Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Arvadsız kişi», sayfa 2

Yazı tipi:

İlahi, insan nə qədər bədbəxt olur?! Nə qədər ikiüzlü olur?! Qızım Gülçöhrənin səsinə evin o biri başından səs verən qudam Zeynəb məni lap təəccübləndirdi.

Ay Səkinə, vayyyy. Qız, ciyərim yandı. Sən bir gün görmədin ki, qızzzzz. Müharibə illərində yetimçiliklə qapılarda qaldın, quru çörək yemək-dən ovurdların qabar olmuş Səkinəm vayyy. Bəs niyə tez getdin, sənin görəcək günlərin bundan sonra idi axı, bacı..... deyib elə qiyyə çəkirdi ki, elə bildim, indicə özündən gedəcək.

Bu, ikiüzlülüyün lap zirvəsi idi. Bir-birimiz-dən zəndeyi-zəhləmiz gedirdi. Oğlum mənim sö-zümə baxmayıb onun qızını almışdı. Çünki se-virdi. O da bilirdi ki, mən onun qızını almaq istə-mirəm. Oğlumla qızının sevgisinə söykənib özü-nü göylə aparırdı.

Səsimi eşitsəydi, deyərdim:

Tfuuuuu sənin üzünə, baaa. Ay qız, mənim üçün belə ürəyin yanırdısa, qızını gündə niyə doldurub oğlumun üstünə salırdın?

Nə isə… Sonra hamısı sakitləşdi və başladılar söhbətə. Çadraya bükülmüş bu arvadların müza-kirə etmədiyi mövzu qalmadı. Hamının qarşısın-da durub onların bir-birilə etdiyi söhbətə öz yas mərasimində qulaq asmaq adama elə maraqlı gə-lirki…

Deməli, Güllünün Məhəmmədin arvadını gecələr qonşunun oğlu ilə pəyədə gizlin görüş-mələrini görməsindən, Əhlimanın oğlunun Mos-kvada bıçaqlanmasından, bazarda vəziyyətin yaxşı olmadığından, Ərdoğanın gözünün türk-ləri götürməməsindən, Putinin Qarabağı neçə milyonasa Azərbaycana satmasından, Obamanın müsəlmanlığından ermənilərin bizimlə yenidən birləşmək arzularına qədər həm məişət, həm də ictimai müzakirələri dinləyirdim.

Sonra kişilərin çadırına getdim. Oğlumla ba-cım oğlunun söhbətindən bildim ki, məclisimi aparan Molla Zülfüqar təcili harasa gedib. Get-məyinin də səbəbi böyük vəzifədə işləyən Cavi-din anasının can üstə olmasıdır. Zəng ediblər, o da oğlumdan üzr istəyib ki, bağışla, hələlik sizin məclisi məclisdəkilərdən biri aparsın. Mənlik bir iş yoxdur. Gedim onu da tez dəfn edim, gəlim. Sonra başqasını çağırarlar, biabır olarıq.

Buna görə də qardaşımın kürəkəni Məm-mədqulu hirslənib: “Bəs mən sizə deyəndə ki, bu gözü ilə görən qurumsağı çağırmayın, sözümə qulaq asmadınız. O, nazir müavininin anasını qoyub, gəlib usta Şakirin anasının yasını apara-caq? İndi gedin özünüzə molla tapın”.

Hamı dəyib bir-birinə; mollasız məclis olar? Tez-tələsik gediblər bayaq mənim qəbiristanlıq-da qoyub gəldiyim molla Vəlini gətiriblər. O da oturub yuxarı başda, məclisi idarə edə bilmir. İki dəqiqədən bir qışqırır ki, “Allahınız olsun, dini-niz olsun! Bə siz niyə belə edirsiniz! Fatihə!”

Bir az sakitlik yaranır, sonra yenidən ara qa-rışır, hərə öz dərdini, məsələsini yanındakı ilə bölüşür. Bir az keçməmiş Molla Vəli yenə qışqı-rır: “Yekə kişisiz əəə, Fatihə!”

Bunun da səbəbi o idi ki, bizim rayonun baş-çısının qərarına görə yas mərasimlərində molla-lar yalnız "Quran" oxuya bilər, başqa heç bir baş-qa söhbət edə bilməzlər. Çünki bəzi mollalar söh-bətlərində ya gic-gic danışıb aləmi vururlar bir-birinə, ya da müxtəlif təriqətlərin təbliğatını apa-rırlar. Xüsusilə də iranmeyilli mollalar təhlükəli idi. Bu bədbəxt mollalar da, “Quran”da “Yasin”, “Həşr” və “Fatihə”dən başqa nə bilirdilər ki?! Ona görə də danışmağa bir şey tapa bilmirdilər. Camaat da nə olsun ki, yasa gəlib? Ya nəsə da-nışmalı, ya da eşitməlidirlər axı.

Kişilərin söhbətləri qadınlarınkından bir az abırlı olsa da, mənə heç bir aidiyyatı yox idi. Ya-vaş-yavaş qapıdan çıxdım. Dedim, gedim qəbri-mə, birdən gələrlər məni aparmağa, tapmazlar, qalaram burda. Adam öləndən sonra elə bil ağıl-lanır, vallah. İndi kəndimizdə gördüyüm hər şey mənə cəhaləti xatırladırdı.

Elə başılovlu yas mərasimindən çıxıb dön-gəni dönürdüm ki, gördüm oğlumla onun Ordu-baddan yas yerinə gələn dostu söhbət edir. Bala-ca oğlumu öləndən bəri yaxşı görməmişdim. Elə bil qocalmışdı. Gözlərinin içində gördüyüm kə-dər qəlbimi qubarlandırdı. Bu oğlum həqiqi bir yetimi xatırlatdı mənə. Daha kövrələ bilmirdim. Birdən onun Ordubaddan gələn dostu İlqar bü-külmüş bir butulka verdi ona:

Qardaş, çoxdandır gələ bilmirəm. Allah rəhmət eləsin, onun hesabına yenə görüşdük. Bu, tut arağıdır, anam özü çəkib. Neçə vaxtdır sənin payını ayırıb. Qismət bu günə imiş.

Oğlum da o tərəf-bu tərəfə baxaraq butulka-nı götürüb, maşınına qoydu.

Mənsə öz qəbrimə tərəf getdim. Dünyadan və insanlardan yorulmuşdum. Elə bil səksən il bu dünyada yaşamamışdım.

Hər şey bir anda gözümdən düşdü, etibar-sızlaşdı, cılızlaşdı. Sanki Tanrı mənə bunları gös-tərməklə, bir daha özünün böyüklüyünü sübut etmək istəyirdi… Elə bil: “Gör nə gündəsiniz?” deyirdi. Hələ mən savadsız qadın idim, gör sa-vadlı adama necə görünərdi o dünyadan bu dün-ya…

Bunları düşünə-düşünə lap ürəyim sıxıldı. Harasa qaçmağı, yox olmağı, düşünməməyi, gör-məməyi, kül kimi sovrulub yox olmağı arzula-dım.

Artıq qəbrimin yanına çatmışdım. Birdən gördüm ki, Əliqulu baş daşımın yanında oturub, başını da qoyub daşın üstünə. Hönkürmək istə-yirdim, özümü saxlaya bilməyib, mənə qalan əri-mi arxadan qucaqladım.

Birdən o, əlini sinəsindəki əlimin üstünə qo-yub: "Hara getmişdin, günortadan səni gözləyi-rəm, dedi, yaman darıxdım”.

Artıq mən ağlaya bilirdim… Əliqulunu hiss edə bilirdim, ona toxuna bilirdim… Sevincimdən gülürdüm, göz yaşlarımı silə-silə: "Sənə demiş-dim axı, səni basdırmasam, heç yana getmərəm", deyib, onu qucaqladım…

İKİ BALON QIZIL

O, həmişə tək asqırardı. Elə ucadan və ürək-dən asqırardı ki, elə bil, göy guruldayır, ildırım çaxır, ya da meteoritdən-zaddan bir şey qəfildən yerə düşür. Hələ onun asqırmağa hazırlığını gö-rəydiniz!

Asqırmamışdan öncə, sanki daha güclü as-qırmaq üçün hazırlaşardı. Bir-iki dəfə tələsik nə-fəs alar, sonra da beyni burnundan töküləcək gücdə asqırardı. Hündür boya, enli gövdəyə, çox da yekə olmayan qarına sahib olan bu nəhəng adamın burun deşiklərinin iri olması heç də onun işgüzarlığından xəbər vermirdi. Amma as-qırdığı zaman burnunun yekə deşikləri işinə çox yarayırdı. Bir də burnunda danışması onun xa-rakterindən az-çox nəsə deyirdi.

Hər dəfə asqıranda hasar qonşuları Bay-ramqulu kişiyə ucadan: "Sağlam ol", – deyərdilər. Amma bu tək səbir qonşu Məhəmmədi çox əsə-biləşdirirdi. Ondan başqa heç kim bu asqırıqdan narahat olmurdu. Əksinə, hər zaman məclislərin söz-söhbəti, uşaqların yamsılama obyekti idi. Bayramqulu, adətən, ya sübh tezdən, ya da ax-şamlar asqırardı. Məhəmməd kişi də işə sübhdən gedəndə həmişə çalışırdı ki, bu tək səbirin səda-ları altında işə yollanmaqdan canını qurtarsın. Amma son yeddi ildə bu asqırıq səsini eşitmədiyi səhər çox az olmuşdu. Elə bil Bayramqulu onu güdürdü. Məhəmməd kişi Bayramqulugilin qa-pısına çatanda hava guruldayar, qara yağış Mə-həmməd kişinin başına tökülərdi. Hər işini xalq inanclarına söykənərək edən Məhəmməd kişi "tək səbir", "qara pişik", "qarşına çıxan pis adam" kimi inanclara çox dəyər verirdi. Hərdən özü ilə tək qalanda düşünürdü ki, neçə ildir övladı ol-mur. Bunun da səbəbi,çox güman ki, səhər du-randa, axşam yatanda Bayramqulunun asqırma-sıdır. Bir neçə dəfə sınamışdı ki, Bayramqulunun asqırığını eşitmədiyi gün işləri yaxşı gedir. Bir sözlə, cana gəlmişdi Bayramqulunun bu bədxə-bər asqırığından. "Tək Allahın adıdır", − deyib hər dəfə deyinə-deyinə gedib-gəlirdi.

İş orasındadır ki, o bir dəfə də olsun Bay-ramqulu kişini asqıran zaman üzbəüz görməmiş-di. Amma həmişə də ürəyində:"Öz başını yeyə-sən, bir gün elə bu asqırmaqdan öləcəksən", – de-yərdi.

Bayramqulu həmin Bayramqulu idi ki, o boyda pambıq zavodunun direktorunu diz üstə çökdürmüş, qisasını almışdı. Bu hadisədən sonra bütün rayon ondan çəkinər, rəsmi idarələrdə heç kim ona gözün üstə qaşın var deyə bilməzdi. Ha-disə isə belə olmuşdu…

…Bir gün pambıq zavodunun direktoru Ni-yazi müəllim zavodun məsul şəxslərini yığıb çox ciddi bir məsələ barəsində onların razılıqlarını aldı. O zaman Bayramqulu zavodun mühasibi işləyirdi; Niyazi müəllimin də, demək olar ki, sağ əli idi. Bütün əyri işləri bir yerdə edər, qazan-dıqları pulları birgə bölüşərdilər.

Bir gün Niyazi müəllim iki müavini və Bayramquluya üç yüz min manatlıq sənəd imza-latdırdı. Bu o sənəd idi ki, onunla balansda olan böyük məbləğdə pullar silinirdi. Bunun müqabi-lində Niyazi müəllim Bayramquluya iyirmi min manat pul verəcəkdi. Pula həris olan Bayramqu-lu da tərəddüd eləmədən bir günün içində qaza-na biləcəyi məbləğdən vaz keçmədi. Bütün hən-gamə də elə bundan sonra başladı. Hər şey bitən-dən sonra pulun bölüşdürülməsinə gəldikdə Ni-yazi müəllim cığallıq etdi. Sənədə qol çəkənlərə vəd edilən məbləği on dəfə azaltdı. İyirmi min manat əvəzinə Bayramquluya iki min manat tək-lif etdi.

– Sən nə danışırsan, mən bütün həyatımı, arvadımı, iki oğlumu təhlükəyə atmışam, indi deyirsən, qəpik-quruşa razı olum? Yoox, yoldaş Niyazi müəllim, bu mümkün deyil, − deyib eti-raz etdi.

– Bayramqulu, artıq hər şey bitib; istəsəm, sənin özünü də içəri basdıraram, ancaq indiyə qədər kəsdiyimiz çörəyə hayıfım gəlir. Al bu pu-lu, dinməz-söyləməz xərclə. Olmasa nə edəcək-sən, həə? Kimə sübut edə bilərsən ki bunu? – iro-niya ilə dedi və öz dediklərinə heyranlıq və əminliklə güldü.

Bayramqulunun təpəsindən tüstü çıxırdı. Necə yəni "nə edə bilərsən?" Axı o indiyə qədər heç vaxt haqqını kiməsə yedirməmişdi. Bu haqq haram yolla qazanılsa da, onunku idi. Neçə kol-xoz sədri ilə işləmişdi, hamısından da öz payını artıqlaması ilə almışdı. Şamaxıda işlədiyi zaman-larda neçə-neçə kolxozçuya mükafat yazdırmış-dı. Üzüm lafetlərinə yarıdan çox su, torpaq tök-məyi belə bəzən işçilərə öyrədib, onların müka-fatına və əməllərinə şərik olmuşdu. İndi isə Ni-yazi müəllim ona fırıldaq gəlmək istəyirdi.

₺29,20
Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
09 mart 2023
Hacim:
81 s. 2 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 3, 1 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre