üçün”, – fikrini müdafiə edirdi…

Ankaradaký səfirliklərin dəvətlisi olaraq fransýz, alman, rus səfirlikləri ilə yanaþý, bir dəfə də Avstriya səfirliyinə getmiºdik. Bu dəvəti almanlar təºkil etmiºdilər. Avstriyaný iþðal etdikləri vaxt səfirliyə də ələ keçirmiºdilər. Bu cür səfirlik daxilində dəvətlərdən əlavə, ruslar bir dəfə baðçada bit parti təºkil etmiºdilər. Yaºar Nəbinin xanýmý və mən (biz gənc xanýmlar “Burda” jurnalýndan çýxardýðýmýz kaðýz qəlibdən hərəmiz özümüzə naxýþlý ipək parçadan þýq don tikmiþdik) həmin partiyə qatýlmýþdýq. Parti hər tərəfi gül-çiçəkli gözəl bir baðçada təºkil olunmuºdu. Burhan Belge həmin vaxt Zsa Zsa Qaborla evli idi. Zsa Zsa Qabor çəhrayý güpür geyimi ilə seçilir, əlindəki yelpiyi yellədərək saða-sola əyilə-əyilə yeriyir, gözəlliyi ilə hər kəsi özünə heyran qoyurdu. O gecə çox əylənmiºdik.

Bundan baºqa, “Ankara Palas” hotelində verilən yeni il rəqs gecələrinə gedirdik. Onlardan birində Milli Təhsil Nazirliyinə aid bir masa hazýrlanmýþdý. Cavad Dursunoðlu və xanýmý, Dursunoðlunun ilk dəfə rəqs gecəsinə gələn oðlu, Tahsin Banquoðlu və bacýsý, Suut Kamal və xanýmý, indi xatýrlaya bilmədiyim baþqalarý da orada idilər. Səbahəddin iclaslarda öz çevrəsi ilə məþðul olur, danýþýr, mənsə öz istədiyimi edirdim. Mən də həmin gecə ilk dəfə raký içdim, özü də dayanmaq bilmədən. Rəqsə qalxýb vals oynadýq. Birdən – vals oynayarkən yerə yýxýldým. Bu halým diqqət çəkib. Tahsin Banquoðlunun bacýsý mənim bu vəziyyətimi ona göstərən olmayýb deyə, çox inciyib. Az sonra salondaký bir kresloya oturdum, çox xoþbəxt idim, hamýný, lap naðýllardaký kimi, tül arxasýndan görürdüm.

Həftədə, ən azý, bir dəfə də “Karpiç” kazinosuna, restorana gedər, əcnəbi ºoular əsasýnda hazýrlanan səhnələri izləyərdik. O dövrün deputatlarý və nazirləri də adətən bu restorana gələrdilər. Xüsusilə Þükrü Saraçoðlu… Restora-na nə vaxt getsəydik, orada olardý. Səbahəddinin tanýþý idi. Səbahəddin ona, – “Məmləkət belə idarə olunurmu?” – deyə söz atar, o da bu sözə qəhqəhə çəkərdi.

Bir dəfə də rus səfirliyində belə bir hadisə baþ verdi. Kök bir qadýn mənə yaxýnlaþaraq dedi: “Xaným, əriniz mənim ərimlə mübahisə edir, gələ bilərsinizmi?” Getdim. Boþ bir otaða girmiþdilər. Səbahəddinin qoluna girdim, heç etiraz etmədi, oradan çýxdýq, pilləkənlə endik və bir maþýna minib evə gəldik. Bir az sərxoº idi. Səbahəddinin orqanizmi içkiyə tab gətirmirdi. Bir-iki qədəh içən kimi təsir edirdi. Mübahisə etdiyi adam o dövrün paþalarýndan idi. Adý yadýmda qalmayýb. Səbahəddin Böyükdərədə əsgərliyini çəkərkən, bəlkə də, bu adam komandirlərindən biri olmuºdu. Həmin paºa “Tekel” inhisar ºirkətində öz adýna siqara buraxdýrmýþdý. Səbahəddin buna dilxor olmuþdu. Paþaný səfirlikdə gördükdə içkili halda ona, yəqin ki, söz atmýþdý. Paþa hündürboy adamdý. Səbahəddin onun yanýnda balaca görünürdü. Mən oradan uzaqlaþdýrmasaydým, bəlkə də, daha betər bir ºey baº verəcəkdi.

Karpiç ata öldükdən sonra restoraný əvvəlki əzəmətini itirməyə baºladý. “Karpiç” restoranýnýn baþ ofisiantý Sürəyya bəy Qýzýlayda “Sürəyya” barý açdý. Bura qýsa müddətdə Ankaranýn qabaqcýl adamlarýnýn əyləncə məkanýna çevrildi. Biz də arabir buraya gedirdik. Səbahəddin “Bəxtiyar köpək” hekayəsində göstərdiyi kimi, gəzib-əylənməyi sevməklə yanaþý, daha çox belə yerlərə insanlarý tanýmaq, onlarýn davranýþlarýna göz qoymaq, danýþýq tərzlərini araþdýrmaq, zəif tərəflərini tutmaq və bir az da əsərləri üçün material toplamaq üçün gedirdi. Buradaký adamlarý hərdən məsxərəyə də qoyurdu. Onlara tamaºa etməklə əylənir, bir az da estetik baxýmdan gözəl qadýnlarý seyr etməyi xoºlayýrdý.

Konsertlər Konservatoriyanýn zalýnda verilirdi. Qərb musiqisini ilk dəfə orada eºitmiºəm. Həsən Ali Yücəlin Təhsil naziri olduðu vaxt Ýnönü ilə müəllimlər otaðýnda tez-tez qarþýlaþýrdým. Qýzým həmin vaxt 3-4 yaþýnda idi. Ýnönü onun baþýna sýðal çəkərdi.

O dövrdə ankaralýlara tək-tük rast gəlinərdi. Tapýlanlarýn çoxu Ýstanbullu olardý. O balaca zal dolar, hər kəs yeni qurulmuº, alman maestronun idarə etdiyi orkestri səssizlik içində dinləyərdi. Tar müəllimi Liko Amar da çox möhtərəm, xətrini çox istədiyim dostumuz idi. Bəzən bizə gələrdi. Konservatoriyaya çox xidmət göstərmiº nadir insanlardan biri olmuºdu.

Konservatoriya ilk məzunlarýný verdi. Ýzmir kitab yarmarkasýnda tamaþalar hazýrlanacaqdý deyə, biz də Ýzmirə yollandýq. Atatürk liseyində müdirin otaðýný bizə verdilər. Yarmarkada “Madam Kəpənək” operasý tamaþaya qoyulmuºdu. Baþ rollarý Məsudə Çaðlayan və Ayxan Aydan ifa edirdilər. Teatr tamaþalarý olaraq “Yanlýþlýqlar komediyasý”,[8] “Bizim ºəhərimiz”[9] və sairə əsərlər səhnələºdirilirdi. Cüneyt Göyçər, Muazzez Ýlgin, Məlihə Ars kimi bu gün böyük vəzifələr tutan və artýq yaºlanan, lakin o dövrün məzunu olan gənclər Səbahəddinin sevimli tələbələri idilər. Səbahəddin onlarý çox sevir, onlarla öyünürdü[10].

Ýndi həyatda olmayan Emin Türk Eliçin ilə həyat yoldaþý Asiyə uzun zaman xətrini çox sevdiyimiz dostlarýmýzdan olublar. Səbahəddin Eminə sataºaraq, – “Havayý kəfən tapsan, ölməyə hazýrsan”, – deyərdi. Emin Türk alman dilindən tərcümə etdiyi bəzi əsərləri vətəninə qazandýrmýþdýr. O bu məmləkət üçün canýný qoymuþ, amma qədri bilinməyən bir insan idi.

Sonra 1946-cý il gəldi. Rəºad ªəmsəddin Sirər və digərlərinin iqtidarda olduðu kədərli günlər idi. Kənan Önərin məhkəmə prosesi bəhanə edilərək Atsýz və onun qrupu məhkəmədə Səbahəddinə hücum etdi. Səbahəddin pəncərədən qaçaraq canýný qurtarmýþdý. Kitablarýný yandýrdýlar. Universitetdə hadisələr baº verdi. Pertev Boratav Fransaya, Müzəffər ªərif Amerikaya, Niyazi Bərkəs Kanadaya getdi. Onlarýn dərslərini ləðv etdilər, Səbahəddini isə nazirliyin sərəncamýna verdilər. Onsuz da çətinliklə dolanýrdýq. Bu dəfə dolanýþýq sýxýntýlarý baþladý.

Dolanýþýðýmýzý yük maþýný sürməklə təmin etmək istədi. Bu iºə baºlamazdan əvvəl “Markopaºa” qəzetini çýxarmaðý düþündüyü yay mövsümündə Ədrəmitdəki evlərini satmýþdýlar və biz yayý Çəngəlköyündə keçirdik. Səbahəddin Vaniköyündə, dəniz kənarýnda, balaca, birmərtəbəli bir evdə yaºayan gənc bir bəyi “Markopaºa” heyətinə götürərək qəzeti onunla çýxarmaða baþladý. Əsas məqalələri Səbahəddin yazýrdý. Qəzet o vaxtadək görülməmiº dərəcədə məºhurlaºmýþdý. Təkcə böyük ºəhərlərdə deyil, Anadoluda da asanlýqla satýlýrdý. Sonra baðlandý. “Məlumpaºa”, “Əlibaba” və s. adlarla çýxdýqca hökumətin xoºuna gəlmədiyi üçün qəzeti hər dəfəsində baðladýlar. Qəzetlərin çýxdýðý vaxt Səbahəddin daha çox Ýstanbulda qalýrdý. Ankaraya aradabir gələ bilirdi. Evimizi Ýstanbula köçürə bilmirdik. Qýzýmýz ibtidai məktəbin son sinfində oxuyur, bundan baºqa, qəzeti baðlayýrdýlar və vəziyyətimizin necə olacaðý bəlli deyildi.

Səbahəddin içki içməzdi. Həftədə bir, ya da iki gecə bəzən bizdə, bəzən də bir dost evində yemək zamaný hamýmýz birlikdə az miqdarda içərdik. Ölümündən sonra eºitdim ki, Səbahəddin Ýstanbulda qaldýðý vaxt əməlli-baþlý içirmiþ. Bunu keçirdiyi sýxýntýlar və evindən uzaqda olmasý ilə əlaqələndirirəm.

“Falih Rýfkýnýn mənzillərindən aldýðý kirayə pullarý ilə nə qədər sýxýntý çəkdiyini bilirsinizmi?” baþlýðý ilə “Markopaþa”da çýxan bir yazýya görə Falih Rýfký onu məhkəməyə verdi. Halbuki Səbahəddin Ankarada ikən qəzetin yýðýlmasý zamaný bir sətirlik boþ yer qalmýþ, dostu Þərif Hülusi bu yazýný özü yazaraq oraya yerləºdirmiºdi. Qəzetin məsul ºəxsi Səbahəddin olduðuna görə üçaylýq məhkum olundu və həbs edildi[11]. Nə oldusa, orada oldu…

Yanýna casus polis qoyulduðu deyilirdi. Səbahəddin açýqürəkli idi, insanlarý sevən adamdý. Qaçýrýlmaq təklifinin onu cəzb etməsi üçün illər boyunca daim ºaºki kimi oynayan sənətə verdiyi əmək, polis tərəfindən davamlý þəkildə narahat olunmasý onun əsəblərini yormuþ olmalý idi. Romanlarýný rahat baºla yaza bilmək xəyalý onu, yəqin ki, rahatlýq tapa biləcəyi bir yer, yaxud ölkə axtarmaða vadar edirdi.

Bir gün Cövdət Qüdrətgil məni öz evlərinə çaðýrdýlar. “Rasih Nuri Ýləri sənə Səbahəddindən bir məktub gətirib, bu dəqiqə oxu”, – dedilər. Qorxu içində idilər. Məni otaqda tək qoydular. Məktubda bunlar yazýlmýþdý: “Sevgili həyat yoldaþým, bu məktubu aldýðýn vaxt mən Ýtaliya, Fransa, ya da Londonda olacaðam. Filizin məktəbi bitər-bitməz sizi yanýma gətizdirəcəyəm. Məhmət Əli Aybar və Mahmud Dikərdəm qayðýnýza qalacaqlar. Sizə “Ýþ Banký”nda olan bu nömrəli hesabýmla pul göndərirəm. Rauf Çallýlar da mətbəə pulundan göndərəcək. Sən mənim qənaətcil arvadýmsan, bu pullarla dolanmaða çalýþarsan. Filizi və səni minlərcə kərə həsrətlə qucaqlayýr, dodaqlarýndan öpürəm”.

Məktub yadýmda elə yazýldýðý kimi qalýb. Cövdət məktubu götürdü, o dəqiqə sobaya atýb yandýrdý və orda nə yazýldýðýný məndən bu günə qədər də soruþmadýlar. Hələ də heyrət edirəm. O dövrdə Ankarada terror hallarý tez-tez baþ verirdi. Sadə bir qadýn olsam da, tanýdýqlarým və bir neçə yaxýným istisna olmaqla, mənə salam verməyə qorxurdular.

Banka getdim. Beº lirədan baþqa, pulun olmadýðýný söylədilər. Mənə elə gəlir ki, Səbahəddin Rauf Çallýlara pulu göndərməyi tapþýrmýþdý. Məhmət Əli ilə Mahmud da məni heç axtarmadýlar. Ankaranýn həmin dövrdəki vəziyyəti onlara təsir etmiþ olmalýydý. Onlarý qýnamýram. Türkiyə o dövrdəki kimi qorxu hissini heç bir zaman keçirməmiºdi.

Qýzýmla birlikdə küçədə qalmýþdýq. Ərimin əmisinin arvadý mənə bir neçə ay əvvəl yaxþý məsləhət vermiºdi. Demiºdi ki, evin gündəlik xərclərindən kənara bir az pul qoyum. 1500 lirə yýðmýþdým. Bu qadýn mənə Xýzýr kimi bir məsləhət vermiºdi. Bu gün də elə düºünürəm ki, mənimlə qýzýmý həmin pul xilas etdi.

Evin kirayə pulunu verməsəydim, çýxarardýlar. Haraya gedəcəkdik? Bizim qayðýmýza qalan heç kimimiz yox idi, olanlar da artýq çoxdan unutmuºdular. Hətta məktub da yazmýrdýlar.

Bu fəlakət xəbərindən sonra özümü bir az toplayýb Zəkəriyyə bəyə yazdým. Xahiþ etdim ki, Rauf Çallýlarý tapýb bizə pul göndərməsini tapþýrsýn. Rauf Çallýlar mətbəənin satýlmasý iþinə baxýrdý. Bir müddət sonra Əsəd Adil mənə məktub yazaraq Raufdan aldýðý pulu (yadýmda qaldýðýna görə, 300 lirə) bir dəfəyə (elə həmin məbləð, ya da daha az) göndərdi. Mətbəə pulunun borclara xərcləndiyi deyildi.

Səbahəddinin bəzi dostlarý (təxminimə görə Emin Türk) düºünmüºdülər ki, mənə bir yunhörən maþýn alsalar, onunla pul qazana bilərəm. Abdin Dino və Zəkəriyyə Sərtəl min lirə göndərmiºdilər Emin Türkə. Onunla birlikdə Ankaranýn köhnə məhəllələrində yünhörən maþýn axtardýðýmýzý, maþýný tapa bilmədiyimizi, həmin günün kədərli halýný xəyal kimi xatýrlayýram. Onsuz da yunhörən maþýnla pul qazana biləcəyimi təsəvvür etmirdim. Lakin həmin günlərdə yarýmölmüþ kimi idim. Ruh tək hərəkət edirdim. Eminin maþýn mərəzindən də o gündən sonra qurtulmuº oldum. Dostumun qohumu olan bir dərzinin yanýna həvəssiz ºəkildə iºə girdim.

Bizim binada yaþayan Cavad Abbasýn gəlini – Benal adlý bir tanýþým var idi. Həmin vaxt həyat yoldaþýndan ayrýlmýþdý, baþ nazirin təftiº heyətində iºləyirdi. Onunla danýþdým. Öz iþlədiyi yerdə iºə qəbul olunmaðým üçün mənə kömək edəcəyini dedi.

Beləcə müdirinin yanýna apardý. Müdir Rüþdü bəy idi. Məni yaxþý qarþýladý, lakin kiminsə tapþýrýðý olmadan bunu edə bilməyəcəyini söylədi. O vaxt Demokrat Partiyasý iqtidara gəlmiºdi və Səməd Aðaoðlu da nazir olmuþdu. Mən də seçkilərdə səsimi, deyəsən, həmin partiyaya vermiºdim. Səməd Aðaoðluna aðýz açmaða qərar verdim.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺72,78

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
28 ekim 2022
Hacim:
180 s. 1 illüstrasyon
ISBN:
978-995-255-740-4
Telif hakkı:
Hədəf nəşrləri