Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Maqnit insanlar.», sayfa 3

Yazı tipi:

“Sadəlik” bizim dağınıq və diqqətini toplamaqda çətinlik çəkən cəmiyyətimizin təbiətinə ziddir. Ancaq bir insanın, əsas hədəfini müəyyən etməsi üçün yavaşlamağı da çətin ola bilər. Yazıçı və sadəlik qurusu Eleyn St. Ceyms deyir: “Qarışıq bir həyatı qorumaq, onu dəyişdirməkdən çəkinmənin ən gözəl yoludur… önünüzdə çox az vaxt qalmasından daha təhlükəli heç nə yoxdur”.

Bir azca boş vaxtınız sizi qorxutmasın. Özünü tanımaq və özünə inanmaq üçün bu, vacib şərtdir. Nə etdiyinizi bilmirsinizsə və ya özünüzü lazımsız dərəcədə qarışıq bir həyatın içində görürsünüzsə, o dəqiqə dayanın. Neylədiyinizi bir daha düşünün. Gerçək hədəflərinizə çatmaq üçün lazım olanı edin, diqqətinizi dağıdacaq lazımsız hərəkətləri və məsuliyyəti üzərinizdən atın.

Amma özünüzə həddindən çox hədəf də qoymayın. Bir və ya ikisi artıqlamasıyla bəsdir. Roald Amundsen özünə iki hədəf seçmiş və ikisini də bacarmışdır. Bunu həyata keçirmək üçün özünün güclü tərəflərindən istifadə etmiş, zəif tərəflərini neytrallaşdırmaq üçün isə bu cəhətləri güclü olan insanlarla əməkdaşlıq etmişdir. “Hər şeyi özüm edəcəm” deyə gücünü boşa xərcləməmişdir.

Sadələşdirin və diqqətinizi cəmləyin. Sizi fərqləndirəcək, qələbənizi qarantiya altına alacaq işlər görün. Hər kəsin hər şeyi olmağa çalışmayın. Əsas bacarıqlarınızı qoruyun, amma sizi önə çıxaracağına inandığınız bir və ya iki sahədə daha da professionallaşmaq üçün üzərinizdə işləyin.

Sadəlik, diqqət cəmləmə məsələsidir. Nəyin daha vacib olduğunu bilsəniz, həyatınızı onun ətrafında qura bilərsiniz. Beləliklə, diqqətiniz bir lazer işığı gücünə sahib olacaq və hədəflərinizə yetişə biləcəksiniz.

İstər şifahi dildə, istərsə hədəflərin yazıldığı siyahıda olsun, sadəlik hər zaman xoş qarşılanmışdır. Musiqi məktəbi tələbələrinin qarışıq və ahəngsiz musiqi yazmağa məcbur olduğu bir zamanda, klassik musiqi bəstəkarı Darius Milhaud tələbələrindən birini bu vəziyyətə qarşı çıxmağa təşviq etmişdir. Burt Baxaraxa deyir ki, insanların zümzümə edəcəyi və xatırlayacağı bir musiqidən qorxma. Müəlliminin təklifini qəbul edən Baxarax, bəstələdiyi onlarca yaddaqalan melodiyaları ilə məhşur bəstəkarlar arasında yerini almışdır.

Qısacası: Çətinləşdirməyin, bəsitləşdirin. Bundan əlavə, işləri çətinləşdirənlərdən də uzaq durun.

Məktəbdə səninlə parta yoldaşı olmağı ilə fəxr edən insanlar ortaya çıxmayana qədər müvəffəq sayılmazsan.

Statusdan çox cavabdehliyi dəyərləndirin

Maqnit insanlar cavabdehlik sahibidirlər. Onlar hər işdə cavabdehlik almağa könüllü olurlar.

“Permission Marketing” adlı kitabın müəllifi Set Qodin bu cür insanları lider sinfinə daxil edir. Liderlərin tərifini: “Ayağa qalxıb hər kəsin gözünün içinə baxaraq bunu həyata keçirəcəm” deyə bilən adamlar olaraq verir. Qodinə görə bu adamlar:

● Bəhanələr uydurmaz.

● Ətrafları hər zaman qələbəlikdir, çünki insanlar məsuliyyəti könüllü götürən insanlara heyranlıq duyarlar. Bəziləri, bu adamların zirvəyə çıxışlarında olduğu kimi, enişlərində də arxalarından getməyə hazırdırlar.

● Bənzərlərinin olmadığını, rollarının və vəzifələrinin nə qədər çətin olduğunun fərqinə varmadan işlərinə davam edərlər.

● Hansı yolu seçəcəklərini düşünməkdənsə, irəliləməyə davam edərlər. Qüsursuz həll yolu axtarmazlar. “İrəliləməyə davam edərlər, çünki bunun, hədəfinə çatmaq üçün ən doğru yol olduğunu” bilirlər.

● Öhdəlikləri bitənə qədər dayanmazlar.

Bir mənada, maqnit insanlar liderdirlər, çünki nümunə ilə idarə edər və öyrədərlər. İlham verici sözlər istifadə etməsələr də hərəkətləri ilham vericidir. Tərəfdarlarının olmasını xoş qarşılar, amma eqolarını doyurmaq üçün və ya yeni müvəffəqiyyətlərə imza atmaq üçün onlara o qədər də ehtiyac hiss etməzlər.

Hirslərini başqalarına tökməzlər. Qodin belə ifadə edir: “Şəhadət barmağını irəli uzadaraq “onlardır günahkar” deyə deyinən insanlar lider ola bilməzlər”.

Cavabdehliyin bir başqa ünsürü də mənəvi cəsarətdir. Harvard Kennedi Dövlət məktəbindən Larri Smit, əksəriyyətin mənəvi cəsarətinin çatmaması səbəbiylə fikirlərinin gerçəkləşmədiyini deyir. General Qrant: “Müharibədə həyatını təhlükəyə atmaqdan çəkinməyən, amma cavabdehlik daşıyacağı üçün bəzi mühüm qərarların verilməsində tərəddüd edən çoxlu zabit tanıdığını”, – söylərdi. Əksər insanlar qərarın başqaları tərəfindən verilməsini istədiklərini, əks təqdirdə bir başqasının da dəstəyini alaraq özlərini təhlükəsiz hiss edənə qədər yeni fikrin üstünə oturub gözləməyə üstünlük verərlər.

Uinston Çörçill, ingilis donanmasını Birinci Dünya müharibəsinə hazırlayarkən, tətbiq etdiyi strategiyaları tənqid edənlərə cavab olaraq: “Tətbiqinin cavabdehliyini öz üzərinə almadığı müddətcə ağlı olan hər hansı bir adam, müharibədə necə qələbə qazanmaq lazım olduğunun planını hazırlaya bilər”, – deyir. 1914-cü ilin iyul ayında müharibə qəfil başladığında onun ordusu müharibəyə hazır olan yeganə bölük idi.

Cavabdehlik almaq, bu günün hətta qeyri-rəsmi fəaliyyətə üstünlük verən şirkətlərində belə yalnızlıq mənasına gələ bilər. Cavabdehlik sizin üzərinizdə qaldığında, ətrafınızdakıların taleyinə təsir edəcək çətin qərarları vermək də sizin üzərinizə düşər. Vətəndaş müharibəsində generalların üz-üzə dueli seçməyinə təəccüblənməmək lazımdır.

Kim, nəyi, nə vaxt edəcək?

Cavabdehlik almağın açarı kimin, nəyi, nə zaman edəcəyinə qərar verə bilməkdir. “Technitrol” icraçı direktoru III Ceyms Papada bunun fərqindədir. O, cavabdehlik verib nəticəni gözləməklə qalmaz. Cavabdehliyi bir hərəkət planı içində bir neçə nəfər arasında bölüşdürür. Hər hədəf öz içində bölümlərə ayrılır. Sonra isə, hər bölüm üçün işin təslim tarixini və vəziyyəti müzakirə etmək üçün iclaslar təyin edir. Tarixlərlə ayaqlaşmamaq problemlər yarada bilər, ancaq hədəflərə çatmaq və hərəkət planını layiqi ilə həyata keçirmək səxavətlə mükafatlandırılmalıdır.

Papada xəyallarını gerçəyə dönüşdürmək üçün vəzifə bölgüsü və daimi nəzarət üsullarına müraciət edir. Onun üçün detallar çox vacibdir. Daimi əlaqə bu prosesi sadələşdirir. Hər gün bir dəfə müdirlərlə mərkəzdə görüşür və bölgə müdirləriylə həftədə bir dəfə telefonla danışır.

Cavabdehlik – müvəffəqiyyətə gedən yeganə yol

Cavabdehlik almadığınız müddətcə maqnit insan olmayacaqsınız. Ətrafınızdakı insanlar da cavabdehlikdən boyun qaçırırsa, bir şey əldə etməyiniz çox çətindir. Sadəcə cavabdehlik ala biləcək insanları seçin. Azad hərəkət edə bilməyən insanları əsla komandanıza almayın. Onları özünüzə bağlamayın. Heç öz-özünüzə uşaqlarınız üçün “Bu insanlar dünyaya gəldiyi gündən mənim vəzifəm onları özümə bağlamaqdır” dedinizmi? Əlbəttə, xeyr!

Ona görə də, cavabdeh insanlar çətinliyə dözümlü olmalıdır. Köhnə kovboy filmlərində bədəninə saplanan oxu, ov bıçağıyla çıxararkən dişlərinin arasında güllə sıxan kovboy obrazı bu tərifə uyğun gəlir. Onlar dözümlü insanlardır. Problemləri necə həll edəcəklərini bilirlər, hətta ən çətinini belə. Cavabdeh insanları tapmaq üçün bir topa dişlənmiş güllə toplamağınız lazımdır.

Mən özüm bir neçəsini dişlədim. On beş yaşımda ikən iflic olmuşam. Sol ayağım 6 sm daha qısa və daha nazikdir. Amma iflicin başıma gələn ən yaxşı şey olduğunu düşünürəm. Sizə qəribəmi gəldi? Birincisi, sağam. Çox insan uşaqlıqda keçirdiyi iflicdən dünyasını dəyişir. Ən həssas yaşımda həkimlərin buyurduğu bütün terapiyanı etməmə və bildiyim bütün duaları oxumağıma baxmayaraq ayağımın bir də heç vaxt əvvəlki kimi olmayacağını anladım. Beləcə, başqalarıyla fiziki rəqabət edə bilməsəm də, onlara bütünlüklə qüsurlu olmadığımı göstərmək üçün beynimi işlədərək rəqabət aparmaq qərarı aldım. Xüsusən, beyin iflici olmadığımı göstərməyə and içdim.

Maqnit insanlar mübarizəni sevir, çətinliklərin öhdəsindən gəlir və vəziyyətə uyğun davranırlar. Daha böyük vəzifələrin öhdəsindən gələcək özünəinamı qazanmaq üçün, başqalarını da eyni şəkildə düşünməyə sövq edərək mübarizəyə dəvət edərlər. Mən bunu etibar dairəsi adlandırıram.

Özünə inam, qazanılan qələbələrlə möhkəmlənir. Daha çox inam, daha çox qələbəni özü ilə gətirir. Oğlunuz və ya qızınızı layiq olmadığı vəzifəyə təyin etməklə özünəinam yarada bilməzsiniz. Əslində belə bir hərəkət, həm övladınızın, həm də ətrafdakıların inam hissini darmadağın edə bilər. Yaxşı niyyətləri və statuslarıyla sizi aldadan insanları təşkilatınızın tərkibinə qatmayın. Belə insanlarla güclü təşkilat qura bilməzsiniz. Onların sizə olan inamını bəsləməkdən başqa bir şeyə yaramayacaqdır.

Gözlədiyiniz performansa aydınlıq gətirmək inam yaradar (“Maqnit insanlar tərəfsizdir” başlıqlı performans mövzusu üçüncü bölümdə işlənmişdir). Qarşı tərəfə istəklərinizi mümkün qədər açıq bildirin ki, sizin onlardan nə gözlədiyinizi bilsinlər. Ceyms Papadanın yolunu gedin və cavabdehlikləri kiçik bölümlərə ayırın. İstəkləri dəqiqləşdirdikdən sonra bu dəfə də davamlı olaraq performanslarını kontrol edin!

Bu yanaşma, cavabdeh insanların yetişməsinə yol açacaqdır. Bu insanlar – nəticədə maqnit özəlliyinə sahib olanlar – cavabdehlik arayışı içində yetişirlər. ”Göndər həll edim” onların devizidir. Eyni zamanda, cavabdehlik qəbul edəcək və ən doğru dəstəyi verə biləcək insanların axtarışındadırlar. Yüksək etik standartlara, tutquya və işləməyə maraqlı insanları axtarırlar. Bu tip insanların aydın hədəflərdən və yüksək performansdan xoşları gəlir.

Vəziyyəti yaxşı olan pis insanlardansa, çox ağır vəziyyətdə olan yaxşı insanlarla münasibət qurmağın daha düzgün olduğunu özüm üçün kəşf etmişəm. Vəzifə sahibi, amma laqeyd insanlar yollarına davam edərlər və sizin də vaxtınızı boş yerə alarlar. Hər hansı bir təşkilatda rolunuz nə olursa olsun, cavabdehlik alın. Bundan qaçanları isə ətrafınızdan təmizləyin.

Təkrarlayaraq etdiyimiz şeylər bizim nə olduğumuzun aynasıdır.

Buna görə də, üstünlük bir göstərici deyil, alışqanlıqdır.

– Aristotel -

Maddi qazanc güdməyən sektorda cavabdehlik

Cavabdehlik almağın vacib bir faktor olduğunu göstərən faktların artdığını görmək məni sevindirir. Çox insan sosial statusun cazibəsinə qapılmışdır.

Bu günlərdə yeni “təşəbbüsçü xeyriyyəçilər” Silikon Vadisi və dot.com kimi təklif etdiyi fürsətlər ilə dünyanı dəyişdirmək yollarını arayanların sayı artdıqca, cavabdehlik duyğusu maddi maraq güdməyən təşkilatlar içində də yayılmaqdadır. Bu yeni xeyriyyəçilər, ən populyar xeyriyyə dərnəklərinə böyük məbləğlərdə ianə bağışlamazdan əvvəl yaxşı hazırlanmış planlamanı görmək istəyirlər. Hər bir dolların neçə faizinin dərnək müdirlərinin maaşlarına və nə qədərinin xeyriyyə məqsədiylə xərclənəcəyini bilmək istəyirlər. Bəziləri isə hətta bu quruluşların daxili xərclərinin necə qarşılanacağına dair bir neçə illik planı və layihələri görmək istəyərlər. Böyümə planlarını analiz etmək və xeyriyyə cəmiyyətinin bu planları həyata keçirə biləcək gücdə olduğunu görmək istərlər. Qısacası, cavabdehlik istəyirlər. Cavabdehlik, onların etdiyi yardımların dünyanı daha yaşanacaq bir hala gəlməsinə kömək etdiyini göstərərsə, onlar daha da əliaçıq davranacaqlar.

Cavabdehlik, Siz onu almağa hazır olduğunuzda veriləcəkdir.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺55,83